16.12.2015

 Azərbaycan Respublikası Təhsil Nazirliyinin
Kollegiyasının 2014-cü il 6 noyabr tarixli,
1/2 nömrəli Qərarı ilə təsdiq edilmişdir

.MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI


1. Ümumi müddəalar

1.1. Müəllimlərin etik davranış Qaydaları müəllimlərin etik davranış prinsiplərini və onlara uyğun tələbləri, təhsil prosesi iştirakçılarının qarşılıqlı münasibətlərinin xüsusiyyətlərini müəyyən edir və onları tənzimləyir.
1.2. Bu Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq hazırlanmışdır.
1.3. Bu Qaydalar təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir.
1.4. Bu Qaydalar bütün növ təhsil müəssisələrində çalışan müəllimlərə şamil edilir.
1.5. Bu Qaydaların tətbiqində əsas məqsəd təhsil müəssisələrində sağlam işgüzar durumun bərqərar olmasına, vətəndaşların təhsil müəssisəsinə və müəllimə etimadının artırılmasına, təhsil müəssisələrinin idarə olunmasında valideynlərin və cəmiyyətin daha yaxından iştirakının təmin edilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına, təhsil müəssisəsində korrupsiya hallarının və maraqların toqquşmasının qarşısının alınmasına və müəllim nüfuzunun yüksəldilməsinə nail olmaqdan ibarətdir.

2. Etik davranış prinsipləri və onlara uyğun tələblər

2.1. Müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli və tələblərə ciddi şəkildə əməl etməlidir:
2.1.1. Qanunun aliliyi – müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur.
2.1.2. Vicdanlılıq – müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.
2.1.3. Peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələr çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməməsinə görə intizam məsuliyyəti daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir.
2.1.4. Loyallıq – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.
2.1.5. Mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.
2.1.6. Qərəzsizlik – müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Müəllim özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir.
2.1.7. İctimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir.
2.1.8. Konfidensiallıq - qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir.

3. Müəllim şəxsiyyəti

3.1. Müəllim təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir, təhsil proqramlarının təhsilalanlar tərəfindən mənimsənilməsini təmin edir.
3.2. Müəllim təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırır, onları vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə edir, müstəqil həyata və əmək fəaliyyətinə hazırlayır.
3.3. Müəllim əlavə təhsil və özünütəhsil yolu ilə ixtisasını, elmi-pedaqoji və peşəkarlıq səviyyəsini daim artırır, təhsilin nəticə və göstəriciləri üzrə araşdırma və təhlillər aparır, keyfiyyətin yüksəldilməsi və nailiyyətlərin əldə edilməsi üçün təkliflərlə çıxış edir.
3.4. Müəllim novatordur, innovasiya və yeni tədris texnologiyalarını mənimsəyir və öz təcrübəsində tətbiq edir.
3.5. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə uyğun olaraq müəllim ona həvalə edilmiş işin keyfiyyətinə və nəticələrinə görə və hər bir təhsilalanın intellektual, emosional, mənəvi inkişafı üçün intizam və mülki məsuliyyət daşıyır.
3.6. Müəllim gənc nəslə milli və bəşəri dəyərləri aşılamaqla təhsilalanların mədəni inkişafı prosesində birbaşa iştirak edir.
3.7. Müəllim təhsilalanlara keyfiyyətli təhsil verməklə peşəsinə olan ictimai etimad və hörməti doğruldur.
3.8. Müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir.
3.9. Müəllim şəxsi nümunəsi ilə təhsilalanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissi aşılayır.
3.10. Müəllim təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşır, əsassız mühakimələrə yol vermir, obyektivlik və qərəzsizlik nümayiş etdirir.
3.11. Müəllim peşə fəaliyyəti dövründə maraqların toqquşmasına yol vermir və vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etmir.
3.12. Müəllim bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı naminə həmkarının vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran məlumat verilməsinə görə intizam məsuliyyəti daşıyır.
3.13. Müəllim təhsil müəssisəsinin əmlakından səliqəli və səmərəli istifadə edir, onu qoruyur. Müəllim təhsil müəssisəsinə məxsus əmlakdan (sinif otağı, tədris resursları, telefon, kompüter, mebel və s.) şəxsi maraqları üçün istifadə etmir.
3.14. Müəllim icra və əmək intizamına riayət edir, iş vaxtında kənar işlərlə məşğul olmur, üzrsüz səbəbdən işdən yayınmır.
3.15. Müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına riayət edir.

4. Münasibətlər

4.1. Təhsilalanlarla münasibət
4.1.1. Müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir.
4.1.2. Müəllim özünə və təhsilalanlara qarşı tələbkar olmalı, bu tələbkarlıq əsaslı və müsbət xarakter daşımalıdır.
4.1.3. Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır.
4.1.4. Müəllim təhsilalanlarda müsbət keyfiyyətlərin formalaşmasına və inkişafına təkan verəcək müasir təlim texnologiyalarından və strategiyalarından istifadə etməlidir.
4.1.5. Müəllim hər bir təhsilalanın sağlamlığını və rifahını düşünərək, onları zərərli vərdişlərdən çəkindirməlidir.
4.1.6. Müəllim təhsilalanların fəaliyyəti, nailiyyətləri, bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsində obyektiv və qərəzsiz olmalı, təhsilalanlarda özünə inam hissini möhkəmləndirməli, motivasiyanı yüksəltməlidir. Təhsilalanlara verilən qiymətin qərəzli şəkildə azaldılmasına və ya əsassız olaraq artırılmasına yol verməməlidir.
4.1.7. Müəllim təhsilalanlara qarşı xeyirxah və ədalətli olmalı, onlara qarşı haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini aradan qaldırmağa çalışmalıdır.
4.1.8. Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir.
4.1.9. Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
4.1.10. Müəllim təhsilalanlar tərəfindən ona verilən şəxsi məlumatların məxfiliyini qorumalıdır.
4.1.11. Müəllim öz vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməməlidir.
4.1.12. Müəllim peşə fəaliyyətini yerinə yetirmək müqabilində təhsilalanlardan hər hansı maddi və qeyri-maddi nemətlər tələb etməməlidir.
4.2. Kollektivlə münasibət
4.2.1. Müəllimlər arasında münasibət əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslanmalıdır. Müəllim yalnız şəxsi nüfuzunu deyil, işlədiyi təhsil müəssisəsinin və həmkarlarının da nüfuzunu qorumalıdır. Təhsilalanlar və digər şəxslər qarşısında müəllimin öz həmkarını təhqir etməsi və zor tətbiq edilməsi yolverilməzdir.
4.2.2. Müəllim öz həmkarının peşəkar baxış və fikirlərinə hörmətlə yanaşmalıdır.
4.2.3. Müəllim pedaqoji münasibətlərdə təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verməməli, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etməyə çalışmalıdır.
4.2.4. Müəllim ümumi vəzifələrin icrasına və əməkdaşlığa mane olacaq rəqabətə yol verməməlidir.
4.2.5. Müəllim həmkarlarının fəaliyyətini düzgün qiymətləndirməli, onların səhvlərinə göz yummamalı, fikir və baxışlarına yönəlmiş tənqidləri təhqirə çevirməməlidir, tənqid əsaslandırılmış, dəqiq və xoşniyyətli olmalıdır.
4.2.6. Müəllim öz fəaliyyəti ilə işlədiyi kollektivin nüfuzunun artmasına çalışmalıdır.
4.3. Təhsil müəssisəsinin rəhbəri ilə (direktor, rektor) münasibət
4.3.1. Müəllim rəhbərin qanunauyğun yazılı əmrlərini, sərəncamlarını və ya şifahi tapşırıqlarını yerinə yetirməyə borcludur.
4.3.2. Müəllim rəhbər tərəfindən ona verilən əmrin və tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, o, həmin əmri və ya tapşırığı yerinə yetirməkdən imtina edə bilər. Bu barədə yazılı əsaslandırmanı birbaşa rəhbərliyə və ya yuxarı orqana təqdim etməlidir.
4.3.3. Rəhbərin qanuni göstərişlərinin müəllimlər tərəfindən yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.
4.3.4. Müəllimlə rəhbərin arasındakı münasibətlər qarşılıqlı hörmət əsasında qurulmalıdır.
4.3.5. Müəllim rəhbərə öz həmkarları barədə bilərəkdən yalan və ya təhrif olunmuş məlumatlar verməməli, məlumatı verməzdən əvvəl bütün imkanlardan istifadə edərək onun düzgün olub-olmamasını müəyyən etməlidir.
4.4. Valideyn və ya digər qanuni nümayəndələrlə münasibət
4.4.1. Müəllim valideyn və ya digər qanuni nümayəndələrin hüquqlarını bilməli, onlara təhsilalanlarla bağlı tövsiyələr verməli, valideyn və uşaqlar arasında yaranan mübahisə və münaqişələrin həllində yardımçı olmalıdır.
4.4.2. Müəllim tərəfindən valideynlərin qanunazidd hərəkətlərə sövq edilməsi yolverilməzdir.
4.4.3. Müəllim valideyn və ya digər qanuni nümayəndələrlə hörmətlə və nəzakətlə davranmalıdır.
4.4.4. Valideyn və ya digər qanuni nümayəndələrlə münasibətlər təhsilalanlarla münasibətlərə və onların nailiyyətlərinin qiymətləndirilməsinə təsir göstərməməlidir.
4.4.5. Valideyn və ya digər qanuni nümayəndələr tərəfindən könüllü və qanunvericiliklə qadağan olunmayan üsullarla təhsil müəsissəsinə edilmiş yardım, müəllim - təhsilalan münasibətlərinə və nailiyyətlərin qiymətləndirilməsinə təsir göstərməməlidir.
4.5. Müəllim və cəmiyyət
4.5.1. Müəllim milli-mənəvi dəyərlərin, mədəni irsin qoruyucusu missiyasını daşımaqla bərabər cəmiyyətin fəal üzvü olmalıdır.
4.5.2. Müəllim hər zaman cəmiyyətə fayda verməyə çalışmalıdır. Yalnız peşə fəaliyyətini həyata keçirərkən deyil, bütün hallarda münaqişələrə və mübahisələrə yol verməməli, problemlərin həllinə, münaqişələrin qarşısını almağa çalışmalıdır.
4.5.3. Müəllim vətəndaşlıq borcunu dərk etməli və yerinə yetirməli, cəmiyyət üzvləri ilə münasibətlər qurarkən öz şəxsiyyətini qorumalı və mənfi təsir altına düşməməlidir.

5. Müəllim andı

5.1. And Azərbaycan Respublikası ilə müəllim arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir.
5.2. Müəllim ilk dəfə daimi işə qəbul olunarkən belə bir and içir: “Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm.”
5.3. Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.
5.4. Andiçmə bir dəfə olur. Andın imzalanmış mətni müəllimin şəxsi işində saxlanılır.

6. Etik davranış qaydalarına riayət olunmasının təmin edilməsi

6.1. Hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur.
6.2. Müəllimlər tərəfindən etik davranış qaydalarına əməl olunması rəhbər tərəfindən təhlil edilir və bu Qaydaların 6.3.6-cı yarımbəndində müəyyən edilmiş tədbirlər görülür.
6.3. Rəhbər:
6.3.1. yeni işə qəbul olunan müəllimləri bu Qaydalarla tanış etməli və pedaqoji kollektivə bu Qaydaları izah etməklə müraciət edən hər bir müəllimə müvafiq tövsiyələr verməlidir;
6.3.2. müəllimlərin davranışının bu Qaydalara uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır;
6.3.3. öz davranışı ilə bu Qaydalara əməl olunmasında nümunə göstərməlidir;
6.3.4. pedaqoji kollektivi və ya hər hansı bir müəllimi hüquqa və etik normalara zidd olan hərəkətlərə sövq etməməlidir;
6.3.5. bu Qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görməlidir;
6.3.6. bu Qaydaların pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini təşkil etməli və qayda pozmuş müəllimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir;
6.3.7. təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisələr, münaqişələr və maraqların toqquşması hallarının qarşısını vaxtında almalı, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etməyə çalışmalı və nizam-intizam yaratmalıdır;
6.3.8. bu Qaydaların pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə kollektivi və ictimaiyyəti iclaslar, yığıncaqlar keçirilməsi və ya kütləvi informasiya vasitələri ilə məlumatlandırmalıdır;
6.3.9. bu Qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir.
6.4. Rəhbər tərəfindən müəllim əməyinin qiymətləndirilməsi həqiqi xidmətlərinə görə olmalı, qərəzsiz və ədalətli formada həyata keçirilməlidir.
6.5. Rəhbərin müəllimdən peşə vəzifələrinin icrasına aid olmayan və ya şəxsi həyatı haqqında məlumatlar tələb etməsi və yayması, habelə müəllim əməyinin keyfiyyətinə və onun karyerasına təsir edəcək məlumatların gizlədilməsi və ya ona təhrif olunmuş məlumatların verilməsi yolverilməzdir.
6.6. Rəhbər kollektivin etik davranış qaydalarına əməl etməsinə birbaşa məsuliyyət daşıyır.





Uşaq hüquqları haqqında
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir.

ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 . Qanunun tə sir dairəsi
Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir.

M a d d ə 2 . Uşaq hüquqları barəsində qanunvericilik
Uşaq hüquqları barəsində qanunvericilik bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Digər normativ hüquqi aktların normaları uşaqların bu Qanunla müəyyən edilmiş hüquq və azadlıqlarını məhdudlaşdıra bilməz.

M a d d ə 3 . Uşaqlar barəsində dövlət siyasəti
Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının tə min edilməsinə yönəldilir.
Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq social proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər.

M a d d ə 5 . Uşaq mənafelərinin üstünlüyü
Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd e tibarsızdır.

M a d d ə 6 . Uşaqların hüquq bərabərliyi
Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə mə ruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məs uliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir.
Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır.

M a d d ə 7 . Uşağın nümayəndələri
Uşağın valideynləri, eləcə də övladlığa götürənlər, qəyyumlar, himayəçilər, uşaq evlərinin müdiriyyəti uşaqların hüquq və mənafelərini müdafiə edən nümayəndələridir.

M a d d ə 8 . Uşağın yaşamaq və inkişaf etmək hüququ
Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

M a d d ə 9 . Uşağın həyatı və sağlamlığının mühafizəsi hüququ
Hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüquqi vardır. Dövlət uşaqların həyatının mühafizəsi və sağlam inkişafını tə min edir, ekoloji təhlükəsizliyini tə min edən şərait yaradır, onların keyfiyyətli yeməklə, içməli təmiz su ilə təchizi üçün müvafiq tədbirlər görür.
Alkoqol və tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, o cümlədən yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə onların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, eləcə də spirtli içkilərin, tütün məmulatlarının, narkotik vasitələrin və preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə uşaq əməyinin tətbiq edilməsi qadağandır.

M a d d ə 1 0 . Uşağın ad və vətəndaşlıq almaq hüququ
Hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və vətəndaşlıq əldə edir.
Uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir.

M a d d ə 1 1 . Uşağın tərbiyə almaq hüququ
Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır.
Uşağın tərbiyəsi ailədə, məktəbdə, məktəbəqədər və məktəbdənkənar uşaq tə lim-tərbiyə müəssisələrində aparılır.
Dövlət uşaqların yaradıcılıq qabiliyyətinin, estetik tərbiyəsinin inkişafı üçün müxtəlif müəssisələr yaradır, habelə belə müəssisələrin yaradılmasında ictimai təşkilatlara köməklik göstərir.
Zorakılıq, qəddarlıq təbliğ edən və ya erotika və pornoqrafiya mövzusunda olan, habelə uşaqların psixi və mə nəvi inkişafına zərərli tə sir göstərən filmlərin, ədəbiyyatların və digər vəsaitlərin uşaqlar arasında yayılması və nümayişi, habelə bunların hazırlanmasına uşaqların cəlb edilməsi qadağandır.

M a d d ə 1 2 . Uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ
Uşaq azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.
Müstəsna hal kimi uşağın tutulmasına, həbs edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda yol verilə bilər. Uşaq tutulduqda və ya həbs edildikdə bu barədə onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal mə lumat verilməlidir.
Uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.
İstənilən fiziki və ya hüquqi şəxs uşaqlarla qəddar rəftar hallarını müşahidə etdikdə belə rəftarın qarşısının alınması üçün müvafiq orqanlara müraciət edə bilər.
Valideynlərin və ya digər şəxslərin uşaqlarla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, uşaqların hüquqlarını pozması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada valideynlik hüquqlarından məhrum edilməyə, habelə inzibati və ya cinayət məs uliyyətinə səbəb olur.

M a d d ə 1 4 . Uşağın vicdan, fikir və söz azadlığı
Hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır.
Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar.
Uşağın səhhətinə zərərli tə sir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır.

M a d d ə 1 5 . Uşağın mə lumat azadlığı
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər bir uşağın əqli və fiziki
inkişafı üçün zəruri olan istənilən mə lumatı axtarmaq, əldə etmək, ötürmək və yaymaq
hüququ vardır.

M a d d ə 1 6 . Uşağın əsas vəzifələri
Cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, biliklərə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə, digər vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa xalqların ən ənələrinə və mədəni sərvətlərinə hörmətlə yanaşmaq, tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək uşağın borcudur.
Bu vəzifələrin uşaq tərəfindən dərk edilməsinə və icrasına valideynlərin, müvafiq orqanların və təhsil müəssisələrinin uşaqlar arasında izahat və təbliğat aparmaları yolu ilə nail
olunur.

UŞAQ VƏ AİLƏ
M a d d ə 1 7 . Uşağın ailədə yaşamaq hüququ Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır.
Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.
M a d d ə 1 8 . Valideynlərindən ayrı yaşayan uşağın hüququ Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi tə sir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır.
M a d d ə 1 9 . Valideynlərin hüquq və vəzifələri
Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.
Uşaqların vurduğu maddi ziyana görə onun valideynləri, övladlığa götürənlər, qəyyumlar və ya himayəçilər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məs uliyyət daşıyırlar.

UŞAQ VƏ CƏMİYYƏT
M a d d ə 2 2 . Uşağın təhsil almaq hüququ
Hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil almaq hüququ vardır.
Dövlətin təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına, zəruri bilik və bacarıqları tam həcmdə əldə etməsinə şərait yaratmalıdır.
Uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır.

M a d d ə 2 3 . Fitri istedada malik uşaqlara dövlət qayğısı
Dövlət fitri istedada malik uşaqların erkən yaşdan üzə çıxarılması və onların qabiliyyətinin qiymətləndirilməsi üçün tədbirlər görür, onlar üçün adlı və xüsusi təqaüdlər müəyyən edir, xüsusi təhsil müəssisələrinin sistemini yaradır və maliyyələşdirir, bu sahədə beynəlxalq əlaqələri inkişaf etdirir.

M a d d ə 2 4 . Uşağın əmək hüquqları
Uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ vardır.
Uşaqların əmək hüququnun yaranmasının və həyata keçirilməsinin şərtləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir.
M a d d ə 2 6 . Uşaqların ictimai təşkilatlarda birləşmək hüququ
Uşaqların təhsil və ya yaşayış yerlərində Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ictimai birliklər və ictimai özfəaliyyət orqanları yaratmaq və onlarda birləşmək hüququ vardır.
Uşaqların və uşaq ictimai birliklərinin və ictimai özfəaliyyət orqanlarının siyasi fəaliyyətə cəlb edilməsinə yol verilmir.
M a d d ə 2 7 . Uşağın şərəf və ləyaqətinin müdafiəsi hüququ
Hər bir uşağın şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Təhsil müəssisələrində, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə intizam qaydaları ədalət prinsipinə əsaslanmalı, tərbiyəedici və qarşılıqlı hörmət ruhunda olmalıdır. Uşaqların təhqir edilməsi, şəxsiyyətlərinin alçaldılması yolverilməzdir.
M a d d ə 2 8 . Uşağın istismardan və zərərli tə sirlərdən mühafizəsi
Dövlət sosial, hüquqi, iqtisadi, tibbi və tərbiyəvi vasitələrlə uşaqları istismarın bütün növlərindən, ağır, zərərli və təhlükəli əməkdən və təsirlərdən mühafizə edir.
Uşaqlara qarşı fiziki və psixi zorakılıq, uşaqların cinsi istismarı, onların alkoqolizmə, dilənçiliyə, qumara, fahişəliyə, narkomaniyaya, toksikomaniyaya cəlb edilməsi, cinayətkar məqsədlər üçün onlardan istifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq məs uliyyətə səbəb olur.

ƏLVERİŞSİZ ŞƏRAİTƏ DÜŞMÜŞ UŞAQLARIN MÜDAFİƏSİ
M a d d ə 3 0 . Əlverişsiz şəraitdə yaşayan uşaqların müdafiəsi üzrə dövlət proqramları Dövlət hərbi əməliyyatlar, epidemiya, təbii və ekoloji fəlakətlər zonasında yaşayan və ya onların təsirinə məruz qalan, habelə yetim uşaqların, natamam (valideynlərdən biri olmayan), aztə minatlı ailələrin uşaqlarının, şəhid uşaqlarının müdafiəsini xüsusi proqramlar əsasında təmin edir.

M a d d ə 3 1 . Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi tədbirləri Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi onların övladlığa, qəyyumluğa, himayəçiliyə, digər ailəyə verilməsi, bunlar mümkün olmadıqda isə uşaqlara baxan müvafiq müəssisələrdə yerləşdirilməsi üsulu ilə tə min edilir.
Müdafiə üsulu müəyyən edilərkən uşağın etnik mənşəyi, dini və mədəni mənsubiyyəti, dili, tərbiyəsinin varisliyi nəzərə alınmalıdır.
Uşaq müəssisələrində saxlanan valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət tə minatındadırlar. Onlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə edirlər.

M a d d ə 3 3 . İnternat müəssisələrində uşaqların saxlanmasının və tərbiyəsinin şərtləri
Uşaq evlərində, internat tipli uşaq müəssisələrində uşaqların tə lim-tərbiyəsinin təşkili və keyfiyyətinə görə həmin müəssisələrin rəhbərləri məs uliyyət daşıyırlar.
Antipedaqoji və əxlaqsız hərəkətlərə yol vermiş şəxslərin uşaq müəssisələrində işləməsinə yol verilmir.
Uşaq evlərində və uşaq internat müəssisələrində uşaqların hərtərəfli fiziki və mənəvi inkişafı, şəxsiyyətinin formalaşması məqsədilə ailə şəraitinə yaxınlaşan zəruri maddi və mənəvi-psixoloji şərait yaradılır.

M a d d ə 3 4 . İnternat müəssisələri mə zunlarının müdafiəsi
İnternat müəssisələrinin valideyn himayəsindən məhrum olmuş mə zunlarının hüquq və mənafelərinin müdafiəsi bu müəssisələrin rəhbərləri və himayə orqanları tərəfindən həyata keçirilir.
Təhsilini davam etdirməyə gedən və ya işə düzələn internat müəssisələrinin mə zunlarının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş miqdarda tə minat almaq hüququ vardır.
Yaşayış sahəsi olmayan mə zunların yetkinlik yaşına çatana qədər bu müəssisələrdə qalmasına icazə verilir.

M a d d ə 3 9 . Qaçqın və ya məcburi köçkün uşaqların müdafiəsi

Qaçqın və ya məcburi köçkün olan uşaqların müvafiq status almaq hüququ vardır. Dövlət onları lazımi müdafiə və humanitar yardımla tə min etmək üçün tə cili müvafiq tədbirlər görür, belə uşaqların valideynlərinin axtarılmasını təşkil edir, bu məqsədlə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, qeyri-dövlət təşkilatlarının fəaliyyətinə zəruri köməklik göstərir.

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.