16.12.2015

ÖYRƏTMƏK VƏ ÖYRƏNMƏK İMANDANDIR !  (Hz. Əli )
18.03.2015                              230 №-li tam orta məktəb
METODİKA                        A    VARİANTI

Müəllimin soyadı,adı_________________________________________
 1. Kurikuluma nə daxil deyil?
A) təlim strategiyaları                    B) təhsil qanunu
C) məzmun standartları                 D) qiymətləndirmə mexanizmləri
 2. Məzmun standartı neçə hissədən ibarətdir?
A)  3              B)  1             C)  2                  D)  5
 3. Aşağıdakılardan hansı biliyin kateqoriyasına aiddir?
A) Psixomotor               B) Ünsiyyət                C) İdraki                 D) Deklarativ

 4. "Tələbyönümlülük" dedikdə nə nəzərdə tutulur?

A) Məktəbin tələbatının nəzərə alınması
B) Məktəbin və ailənin tələbatının nəzərə alınması
C) Şagirdin tələbatının nəzəzrə alınması
D) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması

 5. Hansı bənddə fənn kurikulumunun strukturu düzgün göstərilmişdir?

A) fənnin məzmunu, təlimin təşkilinə verilən tələblər, qiymətləndirmə
B) giriş, fənnin məqsədi və vəzifələri, fənnin xarakterik xüsusiyyətləri, fənnin məzmunu, təlim strategiyalar, şagird nailiyyətlərinin qiymətləndirmə
C) məzmun xətləri, forma və üsullar, təlim strategiyası, qiymətləndirmə vasitələri
D) məzmun standartları, təlim strategiyası, qiymətləndirmə vasitələri

6. Aşağıdakılardan hansı fənn kurikulumlarının səciyyəvi cəhətidir?

A) nəticəyönümlüdür                                         B) b
İlikyönümlüdür
C) müəllimyönümlüdür                                      D) fənyönümlüdür

 7. Aşağıdakılardan hansı təlimin təşkilinə verilən tələblərə daxil deyil?

A) dəstəkləyici mühitin yaradılması                      B) bilikyönümlüdür
C) təlimdə bərabər imkanların yaradılması            D) fəaliyyətin stimullaşdırlması

 8. Aşağıdakılardan hansı iş üsuludur?

A) klaster, müzakirə                              B) müsahibə. qrup işi
C) BİBÖ, cütlərlə iş                                D) cütlərlə, fərdi

 9. Planlaşdırmanın neçə növü var?
A) 1          B) 3             C) 4              D) 2

 10. Neçə təlim forması var?
A) 4           B) 5            C) 8               D) 14
 11. Aşağıdakılardan hansı iş forması deyil?
A) cütlərlə          B) fərdi           C) kollektv             D) müzakirə
 12.  Perspektiv planlaşdırma hansı müddəti əhatə edir?

A) illik                 B) aylıq           C) rüblük              D) gündəlik
13. Aşağıdakılardan hansı ənənəvi qiymətləndirmə sisteminə aiddir?
A) cari rəqəmli qiymətyazmadan imtina edilməsi məzmunun bütövlükdə mənimsənilməsini təmin edir.
B) şagirdin nailiyyəti (qazanılan dəyərlər) qiymətləndirilir, inkişafı sistemli şəkildə izlənilir.
C) qiymətləndirmə şagirdə qiymət yazmaq kimi qəbul olunurdu, yüksək rəqəmli qiymət şagirdlərin əsas stimullarından biri idi.
D) qiymətləndirmə standartlarının təyin edilməsi qiymətləndirmənin obyektivliyini təmin edir.
 14. Məktəbdaxili qiymətləndirmənin neçə növü var?
A) 3                      B) 4                          C) 5                      D) 2
 15. Perspektiv planlaşdırma üçün müəllim hansı bacarıqlara malik olmalıdır?
1. Məzmun standartlarına əsasən dərslikdəki (dərslik olmayan fənlər üzrə müəllim vəsaitindəki) tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq.
2. Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək.
3. Mövzuya uyğun motivasiyanı müəyyənləşdirmək.
4. İnteqrasiya imkanlarını müəyyən etmək.
A) 2, 3, 4               B) 1, 2, 3                   C) 1, 3, 4                D) 1, 2, 4
 16. Aşağıdakı prinsiplərdən hansı tədris vahidlərinin və mövzuların ardıcıllığına aid deyil?
A) kiçikdən böyüyə    B) sadədən mürəkkəbə   C) xronoloji  D) məntiqi ardıcıllıq
 17. Summativ qiymətləndirmə hansı mərhələdə aparılır?
A) təlim prosesinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində  (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda).
B) summativ qiymətləndirmə bölmə və bəhsin, yarımilin sonunda.
C) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olaraq.
 18. Formativ qiymətləndirmə hansı məqsədlə aparılır?
A) təlimin hər hansı bir mərhələsi üçün  müəyyən olunmuş nəticələr əsasında şagirdlərin nailiyyət səviyyəsini qiymətləndirmək.
B) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək.
C) təhsilin hər hansı mərhələsində ( tədris vahidinin, yarımilin və ilin sonunda ) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək.
 19. Diaqnostik qiymətləndirmə hansı məqsədlə aparılır?
A) təlimin müəyyən mərhələsi üçün təyin edilmiş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının səviyyəsini qiymətləndirmək.
B) təlimin hər hansı mərhələsində fənn üzrə şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək.
C) təhsilin hər hansı mərhələsində ( tədris vahidinin, yarımilin və ilin sonunda ) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək.
 20. Summativ qiymətləndirmə hansı məqsədlə aparılır?

A) təhsilin hər hansı mərhələsində ( tədris vahidinin, yarımilin və ilin sonunda ) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək.
B) təlimin müəyyən mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının səviyyəsini qiymətləndirmək.
C)   fənn üzrə təlimin hər hansı mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək.
21. Formativ qiymətləndirmə hansı mərhələdə aparılır?
A) təlim prosesinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində  (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda).
B) summativ qiymətləndirmə bölmə və bəhsin, yarımilin sonunda.
C) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olarq.
 22. Diaqnostik qiymətləndirmə hansı mərhələdə aparılır?
A) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olarq.
B) təlim prosesinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində  (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda).
C) bölmə və bəhslərin, yarımilin sonunda.
 23. Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?

A) şifahi təqdimat, testlər, fəaliyyət nəticələrinin nümayişi.
B) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq.
C) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri.
 24. Qiymətləndirmə standartlarında neçə səviyyə müəyyən olunub?

A) 3                 B) 4                C) 6                 D) 5
 25. İllik qiymət hansı düsturla çıxarılır?

 A)      B)    C)    D)    
26. Summativ qiymətləndirmə tapşırıqları hazırlanan zaman sualların çətinlik dərəcəsi necə paylaşdırılır?
A) asan səviyyə  20%, orta səviyyə  20%,  çətin səviyyə  30%,  ən çətin səviyyə  30%
B) asan səviyyə  30%, orta səviyyə  20%,  çətin səviyyə  20%,  ən çətin səviyyə  30%
C) asan səviyyə  20%, orta səviyyə  30%,  çətin səviyyə  30%,  ən çətin səviyyə  20%
D) asan səviyyə  25%, orta səviyyə  25%,  çətin səviyyə  25%,  ən çətin səviyyə  25%
 27. İllik planlaşdırmaya hansı daxil deyil?
A) standartlar         B) inteqrasiya          C) resurslar            D) motivasiya
28. Yarımillik qiymət hansı düsturla çıxarılır?
A)                        B)      
C)  
                     D)     
29. Diaqnostik qiymətləndirmədə istifadə olunan vasitələr hansılardır?
A) müsahibə, söhbət, müşahidə,tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq.
B) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhli, test  tapşırıqlarının nəticələri.       C) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi.
 30. Formativ qiymətləndirmədə istifadə olunan vasitələr hansılardır?
A) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi.
B) müsahibə, söhbət, müşahidə,tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq.
C) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhli, test tapşırıqlarının nəticələri.
31. Təhsil islahatı neçənci illəri əhatə edir?
A)1999—2007           B)2001—2011          C)1999—2013          D)1999—2009
32. Kurikulum nədir?
A) Təlimin təşkilinə qoyulan tələblər və qiymətləndirmə nümunələri toplusu
B) Təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəd.
C) Dərs nümunələri, qiymətləndirmə nümunələri və müəllimlər üçün digər metodik göstərişlər toplusu           D) Təlim metodu, forma və vasitələrin məcmusu
33. Milli Kurrikulum hazırlanarkən aşağıda göstərilən prinsiplərin hansı nəzərə alınmamışdır?
A) tələbyönümlük     B) nəticəyönümlük      C) subyektivlik     D) şəxsiyyətyönümlük
34. İbtidai təhsil pilləsi üçün neçə fənn kurrikulumu hazırlanıb?
A) 10          B) 9          C) 11           D) 12
35. Kurrikulumlarda fənnin məzmunu necə verilmişdir?
A) bacarıqlar şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında
B) qimətləndirmə standartları şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında
C) biliklər şəklində ifadə edilən təlim nəticələri — standartlar formasında
D) oyun və fəaliyyət şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında
36. Kurrikulumda məzmun standartı nədir?
A) şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək üçün konkret ölçülərdir.
B) təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
C) təhsilin müəyyən mərhələsində şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
D) yalnız şagird fəaliyyətinin mərhələlərini əhatə edir
37. Aşağıdakı ifadələrdən hansılar alt-standartlara aid deyil?
A) əsas standartın tərkib hissəsi olub ona xidmət edir
B) təlimin müxtəlif mərhələləri üzrə şagirdlərin inkişafını izləməyə imkan verir
C) təlim prosesinin planlaşdırılması və qurulmasını istiqamətləndirir
D) təhsil pillələri üzrə dəyişməz qalır
38.   4.1.4. Ədədin kəmiyyətin göstəricisi olduğunu başa düşdüyünü nümayiş etdirir. Bu standart hansı bilik və fəaliyyət növünə aiddir?
A) deklorativ bilik bilik – idraki fəaliyyət     B) kontekstual bilik – psixomator fəaliyyət
C) prosedural bilik – idraki fəaliyyət             D) deklorativ və kontekstual bilik
39. Təlim strategiyaları seçilərkən aşağıdakıların hansı nəzərə alınmır?
A) Qiymətləndirmə standartları      B) Fənnin məqsədləri     
  C) Valideynin arzusu                      D) Fənnin məqsəd və vəzifələri
40. Fənn kurrikulumlarında təlim strategiyalarına nə daxil deyil?
A) Fənnin təliminə verilən əsas tələblər  B) Təlimin təşkilində istifadə olunan forma və üsullar
C) Fənn üzrə təlimin planlaşdırılması         D) Kurrikulum islahatının mərhələləri





0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.