Azərbaycan Respublikası Təhsilin
inkişafı üzrə Dövlət Strategiyasında nəzəedə tutulmuş 2 ci istiqamətinə ( İnsan resurslarının müasirləşdirilməsi, təhsilverənlərin
peşəkarlığının yüksəldilməsi, təhsil alanların nəaliyyətlərinin qiymətləndirilməsi)
əsasən görülmüş işlər və uğurlarla ötən illərdə atılan addımları müqaisə etmək
istəyirəm.
Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası
Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 24
oktyabr tarixli Sərəncamı
ilə təsdiq
edilmişdir.
Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" (bundan sonra
- Strategiya) Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə
görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil
menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil
sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə
tutur.
1 ci
istiqamət- Məzmun
2ci
istiqamət –İnsan resurlarının müasirləşdirilməsi (Təhsilverənlərin peşəkarlıq səviyyələrinin
inkişaf etdirilməsi ə təhsilalanların uğur və nəaliyyətlərinin qiymətləndirilməsi)
3 cü
itiqamət- İdarəetmə
4 cü
istiqamət- Təhsil infrastrukturu
5 ci
istiqamət- Maliyyə
Baxamayaraq ki dövlət startegiyası çox qısa müddətdir
ki imzalanıb və qüvvədədir, lakin bu yolda çox işlər görülüb və görülməkdədir.Bilirik
ki məktəbin səmərəliliyi və uğurlu olması üçün təhsilverənlərin peşəkarlıq səviyyələrinin
inkişaf etdirilməsi çox vacibdir. Müstəqillik dövründə bütün sahələrdə olduğu
kimi, təhsilində inkişafı ilə bağlı geniş islahatlar gedir. XXI əsrin tələbləri
baxımından təhsildə ənənəviliyin uğurları qorunub saxlanılmaqla innovasiyalar
yeni pedaqoji texnologiyaların tətbiqini zəruri etdi.Bu innovasiyaların
pedoqoji fəaliyyətdə tətbiqi və bunu tətbiq etmək üçün müəllimlərin inkişaf
etdirilməsi peoritet məsələlərdəndir.Bunun üçün də çox işlər görülür.Təhsil
Nazirliyi tərəfindən müəllimlərin bacarıqlarını inkişaf etdirmək üçün bir çox təlimlər təşkil etmişdir. Elə bu səbəbdən
yüzlərlə yeni anlayışlar innovasiyalar kimi təhsilimizə daxil olmuşdur. Həyati
bacarıqlara əsaslanan təhsil, kurikulum, elektron məktəb, İKT, distant təhsil,
fəal (interaktiv), təlim, portfolio, boloniya prosesi, müəllimlərin dərslərinin
kliniki müşahidəsi və s. anlayışların mahiyyətini bilmək vacibdir
Hal- hazırda müəllimlərin iknkişafı üçün yaradılmış
şərait əvvki illərlə müqaisədə həddində
artıq yüksək səviyyədədir. Yəni heç bir müəllim ondan tələb olan bilik və
bacarıqların qarşılığında aciz qalmamalıdır. Çünki müəllimin inkişafı üçün və təkminləşməsi
üçün hər bir şərait mövcuddur.Düzdür bir çox təlimlər ödənişlidir lakin Təhsil
Nazirliyini öz hesabına müəyyən müsabiqə yolu ilə təşkil etdiyi çox əhəmiyyətli
təlimlər də vardır ki burada artıq müəllimin baza biliyi tələb olunur.Məm özüm
bir çox belə əlmləri misal çəkə bilərəm. İngilis idli müəllimlərinin
sertifikatlaşdırılması təlimi Təhsil
Nazirliyi MADAD Microsoft və Britaniya Səfirliyinin birgə layihəsi idi.Mən bu
layihənin iştirakçısı oldum.Bir çox bilik və bacarıqlara yiyələndm. Müasir
dövrdə müəllimin inkişaf etmək istəyi ilə dövlətin bu istəyi təmin etmə təşəbbüsləri
qarşılıqılıdır.İKT – tətbiqi 21 əsir tələbidir.Bu tələbə cavab cermək hər bir
müəllimin borcudur.Bu istiqamətdə də Təhsil Nazirliyi İnformasiya və
Kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi üçün müəyyən təlim və
proqramlar həyəta keçirir. Pedaqoji kadrların keyfiyyətcə hazırlığının yüksəldilməsi
qarşıda duran başlıca vəzifələrdəndir. 30 il əvvəl pedaqoji institutu bitirən
müəllimin peşəkarlığı ilə əlaqədar yeniliklərdən məlumatsızlığı onun səmərəli fəaliyyətinin
səviyyəsinin aşağı salınmasına səbəb olurdu.
Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsinə
gəldikdə isə bu amil də çox vacibdir.Çünki bu günün uğurlu təhsilalanı sabah
dövlətəin müəyyən sahələrində xidmət göstərəcə kadırdır. Azərbaycanda elm və təhsilin
maddi-texniki bazası və kadr potensialı əsasən XX əsr ərzində formalaşmışdır.
1970-1980-ci illərdə SSRİ-nin müxtəlif ali məktəblərinə gənclərin kütləvi şəkildə
göndərilməsi yüksək ixtisaslı mütəxəssislərlə təminat baxımından respublikanın
qabaqcıl mövqelərə çıxmasına imkan vermişdir. Bununla belə 1990-cı illərdən
sonra müəyyən obyektiv və subyektiv amillər nəticəsində bir sıra sahələrdə
çalışanların dünyada baş verən müasir proseslərlə ayaqlaşa bilməməsi reallığa
çevrilmişdir. Son
vaxtlar Azərbaycanın iqtisadiyyatı kimi Azərbaycan elmi, təhsili və mədəniyyəti
də geniş inteqrasiya proseslərinə cəlb olunmuşdur. Elm və təhsil sahələrində
alim, müəllim və tələbələrin mübadiləsi geniş vüsət almışdır. Bu proseslərin
dövlət sazişləri çərçivəsində yalnız bir qismi tənzimlənir. Lakin müasir mərhələdə
ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, informasiya və
texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır. Mövcud
intellektual potensialın zənginləşdirilməsi ölkəmizdəki elm və təhsil ocaqları
ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırır, xarici
dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarına yiyələnən və
beynəlxalq diplomatik təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə
olan ehtiyacın ödənilməsini tələb edir. Azərbaycanlı gənclərin ölkə üçün zəruri
ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə
çevrilmələrini təmin etmək məqsədi ilə "Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsil almasına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı
imzalanmışdır. Həmin sərəncama uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda
(bundan sonra Dövlət Proqramı) istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin
təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulur
0 коммент.:
Отправить комментарий