10.12.2015

SİNİF RƏHBƏRİNİN SORĞU KİTABINDAN....

Sinif rəhbərləri üçün komunikativ davranış qaydaları

Sinif rəhbəri sinifə təyin olunduqda  vəzifəsi ilə bağlı əsasnamə və təimatlarda göstərilmiş qaydaları  ,öz bilik və təcrübəsini tətbiq etməyə başlamazdan  əvvəl ilk növbədə  aşagıdakı məsləhətlərə əməl edərsə şagirdlərlə təriyə işinin qurulmasında  baş verə biləcək  səhvlərdən ə nöqsanlardan qaçmaq mümkün olacaq..
1.Sinif rəhbəri təyin olunduğunuz gündən başlayaraq ,həmin sinifdə sizdən əvvəl sinif rəhbəri olmuş müəllimlə, həmin sinifdə dərs deyən müəllimlərlə, məktəb psixoloqu, UBR, kitabxanaçı,sinif valideyin komitəsinin sədri , məktəb həkimi,bir sözlə sizə sinif şagirdləri haqqında məlumat verə biləcəkhər bir  insanlarla görüşüb söhbət aparmalı və lazımı qeydlər aparmalısınlız.
2.Rəhbər təyin olunduğu sinifin şagirdlərin yaş dövrünə görə fizalogiyasını və psixologiyasını bilməli,öyrənməlidir.
3.Şagirdlərə yanaşmanı öyrəndiyi,digərlərinin məlumatları əsasında qurmamalı, müşahidələr aparmalı hər bir şagir haqqında şəxsi fikri formalaşmalıdır.
4. Sinif şagirdləri ilə ünsiyyətdə səmimi və dürüst olun. Qeyri səmimilik onlarda sizə qarşı inamsızlik və ikrah hissi yaradabilər. Lakin bu səmimiyyət şagird-müəllim münasibətindən kənara çıxmamalıdır.Burada sizin peşəkarlığınız əsas şərtdir.
5.Sinifdə planlaşdırdığınız hər hansı bir məsələni daima öz şəxsi fikriniz kimi təqdim etməyin.Çalışın verdiyiniz istiqamətlə şagirdlərin təklif ,maraq,yaradıcılıq, təlbatı nəzərə alınmaqla verilən qərarlar sinif adından olsun.bu zaman sinifin bütün şagirdləri verilən qərarlara hörmətlə yanaşarlar,məcburiyyət üzündən əməl etməzlər.
Məsələn ;Sinif daxilində hər hansı bir tədbir keçirmək istəyirsiniz və bu tədbir vacibdir. Şagirdlərin bir çoxu etiraz edir ,bəziləri isə passiv qarşılayırlar. Bu zaman məsələni elə elə qoymaq lazımdır ki , tədbiriniz baş tutsun və bu şagirdlərin qarşılıqlı anlaşması ,şagirdlərin təşəbbüskarlığı nəticəsində mümkün olsun. Bu zaman sinif liderlərindən istifadə etmək də olar.
6. Verəyəcəyinizhər hansı bir qərarı əmr və ya tələb formasında qurmayın. Şagirdlərə şəxsi nümunə olmalısınız.Daim gülümsər üzünüz , xoş və mehriban rəftarınız ,tələbinizin şagirdin təlim-tərbiyəsinə müsbət təsir edəcəyinə inandırmaq bacarığı bütün  problemli vəziyyətlərin açarıdır.
7. Şagirdlər və valideyinlərlə münaqişəyə girməyin.Anlayışlı və müdrik olun.Müəlim olduğunuzu bir an belə unutmayın. Yaranmış vəziyyətin nə dərəcədə mürəkkəb olduğuna baxmayaraq. Uca sənətimizə və özümüzə hörmətlə yanaşaq...
8. Uğur qazanmış şagirlərinizin hər bir uğuruna sevinin,onu sinifin ,məktəbin ,ailələrinin uğuru kimi təqdim edin sinifə.Alqışlarla,həta kiçik bir çay süfrəsi ilə .İnanın şagirdlər bunu heç vaxt unutmazlar. Eyni zamanda bu rəğbətləndirmənin bir növü olar.
9. Dediyimiz bu məsləhətləri oxuyub əməl etməyə çalışsanız ,şagirlər sizin özlərinə qarşı hörmət, səmimiyyət,maraq,nəvaziş, qayğı və diqqətini hiss etsələr eyni qayda ilə sizə qarşı cavab verərlər. Bunu “bumeranq”da adlandırmaq olar...





0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.