Metodbirləşmələr.
Məktəbdə
müəllimlərlə aparılan kollektiv metodik iş əsasən metodbirləşmələrdə
mərkəzləşir. Metodbirləşmələr məktəbin struktur bölməsidir və müəllimlərin
peşəkarlıq səviyyəsinin yüksəldilməsində daha çox yayılmış, özünü doğrultmuş
metodik işin kollektiv formalarından biridir. Metodbirləşmələrin təşkili
formaları (məktəbdaxili, məktəblərarası və rayon metodbirləşmələri), onların
işinin məzmunu pedaqoji və metodik ədəbiyyatda müəyyən qədər
işıqlandırılmışdır. Metodik kabinetin əməkdaşları və məktəb rəhbərlərinə kömək
məqsədilə metodbirləşmələrin işinin məzmunu və təşkilinin bəzi cəhətlərinə
toxunmaq istərdik.
Əsasnaməyə uyğun olaraq, rayon (şəhər) təhsil şöbələrinin
metodik kabinetlərinin vəzifələrindən biri də məktəb və metodbirləşmə
rəhbərlərini təlimatlandırmaq, məktəbdə aparılan metodik işin məzmunu, forma və
üsullarına dair onların diqqətini pedaqoji texnologiyaların tətbiqinə
yönəltməkdir. Ona görə də metodbirləşmələrin hesabatlılıq prinsipi əsasında
fəaliyyətini təmin etmək, onlara məsləhətlər vermək, əməli kömək göstərmək,
fəaliyyətini tənzimləmək baxımından metodik kabinetlərin əməkdaşları
metodbirləşmə rəhbərlərinin yaxın köməkçisinə çevrilməlidir. Hər dərs ilinin
əvvəlində metodik kabinetin əməkdaşları yerlərə metodbirləşmələrdə müzakirə
edilən məsələlərə dair istiqamətverici tövsiyələr hazırlayıb göndərməli və
onların işinin planlaşdırılmasında yaxından iştirak etməlidirlər.
Metodbirləşmələrin əsas məqsədi gənc müəllimlərə pedaqoji
ustalığını artırmaqda, təcrübəli müəllimlərə öz peşəkarlıq səviyyəsini
yüksəltməkdə, yeni pedaqoji texnologiyaları və təlimin müasir
metodlarını praktik işdə tətbiq etməkdə kömək göstərməkdir.
Məktəbdə metodbirləşmələrin işi necə təşkil olunmalıdır?
Bu suala cavab vermək o halda mümkündür ki, metodik kabinetlərdə hər bir təhsil
müəssisəsinin hazırda hansı təlim-tərbiyə vəzifələrini həll etdiyi, hansı
problem üzərində işlədiyi, qarşıda duran problemlərin hansı qüvvə və bacarıqla
həll edildiyi barədə dəqiq məlumat olsun. Müşahidələr göstərir ki, son illərdə
dərsin müasir tələblər səviyyəsində təşkili, onun səmərəliliyinin artırılması,
şagirdlərin bilik səviyyəsinin öyrənilməsi, kollektiv şəkildə əyani vəsait və
didaktik materialların hazırlanması, yeni pedaqoji texnologiyaların tətbiqi və
qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi sahəsində metodbirləşmələrdə
məqsədyönlü iş aparılır. Lakin bəzi hallarda metodik kabinetlər bu təcrübədən
vaxtında xəbər tutmurlar. Metodbirləşmələrin işinin səmərəli olması üçün ilk
növbədə hər bir müəllimin potensial imkanını, nəzəri və metodik hazırlığını,
onun qüvvətli və zəif cəhətlərini öyrənmək vacibdir. Müəllimin dərsini müşahidə
etmək, müxtəlif tədbirlərdə məruzə və mühazirələrini dinləmək, gündəlik dərs
planı ilə tanış olmaq yolu ilə onun hansı məsələlər üzrə metodik köməyə
ehtiyacını müəyyənləşdirmək olar.
Metodbirləşmələrdə müzakirə edilən məsələlərin əhatə
dairəsi genişdir. Onların iş sisteminə təlim-tərbiyə işlərinin səviyyəsinin və
şagirdlərin bilik keyfiyyətinin yüksəldilməsinə dair tədbirlərin hazırlanıb
keçirilməsi, pedaqogika və psixologiyanın aktual problemlərinin, şagirdlərin
mənəvi və estetik tərbiyəsi üzrə məsələlərin müzakirəsi, müəllimlərin elmi-pedaqoji
ədəbiyyat sahəsində yeniliklər ilə tanış edilməsi, proqramın nisbətən çətin
mövzuları üzrə dərslərin planlaşdırılması, daha təcrübəli müəllimlərin
"açıq dərs"lərinin təşkili, əyani və didaktik materialların
hazırlanması, biliklərin mənimsənilməsinin monitorinqi, Təhsil Nazirliyinin və
yerli idarəetmə orqanlarının tədris prosesi ilə bağlı metodik tövsiyə və
göstərişlərinin öyrənilməsi və s. daxildir. Bütün bu məsələlərin yerinə
yetirilməsi metodbirləşmələrin işinin elmi əsaslar üzrə planlaşdırılmasını tələb
edir. İş planı metodbirləşmələrin əsas fəaliyyət sənədidir. Ona görə də
metodbirləşmələrin işini planlaşdırarkən məktəbdə təlim prosesinin təşkilinə
dair ümumi tələbləri, planlaşdırılan dövr üçün nəzərdə tutulmuş tədbirləri,
müəllimlərə konkret kömək göstərmək zərurətindən irəli gələn tələbləri və rayon
(şəhər) təhsil şöbəsinin (idarəsinin) metodik kabinetlərinin tövsiyələrini
nəzərə almaq lazımdır. Respublikamızın qabaqcıl metodik kabinetləri dərs ilinin
əvvəlində fəaliyyət planı ilə bağlı müvafiq tövsiyələr hazırlayıb yerlərə
göndərir. Metodbirləşmələrin iş planı onlardan istifadə edilərək tərtib olunur.
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) metodik
kabinetlərinin və qabaqcıl məktəblərin iş təcrübəsi əsasında metodbirləşmələrin
illik iş planının aşağıdakı formada tərtib edilməsi tövsiyə olunur:
·
metodbirləşmələrin
tərkibi, müəllimlər haqqında məlumat, onların iş keyfiyyətinin qısa səciyyəsi;
metodbirləşmələrin ötən ildəki fəaliyyətinin yekunu və yeni dərs ilində qarşıda
duran vəzifələr;
·
tədrisin
keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş təşkilati-pedaqoji tədbirlər;
·
metodbirləşmə
iclaslarında müzakirə ediləcək məsələlər, məruzə mövzuları, tematik
planlaşdırmalar, "açıq dərs"lər və dərslərdə qarşılıqlı iştirak,
onların keçirilməsi və müzakirəsi üzrə metodik işləmələr qrafiki;
·
pedaqoji
mühazirə üçün məruzələrin, sinifdənxaric və məktəbdənkənar tədbirlərin
planlaşdırılması;
·
fənlərin
tədrisi vəziyyəti və şagirdlərin bilik səviyyəsinin monitorinqi;
·
gənc
müəllimlərlə işdə hamilik, stajkeçmə;
·
əyani vəsait və
didaktik materialların hazırlanması;
·
normativ
sənədlərin öyrənilməsi;
·
yaradıcı,
novator, interaktiv təlim metodlarından istifadə edən müəllimlərin iş
təcrübəsinin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi;
·
şəxsi
təhsilini artırmaq üzrə müəllimlərin hesabatı.
Tədris ilinin sonunda metodbirləşmələrin
fəaliyyətini aşağıdakı ardıcıllıqla təhlil etmək olar:
·
metodbirləşmələrin
qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsi;
·
hansı
nəticələr əldə edilmişdir;
·
imtahanların
nəticəsi;
·
olimpiadaların
nəticəsi;
·
ali
məktəblərə qəbulun nəticəsi;
·
tədris
proqramlarının yerinə yetirilməsi;
·
şagirdlərin
tərbiyəlilik səviyyəsi;
·
test
yoxlamaları üzrə məktəb monitorinqinin nəticəsi;
Əldə edilən bu nəticələr hansı məsələlərin
həllinə kömək etmişdir?
·
kadr
potensialının yaxşılaşdırılmasına (müəllimlərin hazırlığı, ixtisaslarının
artırılması və s.);
·
metodik
səviyyənin yüksəlməsinə (yeni proqramlar, dərsliklər, dərs vəsaitlərinə dair
işin təşkili, təcrübə mübadiləsinin aparılması, yeni texnologiyalardan
istifadə, şəxsi təhsilini artırmaq üzrə işin yekunu və s.);
·
normativ-hüquqi
sənədlərin öyrənilməsinə (qərar, əmr, sərəncam, əsasnamə və təlimatlar və s.) .
Hər il metodbirləşmələrin qarşısında elə vəzifələr
durmalıdır ki, onlar metodik problemləri həll edə bilsinlər. Məsələn,
tutaq ki, bütün pedaqoji kollektiv təlim prosesində şagirdlərinin idrak
fəaliyyətinin inkişafı üzərində işləyir. Deməli, hər bir metodbirləşmənin
vəzifəsi bu olmalıdır.
Metodbirləşmələrə rəhbərliyin ən yaxşı formaları kimi
metodistlərin, məktəb direktoru və ya onun müavinlərindən birinin məşğələlərdə
iştirakı, elmi əsaslı və inandırıcı tövsiyələri, əsaslandırıcı nəticə çıxarıb
işi qiymətləndirməsi ola bilər. Ona görə də məktəb rəhbərləri metodbirləşmə
məşğələlərində müzakirə edilən məsələlərlə əvvəlcədən tanış olmalı, hazırlanmış
materiallara dair müvafiq tövsiyələrini verməlidir.
Gənc müəllimlərlə işin təşkili. Gənc müəllimlərlə işin
təşkili, onlara metodik və metodoloji kömək göstərilməsi metodik kabinetlərin
ən başlıca vəzifələrindən və prioritet istiqamətlərindən biri olmalıdır.
Gənc müəllim ali təhsil müəssisəsini bitirib məktəbə
gəlir. O, şagirdlərlə işləməyə hazırdırmı? Əlbəttə, hazır deyildir. Hələlik
onda pedaqoji üslub, şagirdlərlə işləmək vərdişi formalaşmamışdır. Ona görə də
ilk gündən başlayaraq metodik kabinetin əməkdaşları, məktəb rəhbərləri gənc
müəllimlə əməkdaşlıq etməli, gündəlik dərs planının tərtibi, işin formalarının
seçilməsi, təlimin yeni metodlarının tətbiqi, gənc müəllim üçün çox çətin olan
şagirdlərlə ünsiyyət və əməkdaşlığın yaradılması və digər məsələlərdə ona
yaxından kömək etməlidirlər. Əgər gənc müəllimin yanında müdrik, təcrübəli
müəllim (hami) olmasa, o, dəyərli mütəxəssis kimi yetişə bilməz. Məşhur pedaqoq
və psixoloq M.M.Rubinşteyn əsərlərinin birində qeyd edirdi ki, "pedaqoq
sözün dar mənasında təhsil müəssisəsində deyil, praktik həyatda yaranır".
Ona görə də gənc müəllim həmişə özündən yaşlıların, təcrübəli hamilərin,
metodistlərin, metodbirləşmə rəhbərlərinin, müəllim yoldaşlarının, sinif
rəhbərinin və psixoloqun müntəzəm olaraq köməyini hiss etməlidir. Gənc
müəllimin pedaqoji kollektivə uyğunlaşması üçün onunla müntəzəm olaraq seminar
və treninqlərin keçirilməsi çox vacibdir.
Məktəb təcrübəsində gənc müəllimlərlə aparılan metodik
işin fərdi formalarına daha çox üstünlük verilir. Onlardan ən başlıcası məktəb
rəhbərlərinin gənc müəllimlərlə apardığı fərdi söhbətlərdir. Bu söhbətdə
məktəbin rəhbərliyi gənc müəllimin hansı məsələləri öyrənməyə daha çox ehtiyacı
olduğunu müəyyənləşdirə bilər. Məsələn, tutaq ki, gənc müəllimlərdən birinə
VII-VIII siniflərdə Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi
tapşırılmışdır. Bununla əlaqədar şagirdlərin hazırlıq səviyyəsini
aydınlaşdırmaq üçün müəllim keçən ilin sinif jurnalları, şagirdlərin şəxsi
işləri ilə tanış olmalı, həmin siniflərdə dərs demiş müəllimlər, sinif
rəhbərləri, uşaq yaradıcılıq birliyinin rəhbəri, sinif valideyn komitəsinin
sədrləri ilə görüşərək söhbət aparmalıdır. Bundan əlavə, məktəb rəhbərinin
tapşırığı əsasında təcrübəli müəllimlərdən biri müxtəlif məsələlər, məsələn,
dərsə necə hazırlaşmaq, dərsə verilən didaktik tələblər, tədris prosesində
təlimin fəal metodlarından istifadə, şagirdlərin biliyinin qiymətləndirilməsi,
ev tapşırıqlarının seçilməsi və s. barədə ona məsləhət verə bilər.
Təcrübəli məktəb rəhbərləri dərs ilinin ilk günlərində
yeni işə başlayan gənc müəllimə cədvəldə dərs salınmasını məqsədəmüvafiq hesab
etmirlər. İlk günlərdə məktəbin direktoru, yaxud təlim-tərbiyə işləri üzrə
direktor müavininin gənc müəllimi öz dərslərinə aparmağı tövsiyə edirlər. Bu zaman
gənc müəllim dərsin təşkili, dərsdə təlimin yeni metodlarının tətbiqi,
şagirdlərin fəaliyyətinin qiymətləndirilməsini əyani surətdə görür, öz
dərslərini keçməyə psixoloji cəhətdən hazır olur. Gənc müəllimi ilk dərslərə
hərtərəfli hazırlaşdırmaq, onda öz qüvvə və bacarığına inam yaratmaq, onu
ruhlandırmaq təkcə metodistlərin və məktəb rəhbərlərinin vəzifəsi deyil, eyni
zamanda bütün pedaqoji kollektivin, ilk növbədə hər fənn üzrə metodbirləşmə
rəhbərinin də əsas vəzifəsi olmalıdır.
Gənc müəllimlərlə aparılan fərdi metodik iş bununla
məhdudlaşa bilməz. Məktəb direktorunun gənc müəllimlə ilk söhbəti problemi həll
etmir. Gənc müəllimə təlim-tərbiyə prosesində kömək göstərmək, onu işləməyə
öyrətmək, onun vaxtaşırı təcrübəli müəllimlərin dərslərində iştirakını təmin
etmək sistem halını almalıdır. Gənc müəllimlərin peşəkarlıq səviyyəsini yalnız
bu yolla artırmaq mümkündür. Müşahidələr göstərir ki, bəzi məktəb
rəhbərləri ilk günlərdən gənc müəllimlərin dərslərində ya tez-tez iştirak
edir, yeni şəraitə, pedaqoji kollektivə uyğunlaşmasına imkan vermir, ya
da onun dərslərində ümumiyyətlə iştirak etmir. Hər iki hal məqbul sayılmır.
Bəs məktəb rəhbərləri gənc müəllimin dərsində nə vaxt
iştirak etməlidirlər? Məsələ ilə bağlı pedaqoji və metodik ədəbiyyatda vahid
fikir yoxdur. T.İ.Qorskaya "Məktəbdə təlim-tərbiyə prosesinin
təşkili" adlı kitabında gənc müəllimin ilk dərsində məktəb rəhbərlərinin
iştirakını məqsədəmüvafiq hesab etmir. Onun fikrincə, gənc müəllimə imkan
verilməlidir ki, şagirdləri tanısın, yeni şəraitə uyğunlaşsın, sinifdə öz
yerini tapsın. İlk dərsinin necə keçməsi haqqında məktəb rəhbərlərinin gənc
müəllimlə söhbəti kifayətdir. Müəllimdən soruşmaq olar: dərs necə keçdi?
Şagirdlər dərsdə keçilən materialı tam mənimsədilərmi? Dərsdə şagirdlərin
fəaliyyəti necə təşkil olunmuşdu? Kim daha intensiv işləmişdir - müəllim, yoxsa
şagirdlər? Dərsin təşkili, onun quruluşu, pedaqoji texnologiyaların
tətbiqinə necə yer verildi? Müəllim-şagird əməkdaşlığı necə quruldu? Dərsdə
hansı cəhətlər uğurlu olmuşdur?
Məktəb rəhbərlərinin gənc müəllimlə söhbəti elə məzmunda
olmalıdır ki, o, ruhdan düşməsin, onda öz qüvvəsinə inam yaransın. Dərsin
nəticəsi ilə əlaqədar müəllimlə söhbət edərkən təkliflər yazdırmağa tələsmək
lazım deyildir. Yaxşı olar ki, ona dərsin təşkili metodikasına dair bir neçə
metodik vəsait oxumaq tövsiyə edilsin. Bu, gənc müəllimdə elmi-pedaqoji və
metodik ədəbiyyata həvəs yaratmaq baxımından da faydalı olar. Gənc müəllimlərə
metodik köməyin ən səmərəli formalarından biri "açıq dərs"lərin
təşkili və dərslərdə qarşılıqlı iştirakdır.
"Açıq dərs"lər bir tərəfdən öyrədici xarakter daşıyırsa, digər
tərəfdən qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilib yayılmasına xidmət
edir. Dərsin təşkili, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi ən
mürəkkəb və daim təkmilləşdirilməsi tələb olunan prosesdir. Yaxşı təşkil
olunmuş "açıq dərs"in çox böyük faydası vardır. "Açıq
dərs"lərin aparılması yüksək peşəkarlığı ilə seçilən yaradıcı müəllimlərə
tapşırılmalıdır ki, dərsdə təlimin ən səmərəli metod və üsullarından istifadə
edilsin, çünki pedaqoji yaradıcılıq son dərəcə mürəkkəb bir təzahürdür.
Burada müəllimdən hədsiz dərəcədə məharət tələb olunur. B.P.Strezikozin qeyd
edir ki, "... müəllimin "açıq dərs"ə hazırlaşmasından
sui-istifadə etmək olmaz. Əks-təqdirdə müəllim öz pedaqoji fikrinə görə deyil,
məktəb rəhbərlərinin və metodistlərin verdikləri çoxlu miqdarda, bəzən
bir-birinə əks olan məsləhətlərə əməl etməli olur ki, nəticədə dərs adilərinə
nisbətən xeyli pis keçir". Ona görə də dərsin strukturunun və mərhələlərinin
seçilməsində müəllimə bir qədər sərbəstlik verilməlidir, çünki dərs müəllimin
yaradıcılığının
0 коммент.:
Отправить комментарий