"Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat
və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"ın təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLIKASI PREZIDENTININ FƏRMANI
Dövlət
hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın
aparılması işinin daha da təkmilləşdirilməsi, onun vahid sistemə və formaya
salınması məqsədi ilə qərara alıram:
1.
"Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində
kargüzarlığın aparılmasına dair Təlimat" təsdiq edilsin (əlavə olunur).
2.
Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində
vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması üzrə kargüzarlığın
aparılması və rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti orqanlarında
sənədlərlə iş qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları
ilə tənzimlənir.
3.
Müəyyən edilsin ki, "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və
müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"ın tələblərinə
riayət edilməsinə ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin İcra
Aparatının ümumi şöbəsi həyata keçirir.
4.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay
müddətində:
Dövlət
hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində məxfi sənədlərlə
iş üzrə kargüzarlığın aparılması qaydası barədə təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
öz
səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5.
Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Heydər
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 sentyabr 2003-cü il
№ 935
№ 935
Azərbaycan
Respublikası Prezidentinin
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə
TƏSDİQ
EDİLMİŞDİR
Dövlət hakimiyyəti orqanlarında, idarə,
təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair TƏLİMAT
I. ÜMUMİ MÜDDƏALAR
1. Bu Təlimat dövlət hakimiyyəti orqanlarında, idarə,
təşkilat və müəssisələrində (bundan sonra - təşkilatlar) kargüzarlığın
aparılması işini tənzimləyir.
2. Kargüzarlıq - təşkilatın, öz vəzifələrini həyata
keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə
fəaliyyətidir.
3. Təşkilatlarda kargüzarlığın aparılması
dəftərxana və ya xüsusi olaraq bu məqsəd üçün ayrılan əməkdaşlar (bundan sonra
- kargüzarlıq xidməti) tərəfindən həyata keçirilir. Kargüzarlıq xidməti
tərəfindən bu Təlimatın tələblərinə riayət edilməsinə nəzarəti təşkilatın
rəhbərliyi həyata keçirir. Tabe təşkilatlarda kargüzarlığın aparılması
qaydalarına riayət olunması üzərində nəzarətin həyata keçirilməsi vəzifəsini
onların baş təşkilatları daşıyır.
4. Kargüzarlıq xidmətinin əsas vəzifələri
aşağıdakılardır:
4.1. daxil olan sənədləri qəbul etmək,
qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırmaq;
4.2. sənədləri göndərmək;
4.3. sənədlərin icra müddətinə nəzarət
etmək;
4.4. icra edilmiş sənədləri struktur
bölmələrindən tələb etmək;
4.5. sənədlərin surətlərini çıxarmaq,
çoxaltmaq və stenoqrafiya işlərini həyata keçirmək;
4.6. sənədləri işlər üzrə formalaşdırmaq
və arxivə vermək;
4.7. sənədləri saxlamaq və onlardan
istifadə edilməsini təmin etmək;
4.8. kargüzarlığın müntəzəm surətdə
təkmilləşdirilməsi məqsədilə təşkilatın bütün fəaliyyət sahələrində kargüzarlıq
işinə metodiki rəhbərliyi həyata keçirmək, kargüzarların peşə hazırlığını
artırmaq;
4.9. tabe təşkilatlarda kargüzarlığın
aparılmasına nəzarət etmək.
5. Strukturdan, habelə sənəd
dövriyyəsinin həcmindən asılı olaraq, kargüzarlıq sistemi mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş
ola bilər.
Struktur bölmələrinin sayı az, sənəd dövriyyəsi isə
ildə 25000 sənədə qədər olan təşkilatlarda kargüzarlıq mərkəzləşdirilmiş
qaydada aparılır.
Strukturu mürəkkəb, sənəd dövriyyəsi isə
ildə 25000 sənəddən çox olan, habelə struktur bölmələri ayrı-ayrı ərazilərdə
yerləşən təşkilatlarda kargüzarlıq
mərkəzləşdirilməmiş qaydada aparılır.
Mərkəzləşdirilmiş kargüzarlıq sistemində
korrespondensiyanın qəbulu və göndərilməsi, sənədlərin struktur bölmələrinə
paylanması, korrespondensiyanın gətirilməsi, habelə sənədlərin qeydə alınması,
rəsmiləşdirilməsi, işlərin formalaşdırılması kargüzarlıq xidməti tərəfindən
həyata keçirilir.
Mərkəzləşdirilməmiş kargüzarlıq
sistemində isə korrespondensiyanın qəbulu və göndərilməsi, sənədlərin struktur
bölmələrinə paylanması, korrespondensiyanın gətirilməsi kargüzarlıq xidməti
tərəfindən, sənədlərin qeydə alınması, rəsmiləşdirilməsi, işlərin
formalaşdırılması isə struktur bölmələri tərəfindən həyata keçirilir.
6. Təşkilatların və struktur bölmələrinin
rəhbərləri dəyişdirildikdə, işlər və ya icrada olan sənədlər akt üzrə qəbul
edilir və təhvil verilir. Aktın bir nüsxəsi kargüzarlıq xidmətində saxlanılır.
İşdən çıxarıldıqda və ya başqa işə
keçirildikdə, icraçı onda olan işləri və sənədləri bu vəzifəyə yeni təyin
edilən və ya həmin vəzifəni müvəqqəti icra edən şəxsə akt üzrə təhvil
verməlidir. Aktda bütün işlər və ayrı-ayrı sənədlər icra vəziyyəti
göstərilməklə sadalanır.
II. SƏNƏDLƏRİN HAZIRLANMASI
ÜÇÜN ÜMUMİ TƏLƏBLƏR
7. Təşkilatlarda sərəncam mahiyyətli sənədlərin
(qərarlar, sərəncamlar, əmrlər) yaranmasının hüquqi əsasları aşağıdakılardır:
7.1. qüvvədə olan qanunvericilik
aktlarının tələbləri;
7.2. yuxarı təşkilatların konkret
tapşırıqları;
7.3. təşkilat tərəfindən onun üzərinə
düşən vəzifələrin icra edilməsi üçün, səlahiyyətləri daxilində cari
təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat fəaliyyətinin həyata
keçirilməsi;
7.4. təşkilatın aparatının işini hüquqi
baxımdan tənzimləmək zərurətinin yaranması.
8. Sənədlərin hazırlanması üçün
"işlətmək üçün kağız formatları" - 9327 - 60 dövlətlərarası standart
üzrə A4 (210x297 mm) və A5 (210x148 mm) formatlı blank və kağızlardan istifadə
edilir.
9. Sənəd dövriyyəsi böyük olan
təşkilatlarda ayrı-ayrı sənəd növləri üçün blanklar tətbiq edilir və onların
üzərində mətbəə üsulu ilə sənəd növünün adı (qərar, protokol, əmr və s.)
yazılır.
İki və ya daha artıq təşkilat adından
hazırlanan sənədlər blanksız tərtib edilir.
Sərəncam mahiyyətli sənədlər üçün
blanklar "Sərəncam sənədləri sistemi. Formulyar-nümunə" - 6.38-90
dövlətlərarası standart üzrə hazırlanır. Blanklar 1 nömrəli ağ yazı kağızından
hazırlanmalıdır. Müstəsna hallarda açıq rəngli, zəif boyalı kağız işlətməyə yol
verilir.
10. Təşkilatlarda tez-tez təkrarlanan
birtipli sənədlər (bildiriş, məktub və s.) tərtib edilərkən sənədlərin mətbəə
üsulu ilə hazırlanan trafaret mətnli blankları tətbiq edilə bilər.
11. Təşkilatların mətbəə üsulu ilə hazırlanan
blanklarında aşağıdakı rekvizitlər çap edilir:
11.1. Azərbaycan Respublikasının Dövlət
gerbi (Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanunu ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında"
Əsasnamə ilə müəyyən edilmiş təsvirə uyğun olaraq);
11.2. Azərbaycan Respublikasının
(Naxçıvan Muxtar Respublikasının) adı;
11.3. təşkilatın tam adı;
11.4. təşkilatın poçt indeksi, ünvanı,
məlumat almaq üçün telefon nömrəsi, faksın nömrəsi və elektron poçtu (əgər
varsa).
Rekvizitlər blankların yuxarı hissəsində
(küncdə və ya eninə) bir qayda olaraq, Azərbaycan Respublikasının dövlət
dilində çap edilir (1 nömrəli əlavə). Xarici dildə çap edilmiş rekvizitlərə
malik blanklardan istifadə edilməsinə yalnız sənədin mətni həmin blankı
göndərən təşkilat tərəfindən xarici dildə yazıldıqda yol verilir.
12. Plan, maliyyə, statistika sənədləri
və başqa xüsusi sənədlər qanunvericiliklə müəyyən edilmiş qaydada hazırlanıb
tərtib edilir.
13. Sənədlər hazırlanarkən təşkilatın
adının (bir qayda olaraq sənədin blankında əks etdirilir) və sənəd növünün
adının (məktublar istisna olmaqla), sənədin başlığının (mətni A5 (210x148)
formatlı kağızda çap olunan sənədlər, teleqramlar və bildirişlər istisna
olmaqla) göstərilməsi, sənədlərə ünvan yazılması, tarix və nömrə qoyulması,
mətnin razılaşdırılması haqqında qeydlər yazılması, sənədin rəsmiləşdirilməsi,
habelə sənədin hərəkəti və icrası haqqında qeydlərin yazılması zəruridir.
14. Bir qayda olaraq, sənədlərin mətnləri
iki hissədən ibarət olur. Birinci hissədə sənədin hazırlanması üçün əsas
götürülmüş faktların və hadisələrin təsviri verilir. İkinci hissədə nəticələr,
təkliflər, qərarlar və sərəncamlar ifadə olunur.
Sənədin yaranması üçün başqa sənəd əsas
olduqda, birinci hissədə bu sənədin hazırlanması üçün əsas götürülmüş sənəd
növünün adı (adlıq halda), nömrəsi, tarixi və mətnin başlığı göstərilir. İkinci
hissənin mətni hərəkətlərin xarakterinə, icraçılara, müddətlərə görə və başqa
meyarlar əsasında ərəb rəqəmləri ilə nömrələnmiş bəndlərə və yarımbəndlərə
bölünə bilər.
Ayrı-ayrı hallarda sənədin mətni yalnız
son hissədən (əmrdən, göstərişdən və s.) ibarət ola bilər.
15. Sənədlərin mətnləri, mətn hissələri
və ya ayrı-ayrı cümlələri vahid şəklə salına bilər. Mətnlərin vahid şəklə
salınması tam oxşar və daim təkrarlanan məlumat sənədləri üçün dil
trafaretlərinin işlənib hazırlanmasından ibarətdir.
16. Sənədin başlığı vərəqin ortasında
mətndən əvvəl yazılır.
Sənədlərin başlığı maksimum qısa, dəqiq
olmalı və "nə haqqında" sualına cavab verməklə feli ismin köməyi ilə
ifadə edilməlidir ("... ciddi nöqsanlar haqqında",
"...tədbirləri haqqında", "...yerinə yetirilməsi haqqında",
"... işinin təşkil edilməsi haqqında" və s.).
17. Göndərilən sənədlərdə (məktublarda, məlumat
xarakterli arayışlarda, məlumat vərəqələrində) ünvan sahibinin rekvizitləri
dəqiq göstərilir. Bu məqsədlə aşağıdakı tələblərə əməl edilməlidir:
17.1. sənəd göndərilən təşkilatın, onun
struktur bölməsinin adı, vəzifəli şəxsin adı və soyadı yazılır;
17.2. sənəd təşkilata və ya onun struktur
bölməsinə göndərilirsə, təşkilatın və ya onun struktur bölməsinin adı yönlük
halda yazılır (məsələn: Azərbaycan Respublikasının Yanacaq və Energetika
Nazirliyinə);
17.3. sənəd konkret vəzifəli şəxsə
ünvanlanırsa, o zaman təşkilatın adı yiyəlik halda, sənədin ünvanlandığı
vəzifəli şəxsin adı və soyadı isə yönlük halda yazılır (məsələn: Azərbaycan
Respublikası Təhsil Nazirliyinin _________________ (struktur bölməsinin
rəhbəri) cənab ________);
17.4. məktub göndərilənin poçt ünvanı
(poçt indeksi, şəhər (rayon), qəsəbə (kənd), küçə və evin nömrəsi) tam şəkildə
göstərilir.
Əgər sənəd fiziki şəxsə göndərilirsə, əvvəlcə onun
poçt ünvanı, sonra soyadı və adı göstərilir. Təşkilatlara göndərilən sənədlərdə
sənədi alanın poçt ünvanı yazılmır. Sənəddə dörddən çox ünvan olmamalıdır.
Sənəd dörddən çox ünvana göndərilərkən göndəriş siyahısı tərtib edilir və hər
sənəddə yalnız bir ünvan göstərilir.
18. Sənədin düzgün tərtibi, məzmununun
aydın ifadə edilməsi və üslubu, tapşırığın vaxtında və keyfiyyətlə yerinə
yetirilməsi bilavasitə icraçının vəzifəsidir.
19. Sənədin imzalanmasının və ya təsdiq
edilməsinin tarixi sənədin tarixi hesab edilir. Sənədin tarixi onu imzalayan və
ya təsdiq edən vəzifəli şəxs tərəfindən qoyulur. Sənədin tarixi, həmçinin
sənədin məzmununda olan tarixlər rəqəmlə yazılmalıdır. Tarixin elementləri eyni
sətirdə ardıcıllıqla yazılır: ayın tarixi, ay, il (məsələn: 15.12.03.,
15.12.2003-cü il və ya 15 dekabr 2003-cü il).
20. Sənədin nömrəsi bir qayda olaraq,
işin nomenklatur üzrə nömrəsindən və sənədin qeydə alınmasının sıra nömrəsindən
ibarətdir.Sərəncam mahiyyətli sənədlərə və protokollara müstəqil olaraq hər sənəd
növü daxilində verilən qeyd nömrələri onların nömrələridir.
21. Sənədin məqsədəuyğunluğunu və ya əsaslılığını
qiymətləndirmək zəruri olduqda, sənədin razılaşdırılması tələb olunur.
Razılaşdırma təşkilat daxilində və ya müxtəlif təşkilatlar arasında həyata
keçirilir. Bunun üçün sənədlər imzalanmazdan əvvəl, onlara müvafiq vəzifəli
şəxslər tərəfindən viza verilməlidir.
22. Təşkilat daxilində razılaşdırma müvafiq struktur
bölmələrinin rəhbərləri arasında həyata keçirilir. Sərəncam mahiyyətli
sənədlərin layihələrində icraçı tərəfindən birinci nüsxədə mətnin axırıncı
vərəqinin arxasında viza qoyulur. Göndərilən sənədlərdə vizalar təşkilatda
qalan nüsxədə qoyulur.
Vizanın tərkibinə viza verən şəxsin
soyadı və adı, onun şəxsi imzası və tarix daxildir. Sənədlə əlaqədar qeydlər
ayrıca vərəqdə yazılır. Bu zaman viza aşağıdakı kimi göstərilir:
(imza)
(adı və soyadı) (tarix)
Qeydlər
əlavə olunur.
23. Sənədlərin müxtəlif təşkilatlar
arasında razılaşdırılması müvafiq təşkilatların rəhbərləri tərəfindən razılaşdırılma
qrifinin qoyulması, razılaşdırılma sənədinin alınması və ya kollegial orqanın
iclasında sənəd layihəsinin müzakirəsinin protokolunun təqdim edilməsi
vasitəsilə həyata keçirilir.
Razılaşdırılma qrifi
"Razılaşdırılmışdır" və ya "Razıyam" sözündən, sənədin
razılaşdırıldığı şəxsin vəzifəsindən, adından və soyadından, şəxsi imzasından
və tarixdən ibarətdir (məsələn:
"Razılaşdırılmışdır"
Azərbaycan
Respublikasının səhiyyə naziri
(imza) (adı və soyadı)
(imza) (adı və soyadı)
(tarix).
Razılaşdırılma
qrifi sənədin titul vərəqinin yuxarı sağ küncündə yerləşdirlməlidir
III. SƏNƏDLƏRİN
RƏSMİLƏŞDİRİLMƏSİ ÜÇÜN ÜMUMİ TƏLƏBLƏR
24. Sənəd, ona rəsmi xarakter və hüquqi
qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin
imzalanması, təsdiq edilməsi və ona möhür vurulması vasitəsilə həyata
keçirilir.
25. Bir qayda olaraq, sənədin bütün
nüsxələri imzalanır.
İmzanın tərkibinə sənədi imzalamış şəxsin
vəzifəsinin adı, onun şəxsi imzası, soyadı və adı daxildir. Əgər sənəd blankda
tərtib edilmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi qısa şəkildə göstərilir
(məsələn:
Sədr
(imza)
(adı və soyadı).
Əgər sənəd blankda tərtib edilməmişdirsə,
sənədi imzalamış şəxsin vəzifəsi tam şəkildə göstərilir (məsələn:
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin sədri
(imza)
(adı və soyadı)
(tarix)
Təşkilatlara göndərilən sənədlər göndərən təşkilatın
rəhbəri və ya onun müavinləri tərəfindən imzalanır. Fiziki və hüquqi şəxslərə
göndərilən sənədlər isə müvafiq struktur bölməsinin rəhbəri və ya onun müavini tərəfindən
imzalanır.
Dövlət orqanının rəhbərinə göndərilən sənədlər
göndərən dövlət orqanının rəhbəri tərəfindən, o olmadıqda isə onun vəzifəsini
icra edən müavini tərəfindən imzalanmalıdır.
26. Kollegial orqanların sənədləri,
habelə məzmununa görə iki və ya daha artıq şəxsin məsuliyyət daşıdığı sənədlər
müvafiq olaraq iki və ya daha artıq imza ilə rəsmiləşdirilir (protokollar,
maliyyə sənədləri və s.). Belə hallarda imzalar şəxslərin tutduğu vəzifələrə
uyğun olan ardıcıllıqla bir-birinin altında (vəzifələrin adları biri digərindən
iki-dörd sətirarası intervalla ayrılmaqla) yerləşdirilir.
27. Əgər sənədi eyni dərəcəli iki və ya
bir neçə vəzifəli şəxs imzalayırsa, onların imzaları bir səviyyədə
yerləşdirilir.
28. Komissiyanın tərtib etdiyi sənədlər
imzalanarkən sənədi tərtib etmiş şəxslərin vəzifələri deyil, komissiya üzvləri
arasında vəzifələrin bölgüsü göstərilir (məsələn:
Komissiyanın
sədri: (imza) - (adı və soyadı)
Komissiyanın
üzvləri: (imza) - (adı və soyadı)
(imza) - (adı və soyadı)
(imza) - (adı və soyadı və s.).
29. Əgər sənədi imzalamalı olan şəxs yoxdursa,
sənəd onun müavini və ya vəzifəsini icra edən şəxs tərəfindən imzalanmalıdır.
Bu zaman sənədi imzalamış şəxsin faktiki vəzifəsi, adı və soyadı
göstərilməlidir. Sənədi "əvəzinə" sözünü yazmaqla və ya vəzifənin
adının qabağına xətt çəkməklə imzalamaq qadağandır.
30. Bir qayda olaraq, aşağıdakı sənədlər
təsdiq edilir: təşkilatın və onların struktur bölmələrinin əsasnamələri,
nizamnamələri, perspektiv və cari planlar, yoxlama-təftiş xarakterli aktlar,
işlərin qəbulu və təhvili aktları, ayrı-ayrı protokol növləri və təşkilat
rəhbərliyinin zəruri hesab etdiyi digər sənədlər.
31. Sənəd təsdiqetmə qrifi ilə və ya
müvafiq sərəncam mahiyyətli sənəd qəbul etməklə təsdiq olunur.
Təsdiqetmə qrifinin elementləri
aşağıdakılardır: "Təsdiq edilmişdir" və ya "Təsdiq edirəm"
sözləri sənədi təsdiq etmiş şəxsin vəzifəsinin adı, şəxsi imzası, adı və soyadı
təsdiqetmə tarixi.
Sənədin tətbiqi üçün əlavə tədbirlərin
həyata keçirilməsi tələb olunduğu hallarda, həmin sənədin təsdiq edilməsi
sərəncam mahiyyətli sənəd qəbul edilməsi vasitəsilə həyata keçirilir.
32. Əgər sənəd təşkilatın blankında tərtib
edilməmişdirsə, ona möhür vurulmalıdır. Əsli təsdiq edilməli olan maliyyə
sənədlərinə, arayışlara, vəsiqələrə, nizamnamələrə, əsasnamələrə, əmək
kitabçalarına, sənədlərin məhv edilmək üçün ayrılması aktlarına, habelə lazımi
hallarda başqa sənədlərə imza qoyulması ilə bərabər Azərbaycan Respublikasının
Dövlət gerbi əks olunmuş möhür vurulur.
Dövlət gerbi əks olunmuş möhürü olmayan təşkilatlar
əsas möhürdən istifadə edirlər. Möhür vəzifə adının və şəxsi imzanın üstünü
tutmamalıdır.
IV. KOMPÜTER (MAKİNA) ÜSULU
İLƏ HAZIRLANAN SƏNƏDLƏRƏ OLAN TƏLƏBLƏR
33. Sənədlərin kompüter (makina) üsulu
ilə hazırlanması 6.38-90 dövlətlərarası standartın tələbinə uyğun surətdə həyata
keçirilir.
34. Sənədlər çap olunarkən vərəqdə
aşağıda göstərilən qədər sahələr saxlanılır:
34.1. soldan - 25 mm;
34.2. sağdan - ən azı 8 mm;
34.3. yuxarıdan - 20 mm;
34.4. aşağıdan:
34.4.1. A4 formatı kağızlar üçün -
azı 19 mm;
34.4.2. A5 formatı kağızlar üçün -
azı 16 mm.
35. 9327-60 dövlətlərarası standart üzrə
A5 formatlı sənədlərin mətni bir sətirarası intervalla, mətbəə üsulu ilə nəşr
edilən sənədlərin mətni iki sətirarası intervalla, qalan sənədlərin mətni isə
bir yarım sətirarası intervalla çap edilir.
Sənədin hər abzasının birinci sətri sol sahənin
hüdudundan beş-səkkiz çap işarəsi intervalı ilə çap edilir.
36. Təşkilatın
adlarında köməkçi sözlərdən başqa bütün sözlərin və onların tərkibinə daxil
olan xüsusi isimlərin baş hərfi böyük yazılır (Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ticarət və
Sənaye Palatası və s.).
37. Təşkilatların
struktur bölmələrinin adının yalnız baş hərfi böyük yazılır (məsələn:
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Aparatı).
Struktur bölmələrinin tərkibindəki ayrı-ayrı struktur
vahidlərinin adı kiçik yazılır (məsələn: Azərbäycan
Respublikası Dövlət Statistika Komitəsi Aparatının Əmək statistikası şöbəsi).
38. Rayon (şəhər) icra hakimiyyəti orqanlarının
adlarında bütün sözlərin baş hərfi böyük yazılır (Nərimanov Rayon İcra
Hakimiyyəti, Lənkəran Şəhər İcra Hakimiyyəti və s.).
39. Böyük hərflə yazılması
qanunvericilikdə bilavasitə nəzərdə tutulan vəzifələrin adları (Azərbaycan
Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan
Respublikasının Baş prokuroru və s.) istisna olamaqla, qalan vəzifə adları
kiçik hərflə yazılır (Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan
Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri, Azərbaycan Milli
Elmlər Akademiyasının prezidenti, Bakı Dövlət Universitetinin rektoru, Beyləqan
Rayon İcra Hakimiyyətinin başçısı və s.).
40. Başlanğıc hərflərindən yaradılmış
mürəkkəb ixtisar adları böyük hərflə yazılır (məsələn: Milli Təhlükəsizlik
Nazirliyi - MTN).
41. İki və daha artıq səhifəsi olan
sənədlər ikinci səhifədən başlayaraq nömrələnməlidir. Nömrələr ərəb rəqəmləri
ilə yazılır.
42. Sənədlərdə nömrə anlayışı
"№" işarəsi və ya "nömrə" ("nömrəli") sözü ilə
ifadə olunur.
V. SƏNƏDLƏRƏ ƏLAVƏLƏRİN
(QOŞMALARIN) EDİLMƏSİ QAYDASI
43. Sənədlərə aşağıdakı əlavələr ola bilər:
43.1. müvafiq sərəncam mahiyyətli
sənədlərlə təsdiq edilən əlavələr;
43.2. əsas sənədin məzmununu izah edən və
ya tamamlayan əlavələr;
43.3. müstəqil sənəd olaraq müşayiət
məktubu ilə göndərilən əlavələr.
Müstəqil sənəd olaraq müşayiət məktubu ilə göndərilən
əlavələrdə sənəd üçün zəruri olan elementlərin hamısı (adı, başlığı, məzmun
üçün məsul olan şəxslərin imzaları, razılaşdırma, təsdiqetmə haqqında qeydlər
və s.) olmalıdır.
44. Sərəncam mahiyyətli sənədin mətnində
adı çəkilən və həmin sənədlə təsdiq edilən əlavələrdə birinci vərəqin yuxarı
sağ küncündə aşağıdakı formada qeyd yazılır:
Azərbaycan Respublikasının Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin
"__"________il tarixli ____nömrəli
əmri ilə təsdiq edilmişdir.
Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin
"__"________il tarixli ____nömrəli
əmri ilə təsdiq edilmişdir.
Sərəncam mahiyyətli sənədin mətnində adı
çəkilən, lakin həmin sənədlə təsdiq edilməyən əlavələrdə birinci vərəqin yuxarı
sağ küncündə aşağıdakı formada qeyd yazılır:
Azərbaycan Respublikası vergilər nazirinin
"__"_________il tarixli ____ nömrəli
əmri ilə təsdiq edilmiş
Təlimata 1 nömrəli əlavə
"__"_________il tarixli ____ nömrəli
əmri ilə təsdiq edilmiş
Təlimata 1 nömrəli əlavə
Sərəncam mahiyyətli sənədə həmin sənədlə
təsdiq edilməyən bir neçə əlavə olduqda, onların sıra nömrələri ardıcıllıqla
yazılır ("... 2 nömrəli əlavə", "... 3 nömrəli əlavə" və
s.).
45. Əgər sənədlərə (sərəncam mahiyyətli
sənədlər istisna olmaqla) mətndə adı çəkilən qoşmalar vardırsa, qoşmanın
mövcudluğu haqqında qeyd mətndə sənəddəki imzadan əvvəl aşağıdakı formada
tərtib edilir:
Qoşma:
20 vərəq, 3 nüsxə.
Əgər sənədə mətndə adı çəkilməyən
qoşmalar əlavə edilmişsə, onların adları qoşma haqqında qeyddə vərəqlərin və
nüsxələrin miqdarı göstərilməklə sadalanır (məsələn:
Qoşma: 1._________ illərə aid daimi saxlanan işlərin
siyahısı
- 5 vərəq, 4 nüsxə.
2.______________illərə aid vaxtı keçmiş sənədlərin
məhv edilmək üçün ayrılması
haqqında akt - 2 vərəq, 3 nüsxə).
Əgər əsas sənədə qoşması olan sənəd əlavə
edilirsə, əlavənin mövcudluğu haqqında qeyd aşağıdakı formada tərtib edilir:
Qoşma: (sənəd növünün, təşkilatın və ya
sənəd tərtib edənin adı, sənədin tarixi və nömrəsi) və ona əlavə: cəmi 5 vərəq.
Əgər
qoşmalar kitab şəklində bağlanmışdırsa, vərəqlərin miqdarı göstərilmir.
VI. SƏNƏDLƏRİN SURƏTLƏRİNİN ÇIXARILMASI, ÇOXALDILMASI
VƏ STENOQRAFİYA İŞLƏRİ
46. Sənədlərin surətlərinin çıxarılması
üçün müvafiq rəhbər vəzifəli şəxsin göstərişi və ya icazəsi tələb olunur.
Struktur bölməsinin rəhbəri surətlərin miqdarını, göndəriş ünvanlarını müəyyən
edir və sifariş blankını imzalayır.
47. Sənədlərin surətlərinin aidiyyəti
tərəflərə verilməsi təşkilat rəhbərliyinin icazəsi ilə həyata keçirilir.
48. Sənədin surətləri kompüter (makina)
üsulu ilə təşkilatın blankında deyil, adı vərəqdə hazırlanarsa, blankın
rekvizitləri daxil edilməklə, sənədin mətni tam şəkildə köçürülür. Surətin
birinci vərəqinin yuxarı sağ künçündə "Surət" qeydi yazılır.
49. Əsli imzanı eynən təkrarlamayan,
kompüter (makina) üsulu və surətçoxaldıcı texniki vasitələrin köməyi ilə əldə
edilmiş surətlər, onların əsli ilə düz olmasını təsdiq edən vəzifəli şəxs
tərəfindən imzalanır və müvafiq hallarda möhürlənir.
Surətlərin təsdiq edilməsi üçün sənədin
"İmza" rekvizitindən aşağıda sol sahədə "Düzdür"
təsdiqləyici imza əlavə edilir, surəti təsdiqləmiş şəxsin vəzifəsi, onun şəxsi
imzası, adı və soyadı təsdiq edilmə tarixi göstərilir və möhür vurulur
(məsələn:
Düzdür:
Kargüzarlıq xidmətinin rəhbəri (imza) (adı və soyadı)
(tarix).
50. Surətçıxaran texniki vasitələrin
köməyi ilə çoxaldılmaq üçün sənədin əsli verilir, surətləri çıxarıldıqdan sonra
qaytarılaraq işlərə daxil edilir. Sənədin əsli və çoxaldılmış əlavəsinin
nüsxələri eyni nömrə ilə qeydə alınır.
51. Təşkilat rəhbərinin yanında keçirilən
iclasların və müşavirələrin stenoqramları hazırlanır, müvafiq qaydada
rəsmiləşdirilir və kargüzarlıq xidmətində saxlanılır.
52. Rəhbərliyin tapşırığı ilə müvafiq səs
yazısını əks etdirən audio və video yazılar daimi saxlanmaq üçün arxivə verilə
bilər və ya maqnitsizləşdirmək yolu ilə silinə bilər. Bu barədə akt tərtib
olunur və ya müvafiq kitabda qeydiyyat aparılır Əgər stenoqramlar səsyazan
maqnit daşıyıcıları vasitəsi ilə qeydə alınıbsa, bu zaman həmin materiallar
kargüzarlıq xidmətində saxlanılır.
VII. QƏRARLARIN HAZIRLANMASI
VƏ TƏRTİB EDİLMƏSİ
53. Qərar təşkilatın kollegial orqanı
tərəfindən qəbul edilə bilər. Qərarın mətni yığcam, bir qayda olaraq, şərh və
sərəncam hissələrindən ibarət olur (2 nömrəli əlavə).
54. Qərarın şərh hissəsində qərar qəbul
edilməsinin səbəbləri, görülməli tədbirlərin məqsədləri göstərilir. Görülməli
tədbirlərin izahına ehtiyac olmadıqda, şərh hissəsi olmaya da bilər.
55. Qərarın sərəncam hissəsi əmr
formasında ifadə olunur və qərarı qəbul edən təşkilatın adından sonra mətn
dayandırılmadan "qərara alır" sözləri ilə davam etdirilir.
Əgər qərar bir neçə müxtəlif xarakterli
tədbirlər görülməsini tapşırırsa, sərəncam hissəsi bəndlərə bölünür. Eyni
xarakterli tədbirlər bir bənddə (ayrı-ayrı abzaslarla) sadalanır.
İcraçı qismində, bir qayda olaraq,
təşkilatlar və ya struktur bölmələri göstərilir icraçı qismində vəzifəli şəxs yalnız
tədbirin icrası konkret şəxsə tapşırıldıqda göstərilir.
Sərəncam hissəsinin axırıncı bəndində
qərarın icrasına nəzarətin həvalə edildiyi təşkilat, struktur bölməsi və ya
vəzifəli şəxs göstərilir. Təşkilatın, struktur bölməsinin adı və ya vəzifəli şəxsin
vəzifəsinin tam şəkildə adı, adı və soyadı yönlük halda yazılır.
56. Qərarların layihələri bu sənədləri
hazırlamış şəxslərə verilir ki, onlar həmin layihələrə zəruri hesab etdikləri
dəyişiklik və əlavələri etsinlər. Sonra layihələr onların tərtibinin başa
çatdırılması və imzalanması üçün məsul şəxsə qaytarılır.
İcraçı imzalanmaq üçün hazırlanmış qərara
həmin qərarın, o imzalandıqdan sonra göndərilməli olduğu təşkilatların,
struktur bölmələrinin və vəzifəli şəxslərin siyahısını əlavə edir.
57. Qəbul edilmiş qərarlar kollegial
orqanın sədri və katibi tərəfindən imzalanır və ən geci yeddi gün müddətinə
kargüzarlıq xidməti tərəfindən icraçılara çatdırılır.
58. Qərarlar müvafiq kitabda qeydiyyata
alınır, həmin kitab üzrə verilən nömrə qərarın nömrəsi hesab olunur (3 nömrəli
əlavə).
59.
Qəbul edilmiş qərarlara təşkilat rəhbərliyinin razılığı olmadan düzəliş etmək
qadağandır.
VIII. SƏRƏNCAMLARIN
HAZIRLANMASI VƏ TƏRTİB EDİLMƏSİ
60. Sərəncamın mətni, bir qayda olaraq,
yalnız sərəncam hissəsindən ibarət olur (4 nömrəli əlavə). Şərh hissəsi cümləyə
"müvafiq olaraq", "məqsədi ilə" və s. kimi ifadələr
şəklində daxil ola bilər. Bu zaman sərəncam hissəsi şərh hissəsindən abzasla
ayrılmalıdır və "tapşırılsın", "nəzərinə çatdırılsın",
"təklif edilsin", "təsdiq edilsin" və s. bu kimi fellərlə
ifadə edilməlidir.
61. Sərəncam təşkilat rəhbəri tərəfindən
imzalanır və müvafiq kitabda təqvim ili çərçivəsində xronoloji ardıcıllıqla
qeydə alınır. Həmin kitab üzrə verilən qeyd nömrəsi sərəncamın nömrəsi hesab
olunur (5 nömrəli əlavə).
IX. ƏMRLƏRİN HAZIRLANMASI VƏ
TƏRTİB EDİLMƏSİ
62. Əmr, bir qayda olaraq, şərh və
sərəncam hissələrindən ibarət olur (6 nömrəli əlavə). Şərh hissəsində əmr
verilməsi üçün əsas götürülən faktlar ifadə edilir, sərəncam hissəsində isə
görülməli tədbirlər sadalanır.
63. Əmrin sərəncam hissəsi mətn
dayandırılmadan "əmr edirəm" sözləri ilə başlanır. Nəzərdə tutulan
fikirlər ərəb rəqəmləri ilə nömrələnən bəndlər üzrə yerləşdirilir. Hər bənd
struktur bölməsinin konkret icraçısının və ya vəzifəli şəxsin adının və
soyadının göstərilməsi ilə başlanır.
64. Əmrin mətni əlaqədar struktur
bölmələri ilə, lazımi hallarda isə tabelikdə olan əlaqədar təşkilatlarla
razılaşdırılır. Əmrin layihəsinin son variantına ancaq əmri imzalayan və tarix
qoyan təşkilat rəhbəri düzəlişlər edə bilər.
65. Əmri hazırlayarkən icraçı onu
struktur bölmələrinə və tabelikdə olan təşkilatlara göndərmək zərurətini və
əmrin tirajını müəyyən edir. Ünvan sahiblərinin siyahısı həmin əmrin son
vərəqinin əks tərəfində çap olunur və ya müstəqil sənəd kimi əlavə edilir
(tiraj böyük olduqda).
66. Əmrlər təqvim ili boyunca nömrələnir
və müvafiq kitabda qeydə alınır (7 nömrəli əlavə).
X. PROTOKOLLARIN HAZIRLANMASI VƏ TƏRTİB EDİLMƏSİ
67. Təşkilatların kollegial orqanlarının
iclaslarının, habelə təşkilat rəhbərinin göstərişi ilə digər iclas və
müşavirələrin protokolu yazılmalıdır.
68. Bir qayda olaraq, protokolun mətni
giriş hissəsindən və əsas hissədən ibarət olmalıdır.
69. Geniş protokollarda protokolun giriş
hissəsində iclası aparan sədrin və katibin adları və soyadları, dəvət
edilənlərin siyahısı, məruzəçinin (maruzəçilərin) adları və soyadları, müzakirə
ediləcək məsələnin (məsələlərin) adları verilir (8 nömrəli əlavə).
70. Geniş protokolda əvvəlcə məruzələrin
və çıxışların qısa mətni, sonra isə qərar hissəsi verilir. Qərar əvvəlki
mətndən sonra vərəqin sol sahəsinin hüdudundan üç sətirarası intervalla çap
edilən "Qərara alındı" sözləri ilə başlanır. Qəbul edilmiş qərarın
mətni yeni sətirdən abzasdan yazılır.
71. Stenoqramları aparılan iclasların
protokolları qısa şəkildə tərtib edilir. Belə protokolda iclasın gündəliyində
duran məsələnin (məsələlərin), bu məsələyə aid məruzəçinin (məruzəçilərin) və
çıxış edənlərin adları və soyadları göstərilir, müzakirə edilən hər məsələyə
aid qəbul edilən qərar öz əksini tapır. Stenoqramları aparılan iclasların
protokolları tərtib edilərkən çıxışların məzmunu verilmir, müvafiq qaydada
tərtib edilmiş stenoqramın mətni protokola əlavə edilir.
72. Protokol təşkilat rəhbəri və iclasın
katibi tərəfindən imzalanır və təqvim ili çərçivəsində nömrələnir.
XI. ARAYIŞLARIN VƏ MƏLUMAT
VƏRƏQƏLƏRİNİN HAZIRLANMASI VƏ TƏRTİB EDİLMƏSİ
73. Arayışın və məlumat vərəqəsinin mətni
iki hissədən ibarət olmalıdır. Birinci hissədə sənədin hazırlanması üçün əsas
götürülən faktlar, ikinci hissədə nəticələr və təkliflər yazılır.
74. Arayışda və ya məlumat vərəqəsində
verilən məlumatın aid olduğu tarix və dövr başlığa daxil edilməlidir (məsələn:
"______ il tarixinə olan vəziyyətə görə yaz kənd təsərrüfatı işlərinə
hazırlığın gedişi haqqında").
75. Arayışlar və məlumat vərəqələri
təşkilatların blanklarında çap olunur, təşkilatın və ya struktur bölməsinin
rəhbərləri tərəfindən imzalanır.
76. Vətəndaşların xahişi ilə verilən
arayışlar ümumi blanklarda və ya trafaret mətnli blanklarda tərtib olunur,
təşkilatın rəhbəri tərəfindən imzalanaraq təsdiq edilir və müvafiq kitabda
qeydə alınır.
XII. AKTIN HAZIRLANMASI VƏ
TƏRTİB EDİLMƏSİ
77. Aktın mətni giriş və şərh hissələrindən
ibarət olmalıdır.
Giriş hissəsində aktın tərtib edilməsinin
əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri,
aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə
nəticələr və təkliflər ifadə olunur.
78. Aktın başlığı həmin aktda göstərilən
məsələni qısa şəkildə əks etdirməli və adlıq halda feli isim ilə ifadə
olunmalıdır (məsələn: "Məktəblərin yeni dərs ilinə hazırlanması
haqqında").
79. Aktın tərtib olunduğu yer və tarix
aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir.
80. Akt mətninin sonunda (imzalardan
qabaq) aktın nüsxələri və saxlandığı yer haqqında məlumat yerləşdirilir.
81. Akt onun tərtib olunmasında iştirak
edən bütün şəxslər tərəfindən imzalanır. Bu zaman imza etmiş şəxslərin
vəzifələri göstərilir.
82. Aktı hazırlayanların və bu işdə
iştirak edənlərin xüsusi rəyləri olduqda, həmin rəylər imzalardan aşağıda və ya
ayrıca vərəqdə yazılır.
XIII. MƏKTUB, TELEQRAM VƏ
TELEFONOQRAMIN HAZIRLANMASI VƏ TƏRTİB EDİLMƏSİ
83. Məktublar xahişin (sorğunun), xahişə
cavabın, habelə informasiya xarakterli məlumatların ifadə olunması məqsədilə və
bir məsələyə dair tərtib edilir. Müşayiət məktubları icra üçün göndərilən
sənədin icrasının xarakterinə və ya göndərilməsinin məqsədinə dair izahlar
tələb olunduqda tərtib edilir.
84. Məktubun mətni, bir qayda olaraq,
biri digəri ilə məntiqi surətdə bağlı iki hissədən ibarət olmalıdır. Birinci
hissədə məktubun hazırlanması üçün əsas götürülmüş faktların və ya hadisələrin
təsviri, ikinci hissədə nəticələr, təkliflər və ya xahişlər yazılır.
85. Teleqraf yazışması ancaq təcili
məsələlərə dair aparılır Sorğuya cavab verilərkən teleqram mətninin qabağında
həmin sorğunun nömrəsi göstərilir. Mətnin axırında (imzadan əlavə) çıxış
nömrəsi qoyulur.
Teleqramlar iki nüsxə çap olunur və
icraçı onlara viza verir. İmzalanandan sonra teleqramlar göndərilmək üçün
kargüzarlıq xidmətinə verilir. Teleqramda sözlər hecalara bölünmədən və
düzəlişlər edilmədən yazılır. İmza yeni sətirdən qeyd edilir və möhürlə təsdiq
olunur.
86. Telefonoqramlardan ölkə, şəhər, rayon
daxilində telefonla məlumat vermək üçün istifadə edilir. Telefonoqram
verilərkən aşağıdakılar göstərilir: kimin ünvanına verilir, telefonoqramı
imzalamış şəxsin vəzifəsi və soyadı, telefonoqramın verildiyi tarix və saat,
mətni ötürənin vəzifəsi və soyadı, təşkilatın telefon nömrəsi.
XIV. SƏNƏDLƏRİN
DÖVRİYYƏSİNİN TƏŞKİLİ
87. Sənədlərin təşkilatda hərəkəti, onlar
təşkilata daxil olduğu və ya yaradıldığı andan icra edildiyi və ya göndərildiyi
anadək sənədlərin dövriyyəsini təşkil edir.
88. Təşkilatlarda sənədlər dövriyyəsinin təşkili
aşağıdakı tələblərə cavab verməlidir:
88.1. sənədlərin hərəkəti operativ
aparılmalı, nizamlanmalı və optimal şəkildə həyata keçirilməlidir;
88.2. işin zərurətindən irəli gəlməyən
instansiyalar və əməliyyatlar sənədlərin hərəkətindən kənarlaşdırılmalıdır;
88.3. sənədlərin hərəkəti qaydasında və
işlənməsi prosesində maksimum eynilik təmin olunmalıdır.
89. Daxil olan korrespondensiyanın qəbulu
və ilkin qaydada işlənməsi təşkilatlarda kargüzarlıq xidməti tərəfindən,
struktur bölmələrində isə struktur bölmələrinin kargüzarlıq üçün məsul olan
əməkdaşları tərəfindən həyata keçirilir. Daxil olan korrespondensiyanın ilkin
qaydada işlənməsi korrespondensiya gətirilməsinin düzgünlüyünün və zərflərin
içindəki sənədlərin salamatlığının yoxlanmasından, onun təyinat üzrə verilmək
üçün hazırlanmasından ibarətdir.
90. Gətirilən korrespondensiyanın
düzgünlüyünü yoxlamaqda məqsəd təyinat üzrə gətirilməyən korrespondensiyanı
aşkar etməkdən ibarətdir. Səhvən gətirilən korrespondensiya geri qaytarılır.
Şəxsi korrespondensiya istisna edilməklə,
bütün zərflər açılır. Bu zaman zərflərin bütövlüyü və içində sənədlərin
mövcudluğu yoxlanılır. Sənədi göndərənin ünvanını və ya sənədin göndərilmə,
alınma tarixini ancaq zərfə görə müəyyən etməyin mümkün olduğu hallardan başqa,
zərflər, bir qayda olaraq, məhv edilir.
Bütün daxil olan sənədlərdə birinci
səhifənin üz tərəfinin aşağı sağ küncündə qeyd ştampı vurulur (9 nömrəli
əlavə). Daxil olmuş sənədlər qeydə alındıqdan və qeydiyyat ştampında nömrə
qoyulduqdan sonra baxılmaq üçün təşkilatın və ya struktur bölməsinin
rəhbərliyinə verilir.
Dövlət orqanlarının sənədləri, təşkilatın
fəaliyyətinin mühüm məsələlərinə dair başqa vacib sənədlər, habelə icrası üçün
qərar qəbul etmək tələb olunan sənədlər təşkilat rəhbərinə, qalan sənədlər isə
onun müavininə və ya struktur bölməsinin rəhbərinə verilir.
Vəzifəli şəxslərin ünvanına olan
sənədlər, bir qayda olaraq, bilavasitə həmin şəxslərə verilir.
91. Daxil olmuş sənədlər onların qeydə
alındığı gün baxılmaq üçün verilməlidir. Teleqramlar və digər təcili sənədlər
baxılmaq və icra edilmək üçün ilk növbədə verilir. Daxil olmuş sənəddə başqa
sənədlərə istinad vardırsa, həmin sənədlər seçilib ayrılır və daxil olmuş sənədlə,
yaxud müvafiq arayışla birlikdə təşkilat rəhbərliyinə verilir.
92. Baxılmanın nəticələri, bir qayda
olaraq, sənədlərdə 6.38-90 dövlətlərarası standart ilə ayrılan yerdə (mətndən
əvvəl yuxarı sol hissədə) müvafiq olaraq təşkilatın rəhbəri, onun müavini və ya
struktur bölməsinin rəhbəri tərəfindən yazılan dərkənarda əks olunur.
Dərkənarlarda sənədlərin icra xarakteri və icraçıları haqqında aydın və qəti
göstəriş olmalıdır.
93. Daxil olmuş sənədlər rəhbərlik
tərəfindən baxıldıqdan sonra dərkənar mətninin qeydiyyat vərəqəsinə keçirilməsi
və lazımi hallarda nəzarətə götürülməsi üçün kargüzarlıq xidmətinə qaytarılaraq
təyinat üzrə göndərilir.
94. Dərkənarda birinci göstərilən şəxs
sənədin əsas icraçısıdır. Sənədin müştərək icraçıları əsas icraçıya lazım olan
materiallar (məlumatlar) təqdim etməli və digər zəruri kömək göstərməlidirlər.
İcraçılar sənədlərin vaxtında və keyfiyyətli hazırlanması üçün eyni dərəcədə
məsuliyyət daşıyırlar. İcra olunmuş sənədlər işə tikilmək üçün işləri müvafiq
məsələlər üzrə tərtib edən struktur bölmələrinə və ya bu məqsəd üçün ayrılmış
işçilərə verilir.
95. Daxil olmuş sənədlərin rəhbərliyin
göstərişi ilə bir struktur bölməsindən digərinə verilməsi kargüzarlıq xidməti
tərəfindən həyata keçirilir ki, bu barədə də qeydiyyat vərəqələrində və müvafiq
kitabda qeyd aparılır.
96. Göndərilən sənədin tərtibi,
razılaşdırılması, rəsmiləşdirilməsi, qeydə alınması (qeydə alınmalı olan
sənədlər barəsində) və göndərilməsi sənədlərin hazırlanması prosesini təşkil
edir. İlkin qaydada tanış olmaq və razılaşdırılmaq üçün sənədin layihəsi
çoxaldıla və eyni zamanda onun hazırlanmasında iştirak edən bütün təşkilatlara
verilə bilər.
Sənədi imzalanmaq üçün verməzdən əvvəl
icraçı onun məzmununu, tərtibinin düzgünlüyünü, lazımi imzaların və əlavələrin
mövcudluğunu yoxlamalıdır. İmzalanmaq üçün sənəd onun hazırlanması üçün əsas
götürülən materiallarla birlikdə verilir.
97. İmzalanmış sənədlər qeydə alınmaq və
göndərilmək üçün kargüzarlıq xidmətinə verilir.
98. Göndərilən korrespondensiyanın işlənməsinə
onun növlərə ayrılması, zərflərin hazırlanması, göndəriş dəyərinin
müəyyənləşdirilib yazılması, sifarişli poçt göndərişlərinin siyahısının tərtib
edilməsi və elə həmin gün rabitə xidmətinə verilməsi daxildir. Sənədlər
tamamilə tərtib olunmuş şəkildə poçt göndərişi kateqoriyası haqqında qeydlə
(adi göndərişlərdən başqa) göndərilmək üçün verilir. Mühüm zərurət olmadan
sənədlər sifarişli məktubla göndərilmir.
Kargüzarlıq xidməti tərəfindən sənədlərin
ünvanının düzgünlüyü, əsas sənəddə göstərilən qoşmaların mövcudluğu yoxlanılır
və müvafiq çatışmazlıqlar aşkar edildikdə, sənədlər icraçılara qaytarılır.
Daimi ünvan sahiblərinə göndərilən
sənədlər üçün üzərində mətbəə üsulu və ya operativ çoxaltma vasitələri ilə çap
edilmiş ünvanlar olan zərflərdən istifadə olunur.
Eyni zamanda bir ünvana göndərilən bir neçə sənəd bir
zərfin içinə qoyula bilər.
Göndərilmək üçün verilən sənədlər elə həmin gün
işlənib göndərilməlidir.
99. Daxili sənədlər təşkilat daxilində
hazırlanır, tərtib və icra edilir. Daxili sənədlərin hərəkəti onların
hazırlanması və tərtibi mərhələlərində göndərilən sənədlərin, icra mərhələsində
isə daxil olan sənədlərin dövr etməsinin ümumi qaydasına uyğun surətdə təşkil
olunur.
Sərəncam mahiyyətli sənədlərin layihələri
müvafiq qaydada razılaşdırıldıqdan sonra baxılmaq və ya imzalanmaq üçün
təşkilatın rəhbərliyinə verilir. İmzalandıqdan sonra həmin sənədlər qeydə
alınır, əlavə olunmuş göndəriş siyahısına uyğun sayda çoxaldılır və icra üçün
verilir (göndərilir).
Təşkilatın və ya struktur bölmələrinin
rəhbərliyinə ünvanlanan məlumat vərəqələrinə, arayışlara, məlumatlara və başqa
daxili sənədlərə onların ünvanlandığı vəzifəli şəxs tərəfindən baxılır, bundan
sonra həmin sənədlər icra edilmək (işlənilmək) üçün ümumi qaydada müvafiq
struktur bölmələrinə verilir, yaxud işə alınır.
100. Təşkilat daxilində sənədlərin
çatdırılmasını struktur bölməsinin kargüzarlıq üçün məsul olan əməkdaşları
həyata keçirir. Göndərilən sənədləri isə təyinat üzrə kuryerlər çatdırırlar.
101. Teleqramlar və təcili sənədlər
dərhal, qalan sənədlər isə, bir qayda olaraq, gündə azı iki dəfə çatdırılır.
102. Daxil olan və göndərilən sənədlər, o
cümlədən nəzarətdə olan və digər ən mühüm sənədlər hərəkətin bütün
mərhələlərində, bir qayda olaraq, müvafiq kitabda müəyyən qeyd aparılmaqla
qəbul edilir və təhvil verilir (10 və 11 nömrəli əlavələr).
103. Sənədlərin struktur bölmələri
daxilində verilməsi struktur bölməsinin kargüzarlıq üçün məsul olan əməkdaşı
tərəfindən həyata keçirilir və bu barədə qeydiyyat vərəqəsində müvafiq qeydlər
aparılır. Sənədin bir struktur bölməsindən digərinə verilməsi barədə
kargüzarlıq xidmətinə məlumat verilməlidir. Qeydiyyat vərəqəsində sənədin
verilməsi haqqında müvafiq qeyd aparılır.
XV. SƏNƏDLƏRİN QEYDƏ ALINMASI VƏ MƏLUMAT APARATININ
QURULUŞU
104. Sənədin qeydə alınması onun üzərinə
qeydiyyat nömrəsinin qoyulması və qeydiyyat vərəqəsində həmin sənəd haqqında
zəruri məlumatların göstərilməsidir.
105. Sənədlərin qeydə alınmasını
təşkilatın kargüzarlıq xidməti və struktur bölmələrinin kargüzarlıq üçün məsul
olan əməkdaşları həyata keçirirlər.
106. Bilavasitə təşkilatın vəzifələrinin
həyata keçirilməsi üçün zəruri olmayan sənədlərin (təbrik məktubları və
dəvətnamələr, kitablar, jurnallar, bülletenlər, reklam bildirişləri və
plakatları, iclaslar, müşavirələr, konfranslar və digər tədbirlərin proqramları
və ya belə tədbirlər haqqında digər məlumatlar, müxtəlif məsələlər üzrə
hesabatlar və s.) qeydə alınması tələb olunmur. Belə sənədlər təşkilatın
müvafiq bölmələrində (kitabxanada, mühasibat, kadrlar, analitik-informasiya
şöbələrində və s.) uçota alınır.
107. Hər bir sənəd təşkilatda ancaq bir
dəfə qeydə alınır. Daxil olan sənədlər onların təşkilata daxil olduğu gün,
göndərilən və daxili sənədlər isə, onların imzalandığı və ya təsdiq edildiyi
gün qeydə alınır.
108. Sənəd dövriyyəsinin həcmi ildə 1000
sənəddən çox olan təşkilatlarda sənədlərin qeydə alınması üçün vahid qeydiyyat
vərəqəsi tətbiq edilir (12 nömrəli əlavə).
109. Qeydiyyat vərəqələrinin blankları
170 x 120 mm ölçüdə A5 və A6 formatlı kağızda mətbəə üsulu və ya
operativ poliqrafiya metodu ilə hazırlanır.
110. Sənəd dövriyyəsinin həcmi ildə 1000
sənədə qədər olan təşkilatlarda sənədlərin yalnız qeydiyyat kitabında qeydə
alınmasına yol verilir.
111. Sənədlər qeydiyyat vərəqələrində qeydə alınan
zaman aşağıdakı tələblərə riayət edilməlidir:
111.1. vərəqələr ancaq təşəbbüs sənədi
(sorğu) üçün yazılır;
111.2. vərəqənin üz tərəfi kargüzarlıq
xidməti, əks tərəfi isə struktur bölməsi və ya icraçı tərəfindən doldurulur;
111.3. vərəqənin birinci nüsxəsi sənədlə
birlikdə göndərilir, ikinci nüsxəsi isə kargüzarlıq xidmətində qalır;
111.4. vərəqələr kargüzarlıq xidmətində
iki kartoteka (icra olunmuş sənədlərin kartotekası və icra olunmamış sənədlərin
kartotekası) təşkil edir.
112. Sənəd bir struktur bölməsindən
digərinə göndərilərkən qeydiyyat vərəqəsində dərkənarın mətni və tarixi
göstərilir.
113. Sənədin icrası haqqında yazılan qeyd
məsələnin mahiyyətcə həll olunmasını, cavab sənədinin tarixini və nömrəsini əks
etdirməlidir. Yazılı cavab hazırlanması tələb olunmursa, təşəbbüs sənədində
qoyulan məsələnin nə vaxt, kim tərəfindən və necə həll olunması haqqında
konkret qeyd yazılır.
114. Qeydiyyat vərəqələrinin məlumat kartotekası
aşağıdakı hissələrdən ibarətdir:
114.1 icra edilməmiş daxili sənədlər üçün
(birinci hissə);
114.2. cavab alınması gözlənilən
göndərilən sənədlər üçün (ikinci hissə);
114.3. icra edilmiş daxil olan sənədlər
üçün (üçüncü hissə).
115. Ayın günləri kartotekanın birinci və
ikinci hissələrinin bölmələridir. Vərəqələr bölmələrdə müvafiq olaraq icra
müddətlərinə və cavab alınmasının gözlənilən tarixlərinə görə yerləşdirilir. Üçüncü
hissənin bölmələri təşkilatın struktur bölmələrinə və ya müstəqil iş
sahələrinə, rubrikalar isə işlərin başlıqlarına və nomenklatur üzrə nömrələrinə
uyğundur. Vərəqələr bu bölmələrdə qeydə alınma nömrələri qaydasında
yerləşdirilir.
116. Sənədlər icra olunduqca və cavablar
alındıqca vərəqələr birinci və ikinci hissələrdən üçüncü hissənin müvafiq
bölməsinə və rubrikasına keçirilir, bu barədə vərəqələrdə lazımi qeydlər
yazılır. Yuxarı təşkilatların məlumat üçün göndərdikləri sənədlər üçün
doldurulan qeydiyyat vərəqələri də orada yerləşdirilir.
XVI. SƏNƏDLƏRİN İCRASINA
NƏZARƏTİN TƏŞKİLİ
117. Sənədlərdə olan təkliflərin,
tapşırıqların və məsələlərin icrasına daim nəzarət edilməlidir. Belə nəzarətin
məqsədi sənədlərin vaxtında və keyfiyyətli icrasına nail olmaqdır.
118. Sənədlərin və onlarda olan
tapşırıqların icrasına nəzarəti təşkilatların, struktur bölmələrinin rəhbərləri
həyata keçirirlər. Sənədlərin icrasına bilavasitə nəzarət edilməsi kargüzarlıq
xidmətinə və təşkilatda xüsusi olaraq yaradılan nəzarət xidmətinə tapşırılır.
Struktur bölmələrində sənədlərin icrasına nəzarəti struktur bölmələrinin
kargüzarlıq üçün məsul olan əməkdaşları həyata keçirirlər.
119. Aşağıdakı sənədlər xüsusi nəzarətə götürülür:
119.1. bilavasitə qanunvericilik
aktlarının icrası ilə əlaqədar sənədlər;
119.2. dövlət hakimiyyəti orqanlarının və
ya yuxarı təşkilatların icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan
sənədlər;
119.3. təşkilatların özlərinin icra
müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər.
Təşkilat rəhbərliyinin göstərişi ilə
icrasının nəticəsinin məruzə edilməsi nəzərdə tutulan digər sənədlər də
nəzarətə götürülə bilər.
120. Sənədlərin ümumi icra müddəti
qanunvericiliyin tələblərinə uyğun olaraq təşkilatın özü tərəfindən müəyyən
edilir. Konkret hallarda hər hansı ayrıca sənədin icrası ilə əlaqədar
təşkilatın rəhbərliyi və ya yuxarı təşkilat tərəfindən xüsusi icra müddəti
müəyyən edilə bilər.
121. Sənəddə cavab alınması üçün müddət
göstərilmişdirsə, həmin müddətə, bir qayda olaraq, riayət edilməlidir.
122. Sənədin icra müddəti onun təşkilata
daxil olduğu vaxtdan hesablanır.
123. Sənədin icra müddəti icraçının
(icraçıların) yazılı xahişi ilə təşkilat rəhbəri tərəfindən qanunvericiliyin
tələbləri pozulmamaqla uzadıla bilər.
124. Sənədlərin icrasına nəzarət, nəzarət
vərəqələrində qeydlər edilməklə aparılır (13 nömrəli əlavə).
125. Sənəd dövriyyəsi kiçik olan
təşkilatlarda nəzarət daxil olan, göndərilən və daxili sənədlərin qeydiyyat
kitablarında həyata keçirilir (14 nömrəli əlavə).
126. Nəzarət vərəqələrində, habelə
nəzarətdə olan sənədlərdə (birinci vərəqin yuxarı sağ kənarında) nəzarət
işarəsi ("№") qoyulur və ya "Nəzarətdədir" ştampı vurulur, bundan
sonra sənəd icraçıya verilir, vərəqənin əlavə nüsxəsi isə nəzarət kartotekasına
qoyulur.
127. Sənədlərin icrasının gedişi haqqında
məlumat "İcra haqqında qeyd" sütununda qeyd edilir.
128. Sənəd ancaq orada qaldırılan
məsələlər həll olunduqda və sənəd göndərənə mahiyyətcə cavab verildikdə icra
edilmiş sayılır.
Əgər icra sənədləşdirilməmişdirsə, bu
barədə nəzarət vərəqəsinin "icra haqqında qeyd" sütununda məlumat
yazılır.
129. Sənədlər, bir qayda olaraq, icra
edildikdən sonra nəzarətdən çıxarılır. Sənədin icrası və nəzarətdən çıxarılması
haqqında məlumat nəzarət vərəqəsində qeyd edilir.
Digər hallarda sənədi nəzarətdən yalnız
onu nəzarətə götürmüş vəzifəli şəxs çıxara bilər. Bu zaman sənəddə və vərəqədə
nəzarətdən çıxarılma barədə qeyd yazılır.
130. Nəzarətdə olan sənədlərin icrası
haqqında təşkilatın rəhbərliyinə ayda 1 dəfə məlumat verilir.
Digər
sənədlərin icrasının gedişi və nəticələri haqqında məlumat ildə azı 1 dəfə
təhlil edilir. Təhlil əsasında sənədlərin icrasını sürətləndirmək və icra intizamını
yüksəltmək məqsədi ilə müvafiq tədbirlər planı işlənib hazırlanır.
XVII. İŞLƏRİN NOMENKLATURUNUN TƏRTİB EDİLMƏSİ,
QOVLUQLARIN FORMALAŞDIRILMASI, ARXİVƏ TƏHVİL VERİLMƏYƏ HAZIRLANMASI VƏ CARİ
ARXİVDƏN İSTİFADƏ QAYDALARI
131. Qovluqların düzgün formalaşdırılması,
sənədlərin tez tapılmasının təmin edilməsi, işlərin sistemləşdirilməsi və
uçotu, onların saxlanma müddətlərinin müəyyən edilməsi və gələcəkdə arxivə
lazımi səviyyədə təhvil verilməsi məqsədi ilə hər il təşkilatın işlərinin ümumi
nomenklatur-siyahısı tərtib edilir (15 nömrəli əlavə).
132. İş nomenklaturunu struktur
bölmələrinin təkliflərini nəzərə almaqla kargüzarlıq xidməli tərtib edir,
təşkilat rəhbəri isə təsdiq edir.
133. icra edilmiş sənədlər təsdiq edilmiş
iş nomenklaturuna uyğun olaraq struktur bölmələri tərəfindən qovluqlarda
formalaşdırılır.
134. Qovluqlar saxlanılmaq üçün
təşkilatın arxivinə təhvil verilməzdən əvvəl kargüzarlıq xidməti tərəfindən
aşağıdakı tələblərə riayət edilməlidir:
134.1. qovluqda sənədlərin hamısının olub-olmadığını
yoxlamaq;
134.2. qovluqda işə tikilməli sənədlərin
bu Təlimata uyğun surətdə qeydə alınıb-alınmadığını yoxlamaq və qeydə alınmamış
sənədlər aşkar edildikdə. onları qeydə aldırmaq;
134.3. qovluqda sənədlərin yerləşməsinin
düzgünlüyünü yoxlamaq;
134.4. bölmə-bölmə tikilmiş işlərin
siyahısında şöbələrin adlarının tikilmiş sənədlərə uyğun gəlib-gəlmədiyini
yoxlamaq;
134.5. qovluğun vərəqlərini sağ küncdən
başlayaraq yuxarıdan aşağı adı karandaşla nömrələmək.
135. Qovluğun təşkilatın arxivinə təhvil
verilməli olub-olmadığı iş nomenklaturuna uyğun müəyyən edilir.
Təşkilatın cari arxivinə verilmiş
sənədlərin istifadə üçün götürülməsi yalnız təşkilat rəhbərliyinin icazəsi ilə
mümkündür.
136. Növbəti ilə adlayan işlər istisna
olmaqla, bir ilin bütün sənədləri qovluqlarda formalaşdırılır. Bir qovluqdakı
varəqlərin sayı 200-250-dən çox olmamalıdır. Sənədlər qovluğa bir nüsxədə
tikilir.
137. İşlərin nomenklaturu tərtib
edilərkən, işlər formalaşdırılarkən və sənədlərin işlərə düzgün daxil edilməsi yoxlanılarkən
təşkilatda sənədlərin ekspertizası keçirilir. Ekspertizanı təşkilatda daimi
fəaliyyət göstərən sənədlərin ekspertizası və arxiv işi üzrə ekspert
komissiyası aparır.
Ekspert komissiyasının tərkibi təşkilat
rəhbəri tərəfindən təsdiq edilir.
138. Sənədlər Dövlət Arxivinə təhvil
verilmək üçün hazırlanarkən onlar yenidən ekspertizadan keçirilməli, daimi
saxlanılan sənədlərin və işlərin siyahıları, ləğv edilmək ucun ayrılan
sənədlərin və işlərin aktları tərtib edilməlidir. Təşkilatda olan sənədlər
qanunvericiliklə müəyyən edilmiş müvəqqəti saxlanma müddəti başa çatdıqdan
sonra daimi saxlanmaq üçün Dövlət Arxivinə təhvil verilir. Arxivə təhvil
verilməli olmayan sənədlər ekspertiza komissiyasının qərarı ilə və
təşkilat rəhbərinin təsdiq etdiyi akt üzrə məhv edilir.
139. Sənədlər daimi saxlanmaq üçün Dövlət Arxivinə
təhvil verilərkən aşağıdakı tələblərə riayət edilməlidir:
139.1. sənədlərin tərkibi və keyfiyyəti
yoxlanmalıdır;
139.2. üz qabığında (qovluğun axırında),
ümumi qovluqda isə həm də bölmələrin siyahısında təsdiqləyici imza qoyulmalı,
qovluğun nömrələnmiş vərəqlərinin sayı rəqəmlə və sözlə göstərilməli, lazım
gəldikdə, vərəqlərin nömrələnməsinin xüsusiyyətləri və işə tikilmiş sənədlərin
fiziki vəziyyəti qeyd edilməlidir;
139.3. ara qatları, metal bəndlər,
pərçimlər qovluqdan çıxarılmalı və sənədlər müəyyən edilmiş qaydada
tikilməlidir;
139.4. qovluğu arxivə təhvil vermək üçün
hazırladıqdan sonra ümumi qovluğun bölmələr siyahısının birinci səhifəsində
(sağdan aşağı küncdə), ayrı-ayrı qovluqların isə sonuncu sənədində (axırıncı
səhifənin arxa tərəfində) "Arxivə" sözü yazılmış ştamp vurulmalıdır.
NÜMUNƏLƏR.ƏLAVƏLƏR
Azərbaycan
Respublikası Prezidentinin
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
Fərmanı
ilə təsdiq edilmişdir Təlimata
1
nömrəli əlavə
Təşkilat
blankının nümunəsi
(küncdə)
(küncdə)
Azərbaycan Respublikası Dövlət
gerbinin
təsviri ("Azərbaycan Respublikasının Dövlət gerbi haqqında"
Əsasnamə ilə müəyyən edilmiş təsvirə uyğun olaraq)
təsviri ("Azərbaycan Respublikasının Dövlət gerbi haqqında"
Əsasnamə ilə müəyyən edilmiş təsvirə uyğun olaraq)
AZƏRBAYCAN RESPUBLİKASININ
DAXİLİ İŞLƏR NAZİRLİYİ
DAXİLİ İŞLƏR NAZİRLİYİ
Poçt indeksi___________,Bakı şəhəri,
_______________________küç.________,
Tel:__________________ Faks:_______
Elektron poçtu____________________
"____"________________________il
№_____________
_______________________küç.________,
Tel:__________________ Faks:_______
Elektron poçtu____________________
"____"________________________il
№_____________
(eninə)
Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri
("Azərbaycan Respublikasının Dövlət gerbi haqqında" Əsasnamə ilə
müəyyən edilmiş təsvirə uyğun olaraq)
("Azərbaycan Respublikasının Dövlət gerbi haqqında" Əsasnamə ilə
müəyyən edilmiş təsvirə uyğun olaraq)
AZƏRBAYCAN
RESPUBLİKASININ
DAXİLİ İŞLƏR NAZİRLİYİ
DAXİLİ İŞLƏR NAZİRLİYİ
Poçt
indeksi_____, Bakı
şəhəri, Tel:_________Faks:_______________
________________küç._________ Elektron poçtu___________________
____________________________________________________________________________________
"____"________________________il №_____________
________________küç._________ Elektron poçtu___________________
____________________________________________________________________________________
"____"________________________il №_____________
Azərbaycan
Respublikası Prezidentinin
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
Fərmanı
ilə təsdiq edilmişdir Təlimata
2
nömrəli əlavə
Təşkilatın qərarının nümunəsi
Azərbaycan
Respublikasının Dövlət gerbinin təsviri ("Azərbaycan Respublikasının
Dövlət gerbi haqqında" Əsasnamə ilə müəyyən edilmiş təsvirə uyğun olaraq)
AZƏRBAYCAN
RESPUBLİKASI DÖVLƏT STATİSTİKA KOMİTƏSİNİN KOLLEGİYASI
QƏRAR
№_______________
Bakı şəhəri "_____"______________il
qərara alır:
QƏRAR
№_______________
Bakı şəhəri "_____"______________il
qərara alır:
Azərbaycan
Respublikası Prezidentinin
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
Fərmanı
ilə təsdiq edilmişdir Təlimata
3
nömrəli əlavə
Qərarların
qeydə alınması kitabı
Qərarın
sıra nömrəsi
|
Tarixi
|
Qərarın
adı
|
Kim
imzalamışdır
|
İcraçı
|
Qeyd
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan
Respublikası Prezidentinin
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
Fərmanı
ilə təsdiq edilmişdir Təlimata
4
nömrəli əlavə
Təşkilatın
sərəncam blankının nümunəsi
Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri ("Azərbaycan Respublikasının Dövlət
gerbi haqqında" Əsasnamə ilə müəyyən edilmiş təsvirə uyğun olaraq)
AZƏRBAYCAN
RESPUBLİKASININ İQTİSADİ İNKİŞAF NAZİRLİYİ
SƏRƏNCAM
№_______________
Bakı şəhəri "___"______________il
SƏRƏNCAM
№_______________
Bakı şəhəri "___"______________il
Azərbaycan
Respublikası Prezidentinin
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
Fərmanı
ilə təsdiq edilmişdir Təlimata
5
nömrəli əlavə
Sərəncamın
qeydə alınması kitabı
Sərəncamın
sıra nömrəsi
|
Tarixi
|
Sərəncamın
adı
|
Kim
imzalamışdır
|
İcraçı
|
Qeyd
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan
Respublikası Prezidentinin
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
Fərmanı
ilə təsdiq edilmişdir Təlimata
6
nömrəli əlavə
Təşkilatın
əmr blankının nümunəsi
Azərbaycan Respublikası Dövlət gerbinin təsviri ("Azərbaycan Respublikasının Dövlət gerbi haqqında" Əsasnamə ilə müəyyən edilmiş təsvirə uyğun olaraq)
AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ NAZİRLİYİ
ƏMR
№_______
Bakı şəhəri "___"______________il
əmr edirəm:
Azərbaycan Respublikası Dövlət gerbinin təsviri ("Azərbaycan Respublikasının Dövlət gerbi haqqında" Əsasnamə ilə müəyyən edilmiş təsvirə uyğun olaraq)
AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ NAZİRLİYİ
ƏMR
№_______
Bakı şəhəri "___"______________il
əmr edirəm:
Azərbaycan
Respublikası Prezidentinin
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
Fərmanı
ilə təsdiq edilmişdir Təlimata
7
nömrəli əlavə
Əmrlərin qeydə
alınması kitabı
Əmrin
sıra nömrəsi
|
Tarixi
|
Əmrin
adı
|
Kim
imzalamışdır
|
İcraçı
|
Qeyd
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan
Respublikası Prezidentinin
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
Fərmanı
ilə təsdiq edilmişdir Təlimata
8
nömrəli əlavə
Geniş
protokol nümunəsi
AZƏRBAYCAN
RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ KOLLEGİYASININ İCLASININ PROTOKOLU
№_________
№_________
Bakı şəhəri "_____"_______________il
Sədrlik
edirdi: (adı,
soyadı və vəzifəsi)
İştirak edirdilər: (adları,
soyadları)
Dəvət olunanlar: (adları, soyadları, vəzifələri)
Dəvət olunanlar: (adları, soyadları, vəzifələri)
Gündəlik
1.__________________________________________________________________________________
(baxılan məsələlərin sadalanması, məruzəçilərin adları və soyadları)
2.__________________________________________________________________________________
3.__________________________________________________________________________________
(baxılan məsələlərin sadalanması, məruzəçilərin adları və soyadları)
2.__________________________________________________________________________________
3.__________________________________________________________________________________
Eşidildi: (məsələnin
adı, məruzəçilərin və müzakirələrdə çıxış edənlərin adları və soyadları).
Çıxış etdilər: (məruzələrin və çıxışların qısa mətni)
Qarara alındı: (qəbul olunmuş qərar və ya həmin məsələyə dair rədd edilmiş layihə tam yazılmış şəkildə).
Çıxış etdilər: (məruzələrin və çıxışların qısa mətni)
Qarara alındı: (qəbul olunmuş qərar və ya həmin məsələyə dair rədd edilmiş layihə tam yazılmış şəkildə).
1.__________________________________________________________________________________
2.__________________________________________________________________________________
3.__________________________________________________________________________________
Sədr___________________(adı və soyadı)
(imza)
Katib___________________(adı və soyadı)
(imza)
2.__________________________________________________________________________________
3.__________________________________________________________________________________
Sədr___________________(adı və soyadı)
(imza)
Katib___________________(adı və soyadı)
(imza)
Azərbaycan
Respublikası Prezidentinin
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
Fərmanı
ilə təsdiq edilmişdir Təlimata
9
nömrəli əlavə
Qeydiyyat ştampının nümunələri
Təşkilatın adı
Daxilolma №______________________ "___"____________________il |
Ölçüləri:
5,5 X 2,5 sm.
5,5 X 2,5 sm.
Nəzarətdədir
|
4 X 1,5 sm.
Cavabla birlikdə qaytarılmalı
|
4 X 1,5 sm.
Təcili
|
4 X 1,5 sm.
Azərbaycan
Respublikası Prezidentinin
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
Fərmanı
ilə təsdiq edilmişdir Təlimata
10
nömrəli əlavə
Daxil olan
sənədlərin qeydə alınması kitabı
Sənədin
daxilolma tarixi və nömrəsi |
Sənədi göndərən
|
Sənədin
tarixi və nömrəsi |
Sənədin qısa məzmunu
|
Kim baxmış-
dır və dərkənar |
İcraçı
|
Alınma barədə imza və tarix
|
Sənədin kargüzar-
lıq xid- mətinə qaytarıl- ması tarixi |
Sənədin saxlan-
dığı işin nömrəsi, vərəqlə- rinin sayı |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan
Respublikası Prezidentinin
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
Fərmanı
ilə təsdiq edilmişdir Təlimata
11
nömrəli əlavə
Göndərilən
sənədlərin qeydə alınması kitabı
Sənədin tarixi və nömrəsi
|
Kim göndərilir
|
Qısa məzmunu
|
Sənədin icrası haqqında qeyd
|
Sənədin verilməsi barədə imza və tarix
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan
Respublikası Prezidentinin
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
Fərmanı
ilə təsdiq edilmişdir Təlimata
12
nömrəli əlavə
Qeydiyyat
vərəqəsinin nümunəsi
QEYDİYYAT VƏRƏQƏSİ (üz tərəfi)
QEYDİYYAT VƏRƏQƏSİ (üz tərəfi)
Təşkilatın
adı
Sənədin nömrəsi_______________ və
tarixi "_____"________________il Kargüzarlıq xidmətinə
Sənədin nömrəsi_______________ və
tarixi "_____"________________il Kargüzarlıq xidmətinə
daxilolma №-si
"_____"________________il
Göndərən
____________________________________________________________________________________
Sənədin qısa məzmunu
____________________________________________________________________________________
Sənədin qısa məzmunu
Kimə göndərilmişdir. Dərkənarın
müəllifi və məzmunu
|
Sənədin forması, növü, vərəqlərinin,
əlavələrinin sayı, müşayiət məktubu barədə qeydlər
|
(arxa tərəfi)
____________________________________________________________________________________
İcraçının gedişi
____________________________________________________________________________________
İcraçının nəticələri
____________________________________________________________________________________
İcraçının gedişi
____________________________________________________________________________________
İcraçının nəticələri
____________________________________________________________________________________
Azərbaycan
Respublikası Prezidentinin
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
Fərmanı
ilə təsdiq edilmişdir Təlimata
13
nömrəli əlavə
Nəzarət vərəqəsinin
nümunəsi
NƏZARƏT
VƏRƏQƏSİ
İcra haqqında qeyd |
|
İcradan
sonra nəzarət xidmətinə qaytarılmalıdır
|
Struktur bölməsi rəhbərinin imzası___________________________________ Qeyd________________________________________________________________ "____"_____________________ _________________il |
Azərbaycan
Respublikası Prezidentinin
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
Fərmanı
ilə təsdiq edilmişdir Təlimata
14
nömrəli əlavə
Nəzarətdə olan
sənədlərin qeydə alınması kitabı
Sənədin
nəzarət nömrəsi, daxilolma nömrəsi və tarixi |
Sənədi
göndərən
|
Sənədin
tarixi və nömrəsi |
Qısa
məzmunu
|
Nəzarətə
götürən, dərkənar |
Kim
baxmışdır
|
İcraçı
|
Nəzarət
qeydləri
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan
Respublikası Prezidentinin
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
27 sentyabr 2003-cü il tarixli 935 nömrəli
Fərmanı
ilə təsdiq edilmişdir Təlimata
15
nömrəli əlavə
İşlərin
nomenklatur-siyahısı
Təşkilatın adı
İşlərin nomenklaturası |
Təsdiq qrifi
|
|
|
Tarix İndeks
|
|
|
|
________________il üçün
|
|
İşlərin
indeksi
|
Struktur
bölmələrinin (və ya fəaliyyət istiqamətlərinin) və işlərin adı
|
İşlərin
miqdarı (cildləri)
|
Saxlama
müddətləri və siyahı üzrə maddələr
|
Qeyd
|
1
|
2
|
3
|
4
|
5
|
|
|
|
|
|
15 nömrəli əlavənin davamı
Hazırlanmış
işlərin kateqoriyaları və miqdarı haqqında yekun qeydi
Saxlanma
müddətləri üzrə
|
Cəmi
|
O
cümlədən başqa ilə keçən
|
Daimi
|
|
|
Müvəqqəti (10 ildən artıq)
|
|
|
Müvəqqəti (axırıncı il də daxil
olmaqla, 10 ilədək)
|
|
|
CƏMİ
|
|
|
İmza
|
|
|
Arxiv
idarəsi ilə razılaşdırılma qrifi
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 22 may 2007-ci il tarixli 577
nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 459)
- 20 iyun 2008-ci il tarixli
780 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 498)
- 21 avqust 2008-ci il tarixli 814
nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 23 avqust 2008-ci il, № 187, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 721)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 20 iyun 2008-ci il tarixli 780 nömrəli
Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 498) ilə "Dövlət
hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın
aparılmasına dair Təlimat"ın 25-ci bəndinin altıncı abzasında "Dövlət
Tikinti və Arxitektura Komitəsinin" sözləri "Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin" sözləri ilə əvəz
edilmişdir.
[2] 21 avqust 2008-ci il tarixli 814 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 23 avqust
2008-ci il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci
il, № 8, maddə 721) ilə 25-ci bəndinə yeni məzmunda
səkkizinci abzas əlavə edilmişdir.
[3] 22 may 2007-ci il tarixli 577 nömrəli
Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 459) ilə «Dövlət hakimiyyəti
orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına
dair Təlimat»ın 36-cı bəndində «Qadın Problemləri üzrə Dövlət Komitəsi» sözləri «Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi» sözləri ilə əvəz
edilmişdir.
0 коммент.:
Отправить комментарий