16.12.2015

Təlimin əsas məqsədi:
Dinləyicilər hüquqi biliklərini və hüquq normalarının tətbiqi bacarıqlarını artıraraq təhsilin daha səmərəli və müasir metodlarla idarə edilməsinə (menecmentinə) nail olurlar.

Təlimin məqsədinə nail olmaq üçün tətbiq edilən standartlar:
Dinləyici,
1. Təlimin nəticəsi olaraq təhsil hüququnun konstitusional əsaslarını bilir
2. Tədris prosesinə rəhbərlik zamanı zəruri olan əmək hüquqlarını dərindən öyrənərək qanunun tətbiq edilməsi mexanizmlərini mənimsəyir
3. İşəgötürənin və işçinin hüquq və vəzifələrini bilir
4. Müsahibə yolu ilə vəzifələrinn tutulması zamanı əmək münasibətlərinin tənzimlənməsini, əmək müqaviləsinə xitam verilməsinin əsaslarını, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları bilir və tətbiq edir
5. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirləri, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halları, müdətli əmək müqaviləsinə xitam verilməsi qaydasını bilir
6. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtləri, əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatlarını, işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsini və əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçiləri və halları bilir
7. Əmək müqavilələri bağlanmasının sənədləşdirilməsini, başqa işə keçirmə və buna müvafiq digər halların sənədləşdirilməsini, əmək  müaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasını və əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu bilir
8. Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu qaydalarını, əmək müqavilələrinin və əmrlərin saxlanmasının təmin edilməsini, işçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədlərini öyrənir və tətbiq edir
9. İşçiyə arayışların, xasiyyətnamənin verilməsi və onların başqa yerlərə göndərilməsi şərtlərini bilir
10. Məzuniyyətin növlərini, əsas məzuniyyət və onun müddətlərini, pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətlərini bilir
11. Yaradıcılıq məzuniyyətləri və onların müddətlərini, ödənişli təhsil məzuniyyətləri, təhsil məzuniyyətlərinin müddətləri, işçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətlərini bilir
12. Əmək məzuniyyətlərinin verilməsi qaydasını, işçilərin iş yerinin və orta əmək haqqının saxlandığı halları, əmək və ictra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növlərini, intizam tənbehinin verilməsi qaydalarını, intizam tənbehi vermək səlahiyyəti olan vəzifəli şəxslərin dairəsini və intizam tənbehinin verilməsi şərtlərini bilir
13. İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi qaydasını və yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlərin dairəsini bilir
14. Uşaq hüquqları haqqında qanunda “uşaq və ailə”, “uşaq və cəmiyyət” və “əlverişsiz vəziyyətə düşmüş uşaqların müdafiəsi” institutlarını öyrənir
15. Xüsusi təhsilin təşkili və xüsusi təhsil sisteminin idarə edilməsini öyrənir, Stasionar şəraitdə təhsilin təşkili qaydalarını bilir
16. Azərbaycan Rerspublikasının təhsil nazirliyi haqqında Əsasnamə bilir
17. Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəsisələrində iş rejiminin tənzimlənməsini bilir
18. Ən yaxşı ümumi təhsil müəsisəsi müsabiqəsinin keçirilməsi Qaydalarını və ümumi təhsil müəsisələrinə verilmiş mükafatın istifadə istiqamətlərini və Ən yaxşı müəllim müsabiqəsinin keşirilməsi qaydalarını bilir
19. Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsini, “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə komissiya”nın yeni tərkibini bilir
20. “2011 – 2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nı bilir
21. Psixoloji –tibbi–pedoqoji komissiya barədə Əsanaməni və dövlət ümumtəhsil məktəblərinin, litseylərinin və gimnaziyalarının nümunəvi ştatları haqqında məlumatlanır
22.  Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili qaydalarını və Xüsusi təhsil müəsisələri haqqında Əsasnamə öyrənir, Formal və Fərdi təhsilin təşkili əsaslarını öyrənir
23. İnteqrasiya təlimli təhsil müəsisələrində təhsilin təşkili qayadalarını, saglamlıq imkanları məhdud şəxslərin pulsuz xüsusi təhsil almaq qaydasını və stasionar şəraitdə təhsilin təşkili qaydalarını öyrənir
24. Azərbaycan Respublikasında fasiləsiz pedoqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyasını öyrənir
25. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydasını və ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydasını bilir
26. Təhsil müəsisələrinin pedoqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsini və təhsil müəsisələrində çalışan işçilərə əlavə haqqların ödənilməsini bilir
27. Təhsil sistemində çalışan qabaqcıl işçilərin Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanı ilə təltif olunması qaydalarını və Təhsil Nazirlyinin mərkəzi aparatına və sisteminə daxil olan işçilərin vəzifə nomenkulaturasının siyahısını bilir
28. Təhsil müəsisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyənləşdirən meyarları, əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydasını bilir
29. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma qaydasını bilir
30. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəsisələrini bitirmiş və ümumi təhsil müəsisələrində işə başlamış gənc mütəxəsislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirləri öyrənir
31. Ümumi təhsilin təhsil səviyyələri üzrə müddətli və bir səviyyədən digər səviyyəyə keçid qaydalarını bilir
32. Ümumtəhsil məktəblərinin Nümunəvi Nizamnaməsini bilir
33. Məktəblərin fənn olimpiadaları haqında qaydaları, “Kiçik Akademiya” haqqında Əsasnaməni və “Ümumtəhsil müəsisələrinin Pedaqoji Şurası” haqqında Əsasnaməni bilir
34. “Ümumi təhsil müəsisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” ƏMRİ və  Ümumtəhsil məktəbləri üçün dərsliklərin nəşri, çapı və paylanması qaydalarını bilir.
35. Dövlət büdcəsindən maliyyələşən təlim–tərbiyə və təhsil müəsisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi qaydalarını bilir
36. Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsini bilir
37. Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyasını bilir
38.  Sinif rəhbəri haqqında əsasnaməni bilir
39. Ümumtəhsil məktəblərinin 1-ci sinfinə uşaqların vaxtından əvvəl qəbulu qaydalarını, “Ümumi təhsil sistemində dərslik siyasəti”ni bilir
40. Təhsil müəsisələrində iaşə və tibbi xidmətin təşkili qaydası və normalarını bilir
41.  Azərbaycan Respublikası Kontitusiyasının əsas qanun kimi əhəmiyyətini, həmçinin Konstitusiyada öz əksini tapan xalq hakimiyyəti, dövlətin əsasları, əsas azadlıqlara dair müddəalarını bilir
42.   Vətəndaşların müraciətlərinə baxılması haqqında Qanunda nəzərdə tutulan müraciətlərə baxılması qaydalarından məlumatlıdır
43.   Korrupsiyaya qarşı mübarizə haqqında qanunun əsaslarını, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektlərini, hədiyyə alma ilə əlaqədar məhdudiyyətləri, korrupsiya ilə əlaqədar hüquqpozmaları bilir
44. Vəzifə səlahiyyətləri çərçivəsində işlənə biləcək cinayət, inzibati və intizam xarakterli hüquq pozuntuları (Korrupsiya, rüşvət, vəzifə səlahiyyətlərindən sui istifadə və s.) məlumatlıdır
45. İnformasiya əldə etmək haqqında qanunu və məlumat azadlığı haqqında Azərbaycan Respublikasının qanununlarında yer alan əsas anlayışları, ictimai informasiyanın açıqlanması və sorğulara cavab verilməsi qaydalarını bilir; təhsil prosesində əmələ gələn və ya əldə edilən informasiyaların ictimai informasiya və yaxud şəxsi ailə həyatına dair informasiya olmasını fərqləndirə bilir
46.   Gənclər Siyasəti haqqında Qanununu və Gender(kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanunda nəzərdə tutulan əsas anlayışları, hüquqları bilir; əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin təhsil sahəsindəki hüquqlarını öyrənir
47. "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"dan məlumatlıdır
48. Müəllimlərin etik davranış qaydalarını bilir

49. Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydalarını bilir
50. Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlər barədə məlumatlıdır
51. Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin 17 dekabr 2013-cü il tarixli əmrindən məlumatlıdır
52. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydalarını bilir
53. “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”ndan məlumatlıdır

54. “Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar”ı bilir

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.