Stasionar
şəraitdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Sağlamlıq
imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
"Stasionar şəraitdə təhsilin təşkili Qaydaları" təsdiq edilsin (əlavə
olunur).
2. Bu qərar
imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri,
29 may 2002-ci il
№ 88
№ 88
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2002-ci il
29 may tarixli, 88 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
TƏSDİQ EDİLMİŞDİR
Stasionar
şəraitdə təhsilin təşkili
QAYDALARI
QAYDALARI
1. Stasionar
şəraitdə təhsilin təşkili Qaydaları "Sağlamlıq imkanları məhdud şəxslərin
təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun
müddəalarına uyğun olaraq stasionar müalicədə olan sağlamlıq imkanları məhdud
şəxslərin ümum-təhsil tədris proqramlarına uyğun təhsili ilə əlaqədar
məsələləri tənzimləyir.
2. Sağlamlıq
imkanları məhdud şəxslər stasionar tibb müəssisələrində uzunmüddətli (21 gündən
artıq) stasionar müalicədə olarkən, Təhsil Nazirliyi psixoloji-tibbi-pedaqoji
komissiyanın qərarı əsasında onların müvafiq ümumi tədris proqramlarına uyğun
təhsil almalarını təşkil edir.
3. Stasionar
tibb müəssisəsində təlim-tərbiyənin təşkili və ona rəhbərlik stasionar tibb
müəssisəsinin yaxınlığında yerləşən ümumtəhsil məktəbi tərəfindən həyata
keçirilir.
4. Stasionar
tibb müəssisəsində pedaqoji fəaliyyətə qanunvericiliklə müəyyən edilmiş
tələblərə cavab verən şəxslər buraxılırlar. Bu zaman onların əməyi Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 dekabr tarixli 203 nömrəli
qərarına 1 nömrəli əlavə - "Dövlət büdcəsindən maliyyələşdirilən
müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan
bölməsinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla)
çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"nə uyğun
olaraq ümumi təhsil müəssisəsinə ayrılmış vəsait hesabına ödənilir.[1]
5. Ümumi metodik
rəhbərlik və stasionar tibb müəssisəsində sağlamlıq imkanları məhdud şəxslərlə
keçirilən dərslərə nəzarət yerli təhsil orqanları tərəfindən həyata keçirilir.
6. Sağlamlıq
imkanları məhdud şəxslərin təlimi ümumtəhsil məktəbinin sadələşdirilmiş proqramı
əsasında təsdiq edilmiş xüsusi tədris planı üzrə aparılır.
7. Sağlamlıq
imkanları məhdud şəxslərlə təlim işi qrup və ya fərdi formada aparılır. Qrupla
məşğələ eyni sinifdən olan 4-15 nəfər sağlamlıq imkanları məhdud şəxs olduqda
aparılır.
Müalicə
aparılan şöbədə 4-dən 15-ə qədər I-IV sinif şagirdləri olarsa, sinif-komplekt
təşkil edilir.
V-XI sinif
şagirdləri üçün qrupla məşğələ iki sinifin birləşdirilməsi yolu ilə aparılır
(V- VI, VI-VII, VII-VIII, VIII-IX, IX-X, X-XI).
8. Stasionar
müalicədə olan sağlamlıq imkanları məhdud şəxslərlə məşğələlərin başlanılması
vaxtını və təlimin təşkili formasını xəstənin səhhətindən asılı olaraq baş
həkim müalicə həkiminin təklifi əsasında müəyyən edir. Bu barədə xəstəlik
tarixində qeyd aparılır.
9.
Müəllimlər təlim-tərbiyə işini sağlamlıq imkanları məhdud şəxslərin vəziyyətini
nəzərə alaraq baş həkimlə razılaşdırılmış cədvəl üzrə qurur. Hər bir sağlamlıq
imkanları məhdud şəxsin gündəlik dərs yükü I-IV siniflərdə 2, V-IX siniflərdə
3, X-XI siniflərdə 3,5 saatı aşmamalıdır.
10.
Stasionar tibb müəssisəsinin baş həkimi tədris işinin təşkili üçün lazımi
şərait yaradır və məşğələlərin vaxtını təyin edir.
Stasionar
tibb müəssisələrində müalicə alan sağlamlıq imkanları məhdud şəxslərlə aparılan
həftəlik məşğələlərə ayrılan saatların miqdarı aşağıdakı kimidir:
Siniflər
|
Fərdi məşğələlər
(saat)
|
Qrup məşğələləri
(saat)
|
I-III
|
3
|
12
|
IV
|
4
|
12
|
V
|
4
|
18
|
VI-VII
|
5
|
18
|
VIII
|
5
|
18
|
IX
|
6
|
18
|
X-XI
|
6
|
21
|
11.
Stasionar tibb müəssisələrində sağlamlıq imkanları məhdud şəxslər onların
gündəliyinə və təhsil aldıqları məktəbin arayışına əsasən müvafiq sinif
proqramlarına uyğun dərslərə cəlb edilirlər.
12.
Sağlamlıq imkanları məhdud şəxslərlə aparılan məşğələlərin qeydiyyatı üçün
sinif jurnalı ayrılır. Bu jurnalda dərsi aparan müəllim stasionar tibb
müəssisəsinə daxil olmuş sağlamlıq imkanları məhdud şəxslər haqqında
məlumatları qeyd edir: soyadı, adı, atasının adı, doğulduğu il, məktəbin
nömrəsi, sinifi, stasionar tibb müəssisəsinə daxil olduğu tarix, məşğələlərin
başlanması və qurtarması, aparılan saatların miqdarı.
Sağlamlıq
imkanları məhdud şəxslərin biliyinin qiymətləndirilməsi və keçilmiş mövzular
sinif jurnalında qeyd edilir.
Stasionar
tibb müəssisəsindən evə yazılandan sonra sağlamlıq imkanları məhdud şəxslərin haqqında
yuxarıda göstərilən məlumatlar bu müəssisənin təlim-tərbiyə işini bilavasitə
təşkil edən ümumtəhsil məktəbinə göndərilir.
13.
Sağlamlıq imkanları məhdud şəxslər stasionar tibb müəssisəsində dərs
ləvazimatları ilə tam dövlət təminatındadırlar.
14. Stasionar
tibb müəssisəsindən evə yazılarkən sağlamlıq imkanları məhdud şəxslərə hər bir
fənn üzrə cari və rüblük qiymətlər olan arayış verilir. Bu arayış stasionar
tibb müəssisəsində təlim-tərbiyə işini təşkil edən ümumtəhsil məktəbinin
direktorunun və baş həkimin imzaları və möhürləri ilə təsdiq edilir.
15.
Stasionar tibb müəssisəsində təhsil alan sağlamlıq imkanları məhdud şəxslərdən
ibarət kontingentin qeydiyyatı onların stasionar tibb müəssisəsinə qədərki
təhsil aldıqları məktəblərin statistik hesabatında aparılır.
16.
Sağlamlıq imkanları məhdud şəxslərin sonrakı təhsili, sinifdən-sinfə
keçirilməsi, buraxılış imtahanlarından azad olunması psixoloji-tibbi-pedaqoji
komissiyanın qərarı əsasında həyata keçirilir.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 10 iyun 2013-cü il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti 19 iyun 2013-cü il, № 131)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
0 коммент.:
Отправить комментарий