08.12.2015

Fərhadoğlu adına  230 saylı tam orta məktəbin sinif rəhbərlərinin 2014-2015 ci üçün fəaliyyət planı:

1.    Sinif rəhbərinin işinin məqsədi şagirdlərə ümumi təhsilin milli məqsədlərinə nail olmaqda, şəxsi, tərbiyəvi, əqli və fiziki imkanların inkişaf etdirilməsinə kömək göstərməkdən ibarətdir; sinif rəhbəri şagirdlərə sağlam həyat qaydasının aşılanmasında kömək göstərməli, onlarda demokratik dəyərlərə əsaslanan vətəndaşlıq şüurunu inkişaf etdirməli və onların ailə, cəmiyyət və dövlət qarşısında öz hüquq – vəzifələrinin dərk etmələrinə kömək göstərməlidir.
2.    Sinif rəhbərinin vəzifələri:
a)    Şagirdi və onun  valideynini-qanuni təmsilçisini onların hüquqları və vəzifələri (məktəbin daxili intizamı, şagirdin Etika məcəlləsi, məktəbin tədris planına müvafiq məsələləri və s.) ilə tanış etməlidir;
b)   müntəzəm olaraq sinif rəhbəri saatı keçirməlidir ;
c)    məktəb və ya sinif mühitində qarşıya çıxan müxtəlif problemlərin həllində şagirdə kömək göstərməlidir;
ç)   şagird, valideyn və müəllim arasında problemlərin qarşıya çıxdığı anda vasitəçi olmalıdır;
d)  şagirdin nizam- intizamı, şəxsi problemləri və ya nailiyyətləri barədə    valideynə müntəzəm informasiya verməlidir. Bir şagirdin intizamı və ya nailiyyəti    barədə başqasının iştirakı ilə söhbət aparmaq yolverilməzdir;
e) lazım gəldiyi təqdirdə, maraqlanan valideynlə görüşməli və ona şagirdlə və məktəbdə baş verən proseslərlə əlaqədar informasiya verməlidir;   
ə)  Şagirdin məktəbdən yayınmasının səbəbini öyrənməlidir;
f) müəllimlər tərəfindən təqdim olunan informasiyalar əsasında  rəhbərlik etdiyi sinfin hər bir şagirdinin təlim –tərbiyyə fəaliyyətini , dərslərdə iştirakını, davranışını təhlil etməli və hər bir şagirdin qısa xasiyyətnaməsini yazmalıdır. Xasiyyətnamədə şagirdin  güclü tərəfləri, onun həm tədris, həm də sosial münasibətlər  baxımından nailiyyətləri, şagirdin qruplarda, idman yarışlarında və ya başqa növ tədbirlərdə iştirakı  təsvir olunmalıdır;
nəzərə alınması şagird üçün faydalı olan şagirdin tədris, fiziki, emosional və sosial inkişafının əhəmiyyətli  məsələləri bu xasiyyətnamədə öz əksini tapmalıdır;
      g) şagirdin başqa məktəbə keçdiyi təqdirdə, sinif rəhbəri onun   tədris nailiyyəti və  dərslərdə iştirakı barədə informasiya hazırlamalıdır.
3.    Sinif rəhbərinin işi aşağıdakı prinsiplərə əsaslanmalıdır:
a)    Sinif rəhbərinin işi şagirdin fiziki, psixiki, sosial və mənəvi inkişafına yönəldilməlidir;
b)   sinif rəhbərinin funksiyası şagirdin daxili qüvvəsinin hərəkətə gətirilməsindən və onların istedad və imkanlarının aşkara çıxarılması üçün müvafiq şəraitlərin yaradılmasından ibarətdir;
c)    sinif rəhbəri şagirdlərin cəlb olunmasına kömək etmək üçün dərsdənkənar və sinifdənxaric fəaliyyətin (bayramlar, gəzintilər, ekskursiyalar və s.) planlaşdırılmasında və bu zaman qarşıya çıxan problemlərin həllində onların iştirak etmələrinə imkan verməlidir. Sinif rəhbəri şagirdlərin maraqlarını nəzərə almalıdır;
ç)   sinif rəhbərinin şagirdlərlə münasibəti əməkdaşlığa, qarşılıqlı  hörmətə və qarşılıqlı inama əsaslanmalıdır. məktəbin sinif rəhbəri iş prosesində  Gürcüstan Təhsil  Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən işlənib hazırlanmış və ya tövsiyə edilmiş metodiki dərsliklərdən və tövsiyələrdən istifadə etməlidir.


İl ərzində Sinif rəhbərinin fəaliyyətinin əsas istiqamətləri:
• Məktəbdə və sinifdəki problemlərin həllində şagirdə yardım etmək;
• şagird, valideyn və müəllim arasında problemlərin yarandığı halda vasitəçilik etmək;
• valideyni minimal şəkildə ayda bir dəfə övladının əxlaq və dərsə davamiyyəti ilə tanış  etmək;
• rəhbərlik etdiyi sinfin şagirdlərinin dərsdə iştirakının qeydiyyatını hər gün yoxlamaq və şagirdlərin davamiyyəti haqqında informasiyanı məktəbin rəsmi sənədlərində həftəlik qeyd etmək;
• şagird tərəfindən üzrlü səbəbdən dərsin buraxılması haqqında əldə etdiyi bildirişləri məktəbin  rəsmi sənədlərində qeyd etmək;
• dərs ilinin başlanğıcında şagirdi və onun valideynini dərslərin buraxılması nəticəsində gözlənilən ehtimal nəticələri barədə tanış etmək;
• bu planla nəzərdə tutulan digər öhdəlikləri yerinə yetirmək.
Sinif rəhbəri fərdi görüşlər zamanı valideynləri övladının  mövcud vəziyyəti ilə tanış etməlidir.Qeyd :Bir şagirdin əxlaq və dərs davamiyyəti haqqında başqa bir valideynin yanında söhbət aparmaq olmaz.
Əgər şagird dərs buraxırsa, sinif rəhbəri məcburdur ki, hər bir belə halın səbəbini bilsin.
Bütün bunlara nail olmaq üçün lazımdır ki, sinif rəhbəri ara-sıra fənn müəllimləri öz sinfinin   şagirdlərinin dərs davamiyyətini, şəxsi problemləri və ya ümumi nailiyyətləri haqqında maraqlansın.
Sinif rəhbəri eləcə də hər yarımilin və ilin sonunda öz sinfinin şagirdlərinin qiymətlərini vaxtında
və dəqiq məktəbin qiymət vərəqlərinə daxil etmək məsuliyyətini daşıyır, həmin vərəqlərdə bu
qiymətlər hesabata alınır.
Dərs ilinin sona çatdırılması zamanı sinif rəhbəri sinfin hər bir şagirdinin qiymətləri, iştirakı
və əxlaqını fərdi olaraq təhlil etməlidir

sinif rəhbəri  dərs ilinin sonunda hər şagirdə kiçik xasiyyətnamə yazır:
a) dərs və sosial baxımdan şagirdin güclü tərəfləri, şagirdin nailiyyətləri məşğələlərdə, idman
yarışmaları və digər tədbirlərdə iştirak etmək imkanları.
b) şagird üçün faydalı ola biləcək  fiziki, emosional və sosial inkişaf üçün əhəmiyyətli
məsələləri xasiyyətnamədə əks etdirməlidir.
Sinif rəhbəri  şagirdə dərs nailiyyətlərini daha da
yaxşılaşdırmaqda, onun həvəslərinni klub və ya məşğələlərdə təkmilləşdirilməyinəşərait yaratmalıdır.
 VIII –X sinif şagirdlərinin peşə seçimində sinif rəhbəri fənn müəllimlərinin iştirakı ilə valideyn və şagirdə düzgün istiqamət seçməkdə kömək etməlidir.

































0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.