Vətəndaşların müraciətlərinə
baxılması qaydası haqqında
Azərbaycan Respublikasının Qanunu
baxılması qaydası haqqında
Azərbaycan Respublikasının Qanunu
Qəbul edilmişdir: 10 iyun 1997-ci il, № 314-IQ.
Əlavə və dəyişikliklər: 1. 5 oktyabr 1999-cu il, № 706-IQD;
Vətəndaşların dövlət orqanlarına təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir.
Maddə 1. Müraciət etmək hüququ
Azərbaycan Respublikası Konstitusiyasının 57-ci
maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının
dövlət orqanlarına şəxsən müraciət etmək, habelə hərbi və kollektiv yazılı
müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş
qaydada və müddətlərdə yazılı cavab verilməlidir.
Maddə 2. Vətəndaşların müraciətlərinə baxılması qaydası
haqqında qanunvericilik
Vətəndaşların müraciətlərinə baxılması qaydası
haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan
və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
Maddə 3. Əsas anlayışlar
Təklif — dövlət hakimiyyəti orqanı,
idarə, təşkilat və müəssisənin fəaliyyətinin yaxşılaşdırılmasını, təhsil, elmi,
texniki, hüquq, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həllini nəzərdə
tutan müraciət.
Ərizə — vətəndaşlara məxsus
hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət.
Şikayət — dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə
pozulmuş hüququn bərpası tələbi barədə müraciət.
Maddə 4. Bu Qanuna aid
olmayan sahələr
Bu Qanunun qüvvəsi məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində vətəndaşların
etdiyi müraciətlərin baxılmasına şamil edilmir (4-cü maddənin
birinci hissəsinə 9 oktyabr 2007-ci il tarixli 430 saylı Qanunla edilmiş düzəliş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
ilə eyni gündə qüvvəyə minir).
Hərbi qulluqçuların xidmətlə əlaqədar müraciətlərinə
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinə və
intizam nizamnaməsinə uyğun olaraq baxılır.
Referendumun keçirilməsi ilə əlaqədar müraciətlərə
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq baxılır.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən
vətəndaşların müraciətlərinə baxılması qaydası müvafiq qanunla tənzimlənir.
İnformasiya əldə edilməsi üçün
sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması
qaydası müvafiq qanunla tənzimlənir.
Məişət
zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə
baxılma qaydası «Məişət zorakılığının qarşısının alınması haqqında» Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilir.
Maddə 5. Dövlət hakimiyyəti orqanlarının, idarələrin,
təşkilatların, müəssisələrin vəzifələri
Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar,
müəssisələr Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə müəyyən
edilən və təminat verilən qaydada Azərbaycan Respublikası vətəndaşlarının
yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin
qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının həyata
keçirilməsi üçün zəruri şərait yaradılmasını təmin etməlidirlər.
Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar
müəssisələr, onların rəhbərləri, digər vəzifəli şəxslər vətəndaşların təkliflərini,
ərizə və şikayətlərini qəbul etməyə və özlərinin səlahiyyətinə uyğun olaraq bu
Qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxmağa, lazımi tədbirlər görməyə
və onlara cavab verməyə borcludurlar.
Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin
rəhbərləri və digər vəzifəli şəxsləri təkliflərə, ərizə və şikayətlərə baxarkən:
onların mahiyyətini diqqətlə öyrənməli, zəruri olduqda lazımi sənədləri
tələb etməli və məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər;
təkliflərin, ərizə və şikayətlərin baxılmasının nəticəsi haqqında vətəndaşlara
yazılı şəkildə məlumat verməli, onlar təmin edilmədikdə bunun səbəblərini göstərməli,
şikayət vermək qaydasını izah etməlidirlər;
təklif, ərizə və şikayətlər barəsində əsaslandırılmış qərarların qəbul
edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər.
Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr vətəndaşların
müraciətlərinə baxılması vəziyyətini müntəzəm olaraq yoxlamalı və qanunla
mühafizə olunan mənafelərinin pozulması ilə əlaqədar təkrar ərizə və şikayətlərin
verilməsi ilə nəticələnən səbəblərin aradan qaldırılması üçün tədbirlər görməlidir.
Maddə 6. Vətəndaşların qəbul edilmə qaydası
Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin
rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşların qəbul edilməsinin təşkilini
təmin etməlidirlər. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və
saatlarda qəbul edilməlidirlər. Zəruri hallarda dövlət hakimiyyəti orqanları,
idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşları
dərhal qəbul etməlidirlər.
Maddə 7. Müraciətə baxılması qaydası
Vətəndaşlar
təklifləri və ərizələri həmin məsələni bilavasitə həll etməli olan dövlət
hakimiyyəti orqanlarına, idarələrə, təşkilatlara, müəssisələrə və ya vəzifəli şəxslərə
verirlər.
Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr,
onların rəhbərləri və digər vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin
həlli, onların səlahiyyətinə aid olmadıqda, bunları 5- beş gündən gec olmayaraq müvafiq təşkilata göndərir və bu barədə
müraciət edənə məlumat verir, şəxsi qəbul zamanı isə hara müraciət etmək lazım
olduğunu izah edir.
Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış
cavab verildikdə müraciət baxılmış hesab olunur.
Dövlət hakimiyyəti orqanı başqa orqanlara, idarələrə, təşkilatlara,
müəssisələrə vətəndaşların müraciətlərini aiddiyyəti üzrə baxılması üçün göndərdikdə
və həmin müraciətin baxılması nəzarətdə saxlandıqda isə həmin orqanlar, idarələr,
təşkilatlar, müəssisələr müraciətlə bağlı dövlət hakimiyyəti orqanına əsaslandırılmış
və bu Qanunda nəzərdə tutulmuş müddətdə cavab verməlidir. Dövlət hakimiyyəti
orqanına müraciətlə bağlı cavab məktubu müvafiq orqanın, idarənin, təşkilatın,
müəssisənin rəhbəri tərəfindən imzalanmalıdır.
Müraciəti qəbul etməkdən imtina qadağandır..
Yazılı müraciət vətəndaş tərəfindən imzalanmalı, vətəndaşın adı,
atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer göstərilməlidir. Müraciətdə həmin
məlumatlar göstərilmədikdə onlar anonim sayılır. Anonim müraciətlərə baxılmır.
Vətəndaşların şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərindən
(hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək
qadağandır.
Dövlət hakimiyyəti orqanları müraciətlərin qəbul edilməsi və
cavablandırılması işini elektron formada həyata keçirə bilər.
Maddə 8.
Müraciətlə bağlı kargüzarlığın aparılma qaydası
Vətəndaşların təklif, ərizə
və şikayətləri mütləq kargüzarlıqda qeydiyyatdan keçirilir. Sənədlərə daxil
olma tarixini və nömrəsini göstərən ştamp vurulur. Vətəndaşların tələbi ilə təklifin,
ərizənin və şikayətin qeydə alınma nömrəsi və tarixi ona bildirilir. Vətəndaşların
müraciətləri ilə bağlı aparılan kargüzarlıq işini orqanın rəhbəri təmin edir.
Kargüzarlıq müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qaydada aparılır.
Maddə 9. Qərardan şikayət etmək hüququ
Öz təklifi, ərizəsi,
şikayəti barəsində qəbul edilmiş qərarla razılaşmayan vətəndaş bu qərarı qəbul
etmiş orqanın, idarənin, təşkilatın, müəssisənin və ya vəzifəli şəxsin
bilavasitə tabe olduqları orqana və ya vəzifəli şəxsə həmin qərar barəsində
şikayət etmək hüququna malikdir.
Şikayətlər qanunvericilikdə nəzərdə tutulan qaydada
məhkəməyə verilə bilər.
Maddə 10. Müraciətə baxılma müddəti
Qanunvericilikdə nəzərdə tutulan hallar
istisna olmaqla,
müraciətə qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa, bir ay müddətinədək,
əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə isə ən geci 15 gün ərzində
baxılmalıdır.
Müraciətə baxılmaq üçün xüsusi yoxlama keçirmək,
əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi
hallarda müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri və ya onun
müavini müraciətə baxılma müddətini müstəsna hallarda ən çoxu bir ay uzada bilər.
Bu barədə müraciət edən vətəndaşa, müraciətin baxılması dövlət hakimiyyəti orqanı tərəfindən nəzarətdə saxlandıqda isə dövlət
hakimiyyəti orqanına məlumat verilməlidir.
Hərbi qulluqçuların və onların ailə üzvlərinin
müraciəti daxil olduğu gündən etibarən ən geci 15 gün ərzində baxılır.
Dövlət tərəfindən müdafiə olunan məhkəmə və hüquq mühafizə orqanları
işçilərinin təhlükəsizliyini təmin edən səlahiyyətli dövlət orqanlarının və vəzifəli
şəxslərin qanunsuz qərarlarına və hərəkətlərinə dair müraciətlərə dərhal
baxılmalıdır.
Maddə 10-1.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılmasının
xüsusiyyətləri
10-1.1. Dövlət hakimiyyəti
orqanlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə bu maddənin
xüsusiyyətləri nəzərə alınmaqla, bu qanuna müvafiq olaraq baxılır.
10-1.2. Korrupsiya ilə əlaqədar
hüquqpozmalarla bağlı müraciət daxil olduqda, dövlət hakimiyyəti orqanının rəhbəri
tərəfindən müraciət üzrə xidməti araşdırma təyin edilir. Xidməti araşdırma
müvafiq dövlət hakimiyyəti orqanına daxili nəzarət xidməti tərəfindən həyata
keçirilir. Xidməti araşdırma 20 gün müddətində başa çatdırılmalı və nəticəsi
dövlət hakimiyyəti orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə materiallar tələb
etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda dövlət hakimiyyəti
orqanının rəhbəri tərəfindən bu müddət daha 10 gün uzadıla bilər.
10-1.3. Dövlət hakimiyyəti
orqanının rəhbəri xidməti araşdırmanın nəticəsini aldıqdan sonra müraciət üzrə
aşağıdağı qərarlardan birini qəbul edir:
10-1.3.1. müraciətin əsaslı
olduğu təsdiq edildikdə, eyni zamanda əməldə mülki-hüquqi və ya inzibati (10) məsuliyyəti yaradacaq əlamətlər olduqda, Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq olaraq tədbirlər görülməsi, cinayət əlamətləri
olan hüquqpozmalar aşkar edildikdə isə müvafiq sənədlərin Azərbaycan
Respublikasının Baş Prokurorluğuna göndərilməsi (10) barədə;
10-1.3.2. müraciətin əsaslı
olduğu təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti
yaradacaq əlamətlər olmadıqda, aidiyyəti şəxslərin Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb edilməsi barədə;
10-1.3.3. müraciətin əsaslı
olması təsdiq edilmədikdə, şikayət üzrə icraata xitam verilməsi barədə.
10-1.4. Qəbul edilmiş qərar
haqqında müraciət etmiş şəxsə əsaslandırılmış cavab verilməklə, ona həmin qərardan
şikayət vermək hüququ izah edilir.
10-1.5. Dövlət hakimiyyəti
orqanının rəhbərinin qərarından yuxarı dövlət orqanına şikayət verilə bilər. Bu
müddəa şəxsin dövlət hakimiyyəti orqanının rəhbərinin qərarından məhkəməyə
şikayət vermək hüququnu məhdudlaşdırmır.
10-1.6. Dövlət hakimiyyəti
orqanları hesab edilməyən dövlət idarə, müəssisə və təşkilatlarında korrupsiya
ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə 20 gün müddətində bu qanunla müəyyən
edilmiş ümumi qaydada baxılır.
Maddə 11. Bu Qanunun
pozulmasına görə məsuliyyət
Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat
və müəssisələrin rəhbərləri vətəndaşların təkliflərinin, ərizə və şikayətlərinin qəbul edilməsinin və onlara baxılmasının təşkili
üçün məsuliyyət daşıyırlar. Vətəndaşların
təklif, ərizə və şikayətlərinə baxılması
üçün müəyyən edilmiş qaydanı pozmaqda, habelə
təkliflər, şikayətlər verməklə əlaqədar olaraq, yaxud onlardakı tənqidə görə vətəndaşları təqib etməkdə
təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq olaraq intizam, mülki-hüquq
və cinayət məsuliyyəti daşıyırlar.
Vətəndaş böhtan məqsədi ilə ərizə və ya şikayət
verdikdə, qanunvericiliyə uyğun olaraq məsuliyyət
daşıyır.
Maddə 12. Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin müraciətlərinə baxılması qaydası
Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin müraciətlərinə baxılması Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası müqavilələr ilə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunla tənzimlənir.
«Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və
müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri
üzrə kargüzarlığın aparılması Qaydaları»na Əlavə
müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri
üzrə kargüzarlığın aparılması Qaydaları»na Əlavə
Qeydiyyat-nəzarət vərəqəsinin forması
(doldurulması barədə göstərici əlavə edilir)
(qeydiyyat-nəzarət vərəqəsinin üz tərəfi)
(qeydiyyat-nəzarət vərəqəsinin üz tərəfi)
Dövlət hakimiyyəti orqanın, idarə, təşkilat və ya müəssisənin adı
Dövlət hakimiyyəti orqanının, idarə, təşkilat
və ya müəssisənin müvafiq struktur bölməsi
(sənədin
kodu) |
Qeydiyyat nəzarət vərəqəsi
|
(orqanın,
idarə, təşkilat və ya
müəssisənin kodu) |
Müraciət edən (soyadı, adı, atasının adı,
ünvanı və ya işlədiyi yer, vəzifəsi,
telefonu)________________
Daxilolma tarixi, qeydiyyat nömrəsi (indeksi) ________________________
Müraciətin forması, növü, vərəqlərin sayı __________________________
Kimə ünvanlanıb
__________________________________________
Əvvəlki müraciətlər
________________________________________
(daxilolma tarixi, qeydiyyat nömrəsi (indeks)
Müşayiət məktubunu göndərən, daxilolma tarixi, qeydiyyat
nömrəsi_________
(indeksi)
_______________________________________________
Qısa məzmunu
___________________________________________
İcra edən _______________________________________________
Dərkənar
_______________________________________________
Dərkənarın müəllifi
_________________________________________
İcraya verilmə tarixi
________________________________________
İcranın müddəti
___________________________________________
Format A5 (148ґ210)
_____________________________________
(qeydiyyat-nəzarət vərəqəsinin
arxa tərəfi)
Müraciətin
icraçıya verildiyi tarix, müddət |
İcraçı
|
İlkin cavab və ya əlavə sorğu
haqqında qeyd |
Nəzarət və ya
xidməti qeydlər |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
İcranın (cavabın) tarixi,
indeksi _________________________________
Kimə göndərilib ___________________________________________
Cavabın məzmunu _________________________________________
Nəzarətdən çıxarılmışdır__________________Nəzarətçinin imzası_______
İş
|
Cild
|
Vərəqlər
|
Fond
|
|
|
|
Siyahı
|
|
|
|
İş
|
Qeydiyyat-nəzarət vərəqəsinə Əlavə
Qeydiyyat-nəzarət vərəqəsinin
doldurulmasına dair göstərici
(qeydiyyat-nəzarət vərəqəsinin üz tərəfinə dair)
Müraciət edən — müraciət edənin soyadı, adı, atasının adı,
yaşadığı və ya işlədiyi yer, vəzifəsi,
telefonu.
Daxilolma tarixi, qeydiyyat nömrəsi (indeksi) — təklif,
ərizə və ya şikayətin poçtla və ya şəxsi qəbulda
daxilolma tarixi və onun qeydiyyat indeksi.
Müraciətin forması və növü — poçtla və sair yolla daxil olmuş (məktub, teleqram və sair)
və ya şəxsi qəbulda verilmiş, təklif,
ərizə və ya şikayət, onun vərəqlərinin sayı.
Kimə ünvanlanıb — təklif,
ərizə və ya şikayətin ünvanlandığı şəxsin vəzifəsi
və soyadı, adı və atasının adı.
Əvvəlki müraciətlər — müəllifin bu müraciətdən əvvəl göndərdiyi (verdiyi)
ərizə, təklif və ya şikayətin daxil
olma tarixləri və qeydiyyat nömrələri (indeksləri).
Müşayiət məktubunu göndərən, daxilolma tarixi, qeydiyyat nömrəsi (indeksi)
— vətəndaşın təklif,
ərizə və ya şikayətini göndərən təşkilatın adı, həmin təşkilatın göndərdiyi müşayiətedici məktubun daxil olma tarixi
və qeydiyyat nömrəsi
(indeksi).
Qısa məzmunu — təklif,
ərizə və ya şikayətin qısa məzmunu (predmeti).
İcra edən — təklif,
ərizə və ya şikayətin baxılıb həll olunmasına
cavabdeh olan təşkilatın və ya struktur bölmənin adı.
Dərkənar — müraciətin üzərindəki qeyddən köçürülür və ya şəxsi qəbulda yazılır.
Dərkənarın müəllifi — rəhbərin,
birinci dərkənarın müəllifinin vəzifəsi və soyadı, adı və atasının adı,
tarix.
İcraya verilmə tarixi — təklif,
ərizə və ya şikayətin icra edən təşkilata (struktur bölməyə)
verildiyi tarix.
İcranın müddəti — qanunvericilikdə müəyyən edilmiş icra olunma müddətlərinə və ya dərkənara
uyğun olaraq göstərilir.
Müddət dəyişildikdə, yeni müddət göstərilməklə sətrin
növbəti qrafasında əvvəlki müddətin dəyişdirilməsi barədə qərarı qəbul edən rəhbərin
vəzifəsi, soyadı,
adı və atasının adı qeyd olunur.
Qeydiyyat-nəzarət vərəqəsinin yuxarı sol
küncündə onun ölkə üzrə idarəedici sənədlərin sinifləşdirilməsi üzrə kodu və
sağ küncündə həmin vərəqənin açıldığı dövlət hakimiyyəti orqanı, müəssisə,
idarə və ya təşkilatın kodu göstərilir.
Təkrar müraciətlərin qeydiyyatı zamanı qeydiyyat-nəzarət
vərəqəsinin yuxarı sağ küncündə «Təkrar» ştampı vurulur.
(qeydiyyat-nəzarət vərəqəsinin arxa tərəfinə dair)
İcranın gedişi
Müraciətin icraçıya verildiyi
tarix, müddət — bu qrafada müraciətin onun
bilavasitə icraçısına verildiyi tarix göstərilir. (Boş qrafalar müraciətin
icrasının gedişində onun hər bir yerdəyişməsi zamanı doldurulur).
İcraçı — bu qrafada bilavasitə icraçının vəzifəsi, soyadı,
adı, atasının adı və telefonu. (Boş qrafalar müraciətin icrasının gedişində onun hər bir yerdəyişməsi
zamanı doldurulur).
İlkin cavab və ya əlavə sorğu
barədə qeyd —
ilkin cavabın və ya sorğunun qısa məzmunu, ünvanı,
tarixi və qeydiyyat nömrəsi (indeksi).
Nəzarət və ya xidməti qeydlər — icranın vəziyyəti və sair barədə yadasalma haqqında (xidməti)
qeydlər.
İcranın (cavabın)
tarixi, indeksi — müraciətdə qoyulan məsələnin həlli üzrə son qərarı əks etdirən sənədin
tarixi və qeydiyyat indeksi.
Kimə göndərilib — müraciətdə qoyulan məsələnin həlli üzrə son qərarı əks etdirən sənədin
göndərildiyi bütün ünvanlar.
Cavabın məzmunu — müraciətdə qoyulan məsələnin həlli üzrə qəbul olunmuş son qərar göstərilməklə
cavab sənədinin başlığı
(«məqbul hesab edilmişdir», «imtina edilmişdir»
və ya «izah edilmişdir»).
Nəzarətdən çıxarılmışdır — təklif,
ərizə və şikayətin nəzarətdən çıxarılması barədə qərarı
qəbul edən rəhbərin və ya digər vəzifəli şəxsin vəzifəsi, soyadı,
adı və atasının adı.
Nəzarətçinin imzası — vətəndaşların təklif,
ərizə və şikayətləri üzrə nəzarətə cavabdeh olan vəzifəli
şəxsin imzası.
İş, cild,
fond, vərəqlər — nomenklatur üzrə işin indeksi, vərəqin və cildin nömrələri (iş başa çatdıqdan və işə tikildikdən sonra qeyd olunur).
Fond, siyahı,
iş — iş arxivə təhvil verildikdən
sonra qoyulur.
Qeyd:
1.
Qeydiyyat-nəzarət vərəqələrinin tövsiyə
edilən ölçüləri:
A5/148x210 və ya A6/105x148.
2.
Vətəndaşların təklif, ərizə və şikayətlərinə dair kargüzarlıq işinin aparılmasında elektron-hesablayıcı texnikadan istifadə olunarsa, elektron hesablayıcı texnikadan istifadə üçün rahat olan, sıra ilə yerləşdirilmiş yuxarıda göstərilən rekvizitlərin hamısını
özündə əks etdirən qeydiyyat-nəzarət vərəqələri istifadə
oluna bilər.
0 коммент.:
Отправить комментарий