SİNİF RƏHBƏRİNİN SORĞU KİTABIndan....
1.Sinif valideyin iclaslarına hazırlıq valideyinlər üçün çağırış və ya
dəvətnamənin hazırlanması ilə başlayır.Bu dəvətnamədə valideyinin (ailə başçısının
)adı soyadı qeyd eidlir, iclasın keçiriləcəyi tarix ,saatı və keçiriləcəyi
otağın nömrəsi tam aydın şəkildı qeyd olunur.Eyni zamanda iclasın keçirilməsi səbəbi
yəni müzakirə olunacaq mövzu yazılmalıdır.Valideyin hansı mövzu və ya
mövzuların müzakirə olunacağını dəqiq bilməlidir. İclasın vaxtı məktəb rəhbərliyi
ilə (direktor və ya müavinlərlə) razılaşdırılmalıdır.Yaxşı olar ki dövrü (hər
3-4 aydan bir ) və vaxtaşırı ( hər ay ) keçirilən iclasların yarımillik və ya
illik cədvəli təşkilat işləri üzrə direktor müavini ilə razılaşdırılsın və eyni
zamanda şagirdin gündəliyinin arxa səhifələrinin birində yazılsın ,eyni zamanda
sinif otağında divardanda asılsın.
2.
Sinifdə ayrı-ayrı fənləri tədris edən müəllimlərə iclasın vaxtı bildirilsin. Sinifdə işləyən bütün müəllimlərin
sinif valideyin iclaslarında iştirakı vacibdir.Hər bir valideynin hüququdur ki
,öz övladı haqqında lazımı irad və təklifləri birbaşa ona o, fənni tədris edən
müəllimin özündən eşitsin. İstisna hallarda ,əgər fənn müəlliminin iş qrafiki
iclasın vaxtı ilə uzlaşmırsa ,müəllimin vacib işi olduğuna görə, dərs saatı ilə
üst-üstə düşərsə ,o zaman sinif rəhbəri həmin müəllim və ya müəllimlər ilə iclasdan öncə görüşüb söhbət aparmalı, hər bir şagird haqqında qeydlər götürməlidir ki,iclas zamanı
valideyinlərin suallarına cavab verə bilsin.
3. Sinif rəhbəri təyin olunan iclas vaxtını mütləq
məktəb psixoluqu ,kitabxanaçı və məktəb həkiminə bildirməli,onların sinif
iclasında iştirak etməsini təmin etməlidir.
Sinif
iclasları eyni zamanda valideyinlərə psixoloji və tibbi məsləhətlərin verilməsi,eyni
zamnda bu sahədə onlarda yaranmış suallara cavab verilməsi üçün əlverişli
toplantıdır.
4.Dəvətnamələrin
valideyinlərə çatıb-çatmamasını dəqiqlədirmək lazımdır. (Bir çox hallarda
şagirdlər bu dəvətnamələri evdə vermirlər ). Bu kimi hların qarşısını almaq məqsədi
ilə İKT yeniliklərində ,sosial şəbəkədən istufadə də effektiv ola bilər. Rəhbərlik
etdiyim məktəbdə bir çox sinif rəhbərləri votsap qrupu yaradaraq valideyinlərlə
daha operativ əlaqə qurmuşlar. Eyni zamanda valideyinlərin daha çox istifadə
etdikləri sosial şəbəkələrüzərində də yalnız sinif valideyinlərini əhatə edən
qruplar yaratmaq olar. Bu zaman məktəb rəhbərliyindən bir nəfər ,məktəb həkimini,psixooqu,kitabxanaçını
da həmin qruplara üzv etmək məqsədə müvafiq olardı.....
0 коммент.:
Отправить комментарий