KIMYADAN
SINIFDƏN KƏNAR IŞ ÜÇÜN
MARAQLI SUALLAR
VƏ CAVABLARI
IX
SINIF ÜÇÜN
Bu suallar 9-cu
sinifdə intellektual oyunlar təşkil etmək üçün istifadə oluna bilər. Bu oyunlar
müəllimə imkan verir ki, şagirdlərin proqram materiallarını mənimsəmə
dərəcələrini cəlbedici formada müəyyənləşdirsin, öyrətmənin motivasiyasını
artırır, məktəblilərin dünya görüşünü genişləndirir.
Dərsdənkənar
tədbirlərə hazırlaşarkən şagirdlər elmi-kütləvi ədəbiyyat ilə işləməyi
öyrənirlər, bizi əhatə edən aləm, onda baş verən hadisələr haqqında maraqlı
suallar seçirlər və onlara cavab axtarırlar. Əlavə ədəbiyyatın öyrənilməsi
şagirdlərin lüğət ehtiyatının kimya terminləri ilə zənginləşməsinə kömək edir [1-3].
Komandada iş məktəblilərdə
kommunikativ mədəniyyət, görülən işə görə kollektiv qarşısında məsuliyyət
formalaşdırır, kollektivizm və sağlam rəqabət, qələbəyə can atmaq hissləri
yaradır, əmək bölgüsü və qarşılıqlı kömək etmək bacarığını inkişaf etdirir. Bu
oyunlar imkan verir ki, şagirdlər auditoriya qarşısında çıxış edə bilsinlər,
bir-birinə qulaq asmağı bacarsınlar, yoldaşlarına hörmətlə yanaşsınlar.
Bu məqalədə bizim maraqlı
saydığımız sualları və onların cavablarını veririk. Məqalə kimya müəllimləri
üçün nəzərdə tutulmuşdur. Kimya müəllimləri oxşar sualları özləri də tərtib edə
bilərlər. Lakin oyunlar təşkil olunmazdan bir neçə gün əvvəl müəllim şagirdlərə
hansı əlavə ədəbiyyatları oxumaq lazım olduğunu söyləməlidir.
Qoyulan sualların əksəriyyəti
həyatla əlaqəli olduğundan şagirdlər onların cavablarını maraqla axtarırlar və
yaddaşlarında saxlayırlar. Sualların bir çoxu tarixi hadisələrlə əlaqədar
olduğu üçün tarix fənni ilə inteqrasiya olunmuş kimya-tarix viktorinaları da
təşkil etmək olar.
Biliyə yanğını müəllim
alışdırır. Dərk etmə təəcübdən başlayır, fəaliyyətdən keçərək davam edir.
Öyrənmək biliklərin sərbəst axtarışını stimullaşdıran üsullardan daima istifadə
etmək deməkdir. Məktəbdə kimyanın tədrisinin çox illik təcrübəsi inandırır ki,
o üsullar daha səmərəlidir ki, onlar şagirdlərin düşünmə qabiliyyətlərinin
inkişafına, hər bir uşağın yaradıcı potensialının tam açılmasına kömək edir.
Tədris-tərbiyə prosesində səmərəliliyin yüksəldilməsi məksədinə nail olmaqda
məhz oyun-istirahətin, öyrənmənin, bütövlükdə mədəniyyətin əhəmiyyətli hissəsi olan
oyun böyük rol oynaya bilər.
Yeniyetmə oyunda özünü sərbəst
və rahat hiss edir, məmnuniyyətlə oyun qaydalarını qəbul edir, qələbəni və onun
olmamasını təbii qəbul edir.
1.
Müxtlif maddələrin qarışığından ibarət olan substansiya necə adlanır?
¾ Qarışıq
2.
Kimyəvi reaksiyanın istilik effekti göstərilən kimyəvi reaksiya
tənliyi necə adlanır?
¾ Termokimyəvi
3.
Maddənin həll olmasının temperaturdan asılılıq qrafiki necə adlanır?
¾ Həllolma əyrisi
4.
Hansı su közərmiş metalı daha tez soyudar: soyuq (200C ) və ya qaynar
(1000C )?
¾ Qaynar su közərmiş metalı
daha tez soyudar. Belə ki, suyun buxar əmələ gətirməsinin xüsusi istiliyi
xüsusi istilik tutumundan 1000 dəfə çoxdur və isti suyun apardığı istilik
miqdarı soyuq suyun apardığı istilik miqdarından çoxdur.
5.
Nə üçün yayda açıq su hövzələrində suyun temperaturu həmişə ətraf
mühitin temperaturundan aşağıdır?
¾ Açıq su hövzəsindən suyun
buxarlanması mayenin daxili enerjisinin azalması ilə müşayət olunur; bu zaman
həm maye, həm də onunla təmasda olan hava soyuyur.
6.
Əvvəllər adamlar yağış suyunu yığırdılar və içmək üçün təsərrüfat
ehtiyatlarını ödəmək məqsədi ilə istifadə edirdilər. İndi yağış suyunu az
istifadə edirlər və çalışırlar ki, yağışa düşməsinlər. Nə üçün?
¾ Yağış suyu avtonəqliyyatın
tüstü qazları, sənaye müəssisələrinin tullantıları hesabına zərərli maddələrə
malik ola bilər.
7.
Qarşınızda iki nömrələnmiş və içərilərində su olan stəkanlar var.
Hansı stəkanda qaynanmış su olduğunu müəyyən edin.
¾ Qaynanmış su divarlarında qaz
qabarcıqları olmayan stəkandadır. Əgər stəkana krandan soyuq su tökülərsə və
isti yerə qoyularsa stəkanın divarlarında qaz qabarcıqları (oksigen, azot,
karbon qazı) əmələ gəlir. Bu qazlar soyuq suda həll olmuş halda olur və
qızdırıldıqda sudan ayrılır (qazların suda həll olması temperatur artdıqca azalır).
8. Bir stəkanda su, digərində spirt var. Hər
iki stəkana yağ damızdırdılar. Nə üçün içərisində su olan stəkanda yağ səthdə
üzür, spirt olan stəkanda isə yağ kürəciyi spirtin həcmində “asılı” qalır?
¾ Mayeyə tökülmüş yağ damcısına
ağırlıq qüvvəsi və arximed qüvvəsi (suyun sıxlığından asılı olur) təsir edir.
Su olan stəkanda ağırlıq qüvvəsi arximed qüvvəsindən azdır və yağ damcısı
səthdə üzür. İçərisində spirt olan stəkanda ağırlıq qüvvəsi ağırlıq qüvvəsinə
bərabərdir və yağ mayenin istənilən yerində tarazlıqda olur (üzür).
9.
Qarşınızda iki stəkan su var. Hansı stəkanda dəniz suyu, hansında
içməli su olduğunu müəyyən edin. Suyun dadına baxmaq olmaz.
¾ Stəkana çiy yumurta salmaq lazımdır. İçməli
suda yumurta batacaq, dəniz suyunda isə üzə çıxır. Bu, onunla əlaqədardır ki,
duzlu suyun sıxlığı içməli suyun sıxlığından çoxdur, uyğun olaraq yumurtaya
təsir edən arximed qüvvəsi duzlu suda daha böyükdür.
10. Bitkilər 70%-dən çox suya malikdirlər. Nə
üçün onlar kifayət qədər soyuqda donmurlar?
¾ Məsələ ondadır ki, 0oC-də
adi şəraitdə yalnız təmiz su donur, bitkilərdə isə mürəkkəb, o cümlədən kolloid
məhlullar var ki, onların da donma temperaturları xeyli aşğıdır. Bundan başqa
soyuğa dözmək üçün xüsusi tədbirlər görürlər: krioprotektorlar (şəkər, enerji
tutumlu piylər) istehsal edir və toplayırlar. Bu maddələr oksidləşdikdə hiss
olunacaq dərəcədə istilik ayrılır ki, bu da bitkiləri soyuqdan qoruyur.
11. Su molekulları ionlara parçalanırmı?
¾ Bəli, parçalanır. Su
molekulları olduqca möhkəmdir, amma onların az bir hissəsi ionlara dissosiasiya
edir. Adi temperaturda hər milyard su molekulundan 2-si dissosasiya edir.
12. Nə üçün dərin sulu göldə su mavi rəngli
görünür, kran suyu isə rəngsizdir?
¾ Bizim bəzən ağ
adlandırdığımız günəş işığında optik diapazonunun bütün dalğa uzunluqlarına
(infraqırmızıdan ultrabənövşəyiyə qədər)
malik şüalar var. Suyun səthinə düşdükdə işığın bir hissəsi udulur və bütün
istiqamətlərə səpələnir (su molekulları ilə toqquşaraq). Bu zaman spektrin
qırmızı hissəsi daha tez udulur, mavi spektr isə hamısından ləng.
On beş-iyirmi metr dərinliyə
çataraq spektrin qırmızı şüaları tamamilə udulur. Əsasən spektrin mavi
hissəsinin şüaları səpələnir və udulmadan geri qayıdır. Məhz buna görə dərin və
təmiz göldə su mavi rəngdə görünür. Stəkana krandan tökülmüş su ona görə
rəngsiz görünür ki, onun dərinliyi hətta spektrin qırmızı hissəsinin olduqca az
miqdarını da uda bilmir.
13. Nə üçün Elbrus zirvəsində su
820C-də qaynayır,
¾ Elbrus zirvəsində təzyiq
atmosfer təzyiqindən azdır, odur ki, suyun qaynama temperaturu 1000C-dən
aşağıdır.
14. Şüşə tikinti materiallarının
geniş istifadəsi nə ilə əlaqədardır?
¾ Onların nisbətən ucuz olması, geniş
yayılması, asan tapılması və xammalın ucuzluğu ilə əlaqədardır. Bundan başqa
ərimiş şüşəni mexaniki üsulu ilə məmulata formalaşdırmaq asandır. Şüşə
asanlıqla mexaniki işlənə bilir. Bu da şüşə məmulatlarının qiymətini aşağı
salır.
15. Nə üçün istehsal üçün
şıxtanın tərkibinə əhəng, əhəng daşı, təbaşir daxil edilir?
¾ Şüşənin suda həll olmaması
üçün.
16. Şüşənin rənglənməsi necə həyata
keçirilir?
¾ Rəngləmək üçün şüşəyə bəzi
metalların oksidləri və ya müəyyən metalların kolloid hissəcikləri daxil
edilir. Metal oksidləri ilə rənglədikdə şüşənin rəngi oksid-boyayıcının
tərkibindən və miqdarından asılı olur. Məsələn, kobalt (II) oksid
natrium-kalsium şüşədə qırmızı- bənövşəyi rəng verir. Manqan (II) oksid
natrium-kalsium şüşədə qırmızı-bənövşəyi rəng, kalium-sink şüşədə
mavi-bənövşəyi rəng verir. Kolloid vəziyyətdə də qızıl şüşəni qırmızı rəngə
boyayır. Belə şüşə qızıl rubin adlanır. Kolloid vəziyyətdə gümüş şüşəni sarı
rəngə boyayır. Selen yaxşı boyayıcıdır. Kolloid vəziyyətdə selen şüşəni çəhrayı
rəngə boyayır., CdS. 3CdSe birləşməsi şəklində olduqda isə şüşəni qırmızı rəngə
boyayır. Belə şüşə selen rubini adlanır. Aşağı keyfiyyətli butulka şüşəsi bir
qayda olaraq onun tərkibində Fe2+ və Fe3+ ionlarının
miqdarından asılı olaraq müxtəlif rənglərə malik olur.
17. Fotoxrom şüşə nədir? Onun
tərkibi necədir?
¾ Fotoxrom şüşə şüalanmanın
təsiri ilə öz rəngini dəyişir. Belə şüşələri güclü şüşələnmiş binaları günəşdən
qorumaq, mənzilin daima işıqlanmasını təmin etmək üçün istifadə olunur. Belə
şüşə həm də nəqliyyatda istifadə olunur. Fotoxrom şüşənin tərkibində bor oksid
B2O3 olur, işığa həssas komponent mis (I) oksid iştirakı
ilə gümüş xloriddir. Işıqlandırma zamanı atomar gümüş ayrılır ki, bu da şüşənin
tutqunlaşmasına səbəb olur. Qaranlıqda reaksiya əks istiqamətdə gedir. Mis (I)
oksid özünəməxsus katalizator rolunu oynayır.
18. Billur (xrustal) nə zaman
kəşf olunub və onun tərkibi nədən ibarətdir?
¾ Billur XVII əsrdə İngiltərədə
kəşf olunub.
Billur şüşə qurğuşun-kalium
slikatlı şüşədir və tərkibində qurğuşun (II) oksid var. Çox vaxt qurğuşunun
miqdarı əşyanın markası üzərində göstərilir. Qurğuşun nə qədər çox olursa,
billurun keyfiyyəti bir o qədər yüksək olur. Billur yüksək şəffaflığa,
parıltıya və böyük şıxlığa malik olur.
19. Kvars şüşə nədən alınır?
¾ Kvars şüşə təmiz kvars
qamundan və ya tərkibində SiO2 olan dağ billurundan alınır. Kvars
şüşəni hazırlamaq üçün olduqca yüksək temperatur tələb olunur (17000C-dən
yuxarı).
20. Tripleks nədir?
¾ Tripleks təhlükəsiz şüşədir.
O, aralarına şəffaf və şüşə ilə kley vasitəsilə şüşəyə yapışdırılan təbəqə
qoyulmuş bir neçə adi şüşə lövhələrindən alınır. Bərk yapışdıqlarına görə zərbə
zamanı əmələ gələn qırıntılar aralıq təbəqə tərəfindən saxlanılır və şüşə
üzərində qırıntılar yox, çoxlu sayda radial və konsentrik çatlar əmələ gəlir.
Bu şüşə qırıntıları ilə sərnişinlərin yaralanma təhlükəsini kəskin azaldır.
21. Alışdırmaq üçün ağac
çubuqlardan istifadə etmək ideysaı kimin ağlına gəlmişdir?
¾ Əsas ideya – böyük istilik
ayrılması ilə gedən kimyəvi reaksiyanı ağac çubuğun alışdırılması üçün istifadə
ideyası 1805-ci ildə Fransada yaranmışdır. Parisli Jan Şansel nazik ağac
çubuqcuqların başlığını (ucunu) şəkər, bertolle duru (KClO3) və
kamed qarışığı ilə örtmüş, onları alışdırmaq üçün sulfat turşusuna salmışdır.
Şəkərin turşu ilə qarşılıqlı təsiri zamanı alınan, bertolle duzu ayrılan
oksigenin hesabına yanmanı gücləndirir. Belə kibritdən istifadə etmək üçün hər
kəs yanında kiçik qabda qatı sulfat turşusu gəzdirməli idi ki, bu da təkcə
narahatlıq yaratmırdı, həm də turşu ilə ehtiyyatsız davrandıqda kimyəvi
yanıqlara səbəb olurdu. Odur ki, “turşu” üsulu geniş tətbiq tapmamışdır.
22. Kim kibriti najdak kağızına
sürtməklə alışdırmağı tapmışdır?
¾ İngilis şəhərciyi
Stok-ton-on-Tisdə yaşayan aptekçi Con Uolker 1827-ci ildə kibriti najdak
kağızına sürtməklə alışdırmaq üsulunu tapmışdır. Onun satış üçün hazırladığı
kibritlərin başı kalium xloratın, stibium (III) sulfidin və kamedin
qarışığından ibarət idi.
3KClO3 + Sb2S3
= 3KCl + Sb2O3 + 3SO2
Reaksiya qaz halında kükürd
dioksid alınması ilə müşayət olunur ki, o da xarakterik kəskin iyə malikdir. Bu
kükürdlü kibritlər (stibium sulfidin bir hissəsi daha ucuz toz halında kükürd
ilə əvəz olunmuşdur yandıqda da hiss olunur:
2KClO3 + 3S = 2KCl
+ 3SO2
23. Nə zaman ilk dəfə fosforlu
kibritlər yaranmışdır?
¾ Fosforlu kibrit 1830-cu
illərin əvvəllərində yaranmışdır. Tələbə kimyaçı Şarl Soria Fransada və kimyaçı
Kamerer Almaniyada sürtünmə zamanı asan alışa bilən fosfora malik tərkib
tapmışdır. Yanma zamanı fosfor oksidə çevrilir.
5KClO3 + 6P = 5KCl
+ 3P2O5
24. Tez alışmalarının qarşısını
almaq üçün fosforlu kibritlərdən istifadə edərkən hansı ehtiyat tədbirləri
görmək lazım idi?
¾ Kibritin yana bilən
qarışığını ciddi olaraq havadan təcrid etmək lazım idi, əks halda fosfor
asanlıqla alışırdı. Öz-özünə alışma olmaması üçün kibrit başlığını kamed və ya
ona bənzər maddələrlə örtürdülər. Fosforlu kibritlər olduqca təhlükəli idi,
onlar asanlıqla alışmaları ilə yanaşı həm də onların tərkibində güclü zəhərli
ağ fosfor var idi. 1867-ci ildə İtaliya ershersoginyası Matilda təsadüfən
kibriti ayaqlamış və nəticədə ani olaraq paltarı alova bürünmüş və o, yanıqdan
dünyasını dəyişmişdir.
25. Kibrit fabrikinin işçiləri
hansı peşə xəstəliyindən əziyyət çəkirdilər?
¾ Bu xəstəlik fosfor nekrozu
adlanır- sümüklərin zədələnməsi.
26. Ağ fosforun hansı dozası
insan üçün öldürücüdür?
¾ Ağ fosforun 0,05-0,15 qramı
insan üçün öldürücü dozadır.
27. Kibrit istehsalında ağ fosfor
hansı kimyəvi birləşmə ilə əvəz olunmuşdur?
¾ Ağ fosforun fosfor sulfid P4S3
ilə əvəz edildiyi tərkiblər bir qədər az təhlükəlidir. Tərkibində bertolle duzu
KClO3, fosfor sulfid P4S3, toz halında şüşə
olan və dəmir və sink əlavələrinə malik qarışıq nahamar səthə sürtüldükdə
asanlıqla alışır. Kibrit hazırlayarkən kalium xlorat əvəzinə, əksər hallarda
ona əlavə kimi həmçinin daha ucuz olan maddələr-kalium nitrat, kalium bixromat
K2Cr2O7, sürmə Pb3O4,
manqan dioksid MnO2 və qurğuşun dioksid PbO2, kamedin
əvəzinə dekstrin və müxtəlif yapışqanlar istifadə olunurdu.
28. Qırmızı fosforu kim kəşf
etmişdir və o, kibrit istehsalına necə təsir etmişdir?
¾ 1847-ci ildə avstriya
kimyaçısı Şriter aktivliyi ağ fosfora nəzərən olduqca az olan qırmızı fosforu
kəşf etmişdir.
Qırmızı fosforun yanma
istiliyi ağ fosforun yanma istiliyindən bir qədər azdır, ama qırmızı fosfor ağ
fosfora nəzərən ləng oksidləşir və yalnız ağ fosforun izləri səviyyəsində ağ
fosfora malik olduqda havada özü-özünə alışır. Bundan başqa qırmızı fosfor
zəhərli deyil. Təbii ki, kibrit istehsalında o, daha təhlükəli ağ fosfor
istifadəsini sıxışdırıb çıxarmışdır.
29. İlk təhlükəsiz isveç
kibritləri nə zaman yaranmışdır və onlar nədən ibarət idi?
¾ Təhlükəsiz kibritlər 1855-ci
ildə isveç kimyaçısı Y.Lundstrom tərəfindən kəşf olunmuşdur. Bu kibritlərin
başlıqları tamamilə fosfora malik deyildilər və bertolle duzunun və stibium
sulfidin Sb2S3 elə proporsiyada qarışığından ibarət
idilər ki, onlar nə hava ilə təmasda, nə də nahamar səthə sürtüldükdə özü-özünə
alışmırdılar. Onların alışdırılması üçün sonralar geniş yayılmış prinsip
istifadə olunmuşdu. Yanar qarışığın komponentlərini kibritin başlığı və qutunun
səthində ayrılıqda yerləşdirmək.
Isveç kibritlərində qutunun
yan səthinə qırmızı fosfora malik qarışıq çəkilirdi.
Çubuğun yaxşı yanması üçün
qarışığın yanmasını inert əlavələr - oxra, xırda şüşələr və digər maddələr
əlavə etməklə ləngidirlər. Çubuğun özünü kükürd, parafin və vosk ilə
hopdururdular. Kibrit başlığına müxtəlif piqmentlər qatmaqla müxtəlif rənglər
verirdilər. Təxminən eyni kibritləri biz indi istifadə edirik
30. Polad yonqarlara malik maddələr qarışığını ayırmağa nədən başlayardınız?
¾ Poladv yonqarları maqnit ilə
ayırmaqdan.
32. Dəmir, alüminium və natrium metallarından
hansı dəyişgən valentlidir?
¾ Dəmir.
33. Gümüş əşyaların qaralması hansı hadısələrə
aiddir?
¾ Kimyəvi hadisələrə.
34. Separatorlarda yağ südün qalan hissəsindən
hansı üsul ilə ayrılır?
¾ Sentrifuqa üsulu ilə.
35. Daimi komponentlərindən biri azot olan
təbii qarışığı göstərin?
¾ Hava.
36. Havanın tərkibindəki qazlardan hansı birinci
kəşv olunub?
¾ Oksigen.
37. Tikinti materialı ola bilən təbii
karbonatların adlarını deyin?
¾ Mərmər, əhəng daşı, təbaşir.
38. Təbaşirin, mərmərin, əhəng daşının əsasını
hansı maddə təşkil edir?
¾ Kalsium karbonat.
39. Yer qabığında hansı metallar daha geniş
yayılmışdır?
¾ Alüminium və dəmir.
40. Tərkibində 2%-dən çox karbon, silisiumun,
manqanın, fosforun və kükürdün əlavələri olan dəmir ərintisi neçə adlanır?
¾ Çuqun.
41. Səhər yeməyi yeməyə oturmazdan əvvəl səhər
tezdən hansı duzları istifadə edirsiniz?
¾ Diş pastasının tərkibinə
daxil olan kalsium karbonat və ya kalsium fosfat, flüoridlər.
42. Hansı turşu bütün canlıların əsası olan
elementə malikdir?
¾ Karbonat turşusu.
43. Hansı metal ən yüngül, hansı ən ağırdır?
¾ Ən yüngül metal litium, ən
ağır metal osmiumdur.
44. Hansı maddə texnikada kaustik soda adlanır?
¾ Natrium qələvisi- natrium
hidroksid.
45. Hansı süd içilmir? Bu maddə hansı sinifə
aiddir?
¾ Əhəng südü – kalsium
hidroksidin suda suspenziyası belə adlanır. Bu məddə əsaslar sinifinə aiddir.
46. Aşağıdakı qazlardan hansı təbii birləşmə
deyil: metan, dəm qazı, karbon qazı?
¾ Dəm qazı.
47. Ağır maye metalı adlandırın ?
¾ Civə.
48. Ammoniak məhlulunun iki adını söyləyin?
¾ Naşatır spirti, ammoniakın
hidratı.
49. Təcrübi yolla çay sodasını yuma sodasından
necə fərgləndirmək olar?
¾ Çay sodası qızdırıldıqda
karbon qazı ayrılmaqla parçalanır. Yuma sodası isə qızdırıldıqda parçalanmır.
50. Kalium şorası və potaşı təcrübi yolla necə
fərgləndirmək olar?
¾ Xlorid turşusu potaş ilə
qarşılıqlı təsirdə olduqda karbon qazı ayrılır.
51. Natrium sulfidə xlorid turşusu ilə təsir
etdikdə hansı qaz ayrılır? Onun iyi necədir?
¾ Ayrılan qaz hidrogen sulfiddir.
O, lax yumurta iyi verir.
52. Birinci dünya müharibəsində hansı qaz
kimyəvi silah kimi istifadə olunmuşdur?
¾ Xlor.
53. Hansı maddə yanmasa da si ulə söndürülür?
Söndürmə zamanı hansı maddə əmələ gəlir?
¾ Kalsium oksid – sönməmiş
əhəng. Su ilə onu söndürdükdə kalsium hidroksid – sönmüş əhəng alınır.
54. Dəniz kələmi hansı elemetn ilə zəngindir və
onun insan organizimində çatışmazlığı qalxanabənzər vəzin xəstəliyinə səbəb
olur?
¾ Yod.
55. Hansı metal bakterisid xassəsinə malikdir?
¾ Gümüş.
56. Nitratlar xiyarın ən çox hansı hissəsində
olur?
¾ Nitratlar xiyarın ən çox qabığında
olur.
57. Yerdə kimyəvi təmiz dəmir rast gəlirmi?
Əgər cavab müsbətdirsə onun mənşəyi nədir?
¾ Yerdə kimyəvi dəmir rast
gəlir. Bu, metiorit mənşəlidir.
58. Sümük qırıldıqda sarğı qoymaq üçün tibbdə
istifadə olunan kimyəvi maddənin adı nədir?
¾ Gips.
59. Veneranın atmosferinin əsasını hansı qaz
təşkil edir və Yerdə meyvə şirəsi almaq üçün istifadə olunur?
¾ Karbon qazı.
60. Fransız aşbaz F.Apper XX əsrin əvvəlində öz
peşəkar fəaliyyəti ilə əlaqədar olan hansı kəşvi etmişdir?
¾ O, qida məhsullarının
konservləşdirilməsi üsulunu kəşv etmişdir.
61. Qızılın hansı xassəsi Arximedə kömək etdi
ki, saray zərgərlərinin tacı düzəldərkən qızılın bir hissəsini gümüş ilə əvəz
etmələrinin üstünü açsın?
¾ Qızıl ağır metallardan biri
olub, yüksək sıxlıqlı maddədir. O, 19,3 dəfə sudan ağırdır. Arximed tacı
çəkmiş, sonra onu suya salaraq sıxışdırılıb çıxarılmış suyun həcmini
hesablamışdır. Tacın kütləsini həmin həcmə bölərək sıxlığın 19,3-dən az olan qiymətini
almışdır. Bu, o demək idi ki, zərgərlər qırılan bir hissəsini başqa, daha
yüngül metal ilə-gümüşlə əvəz etmişlər. Gümüşün sıxlığı sudan 10,5 dəfə çoxdur.
Arximed biri qızıldan və biri gümüşdən
ibarət olan iki külçə hazırlamışdı. Sıxışdırılıb çıxarılan suların həcminə görə
Arximed hesablamışdı ki, zərgərlər nə qədər qızılı gümüş ilə əvəz etmişlər.
62. Hansı elementi həyat və ölüm elementi
adlandırmaq olar?
¾ Azot. Onu ona görə həyat
elementi adlandırırlar ki, Yer üzündə həyatın daşıyıcısı olan zülalların
tərkibinə daxildir. Ona görə azotu ölüm elementi adlandırırlar ki, o əksər
partlayıcı maddələrin (ammoniak, trinitrotoluol və s.) tərkibinə daxildir.
63. Hansı turşunu həkimlər dezinfikasiya üçün,
kimyaçılar isə şüşə hazırlamaq üçün istifadə edirlər?
¾ Borat turşusunu.
64. Yay vaxtı südü müəyyən müddətə qıcqırmadan
necə qorumaq olar?
¾ İçərisində süd olan qab içərisində
su olan ləyənə qoyulur və salfetka ilə elə sürtülür ki, salfetkanın ücları suya
toxunsun. Buxarlanma prosesi endatermik prosesidir, olur ki, qabdakı süd
soyuyacaqdır.
65. Hansı planet qırmızı planet adlanır və nə
üçün?
¾ Mars planeti qırmızı planet
adlanır. Çünki onun səthində dəmir oksidlərinə malik hissəciklər var.
66. Nə üçün Ölü dənizdə batmaq olmaz?
¾ Suda çoxlu duzlar həll olmuşdur
və odur ki, bu dənizin suyu böyük sıxlığa malikdir. İnsan belə suyun səthində
üzana bilir və batmır.
67. Nə üçün hidrogen ekoloji təmiz yanacaq
adlandırılır?
¾ Onun yanması zamanı yalnız su
əmələ gəlir.
68. Kimyəvi yolla mərməri toz halına necə
salmaq olar?
¾ Mərmərə xlorid turşusu ilə
təsir adilir və alınan qaz (karbon qazı) kalsium hidroksid məhlulundan
buraxılır. Alınan çöküntü mərmər ilə eyni tərkibə malikdir.
69. Dəniz suyunun acı olmasının səbəbi nədir?
¾ Dəniz suyunda olan maqnezium
duzları ona acılıq verir.
70. Qarşqa çaldıqda onun çaldığı yer ağrıyır,
cünki dəriyə güclü qarışqa turşusu düşür. Ağrını kəsmək üçün nə etmək lazımdır?
¾ Qarışqa çaldığı yerə naşatır
spirti sürtmək lazımdır. Naşatır spirti qələvidir və turşunu neytralaşdırır.
71. Hansı maddə qədimdə qızıl kimi
qiymətlədirilirdi?
¾ Xörək duzu.
72. Əşyanın üzərində güzgü kimi təbəqə əmələ
gətirən hansı metal poladın korroziyadan müdafiəsi üçün istifadə olunur?
¾ Nikel.
73. Üçan şarlar (dirijablla, stratastatlar) nə
ilə doldurulur?
¾ Helium ilə.
74. Konserv bankaları nədən hazırlanır?
¾ Ağ jestdən.
75. Sizə məlum olan, havanın tərkibinə daxil
olan, zəhərli olmayan , amma onların atmosferlərində insanlar və heyvanlqar
ölən qazlar hansılardır?
¾ Azot, karbon qazı, təsirsiz
qazlar.
76. Hidrogen metallik halda ola bilərmi?
¾ Metallik hidrogen alınmışdır,
amma o, olduqca böyük təzyiq altında mövcüd olur.
77. Helium havası nədir? O, harda istifadə
olunur?
¾ Azotun hamısı və ya çox
hissəsi helium ilə əvəz olunmuş hava helium havası adlanır. Helium havası üç
dəfə yüngüldür, odur ki, onunla nəfəs almaq adi hava ilə nəfəs almaqdan olduqca
asandır. Onu nəfəs orgaanların xəstəlikləri zamanı istifadə edirlər. Helium
azotdan fərgli olaraq praktiki olaraq qanda həll olmur. Odur ki, kesson
xəstəliyinin səbəbi ola bilər. Ondan dalğıcların nəfəs alması üçün istifadə
olunur.
78. Bataqlıqda belə hadisə müşahidə etmək olar:
sakit dayanmış su hövzəsinin dibindən qaz qabaqcıqları çıxır və səssiz yox
olur. Bu nədir?
¾ Bu dibdəki lilin altında
altından çıxan metandır- bataqlıq qazı. O, bitki çöküntülərinin çürüməsi zamanı
əmələ gəlir.
79. Hansı səbəbdən su alovu söndürür?
¾ Birinci, su yanan əşyaya hava
oksigenin daxil olmasının qarşısını alır, ikincisi, odda buxarlanaraq çoxlu
istilik udur, odur ki yanan əşyanın temperaturu o qədər aşağı düşür ki, onun
yanması davam edə bilmir.
80. Mirvari nədən ibarətdir?
¾ Mirvari kalsium karbonatdan
(86-90%), üzvi maddələrdən (6-12%) və sudan ibarətdir.
81. Hansı metal insan əlinin temperaturunda
əriyir?
¾ Serium insan əlinin temperaturunda
əriyir.
82. Baş beyinin hüceyrələrinin zəhərlənməsinə
səbəb olan ağır metal hansıdır?
¾ Qurğuşun
83. Tibbdə qanaxmanın qarşısını almaq üçün
istifadə olunan maddənin adını deyin və kimyəvi formulunu yazın
¾ Hidrogen peroksid H2O2.
84. Qızılı digər metallardan, məsələn, məsələn
mis və gümüşdən necə ayırmaq olar?
¾ Mis və gümüş nitrat
turşusunda həll olur, qızıl isə yox
85.Hansı “araqda” qızıl həll olur? Bu
“araq”necə hazırlanır?
¾ Qızıl “çar arağında” həll
olur. Ehtiyatla üç həcm qatı xlorid turşusu bir həcm qatı nitrat turşusunda
həll edilməklə “çar arağı” hazırlanır.
86. Hansı suda xörək duzu yaxşı həll olur:
soyuq və ya qaynar suda?
¾ Praktiki olaraq soyuq və
qaynar suda natrium xloridin həll olması eynidir. Xörək duzunun suda həll
olması praktiki olaraq temperaturdan asılı deyil.
87. Kalsium karbid necə alınır?
¾ Sönməmiş əhəngi (kalsium
oksidi) kömür ilə birgə közərtməklə
88. Nə üçün barmaq soyuq dəmirə donub yapışır?
¾ Metal böyük istiikkeçirməyə
malik olduğundan dəridə olan nəm barmaq soyuq metala toxunduqda donduğundn
barmaq donaraq soyuq metala yapışır.
89. İndi həmin metal geniş istifadə olunur.
Amma 1855-ci ildə Ümumdünya sərgisində zərgərlik əşyalrı üçün material kimi
nümayiş etdirmişdilər və qızıldan bah qiymətləndirilirdi. Bu hansı metaldır?
¾ Alüminium.
90. Kömürün yanma məhsullarından buz almaq
olarmı?
¾ Bəli. Kömürün yanma
məhsullarından karbon dioksid ayrılır və xüsusi şəraitdə “quru buz”a çevrilir.
91. Hansı maddə bərkliyinə görə almaza
yaxınlaşır?
¾ Borazon-bornitrid
92. məlumdur ki, kalium ionları canlı
hüceyrənin daxilində, natrium ionları hüceyrələrarası fazada yerləşir. Nə üçün
duzlu qida qəbul etdikdən sonra su içmək istəyinin səbəbini izah edin.
¾ Natrium ionları kalium
ionlarına nəzərən daha tez hidratlaşır və natrium ionlarını qatılığı artdıqda
su hüceyrədən hüceyrələrarası fazaya keçir. Hüceyrə həcmcə kiçilir, reflektor
olaraq yanğı hissi yaranır.
93. Naşatır və Naşatır spirti nə ilə fərqlənir?
¾ Naşatır duzdur (Ammonium
xlorid). Naşatır spirti qələvidir, ammoniakın suda məhluludur.
94. Hansı maddə yer səthinin 2/3 –ni örtür?
¾ Su.
95. Fotosintez prosesində əmələ gələn və
nəfəsalmanı, yanmanı, çürüməni təmin edən qaz hansıdır?
¾ Oksigen.
96. Çay qumunun kimyəvi formulu necədir?
¾ SiO2.
97. Közərmiş dəmir parçasını hərəkət etdirmək
üçün elektromaqnitdən istifadə etmək olmaz. Nə üçün?
¾ Cünki 800ºC-əqədər
qızdırılmış dəmir tamamilə maqnitlənmir.
98. Atmosferin yuxarı təbəqələrində olan, yer
səthinin bəzi səthlərində ozonun az
miqdarda olduğu fəza necə adlanır?
¾ Ozon dəliyi.
99. Hansı metal ionu olmadan xlorofill əmələ
gələ bilməz?
¾ Maqnezium ionu olmadan.
100. Soyuq suda yanan metal hansıdır?
¾ Kalium.
101. Praktikada tökülmüş civəni məhv etmək üçün
hansı qeyri-metal istifadə olunur?
¾ Kükürd.
102. Hansı alim və hansı ildə müəyyən etmişdir
ki, atomun nüvəsinin yükü (şərtli vahidlərlə) ədədi qiymətcə elementin
D.İ.Mendeleyevin elementlərinin dövri sistemində atom nömrəsinə malikdir?
¾ İngilis fiziki Q.Mozli
1914-cü ildə.
Qeyd edək ki, tərtib olunmuş
sualların əksəriyyəti təbiət hadisələri, təbiət, canlı aləm ilə əlaqədar
olduğundan şagirdlərin böyük marağına səbəb olur. Digər tərəfdən şagirdlər
bilirlər ki, kimyanı dərindən öyrənmək onların xoşbəxt və daha təhlükəsiz, o
cümlədən sağlam yaşaması üçün lazım olan ən vacib komponentlərdən biridir.
Müəllim bu sualların bir çoxu
ilə əlaqədar təcrübələr qoyaraq cavabları praktiki olaraq əsaslandıra bilər. Bu
halda yerli materiallardan istifadə daha cəlbedici və maraqlı olur. Verilən
suallara cavabların tapılması şagirdlərin dünya görüşünün genişlənməsinə və
zənginləşməsinə səbəb olur.
İstifadə
edilmiş ədəbiyyat:
1.
М.А.Шаталов,
Н.Е.Кузнецова. Химия
достижение метапредметных результатов обучения. Решение интегрированных учебных
проблем. Москва, Вентана-Граф, 2012, 256
с.
2.
И.В.Галыгина,
Л.В.Галыгина, Н.П.Воскобойликова. Современные технологии преподавания химии.
8-11 классы. Москва, Вентана-Граф, 2009, 160 с.
3.
С.М.Курганский.
Увлекательная химия. Москва, Русское слово, 2011, 248 с.
Занимательные вопросы по химии и ответы
для внеклассной работы
для IX класса
В.М.Аббасов, А.М.Тагиева, Г.А.Пириева
АННОТАЦИЯ
Данная статья посвящена методике проведения обобщенного повторения тем,
правилам наименования химических соединений, первичным понятиям общей химии и
т.д.
An interesting question in chemistry and answers for
extracurricular activites
IX classes
V.M. Abbasov, A.M. Tagiyeva, G.A. Pirieva
ANNOTATION
This
article is dedicated to the methods of the generalized repetition of themes, of
chemical names of compounds, initial concepts of general chemistry and etc.
Açar sözlər: kimyəvi
reaksiya, kimyəvi tənlik, kimyəvi element, oksid, əsas, turşu, duz
Ключевые
слова: химическая реакция, химическое
уравнение, химический элемент, оксид, основа, кислота, соль.
Key words: chemical reaction,
chemical equation, chemical element, oxide, bases, asid, salt.
0 коммент.:
Отправить комментарий