Pedaqoji innovasiyaya
sadəcə yenilik
demək olarmı?
“İnnovasiya” latın sözü olub
mənası “in” – daxili, “novasiya” – yenilik deməkdir. Mahiyyət etibarilə
innovasiya dedikdə təhsil sistemində baş vermiş pedaqoji yeniliklər başa
düşülür.
Hər
hansı dəyişikliyi innovasiya adlandırmaq düzgün deyildir. İnnovasiyalar elə
pedaqoji yeniliklərdir ki, onların tətbiqi nəticəsində səmərəlilik artır,
yüksək keyfiyyət əldə olunur. Eyni zamanda hər bir pedaqoji innovasiya aid
olduğu sahəyə mənsubluğu ilə seçilir, bütöv struktura malik məzmunu ilə
fərqlənir. Pedaqoji ədəbiyyatlarda onun xarakterik xüsusiyyətləri qabarıq şəkildə
qeyd olunur. Göstərilir ki, “Pedaqoji
prosesin innovasiyası, başlıca olaraq, ümumən pedaqoji sistemdə, təhsil
müəssisələrində pedaqoji nəzəriyyələrdə, müəllim və şagirddə, pedaqoji
texnologiyalarda, təlim-tərbiyənin məzmununda, forma, üsul və vasitələrində,
idarəetmədə, məqsəd və nəticələrdə gedir” (L.Qasımova, R.Mahmudova. Pedaqogika. “Bakı Universiteti” nəşriyyatı,
2003).
Azərbaycan
təhsilində aparılan islahatlar prosesində artıq yeni konsepsiyalar, məzmun
standartları, inteqrativ fənlər, təhsil texnologiyaları, qiymətləndirmə
mexanizmləri, təlim vasitələri, o cümlədən yeni dərslik və dərs vəsaitləri
yaranmışdır ki, bunlar, sözün əsl mənasında, nailiyyətlərin əldə olunmasına
istiqamətlənmiş innovasiyalardır. Həm də bu innovasiyaların bir xarakterik
cəhəti də onun müəyyən dövr ərzində sabit qalaraq ənənəvi qaydada davam
etdirilməsi, həmin dövrün səciyyəvi pedaqoji hadisəsinə çevrilməsi ilə
bağlıdır.
İnnovasiyaları işləyib
hazırlayan, səmərəli pedaqoji sistem kimi meydana qoyan təhsil işçiləri
innovatorlar adlanırlar. Belə müəllimlərin pedaqoji yenilikləri onların
adları ilə adlandırılır və pedaqoji ictimaiyyət arasında yayılır.
0 коммент.:
Отправить комментарий