“Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları”nın təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1.0.39-cu bəndinə uyğun olaraq, ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi qaydalarını tənzimləmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. İnformasiya şöbəsinə (E.Əliyev) tapşırılsın ki, bu əmrin əlavəsi ilə birlikdə Nazirliyin internet saytında yerləşdirilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, həmçinin çoxaldılaraq yerlərə çatdırılmasını təmin etsin.
3. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
1 may 2015-ci il
№ 537
0 коммент.:
Отправить комментарий