SİNİF RƏHBƏRİNİN SORĞU KİTABINDAN......
Valideyin
iclasları məktəblə valideyin arasında əməkdaşlığın əsasıdır.Vaxtaşırı və ya dövrü olaraq
keçirilir.Burada təlim-tərbiyə prosesinin vəziyyəti,onun inkişaf etdirilməsi
yolları,məktəblə valideyinlər arasında əməkdaşlığın perespektiv (yaxın müddətə
) və strateji (uzun müddətli) istiqamətləri müəyyənləşdirilir eyni zamanda da
keçmiş dövr üçün uğurlar,görülmüş işlər, nöqsanlar müzakirə olunur.,təhlillər
aparılır......
Bu gün
valideyin iclasları ilə bağlı real vəziyyət
təhsil işçilərini və valideyinləri ciddi
düşündürməlidir.
Təcrübəmdən
deyə bilərəm ki,valideyin iclaslarının nüfüzdan düşməsi, sosial ziddiyətlərlə
yanaşı kişi valideyinlərin (ata,baba dayı,əmi ) məktəbdən üz döndərməsi ,məktəblərdə
gender probleminin (qadın müəllimlərinin-xüsusiylə şəhər və qəsəbə məktəblərində)
qabarıq şəkildə mövcüd olması və ailələrdə təlim-tərbiyə işinin yalnız anaların-qadınların üzərinə qoyulması
ümumilikdə təhsilimizə dəyən ciddi zərbələrdən biridir.Bu zərbənin ağırlığını məktəb
idarəediciləri daha yaxşı hiss etsələrdə zərbə son anda təhsilimizə
,övladlarımıza dəyir.
Valideyin
iclaslarının nüfüzdan düşməsinin başqa bir ciddi səbəbi məktəb rəhbərliyi və
sinif rəhbərlərinin valideyin
iclaslarının əsl mahiyyət və məramını
bir tərəfə qoyaraq özlərinin şəxsi maraqlarını işə salmaq üçün vasitəyə çevirməsidir.
Belə ki, bir çox məktəblərimizi bürüyən neqativ hallar sinif valideyin
iclaslarından “alovlanır”.
Valideyin
iclasları haqqında bildiriş alan valideyinlərin əksəriyyətinin ağlına gələn ilk
sual”yenə nə ?nə qədər? Nəyə görə ? istəyəcəklər” kimi suallar yaranır ki bu da
təhsilimiz və belə hallara yol verən təhsil işçilərimiz üçün utancverici
haldır.Bir çox hallarda sinif valideyin komitəsinin sədri( halbu ki onun vəzifəsi
valideyinlərin hüquqlarını qurumaqdır) sinifdə
neqativ halların başında durur.Nə yaxşı ki, son bir neçə ildə Təhsil
Nazirliyi belə neqativ hallara qarşı barışmaz mübarizə aparır bu kimi hallarla
üzləşən valideyinlər isə haqlı olaraq 146 xidmətinə müraciət edirlər.
Sinif
valideyin komitələri məktəbin kollegional orqanlardan biridirsə -onun fəaliyyətinin
əsasını təşkil edən sinif valideyin iclasları da məktəb-valideyin əməkdaşlığının
təməlidir,əsas şərtidir.
Sinif
valideyin iclasları aşağıdakı hallarda toplanır ;
Təşkilati
məsələlərlə bağlı,
Cari məsələlər
və ya konkret hər hansı bir mövzu ilə bağlı,
Yekun–hesabat
xarakterli ( tədris ilinin yarımillik və ya illik dövrünə yekun vurularkən)
Sinif
valideyin iclasları həm valideyinlər ,həm də həmin sinifdə tədrislə məşğul olan
digər pedaqoqlar üçün həm də yaranmış hər hansı bir problemin (ayrı-ayrı şagirdlərin təlim-tərbiyəsi ilə və
ya ayrı-ayrı müəllimlərlə) müzakirəsi,araşdırılması üçün əvəzsiz toplantıdır.
Eni zamanda məktəb rəhbərliyi,psixoloq ,məktəb həkimi üçün də analız və təhlilərin
valideyinlərlə müzakirəsi üçün əlverişli məqamdır.
0 коммент.:
Отправить комментарий