SİNİF RƏHBƏRİNİN SORĞU KİTABIndan.....
Siinf valideyin iclaslarının təşkili
Sinif
valideyin iclaslarını təşkil edərkən sinif rəhbərləri valideyinləri
sinifin təlim-tərbiyə prosesində əldə
etdiyi uğurlarla,ayrı-ayrı fənlər üzrə aparılmış ümumi analizlərlə tanış edir və
valideyinlərə xəbərdarlıq edir ki,hər bir şagir haqqında məlumatları
ayrı-ayrılıqda əldə edə bilərlər.Praktikadan göründüyü kimi ,valideyinlərin
(xüsusiylədə zəif oxuyan şagirdlərin valideyinləri) sinif valideyin
iclaslarında iştirak etmir və ya zəif iştirak edir. Bunun əsas səbəbi sinif rəhbərlərinin
sinif valideyin iclaslarında qeyri-peşəkar davranışları , valideyinlər
qarşısında zəif nəticə göstərən valideyinləri aşağılayırlar (“sənin uşağın
oxumur”, “tərbiyəsiszdir” “problemyaradır” və s),nəticə isə göz qabağındadır.Bütün
həmkarlarımı dəvət edirəm-bir anlıq özümüzü o valideyinlərin yerinə təsəvvür edək.Sinifdən-sinifə
keçdikcə sinif valideyin iclaslarında iştirak edən valideyinlərin sayı
azalır.I-IV siniflərdə keçirilən sinif valideyin iclaslarında iştirak edən
valideyinlərlə V-VII,VIII-IX,X-XI siniflərdə olan valideyin iclaslarında
iştirak edən valideyinlərn say nisbətini müqayisə etsək deyilənlərin öz təsdiqini
tapdığını görəcəyik.
Odur ki,
sinif rəhbəri iclasın əvvəlində öz övladları ilə fərdi maraqlanan valideyinlərə
iclasın sonunda şəxsən,təklikdə yanaşmasını xahiş etməlidir. Bir şagirdin nəticələrini
digər şagirdin valideyinlərinin yanında müzakirə etməməlidir.Bu pedaqoji cəhətdən
yol verilməzdir. Yalnız müxtəlif
yarışmalarda və müsabiqədə fərqlənən şagirlərin adı çəkilə bilər ki, bu da rəğbətləndirmə
məqsədi güdməlidir. Bir şagirdi qaldırmaq ,digərlərini aşağılamaq yox.
Sinif rəhbəri
fərdi qəbul etdiyi valideyinlərlə müzakirənin qısa və mənalı olması üçün
vacibdir ki , qeydiyyat dəfərini açıb həmin şagirdlə bağlı apardığı qeydlərlə ,
fənn müəllimləri ilə söhbət zamanı apardığı qeydlərlə valideyni tanış etsin.
Sinif rəhbəri
unutmamalıdır ki ,valideyinlərlə ünsiyyət zamanı onun əsas vəzifələrindən biri
onlara pedaqoji-psixoloji komponentləri aşılamaqdır.Sinif rəhbəri ilə danışan
valideyin məktəbi təmsil edən , yüksək savadlı və yüksək səviyyəli ziyalı və
pedaqoqla danışdığını , işini sevən
,bütün çətinliklərinə baxmayaraq sənəti ilə fəxr edən bir MÜƏLLİMİN olduğunu
hiss etməlidir. Valideyn kim olmasından,soaial vəziyyətinin necə olmasından
asılı olmayaraq o valideyindir,övladının təlim-tərbiyəsini bizlərə əmanət edən
vətəndaşdır.
Sinif
valideyin iclasları zamanı sinif rəhbəri ciddiliyi, səmimiyyəti,gülərüzlülüyü,hər
bir valideyinə eyni münasibəti ilə valideyinlərin diqqətini cəlb etməlidir.Valideyinlər
arasında təşkilatçılıq qabiliyyətiolanları seçməyi bacarmalı, təşkilati məsələərdə
həmin valideyinlərin bacarığından istifadə etməyi bacarmalıdır.Burda yenə bütün
iş sinif rəhbərinin profesionllığından asılıdır.
Sinif rəhbəri
ünsiyyətdə olduğu hər bir valideyinlə münasibət qurarkən dövlət məmuru
olmasını, işldiyi məktəbi təmsil etdiyini , peşə şərəfinin hər şeydən uca
olmasını unutmamalıdır. Valideyinlərlə fərdi söhbət zamanı sinif rəhbəri
,münaqişələrdən yan keçməyi , valideyni məktəbə qarrşı münasibətdə düzgün
münasibət qurmağa istiqamətləndirməyi bacarmalıdır. Təəsüf ediləsi hallardan
biri də valideyinlərimizin bir qrupu həyatda rastlaşdıqları sosial problemlərin
səbəblərini məktəbdə “görür”(baxmayaraq heç bir məntiqə sıxmır belə münasibət )
və aqresiayını məktəbə ,müəllimə qarşı yönəldir.Məhz belə valideyinlərlə ilk
işi sinif rəhbəri qurur.Belə vəziyyətdə sinif rəhbərinin psixoloji-pedaqoji təcrübəsi
ilə yanaşı yüksək ünsiyyət və nitq bacarığının olması onun peşəkarlığının əsasını
təşkil edir.
Sinif valideyin
iclasınının sonunda növbəti valideyin
iclasının mövzusu elan edilir .valideyinlərlə razılaşdırılır.Valideyinlərin təklifləri
nəzərə alınır.
Sinif rəhbəri
sinif valideyin iclasının pratakolunun bir nüsxəsini və iclas haqqında şifahi (
yazılı da ola bilər rəhbərliyin tələbindən asılıdır) olaraq məktəb rəhbərliyinə
(Təşkilat üzrə direktor müavininə) məlumat verməlidir.
0 коммент.:
Отправить комментарий