16.12.2015

SHAGİRD.AZ portalı - elm dəryasından bir damla.

Portalın yaranma tarixi və məqsəd
2009-cü ildən fəaliyyətə başlayan Shagird.az saytı bir hobbi layihə kimi nəzərdə tutulmuşdur. Veb dizaynı öyrənmək məqsədilə qeydiyyatdan keçirdiyimiz bu domeyn nə vaxtsa böyük bir layihəyə çevriləcəyini fikrimizə belə gətirmirdik.
Kiçik bir sayt kimi başlayaraq, əsas məqsədimiz lazımlı və səmərəli bir iş olmağını fikirləşirdik. Saytın istiqamətini isə hal-hazırda təqaüddə olan ömrünün 45 ilini təhsilimizə həsr edən insan - atam Babanlı Səbuhi - tərəfindən verilib. Atamın "millətinə bir xeyrin dəysin" cümləsi saytın istiqamətini bəlli etdi - TƏHSİL olmalıdır. Baxmayaraq ki, sənətimiz mühəndislikdir saytın istiqamətini təhsilə yönəltdik.
Amma ki, bir inisiativa və məqsəd hər şeyi həll etmir. Bununla əlaqədar əziz dostum iş adamı Şamil Mahmudova müraciət etdim. Dostumun dəyərli məsləhətləri və onun oğlu Orxandan aldığım bəzi ilkin Veb dizayn məlumatlardan sonra shagird.az saytına start verildi.
Saytın ilkin məqsədi özüm tərəfimdən yaradılan testlərlə başladıq. Sonralar bunun çox az olduğunu anlayandan sonra müəllimlərə müraciət etmək fikrinə düşdük. Amma ki, istədiyimiz dəstəyi ala bilmədik.
Texnologiyanı və sosial şəbəkələrin olması və inkişafı saytımıza böyük bir təkan verdi. Onu da deməliyəm ki, Facebookun köməyi ilə dost olan portalımıza bir necə müəllim dəstək verməyə başladı. Onlar haqqında məlumatları saytımızın "Təşəkkürlər" bölməsində yerləşdirmişık.
Portalımızın böyüməsində həmin müəllimlərin əməyi danılmazdır. Kollektivimizin adından onlara xüsusi minnətdarlığımızı bildirmək istəyirik.

Portal kimlər üçündür və faydası
Hal-hazırda  portalımızda 100 000 yaxın test yerləşdirilib. Testlər hədiyyə kampaniyaları zamanı, saytın test  göndərilmə forması ilə,  məktubla və s. vasitələrlə bizlərə göndərilib. Hər bir testi saytda yerləşdirərkən onu göndərənin adını və ya qeydiyyatdan keçirdiyi ləqəbi qeyr edirik.
Testlər fənn, paraqraf, fəsillərə uyğun sistemləşdirilib. Portalımız övladının oxuduğu dərsi yoxlamaq istəyən valideynlər üçün ideal vasitədir. 
6 il ərzində portalımızda on minlərlə abituriyent istifadə edərək ali məktəblərə daxil olub.
Testlərdən başqa portalımızda "Atalar sözləri", "İzahlı lüğət" bölmələri də var. Hər zaman yenilənən təhsil xəbərləri bölməsində sizlər ən yeni təhsil xəbərləri ilə tanış ola bilərsiniz.
Əyləncə xarakterli heç bir məlumat olmayan saytımızda, texnologiyanın, elmin inkişafından ən axırıncı məlumatlar yerləşdirilib.
Digər kurslar portallarını geridə qoyaraq ən böyük və dolğun məlumatı olan KURSLAR və XARİCDƏ TƏHSIL bölmələri də mövcuddur.
Portalımız hər zaman maraqlı məlumat almaq istəyən insanlar üçün gözəl bir məkandır.

Dəstək vermək və ya əməkdaşlıq etmək istəyənlər üçün
Sayt əksərən testlərdən ibarət olduğundan, özünü vətənpərvər müəllim hesab edən və biliyi ilə paylaşmaq istəyən insanlar üçün bir vasitədir. Hər göndərdiyiniz test Sizin adınızdan yerləşdiriləcək.
Əgər bir dərsə və ya elmə aid bir məqaləniz varsa göndərə bilərsiniz.
Əgər test göndərməyə belə vaxtınız yoxdursa, öz şagirdlərinizə saytımızı tövsiyə etməyiniz də böyük bir dəstək olacaq.
Bütün müəllimlərə çətin amma şərəfli işlərində müvəffəqiyyətlər arzu edirik.
Hörmətlə
Babanlı Səid Səbuhi oğlu
tel: 050 686 86 44
email: sbabanli@yahoo.com

P.S. Portalın yaradılmasında və hər gün saytda etdiyim yeniliklərdə mənəvi dayağa görə AİLƏMƏ minnətdaram.






0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.