Təlim prinsipləri təlimin qanunauyğunluqlarını əks etdirən, təlim prosesinin səmərəli qurulmasına imkan verən ilkin ideyalar, fəaliyyət normaları, başlıca tələblərdir. Təcrübə göstərir ki, didaktik prinsiplərə əsaslanan təlim prosesi, bir qayda olaraq, müsbət nəticə verir. Əksinə, həmin prinsiplərə istinad etmədikdə təlimdə uğur qazanmaq mümkün deyildir.
Pedaqoji ədəbiyyatda prinsiplərin təsnifatında vahidlik yoxdur: təklif olunan prinsiplərin miqdarı, sistemi və ifadəsində müxtəlif fərqlər özünü göstərir. Bu fərqlər isə prinsiplərin əsasında duran təlim qanunlarının kifayət qədər öyrənilməməsi ilə bağlıdır.
Təlim prinsipləri didaktik qanunauyğunluqlarla sıx bağlı olduğundan onları həmin qanunauyğunluqlar əsasında təsnif etmək daha düzgündür. Təlim prinsipləri təlim prosesinin müxtəlif ünsürləri arasındakı çoxcəhətli əlaqələri tənzim etməyə xidmət göstərir.Təlimin qanunları ilə prinsipləri arasındakı əlaqəni nəzərdən keçirək.

Təlimin qanunları (qanunauyğun əlaqələr)
|
Təlimin prinsipləri
|
I. Təlimin cəmiyyətin tələbatı və həyatla şərtlənməsi qanunu
|
Təlimin həyatla əlaqələndirilməsi prinsipi
|
II. Təlimdə təhsil, tərbiyə və inkişaf proseslərinin vəhdəti qanunu
|
Təlimin təhsilverici, tərbiyəedici və inkişafetdirici prinsipi
|
III. Mənimsəmə səviyyəsinin təlimin elmiliyi və sistemliliyindən asılılığı qanunu
|
Təlimdə elmilik prinsipi
Təlimdə sistematiklik və ardıcıllıq prinsipi |
IV. Təlimdə konkretlə mücərrədin vəhdəti qanunu
|
Təlimdə əyanilik prinsipi
|
V. Təlimin səmərəsinin şagirdin öyrənmə fəaliyyətinin xarakterindən asılılığı qanunu
|
Təlimdə şüurluluq, fəallıq və müstəqillik prinsipi
|
VI. Təlimdə məqsədin məzmunu, onun vasitəsilə təlimin metod, vasitə və formalarını şərtləndirməsi qanunu
|
Təlimin optimal təşkili prinsipi
|
VII. Təlimin keyfiyyətinin şagirdlərin real təhsil imkanları ilə şərtlənməsi qanunu
|
Təlimdə müvafiqlik prinsipi
Təlimdə fərdi yanaşma prinsipi |
VIII. Təlim prosesinin onun cərəyan etdiyi şəraitdən asılılığı qanunu
|
Təlim üçün zəruri şəraitin yaradılması prinsipi
|
IX. Təlimin nəticəsinin bilik və bacarıqların möhkəmliyi ilə şərtlənməsi qanunu
|
Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi
|
Təlim prinsiplərinin göstərilən təsnifatı şərtidir, çünki məktəbin real təcrübəsində təlim vahid, bütöv proses kimi cərəyan edir.
Prinsiplərin mahiyyətini ayrılıqda qısaca nəzərdən keçirək.
Prinsiplərin mahiyyətini ayrılıqda qısaca nəzərdən keçirək.
0 коммент.:
Отправить комментарий