Fənn
kurikulumunun məzmununun quruluşu
|
· Məzmun xətti - siniflər üzrə dəyişməzdir. Bir
rəqəmlə ifadə olunur.
·
Əsas standart - əsasən dəyişməzdir. İki rəqəmlə ifadə olunur.
Əsas standartın funksiyaları
aşağıdakılardan ibarətdir.
1.
Fənlər üzrə
müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir.
2. Sinif və fənlər
üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir.
·
Alt standart - hər sinif
üzrə təlimin məzmununu müəyyən edir, üç rəqəmlə ifadə olunur. Alt standart hər
hansı əsas standartın tərkib hissəsi kimi çıxış edir.
Alt
standartın funksiyaları aşağıdakılardan ibarətdir.
1. Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı
zəmin yaradır.
2. Təlim strategiyalarının düzgün seçilməsində mühüm
rol oynayır.
3. Təlimdə inteqrativliyi təmin edir
4. Təlimin məzmununun davamlı inkişafını təmin edir
5. Sinif və fənlər
üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir.
0 коммент.:
Отправить комментарий