Ümumtəhsil məktəblərinin 2014-2015-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
http://edu.gov.az/az/page/299/8855
Ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikasının tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün
2014-2015-ci dərs ilinə aid aşağıdakı tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiq edilsin:
2014-2015-ci dərs ilinə aid aşağıdakı tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiq edilsin:
1.1. Ümumtəhsil məktəblərinin I-VII sinifləri üçün tədris planları (1, 2, 3 nömrəli əlavələr);
1.2. Ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin I-VII sinifləri üçün tədris planları (4, 5 nömrəli əlavələr);
1.3. Ümumtəhsil məktəblərinin VIII-XI sinifləri üçün tədris planları (6, 7, 8 nömrəli əlavələr);
1.4. Ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin VIII-XI sinifləri üçün tədris planları (9, 10 nömrəli əlavələr);
1.5. Azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planları (11, 12 nömrəli əlavələr);
1.6. Tədris planlarına dair “Qeydlər” (13 nömrəli əlavə).
2. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi (R.Orucov), Tədris resursları şöbəsi (F.Şahbazlı) tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun.
Mikayıl Cabbarov,
Azərbaycan Respublikasının təhsil naziri
4 iyul 2014-cü il
№ 775
0 коммент.:
Отправить комментарий