SİNİF RƏHBƏRİNİN SORĞU KİTABINDAN....
Birlik və kollektivçilik prinsipi
Bu prinsip
MƏKTƏB-AİLƏ-İCMA münasibətlərinin düzgün qurulmasını ,sinif rəhbərinin məktəb daxilində şagirdlərin ümumi maraq və xarakterləri ilə ,eləcədə ailələrin (ailə üzvlərinin)
,həmçinin icmanın xarakterlərini ümumilikdə analiz etməyi bacarığını tələb edir.
Sinif rəhbəri
rəhbərlik etdiyi sinifin bütün pedaqoji-psixoloji məsələlərini bilməklə yanaşı
paralel siniflərdə və ya yaxın siniflərdə baş verənlərdən də ümumi məlumatı
olmalıdır. Zərəli vərdişlərə malik və digər xüsusi xarakterli şagirdlərlər
haqqında məlumatı olmalıdır.Necə ki , valideyin qonşuda və ya ərazidə yaşayan zərərli
vərdişlərə malik uşaqları tanıdıqda ,ən azı öz övladlarını onlarla ünsiyyətdən
qoruduğu kimi sinif rəhbəri də məktəb daxilində olan bu tip şagirdlər haqqında
məlumatı olmalıdır.
Sinif rəhbərinin
işi təkcə sinifdə şagirdərin birliyini , həmrəylyini təşkil etməklə bitmir
,eyni zamanda valideyinlər arasında məktəbin simasını kimi doğrultmalıdır.
Sinif rəhbərinin yalnış addımı məktəbin adına yazıldığı üçün ,o, hər sözünə və
addımına xüsusi fikir verməli, unutmamalıdır ki, rəhbərlik etdiyi sinifdə məktəbi
təmsil edir.
Sinifdə
işini düzgün təşkil edə bilən sinif rəhbəri məktəb rəhbərliyi, valideyinlər tərəfindən
ehtiramla qarşılandığı kimi icmada da xüsusi hörməti olur.Hamı övladının məhz
onun sinifində və ya onun kimi bir sinif rəhbərinin sinifində oxumasını
arzulayır,məktəb rəhbərliyindən bunu tələb edir.
Sinif
kollektivini yarada bilən sinif rəhbəri əslində öz işini yüngülləşdirir, sinifdə təlim –tərbiyə
işinin qurulmasında sinif şagirdləri ,həta valideyinlərdə iştirak edə bilirlər.
Sinif
kollektivini yarada bilən sinif rəhbəri sinifdə təşkilatçılıq işini uğurla qura
bilən pedaqoqdur.
0 коммент.:
Отправить комментарий