16.12.2015

  Qiymətləndirmə üsulları sagirdlərin qiymətləndirilməsi   üçün müəyyənləşdirilən priyomdur. Qiymətləndirmə  vasitələri   həmin üsulu həyata keçirmək üçün  istifadə olunan alətlərdir. Qiymətləndirmənin növündən asılı olaraq üsul və vasitələr fərqli olur.
 Diaqnostik qiymətləndirmənin üsulları , vasitələri və fəaliyyət növləri

Məqsədi (obyekti)
Üsullar
Vasitələr
Fəaliyyətlər növləri
(Standart) – Əməkdaşlıq bacarığı
Müşahidə
Müşahidə vərəqləri
Tapşırığın cütlərdə yerinə yetirilməsi

Cədvəl 1.2. Diaqnostik qiymətləndirmənin üsulları , tapşırıqları (fəaliyyət növləri) və qiymətləndirmə meyarları (nümunə)

QIYMƏTLƏNDIRMƏ ÜSULLARI
TAPŞIRIQLAR (Fəaliyyət növləri)
QİYMƏTLƏNDİRMƏ MEYARLARI
1
Söhbət
«Sən yay tətilini necə keçirdin, harada oldun?» mövzusu ətrafında şagirdlərlə söhbət aparmaq. Bu zaman şagirdlərin cavabları əsasında müəllim qeydiyyatlar aparır.
·         Nitqinin mükəmməl olması,
·         Söz ehtiyatının zəngin olması,
·         Danışarkən düzgün cümlə qurması,
·         Cümlələrin xüsusi intonasiya ilə deyilməsi
2
Müşahidə
1.Tənəffüslərdə müşahidələrin aparılması
(təmkinli, şıltaq, nadinc, ünsiyyətli və s.)

2.Dərs zamanı :
hərfləri hecalara birləşdirilməsi;
yeni sözləri  cümlədə   istifadə edilməsi;
10 çərçivəsində əks istiqamətdə sayması
1. Şagirdlərin davranış qaydalarına, nizam-intizamına riayət etməsi

2.hərfləri hecalarda düzgün birləşdirilməsi; yeni sözləri  cümlədə    düzgün istifadə edilməsi; 10 çərçivəsində əks istiqamətdə ardıcıl və sürətlə saymasi 
3
Müsahibə
Sözü anlama və ifadə etmə  bacarığının
 yoxlanılması (xoşbəxt, nikbin, ekologiya, sülh,
 mərdlik və s. nədir?)
·         Şərhin dəqiqliyi
·         İfadənin genişliyi

4

Tapşırıqlar
Şagirdlərə verilmiş hər hansı bir sualın yazılı cavabının tələb olunması
·         Cümlənin düzgün qurulması
·         Orfoqrafik səhvlərin sayı
Şagirdlər hər hansı bir olduğu yerin şəklini çəksinlər.
·         Rəsmin məzmunu
·         Rəsmin keyfiyyəti
Müəllim tərəfindən verilmiş düşündürücü açıq sualına cavab (əgər belə olsa, sən….).
·         İdeyaların sayı
·         Cavabın orijinallığı 
Məntiqi tapşırıqların həll edilməsi
·         Məntiqli cavablar
Üzündən köçürmə
·         Səhvlərin sayı
·         Səhvlərin keyfiyyəti (məs. kobud, səliqəsiz)
Mətn və lüğət üzrə imla
İfadənin və ya kiçik həcmli inşanın yazılması
  • Məlumatı dəqiq çatdırılması
  • Məlumatlılığın səviyyəsi
5
Özünüqiymətləndirmə
1. I sinifdə keçilən mövzular əsasında tərtib
 olunmuş  testin təşkili. Müəllimin tərtibatı ilə 10-
20 sual  ətrafında cavablar faizlərlə  
 müəyyənləşdirilir.

Dərsdə öz fəaliyyətini smayliklarla qiymətləndir



1. Yaddaşın və keçilən materialın keyfiyyətli mənimsənilməsini yoxlamaq məqsədilə şagird verilmiş faiz bölgüsü ilə özünü qiymətləndirir.

Məsələn:
L - dərsi başa düşmədim
J - dərsdə fəal idim, hamisini anladım

6
Şagirdlərlə müəllim valideyn arasında əməkdaşlıq
Şagirdlərlə müəllim valideyn arasında
 əməkdaşlığı müəyyənləşdirən  anket
 sorğusunun aparılması.
  • Şagirdlərin ev şəraiti
  • Şagirdlərin fərdi xüsusiyyətləri


Təlimçi üçün məlumat!

Cədvəl 1.3 Diaqnostik qiymətləndirmə zamanı istifadə olunan  üsul və vasitələr
Üsullar
Vasitələr
Müşahidə (müəllim şagirdlərin fəaliyyətini müşahidə edərək qiymətləndirir)
Müşahidə sxemi (şagirdin təlim  fəaliyyətindən gözlənilən nəticəni əks etdirən meyarların yazıldığı  cədvəl)
Müsahibə (şagirdlərin  fəaliyyətini izləmək  məqsədilə  aparılan şifahi yoxlama)
Qeydiyyat vərəqi (şagirdlə aparılan danışıq zamanı müəllimin diqqət yetirmək istədiyi məsələlərin yazıldığı vərəq)
Tapşırıqvermə
Çalışmalar
Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq
Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)





0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.