08.12.2015

Milli tədris planı
Maddə 6. Sinif rəhbəri

1.      İctimai məktəbdə hər bir sinfin sinif rəhbəri olmalıdır. Sinif rəhbəri öz rəhbərlik etdiyi sinifdə dərs deməlidir.
2.      Sinif rəhbərinin işinin məqsədi şagirdlərə ümumi təhsilin milli məqsədlərinə nail olmaqda, şəxsi, tərbiyəvi, əqli və fiziki imkanların inkişaf etdirilməsinə kömək göstərməkdən ibarətdir; sinif rəhbəri şagirdlərə sağlam həyat qaydasının aşılanmasında kömək göstərməli, onlarda demokratik dəyərlərə əsaslanan vətəndaşlıq şüurunu inkişaf etdirməli və onların ailə, cəmiyyət və dövlət qarşısında öz hüquq – vəzifələrinin dərk etmələrinə kömək göstərməlidir.
3.      Sinif rəhbərinin vəzifələri bunlardır:
a)      Şagirdi və onun  valideynini/qanuni təmsilçisini (sonralar – valideynini) onların hüquqları və vəzifələri (məktəbin daxili intizamı, şagirdin Etika məcəlləsi, məktəbin tədris planına müvafiq məsələləri və s.) ilə tanış etməlidir;
b)      müntəzəm olaraq sinif rəhbəri saatı keçirməlidir (ibtidai və baza pillələrində);
c)      akademik və ya sinif mühitində qarşıya çıxan müxtəlif problemlərin həllində şagirdə kömək göstərməlidir;
ç)   şagird, valideyn və müəllim arasında problemlərin qarşıya çıxdığı anda vasitəçi olmalıdır;
d)  şagirdin akademik nailiyyəti, intizamı, şəxsi problemləri və ya nailiyyətləri barədə    valideynə müntəzəm informasiya verməlidir. Bir şagirdin intizamı və akademik nailiyyəti    barədə başqasının iştirakı ilə söhbət aparmaq yolverilməzdir;
e) lazım gəldiyi təqdirdə, maraqlanan valideynlə görüşməli və ona şagirdlə və məktəbdə baş
   verən proseslərlə əlaqədar informasiya verməlidir;   
        ə)  Şagirdin məktəbdən yayınmasının səbəbini öyrənməlidir;
        f) müəllimlər tərəfindən təqdim olunan informasiyalar əsasında  rəhbərlik etdiyi sinfin hər bir şagirdinin akademik nailiyyətini, dərslərdə iştirakını, davranışını təhlil etməli və hər bir şagirdin qısa xasiyyətnaməsini yazmalıdır. Xasiyyətnamədə şagirdin  güclü tərəfləri, onun həm akademik, həm də sosial münasibətlər nöqteyi-nəzərindən nailiyyətləri, şagirdin qruplarda, idman yarışlarında və ya başqa növ tədbirlərdə iştirakı  təsvir olunmalıdır; nəzərə alınması şagird üçün faydalı olan şagirdin akademik, fiziki, emosional və sosial inkişafının əhəmiyyətli  məsələləri bu xasiyyətnamədə öz əksini tapmalıdır;
      g) şagirdin başqa məktəbə keçdiyi təqdirdə, sinif rəhbəri onun  akademik nailiyyəti və  dərslərdə iştirakı barədə informasiya hazırlamalıdır.
4.      Sinif rəhbərinin işi aşağıdakı prinsiplərə əsaslanmalıdır:
a)      Tamdəyərli tərbiyə - tərbiyə işi şəxsin fiziki, psixiki, sosial və mənəvi inkişafına yönəldilməlidir;
b)      şagirdin imkanlarının aşkara çıxarılması – sinif rəhbərinin funksiyası şagirdin daxili qüvvəsinin hərəkətə gətirilməsindən və onların istedad və imkanlarının aşkara çıxarılması üçün müvafiq şəraitlərin yaradılmasından ibarətdir;
c)      şagirdlərdə məsuliyyət və öhdəlik hissini inkişaf etdirmək – sinif rəhbəri şagirdlərin cəlb olunmasına kömək etmək üçün aktivliklərin (bayramlar, gəzintilər, ekskursiyalar və s.) planlaşdırılmasında və bu zaman qarşıya çıxan problemlərin həllində onların iştirak etmələrinə imkan verməlidir. Sinif rəhbəri şagirdlərin maraqlarını nəzərə almalıdır;
ç)   əməkdaşlıq prinsipi – sinif rəhbərinin şagirdlərlə münasibəti əməkdaşlığa, qarşılıqlı  hörmətə və qarşılıqlı inama əsaslanmalıdır. İctimai məktəbin sinif rəhbəri iş prosesində  Gürcüstan Təhsil və Elm Nazirliyinin (sonralar – nazirlik), İctimai Hüquqlu Hüquqi Şəxs  – Milli Tədris Planları Və Qiymətləndirmə Mərkəzinin (sonralar – Mərkəz) və İctimai Hüquqlu Hüquqi Şəxs  – Müəllimlərin Peşə İnkişafının Milli Mərkəzi tərəfindən işlənib hazırlanmış və ya tövsiyə edilmiş metodiki dərsliklərdən və tövsiyələrdən istifadə etməlidir.


0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.