09.12.2015

1. Tərbiyə anlayışı. Kiçik məktəblilərlə tərbiyəsinin təşkili formaları və onun həyata keçirilməsi

     ( TƏLƏBƏNİN KURS İŞİ....)
  “Tərbiyə” sözü ərəbcə “əl-tərbiyə” sözünün “rəbb” kökündən əmələ gəlib. O, üç mənanı ifadə edir: “Rəba”-doğru yol göstərmək; “Rəbi”- bəsləmək, yetişdirmək, böyütmək, tamamlamaq; “riba”-çoxaltmaq.
        “Rəbb” Allahın 99 adından biri olub. “Quranda”da Allah sözündən sonra ən çox (935) işlənən sözdür. Mənası “tərbiyə edən”, “nemət verən”, “maddi və mənəvi kamilliyə doğru yönəldən”, “ərsəyə çatdırma” deməkdir. “Mürəbbi” sözü də “rəbb” kəlməsindən əmələ gəlmişdir.
        “Ərsəyə çatdırma” dedikdə, uşağın sərbəst yaşamaq, öz taleyi haqqında düşünməyi bacarmaq və davranışını sərbəst olaraq qaydaya salmaq, dünyaya münasibətdə müstəqil dərketmə qabiliyyətinə yiyələnmək səviyyəsinə çatdırmaq mənası başa düşülür.
        Şəxsiyyətin təşəkkül tapıb formalaşmasında digər amillərlə yanaşı, tərbiyə prosesinin müstəsna dərəcədə böyük rolu vardır. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə) buyururdu ki, “tərbiyə valideynin öz övladına verdiyi ən böyük hədiyyədir”.
         Hər bir şəxs-istər uşaq, cavan, istərsə də yaşlı olsun daim tərbiyəyə möhtacdır. Hələ vaxtilə ingilis filosofu Con Lokk göstərirdi ki, insanlar arasında fərqləri məhz tərbiyə yaradır.
        Tərbiyənin əsas qayəsi geniş, mütərəqqi dünyagörüşlü, xeyirxah, mədəni, humanist insanlar yetişdirməkdir.
         Pedaqoji anlayış kimi tərbiyənin məzmununun üç əlaməti göstərilir: birinci, məqsədyönlülük; ikinci, bəşəriyyətin tarixi inkişafının nailiyyətləri olan sosial-mədəni dəyərlərə müvafiqlik; üçüncü, təşkil olunan tərbiyəvi təsir sisteminin mövcudluğu.
        “Tərbiyə işi insan cəmiyyətinin yarandığı ilk dövrlərdən meydana gəlmiş, şəхsiyyətin fоrmalaşması, inkişafı, davranışı prоsesidir”.
        “Tərbiyə yaşlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrübənin məqsədyönlü, planlı, mütəşəkkil şəkildə gənc nəslə aşılanmasıdır
        Hər bir cəmiyyətdə tərbiyə həmin cəmiyyətin başlıca vəzifələrindən birini təşkil edir. İnsan amilinin əsas yer tutduğu hazırki dövrdə gənc nəslin elmi dünyagörüşünə, yüksək əxlaqi keyfiyyətlərə malik olan, ahəngdar inkişaf etmiş, ictimai cəhətdən fəal olan, mənəvi zənginliyi, əxlaqi saflığı və fiziki kamilliyi özündə birləşdirən şəxsiyyət kimi tərbiyə olunması, formalaşdınlması ən vacib, təxirəsalınmaz bir vəzifə kimi qarşıda durur. Bu mühüm vəzifənin həyata keçirilməsində məktəb və müəllimlərimiz həlledici mövqe tutur. Bununla əlaqədar olaraq məktəb yüksək əxlaq prinsipləri ilə yaşamağa və işləməyə, birgəyaşayış qaydalarına, qanunlarına sözsüz əməl etməyə daxili tələbat oyatmalıdır.
        Şəxsiyyətin əxlaqi-iradi sahəsinin, əxlaqi şüurunun, əxlaqi təsəvvür, anlayış prinsip və inamının, əxlaqi hisslərinin, adətlərinin başqa adamlara, cəmiyyətə, əməyə münasibətdə ifadə olunan davranış tərzlərinin formalaşmasının psixoloji mexanizmlərini açmaqla, tərbiyə psixologiyası gənc nəslin şəxsiyyətinin fəal şəkildə istiqamətləndirilməsi üçün imkan verir.
Şagirdlərin tərbiyəvi təsir şəraitində psixi fəaliyyətlərinin qanunauyğunluqlarını, məktəblilərin özünütərbiyəsinin psixoloji əsaslarını aşkara çıxarmaqla tərbiyə psixologiyası şəxsiyyətin keyfiyyətlərinin formalaşmasına imkan yaradan həmin təsirlərin mexanizmlərini də öyrənir.
        Tərbiyə şəxsiyyətin formalaşdırılmasına yönəldilmiş xüsusi fəaliyyət sahəsidir. Görkəmli pedaqoq A.S.Makarenkonun dediyi kimi tərbiyənin mahiyyəti ondan ibarətdir ki, daha yaşlı nəsil bu prosesdə özünün təcrübəsini, özünün etirazlarını, özünün inamını kiçik nəslə verir. Tərbiyə şəxsiyyətin daxili və xarici amillərin təsiri altında baş verən inkişafının idarə olunmasıdır. Ona görə də şəxsiyyətin necə formalaşması, bu prosesə təsir edən amillər diqqəti birinci növbədə cəlb edən cəhətlərdəndir. Bu baxımdan, birinci növbədə nəyi tərbiyə etmək məsələsi, başqa sözlə, şəxsiyyətin strukturu, əlamət və keyfiyyətləri, xassələrini dəqiqləşdirmək lazım gəlir. Məlum olduğu kimi, şəxsiyyətin hər bir keyfiyyəti bir-biri ilə ayrılmaz şəkildə bağlı olan bir vahiddir. Ona görə də şəxsiyyətin hər bir əlaməti başqa əlamətləri ilə əlaqəsindən asılı olaraq çox vaxt tamamilə fərqli xarakter daşıyır, özünəməxsus əhəmiyyət kəsb edir. Ona görə də tərbiyə prosesində şəxsiyyətin formalaşmasının bu cür cəhətlərinin nəzərə alınması zəruridir. Başqa sözlə, insanı hissə-hissə deyil, bir şəxsiyyət kimi tam halında tərbiyə etmək lazımdır.
        Məktəb yaşı dövründə şəxsiyyətin formalaşmasının psixoloji şərtləri.
Tərbiyədən söhbət açarkən biz birinci növbədə məktəbli şəxsiyyətinin formalaşması haqqında düşünürük. Başqa sözlə, məktəbin və müəllimin imkanları dairəsində, şəxsiyyətin formalaşması pedaqoji psixologiyada ən zəruri məsələ kimi qarşıda durur. Hələ məktəb yaşının ilk günlərindən tərbiyə işinin düzgün qurulmaması, pedaqoji baxımsızlığın hökm sürməsi şagird şəxsiyyətində arzu olunmayan keyfiyyətlərin formalaşmasına gətirib çıxarır. Bu cür mənfi keyfiyyətləri aradan qaldırmaq isə yenidəntərbiyə işi tələb edir ki, bu da əvvəlcədən yeni keyfiyyətləri formalaşdırmaqdan qat-qat çətindir.
        Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, tərbiyə böyükməkdə olan nəslin şəxsiyyətinin formalaşması prosesinin idarə olunmasından ibarətdir.
Ona görə də bu proses özünün psixoloji mexanizminə malikdir. Bu mexanizmi nəzərə almadan tərbiyə işində müvəffəqiyyət qazanılacağı barədə düşünmək olmaz. Burada birinci növbədə tərbiyə prosesinin maliyyətini təşkil edən və psixoloji nöqteyi-nəzərdən bir-birilə bağlı olan aşağıdakı cəhətlərə diqqət yetirmək lazım gəlir: tərbiyə olunan və tərbiyə edənin xüsusiyyətləri, onların qarşılıqlı münasibətləri, tərbiyənin məqsədi, tərbiyə prosesində istifadə olunan yollar. Məhz buna görə də tərbiyə prosesini düzgün idarə edə bilmək üçün həmin cəhətlərin hər birinin xüsusiyyəti nəzərə alınmalıdır. Yalnız bu zaman tərbiyə prosesində şəxsiyyətin tələbatları, maraq və meylləri, dünyagörüşü, əqidə və idealları, qabiliyyət və xarakteri lazımi şəkildə formalaşdırıla bilər.
        Tərbiyə prosesində biz daima inkişaf edən, keyfiyyətcə dəyişən uşaqlarla işləməli oluruq. Tərbiyə olunan həmin uşaqlar özlərinin şəxsiyyətlərinin psixoloji xüsusiyyətlərinə, tələbat və motivlərinə görə bir-birlərindən fərqlənirlər. Ayrı-ayrı yaş dövrlərində bu fərqlər müxtəlifləşir və özünəməxsus tərbiyəvi iş tələb edir. Ona görə də tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün birinci növbədə tərbiyə olunanların yaş və fərdi xüsusiyyətlərini öyrənmək və nəzərə almaq lazımdır. Məhz buna görə də hələ vaxtilə pedaqoji psixologiyanın banisi K.D.Uşinski insanı hərtərəfli tərbiyə etmək üçün onu hərtərəfli öyrənməyi tövsiyyə edirdi.
        Görkəmli psixoloq S.L.Rubnşteyn göstərir ki «uşaqları tərbiyə edə-edə və öyrədə-öyrədə öyrənmək lazımdır ki, onları öyrənə-öyrənə tərbiyə edək və öyrədək. Məhz buna görə müəllim və tərbiyəçi hər hansı bir tərbiyəvi tədbiri həyata keçirməzdən əvvəl tərbiyə etdiyi şagirdin xüsusiyyətlərini aşkara çıxartmalı, tərbiyəvi tədbiri həyata keçirməzdən əvvəl tərbiyə etdiyi şagirdin xüsusiyyətlərini aşkara çıxartmalı, tərbiyəvi tədbiri ona müvafiq şəkildə tətbiq etməyə çalışmalıdır.
        Tərbiyə psixologiyası sahəsində tədqiqat aparan psixoloqlar belə bir qənaətə gəlmişlər ki, şagird şəxsiyyətinin təşəkkülündə həlledici yeri təkcə onların fəaliyyətinin düzgün təşkili, şagirdlərin əxlaqi davranış təcrübələri toplamaları tutmur, eyni zamanda burada düzgün əxlaqi davranış motivlərinin tərbiyə edilməsi də mühüm rol oynayır. Bu baxımdan, şagirdlərin tələbat sahəsinin öyrənilməsi mühüm əhəmiyyətə malikdir. Çox vaxt şagirdin davranışındakı bu və ya digər cəhət onun tələbatı ilə bağlı olur. Bir motiv kimi tələbatlar şagirdin davranışını şərtləndirir. Buradan tərbiyə prosesində psixoloji cəhətdən diqqəti cəlb edən və nəzərə alınması zəruri olan bir tələb — şagirdin davranışına qiymət verərkən onun motivini müəyyənləşdirmək tələbi meydana çıxır. Psixoloqların tədqiqatları sübut etmişdir ki, motivdən asılı olaraq eyni fəaliyyət nəticəsində şagirdlərdə müxtəlif əxlaqi keyfiyyətlər formalaşa bilər. Məs: bir şagird öz yoldaşının düzgün olmayan hərəkəti haqqında sinif rəhbərinə xəbər verir. Şagirdi buna vadar edən, başqa sözlə onun bu cür hərəkətinin motivi müxtəlif ola bilər. Ola bilsin ki, şagird öz yoldaşını bu vəziyyətdən çıxarmaq, ona kömək etmək məqsədilə sinif rəhbərindən kömək gözləyir. Yaxud sinif rəhbərinin yanında özünü ucaltmaq, onun nüfuzunu qazanmaq üçün bu cür hərəkət edir, lakin ola bilsin ki, şagird öz yoldaşından qisas almaq üçün bu yolu tutur.
        Tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün təkcə şagirdlərin yaş və fərdi xüsusiyyətlərinin öyrənilməsi və nəzərə alınması kifayət deyildir. Burada tərbiyəvi tədbirin tətbiq edildiyi konkret şəraitin nəzərə alınması da həlledici əhəmiyyətə malikdir. Adətən konkret şərait nəzərə alınmadan tətbiq olunan, şablon tərbiyəvi tədbir istənilən nəticəni vermir, bəzən hətta mənfi təsir göstərir. Tərbiyəvi tədbir o zaman daha səmərəli rol oynayır ki, burada müəllimin pedaqoji təxəyyülü iştirak etsin. Belə olduqda müəllim konkret şəraitdən asılı olaraq tətbiq etdiyi tədbirin nə kimi nəticə verəcəyini qabaqcadan görə bilir.
        Tərbiyənin bu məqsədinə müvafiq tərkib hissələri müəyyən edilir. Bunları aşağıdakı şəkildə qruplaşdırmaq olar:
1. Əxlaq tərbiyəsi
2. Əmək tərbiyəsi
3. Estetik tərbiyə
4. Fiziki tərbiyə
5. Hüquq tərbiyəsi
6. Ekoloji tərbiyə
1.Əxlaq tərbiyəsi:
        Əxlaq ictimai şüurun əsas formalarından biri kimi həm fəlsəfi, həm sosioloji, həm psixoloji, həm də pedaqoji ədəbiyyatda geniş şəkildə şərh olunur. Əxlaqın tərbiyəsi çox vaxt xalq içərisində ismətin, namusun tərbiyəsi kimi işlənsə də istər etnopedaqoji, istərdə də elmi-pedaqoji ədəbiyyatda əxlaq tərbiyəsi insana məxsus olan mənəvi keyfiyyətlərin və davranış normalarının məcmusu kimi səciyyələndirilir. “Əxlaq - insanın mənəvi, dərin keyfiyyətləri, cəmiyyətə və başqalarına qarşı münasibətləri müəyyən edən normaları davranış qaydalarını özündə birləşdirir”. Pedaqoji ədəbiyyatda əxlaq tərbiyəsi tərbiyənin forması,  kökü, zəruri şərti, nəticəsi, əksər hallarda tərkib hissələrindən biri kimi izah edilmişdir. Əxlaq tərbiyəsi hərtərəfli şəxsiyyət formalaşdırılması işinin mühüm tərkib hissələrindən biridir. İnsanların əxlaqi keyfiyyətləri təhlil edilərkən «əxlaqlı», «yüksək etikalı», «mədəni əxlaqlı», «əxlaqsız» kimi anlayışlardan istifadə edilir.Əxlaq tərbiyəsi baza kimi «etikaya» istinad edir.
        Nəsirəddin Tusi də bu yolla gedərək milli-mənəvi dəyərlərinizə və qüdrətli söz sahiblərinin fikirlərinə əsaslanaraq həm xalqımız üçün, həm də bütün dünya xalqları üçün səciyyəvi olan əxlaq tərbiyəsi sistemi yaratmışdır. N.Tusi, hər şeydən əvvəl, “əxlaq normaları” müəyyən etməyə cəhd göstərmişdir. Hansı ki, bu əxlaqi normalar uşaqların davranışının, ünsiyyətinin, insanlara, təbiətə, cəmiyyətə olan bütün münasibətlərinin tənzimlənməsinə xidmət edir.
        Yaşlı insanlar və gənclərlə tərbiyənin bu sahəsində işlər mədəniyyət müəssisələrində, pedaqoji gerçəkliyin digər sahələrində daha geniş şəkildə aparılır. İdarə və müəssisələrdə ayrı-ayrı tədbirlərin tərkibində verilir. Məsələn, mədəniyyət və ya ayrı-ayrı fəaliyyət sahələrində başqa xalqlara, millətlərə zorakılıq (həmin dövrdə real şəkildə mövcud olan) aktlarına qarşı etiraz tədbirlərində, xəstələrə, qaçqın və köçkünlərə,
valideyinsizlərə kimsəsiz qocalara kömək və yardım formalarında və digər şəkildə həyata keçirilir.
2. Əmək tərbiyəsi:
        Hərtərəfli inkişaf etmiş şəxsiyyətə verilən əsas və mühüm tələblərdən biri də şəxsiyyətin əməyə qadir olması, istehsalın, xalq təsərrüfatının bu və ya digər sahəsində fəaliyyət göstərmək bacarığına, əməyə, əmək adamlarına müsbət münasibətlərə malik olmasıdır. Hər kəs, xüsusən həyata atılan yeniyetmə və gənclər, istehsalın bir sahəsində çalışmaq üçün zəruri əmək bacarığı və vərdişlərinə malik olmalıdır. Bu əmək bacarıq və vərdişlərinin həm ailədə, həm də sistemli təhsil müəssisələrində təlimin ilk günlərindən əsası qoyulur. Əmək, bacarıq və vərdişləri məhz əmək tərbiyəsi vasitəsilə həyata keçirilir. İnsanların əməyə hazır şəkildə formalaşdırılması birinci həyati zərurətdir. İnkişaf etmiş demokratik cəmiyyət tələb edir ki, böyüyən nəsl əmək əsasında tərbiyə alsın, hələ kiçik yaşlarından quruculuq və yaradıcılıq fəaliyyətində iştirak etsinlər.      Mədəniyyət müəssisələrində isə peşə yönümünün səmərəli aparılması işinə daha geniş imkan vardır. Bu müəssisələrdə nəzəri işlə əməli iş əlaqəli, əyani şəkildə aparılır. Beləki, yeniyetmə və gənclər asudə vaxtlarında öz marağına görə dərnəklərdə birləşir. Bu dərnəklər və digər işlər vasitəsilə gənclər həmin fəaliyyət prosesində bilavasitə məşğul olur, fəaliyyətin əsas məğzi ilə tanış olur. Seçdiyi və ya seçəcəyi peşənin sirlərini öyrənir və bu işlə öz imkanlarını, bu fəaliyyət növündə çalışa biləcəyini şüurlu surətdə dərk edir. Bu zaman artıq peşələr haqqındakı romantika reallaşır, yeniyetmə və gənclər həmin peşəyə şüurlu yanaşırlar.
3. Estetik tərbiyə:
      Estetik tərbiyə ahəngdar inkişaf etmiş şəxsiyyət tərbiyəsinin tərkib hissələrindən biridir. "Estetika" yunanca "estezis" sözündən olub, hiss etmək, qavramaq deməkdir. Estetik tərbiyə dedikdə, incəsənət və həyatdakı gözəlliklərin qavranmasına, estetik zövq və qabiliyyətlərin inkişafına yönələn təsirlərin məcmusu nəzərdə tutulur.
        Estetik tərbiyə şəxsiyyət tərbiyəsində böyük rol oynayır. Estetik tərbiyə əqli tərbiyəyə kömək göstərir: o, insana bilik verir, həyatı dərk etməyə yardım edir.
        Estetik tərbiyə əmək tərbiyəsi ilə də sıx bağlıdır. Əmək, yaradıcı fəaliyyət ən gözəl zövq mənbəyidir. İnsanın xoşbəxtliyi yaradıcı əməklə, əmək sevinci ilə bağlıdır.
        Estetik tərbiyə fiziki tərbiyə ilə də əlaqədardır, sağlamlığa müsbət təsir edir. Zövq-estetik şüur və hislərin təsiri ilə formalaşır.
        Estetik zövq gözəlliyi qiymətləndirmək bacarığıdır. Estetik zövq əsasında insanda varlığa, incəsənətə əsaslı, qiymətləndirmə bacarığı formalaşır.
        Böyüyən nəsildə bədii yaradıcılıq bacarıq və vərdişləri, bədii-estetik qabiliyyətləri inkişaf etdirmək lazımdır. Şagirdlər incəsənətin bu sahəsində müəyyən bacarıqlara yiyələnməli (musiqi alətində çalmaq, rəqs etmək, şəkil çəkmək, şer və ya hekayə yazmaq, bədii oxu və bədii tikişlə məşğul olmaq və s.), həyata, cəmiyyətə gözəlliklər bəxş etməlidirlər. Özünü təsdiqin mühüm şərtidə elə budur. Estetik tərbiyənin səmərəsi üçün bir sıra prinsipləri rəhbər tutmaq lazımdır. Bu prinsiplər aşağıdakılar kimi ayırmaq olur:
1. Estetik tərbiyə insanın dünyagörüşünün
formalaşması prosesi ilə sıx əlaqəli şəkildə aparılmalıdır.
2. Estetik tərbiyədə müəyyən ardıcıllıq gözlənməlidir.
3. Estetik tərbiyə hərtərəfli aparılmalıdır.
4. Estetik tərbiyədə uşaqların yaş xüsusiyyətləri nəzərə alınmalıdır.
4. Fiziki tərbiyə:
      Fiziki tərbiyə insanın sağlamlığını möhkəmlədən, şəxsiyyətin fiziki cəhətdən inkişaf etdirən sahədir.
        Fiziki tərbiyə əqli inkişafa kömək edir. Sağlamlıq səmərəli zehni fəaliyyətin vacib şərtidir: o, insanın fikir qüvvəsini artırır, yorğunluğu götürür, iş qabiliyyətini bərpa edir. Fiziki tərbiyə insanı əməyə və vətən müdafiəsinə hazırlayır. O, estetik tərbiyə ilə də sıx bağlıdır.
        Fiziki tərbiyə üzrə sinifdənxaric işlər uşaqları bədən tərbiyəsi və idmana cəlb etməyə imkan olur. Sinifdənxaric fiziki tərbiyə tədbirlərinə idman dərnəkləri, oyun və əyləncələr, idman yarışları, və s. daxildir. Uşaqlar fiziki tərbiyə ilə asudə vaxtlarında məşğul olmağa başlayırlar.
       
5. Hüquq tərbiyəsi:
      Hüquq tərbiyəsi şəxsiyyətin ideya-tərbiyə işləri kompleksinin mühüm bir istiqamətini təşkil edir.
      Sinifdənxaric və məktəbdənkənar işlər uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkilində böyük əhəmiyyət kəsb edir. Təcrübəmə görə, məktəblilərin, xüsusən yeniyetmələrin asudə vaxtı düzgün təşkil edilmədikdə onların bir qismi günlərini boş-boşuna keçirir, nəzarətsiz qalır, bəzən mənfi təsir altına düşürlər. Şagirdlərin dərsdənkənar fəaliyyətini mənalı təşkil etmək üçün onları müxtəlif fəaliyyət növlərinə - idmana, ictimai-faydalı əməyə və bədii yaradıcılıq işlərinə, mütaliəyə geniş cəlb etmək lazımdır.
        Ailə və ictimayətin sıx əməkdaşlığını təmin etmək hüquq tərbiyəsinin müvəffəqiyyətidir.
6. Ekoloji tərbiyə:
      "Ekologiya" yunan sözüdür. Yurs məkan haqda təlim deməkdir. Şəxsiyyət tərbiyəsinin mühüm tərkib hissələrindən biri ekoloji tərbiyədir. O, gənc nəsli ekoloji biliklərlə silahlandırmağa, ekoloji mədəniyyəti formalaşdırmağa yönələn tədbirlər sistemidir.
      Ekoloji tərbiyəni aşılamağın yollarından ən başlıcası kiçikyaşlılarla məktəb meşəçiliyi, gənc təbiətçi dərnək və klubları, məktəb qoruqları, meyvə bağları, ekologiya üzrə olimpiada və viktorinalar, məktəb ekologiya cəmiyyəti, ekologiya ayları, kimi maraqlı formalardan istifadə olunur. Məktəblərdə və yaşayış yerlərində yaşıllıqların salınması, iməcliklərin keçirilməsi ilə kiçik yaşlı məktəbliləri ekologiyamızı qorumağa sövq edə bilərik.
        Tərbiyə Prosesinin Mahiyyəti: Cəmiyyətin qarşıya qoyduğu şəxsiyyət modelinə uyğun olaraq böyüməkdə olan nəslin formalaşdırılmasına mütəşəkkil, məqsədyönlü rəhbərlik tərbiyə prosesi adlanır. Bu tərbiyəyə verilən ümumi tərifdir. Konkret olaraq isə tərbiyə olunanda həyata düzgün münasibət formalaşdırmaq, çəmiyyətin müəyyən etdiyi əxlaq normaları və davranış qaydalarına yiyələndirmə işi tərbiyə adlanır.
        Bu prosesdə böyüyən nəsl cəmiyyət üçün faydalı, yüksək mənəvi potensiala malik, əməyə meylli və əmək qabiliyyətli ideyaca güclü, estetik görüşlərə malik və fiziki cəhətdən sağlam insanlar formalaşdırılır. Tərbiyə vasitəsilə şəxsiyyət həyata, cəmiyyətə ictimai-fayda verəcəyi sahəyə hazırlanır, sistemli tərbiyə vasitəsilə formalaşan insan həyatda müstəqil şəkildə özünü təmin edə bilir. Tərbiyə prosesi insanların fəaliyyətinin düzgün istiqamətlərini müəyyənləşdirilir. Tərbiyə olunanlarda əməyə, biliklərə, təlimə, ümumiyyətlə fəaliyyətə çoxcəhətli münasibət yaranır. Bu isə insanların ictimai münasibətləri şüurlu dərk etməsi deməkdir. Tərbiyə insanlarda konkret münasibətlər formalaşdırır. Münasibət subyektin obyektlə əlaqəsinin dialektikasını ifadə edir.
        Tərbiyə prosesinin əsas nəticəsi hərtərfli inkişaf etmiş, cəmiyyətin tələbləri ilə uyğunlaşan insanlar formalaşdırmaqdan ibarətdir. Bu isə ikitərəfli fəal prosesdir. Burada tərbiyəçinin fəallığı üstünlük təşkil edir. Tərbiyə, tərbiyə işinin məzmunu mahiyyəti, üsulları, vasitələri, formalarını və s. müəyyən edir, tərbiyə olunanın fəaliyyətini düzgün istiqamətə yönəldir.
        Tərbiyə işi və onun komponentləri bir-birilə möhkəm əlaqədədir. Tərbiyə prosesi şəxsiyyətin əqli, fiziki, əxlaqi, estetik, ideya siyasi, hüququ və s. cəhətlərdən formalaşmasının kompleks şəkildə aparılmasını özündə birləşdirməlidir. Bu sistem həmçinin insanları əhatə edən mühitə, ətrafdakılara ictimai, sosial münasibət formalaşdırılmalıdır. Tərbiyə prosesi göründüyü kimi təbiət etibarilə hərtərəflidir. Bu isə tərbiyə təsirlərinin müxtəlif və çoxcəhətliliyindən irəli gəlir. Belə ki, tərbiyə prosesində tərbiyəçi ilə yanaşı ətrafdakıların mütamadi, çoxcəhətli təsirləri mövcud olur. İnsana hamı, hər şey valideyn, tərbiyəçi, təbiət - çanlı və çansız təbiət - istehsalat, istehsal münasibətləri, onu əhatə edən mikro mühit və s. təsir edir. Tərbiyənin təsiri insanlarda müxtəlif şəkildə olur. Buna səbəb tərbiyə təsirlərinin müxtəlifliyi ilə bərabər həm də tərbiyə olunanların özləri müxtəlifliyidir. Tərbiyəçilər müxtəlif fərdi-psixoloji xüsusiyyətlərə, inkişafa malik insanlara tərbiyəvi təsir göstərirlər. Bu tərbiyəvi təsirləri, tələbləri hər kəs öz fərdi münasibətləri, inkişaf səviyyələri baxımından qəbul edir. Buna görə də eyni yaşlı insanlarda müxtəlif şəkildə təzahür edir.
        Tərbiyə prosesində  əqidə, rəftar, adətlər yaratmaqla cəmiyyətin müəyyən etdiyi əxlaq normaları, davranış qaydaları mənimsədilir nəticədə insanlarda onu əhatə edən hər şeyə münasibət formalaşır. Tərbtyənin əqidə, rəftar, adət kimi anlayışları vardır. Bu anlayışlar uyğun və oxşardırlar.
       

2. Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər

Müstəqilliyimizin və dövlətimizin mühüm şərtlərindən biri mükəmməl təhsil sisteminə malik olmalıdır. Respublikamızda həyata keçirilən təhsil islahatının məqsədi yaradıcı və tənqidi düşünməyi bacaran, fəal şəxsiyyət yetişdirməkdir. İlk növbədə müəllim bacarıqlı, işgüzar, ixtisasını dərindən bilən, müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən bağlı keyfiyyətləri özündə cəmləşdirməlidir.
Təlimdə yaxşı nəticələr əldə olunması üçün psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir. Müəllim bütün hallarda, xüsusən "müəllim - şagird" münasibətlərinin qurulmasında pedaqoji taktı - nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır.
İş prosesində müəllim - şagird münasibətlərinin düzgün qurulması, şagirdlərin təhsilə marağının artmasında, tədris olunan fənlərin sevdirilməsində mühüm əhəmiyyət kəsb edir.
Müəllim və şagird arasında qarşılıqlı hörmət olmalıdır ki, müəllim şagirdə sevgi, məhəbbətlə və eyni zamanda ciddi yanaşmalıdır. Müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz deməməli, hərəkət etməməlidir. Nə qədər sözə baxmayan, nadinc şagird olsa belə, müəllim özünün pedaqoji metodlarından istifadə edib, xoş, isti münasibət yaratmalıdır.
Pеdаqоji prоsеsdə müəllimin pеdаqоji mərifəti dаhа çох müəllim – şаgird münаsibətlərində özünü göstərir. Müəllimin pеdаqоji mərifəti оnun pеdаqоji ustаlığının əsаsını təşkil еdir. Müəllimin pedaqoji mərifəti dedikdə aşğıdakılar xarakterizə edilir:
Müşаhidəçilik; diqqətlilik; hörmət və tələbkarlıq, qayğıkeşlik, inаm; ədаlətlilik; səbrlilik; təmkinlik; şərəf və ləyaqəti qorumaq, gülərüz, mehriban ünsiyyətlilik, xoş rəftar, və s.
Pedaqoji fəaliyyət mürəkkəb xüsusiyyətlərə malikdir. Onlardan əsası müəllimin pedaqoji fəaliyyətidir.
Müəllimlik kütləvi peşədir. Müəllimlik kütləvi peşə olsa da yadda qalan ən yaxşı müəllimlər olur. Çünki nəsilləri öyrətmək, tərbiyə etmək çox vacibdir və bu hamıya lazımdır.
Müəllimlik məsuliyyətli peşədir. Çünki müəllim insanın təlim və tərbiyəsi ilə məşğul olur, şüurunu formalaşdırır və bu işdə səhvə yol vermək olmaz. Müəllimlik peşəsinin yaradıcı olması onun mürəkkəbliyini sübut edən amildir.
Pеdаqоji qаbiliyyətləri şərti оlаrаq əsasən üç qrupdа birləşdirmək оlаr: Şəхsi qаbiliyyətlər: Şəxsi; didaktik; təşkilati
        1. Şəхsi pеdaqоji qаbiliyyətlər dеdikdə аdətən, şəхsiyyətin хаrаktеrik əlаmət və kеyfiyyətləri ilə bаğlı оlаn qаbliyyətlər nəzərdə tutulur. Müəllim-şagird münasibətlərində səbirlilik və təmkinlilik qabiliyyəti əsas götürülür. Ünsiyyət və münаsibətlər zаmаnı və müəllim səbr və təmkinlə davranmalı olur, uşaqlara diqqət və səbrlə qulaq asmalıdır, xüsusilə münaqişələr zamanı təmkinlik göstərməli, özünü ələ аla bilməlidir. Müəllim şаgirdlərlə münаsibətində həmişə nikbin оlmаlıdır.
        2. Didаktik qаbiliyyətlər isə müəllimin proqram materialını şаgirdlərə çаtdırа bilmək, mаtеriаl və yа prоblеmi аydın və аnlаşıqlı şəkildə şаgirdlərə təqdim еtmək, fənnə qаrşı marаq оyаtmаq, şаgirdlərdə fəаl müstəqil fikir yаrаdа bilmək qаbiliyyətindən ibаrətdir. Burаyа kоnkrеt оlаrаq müəllimin izаhını, şərh еdə bilmək qаbiliyyətini, metodiki qаbiliyyətlərini аid еtmək оlаr.
        3. Təşkilаti, kоmmunikаtiv və konstruktiv qаbiliyyətlər. Müəllimin təşkilаtçılıq funksiyаsı, ünsiyyət və münasibəti, ümumi pedaqoji, psixoloji hazırlığı ilə bаğlıdır.     
        Demək olarki cəmiyyətin, millətin gələcəyi müəllimin əlindədir.
Öz işinin öhdəsindən uğurla gəlmək üçün müəllim əsl mənada şəxsiyyət olmalı, özündə müsbət keyfiyyətlər formalaşdırmalıdır.
        Akademik qabiliyyət - geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur.
Didaktik qabiliyyət - bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir.
Ünsiyyət (kommunikativ) qabiliyyəti - uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur.
Konstruktiv qabiliyyət - özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur.
İradi-emosional qabiliyyət - müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur.
        Gənc nəslin tərbiyəsinə yönələn fəaliyyət pedaqoji fəaliyyət deməkdir. Başqa sözlə desək, təlim, tərbiyə, inkişaf prosesinin həyata keçirilməsinə, o cümlədən şagird şəxsiyyətinin formataşmasına yönəldilən peşə fəallığı başa düşülür. Pedaqoji fəaliyyətin strukturunu aşağıdakı cəhətlər təşkil edir. 1. Pedaqoji fəaliyyətin məqsədi bu cəmiyyət üçün yararlı, hərtərəfli, ahəngdar inkişaf etmiş vətəndaşlar tərbiyə etməkdən ibarətdir. 2. Pedaqoji fəaliyyətin subyekti bilik verən, tərbiyə edən, istiqamət verən hesab olunur. 3. Pedaqoji fəaliyyətin obyekti və subyekti isə bilik, bacarıqlara yiyələnən, araşdıran, tədqiqiat aparan, tərbiyə olunan hesab edilir.
        Мüəllimin оbyеkti оlаn uşаq еyni zаmаndа subyеktdir. Çünki uşаqlаr dа müəllimə təsir еdirlər, оnun işini təhlil еdir və qiymətləndirirlər. Мüəllimin səmərəli fəаliyyəti üçün bаşlıcа аmillərdən biri onun iхtisаsа uyğun və ümumi biliklər sistеminə yiyələnməsidir. Bura ixtisas biliyi ilə bərabər pedaqoji, psixoloji, fəlsəfi, mеtоdiki biliklər daxildir. Fəаliyyət prоsеsində həmin biliklər vəhdətdə birbirilə əlаqəli şəkildə istifаdə оlunur.
         Müəllimlik peşəsinə verilən pedaqoji tələblər: İbtidаi sinif müəlliminin pеdаqоji fəаliyyəti еlə qurulmаlıdır кi, о nəinкi öz şagirdlərinə, həttа ətrаfdаkı insаnlаrа nümunə оlmalıdır. Müəllimlik pеşəsi öz səciyyəvi cəhətlərinə görə fərqlənir. Müəllimin pqdaqoji fəaliyyətinə verilən tələblər sırasına bunlar daxildir.
        1. Мüəllimin pеşəsinə sеvgisi. Hər pеşədə оlduğu kimi müəllim də öz pеşəsini böyük məhəbbətlə sеvməli, оnun bаşqа pеşələrdə gözü оlmаmаlıdır. Мüəllim təkcə dərsliklə dеyil, bütün mаddi və mənəvi vаrlığı ilə öyrədici, inаndırıcı, tərbiyəеdici оlmаlıdır.
        2. Müəllimin ixtisasına uyğun biliklər sisteminə yiyələnməsi. Müəllim iхtisаsını yахşı bilməsini tələb edir. Мüəllim öz iхtisаsı ilə bərаbər digər еlmlərdən də хəbərdаr оlmаlı, vаcib məsələləri bilməlidir. Bu qəbildən fəlsəfə, pеdаqоgikа, psiхоlоgiyа, fiziоlоgiyа, sоsiоlоgiyа kimi еlmləri mütаliə еdib öyrənməlidir. Mmüəllim biliyi uşаqlаrın bаşа düşəcəyi, sаdə bir dillə аnlаtmаğı, yаşаuyğunluq, fərdiləşmə, prinsiplərinə müvаfiq şəkildə bаşа sаlmаğı bаcаrmаlıdır. Мüəllimin nitqi ifаdəli və səlis оlmаlıdır.
        3. Müəllimin öyrətmə metodikası. Мüəllim öyrədən, tərbiyə еdən və inkişаf еtdirən bir şəхsdir. Öyrədə bilmək üçün öyrənmək lаzımdır. Müəllim öyrətmə mеtоdikаsınа yiyələnmədikdə yetişdirmələrin yaxşı öyrədə bilməz.
        Bir çох müəllimlər də vаr ki, özünü yахşı göstərmək üçün kоllеktivin qılığınа girir, mаrаqlı söhbətlər еdir, lətifələr söyləyir, ucuz hörmət qаzаnmаq istəyir. Əlbəttə, bеlələrinin də gеc-tеz üstü аçılır. Ünsiyyətdə bərаbərlik yохdursа, о hеç vахt səmərəli оlа bilməz. Dеmоkrаtik əməkdаşlığа mаlik müəllim hər bir şаgirdə böyük hörmət və еhtirаmlа yаnаşır. О öz fəаliyyəti ilə uşаqlаrdа аzаdfikirlilik, yаrаdıcılıq, təşəbbüskаrlıq, tənqidi təfəkkür, qеyri-stаndаrt düşüncə fоrmаlаşdırır. Bеlə müəllim, müаsir məktəbin müəllimidir. Bеlə müəllim yеni düşüncəyə, yеni pеdаqоji təfəkkürə mаlik müəllimdir. Мəktəbimiz yаlnız bеlə məüllimlərin sаyəsində inkişаf еdir və yüksəlir.



3. Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri


        Təlim fəaliyyəti dövründə və insan həyatında kiçik məktəb yaşı dövrü mühüm yer tutur. İbtidai siniflərdə şagirdlər yaxşı oxumalıdırlar ki sonrakı illərdə müvəffəqiyyətləri davam etsin.
        Məktəbə yeni gələn uşaq bağça dövründən fərqli olaraq sistematik təlim fəaliyyətinə cəlb olunur. Bu zaman birinci gündən başlayaraq şagirdləri yoxlamaq ayrıayrı cisim və hadisələrə diqqət yetirmək, öz diqqətini zəruri cəhətlərə paylamaq, lazım gəldikdə diqqəti bir sahədən başqa bir sahəyə keçirmək tələb olunur. Bu keyfiyyətlər olmadan təlim fəaliyyətinin səmərəliliyindən də danışmaq olmaz. Bu tələblərə əməl etdikdə onun diqqəti tədricən inkişaf etməyə başlayır. Göstərilən bu keyfiyyətlər uşaqlarda birdənbirə yaranmır. Bu proses təlimtərbiyə işinin səmərəliliyi nəticəsində yaranmağa başlayır.
        Kiçikyaşlı məktəblilərdə diqqətin davamlılığı məktəbəqədər yaşlı uşaqlara nisbətən yüksək olsa da, yuxarı siniflərdə oxuyan uşaqlara nisbətən azdır. 711 yaşlı uşaqlar, xüsusilə 12ci sinif şagirdləri öz diqqətdiqqətlərini bir obyekt üzərində 1015 dəqiqədən artıq saxlaya bilmirlər. Bu vaxt keçdikdən sonra onların diqqətləri asanlıqla başqa obyektə yönələ bilir.
        Kiçik məktəb yaşlı uşaqlarda qeyriixtiyari diqqət üstünlük təşkil edir. Qeyriixtiyari diqqətin davamlılığı ixtiyari diqqətə nisbətən yüksək olur.
        Qeyriixtiyari diqqət ən çox uşağın marağı ilə əlaqədardır. Məktəbə daxil olmaqla uşağın marağı, xüsusilə təlim fəaliyyətinə yönəlir və inkişaf edir. Lakin ilk dövrlər hələ azyaşlı məktəblilərdə maraq mərkəzləşməmiş olur. İlk dövrlər uşağı təlim prosesindən əldə edəcəyi bilikdən çox, onun üçün tanış olmayan məşğələlər cəlb edir. Ona görə də uşağın diqqəti ilk dövrlər qeyriixtiyari şəkildə həmin sahələrə yönəlir. Getgedə uşağın diqqəti bir sahəyə doğru davamlı, başqa sahəyə isə davamsız olur. Bir sahə qeyriixtiyari olaraq uşağın diqqətini özünə cəlb edir, başqa sahə isə cəlb etmir.
        Kiçik məktəblilərlə işləmək digər dövrləri ilə müqayisədə məktəb psixoloqunun fealiyyətində daha çox yer tutur. Kiçik məktəblilərlə iş məktəbə qəbuldan başlayır və II-IV siniflərdə davam etdirilir.
        İkincilər yeni dərs ilinə artıq “təcrübəli” şagirdlər kimi başlayırlar. Məktəbə adaptasiya olunmaq, yoldaşları ilə tanışlıq, yoldaşları və müəllimlə qarşılıqlı münasibətlərin qurulması mərhələsi artıq başa çatmış olur. İndi məktəb həyatı haqqında, onu məktəbdə nəyin gözlədiyi haqda onda geniş təsəvvür vardır.
        İkincilərin öz gələcək fəaliyyətləri ilə bağlı gözləmələri daha çox I sinifdəki vəziyyətlərindən asılıdır: “I sinifdə yaxşı oxuyurdum. Yəqin bu il də yaxşı oxuyacam”, “I sinifdə o qədər də yaxşı oxumurdum, görək, bu il necə olacaq?” və s. oxşar mülahizələri onların valideynləri də söyləyir.
        İkincilərin bu şəkildə özünüqiymətləndirməsi onların fəaliyyətinə də təsir göstərir. İkincilərin özünüqiymətləndirmələri bir tərəfdən təlim fəaliyyətləri, digər tərəfdən isə böyüklərin, xüsusilə müəllimin onlara verdiyi qiymətdən çox asılıdır. Eyni zamanda, ikincilərin təlim fəaliyyəti ilə bağlı özünüqiymətləndirməsi birincilərdən fərqlənir. Birincilər daha eqoistdirlər və özünüqiymətləndirmə onlarda, bir qayda olaraq, daha yüksəkdir.
        Kiçikyaşlı şagirdlərin psixi inkişafının da özünəməxsus keyfiyyətləri vardır. Bu yaş dövründə uşaqların iradi diqqəti nisbətən zəif inkişaf etmiş olur. Onlar uzun müddət fikirlərini toplamaqda çətinlik çəkir. Ona görə də valideynlərdə, müəllimlərdə uşaqların diqqətini formalaşmasına qayğı göstərməlidirlər. Uşaqlarda feal diqqəti inkişaf etdirmək vacibdir. Çünki fəal diqqətdə əşya insan üzərində deyil,insan əşya üzərində hakim olur.
        Uşaqların diqqəti onların maraqları ilə çox əlaqədardır. Maraq diqqətin güclənməsinə səbəb olur. Bu yaşda olan uşaqlar müxtəlif məsələlərlə maraqlanır və çoxlu  suallar verirlər. Bellə suallara cavab vermək vacibdir. Kiçik yaşlı məktəblilərdən mexaniki hafizə qüvvətli olsa da, saxlanması yalnız mexaniki yolla deyil, həm də məntiqi yolla olur. Bu yaş dövrünü səciyyələndirən xüsusiyyətlərdən biri də onlarda təfəkkürün inkişafıdır. Bu yaş dövründə təfəkkür məşqləri keçirilir. Bu məşqlər nəticəsində onlar əşya və hadisələrin mahiyyətini görürlər. Uşaqlar canlı obrazı əvvəlcə görür, sonra onu təsəvvür edir və təsəvvüründə yaradır.
        Kiçik yaşlı maktablilər müxtəlif müqayisələr, sadə şəkillər, ümumiləşdirmələr aparmağa və nəticələr çıxarmağa, məsələ həll etməyə, bir sözlə, düşünməyə qadirdilər. Lakin bilik ehtiyatları və təcrübələri az olduğu üçün uşaqlarda hələ təfəkkür yüksək səviyyədə deyildir. Bu yaş dövründə uşaqlar şəkillər, rənglər, səslər və duyğularla düşünürlər.
        Kiçikyaşlı məktəblilər daim axtarışda olub bilmədiklərini öyrənməyə həvəs göstərir. Hər bir müəllim kiçik yaşlıların psixologiyasından xəbərdar olmalıdır.

4. Tərbiyənin metodları

        Metod sözü ərəbcə üsul sözünün qarşılığıdır. Tərbiyə metodları qarşıda duran tərbiyəməqsədlərinə nail olmaq üçün istifadə olunan yollara deyilir. Metod qarşıya qoyulan məqsədlə sıx bağlıdır. Pedaqoji peşakarlığın mühüm şərtlərindən biri Tərbiyə metodur. Tərbiyə metodunun düzgün seçilməsi və düzgün tətbiq edilməsi pedaqoji peşəkarlığın mühüm şərtidir.  
        Tərbiyə metodlarının xüsusiyyətləri aşağıdakılardır: 
        Tərbiyə metodları tərbiyə olunanların davranışına, hisslərinə, şüuruna konkret şəkildə təsir etmək yolu ilə birgə fəaliyyətdə pedaqoji vəzifələrin həllidir, pedaqoq-tərbiyəçi ilə tərbiyə olunanların ünsiyyət və münasibətidir. 
        Tərbiyə metodları müəllimlə şagirdlərin fəaliyyətinin qarşılıqlı və birgə fəaliyyətinin təşkili üsullarıdır. 
        Tərbiyə metodları şagirdlərin fəaliyyətinin köməyi ilə tərbiyənin məzmununun mənimsənilməsidir. 
        Tərbiyə metodları şəxsiyyətin xüsusiyyətlərinin formalaşması üçün müvafiq məqsədlərə istiqamətlənməsidir.
        Tərbiyə metodları şagirdlərin (tələbələrin) məqsədyönlü fəaliyyətinin təşkil edilməsində, müəllim və uşaq kollektivinin fəaliyyətində özünü əks etdirir. 
        Tərbiyə metodları qoyulmuş məqsədə nail olmaq üçün istifadə olunan üsul və vasitələrin sistemidir. 
        Tərbiyə metodları müəyyən olunmuş keyfiyyətləri şagirdlərdə tərbiyə etmək məqsədilə onların şüuruna və davranışına təsir göstərmək üçün nizama salınmış fəaliyyətdir.        Tərbiyə metodları müəyyən olunmuş keyfiyyətləri şagirdlərdə tərbiyə etmək məqsədilə onların şüuruna, iradəsinə, hisslərinə və davranışına təsir göstərmək üçün nizama salınmış fəaliyyətdir. 
        Tərbiyə metodları uşaqların məqsədyönlü fəaliyyətindəv uşaqların və yeniyetmələrin fəaliyyətinin təşkilində, pedaqoq və şagird kollektivinin fəaliyyətində özünü əks etdirir.    Tərbiyə metodları dedikdə, biz tərbiyə olunanların davranışına, hisslərinə, şüuruna konkret şəkildə təsir etmək yolu ilə birgə fəaliyyətdə pedaqoji vəzifələrin həllini, pedaqoq-tərbiyəçi ilə tərbiyə olunanların ünsiyyətini başa düşməliyik. 
        Tərbiyə metodları tərbiyənin məqsəd və məzmunu ilə müəyyənləşir.
        İnsan şüurlu məxluq olduğu üçün onun bütün fəaliyyəti, davranışı şüurla tənzim olunur. Buna görə də, ilk növbədə, şüura təsir göstərmək, onda əxlaqi təsəvvürlər, inam, əqidə formalaşdırmaq, yaxşını və pisi, gözəli və çirkini, doğrunu və yalanı, həqiqini və saxtanı insana inandırmaq lazım gəlir. Buna görə də inandırma metodları gərəkdir.
        Tərbiyə şüurla davranışın vəhdətinə əsaslanır. İnsana əxlaqi normaları izah etməklə, inandırmaqla yanaşı, həm də onun bu normalara uyğun davranması, hərəkət etməsi, fəaliyyət göstərməsi, müsbət adətlərə yiyələnməsi, alışması vacibdir. Ona görə də alışdırma metodları gərəkdir.
        Deməli, tərbiyə işində öncə insanın şüurunu formalaşdırmaq, iradəsini möhkəmlətmək, sonra da onda müsbət adətlər yaratmaq və bu yolla da şüurla davranışın vəhdətinə nail olmaq, düzgün davranış təcrübəsi formalaşdırmaq lazımdır. Bu baxımdan tərbiyə metodları əsas etibarilə inandırma və alışdırma metodlarına bölünür.
        Tərbiyə işində insanın hissi aləmi, duyğuları mühüm rol oynayır. Rəğbət-nifrət, sevinc-kədər, xeyirxahlıq-bədxahlıq, humanizm, eqoizm, həzz-ikrah hissləri insanın davranışını, rəftarını, hərəkətlərini, fəaliyyətini stimullaşdırır. Uşaqlıqdan insan qəlbinə müsbət hisslər aşılanmazsa, orada boşluq yaranır və çox vaxt bu boşluğu mənfi hisslər tutur. Nəticədə insan qəlbində bədxahlıq, qəddarlıq, laqeydlik, habelə bir çox nəfs xəstəlikləri – paxıllıq, tamahkarlıq, kin, qeybət, acgözlük yuva salır və insanı xoşagəlməz yollara çəkir. Deməli, insan qəlbini nəcib hisslərlə zənginləşdirmək, gözəl ürək tərbiyə etmək vacib vəzifələrdən biridir. Bu məqsədlə hissə təsir göstərən stimullaşdırıcı tərbiyə metodlarından istifadə edilir. Ona görə də rəğbətləndirmə və cəzalandırma metodları gərəkdir.
        Beləliklə, insana hərtərəfli təsir və fəaliyyətin tamlığı prinsipindən çıxış edərək, tərbiyə metodlarını aşağıdakı kimi təsnif etmək olar:
1. Şüuru formalaşdıran metodlar – buna inandırma metodları deyilir.
2. Fəaliyyətin təşkili və davranış təcrübəsini formalaşdıran metodlar – buna alışdırma metodları deyilir.
3. Fəaliyyət və davranışı stimullaşdıran metodlar – buna rəğbətləndirmə və cəzlandırma metodları deyilir.     
        Şüuru formalaşdıran metodlar:  Bu qrup metodların məqsədi insanın şüuruna təsir etməklə onda düzgün təsəvvürlər, inam və əqidə yaratmaqdan ibarətdir. Onların köməyi ilə uşaq və gənclər ictimai davranış normaları ilə tanış olur, özlərini harada və necə aparmaq lazım olduğunu, yaxşını və pisi başa düşür, əxlaqi tələblərin zəruriliyinə inanırlar. Buna görə də bəzi pedaqoji mənbələrdə şüuru formalaşdıran metodlara inandırma metodları da deyilir. Bu metodlar qrupuna əxlaqi söhbətlər, əxlaqi mövzuda məruzə və mühazirələr, disputlar, bədii əsərlərin (filmlərin) müzakirəsi, nümunə metodları daxildir.
        Bədii əsərlərin (filmlərin) müzakirəsi əxlaqi təsəvvür və ideyaların formalaşmasında daha böyük imkanlara malikdir. Bədii ədəbiyyat qüdrətli tərbiyə vasitəsidir. O, həyatı və insan münasibətlərini dərk etməyə kömək göstərir. Digər metodlardan fərqli olaraq, burada əxlaqi ideya mücərrəd şəkildə yox, konkret bədii obrazların nümunəsində açılır. Bu obrazlar əxlaqi ideyaları əyaniləşdirir. Onların timsalında həmin ideyalar daha tez və daha yaxşı dərk olunur. Bunu nəzərə alaraq tərbiyə işində bədii əsərlərin (filmlərin) müzakirəsindən geniş istifadə etmək lazımdır. Belə müzakirələr həm də bədii ədəbiyyata maraq, mütaliə tələbatı yaratmaq baxımından əhəmiyyətlidir.
        Bədii əsərlərin təşkili qaydası disputda olduğu kimidir.
        Nümunə metodu şüuru formalaşdıran metodlar içərisində mühüm yer tutur. Doğrudur, nümunə bütün tərbiyə metodlarında bir vasitə və tərz kimi iştirak etsə də, daha çox əxlaqi ideyaları əyani şəkildə nümayiş etdirməyə, konkretləşdirməyə və beləliklə, daha dolğun və canlı təsəvvürlər yaratmağa xidmət göstərir. Tərbiyəçinin sözü canlı nümunə ilə birləşdikdə daha inandırıcı olur və daha böyük təsir gücünə malik olur. Əksinə, tərbiyəçinin sözü ilə əməli düz gəlmədikdə onun yaxşı sözləri belə təsirini və inandırıcılığını itirir.
        Müəllim və valideynlər uşaqların təqlidçilik meylini nəzərə alıb, onlara həmişə düzgün davranış nümunəsi göstərməlidirlər. Şəxsi nümunə ilə yanaşı tərbiyə işində müxtəlif növ müsbət nümunələrdən də istifadə edilməlidir.
Fəaliyyətin təşkili və ictimai davranış təcrübəsini formalaşdıran metodlar: Bu metodlar qrupu insanda müsbət adətlər yaratmaq və iradəni möhkəmlətməklə düzgün davranış təcrübəsi formalaşdırmağa xidmət edir. Bəzi pedaqoji mənbələrdə ikinci qrup metodlar alışdırma metodları adlanır. Həmin metodlar müxtəlif formalarda olur.
        1. İnsanın müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi onda davranış təcrübəsinin formalaşmasında böyük rol oynayır. Məsələn, oyun və idman insanın iradəsini möhkəmlədir, onda bir sıra müsbət keyfiyyətlər - kollektivçilik, yoldaşlıq, dostluq, intizam tərbiyə edir. İctimai iş, fəaliyyət insanda məsuliyyət, dəqiqlik, fəallıq, təşkilatçılıq keyfiyyətləri aşılayır. Buna görə də uşaq, yeniyetmə və gəncləri müxtəlif fəaliyyət növlərinə cəlb etmək, bu yolla onlarda düzgün davranış, ünsiyyət təcrübəsi formalaşdırmaq lazımdır.
        2. Tərbiyələndirici situasiyaların yaradılması metodu əvvəlki metodla sıx bağlıdır. Burada da tərbiyəçi müxtəlif fəaliyyət növlərinin vasitəsilə uşağı xüsusi təşkil edilmiş tərbiyəedici situasiyaya salır. Ayrı-ayrı fəaliyyət növlərində belə situasiyalar yaradılır. Məsələn, təlimdə uşaq yoldaşlıq köməyinə, ictimai işdə - müxtəlif ictimai tapşırıqlara, habelə şəfqət dəstələri yaratmaqla başqalarına qayğı göstərməyə, idmanda küsülü uşaqla bir komandaya, əməkdə birgə tədbirlərə cəlb edilir. Kiçik yaşlarda oyun situasiyaları daha təsirli olur. Məsələn, müəllim xaraktercə eqoist uşağı oyunda elə rola cəlb edir ki, o kiçik uşaqlara qayğı göstərsin, onları oyuncaqlarla təmin etsin.
        Yeniyetmə və gənclərlə tərbiyə işində onları xüsusi ictimai vəzifələrə, tapşırıqlara cəlb etməklə təşkilatçılıq, yoldaşlıq, dəqiqlik və s. keyfiyyətləri formalaşdırmaq olar. Ümumi iclasda bu və ya digər qərarla bağlı yeniyetmə və gəncləri seçim qarşısında qoymaq motivlər mübarizəsi, ideya mövqeyi, baxış və əqidənin formalaşmasında mühüm rol oynayır.
        3. Tələb metodu insanı müsbət əməllərə sövq etmək və xoşagəlməz hərəkətlərdən çəkindirmək yolu ilə düzgün davranış təcrübəsi formalaşdırmaq
məqsədi güdür. Tələb tərbiyənin vacib şərtidir: tələbsiz tərbiyə yoxdur (A.S.Makarenko). Pedaqoji tələblər insanı müəyyən qaydaya alışdırmağa, adət yaratmağa, intizamı möhkəmləndirməyə kömək göstərir. Tələb həm də insanı müəyyən hərəkətlərdən çəkindirir, onu düz yola gətirir.
        Tərbiyə işində tərbiyəçi ilə yanaşı, kollektivin də öz üzvlərinə tələb verməsinə nail olmaq lazımdır.
        4. İctimai rəy metodu tələbin kollektiv forması olub, müəyyən şəxs və hərəkətlə bağlı kollektivin ümumi rəyini, qiymətini ifadə edir. İctimai rəy kollektivin iradəsini əks etməklə fəal və təsirli qüvvə kimi çıxış edir. O, bacarıqlı tərbiyəçinin əlində tərbiyə metodu funksiyasını yerinə yetirir, tərbiyənin subyekti, müəllimin etibarlı müttəfiqi rolunu oynayır.
        Əgər kollektiv üzvləri ümumi hisslərlə yaşayırlarsa, mənfi hallara dözülməzlik göstərib onları aradan qaldırmağa çalışırlarsa, bu, kollektivdə sağlam ictimai rəyin formalaşmasının göstəricisidir. Belə kollektiv rəy təlim-tərbiyə sahəsində uğur qazanmağın mühüm amilidir. Əksinə, birgə ictimai rəyin olmaması özbaşınalığa, laqeydliyə, mənfi halları himayə etməyə, yaxşı oxuyan və intizamlı şagirdləri ələ salmağa, məhdud qrup mənafelərinin inkişafına gətirib çıxarır.
        5. Təmrin (məşq) metodu hərəkətlərin təkrarı yolu ilə onları möhkəmləndirib müsbət davranış adətləri yaratmaq məqsədi güdür. Tərbiyədə sözçülükdən, nəsihətdən sui-istifadə etmək düzgün davranış adətləri yaratmağa mane olur.
        Şagirdləri müəyyən davranış və fəaliyyətdə təmrin etdirməyin mühüm bir vasitəsi də rejimdir.
        6. Rejim insanın həyat və davranışını tənzim edən qaydaların məcmusudur. Uşağın günü rejimlə tənzim edildikdə o, müəyyən qaydalara tez alışır, onda davranış adətləri daha tez və asanlıqla yaranır. Rejimsiz həyat sürən uşaq isə qaydasız gün keçirir, çox vaxt küçədə olur, valideynlərin təkidli tələblərinə baxmayaraq, ev tapşırıqlarını vaxtında yerinə yetirmir, evdə, məktəbdə və ictimai yerlərdə müəyyən davranış tərzinə alışa bilmir. Rejim tələblərinin vacibliyi uşağa başa salınmalıdır və düzgün əməl edilməlidir.
Fəaliyyəti və davranışı stimullaşdıran metodlar: Bu metodlar qrupu insanın hissi aləminə təsir göstərməklə onu yaxşı hərəkətləri möhkəmlətməyə, pis hərəkətlərdən çəkindirməyə xidmət edir. Yaxşı hərəkətinə görə təriflənən uşaq bundan məmnunluq hissi keçirir və bir daha müsbət hərəkətlər etməyə çalışır. Eləcə də pis hərəkətinə görə cəza alan uşaq iztirab hissi keçirir və bir daha belə hərəkətlərə yol verməməyə çalışır. Beləliklə, rəğbətləndirmə və cəza insanın davranışını düzəlməyə kömək göstərir: onu yaxşı hərəkətlərə sövq edir, pis hərəkətlərdən çəkindirir. Buna görə də pedaqoji mənbələrdə bu metodlar qrupu rəğbətləndirmə və cəza metodları adlanır. Bu qrupa habelə yarış metodu da daxildir.
        Rəğbətləndirmə metodu insanın davranış və fəaliyyətinə verilən müsbət qiymət olub, onu daha yaxşı hərəkətlərə həvəsləndirən metoddur. O, insanın öz qüvvəsinə inamını, kollektivdə hörmət və nüfuzunu artırır.
        Tərbiyə təcrübəsində rəğbətləndirmənin müxtəlif növlərindən istifadə olunur: bəyənmək, tərifləmək, şifahi və ya yazılı təşəkkür vermək, mükafatlandırmaq, şərəf lövhəsinə və ya kitabına şagirdin şəklini vurmaq, fəxri fərmanla təltif etmək, uşağın valideynlərinə razılıq məktubu göndərmək və s.
        Rəğbətləndirmə metodunu tətbiq edərkən təkcə hərəkətlərin nəticəsini yox, həm də uşağın motivlərini nəzərə almaq vacibdir.
        Cəzalandırma metodu insanda  xoşagəlməz münasibət və əməllərinə qarşı iztirab, utancaqlıq hissləri yaradır. Düzgün və ədalətlə verilmiş cəza insana məsuliyyət hissi aşılayır, iradəni möhkəmlətməyə, şəxsi ləyaqət hissini gücləndirməyə, öz səhvlərini başa düşməyə, münasibət və davranışını dəyişməyə kömək göstərir.
        Tərbiyə işində cəzanın müxtəlif növlərindən istifadə olunur: danlaq, şifahi və yazılı töhmət, qəbahəti iclasda müzakirə etmək, insanı müəyyən həzdən (kinoya, gəzməyə getməkdən, oyundan və s.) məhrum etmək, sinfi (məktəbi) dəyişmək, məktəbdən xaric etmək və s. Məsələn, ev tapşırığını yerinə yetirməyən uşaq dərsdən sonra qalıb tapşırığı icra edir, partanı sındıran, divarı cızan uşaq onu təmir edir, tapşırılan işi keyfiyyətsiz gördükdə onu yenidən icra edir, oyunda özünü yaxşı aparmayan oyuna buraxılmır və s.
        Cəza tədbirini tətbiq edərkən qəbahətin xarakterini, uşağın fərdi xüsusiyyətlərini nəzərə almaq lazımdır.
        Cəzalandırma və rəğbətləndirmə çox incə tərbiyə metodlarıdır. Ondan düzgün istifadə etmədikdə tərbiyə işinə ziyan vura bilər.
        Kollektivin tərbiyə işində təsirini artırmaq məqsədilə uşaq kollektivinə öz üzvlərini rəğbətləndirmək və cəzalandırmaq hüququ verilməsi faydalıdır. Bu sahədə A.S.Makarenkonun iş təcrübəsindən istifadə etmək lazımdır.
Tərbiyədə nəzarət, özünənəzarət və özünəqiymət metodları: Tərbiyə işinin səmərəsi onun gedişinə və nəticəsinə nəzarətlə sıx bağlıdır. Nəzarət qarşıya qoyulmuş məqsəd baxımından işin gedişini tənzim etməyi, nəticələri məqsədlə tutuşdurmağı nəzərdə tutur. Bu yolla tərbiyədə əks əlaqə yaradılır: tərbiyəçi aparılan işin vəziyyəti, nəticələri ilə tanış olur, onu tənzim edir.
        Tərbiyədə nəzarət müxtəlif metodlarla həyata keçirilir: şagirdlərin tərbiyə səviyyəsini öyrənmək məqsədi ilə aparılan pedaqoji müşahidələr, söhbətlər, müxtəlif sorğular (anket, şifahi və b.), fəaliyyət və davranışın, uşaqlara verilən ictimai tapşırıqların təhlili, müxtəlif tərbiyə situasiyalarının yaradılması və s.
        Bu metodların köməyi ilə şagirdlərin şüur və davranış səviyyəsi, tərbiyə keyfiyyətləri, ünsiyyətinin xarakteri, ayrı-ayrı fəaliyyət növlərində iştirakı, kollektivdə mövqeyi və s. məsələlər barədə lazımi məlumatlar toplanıb təhlil edilir.
        Nəzarət qiymətləndirmə ilə tamamlanır. Tərbiyə işlərini qiymətləndirərkən müəyyən meyarlara əsaslanmaq lazımdır: şagirdlərin dünyagörüşü, ideya inamı və mövqeyi, davranış tərzi, intizamı, əməyə münasibəti, ünsiyyəti, kollektivdə mövqeyi, estetik və fiziki inkişafı, ictimai fəallığı və s.
        Qiymətləndirmə zamanı şagirdlərin tərbiyə səviyyəsi ilə yanaşı, müəllimin tərbiyəçi kimi fəaliyyəti də təhlil olunub qiymətləndirilməlidir. Bu halda onun istifadə etdiyi tərbiyə metodları, onların optimallığı, müəllimin təşkilatçılığı, şagirdlərə fərdi yanaşma bacarığı, onlarla ünsiyyətinin xarakteri və s. nəzərə almaq lazımdır.
        Tərbiyə işində müəllimin nəzarəti ilə yanaşı, şagirdləri də özünənəzarətə, özünütərbiyə və özünüqiymətləndirməyə cəlb etmək əhəmiyyətlidir. Tərbiyə prosesi o zaman səmərəli olur ki, müəllim şagirdlərdə özünütərbiyəyə tələbat formalaşdırsın.
        Şagirdləri özünütərbiyəyə cəlb etmək üçün həm xarici təsirlərdən (tərbiyəçinin və kollektivin tələbi, yoldaşlıq tənqidi, böyüklərin və yoldaşların nümunəsi, yarış və s.), həm də daxili stimullardan (tələbat və maraqlardan) bacarıqla istifadə etmək lazımdır. Şagirdlərin özünütərbiyəsinə müəllim pedaqoji rəhbərliyi təmin etməli, onların özünütərbiyə metodlarına (özünütəhlil, şəxsi öhdəlik, özünənəzarət, özünüqiymətləndirmə və s.) yiyələnmələrinə kömək göstərməyə çalışmalıdır. Şagirdlərə özlərinə düzgün qiymət verməyi öyrətmək lazımdır. Yanlış (qeyri-adekvat) özünüqiymətləndirmə hallarının - özünə həqiqətdə olduğundan yuxarı və ya aşağı qiymət verməyin zərərini onlara başa salmaq da vacibdir.
        Yuxarıda nəzərdən keçirdiyimiz tərbiyə metodları insana edilən çoxcəhətli pedaqoji təsirlərin heç də hamısını əhatə etmir. Tərbiyə təcrübəsində bu metodlarla yanaşı, bir sıra dolayı təsir priyomlarından da istifadə olunur. Bu zaman uşağa birbaşa təsir göstərilmir, onun nöqsanları bilavasitə ona izah edilmir. Tərbiyə metodlarının təsnifatına müvafiq olaraq dolayı təsir priyomlarını dörd qrupa bölmək olar.
        - Şüura təsir priyomları: təxirə salınmış söhbət, oxşar hadisənin şərhi, şagirdin intim hisslərinin fəallaşdırılması (məs., xəstə anasını sevindirmək üçün səylə oxumağa sövq edilməsi), tərbiyə prosesinə əlavə (nüfuzlu) şəxslərin daxil edilməsi, müəyyən keyfiyyəti aşılamaq üçün şagirdin mütaliəyə cəlb edilməsi, müəyyən məqamlarda tərbiyəvi məzmunlu atalar sözü, lətifə və xalq məsəllərindən istifadə edilməsi və s.
        - Fəaliyyətin və şəxsi davranış təcrübəsinin təşkili priyomları: şagirdi maraqlı fəaliyyətə (tapşırıqlara) cəlb etmək, aşağı sinif şagirdləri üzərində hamilik işinə cəlb etmək, şagirdin gücünə inam bildirmək, xahiş etmək, kollektivin fərdə təsirini təşkil etmək ("partlayış" və ya "heyrətləndirmə" priyomu).
        - Fəaliyyəti stimullaşdırma priyomları: təxirə salınmış cəza, qeyri-müəyyən ünvana yönələn danlaq (müəllim ad çəkmədən, ünvansız müəyyən qəbahəti tənqid edir, "günahkar" şəxs öz payını götürür).
        - Nəzarət, özünənəzarət və özünəqiymət priyomları: şagirdə müəyyən işi yoxlamağı, hər hansı məsələyə nəzarət etməyi etibar etmək, qəbahəti sinif iclasında müzakirə edib qiymətləndirmək və s.
        Tərbiyə işində bütün metod və priyomlardan qarşılıqlı vəhdətdə, bir sistem halında istifadə etmək lazımdır. Tərbiyə vasitələri sistemindən ayrılıqda götürülən heç bir metod və priyom lazımi səmərə verə bilməz; o, bir halda yaxşı, başqa halda pis nəticə verəcəkdir. Tərbiyəçi konkret şəraitdən, uşağın yaş və fərdi xüsusiyyətlərindən çıxış edərək, hər bir şərait, konkret fərd üçün ən münasib (optimal) metodlar seçib, onları yaradıcı tətbiq etməlidir. Yalnız bu şərtlə tərbiyədə uğur qazanmaq olar.
İstifadə olunmuş ədəbiyyat:
1. Kazımov Nurəddin. “Məktəb pedaqogikası”. Bakı: Ofset, 2009.
2.Rüfət Lətif oğlu Hüseynzadə. "Pedaqogika fənni üzrə proqram". Bakı 2010
3.Firədun Nadir oğlu ibrahimov. "Pedaqogika" dərslik 1-ci cild Bakı 2012
4. Əliyeva Zərifə İbrahim qızı. "Pedaqogika" dərslik Bakı 2004
5.Ağahüseyn Həsənov "Pedaqogika" dərslik Bakı 2007




0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.