Fasilitasiya qaydaları:
Psixoloji dəstəkləmənin qaydaları:
1.
Müsbət dil ifadələrindən istifadə edin, müzakirədə və qrup işində iştirak etmələrinə görə iştirakçılara öz minnətdarlığınızı bildirin (pozitiv münasibət və hörmət).
2.
Danışanlara diqqətlə qulaq asın. Hər bir iştirakçıya öz fikrini söyləməyə imkan yaradın. Qrupun yalnız yüksəkdən danışan iştirakçılarını dinləməyinizi yox, bütün qrupun iştirakçılarını diqqətlə dinləməyə hazır olduğunuzu nümayiş etdirin («fəal dinləmə» vərdişi).
3.
İştirakçılarla birlikdə işləyib hazırladığınız qaydalara riayət edin. Unutmayın ki, treninq zamanı Siz davranış nümunəsi kimi çıxış edirsiniz (təlimçi davranış modeli kimi).
4.
İştirakçılara adları ilə müraciət edin və onların gözlərinə baxın (fərdi yönəlmə).
5.
Konstruktivliyi dəstəkləyin, qarşıdurmaya şərait yaratmayın.
6.
İştirakçıların fikirləri ilə səmimi maraqlanın.
7.
Yalnız liderlərin və ən fəalların deyil, bütün iştirakçıların nöqteyi-nəzərinə eyni dərəcədə diqqətlə yanaşın.
8.
Hər hansı bir fikrin qiymətləndirilməsinə, məzəmmət və lovğalığa imkan verməyin.
9.
Lazımsız olaraq qrupun işini qiymətləndirməyin. Təlimçinin qiyməti onun şəxsi fikrini əks etdirməməlidir və qiymətləndirmə üçün yox, fasilitasiya üçün bir vasitə olmalıdır! O, iştirakçıların fikirləri ilə razı olmadıqda, bunu onlarla müzakirə etməyi təklif etməlidir. Lakin təlimçi işi mütləq qiymətləndirməli olduqda, o, bunu meyarlar əsasında həyata keçirməlidir.
Fikrin
təhrik
edilməsi
qaydaları:
1.
Motivasiya mərhələsində şagirdləri dərsin mövzusunun müəyyənləşdirilməsinə cəlb edin.
2. Dərsə şagirdlərin
məntiqi, tənqidi, yaradıcı təfəkkürü və elmi-tədqiqat vərdişlərini inkişaf
etdirən tapşırıqları daxil edin
3. Qapalı
suallardansa, açıq suallardan daha çox istifadə edin. Qapalı suallar – «Siz bunu bilirsinizmi?» «Nə?», «Harada?», «Nə vaxt?». Bu cur suallara yalnız bir konkret cavab almaq olar: «Hə» və ya «Yox». Açıq suallar bir yox, bir neçə mümkün cavabı nəzərdə tutur. Çalışın sualları «Nə üçün?», «Nəyə görə?», «Hansı yolla?», «Necə?» və s. sözlərlə başlayın. Açıq sualların nümunəsi: «…haqqında nə bilirsiniz?», «Nə üçün bu haqda daha çox bilmək istərdiniz?», «Bu necə baş verir?»
4. İştirakçılar tərəfindən ifadə olunan fikirləri anlamağa çalışın və öyrəndiyiniz, oxuduğunuz, yaratdığınız fikirləri zorla qəbul etdirməyin.
5.
Fasilitasiya zamanı konkret misallardan, müqayisə və qarşılaşdırma, analogiya üsullarından istifadə edin. İstiqamət verməyən «kar» sualları az sayda verməyə çalışın.
6.
Mənaca yaxın olan yönəldici suallardan istifadə edin, lakin bilavasitə yönəldici suallardan istifadə etməyin. Həmçinin, əvvəlcədən şübhəli fikirdən ibarət olan çaşdırıcı suallardan istifadə edə bilərsiniz. Bu
suallar iştirakçıları sizin fikirlərinizi təkzib etməyə təhrik edəcək və onu lazım olan istiqamətə yönəldəcək.
7.
İştirakçının deyə biləcəyi sözü və ya fikri onun əvəzinə ifadə etməyin. Mətndə əsas fikri müəyyən etmək və onu öz sözləri ilə ifadə, ümumiləşdirmə,
öz fikrini ifadə və yenidən ifadə etmə bacarığı üzərində işləyin. İştirakçıları öz
fikirlərini daha dəqiq ifadə etməyə təhrik edin və onlara köməklik göstərin. Bunun üçün sərf etdiyiniz vaxta təəssüflənməyin! Bu
prosesi nümayiş etdirin və iştirakçıların diqqətini buna cəlb edin!
8.
İştirakçıların əvəzinə onların məhsulunu izah etməyin, hər bir iştirakçıya digər iştirakçıların işinə öz fikir və münasibətlərini ifadə etməyə imkan yaradın.
9.
İştirakçıların cavablarının formal dinlənilməsinə yol verməyin. İştirakçıların əsas fikirlərini ümumiləşdirib, digərlərini onların şüuruna çatdırmaq lazımdır.
10. Fasilitasiya zamanı iştirakçıların cavablarını dəqiqləşdirin, şərh edin (qiymətsiz, məzmununa görə), problemli hallarda onların həllinə iştirakçıları cəlb edin.
Məlumatla təmin etmə qaydaları:
1.
Fasilitasiyanı başlayaraq şagirdlərdə lazımi biliklərin və sizdə məlumat mənbələrinin olduğunu yoxlayın.
2.
İştirakçıların şüurunda dərsin dəqiq «şəklini» formalaşdırın.
3.
Dərsdə təkcə dərslikdə olan materialdan yox, həm də müxtəlif sənədlər, məlumat ədəbiyyatı, iştirakçıların öz təcrübə və müşahidələrindən istifadə edin.
4.
Materialın müxtəlif qavrama yollarını tətbiq edin (görmə, eşitmə, hiss etmə və s.).
5.
Sual və cavabları mümkün qədər qısa, lakonik və şagirdlərin səviyyəsinə uyğun söyləyin.
6.
Başqa şagirdlər tərəfindən deyilən yeni anlayışların, eləcə də sualın və ya mülahizələrin yanlış anlaşılmasını vaxtında başa salın.
7.
Şagirdlərə bütün dərs ərzində problemin həlli yolunda əldə etdikləri nailiyyətləri haqqında məlumatı və əks əlaqəni verməyi unutmayın.
Təşkilati dəstəkləmənin qaydaları:
1.
Müzakirəni təşkil etdikdə yeni bilik əldə etmək üçün hər kəsin fikrinin vacib ola bilməsini bütün şagirdlərə çatdırın. Bunu həyata keçirmək üçün iştirakçıları aşağıdakı suallar vasitəsilə müzakirəyə cəlb edin: «Bu
haqda siz nə fikirləşirsiniz?», «Kim razıdır, kim razı deyil?», «Başqa cür bunu demək (və
ya etmək) olardımı? və s.
2.
Şagirdlərdə öz
fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək bacarığını formalaşdırın.
3.
Lövhədə və ya kağız üzərində qrup işi zamanı müəyyən edilən əsas halları qeyd etmək məqsədəuyğundur. Unutmayın ki, qrup işinin nəticələri sonrakı mərhələdə məlumatın müzakirəsi və təşkili üçün lazımdır («körpülərin» quraşdırılması).
4.
Öz
razılığını və ya narazılığını ifadə etmək üçün şagirdlərə xüsusi işarələr təklif edin (məsələn, baş barmağın yuxarı və ya aşağı vəziyyəti) və
onlarla müzakirə zamanı əks əlaqəni verməyə təhrik edin.
5.
Destruksiya cəhdlərinin, artıq danışmağın, qeyri-adekvat və ya məqsədəuyğun olmayan söhbətlərin qarşısını alın. Bunun üçün iştirakçını mədəni surətdə dayandıraraq, ona öz fikirlərini qısa və məzmuna uyğun çatdırmaq qaydasını xatırladın. Diskussiyanın lideri olun!
0 коммент.:
Отправить комментарий