Xüsusi hallar barədə məlumatların verilməsi
haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Təhsil Nazirliyinin sisteminə daxil olan qurumlarla
işin təşkilinin yaxşılaşdırılması, fövqəladə, cinayət və təhsil
müəssisələrinin normal iş ahənginin pozulması
ilə nəticələnən hadisələr haqqında məlumatların verilməsi, həmçinin
qurumlararası fəaliyyətin əlaqələndirilməsi və zəruri hallarda təxirəsalınmaz
tədbirlərin görülməsini təmin etmək məqsədi ilə
"Azərbaycan Respublikasının Təhsil Nazirliyi
haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər
tutaraq
ƏMR
EDİRƏM:
1.
Təhsil Nazirliyinin struktur qurumlarının və strukturuna daxil olmayan
tabeliyindəki qurumların rəhbərləri aşağıda göstərilən xüsusi hallar haqqında
dərhal telefonla, sonradan isə yazılı formada Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə məlumat verilməsini təmin etsinlər:
-
təbii fəlakət, yanğın, digər fövqəladə hadisələr;
-
təhsil işçiləri tərəfindən cinayət hadisələrinin törədilməsi, o cümlədən
korrupsiya hüquq pozuntularına yol verilməsi və ya təhsil müəssisəsində (onun
ərazisində) törədilmiş cinayət hadisələri;
-
hüquq-mühafizə orqanlarının təhsil müəssisələrində əməliyyat-axtarış
fəaliyyətini həyata keçirməsi, təhsil müəssisəsinə aid sənədlərin tələb
olunması və ya götürülməsi;
-
elektrik, istilik, su və qaz təchizatının dayandırılması və digər hallar
nəticəsində normal fəaliyyətin pozulması;
-
şagird və tələbələrin kütləvi zəhərlənməsi, epidemiya xarakteri alan
xəstəliklər;
-
təhsil müəssisəsinin ərazisində təhsilalanların və təhsil işçilərinin xəsarət
alması;
-
təhsil müəssisəsinin ərazisinin zəbt olunmasına cəhdlər;
-
inzibati binaya, əsas vəsaitlərə, kitabxana fonduna ziyan dəyməsi, dövlət
nümunəli və sair əhəmiyyətli sənədlərin, möhür və ştampların itirilməsi və ya
oğurlanması;
-
təhsil müəssisəsinin normal fəaliyyətinin pozulmasına səbəb olmuş hər hansı
digər hadisələr.
2.
Xüsusi hallar barədə məlumatlar Nazirliyin İnformasiya şöbəsinə (həftənin iş
günləri 9:00-dan 18:00-dək Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti
- 146 telefon nömrəsinə, qeyri-iş vaxtları isə (050) 3613298 və
ya (051) 7601270 telefon nömrələrinə) verilsin.
3.
Məlumatda hadisənin baş vermə (törədilmə) yeri, vaxtı, nəticələri, əgər
məlumdursa səbəbləri, həmçinin həyata keçirilən təxirəsalınmaz tədbirlər qeyd
edilsin.
4.
İnformasiya şöbəsinə (Elnur Əliyevə) tapşırılsın ki:
4.1.daxil
olmuş məlumatları qeydiyyata almaqla dərhal Nazirliyin rəhbərliyinə məruzə
edilməsini təmin etsin;
4.2.
qeyri-iş saatı daxil olan məlumatların növbəti iş günündə qeydə alınması təmin
olunsun;
4.3.
əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin
rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin;
4.4.
əmrin Təhsil Nazirliyinin bütün struktur qurumlarına və strukturuna daxil
olmayan tabeliyindəki qurumlara çatdırılmasını təmin etsin;
4.5.
xüsusi hallar barədə məlumatların mütəmadi olaraq ümumiləşdirilməsini aparsın.
5.
Xüsusi hallar barədə məlumatın verilməsinə görə şəxsən məsuliyyət daşıdıqları
Təhsil Nazirliyinin struktur qurumlarının və strukturuna daxil olmayan
tabeliyindəki qurumların rəhbərlərinin nəzərinə çatdırılsın.
6.
Əmrin icrasına nəzarət Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun
Bayramova həvalə olunsun.
Mikayıl
CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
17 dekabr 2013-cü il
Azərbaycan Respublikasının təhsil naziri
17 dekabr 2013-cü il
0 коммент.:
Отправить комментарий