08.12.2015

Peşə məktəbində sinif rəhbərinin rolu

Peşə təhsili məktəblərinin əsas struktur elementi peşə-ixtisas qrupları hesab edilir. Bu qruplarda şagirdlərin əmək fəaliyyətləri təşkil olunur, onlar arasında əmək münasibətləri formalaşır. Şagirdlərin qruplarda bu cür fəaliyyətlərinin əsas təşkilatçısı istehsalat təlimi ustası olsa da, əsasən ümumi orta təhsil bazasından peşə məktəblərinə qəbul olunmuş şagirdlərlə təlim-tərbiyə işlərinin aparılmasında sinif rəhbərlərinin üzərinə çox böyük məsuliyyət düşür. Belə ki, istehsalat təlimi ustaları təhsilin səviyyəsindən asılı olmayaraq, əsasən qeyri-pedaqoji təhsillidirlər. Pedaqoji təhsil isə müəllimə, öyrədənə müəllim-şagird münasibətlərinin tənzimlənmə üsullarını göstərən bir sahədir. Ona görə də, peşə məktəblərində sinif rəhbərinin qrupda fəaliyyəti istehsalat təlimi ustasının fəaliyyətindən az olmamalıdır və onunla birlikdə aparılmalıdır. “Peşə təhsili müəssisələrinin sinif rəhbəri haqqında Əsasnamə”sində qeyd edilir: – Sinif rəhbəri peşə məktəbi və peşə liseyinin planına uyğun olaraq qrupun tərbiyə səviyyəsini, şagirdlərin yaş və fərdi xüsusiyyətlərini, maraq və inkişaf dərəcələrini nəzərə alaraq istehsalat təlimi ustaları və qrupun fəalları ilə birlikdə plan tərtib edir və həyata keçirir.
Sinif rəhbərinin fəaliyyəti əsasən onun iş təcrübəsindən asılıdır. Ona görə də, məktəbdə sinif rəhbərlərinin iş üsulları bir-birindən əsaslı surətdə fərqlənir. Belə bir vəziyyətdə yaxşı olar ki, dərs ili başlananda digər metodiki komissiyalar və birləşmələr kimi, sinif rəhbərlərinin də metodiki birləşməsi yaradılsın və uzun illər yaxşı iş təcrübəsi olan müəllimlərdən biri bu metodiki birliyə rəhbər təyin edilsin. Peşə təhsili müəssisələrində müəllimlərə sinif rəhbərliyinə görə, çox az miqdarda əlavə əməkhaqqı verilir. Məlumdur ki, əsasən rayonlarda peşə təhsili məktəblərinə, ümumtəhsil məktəblərində zəif oxuyan, bir az da “ipə-sapa yatmayan ” yeniyetmələr müraciət edirlər. Ona görə də, peşə məktəblərində sinif rəhbərindən ardıcıl və yorulmadan çalışmaq tələb olunur ki, onun sinif rəhbəri olduğu qrupun şagirdləri cəmiyyətə yararlı bir vətəndaş kimi yetişsin.
Bunları nəzərə alaraq, aşağıda tədris ili üçün sinif rəhbərinin qrupda aparacağı tərbiyə işlərinin planı və perspektiv-tematik planlaşdırılması üçün təxmini bir nümunəni təqdim edirik.
Qəbələ Peşə Məktəbi üzrə “Təmirçi-çilingər” peşəsinə dair 288 ¹-li qrupun
2013-2014-cü tədris ili üçün
tərbiyə işlərinin planı
Bu iş planı əsasən ümumi orta təhsil bazasından (9-cu sinifdən) 2 illik təlim proqramı üzrə məktəbə qəbul olunmuş qruplar üçün nəzərdə tutulmuşdur, tamamilə təxminidir və sinif rəhbərləri planı tərtib etməkdə tam sərbəstdirlər.
Məqsəd və vəzifələr:
Əsas məqsəd şagirdlərin şəxsiyyətinin hərtərəfli inkişafına nail olmaqdır.
Hər bir şagirdin potensial imkanlarının üzə çıxarılması üçün məktəbdə normal psixoloji atmosferin yaradılması;
fəal vətəndaş və vətənpərvərlik mövqeyinin formalaşdırılması;
şagirdin yaradıcılıq potensialının reallaşdırılmasına olan tələblərin inkişaf etdirilməsi;
əməyə şüurlu münasibətin aşılanması;
Azərbaycanın inkişafı, mədəni- əxlaqi dəyərlərinin saxlanması işlərinə şagirdlərin cəlb edilməsi;
sağlam həyat tərzinin aşılanması, şagirdin sağlamlığının möhkəmləndirilməsi və saxlanması üçün şəraitin yaradılması.
Vəzifələr
Hər bir şagirdin potensial imkanlarının üzə çıxarılmasına kömək edən normal psixoloji mühitin yaradılması;
bizi əhatə edən insanlarla etik davranışların tərbiyə olunması;
müxtəlif situasiyalarda müstəqil qərarlar qəbul etmək bacarıqlarının formalaşdırılması;
şagirdləri əxlaq normalarını başa düşmək və əxlaq məsuliyyətinin formalaşmasına hazırlamaq;
şagird kollektivində qarşılıqlı etimad, etibar və dostluq atmosferinin yaradılması;
1. Təşkilati işlər
1.1.Tədris ili üçün istehsalat təlimi ustası və qrup fəallarının iştirakı ilə qrupun tərbiyəvi iş planını tərtib etmək.
1.2.Şagirdlərin şəxsi işlərini qaydaya salmaq, anket sorğusu keçirməklə, ardıcıl müşahidələr aparmaqla şagirdləri öyrənmək.
1.3.Şagirdləri məktəbdaxili intizam qaydaları, seçdikləri ixtisas üzrə tədris planı və tədris prosesinin qrafiki ilə tanış etmək.
1.4.Qrup fəallarını seçmək.
1.5.Şagirdlərin fərdi xüsisiyyətlərini öyrənərək, onlara ictimai tapşırıqlar vermək.
1.6.Sinif rəhbərinin jurnalını tərtib etmək. 
1.7.Nəzəri təlim jurnalını tərtib etmək.
2. Tərbiyə işləri
2.1.Azərbaycanda və dünyada baş verən, müxtəlif sahələri əhatə edən hadisələr barədə qısa məlumatlar vermək.
2.2. Məktəbin və peşənin ən yaxşı ənənələri haqqında söhbətlər aparmaq.
2.3. Siyasət, iqtisadiyyat və Qarabağ müharibəsi haqqında yığıncaqlar təşkil etmək.
3.Tədris işləri
3.1.Müntəzəm olaraq şagirdlərin dərsə davamiyyətlərinin və müvəffəqiyyətlərinin uçotunu aparmaq.
3.2.Qrup üzrə dərsə davamiyyəti zəif olan şagirdlərlə əlavə tədbirlər görmək.
3.3.Peşə-ixtisas sahəsində şagirdlərin əlavə bilik və bacarıqlarının üzə çıxarılması sahəsində işlər görmək.
4. Mədəni-kütləvi işlər və əxlaq tərbiyəsi
4.1.Rayondakı mədəniyyət obyektlərinə ekskursiyaların təşkili.
4.2.Mədəni-kütləvi tədbirlərdə davranış qaydaları haqqında söhbətlər aparmaq.
4.3.Qrupun divar qəzetinin tərtibi.
4.4.Kitab müzakirələri təşkil etmək.
4.5.Şagirdlərin doğum günlərini qeyd etmək.
5.Hərbi-vətənpərvərlik və idman tərbiyəsi
5.1.Rayondakı şəhidlər xiyabanına ziyarətlər təşkil etmək.
5.2.Şəhid ailələrinə baş çəkmək.
5.3.İşğal olunmuş torpaqlarımız haqqında söhbətlər təşkil etmək.
5.4.Rayonlarımızın işğal olunma tarixlərini qeyd etmək.
5.5.20 Yanvar, Xocalı soyqırımı, 31 Mart azərbaycanlıların soyqırımı günlərinə həsr olunmuş tədbirlər keçirmək.
5.6.Şagirdlərin boş vaxtlarında idmanla məşğul olmaları üçün söhbətlər aparmaq.
6.Əmək tərbiyəsi
6.1.Müəssisələrin nümayəndələri ilə görüşlər təşkil etmək.
6.2.İstehsalat təcrübəsində şagirdlərin iştirakına nəzarət etmək.
6.3.Məktəblər və ya qruplar arasında “Peşəsinin ən yaxşı şagirdi” müsabiqələrində iştirakı təmin etmək.
6.4.Qrupa ayrılmış sinfin təmizliyinə nəzarət etmək .
7.Şagirdlərlə fərdi işlər
7.1.Şagirdlərlə fərdi söhbətlər aparmaq.
7.2.Çətin xarakterli şagirdlərlə iş.
7.3.Qrup fəalları ilə iş.
8.Valideynlərlə iş
8.1.Qrup valideyn iclaslarının keçirilməsi.
8.2.Şagird haqqında müntəzəm olaraq valideynə məlumatlar vermək.
8.3.Valideynlərlə fərdi söhbətlər aparmaq.
2013-2014-cü tədris ili üçün ___ ¹-li qrupda tərbiyə işlərinin perspektiv-tematik planı
Cədvəl 1
Cədvəl 1
Cədvəl 2
Cədvəl 2
Cədvəl 3
Cədvəl 3
Cədvəl 5
Cədvəl 4
Qrupun sinif rəhbəri:_______________________________________
İstehsalat təlimi ustası:_______________________________________
Camal Rəsulov,
Qəbələ Peşə məktəbinin
Tİİ üzrə direktor müavin

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.