09.12.2015

İnşa yazı bacarıqlarını necə inkişaf etdirirəm?

Selcahan Ramazanova
“Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Uşaqlar hər bir insanın mənəviyyatıdır. Ona görə də dünyada, hər bir insanpərər cəmiyyətdə uşaqlara daim xüsusi qayğı, xüsusi diqqət göstərilibdir. Uşaqlar daim qayğı altında olmalıdır, onları qorumaq, müdafiə etmək, böyütmək, insan cəmiyyətinin fəal iştirakçısı, fəal üzvü etmək lazımdır. Azərbaycan Prezidenti kimi mən bu gün bəyan edirəm ki, uşaqlara, körpələrə olan qayğı bütün qayğılardan üstündür.” Heydər Əliyev. Ulu öndərimizin dəyərli davamçısı olan ölkəmizin prezidentı İlham Əliyev də uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşır.
O, deyir: “Uşaqlarımızın tərbiyə olunması, vətənpərvərlik ruhunda böyüməsi çox mühüm amildir. Eyni zamanda bizim gənc nəslimiz bilikli, savadlı olmalı, dünyada baş verən bütün yeniliklərə bələd olmalıdırlar.” Bu gün ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondu da ulu öndərimizin yolunu uğurla davam etdirərək uşaqlara çoxsaylı qayğısı ilə çox böyük işlər görür. Bütün bunları nəzərə alaraq bu gün hər bir müəllim də öz üzərinə düşən vəzifələri başa düşür və bütün imkanlarını uşaqların savadlı, bilikli, bacarıqlı, fərdi düşüncəli böyüməsinə sərf etməkdən yorulmur. Ölkəmizdə son zamanlar təhsilə yetirilən diqqət biz müəllimləri bir az da həvəsləndirir, daha da çox axtarışlar aparmağa, yeniliklərdən bəhrələnməyə yönəldir. Biz bilirik ki, ibtidai sinif təhsilin baza hissəsidir. Demək olar ki, bütün fənnlərin təməli ibtidai sinifdə qoyulur. Ona görə də elmin, texnikanın belə inkişaf etdiyi bir dövrdə biz şagirdlərimizi daha da inkişaf etdirməli, onlarda, eyni zamanda, mütaliəyə maraq yaratmalı, yaradıcılığa, fərqli düşüncəyə malik bir fərd kimi böyütməliyik. Ancaq bunu elə etməliyik ki, şagirdlər bilikləri yorulmadan,s evə-sevə qazansınlar. Evdən, anadan ayrılan uşaq birdən –birə məktəbə gəlir və ibtidai sinif müəllimi ilə qarşılaşır. Müəllim həm ana, həm də müəllim rolunu ifa etməlidir. Məktəbi sevdirməli, müəllimi sevdirməli, səbrlə, sevgilərlə bilikləri şagirdlərə aşımalıdır. Elektron informasiyalarının inkişaf etdiyi bir dövrdə biz şagirdlərimizə mütaliəyə də maraq yaratmağı bacarmalıyıq. Mən bu sahədə öz təcrübəmdən danışmaq istəyirəm. Şagirdlərim birinci sinfi qurtarandan sonra mən onların yaşına uyğun (tətillərdə) kitabları oxumağı tapşırıram. Məsələn, Abdulla Şaiqin “Yaxşı yoldaş”, ”Tülkü həccə gedir”, ”Tıq-tıq xanım” və s. İlk oxunan kitablara çox diqqət edirəm ki, çox maraqlı, rəngli, şəkilli olsun. Uşaqlar yorulmadan, sevə-sevə kitabı oxusunlar. Tədricən yaş səviyyəsinə uyğun müəllifləri dəyişirəm. 3-cü sinifdən başlayaraq isə sinfimdəki şagirdlər tədris ili ərzində bir kitabı (həftədə bir nəfər) təqdimat etməlidirlər. Ancaq burada bir neçə meyarı nəzərə alıram. 1. Kitab seçimi sərbəstdir. 2. Məhz bu kitabı nə üçün seçdiyini izah etməlidir. 3. Kitabın müəllifi haqqında məlumat verməlidir. 4. Kitabın ən maraqlı bildiyi hissəsini sinif yoldaşlarına oxumalıdır. 5. 15 dəqiqəlik kitab haqqında təqdimat etməlidir. Təqdimatı sinif yoldaşları bəyənməlidirlər. Uşaqlar təkcə müəllimdən yox, həm də bir-birindən öyrənməlidirlər. Şagirdlərim çox maraqlı kitablar seçib mənimlə məsləhətləşirlər. İlin əvvəlindən şagirdlərin siyahısı tutulur və hər bir şagird təqdim edəcəyi kitabın adını və müəllifini siyahıda qeyd elətdirir. Və hər kəs nə vaxt təqdimat edəcəyini bilir. Siyahı “Sinfin pasportu”ndan asılır. Şagirdlərin bu formada təqdimatı onlarda mütaliəyə böyük maraq yaradır. Çox vaxt çıxışın qiymətləndirilməsi sinifdəki uşaqlar tərəfindən yerinə yetirilir. Əgər onlar çıxışdan narazı qalarlarsa yaxşı qiymət almaq mümkün deyil. Ona görə də bu işə uşaqlar məsuliyyətlə yanaşmalıdırlar. Bu vaxt şagirdlərdə başqalarını dinləmək və dəyərləndirmək keyfiyyəti formalaşır. Onlar təqdimat edəcəkləri günü səbirsizliklə gözləyirlər. Artıq dördüncü sinfi bitirəndə xeyli kitab oxumuş olurlar. Əgər bu, yuxarı siniflərdə də davam etdirilərsə elə bilirəm ki, vərdişə çevrilər. İnşa yazıları da şagirdlərin yaradıcılığını çox gözəl inkişaf etdirir. Amma elə etmək lazımdır ki, şagirdlər bunu sevə-sevə etsinlər. Həftədə iki dəfə şagirdlərimə inşa yazdırıram. Bunu necə edirəm? Məsələn: Bir neçə açar söz deyirəm: yağış, külək, payız, sarı yarpaqlar, qara buludlar və s. Şagirdlərimə tapşırıram ki, elə mətn qurun ki, bu sözlər orada işlənsin. Yaxud, verilən atalar sözünə elə mətn qurun ki, həmin atalar sözünu tamamlasın, ya da əksinə qurduğunuz mətndən məsələn, ”Özgəsinə quyu qazan özü düşər”atalar sözü anlanılsın. Yaxud, mən bir neçə cümlə ilə mətni başlayıram, siz tamamlayın. Şagirdlərim bu tapşırıqları məmnuniyyətlə yerinə yetirirlər. Bəzən soruşuram,”Yorulmursunuz”?, ”Xeyr müəllim, xoşumuza gəlir”cavabını alıram. Əlbəttə mən həm oxunan kitabların, həm də belə inşaların yaş səviyyəsinə uyğun olmasına daim nəzarət edirəm. Belə hekayələr uydurmaq (tez-tez) uşaqlarda sərbəst yazmaq qabiliyyətini inkişaf etdirir. Sərbəst danışmaq, özünü ifadə etmək üçün üçüncü sinifdən başlayaraq verilmiş mövzuda plakatlar hazırlamaq və onu sinif qarşısında təqdim etmək də maraqla qarşılanır. Çalışıram ki, uşaqlar öz sağlamlığı və təhlükəsizliyi üçün məsuliyyət daşıdıqlarını da dərk etsinlər. Ona həm məktəb daxilində,h əm də kənarda əməl etsinlər. Şeirlərin seçimini də çox vaxt şagirdlərimin ixtiyarına buraxıram. Onlara mövzunu verirəm. (Məsələn, Payızın gəlişi). Uşaqlar internet və ya digər mənbələrdən çox xoşlarına gələn şeiri seçib əzbərləyirlər. Tapşırıq şeiri deməklə bitmir. Öncə şagirdlər niyə bu şeiri seçdiyini əsaslandırmalı, müəllif haqqında məlumat verməli və şeir demək texnikasını nümayiş etdirməlidir. Şeiri deyən zaman özünə inamlı olmalıdırlar. Bu keyfiyyətlər olmadan əla qiymət almaq müşkül məsələdir. 


0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.