Motivasiya nədir?
Ø Motivasiya – hər hansı bir fəaliyyətə təhrik
edən vasitədir.
Ø Fəal dərsdə motivasiya dərsin
vacib komponentidir -təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına
təkan verən prosesdir.
Motivasiyanın
yaradılmasına təsir edən amillər.
Ø Motivasiya qismində istifadə
olunan materialın xüsusiyyətləri cəlbedicidir, qeyri-adidir ,
müəmmalıdır,gözlənilməzdir, marağı və müstəqil təfəkkürü şövqləndirməyə qadirdir;
Ø Materialın təqdim olunma
üsulları və formaları:
Ø Fərziyyələri yoxlama və
təqdimat aparma imkanının mövcudluğu;
Ø Yaradıcılıq imkanı;
Ø Müəllim tərəfindən bbələdçilik (yönəldici suallar, fərziyyələrin
irəli sürülməsi zamanı həvəsləndirmə və dəstəklənmə)
Ø Əvvəlki məsələlərdə
fərziyyələrin irəli sürülməsi ilə bağlı müsbət emosiyalar təcrübəsi.
Motivasiyanın yaradılması yolları
Motivasiyanın
yaradılmasının bütün mümkün yollarını 3 əsas qrupa bölmək olar:
1.
Rəmzi (simvolik) materialın şərhi (bu,
rəsm, foto-şəkil, simvol, təranə (melodiya), ədəbi əsərdən parça, əşya, rəvayət, tapmaca, qrafik, sxem və s.
ola bilər). Müəllim bu materialı təqdim edərkən, şagirdlərə aşağıdakı suallara
cavab verməyi təklif edir: “Bu nəyi bildirir? Bunun bizim öyrəndiyimiz mövzuya nə kimi aidiyyəti var?”)
2.
Sual verməyə həvəsləndirmə. Təfəkkür prosesinin aktuallaşdıran sualların 3 növü
mövcuddur:
Öyrənilən
mövzu üzrə naməlum olan məsələləri müəyyənləşdirən suallar:
“. . . haqqında biz nəyi bilirik və nəyi
bilmirik? . . . haqqında daha nələri bilmək istərdik?” Sual vermə zamanı
müəllim fasilitasiyanın köməyi ilə şagirdlərin təfəkkürünü lazımi məcraya
yönəldir. Suallar verilib qurtardıqdan sonra onların arasından mövcud tədqiqata
uyğun olanlarını seçib ayırırlar. Müəllimə yalnız bu qalır ki, tədqiqat sualını
dəqiqləşdirmək üçün şagirdləri bu sualı daha dürüst ifadə etməyə yönəltsin.
Açıq
suallar, yəni iki və daha çox cavab variantı olan suallardan istifadə olunur.
Öyrənilən
mövzuya aid suallar açar sözlərin köməyi ilə verilir («açar» sözlər: xassələr,
xüsusiyyətlər, funksiya, növlər, tiplər, rol, əhəmiyyət, səbəb, nəticə , əlaqə,
qarşılıqlı əlaqə, qüsur və üstünlük, struktur, qayda və s.).
3.
Problemin müxtəlif yollarla həll edilməsi (məsələn, müxtəlif yollarla təsnif
edilməsi, məsələnin müxtəlif üsullarla
uğurlu həlli, yaxud həlli imkanı, hansısa hadisənin bir neçə bərabərdəyərli
səbəbinin olması).
0 коммент.:
Отправить комментарий