Qiymətləndirmədə standart və meyarın
rolu.
AYTƏN CUMALİYEVA
Məzmun
standartlarının mənimsənilməsi istiqamətində , əsasən aşagədakı qiymətləndirmə
növlərindən istifadə olunur.Əvvəlcə, gəlin görək, qiymətləndirmə nədir?
Qiymətləndirmə-dəyərdir,
nailiyyətdir,prosesdir,sistemdir.
Qiymətləndirmə
standartı-təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.
Qiymətləndirmə
Diaqnostik Formativ Summativ
Diaqnostik
qiymətləndirmə:
---- İlkin
səviyyənin qiymətləndirilməsi, təhsil səviyyəsinin, dərs ilinin, tədris vahidlərinin
əvvələində sinifdəki şagirdlərin bilik və bacarıqları, eyni zamanda, şagird bir
ümumi təhsil müəssisəsindən digərinə gəldikdə, sinfi dəyişdikdə və digər zəruri
hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, şagirdə fərdi
yanaşmanı təmin etmək məqsədi ilə
aparılır.
Sadə dildə desək,diaqnostik qiymətləndirmə - diaqnoz - ilkin qiymət (həkim yanındasan-sənin
əlamətlərin haqqında suallar verir– xəstəlik
barədə ilkin rəy çıxarır, diaqnoz qoyur.)
Formativ qiymətləndirmə:
---- Şagirdin məzmun standartlarından irəli gələn
bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləmək, bu zaman
qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədi
ilə aparılır.
Sadə
dildə- Formativ qiymətləndirmə-cari, sürətli qiymətləndirmədir.
Summativ qiymətləndirmə:
----
Summativ qiymətləndirmə: kiçik, böyük, yekun olmaqla üç yerə ayrılır.Kiçik
summativ qiymətləndirmə-bəhs və bölmənin sonunda müəllim tərəfindən, böyük
summativ qiymətləndirmə-yarımillərin sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyinin
və ya yaradılan komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən
aparılır.
Haşiyə:
Bəzən, fənni tədris edən müəllimə icazə vermirlər ki, testdə iştirak etsin. Mən
bununla razılaşmıram. Çünki, ibtidai sinif müəllimi olduğum üçün, tam məsuliyyəti
ilə söyləyirəm ki, şagirdlər – bu zaman bir fobiya –qorxu yaşayır. Axı, hamımız dərk edirik ki, müəllim
şagird üçün –doğmadır, əzizdir, ana əvəzidir. Bu qorxudan-şagird öz biliyinin
yarısını itirir. Bu, birbaşa-şagirdin psixoloji durumuna təsir edir. Bunları –nəzərə
almaq lazımdır.
Bütün
bu qiymətləndirmə formaları haqqında çox yazılıb, çox deyilib. Amma, mən bu gün
region müəllimilərinin əziyyət çəkdikləri – formativ qiymətləndirmə haqqında
danışacağam.
Formativ qiymətləndirmə
nümunələri:
Azərbaycan
dili. 2-ci sinif.
İllik
planlaşdırmaya nəzər salırıq. Tutaq ki, 10.10.2014-cü il tarixində mövzumuz:
28-ci dərsdir. 4 saat.
Oxu :
“Mehriban səma”
Yazı: “İş
dəftəri, səh.44, mövzu ilə bağlı tapşırıqlar.”
Bizə verilən
standart:
1.2.1.
Müşahidə etdikləri, eşitdikləri və oxuduqları haqqında danışır.
1.2.3.
Nitqində müvafiq bədii ifadələrdən istifadə edir.
2.1.3. Öyrəndiyi
yeni sözlərdən nitqində istifadə edir.
3.1.4.
Müşahidə və təəssüratlar əsasında kiçikhəcmli inşalar yazır.
4.1.5.
Sözləri qrammatik mənasına görə fərqləndirir.
Hər bir
standartın da real məqsədi-nəticəsi var.
Məsələn:
4.1.5.
Standartının məqsədi-nəticəsi : (yəni, sonda şagird nə öyrənir, nə əldə edir,
müəllim bu standartı reallaşdırmaqla-hansı nəticəyə gəlir)
Nəticə:
Əlamət bildirən sözləri seçir, onların aid olduğu sözü müəyyənləşdirir.
Məzmun
standartı
|
Məqsəd-nəticə
|
1.2.1.
Müşhidə etdikləri,və oxuduqları haqqında danışır.
|
Öz
bilikərinə əsaslanaraq problemin həlli ilə bağlı fikir bildirir.
|
1.2.3.
Nitqində müvafiq bədii ifadələrdən istifadə edir.
|
Mətndə
rast gəldiyi bədii ifadələri (məcazları, epitetləri)cümlədə işlədir.
|
2.1.3.
Öyrəndiyi yeni sözlərdən nitqində istifadə edir.
|
Öyrəndiyi
yeni sözləri cümlələrdə mənasına uyğun işlədir.
|
3.1.4.
Müşahidə və təəssüratlar əsasında kiçikhəcmli inşa yazır.
|
Siniflə
birgə getdiyi ekskursiya haqqında kiçikhəcmli esse yazır.
|
4.1.5.
Sözləri qrammatik mənasına görə qruplaşdırır.
|
Mətndən
əlamət bildirən sözləri seçir, onların aid olduğu sözü müəyyənləşdirir.
|
Müəllim
üşün vəsaitdə (MMV)-
“Mehriban
səma ” mövzusuna -5 standart və hər standarta -5 məqsəd, nəticə tövsiyyə
olunub. Bəli, tövsiyyə olunub. Bütün bu standartları 2saata reallaşdırmaq-qəti
mümkün deyil. Bu zaman müəllim öz sinfinin səviyyəsini mütləq şəkildə nəzərə
almalıdır.Əgər, sinifin-potensial imkanı varsa belə, müllim yalnız
iki və ya üç standart reallaşdıra bilər. Amma, nə qədər güclü sinif olsa da-zəif, orta və yaxşı oxuyanlar da mütləq
şəkil almalıdır. Və, bu artıq –səviyyələrə bölünmək deməkdir.
1-ci səviyyə
- zəif
2-ci səviyyə-
orta
3-cü səviyyə-
yaxşı
4-cü səviyyə-əla.
Mən
müəllim kimi sinfimin səviyyəsinə uyğun olaraq:
Oxudan-1.2.1.
standartını, Yazıdan- 4.1.5. standartını reallaşdırmağı qərara alıram.
Bu
zaman, mənim köməyimə Azərbaycan Respublikası Təhsil Nazirliyinin : “Ümumtəhsil
məktəblərinin I-V sinifləri üçün fənn
kurikulumları” kitabı çatır.
Kitabın
308-309- cu səhifələrini açıram.
Yazılıb:
II sinif. Dinləyib-anlama və danışma.
Bu – məzmun xəttidir.1-ci sinifdən 4-cü sinfə kimi, bu məzmun
xətti davam edir.Dəyişmir. Amma, hər sinif səviyyəsinə görə- bir qədər genişləndirilmiş,
bir qədər qəlizləşdirilmiş və daha dolğun formada.Azərbaycan dili fənnində - 4 məzmun xətti var:
1.Oxu,
2.Yazı,
3.Dil
qaydaları,
4. Dinləyib anlama və danışma.
“Məzmun
standarı ” bölməsinə baxaq:
1.1.
Şagird dinlədiyi fikri anladığını
nümayiş etdirir.
Bu-əsas standartdır.
Lazımi vaxt-dəyişir.
1.1.1.
Sual verməklə dinlədiyi fikrin
mahiyyətini aydınlaşdırır.
Bu-alt standartdı. Daim dəyişir.
Biz –indi
nəyi əldə etdik? Sxemə baxaq.
Məzmun xətti. Əsas standart. Alt standart.
1. 1. 1.
Necə oxunur?
1. “Dinləyib-anlama və danışma” məzmun xəttinin:
1.1.Şagird dinlədiyi fikri anladığını nümayiş etdirir-əsas standartının,
1.1.1. Sual
verməklə dinlədiyi fikrin mahiyyətini aydınlaşdırır-alt standartı.
Mənim reallaşdırdığım standart isə:
1.2.1.
Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Bu nüansa fikir verək:
1. Dinləyib-analama,
danışma - Məzmun xətti.
1.2.
Şagird şifahi nitq bacarıqlarına
malik olduğunu nümayiş etdirir.(artıq-əsas standart dəyişdi)
1.2.1.
Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır. (artıq-alt standart da dəyişdi)
Yan tərəfdə səviyyələr göstərilib. Sonrakı
qrafada :Qiymətləndirmə standartları.
1.2.1. Alt standartın qarşısına səviyyələr və
hər səviyyənin qarşısında isə meyarlar (ölçü. Yəni, bu ölçülərə cavab verən
-şagird) göstərilib.
1-ci səviyyənin şagirdi:
---- Müşahidə etdiyi- əşya haqqında danışır.
2-ci səviyyənin şagirdi:
---- Müşahidə etdiyi –hadisələr haqqında
danışır.
3-cü səviyyənin şagirdi:
---- Eşitdikləri haqqında danışır.
4-cü səviyyənin şagirdi:
---- Oxuduğu haqqında danışır.
Mən burada bir haşiyə çıxmaq istəyirəm. Fikir verin:
Zəif oxuyan
şagird (1-ci səviyyə)- gördüyü əşya haqqında danışır.
Orta oxuyan şagird (2-ci səviyyə)- bu əşyanı-gördüyünü
və eyni zamanda ona uyğun hadisəni
danışır.
Yaxşı
oxuyan şagird (3-cü səviyyə)- gördüyü əşyanı, ona uyğun hadisəni və eyni
zamanda bu əşya haqqında əlavə olaraq eşitdiklərini danışır.
Əla oxuyan şagird (4-cü səviyyə) isə- gördüyü əşyanı,
ona uyğun hadisəni, bu əşya haqqında əlavə olaraq eşitdiklərini və eyni zamanda
hansısa mənbədən oxuduğunu, axtarış nəticəsində əldə etdiyi əlavə bilikləri
danışır.
Və artıq burada,biz müəllimlər –sadədən
mürəkkəbə - prinsipinə riayət etmiş oluruq.Eyni zamanda- 1-ci səviyyənin
şagirdi-2-ci səviyyənin şagirdinə, 2-ci 3-cüyə, 3-cü 4-cüyə bənzəməyə, onun
kimi olmağa, “mən də onun kimi oxuyacam, danışacam”, və ya “məndə də elə alınacaq,
“ görəsən-bacararam?”, “ müəllimədən
xahiş edərəm-mənə də yardım edər” deyə –
düşünürlər. Bu da müəllimin dəstəyi ilə, onun həvəsləndirməsi ilə, istər
verbal-sözlə, istər hədiyyə ilə, istər nümunə göstərməklə, istər valideyinə tərifləməklə-birbaşa
psixologiyaya təsir edir, şagirdin qarşısana məqsəd qoymağa yardımçı olur.
Və bu meyarlar (bu ölçülər) hər səviyyənin
şagirdinin gündəliyinə də bu formada yazılır.Bunun başqa tərəfi də var:
valideyin evdə uşagın nəyi bilib-nəyi bilmədiyini, oxuduğunu, öyrəndiyini necə
nümayiş etdirdiyini, hansı hissədən zəif olduğunu,nəyi bacarıb, nəyi
bacarmadığını, zəif nöqtələrini, zəif hissələrini-bu meyarlar, bu ölçülər vasitəsi
ilə bilir.Gündəlik-müəlimlə valideyin arasında bir-körpü rolunu oynayır. Onlar
bir-biri ilə: gündəlik vasitəsi ilə əlaqə saxlayırlar.
Yazı.
4-cü məzmun xətti . Dil qaydaları.
4.1. Şagird zəruri dil qaydalarını mənisədiyini
nümayiş edir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
|
Dil
qaydaları.
|
|
Məzmun
standartı
|
Səviyyə
|
Qiymətləndirmə
standartı.
|
4.1.5. Sözləri
|
4
|
Cümləni
müvafiq işarələrlə tamamlayır.
|
qrammatik
|
3
|
Məqsəd
və intonasiyaya görə cümlə qurur.
|
mənasına
|
2
|
Cümləni
söz və söz birləşməsindən fərqləndirir.
|
görə
qruplaşdırır.
|
1
|
Sözləri
qrammatik mənasına görəseçərək qruplaşdırır.
|
Sözümün əvvəlinə qayıdıram. Bu mövzuya (
söhbət- “Mehriban səma” mövzusundan
gedir.) planlaşdırmada - 4 saat verilib. Müəllim tövsiyyə olunan standartın
ikisini – 2 saata, yerdə qalan standartı isə - o biri 2 saatda reallaşdıra bilər.Nəticədə-Dövlətin
qarşıya qoyduğu tələblər,standartlar, məqsəd və nəticə həyata keçirilmiş
olur.Bu zaman belə bir sxem əldə etmiş oluruq:
Standart nəticə meyar
səviyyə
Mən
meyarlar əsasında, səviyyələr üzrə qiymətləndirməni daha dolğun, daha yaxşı
başa düşülüb, anlanılması üçün, başqa sinifdən və başqa fənnlərdən də misallar
gətirmək istəyirəm.
Həyat
bilgisi. 4-cü sinif.
Mövzu:
“ Qida zəhərlənmələri”. Standart: 4.1.3, 4.1.2.
Məzmun standartı
|
Səviyyə
|
Qiymətləndirmə standartı
|
4.1.2. Nümunələr əsasında
sağlamlığın qorunmasına aid kiçik təqdimatlar edir.
|
4
|
Zərərli vərdişlərin
özünün və başqalarının sağlamlığına mənfi təsirini izah edir.
|
4.1.3. Zəruri vərdişləri
öz orqanizminə və başqalarının sağlamlığına mənfi təsirini izah edir.
|
3
|
Sağlamlığın
qorunmasınınümunələr əsasında şərh edir.
|
|
2
|
Sağlam həyat tərzinə
uyğun gələn və gəlməyən vərdişləri fərqləndirir.
|
|
1
|
Sağlam həyat tərzinə
uyğun gələn və gəlməyən vərdişlərə aid nümunələri söyləyir.
|
Texnologiya: 4-cü sinif.
Mövzu: “Kağızdan baş geyimləri”. Standart: 1.1.1, 1.2.1, 1.2.2, 1.2.3,1.2.4,1.3.1, 1.3.3, 1.3.4,
1.3.6.
Bu mövzuya 9 standart verilib. Bunu bir 45 dəqiqəyə
reallaşdırmaq qəti mümkün deyil.Bu zaman müəllim-öz sinfinin səviyyəsinə uyğun
standart seçir , onu reallaşdırır, nəticə əldə edir, səviyyələr üzrə meyarlar
yazır.
Məzmun standartı
|
Səviyyə
|
Qiymətləndirmə standartı
|
1.3.6. haırladığı məmulatı təqdim edir.
|
4
|
Qrupda birgə fəaliyyət göstərərək məmulatın
hazırlanmasında iştirak edir və qrup üzvləri ilə anlaşa bilir və müvafiq təhlükəsizlik
və gigiyena qaydalrına əməl edir, hazırlanmış məmulatı təqdim edir.
|
1.3.5. Məmulatın hazırlanmasında müvafik təhlükəsizlik
və gigiyena qaydalarına əməl edir.
|
3
|
Detalları ardıcıl olaraq birləşdirir və verilmiş
məmulatı tam hazırlayır və məmulatın hissələrinə sadə tərtibat verir. Təhlükəsizlik
və gigiyena qaydalarına əməl edir.
|
1.3.6.Məmulatların qrup tərəfindən hazırlanması
prosesində birgə fəaliyyət və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
|
2
|
Məmulatın detallarını ardıcıllıqla birləşdirir, təhlükəsiszlik,
sanitar-gigiyena qaydalrının əksəriyyətinə əməl edir.
|
1.3.2.Detalları birləşdirməklə müxtəlif məmulatlar
hazırlayır.
|
1
|
Verilmiş məmulatın hansı detallardan ibarət
olacağını müəyyən edir, bəzi sanitar-gigiyenik və təhlükəsizlik qaydalarına nəzərə alır.
|
1.3.1.Məmulatların detallarını hazırlayır.
|
|
|
Musiqi. 4-cü sinif.
Mövzu: “Vals Avropa və Azərbaycan musiqisində”
standart: 1.1.1, 1.1.3, 2.1.1.
Məzmun
standartı
|
Səviyyə
|
Qiymətləndirmə
standartı
|
1.1.1.
Profesional və xalq musiqisi nümunələrini fərqləndirir.
|
4
|
Dinlədiyi
və ifa etdiyi Azərbaycan və digər musiqi nümunələri arasında oxşar cəhətləri
müəyyənləşdirir.
|
|
3
|
Dinlədiyi
və ya ifa etdiyi profesional və xalq nümunələri fərqləndirir.
|
1.1.3.
Azərbaycan və digər xalqların musiqi nümunələri arasında oxşar cəhətləri müəyyən
edir.
|
2
|
Dinlədiyi
və ya ifa etdiyi bəstəkar və xalq melodiyalarında tanıdığı intervalları müəyyən
edir.
|
|
1
|
Profesional
və xalq musiqisi anlayışlarını fərqləndirir.
|
Riyaziyyat. 2-ci sinif.
Mövzu: “Pullarımız ” standart: 4.2.3.
Məzmun
standartı
|
Səviyyə
|
Qiymətləndirmə
standartı
|
4.2.3.Pul
vahidlərindən hesablama və mübadilə zamanı istifadə edir.
|
4
|
Qəpik
pulları tanıyır, hesablayır, mütəlif qəpiklərlə ifadə edir.
|
|
3
|
Qəpik
pulları tanıyır və hesablayır.
|
|
2
|
Qəpik
pulları çətinliklə hesablayır.
|
|
1
|
Qəpik
pulları tanıyır.
|
Hazırladı: Gəncə şəhəri 25№li orta məktəbin
ibtidai sinif müəllimi Cumalıyeva Aytən Mahir qızı.
0 коммент.:
Отправить комментарий