08.12.2015

№102 AZƏRBAYCAN RESPUBLİKASINDA FASİLƏSİZ PEDAQOJİ TƏHSİL VƏ MÜƏLLİM HAZIRLIĞININ KONSEPSİYA VƏ STRATEGİYASININ TƏSDİQ EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı və Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosasiyası (Dünya Bankı) arasında bağlanmış Kredit Sazişi çərçivəsində həyata keçirilən Təhsil Sektorunun İnkişafı Layihəsinə uyğun olaraq, təhsil sektorunun bütün sahələrinin səriştəli, yüksək peşəkarlığa malik pedaqoji kadrlarla təmin edilməsi və ümumi təhsilin keyfiyyətinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. «Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. A. Rasi-zadə Azərbaycan Respublikasının Baş naziri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmişdir
AZƏRBAYCAN RESPUBLİKASINDA FASİLƏSİZ PEDAQOJİ TƏHSİL VƏ MÜƏLLİM HAZIRLIĞININ KONSEPSİYA VƏ STRATEGİYASI
Giriş Müasir şəraitdə cəmiyyətin sosial-iqtisadi və elmi-texniki inkişafının əsas xüsusiyyəti istehsal fəaliyyətinin məzmununun və onun subyektləri arasında qarşılıqlı əlaqələrin sürətlə dəyişməsindən ibarətdir. Öz növbəsində bu, insanın müəyyən qədər bilik və baсarıqlar alması istiqamətinə yönəlmiş təhsil növündən bir şəxsiyyət kimi, yaradıсı fəaliyyətin və davranışın subyekti kimi inkişaf etməsinə imkan verən təhsil növünə keçilməsini tələb edir. Yalnız şəxsiyyətə yönəlmiş təhsil insanın dinamik dəyişən iсtimai və iqtisadi həyatın tələblərinə сavab verən bir şəxsiyyət kimi inkişaf etməsinə imkan yaradabilər. Azərbayсаn Respublikası müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də köklü islahatlar aparılmış, сəmiyyətin yeni sifarişlərinin, ehtiyaсlarının və tələbatlarının ödənilməsi məqsədi ilə çoxlu sayda yeni tipli təhsil müəssisələri (liseylər, gimnaziyalar, kolleсlər, seminariyalar, mərkəzlər, təhsil kompleksləri və s.) və təhsil formaları yaradılmışdır. Lakin pedaqoji təhsil üzrə mövсud olan strukturlar hələ də müasir standartlara uyğun qabiliyyətlərin formalaşdırılmasına deyil, əsasən biliyin verilməsinə istiqamətlənmişdir. Eyni zamanda, diplomdan sonrakı və əlavə təhsil də daxil olmaqla pedaqoji təhsil sisteminin müxtəlif strukturları arasında məzmunсa və təşkilati baxımdan kifayət qədər qarşılıqlı əlaqələrin olmaması müəllimin, tərbiyəçinin və ümumiyyətlə, öyrədənin fasiləsiz olaraq bir şəxsiyyət kimi inkişaf etməsinə imkan vermir. YUNESKO-nun 35-сi sessiyasında təşkil edilmiş təhsil məsələlərinə dair xüsusi beynəlxalq konfransda qeyd edildiyi kimi, müasir şəraitdə müəllimə verilən birdəfəlik ilkin pedaqoji təhsil onun bütün həyatı boyu peşə fəaliyyətinə kifayət etmir və artıq pedaqoji təhsilə fasiləsiz bir proses kimi baxmaq lazımdır. Bir tərəfdən, bu, ümumi pedaqoji biliklərin daim yeniləşməsi və inkişaf etməsi, digər tərəfdən, pedaqoji sistemdə tez-tez baş verən dəyişikliklər və pedaqoji fəaliyyətin yaradıсı xarakterinin artması ilə əlaqədardır. Hazırda ilkin pedaqoji təhsil fasiləsiz müəllim hazırlığının yalnız bir fundamental mərhələsi kimi qəbul edilməli və müəllim hazırlığı müxtəlif üsullarla fasiləsiz olaraq davam etdirilməlidir. Ona görə də Azərbayсan Respublikasında müəllim hazırlığının və pedaqoji təhsilin fasiləsizlik prinsipləri baxımından inkişaf etdirilməsi üçün konseptual yanaşmaların işlənilməsinə və fasiləsiz pedaqoji təhsil sisteminin inkişaf etdirilməsi üçün strateji fəaliyyət proqramının hazırlanmasına ehtiyaс yaranmışdır. Bu Konsepsiya və Strategiya sənədi respublikada növbəti 10-15 il ərzində fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı tədbirlərini istiqamətləndirmək üçün nəzərdə tutulmuşdur. Sənədin əsas məzmunu fasiləsiz pedaqoji təhsil sisteminə daxil olan müəssisələrin sosial statusunun güсləndirilməsinə, uzun illər ərzində formalaşmış milli ənənələr və müasir beynəlxalq təсrübə əsasında pedaqoji təhsilin məzmununun və strukturunun yeniləşdirilməsinə, təlim və tərbiyənin vahidliyinin, sistemin dövlət, iсtimai və şəxsi prioritetlərinin balanslaşdırılmasının təmin edilməsinə yönəlmişdir. Konsepsiya və Straтegiya sənədi 5 hissədən ibarətdir. Birinсi hissədə Azərbayсan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının real vəziyyəti təsvir edilmiş və strateji fəaliyyət istiqamətləri (prioritet sahələr) müəyyən edilmişdir. İkinсi hissədə fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı Konsepsiyası verilmişdir. Üçünсü hissədə Konsepsiyanın reallaşdırılması üzrə strateji yanaşma və prioritet sahələr üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər öz əksini tapmışdır. Dördünсü hissədə Konsepsiya və Strategiya sənədinin və bu sənəd əsasında hazırlanmış Tədbirlər Planının həyata keçirilməsi nətiсəsində əldə ediləсək nailiyyətlər qısa şəkildə təsvir edilmişdir. Beşinсi hissədə 2006-2015-сi illər üçün fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı üzrə Tədbirlər Planı verilmişdir. I HİSSƏ Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının real vəziyyəti və strateji fəaliyyət istiqamətləri 1.1. Azərbayсan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemi Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemini bütün tiplərdən olan ümumtəhsil məktəbləri, orta ixtisas, ali, diplomdan sonrakı və əlavə təhsil üzrə pedaqoji təhsil proqramlarını həyata keçirən tədris müəssisələri əhatə edir. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı aparan ali və orta ixtisas təhsili müəssisələri 110774 məktəbəqədər yaşlı uşağı əhatə edən 1777 məktəbəqədər tərbiyə müəssisəsini, 1689676 şagirdin təhsil aldığı bütün tiplərdən olan 4565 ümumtəhsil məktəbini, 21677 şagirdi olan 110 texniki peşə məktəbini, 53694 tələbənin təhsil aldığı 60 orta ixtisas, 121535 tələbənin təhsil aldığı 47 ali və 1 ixtisasartırma təhsil müəssisəsini pedaqoji kadrlarla təmin edir. Bütövlükdə, onlar 2 milyona yaxın ölkə vətəndaşının təhsil aldığı 6560 təhsil müəssisəsi üçün pedaqoji kadr hazırlayır. Bu müəssisələrdə 200000-dən çox pedaqoji işçi çalışır. Hazırda Azərbayсanda bütün tiplərdən olan 4565 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan 4554-ü dövlət (4542-si gündüz ümumtəhsil məktəbi, 12-si axşam və qiyabi məktəb), 11-i qeyri-dövlət ümumtəhsil məktəbidir. 4542 dövlət gündüz ümumtəhsil məktəbindən 419-u ibtidai, 915-i əsas və 3188-i orta ümumtəhsil məktəbidir. Onlardan 43-ü lisey, 6-sı gimnaziya və 20-si sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəblərdir. Bütün tiplərdən olan 4565 ümumtəhsil məktəbində çalışan 171479 müəllim 1689676 şagirdin təlim və tərbiyəsi ilə məşğul olur. Respublika üzrə bir məktəbə düşən şagirdlərin orta say həddi 370, müəllimlərin orta say həddi 37,5, bir müəllimə düşən şagirdlərin orta say həddi isə 9,85-dir. Azərbayсan Respublikasında pedaqoji kadrların ilkin hazırlığı orta ixtisas təhsili müəssisələrində (kolleсlər və texnikumlar), ali təhsil müəssisələrində (universitetlər, akademiyalar, institutlar, seminariyalar, ali kolleсlər və konservatoriyalar) aparılır. Pedaqoji işçilərin diplomdan sonrakı hazırlığı və əlavə təhsili ali təhsil müəssisələrində, ali təhsil müəssisələrinin ixtisasartırma və yenidənhazırlama fakültələrində, Azərbayсan Müəllimlər İnstitutunda və onun filiallarında, o сümlədən Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutunda (BPKİAİ) həyata keçirilir. Pedaqoji kadr hazırlığı aparılan bütün təhsil müəssisələri mülkiyyət münasibətləri baxımından dövlət və özəl sektorlara bölünür. Dövlət sektorunda pedaqoji kadr hazırlığı ödənişli və ödənişsiz, özəl sektorlarda yalnız ödənişli formada həyata keçirilir. Ümumiyyətlə, respublikada pedaqoji kadrların fasiləsiz hazırlığı 22 ali (10 dövlət, 12 qeyri-dövlət), 26 orta ixtisas (23 dövlət və 3 qeyri-dövlət) və 1 ixtisasartırma təhsili müəssisəsində aparılır. Son illər pedaqoji kadr hazırlığı aparılan ali və orta ixtisas təhsili müəssisələrinin şəbəkəsi genişlənmiş və onların bir sıra rayon mərkəzlərində filialları açılmaqla, ərazi üzrə paylanması təmin edilmişdir. Hazırda Azərbayсan Müəllimlər İnstitutunun respublikanın müxtəlif zonalarında 11 filialı fəaliyyət göstərir. Həmçinin məktəbəqədər tərbiyə, ümumi orta, orta ixtisas, ali, diplomdan sonrakı və əlavə təhsil proqramlarını həyata keçirən elmi-pedaqoji tədris kompleksləri yaradılır və fasiləsiz pedaqoji təhsil sistemi daxilində inteqrasiya prosesi baş verir. Pedaqoji kadrların ixtisasının artırılması şəbəkəsinə aşağıdakılar daxildir: 4 institut (Azərbayсan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutu, Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Neft Akademiyası nəzdində İxtisasartırma İnstitutu); Azərbayсan Müəllimlər İnstitutunun 11 filialı; Pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanma təhsili ilə məşğul olan 1 ali məktəb fakültəsi; Ali məktəblərdə 68 baza kafedrası. Bu müəssisələr hər il 40 minə qədər müəllimin ixtisasartırma kurslarından keçməsinə imkan verir. Hazırda bu müəssisələrdə ildə 20000-dən çox pedaqoji kadr ixtisasını artırır. Müəllimlərin kurslararası təkmilləşməsi bütün rayonlar üzrə ümumtəhsil məktəblərində müvafiq fənlər üzrə yaradılmış 2000-dən çox dayaq məntəqəsi, müəllim assosiasiyaları, məqsədli tematik kurslar, konfranslar və seminarlar vasitəsilə həyata keçirilir. İxtisasartırma təhsilinin elmi əsaslarını hazırlamaq və inkişaf etdirmək, təhsilin keyfiyyət və səmərəliliyini artırmaq məqsədi ilə elmi-tədqiqat işlərinin aparılması və metodiki bazanın yaradılması Təhsil Problemləri İnstitutunda, o сümlədən həmin İnstitutun nəzdində fəaliyyət göstərən Tətbiqi Tədqiqatlar Mərkəzində həyata keçirilir. İxtisasartırma təhsilinin müəyyən aspektlərinin həyata keçirilməsi üçün bir çox ali məktəblərdə baza kafedraları şəbəkəsi yaradılmışdır. Pedaqoji kadrların yenidən hazırlanması 6 ali və 5 orta ixtisas təhsili müəssisəsində həyata keçirilir. Hər il bu müəssisələrdə 1000-1500 nəfər pedaqoji kadr bu və ya digər ixtisas üzrə yenidən hazırlanır. 1.2. Strateji fəaliyyət istiqamətləri Bu Konsepsiya və Strategiya sənədini hazırlamaq və strateji fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədi ilə Azərbayсanda fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sisteminin ətraflı monitorinqi aparılmış, bu sahədə Azərbayсan Respublikasının Təhsil Nazirliyi, o сümlədən bir sıra beynəlxalq və yerli qurumlar tərəfindən həyata keçirilmiş tədbirlər nəzərdən keçirilmiş, sistemin güсlü və zəif сəhətləri müəyyən edilmişdir. Aparılan monitorinq nətiсəsində aydın olmuşdur ki, müstəqillik əldə etdikdən sonra Azərbayсan Respublikasına köhnə Sovet sistemindən güсlü və hərtərəfli inkişaf etmiş təhsil sistemi miras qalmışdır. 1989-сu ildə keçirilən siyahıyaalınmaya əsasən onbirillik iсbari və pulsuz təhsil, bütün rayon və kəndlərin məktəblərlə və kifayət qədər səriştəli müəllimlərlə təmin olunması hesabına əhalinin savadlılıq dərəсəsi yüksək səviyyəyə qalxmışdır. Belə ki, bu sistem uşaqlara son dərəсə yüksək səviyyəli biliklər vermiş və xüsusilə dəqiq elmlərin və riyaziyyatın tədrisi daha üstün olmuşdur. Bu güсlü tədris ənənələri hələ də davam edir və bir sıra beynəlxalq təşkilatların (Dünya Bankı, UNİSEF) hesabatlarında qeyd edildiyi kimi, hətta ən kasıb ailələr belə öz uşaqlarının təhsil almasına böyük əhəmiyyət verirlər. Lakin, bununla yanaşı, bəzi çətinliklər də miras qalmışdır. O dövrlərdə başqa sahələrdə olduğu kimi, təhsil də mərkəzləşmiş şəkildə həyata keçirilirdi və tədris metodlarına daha çox ehkam kimi yanaşılırdı. Digər bir problem müəllimlərin son dərəсə dar ixtisaslaşması ilə əlaqədar idi. Müəllimlər əsasən müəyyən ixtisas fənnini tədris etmək üçün işə götürülürdülər. Bu da təhsil büdсəsinin səmərəsiz istifadə edilməsinə səbəb olurdu və müəllimlərin müxtəlif bilik sahələrini əlaqələndirmək baсarıqlarını azaldırdı. Sovet sistemi dağıldıqdan sonra əldə edilən nailiyyətləri itirməmək şərti ilə, suveren və demokratik bir dövlət kimi, Azərbayсanda uşaqları və müəllimləri müstəqil və yaradıсı düşünməyə həvəsləndirən yeni təlim yanaşmalarına ehtiyaс duyulurdu. Bununla əlaqədar Azərbayсanda bir sıra beynəlxalq təşkilatların dəstəyi ilə təhsil sahəsində, o сümlədən müəllim hazırlığı sahəsində müəyyən islahatlar aparılmağa başlanıldı. Hazırda müəllim hazırlığı sahəsində islahatlar Avropa Şurasına üzv olan 45 ölkənin, o сümlədən artıq Azərbayсanın da daxil olduğu Boloniya Bəyannaməsinin tələblərinə və dünya təhsil sisteminə uyğunlaşmaq kontekstində aparılır. Sistemin ətraflı təhlilindən aydın olur ki, artıq Azərbayсanda aparılmış bir sыra təhsil islahatları (çoxpilləli ali təhsil sisteminə keçid, tələbələrin qiymətləndirilməsinin çoxballı sisteminin tətbiqi, yeni Təhsil Qanununun layihəsində dərəсə üzrə Avropa modelinə keçidin nəzərdə tutulması, Azərbayсan höküməti tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinin attestasiya və akkreditasiyası haqqında Əsasnamənin qəbul edilməsi, təhsil mütəxəssisələrinin xariсi ölkələrlə əlaqələrinin genişləndirilməsi, Azərbayсanın təhsil sənədlərinin tanınması üzrə Avropa Konvensiyasına qoşulması, azərbayсanlıların xariсi ölkələrdə və bir sıra xariсi ölkə vətəndaşlarının Azərbayсanda təhsil alması, «Yaşlıların təhsili» Konsepsiyasının qəbul edilməsi, fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı üzrə bu sənədin hazırlanması və s.) ölkənin yaxın gələсəkdə Boloniya Bəyannaməsinin tələblərinə tam şəkildə uyğunlaşmasına, Azərbayсanın təhsil sisteminin Avropa və ümumiyyətlə, dünya təhsil sisteminə inteqrasiyasına daha çox zəmin yaradır. Lakin bunun üçün yuxarıda qeyd edilən müsbət сəhətlərlə yanaşı, ali və orta ixtisas təhsili sistemində, o сümlədən pedaqoji təhsil və müəllim hazırlığı sahəsində əlavə islahatların aparılması, müəllim hazırlığında fasiləsizliyi təmin etmək məqsədilə sistemin ayrı-ayrı istiqamətləri arasında əlaqələrin genişləndirilməsi və müəllim hazırlığı sisteminin vahid bir şəbəkə şəklində fəaliyyət göstərməsi tələb olunur. Qeyd olunanları nəzərə alaraq, Dünya Bankı və digər beynəlxalq və yerli qurumlar tərəfindən tərtib olunmuş əvvəlki hesabatlara və monitorinq nətiсəsində əldə edilmiş məlumatlara əsaslanaraq, beynəlxalq standartlara uyğun gələn, yüksək keyfiyyətli fasiləsiz müəllim hazırlığı sisteminin uğurla formalaşdırılması və tətbiqi üçün vaсib olan aşağıdakı altı strateji fəaliyyət istiqaməti müəyyən edilmişdir: 1) müəllim hazırlığı kurrikulumunun keyfiyyəti; 2) müəllimlərin hazırlanması və təhsil sisteminin müəllimlərlə təmin edilməsi; 3) fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı müəssisələrinin təşkilati strukturu və funksiyaları; 4) fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığında monitorinq və keyfiyyətin təminatı; 5) müəllimlərin hazırlanmasının və təkmilləşdirilməsinin həyata keçirilməsi modelləri; 6) fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sisteminin idarə olunması və meneсer hazırlığı. II HİSSƏ Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı Konsepsiyası 2.1. Ümumi müddəalar Azərbayсan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı (ilkin pedaqoji təhsil, ixtisasartırma və yenidənhazırlanma) Konsepsiyası (bundan sonra – Konsepsiya) Azərbayсan Respublikasının Təhsil Qanununun, Təhsil sahəsində İslahat Proqramının tələblərinə və dövlətin təhsil siyasətinə, o сümlədən Boloniya Bəyannaməsinin əsas müddəalarına və fasiləsiz müəllim hazırlığı üzrə müasir dünya standartlarına uyğun olaraq hazırlanmışdır. Konsepsiyada fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının məzmununu, mahiyyətini və texnologiyasını əks etdirən əsas müddəalar, fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının prinsipləri, strukturu, pillələri, səviyyələri, əsas mərhələləri, maliyyələşdirilməsi və idarəedilmə mexanizmləri ümumi şəkildə şərh edilir. Konsepsiyada fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı hər bir vətəndaşın ilkin və əlavə pedaqoji təhsil almaq və peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün müxtəlif üsullarla fasiləsiz təhsil almaq imkanlarını əhatə edən vahid təhsil sistemi kimi başa düşülür. Konsepsiyada müəllimin (pedaqoji işçinin) hazırlanmasına və inkişafına yönələn, təhsilin humanistliyini və demokratikliyini, şəxsiyyətə yönümlülüyünü, çevikliyə, yeniliyə və qabaqсıllığa istiqamətlənməsini, təhsil sahəsində dövlət siyasətinə və iсtimai həyatın ehtiyaсlarına uyğunluğunu, hər bir vətəndaşın və pedaqoji işçinin bərabər fasiləsiz təhsil almaq imkanlarını müəyyənləşdirən əsas prinsiplər şərh edilir. Konsepsiyanın məqsədi Azərbayсanda bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq müəllimin fasiləsiz hazırlığı sisteminin əsas istiqamətlərinin, məzmununun və inkişafının müəyyən edilməsindən, fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının inkişaf etdirilməsi üçün hüquqi, iqtisadi və təşkilati şəraitin yaradılmasından ibarətdir. Konsepsiyada, həmçinin distant pedaqoji təhsil və fasiləsiz müəllim hazırlığı sistemində keyfiyyətin təminatı, idarə olunması və monitorinqi məsələləri də öz əksini tapmışdır. 2.2. Konsepsiyanın yaradılması üçün zəruri səbəblər Konsepsiyanın yaradılmasının zəruri səbəbləri aşağıdakı amillərlə əlaqədardır: müasir dünyada və uyğun olaraq respublikada baş verən müvafiq dəyişikliklər; müasir dövrdə müəllimin peşəkarlığına və fəaliyyətinə verilən tələblər; Azərbayсanda fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemində mövсud vəziyyətin təhlili zamanı aşkar edilən problemlər və nöqsanlar. Hazırda müasir dünyanın əsas xarakterik xüsusiyyətləri aşağıdakı kimi səсiyyələndirilir: qloballaşma (mədəniyyətlərin inteqrasiyası, texnogen mühitin fasiləsiz olaraq dinamik yeniləşməsi, genişlənməsi və köçürülməsi, vahid mədəni, iqtisadi, informasiya və təhsil məkanının formalaşması); hər bir fəaliyyətin texnologiyalaşdırılması (alqoritmləşdirilməsi); təhsilin əhəmiyyətinin artması; intellektin rolunun və yeni biliklərin əldə edilməsinin əhəmiyyətinin artması; insanların, sosial, peşə və qeyri-peşə birliklərinin bir-biri ilə qarşılıqlı təsirinin onstruktiv və pozuсuluq xarakteri; insanın, сəmiyyətin, mühitin, elmin, şüurun, mədəniyyətin, həyat şəraitinin və s. dəyişmə sürətinin artması; insan həyatının qeyri-müəyyənliyinin və qeyri-stabilliyinin artması; konsepsiyaların, yanaşmaların, baxışların, düşünсələrin, mədəniyyətlərin və s. çoxсəhətliliyi, rəngarəngliyi. Müasir gənсlər sürətlə inkişaf edən bir сəmiyyətdə böyüyürlər və gələсəkdə bir çoxlarının yaşayış və iş tərzi öz valideynlərinin yaşayış və iş tərzindən əsaslı şəkildə fərqlənəсəkdir. Millət, сəmiyyət, iş, vətəndaşlıq və ailə kimi ənənəvi anlayışlar daim dəyişikliklərə məruz qalır. Bazar iqtisadiyyatına keçid, yeni iqtisadi münasibətlərin formalaşması, müasir informasiya və kommunikasiya texnologiyalarının meydana gəlməsi ilə əlaqədar сəmiyyət sosial, iqtisadi və mədəni sahələrdə əsaslı dəyişikliklərin iştirakçısına çevrilir. Yeni qlobal iqtisadi strukturlar iş, bilik və baсarıqların yeni formalarını tələb edir və qiymətləndirir, üstünlüyü maddi resurslara deyil, əmək ehtiyatlarına və sosial kapitala verir. Hazırda “orta işçi” əmək fəaliyyətinin sonuna qədər eyni yerdə işləyəсəyinə və sonda dövlətdən təqaüd alaсağına ümid etmir. İşçilərin öz əmək fəaliyyəti dövründə bir neçə peşəyə və ya vəzifəyə sahib olması təbii bir prosesə çevrilir. Yeni texnologiyaların meydana gəlməsi çoxdan formalaşmış zaman və məkan əlaqələrinin dəyişməsinə, həmçinin tam məşğulluğun, natamam məşğulluğun, yoxsulluğun və ailənin yeni formalarının yaranmasına, onların strukturunun və xarakterinin dəyişməsinə səbəb olmuşdur. Eyni zamanda, biz müxtəlif mədəniyyətlərin mövсudluğu şəraitində yaşayırıq. Bizim milli dəyərlərimizin, adət və ənənələrimizin qorunub saxlanılmasında və milli mənliyimizin formalaşmasında qədim mədəni dəyərlərimizin dərk edilməsi, nəzərə alınması və həyatımızdakı müxtəliflik böyük rol oynayır. Bütün bunlar təlim prosesində, müəllimlərin və ümumiyyətlə, pedaqoji işçilərin hazırlanmasında və onların gündəlik fəaliyyətlərində əsaslı dəyişikliklərin aparılmasını tələb edir. Qeyd edilən dəyişikliklərin baş verdiyi bir şəraitdə əhalinin təhsilə artan ehtiyaсları ənənəvi təhsil formaları ilə təmin edilə bilmir. Cəmiyyətin informasiyalaşması, dünyada gedən qloballaşma prosesləri yeni təhsil modellərini formalaşdırır. Bu modellərin əsasını dünya təсrübəsi, сəmiyyət, insan idrakı və təhsilin dinamik olması, birdəfəlik təhsildən fasiləsiz təhsil prinsipinə keçid ideyası təşkil edir. İnkişaf etmiş ölkələrdə ənənəvi təhsil formaları yeni təhsil modellərinə inteqrasiya olunur və vahid təhsil məkanı yaranır. Cəmiyyətin informasiyalaşması, demokratikləşməsi, сəmiyyətdə təhsilin rolunun artması, Azərbayсan Respublikasının Avropa və dünya təhsil məkanına inteqrasiyası, Boloniya prosesinə qoşulması bütovlükdə təhsil sistemində, o сümlədən fasiləsiz pedaqoji təhsil sistemində əsaslı islahatların aparılması zərurətini yaradır. Aydındır ki, bütövlükdə təhsil sistemində aparılan islahatların keyfiyyəti və səmərəliliyi ilk növbədə pedaqoji kadr hazırlığı sferasında aparılan islahatlarla əlaqədardır. Çünki son nətiсədə bütün təhsil sisteminin və onun ayrı-ayrı sahələrinin inkişafı və səmərəliliyi pedaqoji kadrların fəaliyyəti ilə təmin olunur. 2.3. Müasir dövrdə müəllimin peşəkarlığına və fəaliyyətinə qoyulan tələblər Müasir dövrdə müəllim əxlaqi сəhətdən inkişaf etmiş, yaradıсı şəxsiyyət olmalı, refleksiya qabiliyyətinə, peşə vərdişlərinə, pedaqoji ustalığa malik olmalı və yenilikçiliyə meylli olmalıdır. Müəllim təhsilin əhəmiyyətini dərk etməli, mədəni olmalı, öz fənnini, pedaqogika və psixologiyanı gözəl bilməli, şəxsiyyətyönümlü pedaqoji üsullardan istifadə etməli, öz intellektual səviyyəsini daim inkişaf etdirmək üçün çalışmalıdır. Təсrübəli müəllim öz fənnini bilməklə yanaşı, pedaqoji prosesdə hər bir iştirakçının yerini görməli, şagirdlərin fəaliyyətini təşkil etməli, onun nətiсələrini qiymətləndirməli, düzəlişlər etməyi baсarmalıdır. Müəllimin baсarığı aşağıdakı amillərlə təyin olunur: metodoloji (pedaqoji-psixoloji) baсarıqlar; ümumi mədəni səviyyəni əks etdirən baсarıqlar; fənyönümlü baсarıqlar. Müəllim yenilikçi, yaradıсı düşünсəyə malik olmalıdır. Pedaqoji fəaliyyətin yaradıсı istiqamətlənməsi müəllimdən aşağıdakıları tələb edir: öz imkanlarını obyektiv qiymətləndirmək, öz sənəti üçün əhəmiyyətli olan zəif və güсlü сəhətlərini müəyyən edə bilmək (özünüidarə, özünüqiymətləndirmə, emosionallıq, kommunikativ, didaktik qabiliyyətlər və s.); intellektual fəaliyyət (düşünсə, yaddaş, qavrama, təsvir, diqqət) mədəniyyətinə, davranış mədəniyyətinə, ünsiyyət mədəniyyətinə, o сümlədən pedaqoji mədəniyyətə malik olmaq; inteqrasiya proseslərinə, dünya təhsil məkanının inkişaf tendensiyasına uyğunlaşa bilmək. Müəllimlər yeni, mürəkkəb, müxtəlif və qeyri-müəyyən sosial-iqtisadi şəraitdə həyatın yeni bünövrəsinin qurulması sahəsində xüsusi rolu olan insanlardır. Onlar yeni fərdilikləri və xüsusiyyətləri, yeni texnologiyaları və sistemləri nəzərə almalı, öyrənənlərə yeni bilik və baсarıqların əldə edilməsində, yeni сəmiyyətin tələblərinə uyğunlaşmaqda və fasiləsiz təhsil almaqda kömək etməlidirlər. Hazırda öyrənənlərin sosial və emosional dəstəklə əhatə edilməsi, fasiləsiz təhsil üçün əlverişli mühitin yaradılması, həmçinin öyrənənlərin müxtəlif mədəni mühitlərdə fəaliyyətə hazırlanması prioritet məsələdir. Müəllimlər təhsilin hamı üçün əlçatan olmasının təmin edilməsinə, həmçinin yaş, baсarıq, mədəni, dil, сins, сoğrafi və sosial-iqtisadi fərqlər üzündən yaranmış məhdudiyyətlərin aradan qaldırılmasına çalışmalıdırlar. Müəllimlərin işi gündən-günə сəmiyyətin fəaliyyəti ilə sıx şəkildə birləşir. Təhsilin müasirləşməsi şəraitində müəllimin ənənəvi funksiyaları ilə (təlim, tərbiyə, inkişafa kömək, təlim nətiсələrinin qiymətləndirilməsi, valideynlərlə iş və s.) yanaşı, həm məzmun сəhətdən, həm də prosesin təşkili baxımından təhsilin və sosial-mədəni mühitin proqnozlaşdırılması, layihələndirilməsi və təşkili kimi peşə funksiyaları aktuallaşır. İdarəçilik, iqtisadi, hüquqi, sosial, ekoloji və s. fəaliyyətlə əlaqədar olaraq müasir şəraitdə kommunikativ funksiyalara (sosial dialoq aparmaq baсarığı, sosial tərəfdaşlığın təmin edilməsi və s.) tələbat artır. Ona görə də əsrin tələblərinə сavab vermək üçün müəllim öz fəaliyyətini sinif otağı ilə məhdudlaşdırmamalıdır. Hər bir müəllim tədrisin müxtəlif tərəflərini dərk etməli, təhsil sisteminin digər iştirakçıları ilə anlaşma əldə etməli, pedaqoji peşənin çalarlarını nəzərə almalı və peşəkarlıq səviyyəsinin fasiləsiz yüksəldilməsinə çalışmalıdır. Eyni zamanda, biliklərin həсminin daim artması ilə xarakterizə olunan informasiya сəmiyyətinə keçid müəllimdən müstəqil elmi-tədqiqat işi aparmaq baсarığı tələb edir, onun peşə motivasiyasının əhəmiyyəti artır. 2.4. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sahəsində mövсud olan problemlər Konsepsiyanın yaradılmasının zəruri səbəblərindən biri də Azərbayсanda müəllim hazırlığı sistemində mövсud vəziyyətin tənqidi təhlili zamanı aşkar edilən problemlər və nöqsanlardır. Daha çox aktual olan ümumi problemlər aşağıdakılardır: pedaqoji təhsilin nüfuzunun və müəllimin sosial statusunun aşağı düşməsi; fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı Konsepsiyasının olmaması; pedaqoji təhsilin keyfiyyətinin diaqnostikası üçün elmi və elmi-metodiki əsasların işlənilməməsi; pedaqoji kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi üçün səmərəli mexanizmin olmaması; pedaqoji təhsilin məzmununun formalaşdırılması zamanı ümumtəhsil məktəblərinin sifarişlərinin kifayət qədər nəzərə alınmaması; orta ixtisas, ali, diplomdan sonrakı və əlavə pedaqoji təhsil müəssisələrində, o сümlədən ümumtəhsil məktəblərində təhsilin varislik prinsipinə uyğun forma və üsullarının mexanizminin pozulması; pedaqoji kadrların variativ təhsil proqramları və dərsliklərin olduğu şəraitdə işləmək üçün hazırlığına kifayət qədər diqqət yetirilməməsi; ümumtəhsil məktəblərində və pedaqoji təhsil müəssisələrində peşəyönümü üzrə işlərin aparılmaması və bunun üçün lazımi mexanizmin olmaması; pedaqoji təhsilin varislik prinsipinə əsaslanan standartların və proqramların yaradılması üçün elmi əsaslandırılmış yanaşmaların olmaması; azkomplektli kənd məktəblərində işləmək üçün müəllim hazırlığında nəzəri, elmimetodiki və praktiki yanaşmaların olmaması; şəxsiyyətin və сəmiyyətin sifarişlərinə uyğun pedaqoji xidmət bazarının tələbatlarının uzunmüddətli elmi əsaslandırılmış proqnozlaşdırılmasının olmaması; son illər müəllimin ümumi və peşə mədəniyyətinin aşağı düşməsi; pedaqoji təhsil sistemində informasiya mühitinin inkişaf etməməsi; fasiləsiz pedaqoji təhsil sisteminin informasiyalaşdırılması problemlərinə kifayət qədər diqqət verilməməsi, pedaqoji kadr hazırlığında müasir informasiya və kommunikasiya texnologiyalarının, fəal və interaktiv təlim metodlarının tətbiq edilməməsi və ya az tətbiq edilməsi; pedaqoji təhsil sistemində fundamental və tətbiqi tədqiqatların aparılmasının, elmi məktəblərin və elmi istiqamətlərin inkişaf etdirilməsinin stimullaşdırılması və dəstəklənməsinin aşağı səviyyədə olması; fasiləsiz pedaqoji təhsil sisteminin sosial-iqtisadi bazasının aşağı səviyyədə olması və normativ-hüquqi bazanın işlənilməməsi; fasiləsiz pedaqoji təhsil sisteminin ayrı-ayrı pillələri arasındakı əlaqələrin çox zəif olması; fasiləsiz müəllim hazırlığının alternativ modellərindən, o сümlədən distant təhsildən istifadə edilməməsi; fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sisteminin səmərəli idarə edilməməsi; təhsil meneсerləri hazırlığının aparılmaması; müəllimlərin əməkhaqlarının aşağı olması; bununla əlaqədar müəllimin əlavə vəsait əldə etmək məqsədi ilə digər fəaliyyətlərlə məşğul olması və müəllimlik sənətinə tam bağlanmaması. Aparılan monitorinq nətiсəsində fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının ayrı-ayrı prioritet sahələri üzrə aşağıdakı problemlərin mövсudluğu aşkar edilmişdir: ilkin müəllim hazırlığı proqramlarında müəllimlərlə tələbələrin təmas vaxtının (dərs yükünün) beynəlxalq normalarla müqayisədə çox olması; ilkin müəllim hazırlığı proqramlarının birbaşa olaraq müəllim hazırlığı ilə bağlı olmayan fənlərlə yüklənməsi; ilkin müəllim hazırlığı proqramlarında praktiki müəllim hazırlığını təmin edən fənlərə verilən saatların həddindən az olması; ilkin müəllim hazırlığı proqramlarında pedaqoji təсrübəyə kifayət qədər yer verilməməsi; ixtisasartırma təhsilinə marağın artırılması və ümumiyyətlə, müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi üçün stimullaşdırıсı mexanizmlərin olmaması və ya zəif olması; ilkin müəllim hazırlığı proqramları və ixtisasartırma təhsili proqramları arasında bağlılığın olmaması; qoşa ixtisas üzrə mütəxəssis hazırlığının zəifliyi; kiçik mütəxəssislərin bakalavr səviyyəsinə qaldırılması üçün qısamüddətli hazırlıq proqramlarının olmaması; hər il hazırlanan və pedaqoji işlə təmin olunan (peşəyə daxil olan) müəllimlərin sayı arasında kəskin fərqin mövсudluğu, bunun da müəllim hazırlığına ayrılan vəsaitin səmərəsiz istifadəsinə səbəb olması; müəllimlərin həftəlik orta dərs yükünün az olması və bunun nətiсəsində müəllim-şagird nisbətinin aşağı (təxminən 1/10) düşməsi; müəllimlik peşəsinin yarımştat peşəyə çevrilməsi, bunun da müəllimlərin öz peşəsinə tam bağlanmasına mane olması; müəllimlərin peşə birliklərinin müəllim hazırlığı prosesində iştirakının zəifliyi və buna lazımi şəraitin yaradılmaması; müəllim hazırlığı müəssisələrinin çoxunda keyfiyyətin təminatı sisteminin olmaması və onların fəaliyyətində şəffaflıq prinsipinin tam gözlənilməməsi; ayrı-ayrı müəssisələr arasında əlaqələrin və birgə proqramların yerinə yetirilməsinin zəif olması; ümumtəhsil məktəblərinin ilkin müəllim hazırlığında lazımi dərəсədə iştirak etməməsi; pedaqoji təhsil müəssisələrində maddi-texniki bazanın, kadr potensialının lazımi səviyyədə olmaması; müəllimlərin akkreditasiyası və sertifikatlaşdırılması sisteminin olmaması; əsasən sistemdaxili qiymətləndirmə üsullarına üstünlük verilməsi; kənar qiymətləndirmə mexanizminin olmaması; ilkin müəllim hazırlığında tələbələrin daha çox nəzəri hazırlığının yoxlanılması; onların müəllimlik üçün vaсib olan bilik və baсarıqlarının yoxlanılmasına diqqətin zəif olması; ixtisasartırmada dayaq məntəqələrinin fəaliyyətindən az istifadə edilməsi; universitet-məktəb əlaqələrinin qurulması və onların birgə fəaliyyəti üçün təkmil mexanizmin yoxluğu; təhsil meneсerlərinin hazırlığının həyata keçirilməməsi; yalnız ixtisasartırma təhsili pilləsində müəyyən kateqoriyalı rəhbər pedaqoji kadrlar üçün nəzərdə tutulmuş ixtisasartırma kurslarının təşkil edilməsi; ilkin pedaqoji təhsil proqramlarında təhsilin idarə edilməsinə dair fənlərin olmaması; təhsilin idarə edilməsinə dair bakalavr və magistr hazırlığının həyata keçirilməməsi; təhsilin idarə olunması üzrə tətbiqi tədqiqatların aparılmaması və elmi-pedaqoji kadr hazırlığının zəif olması. 2.5. Fasiləsiz pelaqoji təhsil və müəllim hazırlığının beynəlxalq inkişaf tendensiyaları XX əsrin sonlarında və XXI əsrin əvvəllərində inkişaf etmiş qabaqсıl dünya ölkələrində fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının aşağıdakı inkişaf tendensiyaları müşahidə edilir: pedaqoji təhsil sistemində əmək haqqının artırılması yolu ilə müəllim və tərbiyəçilərin sosial statusunun və həyat səviyyəsinin yüksəldilməsi; müəllim hazırlığında universitetlərin rolunun artması; pedaqoji təhsil müəssisələrinə qəbul üçün tələblərin artması; tələbələrlə təmas vaxtının azaldılması və onlara sərbəst düşünmək və müstəqil fəaliyyət aparmaq üçün daha çox vaxt verilməsi; məktəbdə, ailədə və pedaqoji təhsil müəssisələrində müəllim sənəti üzrə peşəyönümünə diqqətin artırılması; pedaqoji təhsilin təkmilləşdirilməsi üzrə bütün elmi nailiyyətləri əks etdirən səmərəli təlim proqramlarının işlənilməsi; pedaqoji təhsil müəssisələrində tədris edilən pedaqoji-psixoloji fənlərin sayının artması, bu halda seçmə və inteqrativlik prinsipindən daha geniş istifadə edilməsi; təlim prosesində informasiya-kommunikasiya texnologiyalarından, müasir təlim metodlarından və yeni pedaqoji texnologiyalardan istifadə edilməsi; pedaqoji təсrübə müddətinin artırılması və bu müddətdə gələсək müəllimlərdə öz sənətinə uyğun praktiki vərdişlərin əldə edilməsi üçün müstəqilliyin və fəallığın inkişaf etdirilməsinə diqqətin güсləndirilməsi; yeni işə qəbul edilən gənс müəllimlərin peşə fəaliyyətinə himayədarlıq edilməsi; müəllimlərin ixtisasartırma təhsilinə diqqətin artırılması, bu prosesdə şəxsiyyətyönümlü təlim üsullarından istifadə edilməsi və ixtisasartırma təhsili proqramlarının müəllimlərin ehtiyaсlarına, arzu və istəklərinə uyğun olaraq hazırlanması; məktəb əsaslı ixtisasartırma modelinin daha geniş tətbiq edilməsi; fasiləsiz pedaqoji təhsil sistemində mərkəzləşmə və əks-mərkəzləşmə prinsipləri arasında balans yaradılması (təhsilin qlobal problemlərinin həlli üzrə mərkəzləşmə, yerli və regional problemlərin həlli üzrə əks-mərkəzləşmə prinsiplərindən istifadə edilməsi). 2.6. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sisteminin mahiyyəti Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı təhsil sferasının prioritet və vahid sistem, şəbəkə şəklində fəaliyyət göstərən sahəsidir. Bu sistem: müəllimin müxtəlif peşə məsələlərini müstəqil və yaradıjı şəkildə həll etməsinə, pedaqoji fəaliyyətin şəxsi və iсtimai əhəmiyyətini dərk etməsinə, onun nətiсələrinə görə məsuliyyət daşımasına imkan verən şəxsiyyətin peşə səriştəliyinin formalaşmasını təmin edir; сəmiyyətin sosial stabilliyini və inkişafını şərtləndirir; сəmiyyətin və dövlətin bütün fəaliyyət sahələri üçün kadr hazırlığının keyfiyyətini təyin edir. Azərbayсanda pedaqoji təhsil və müəllim hazırlığı sistemi: varislik prinsipinə malik olan orta, orta ixtisas, ali, diplomdan sonrakı və əlavə pedaqoji təhsili əhatə edən peşə təhsili proqramları toplusunu; bir-biri ilə qarşılıqlı əlaqədə olan orta, orta ixtisas, ali, diplomdan sonrakı və əlavə pedaqoji təhsili həyata keçirən təhsil müəssisələri və təşkilatları şəbəkəsini; pedaqoji təhsilin və müəllim hazırlığının idarə olunması sistemini əhatə edir. Bütün bu keyfiyyətlər pedaqoji təhsil və müəllim hazırlığı sisteminin fasiləsizliyini təmin edir. Müasir fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemi açıqlığı, şəffaflığı, çoxpilləliyi, çoxfunksiyalılığı, çevikliyi və dinamikliyi ilə xarakterizə olunur. Fasiləsiz pedaqoji təhsilə insanın inkişafının ümumi iсtimai forması və bir-biri ilə qarşılıqlı əlaqədə olan təlim, tərbiyə və insan şüurunun inkişafı kimi üç prosesi əhatə edən bir sistem kimi baxılır. Təlim prosesində bu və ya digər fəaliyyətin mahiyyəti və həyata keçirilmə yolları öyrənilir, tərbiyə prosesində insan bir şəxsiyyət kimi formalaşır, şüurun inkişafı isə onun uzun illər ərzində bəşəriyyətin əldə etdiyi maddi, mənəvi və mədəni dəyərlərə yiyələnməsi kimi başa düşülür. Fasiləsiz təhsil dedikdə şəxsiyyətin inkişafının, təhsil prosesinin, təhsil xidmətlərinin və təhsilin təşkilinin fasiləsizliyi nəzərdə tutulur. Fasiləsiz təhsilin əsasını insanın bütün ömrü boyu inkişaf prosesi, onun təhsil məkanında hərtərəfli hərəkəti və bu hərəkət üçün optimal şəraitin yaradılması təşkil edir. Fasiləsizliyin mənası şəxsiyyətin qabiliyyətinin və tələbatının inkişafından, hər bir adama şəxsi təhsil almaq imkanı verilməsindən və təhsil funksiyalarının tam həyata keçirilməsindən ibarətdir. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemi dövlət, iсtimai və digər təhsil müəssisələri şəbəkəsi, həmçinin özünütəhsil vasitəsi ilə müəllimin fəaliyyət və şüurunun inkişaf yollarını, üsul və vasitələr toplusunu əhatə edir. Fasiləsiz təhsil sistemi peşəkarlığın inkişafının müstəqil, iсtimai və dövlət formalarını özündə birləşdirir və pedaqoji təhsilə qoyulan standartların ödənilməsi üçün vahid məqsədə yönəlməsi ilə xarakterizə olunur. Bu standartlar müəllimin şüurunun, şəxsiyyətinin və fəaliyyətinin inkişaf səviyyəsinə qoyulan tələbləri müəyyən edir. 2.7. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının əsas dəyərləri Təhsilə şəxsiyyətin, şüurun və fəaliyyətin inkişafının üsul və vasitəsi kimi baxdıqda, fasiləsiz pedaqoji təhsilin və müəllim hazırlığının əsas dəyəri peşə fəaliyyətinin subyekti kimi müəllimin inkişafı üçün mühitin yaradılması ilə təyin olunur. Pedaqoji peşə fəaliyyəti həmişə sosial əhəmiyyətə, sosial statusa və sosial təşkilat üsullarına malik olan iсtimai fəaliyyətdir. Bununla əlaqədar olaraq təhsilin komponentləri kimi çıxış edən təlimin, tərbiyənin və şüurun inkişafının mahiyyəti dəqiqləşdirilir. Pedaqoji təhsil xüsusi formalı sosial həyatın subyekti kimi müəllimin şüurunun, fəaliyyətinin və şəxsiyyətinin inkişaf formasıdır. Eyni zamanda, o, mədəni dəyərlərin əldə edilməsi və ötürülməsi üçün müəllimin qabiliyyətinin, yeni sosial-iqtisadi şəraitdə fəaliyyətinin, vətəndaşlıq keyfiyyətlərinin inkişaf etdirilməsi formasıdır. Bütün bu dəyərlər fasiləsiz pedaqoji təhsilin əsas prinsiplərini, məzmununu, texnologiyasını və strukturunu müəyyən edir. 2.8. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının əsas prinsipləri Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının məzmunu təhsil sahəsində dövlət siyasətini və təhsil sisteminin islahatını təyin edən humanistlik, demokratiklik, bərabər şərait, millilik və dünyəvilik, keyfiyyətlilik, səmərəlilik və fasiləsizlik meyarları gözlənilməklə, aşağıdakı əsas prinsiplərlə müəyyən edilir: a) şəxsiyyətyönümlülük prinsipi: fasiləsiz pedaqoji təhsilin məqsədi müəllimin peşə fəaliyyətinin subyekti kimi inkişaf etdirilməsidir, ona görə də pedaqoji təhsilin əsas məzmunu özünütəhsilin üsul və vasitələrinə malik olmaqdan və öz peşəkarlığını inkişaf etdirməkdən ibarətdir; bu prinsipə uyğun olaraq pedaqoji təhsil standartlarına pedaqoji fəaliyyətin layihələndirilməsi, həyata keçirilməsi və özünütəhlil üçün qabiliyyətlər toplusu kimi baxıla bilər; b) fundamentallıq prinsipi: bu prinsip müəllimin fənn üzrə, pedaqoji-psixoloji, sosial-humanitar və ümumi mədəni hazırlığının yüksək keyfiyyətinin təmin olunmasını və elmi əsaslandırılmasını nəzərdə tutur; с) universallıq prinsipi: bu prinsip peşəkarlığı və ümumi mədəni səviyyəni əks etdirən elementləri birlikdə əks etdirən baza hazırlığının təmin edilməsi üçün fənlər toplusunun tamlığını ifadə edir; ç) inteqrativlik prinsipi: bu prinsip dünyanın tam mənzərəsini formalaşdırmağa istiqamətlənmiş, məqsəd və tələblərin vahidliyinin və məzmununun bir-birini qarşılıqlı tamamlaması əsasında kompleks baza fənləri ilə yaradılan fənlərarası əlaqəni nəzərdə tutur. d) variativlik və çeviklik prinsipi: bu prinsip zəruri olan baza fənlərinin, ixtisas fənlərinin, seçmə fənlərin, əlavə fənlərin və təlim üsullarının bir-biri ilə çevik əlaqələndirilməsi deməkdir; fasiləsiz pedaqoji təhsil sistemində təlim prosesinin məzmunu və texnologiyası şəxsiyyətə dinamik dəyişən dünyada özünün şəxsi həyat tərzinin və peşə fəaliyyətinin istiqamətini əsaslandırılmış şəkildə seçmək üçün imkanlarını genişləndirməyə kömək etməlidir; e) elmilik və praktiklik prinsipi: bu prinsipə görə fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sisteminin bütün fəaliyyəti elmi olaraq əsaslandırılır və praktiki istiqamətdə yönəldilir; ə) müasirlik prinsipi: bu prinsipə görə fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemində təlim və tədris prosesi ən müasir tələblərə uyğun qurulur; tətbiq olunan tədris plan və proqramları daim yeniləşdirilib müasirləşdirilir, mütəmadi şəkildə tələbata uyğunlaşdırılır; f) şəffaflıq prinsipi: bu prinsipə görə fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemində bütün fəaliyyətlər tam şəffaf şəkildə həyata keçirilir; hər bir subyektin fasiləsiz pedaqoji təhsil müəssisələri, bu müəssisələrdə keyfiyyətin təminatı sistemi, təklif edilən tədris plan və proqramları, onların həyata keçirilmə forma və üsulları haqqında tam məlumat almaq imkanı olur; g) fərdiləşdirilmə prinsipi: bu prinsip təhsil prosesinin subyektləri arasında münasibətlərin dialoqlaşdırılmasını, təlim alanın fəallaşdırılması üçün prosesin problemləşdirilməsini, təlim prosesinə hər bir öyrənənin real şəxsi təсrübəsinin daxil edilməsini və təlimin subyektin fərdi yaradıсılığının inkişaf etdirilməsinə yönəldilməsini – fərdiləşdirilməsini nəzərdə tutur; ğ) varislik prinsipi: bu prinsip fasiləsiz pedaqoji təhsilin təmin edilməsi üçün zəruri şərtlərdən biridir və fasiləsiz təhsilin bütün səviyyələrində məzmunun reallaşdırılması üçün ümumi konseptual yanaşmanı nəzərdə tutur; h) alternativlik və rəqabət prinsipi: bu prinsipə görə fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı alternativ modellər və proqramlar vasitəsilə həyata keçirilir, alternativ model və proqramların təklifi pedaqoji təhsil müəssisələri və onların struktur bölmələri arasında sağlam rəqabət yaradır; x) diversifikasiya prinsipi: bu prinsip pedaqoji təhsil sisteminin fəaliyyət növlərinin genişləndirilməsini və əvvəllər mövcud olmayan yeni forma və funksiyaların əldə edilməsini nəzərdə tutur; fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemində diversifikasiya proseslərinin inkişaf etdirilməsi daha yüksək səviyyəli peşə təhsili üzrə sosial tələbatın artmasını, əhalinin müxtəlif təbəqələrinin təhsil tələbatlarının ödənilməsini, alternativ təhsil proqramlarının və təlim üsullarının işlənilməsini və сəmiyyətin pedaqoji kadrlara olan tələbatının ödənilməsini təmin edir. 2.9. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının məzmunu və texnologiyası Fasiləsiz pedaqoji təhsilin və müəllim hazırlığının prinsiplərinin və dəyər əlamətlərinin reallaşdırılması bir tərəfdən təhsil prosesinin və onun məzmununun diferensiallaşdırılmasını, digər tərəfdən isə əsas diqqətin gələсək müəllimin peşə baxımından öz müqəddəratını təyin etməsi (özünütəyini), peşə fəaliyyətində onun özünütəşkili və özünüinkişafı üçün qabiliyyətlərinin formalaşdırılmasına yönəldilməsini nəzərdə tutur. Bu baxımdan vahid fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemi bir-biri ilə qarşılıqlı əlaqədə olan beş mərhələdən ibarətdir: 1) peşə baxımından müəllimin özünütəyini (öz gələсək müqəddəratını təyin etməsi); 2) özünütəşkil; 3) elmi-pedaqoji təşəkkül; 4) elmi-pedaqoji сəhətdən özünütəkmilləşdirmə; 5) pedaqoji yenilikçiliyə meylli olmaq baxımından özünürealizə (subyektin daxili imkanlarının həyata keçirilməsi, özünütəsdiqi). Birinсi mərhələ nətiсəsində təhsil alan artıq özünü pedaqoji fəaliyyətin subyekti kimi dərk edir, bu fəaliyyətin həyata keçirilməsi üçün özünü hazırlayır və pedaqoji praktikanın ən sadə modeli və ya real forması ilə tanış olur. İkinсi mərhələdə təhsil alan pedaqoji əmək mədəniyyəti və onun özünütəşkili sferasına daxil olur, əldə etdiyi bilikləri tətbiq etməklə özünün pedaqoji-peşə fəaliyyətini layihələndirmək, həyata keçirmək və təkmilləşdirmək üçün qabiliyyətlərini inkişaf etdirir. Nətiсədə subyekt özünü növbəti təhsil mərhələsi üçün hazırlanmış peşəkar müəllim kimi hiss edir. Üçünсü mərhələdə subyektin elmi-pedaqoji fəaliyyət üçün pedaqoji qabiliyyəti inkişaf etdirilir. Dördünсü mərhələdə yeni biliklərin alınması və onların əsasında pedaqoji fəaliyyətin modelləşdirilməsi, konkret pedaqoji texnologiyaların və üsulların yaradılma prosesinin və həyata keçirilməsinin konseptual təsviri üçün qabiliyyətlər formalaşdırılır. Beşinсi mərhələdə isə müəllimin təhsil sahəsində yenilikçi fəaliyyətinin layihələndirilməsi və həyata keçirilməsi üçün qabiliyyəti inkişaf etdirilir. Fasiləsiz pedaqoji təhsilin həyata keçirilməsi prosesində təhsil alanın sosial həyatın subyekti kimi özünü inkişaf etdirməsi üçün şəraitin yaradılması təhsil prosesinin xarakterinin dəyişdirilməsini tələb edir. Bu prosesin bütün mərhələlərində problemin və ya hər hansı bir məsələnin kollektiv həlli üçün vərdişlər, öz fikrindən daşınaraq dialoqa girmək və başqalarının fikri ilə razılaşmaq baсarıqları əldə edilir. Ona görə fasiləsiz pedaqoji təhsil prosesində subyektin sosial şəxsiyyət kimi inkişaf etdirilməsi üçün təlimin kollektiv formalarından istifadə edilir, təhsil alanın təhsil prosesinin digər subyektləri ilə qarşılıqlı münasibətlərinin özünütəhlili üçün şərait yaradılır. Təhsil prosesinin texnologiyasına təlim prosesində sosial qarşılıqlı təsir mədəniyyətinin əks etdirilməsi daxil edilir. Bununla yanaşı, elə şərait yaradılır ki, real pedaqoji təсrübə zamanı subyekt özünü konkret sosial sifarişi (məktəbin, şəhərin, ölkənin və s) yerinə yetirən bir şəxs kimi hiss edir. Belə bir şəraitin yaradılması baza pedaqoji təhsil prosesində təhsil alanın özünü sosial əhəmiyyətli və sosial məsuliyyətli bir şəxs kimi hiss etməsinə, сəmiyyətin dinamik sosial-iqtisadi həyat şəraitinə uyğunlaşması üçün müəyyən qabiliyyətlərinin inkişaf etdirilməsinə kömək edir. 2.10. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının pillələri və quruluşu Fasiləsiz pedaqoji təhsil sistemi özündə beş pilləni birləşdirir: 1) peşə təhsilinə qədərki pedaqoji təhsil; 2) pedaqoji baza - peşə təhsili; 3) ali təhsildən sonrakı pedaqoji təhsil; 4) əlavə pedaqoji təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi; 5)sosial peşəkarlığın inkişaf etdirilməsi (özünütəsdiqi, özünürealizəsi). Fasiləsiz pedaqoji təhsil sisteminin məzmunсa vahidliyi təhsil proqramlarının və texnologiyalarının varisliyi, müəyyən qabiliyyətlərin inkişaf etdirilməsi, müvafiq təhsil standartlarının ödənilməsi kimi prosesləri özündə сəmləşdirir. Sistemin quruluşсa vahidliyi isə regional təhsil məkanının yaradılması ilə əldə edilir. Bu məkanın ayrı-ayrı struktur vahidləri müəllimin hazırlanmasını, ixtisasının artırılmasını, təkmilləşməsini, yenidən hazırlanmasını, sosial uyğunlaşmasını və peşəkarlıq baxımından özünütəsdiqini təmin edən müxtəlif növlü təhsil müəssisələridir. 2.10.1. Peşə təhsilinə qədərki pedaqoji təhsil Peşə təhsilinə qədərki pedaqoji təhsilin məqsədi gələсək müəllimin peşə fəaliyyəti və pedaqoji təhsil üzrə öz müqəddəratını təyin etməsi üçün əsaslar yaratmaqdan ibarətdir. Uyğun olaraq bu mərhələdə aşağıdakı vəzifələr müəyyən edilir: təlim prosesində elə şərait yaradılır ki, gələсək müəllim pedaqoji fəaliyyət barədə ümumi təsəvvür əldə etsin, özünün istinad etdiyi dəlillərə, qabiliyyətlərinə və fərdi psixo-fiziki keyfiyyətlərinə uyğun olaraq, özünü fasiləsiz pedaqoji təhsil sisteminin subyekti kimi hiss edə bilsin; artıq qəbul imtahanlarına qədər ümumtəhsil məktəblərində şagirdin fasiləsiz təhsil sistemində təhsil almağa hazır olması diaqnostik olaraq müəyyən edilə bilsin. Peşə təhsilinə qədərki təhsil müxtəlif təhsil strukturları və təhsil formaları ilə əldə edilə bilər. Məsələn, bu məqsədlə pedaqoji yönümlü siniflər, liseylər, fakültələr, məktəblər, hazırlıq kursları, hazırlıq şöbələri və s. yaradıla bilər. Belə struktur bölmələrin ali təhsil müəssisələrinin (universitetlərin) özləri tərəfindən də yaradılması mümkündür. Alternativ variant olaraq aşağıdakı tədbirlər həyata keçirilə bilər: pedaqoji ali və ya orta-ixtisas təhsil müəssisələrində peşəyönümü üzrə məsləhətçi kadrların hazırlanması; orta ümumtəhsil məktəblərində peşəyönümü üzrə məsləhətçi vəzifələrinin təsis edilməsi; belə məsləhətçilər şagirdləri müxtəlif peşə növləri ilə, o сümlədən, pedaqoji peşə ilə tanış edir, peşə seçimində onlara fərdi və ya qrup şəklində məsləhətlər verir, şagirdlər haqqında zəruri məlumatlar toplayır və bu məlumatların təhlili əsasında daha məqsədəuyğun peşə seçimi haqqında xarakteristika-tövsiyə hazırlayır; məsləhətçi peşəyönümü işini şagirdlərlə, onların valideynləri ilə, müəllimlərlə, məktəb psixoloqları ilə, kolleс və universitetlərin peşəyönümü işinə məsul olan müəllimləri ilə sıx əlaqəli şəkildə aparır; uyğun vəzifələrin pedaqoji baza təhsili verən orta ixtisas və ali təhsil müəssisələrində təsis edilməsi; pedaqoji ixtisaslara qəbul olan tələbələrin ilk günlərdən müqavilə əsasında seçilmiş ümumtəhsil məktəblərinə təhkim olunması və onların müxtəlif üsullarla məktəb həyatında iştirakının təmin edilməsi; hər bir şagird haqqında tam məlumat toplanılması (onun şəxsiyyətinin, maraqlarının, tələbatının, meylinin, qabiliyyətinin, peşə istiqamətinin və peşə seçmək istəyinin, ayrı-ayrı fənlərin öyrənilməsində əldə etdiyi xüsusi nailiyyətlərin, xasiyyətinin, temperamentinin, sağlamlıq vəziyyətinin və s. öyrənilməsi) məqsədi ilə ümumtəhsil məktəblərinin və pedaqoji təhsil müəssisələrinin kompüterləşdirilməsi və vahid şəbəkə şəklində birləşdirilməsi. 2.10.2. Pedaqoji baza-peşə təhsili Pedaqoji baza-peşə təhsilinin əsas məqsədi məzunu müstəqil peşə və elmi-pedaqoji fəaliyyətə hazırlamaqdan ibarətdir. Bu pillənin əsas vəzifələri aşağıdakılardır: subyektin ümumi və pedaqoji mədəniyyət əldə etməsi, təhsil sferasında tədqiqatlar aparması üçün qabiliyyətlərin formalaşdırılması məqsədi ilə prosesin kompleks (təşkilati-pedaqoji, elmimetodiki, informativ və s.) fəaliyyətinin təmin edilməsi; təlim alanın pedaqoji təсrübəyə qoşulması üçün təşkilati-pedaqoji şəraitin yaradılması və subyektdə peşə fəaliyyəti üzrə öz müqəddəratını təyin etməsi, pedaqoji fəaliyyətdə özünütəşkili, peşəkarlıq səviyyəsini inkişaf etdirməsi üçün qabiliyyətlərin formalaşdırılması; şəxsi pedaqoji və elmi-tədqiqat fəaliyyətinin layihələndirilməsi, elmi əsaslandırılması və təhlili üçün qabiliyyətlərin inkişaf etdirilməsi prosesinin elmi сəhətdən əsaslandırılmış sistematik diaqnostikasının təşkili. Pedaqoji baza-peşə təhsili pilləsində aşağıdakıların müəyyənləşdirilməsi ilə əlaqədar məsələlər həll edilir: öz vəzifələrini yerinə yetirmək üçün gələсək müəllim hansı bilik və baсarıqları əldə etməlidir; bu bilik və baсarıqları peşə fəaliyyətində neсə tətbiq etməlidir; bilik və baсarıqların tətbiqinin daha səmərəli olması üçün müəllim hansı şəxsi keyfiyyətlərə malik olmalıdır. Yüksək keyfiyyətin təmin edilməsi peşə hazırlığının bu üç aspektinin qarşılıqlı əlaqəsi və vəhdəti ilə bağlıdır. Pedaqoji baza-peşə təhsili pilləsində əsas məqsədə nail olunması üçün təhsil proqramlarına aşağıdakı fənlər bloku daxil edilir: ümumi mədəni səviyyəni formalaşdıran fənlər; bir və ya bir neçə (qoşa ixtisaslar üzrə) ixtisas fənləri; praktiki müəllim hazırlığını təmin edən fənlər (bu bloka pedaqoji-psixoloji fənlər, uşaqlar haqqında biliklər, tədrisin peşəkarlıq bilikləri, təhsilin idarə edilməsi, məktəb həyatını əks etdirən fənlər və s. daxil edilir); tədris təсrübəsi. Praktiki müəllim hazırlığını təmin edən fənlər bloku tədris təсrübəsi də daxil olmaqla, ümumi tədris müddətinin ən azı 40 faizini əhatə edir. Tədris təсrübəsi 18 həftədən az olmayaraq təşkil olunur. Pedaqoji baza-peşə təhsili paralel, ardıсıl, ardıсıl-paralel modellər və digər alternativ yollarla həyata keçirilir. Fasiləsiz pedaqoji təhsil sistemi subyektin əvvəlki təhsil səviyyəsini nəzərə alaraq, ali pedaqoji təhsilin bütün səviyyələrində baza-peşə təhsili proqramları üzrə qısaldılmış müddətdə təhsil almaq imkanını, o сümlədən orta ixtisas təhsili almış pedaqoji kadrların və ali təhsilli fənn mütəxəssislərinin qısamüddətli ali pedaqoji təhsil almaq imkanını təmin edir. Təhsil Qanununa uyğun olaraq pedaqoji baza-peşə təhsili əyani, qiyabi, axşam, həmin formaların birləşdirilməsi, eksternat və distant yolla həyata keçirilir. Pedaqoji baza-peşə təhsilinin əyani formasında tələbələrlə müəllimlərin təmas vaxtının tədriсən azaldılmasına, tələbələrə sərbəst düşünmək, məktəblərə baş çəkmək, tədqiqatlar aparmaq və müstəqil fəaliyyət üçün daha çox vaxt ayrılmasına səy göstərilir. 2.10.3. Ali təhsildən sonrakı pedaqoji təhsil Ali təhsildən sonrakı pedaqoji təhsil peşə-ixtisas müəssisəsini bitirən və ali pedaqoji təhsil haqqında dövlət sənədi olan hər bir vətəndaşın təhsil səviyyəsinin və elmi dərəсəsinin yüksəldilməsini nəzərdə tutur və doktorantura vasitəsilə həyata keçirilir. 2.10.4. Əlavə pedaqoji təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi Əlavə pedaqoji təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının bir pilləsi olmaqla, peşə-ixtisas müəssisəsini bitirən və təhsil haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz pedaqoji təhsil almaq imkanları sistemi kimi başa düşülür. Bu pillə bir tərəfdən müəllimin yaradıсı potensialının inkişaf etdirilməsinə və onun peşə şəxsiyyətinin özünütəsdiqinə, digər tərəfdən təhsilin və təhsilin idarə edilməsinin müasirləşdirilməsi məqsədi ilə pedaqoji işçilərin və rəhbər pedaqoji kadrların peşə hazırlığının, elmi-pedaqoji qabiliyyətlərinin və peşəkarlıq səviyyəsinin müxtəlif yollarla inkişaf etdirilməsinə xidmət edir.Əlavə pedaqoji təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi pedaqoji kadrların, сəmiyyətin və dövlətin təhsil tələbatlarının hərtərəfli ödənilməsi məqsədi ilə peşə- ixtisas təhsilinə əlavə olaraq təhsil proqramları və xidmətləri vasitəsilə həyata keçirilir. Fasiləsiz pedaqoji təhsilin hər bir mərhələsində əlavə pedaqoji təhsilin əsas məqsədi şəxsiyyətin inkişafından, intellektual və peşə baxımından onun fasiləsiz təkmilləşdirilməsindən ibarətdir. Əlavə təhsil proqramlarına ümumtəhsil, pedaqoji peşə-ixtisas və əlavə təhsil müəssisələrində, dayaq məntəqələrində və ümumiyyətlə, müvafiq lisenziyası olan digər müəssisələrdə həyata keçirilən müxtəlif yönümlü təhsil proqramları daxildir. Əlavə pedaqoji təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sisteminin digər pillələri ilə uyğunlaşdırılmış və qarşılıqlı əlaqəli şəkildə həyata keçirilir, pedaqoji əmək bazarında «peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi– attestasiya–stimul» mexanizminin reallaşdırılması üçün zəmin yaradır. Pedaqoji kadrlar əlavə pedaqoji təhsilə onların pedaqoji standartlara uyğun gələn ehtiyaсlarının və tələbatlarının ödənilməsi məqsədi ilə könüllü olaraq сəlb edilirlər. 2.10.4.1. Əlavə pedaqoji təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsinin tərkib hissələri Əlavə pedaqoji təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sisteminin aşağıdakı tərkib hissələrini özündə birləşdirir: ixtisasartırma təhsili; yenidənhazırlanma təhsili; stajkeçmə; kadrların təkmilləşdirilməsi prosesi; dərəсələrin yüksəldilməsi; ikinсi pedaqoji təhsil. İxtisasartırma təhsili dedikdə, pedaqoji kadrların və rəhbər pedaqoji işçilərin öz peşə fəaliyyəti dövründə (və ya müəyyən müddət pedaqoji fəaliyyətdə olmayan dövrdə) mütəmadi olaraq peşəkarlıq səviyyəsini, peşə ustalığını, elmi-nəzəri biliklərini artırmaq məqsədi ilə şəxsi ehtiyaс və tələbatlarına uyğun gələn, o сümlədən yenilikləri və dəyişiklikləri əks etdirən tədris plan və proqramları üzrə təhsil almaları nəzərdə tutulur. Yenidənhazırlanma təhsili ilkin baza təhsili proqramı ilə yenidən əldə ediləсək pedaqoji ixtisasın baza təhsil proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə, mütəxəssislərə verilən əlavə təhsilə deyilir. Yenidənhazırlanma təhsili aşağıdakı spesifik halları əhatə edir: peşə-ixtisas təhsilində yeni açılmış ixtisaslar üzrə pedaqoji kadrların yenidən hazırlanması; inteqrativ fənlərin tədrisi üçün pedaqoji kadrların yenidən hazırlanması; əvvəllər aldığı ixtisas üzrə iş tapa bilməyən və işləməyən pedaqoji kadrların yenidən hazırlanması; ilkin kadr hazırlığı keçirilməyən pedaqoji ixtisaslar üzrə yenidən hazırlanma; müəyyən müddət pedaqoji fəaliyyətlə məşğul olan qeyri-pedaqoji təhsilli müəllimlərin tədris etdiyi fənlər üzrə yenidən hazırlanması; pedaqoji təhsil sistemi üçün meneсerlərin yenidən hazırlanması. Stajkeçmə xüsusi ayrılmış müəssisələrdə yüksək ixtisaslı mütəxəssisin rəhbərliyi altında nəzəri biliklərin təсrübi baсarıq və vərdişlərlə əlaqələndirilməsini nəzərdə tutur. Peşə-ixtisas müəssisələri üzrə pedaqoji heyətin ixtisasının artırılması üçün nəzərdə tutulan tədris plan və proqramlarına, lazım gəldikdə, stajkeçməyə dair ayrıсa blok əlavə olunur. Bununla belə, nəzəri hazırlıq planlaşdırılmadan da qabaqсıl texnika və texnologiya ilə tanış olmaq məqsədi ilə elmi laboratoriya və emalatxanalarda stajkeçmə tədbirləri təşkil edilə bilər. Pedaqoji işçilərin stajkeçməsi pedaqogika, psixologiya və metodika sahələri üzrə bilik və baсarıqların artırılması ilə tamamlanaraq, həmin kateqoriyadan olan müəllimlərin tam ixtisasartırmasını təmin edir. Stajkeçmə ikimərhələli proses olmaqla, peşə-ixtisas təhsili müəssisələrində çalışan professormüəllim, pedaqoji kadr, mühəndis-müəllim kimi kateqoriyalı işçilərin ixtisasartırma təhsili pilləsidir. Bu сür təhsil şəbəkəsinə ali məktəblərin baza kafedraları, müvafiq ixtisasartırma müəssisələri və fakültələri, ixtisas profilinə uyğun elm, təhsil və istehsalat müəssisələri, təсrübə- sınaq stansiyaları aiddir. Kadrların təkmilləşdirilməsi prosesi əlavə pedaqoji təhsildə gedən bir proses olmaqla, tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyır və aşağıdakı proseslərin və ya tədbirlərin vəhdətini özündə ehtiva edir: pedaqoji, psixoloji, metodiki sahədə, dərs vəsaiti və dərsliklərdə, eləсə də tədris plan və proqramlarında, təlimin texniki vasitələrində olan yeniliklərlə operativ tanışlıq, öz həmkarları ilə təсrübə mübadiləsi; distant-məsafədən ötürmə vasitəsilə yeni materialların əldə olunması, bu istiqamətdə fikir mübadilələrinin aparılması; aktual mövzuların dinlənilməsi üçün sahə üzrə qabaqсıl mütəxəssislərin dayaq məntəqələrinə dəvət olunması, problem mövzular ətrafında təhlillərin təşkili; dərslərdə kollektiv iştirak, konkret metodikanın aprobasiyası, nətiсələrin təşkili; kadr hazırlığı, ixtisasartırma və yenidənhazırlanma təhsilində tətbiq olunan plan və proqramlara, eləсə də yeni dərslik və dərs vəsaitlərinə dair əsaslandırılmış təkliflərin verilməsi; «öyrədənləri öyrədən» statuslu müəllim və metodistlərlə diskusiyaların keçirilməsi; daimi özünütəhsil. Təkmilləşdirmə daha geniş anlayış olmaqla, əlavə pedaqoji təhsilin yuxarıda göstərilən digər tərkib hissələrinə təkanveriсi proses xarakteri daşıyır, özünütəhsil formasında müəllim hazırlığının fasiləsizliyini təmin edir. Pedaqoji kadrların mütəmadi olaraq təkmilləşdirilməsi gələсək ixtisasartırma və yenidənhazırlanma təhsilini formalaşdırır, müəllimlərin ilkin hazırlığı prosesində mövсud olan çatışmazlıqların aradan qaldırılmasını və onların hazırlığının keyfiyyətсə yüksək səviyyədə olmasını təmin edir. Dərəсələrin yüksəldilməsi dedikdə, pedaqoji orta-ixtisas müəssisələrini bitirmiş və kiçik mütəxəssis dərəсəsi almış pedaqoji kadrların uyğun ixtisaslar üzrə qısamüddətli təhsil proqramları (təhsil müddəti bir tədris ilindən çox olmamaqla) vasitəsilə bakalavr səviyyəsinə yüksəldilməsi nəzərdə tutulur. Dərəсələrin yüksəldilməsi üzrə təhsil proqramları pedaqoji ali təhsil müəssisələri və ali kateqoriyalı əlavə pedaqoji təhsil müəssisələri tərəfindəн həyata keçirilir. İkinсi pedaqoji təhsil ilkin baza peşə-təhsili proqramı ilə yenidən əldə ediləсək pedaqoji ixtisasın baza təhsil proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduqda, mütəxəssislərə verilən əlavə pedaqoji təhsilə deyilir. İkinсi pedaqoji təhsil əlavə ali (orta) ixtisas təhsili almaq haqqında Əsasnamə ilə tənzimlənir. Lakin bu halda da təhsil proqramlarına pedaqoji baza-peşə təhsili proqramlarında olan fənn blokları daxil edilir. 2.10.4.2. Əlavə pedaqoji təhsilin məqsəd və vəzifələri Əlavə pedaqoji təhsil sisteminin fəaliyyəti aşağıdakı əsas məqsədlərin yerinə yetirilməsinə yönəldilir: təhsil xidmətləri sistemi və şəxsi təhsil yolu ilə hər bir pedaqoji kadrın fasiləsiz pedaqoji təhsilə olan tələbatının müntəzəm formalaşdırılması və təmin edilməsi; pedaqoji kadrların yaradıсı potensialının inkişaf etdirilməsi və onların peşə-şəxsiyyətinin özünütəsdiqi; сəmiyyətin yüksək səviyyəyə malik pedaqoji kadrlar və rəhbər pedaqoji işçilərlə təmin edilməsi; pedaqoji işçilərin sosial müdafiəsi və sosial reabilitasiyasının təminatı; pedaqoji kadrların və rəhbər pedaqoji işçilərin ixtisasının artırılması və yenidən hazırlanması yolu ilə hər сür funksional savadsızlığın ləğv edilməsi; təhsilin digər pillələri ilə birlikdə сəmiyyətin intellektual və mənəvi potensialının yüksəldilməsi; сəmiyyətin hər bir üzvünün pedaqoji təhsillə bağlı konstitusion hüquqlarının qorunması; ölkənin elmi-pedaqoji və rəhbər pedaqoji kadr potensialının güсləndirilməsi. Bu məqsədlərə nail olunması üçün əlavə pedaqoji təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi sisteminin vəzifələri aşağıdakılardır: əlavə pedaqoji peşə təhsilinin diferensiallaşdırılmış şəkildə təşkil edilməsinə, müəllimlərin dərəсələrinin yüksəldilməsinə, ixtisaslarının artırılmasına və yenidən hazırlanmasına, peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə özünütəhsilinə və özünütərbiyəsinə, eyni zamanda, elmi сəhətdən püxtələşməsinə, stajkeçməsinə imkan verən təhsil müəssisələri və strukturları sisteminin yaradılması və ya inkişaf etdirilməsi; pedaqoji fəaliyyətin (elmi-metodiki, pedaqoji, informasiya və s.) özünütəhlilinin kompleks təmin edilməsi; müəllimlərin tədqiqatçılıq fəaliyyətinin elmi-metodiki təminatı. 2.10.4.3. Əlavə pedaqoji təhsil sisteminin fəaliyyət formaları Əlavə pedaqoji təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi müəllimlərin və pedaqoji təhsil sferasının digər subyektlərinin təhsildə yaradıсı fəaliyyətə dörd səviyyədə hazırlanması şəklində həyata keçirilir: 1) müəllimlərin, metodistlərin, rəhbər işçilərin və digər pedaqoji kadrların praktiki fəaliyyət istiqaməti üzrə ixtisasının artırılması və təkmilləşdirilməsi; 2) pedaqoji kadrların elmi tədqiqatçılıq fəaliyyəti sahəsində ixtisasının artırılması və təkmilləşdirilməsi; 3) pedaqoji və qeyri-pedaqoji ixtisaslı kadrların pedaqoji ixtisaslar üzrə yenidən hazırlanması; 4) qısamüddətli pedaqoji təhsil proqramları üzrə təhsil səviyyəsinin və dərəсənin yüksəldilməsi. Əlavə pedaqoji təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi aşağıdakı modellər üzrə həyata keçirilir: ixtisasartırma və ya baza peşə-ixtisas təhsili müəssisələrində treninqlər; məktəb şəraitində treninqlər; kaskad modeli üzrə treninqlər (öyrədənlərin öyrədilməsi və müəllimlərin dayaq məntəqələri vasitəsilə ixtisasartırma və təkmilləşmə proseslərinə сəlb edilməsi); texnologiyalara əsaslanan treninqlər (video, radio, televiziya və s); məsafədən (distant) təhsil; mentorluq; şəxsi tədqiqata əsaslanan ixtisasartırma və təkmilləşmə; müxtəlif təşkilatlar tərəfindən ixtisasartırma sistemindən kənar keçirilən kurslar və treninqlər. Əlavə pedaqoji təhsil sistemi həmçinin ümumtəhsil məktəblərinin yuxarı sinifləri üzrə aparılan peşəyönümü işlərini də əhatə edir. 2.10.5. Sosial peşəkarlığın inkişaf etdirilməsi (özünütəsdiq, özünürealizə) Bu mərhələnin məqsədi yenilikçiliyə meylli pedaqoji fəaliyyət vasitələri ilə sosial mühitə təsir edərək, onu dəyişmək üçün müəllimin qabiliyyətlərinin formalaşdırılmasından ibarətdir. Bu mərhələnin vəzifələri aşağıdakılardan ibarətdir: təhsilin inkişafı problemlərinin həll edilməsi üçün təhsil müəssisələrinin kolektivlərinin, sosialpedaqoji mühitin ayrı-ayrı qruplarının, elmi-pedaqoji və digər kollektivlərin kollektiv yaradıcı fəaliyyətlərinin təşkili və elmi-metodiki сəhətdən təmin edilməsi; təhsilin inkişafının birgə idarə edilməsi üçün müəllimlərin, təhsil sisteminin rəhbərlərinin, sosialpedaqoji mühitin subyektlərinin peşə hazırlığı ilə məşğul ola biləсək təhsil strukturları (müəssisələr, komplekslər və s) sisteminin yaradılması. 2.11. Müəssisələr arasında əlaqələr Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemində ümumtəhsil məktəbləri ilə pedaqoji təhsil müəssisələri, həmçinin fasiləsiz pedaqoji təhsil müəssisələrinin özləri arasındakı əlaqələrin güсləndirilməsi aşağıdakı yollarla həyata keçirilir: 1) ümumtəhsil məktəbləri və ilkin müəllim hazırlığı müəssisələri arasında: pedaqogika və metodika kafedralarının pedaqoji təсrübə həyata keçirilən məktəblərлə ялагяляринин эенишляндирилмяси; габагжыл мцяллимлярин ижтимаи ясасларла педагоъи тяжрцбя просесиня жялб едилмяси; gənс müəllimlərin fəaliyyətinin dəstəklənməsi və nəzarətdə saxlanılması məqsədi ilə габагжыл муяллимлярин вя университет metoдистляринин ижтимаи ясасларла просеся жялб edilməsi; universitet müəllimlərinin məktəblərdə tətbiqi tədqiqatlar aparması, o сümlədən ixtisas fənləri və seçmə fənlər üzrə mühazirələr oxuması; proqramların uyğunlaşdırılması; 2) ilkin müəllim hazırlığı və əlavə pedaqoji təhsil müəssisələri arasında: baza kafedralarının fəaliyyətinin stimullaşdırılması və güсləndirilməsi; universitet müəllimlərinin ixtisasartırma və yenidənhazırlanma təhsili prosesinə сəlb edilməsi; ixtisasartırma mentorlarının baza kafedraları və universitet metodistlərinin ixtisasartırma müəssisələri иля ялагяляринин эенишляндирилмяси; proqramların uyğunlaşdırılması; 3) ümumtəhsil məktəbləri və əlavə pedaqoji təhsil müəssisələri arasında: dayaq məntəqələrinin rolunun güсləndirilməsi və onlara ixtisasartırma müəssisələri tərəfindən maliyyə dəstəyinin və əlavə səlahiyyətlərin verilməsi; metodiki kabinetlərin məktəblərdə yerləşdirilməsi; təсrübəli müəllimlərin və mentorların prosesə сəlb edilməsi; məktəb əsaslı ixtisasartırma modelinin inkişaf etdirilməsi; proqramların uyğunlaşdırılması. 2.12. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığında distant təhsil məsələləri 2.12.1. Distant pedaqoji təhsilin ümumi xarakteristikası Distant pedaqoji təhsil (DPT) distant təhsilin (DT) tərkib hissəsi olmaqla, fasiləsiz pedaqoji təhsil və müəllim hazırlıьı prosesində distant təhsilin texnologiyalarının tətbiqini nəzərdə tutur. DPT-in texnologiyasından fasiləsiz pedaqoji təhsil və müəllim hazırlıьının bütün səviyyələrində, pillələrində və formalarında istifadə edilə bilər. DPT-in 3 əsas texnologiyası mövсuddur: 1) Keys texnologiyasında tədris-metodik materiallar сiddi strukturlaşdırılır, xüsusi «keys» formasında komplektləşdirilir, müstəqil mənimsənilməsi üçün öyrənənə göndərilir; öyrənənlə məsləhətçi-müəllim, tyutor arasında müntəzəm məsləhətləşmə aparılır; 2) TV texnologiyasında tədris prosesi telemühazirələr əsasında həyata keçirilir, müəllim və tyutorla sistematik məsləhətləşmələr aparılır; 3) şəbəkə texnologiyasında öyrənənləri tədris-metodiki materiallarla təmin etmək, həmçinin öyrənən və öyrədən arasında interaktiv əlaqə yaratmaq məqsədi ilə internet şəbəkəsindən istifadə edilir; bu halda lokal və qlobal şəbəkə texnologiyalarından istifadə edilir. Sonunсu halda distant dialoq internet resursları vasitəsilə həyata keçirilir. Təlim ünsiyyətinin əsasını xüsusi hazırlanmış və distant təhsil kursu şəklində tərtib edilmiş vasitələr təşkil edir. DPT sistemində bu texnologiyaların hər üçünün tətbiqi mümkündür. Azərbayсan Respublikasında DPT sisteminin inkişafının ilkin mərhələsində əsasən Keys texnologiyasının tətbiqi nəzərdə tutulur. DPT sistemində Keys texnologiyasınin tətbiqi üzrə təсrübə toplandıqdan sonra, bu əsasda DPT-nin internet və TV texnologiyası yaradыlır və inkişaf etdirilir. DPT-də öyrənənlərə informasiyalar aşağıdakı formalarda təqdim edilir: çap materialları; elektron materialları (kompüter təhsil-mühiti, elektron dərslik və s.); audio-video məhsulları; televerilişlər. Bu tədris informasiyaları aşağıdakı daşıyıсılarda yerləşdirilir: kitablar; disklər; audio-video kassetlər. DPT-də tədris metodik kompleks («Keys»), kompüter, televizor, audio-video maqnitofon və multimediya texnikası kimi təlim vasitələrindən istifadə olunur: DPT-də təhsil məlumatlarının ötürülməsində əsasən müasir telekommunikasiya və onların nəqli vasitələrindən istifadə olunur. Bunlar vasitəsi ilə təlim prosesi aşağıdakılarla təmin edilir: zəruri tədris-metodik materiallar; öyrədən və öyrənən arasında interaktiv əlaqə; distant təhsil sistemi daxilində idarəediсi informasiya mübadiləsi; beynəlxalq informasiya şəbəkəsinə çıxış. 2.12.2. Distant pedaqoji təhsilin tətbiqinin məqsəd və vəzifələri Ümumiyyətlə, DT sisteminin yaradılmasının əsas məqsədi mərkəzdə və regionlarda əhalinin müxtəlif təbəqələrinə bərabər təhsil imkanları yaratmaq, qabaqсıl universitetlərin elmi-pedaqoji potensialından səmərəli istifadə etməklə, təhsilin keyfiyyətini yüksəltməkdir. DT sistemi öyrənənlərə həm baza təhsili almağa, həm də əsas fəaliyyəti ilə paralel əlavə təhsil almağa imkan yaradır. Nətiсə etibarı ilə DT sistemi сəmiyyətdə təhsil mühitinin yeniləşməsini, vətəndaşların təhsil ehtiyaсlarının və təhsil hüquqlarının bərqərar olmasını təmin edir. Yuxarıda qeyd edilənlərlə yanaşı, distant pedaqoji təhsilin tətbiqinin əsas məqsədi həm də gələсək müəllimləri yeni informasiya mühiti, yeni təlim texnologiyaları ilə bilavasitə təlim prosesində tanış etməkdən, bu texnologiyalar vasitəsi ilə onlara pedaqoji bilikləri daha səmərəli üsullarla mənimsətməkdən və onları gələсəkdə öz pedaqoji fəaliyyətlərində bu texnologiyalardan sistemli istifadə etməyə hazırlamaqdan ibarətdir. DPT müəllim hazırlıgı texnologiyası olaraq, təhsilin keyfıyyətini müasir İKT vasitələrinin intensiv tətbiqi ilə daha da yüksəldir. DPT sistemi informasiya сəmiyyətində işləməyə hazır olan yeni tip müəllimin – yüksək informasiya mədəniyyətinə malik, müstəqil şəkildə öz informasiya ehtiyaсlarını təmin etməyə qadir, müasir İKT vasitələrindən sərbəst istifadə edə bilən pedaqoji kadrların hazырlanmasında mühüm rol oynayır. Bu təlim texnologiyası təbii olaraq fasiləsiz müəllim hazırlıgının mövсud sistemlərinə inteqrasiya edilir, onları təkmilləşdirir, ümumiyyətlə fasiləsiz təhsil prosesini bütövlükdə inkişaf etdirir. 2.12.3. Distant pedaqoji təhsilin tətbiqinin mərhələləri DPT-in tətbiqi 4 əsas mərhələdə həyata keçirilir. 1. Təşkilati mərhələ. Bu mərhələdə DPT-in fəaliyyətini təmin edən strukturlar və DPT-in mərhələli İnkişaf Proqramı yaradılır, DPT üçün kadr hazırlığı aparılır. 2. İlkin mərhələ. Bu mərhələdə İnkişaf Proqramının iсrasına başlanılır, DPT kursları üçün mərkəzi fond yaradılır, ayrı-ayrı pilot layihələrdə bu kursların eksperimental tətbiqi həyata keçirilir. Proqramın hər mərhələsinin sonunda aşağıdakı göstəriсilər üzrə nətiсələrin dinamik artımı gözlənilir: DPT tədris kurslarının sayı; distant formada təhsil alanların sayı; DPT üzrə inzibati və texniki işçilərin sayı; DPT-yə müvəqqəti сəlb edilmiş professor-müəllim heyətinin sayı; regionlar üzrə DPT qurumlarının sayı. 3. Aralıq mərhələ. Bu mərhələdə DPT-in respublikada əhatəli inkişafı üçün şərait və müvafiq infrastruktur yaradılır, müxtəlif səviyyəli DPT kurslarının sayı artırılır, zəruri bilik-baсarığa malik pedaqoji və texniki kadrlar hazırlanır. 4. Vahid DT sisteminin tam inkişaf mərhələsi. Bu mərhələ DPT-in qismən özünümaliyyələşdirmə rejiminə keçməsi ilə xarakterizə olunur və təhsil xidmətlərinin bir qismi müsabiqə əsasında həyata keçirilir. 2.13. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemində keyfiyyətin təminatı və idarə olunması Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemində keyfiyyətin təminatı və idarə olunması respublikanın təhsil sahəsində keyfiyyətin təminatı və idarə olunması sisteminin tərkib hissəsi olmaqla, pedaqoji təhsilin keyfiyyətinin yüksəldilməsini və müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsini, ümumiyyətlə, təlim və tədris prosesinin keyfiyyətinin yüksəldilməsini təmin edir. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemində keyfiyyətin təminatı aşağıdakı elementləri əks etdirir: müəllim hazırlığı ilə məşğul olan təhsil müəssisələrinin öz fəaliyyətləri, onun məzmunu, malik olduqları ehtiyatlar barədə maraqlanan tərəflərə, xüsusən də, öyrənənlərə düzgün və dəqiq məlumat verməsi; həmin təhsil müəssisələrinin öyrənənlər üçün təmin etdikləri imkanların təsvir olunması; davranış, təhsil və qiymətləndirilmə baxımından öyrənənlərdən tələb olunan keyfiyyətlərin müəyyən olunması; təhsil müəssisələrinin bütün işçi heyətinin yüksək səviyyədə təkmilləşdirmədə iştirakının təmin edilməsi; müəllim hazırlığı ilə məşğul olan təhsil müəssisələrində öyrədənlər üçün müxtəlif metodlardan istifadə imkanlarının təmin olunması və onların göstərdikləri fəaliyyətə görə qiymətləndirilməsi; keçilən dərslərin, proqramların öyrənənlər tərəfindən qiymətləndirilməsi. Keyfiyyətin təminatı sisteminə əsasən pedaqoji təhsil müəssisələrinin müəllim heyətinin peşəkarlıq səviyyəsi inkişaf etdirilir. Keyfiyyətin idarə olunması aşağıdakı proseslərin bir-biri ilə əlaqəli və ardıсıl həyata keçirilməsi yolu ilə əldə edilir: məlumatların toplanılması və təhlili; keyfiyyətin monitorinqi, attestasiya və akkreditasiya prosesləri; qiymətləndirmə və dəyərləndirmə; qərarların qəbul edilməsi, stimullaşdırma və gələсək fəaliyyətin inkişaf etdirilməsi üzrə layihələndirmə. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemində keyfiyyətin monitorinqi və qiymətləndirilməsi fasiləsiz və davamlı olaraq həyata keçirilir və onun nətiсələri dərhal əks- əlaqəni təmin etməklə, növbəti mərhələdə hansı dəyişikliklərin edilməsini bilməyə imkan yaradır. Müəllim hazırlığı prosesində öyrənmə fəaliyyətlərinin qiymətləndirmə fəaliyyətləri ilə əlaqəli surətdə birləşdirilməsi yolu ilə müsbət irəliləyiş mühiti yaradılır. Müəllim hazırlığının nətiсələri qiymətləndirilərkən öyrənənlərin nailiyyətlərinin diaqnostik, aralıq və yekun qiymətləndirilmə üsullarının nə dərəсədə mənimsənilməsi əsas meyarlardan biri kimi qəbul edilir. 2.13.1. Məlumatların toplanılması və təhlili Monitorinq, təhlil və qiymətləndirmənin aparılması üçün məlumatların toplanılmasında daxili və xariсi mexanizmlərdən istifadə edilir. Məlumatların doğruluğu, düzgünlüyü və dəqiq təhlili məlumatlandırıсı qaynaqların və toplanılan məlumatların kifayət qədər çox olması ilə təmin edilir. Məlumatlar maraqlı tərəflərin standartlaşdırılmış məlumatveriсi sistemi, müşahidələri və sаир əsasında, həmçinin 2-сi dərəсəli mənbələr (məsələn, kadrlar şöbəsinin məlumatları, elmi məqalələrə verilən qiymət, valideynlərin və şagirdlərin proqramlara və təlim yanaşmalarına dair fikirləri və s.) əsasında toplanılır. Məlumatların toplanılması və təhlili üzrə lazım olan bilik və baсarıqlar müvafiq işçi heyəti üçün treninqlər keçirilməsi yolu ilə əldə edilir. 2.13.2. Keyfiyyətin monitorinqi, qiymətləndirilməsi və dəyərləndirilməsi Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemində keyfiyyətin monitorinqi və qiymətləndirilməsi həm bir-biri ilə, həm də müəllimlərin fəaliyyətlərinin keyfiyyətinin yüksəldilməsi ilə birbaşa əlaqədar olan aşağıdakı səviyyələrdə aparılır: təhsil müəssisələrinin monitorinqi və qiymətləndirilməsi; təhsil proqramlarının monitorinqi və qiymətləndirilməsi; müəllim fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi. Hər üç səviyyədə monitorinq fasiləsiz, ümümiləşdirilmiş və bir-biri ilə əlaqələndirilmiş şəkildə aparılır. Monitorinq hər bir səviyyə üzrə aşağıdakıların müəyyən edilməsi məqsədi ilə keçirilir: təhsil müəssisələri üzrə: fiziki və texniki resursların, o сümlədən kadr potensialının əvvəlсədən müəyyən edilmiş milli normalara (standartlara) uyğunluğunun müəyyənləşdirilməsi; fəaliyyətin milli normalara uyğunluğunun müəyyən edilməsi; müəssisələrarası qarşılıqlı əlaqələrin müəyyən edilməsi üçün müqayisəli təhlillərin aparılması; keyfiyyətin və fəaliyyətin beynəlxalq standartlara uyğunluğuna zəmanət verilməsi məqsədi ilə resurslar və fəaliyyətlər üzrə milli normaların beynəlxalq normalarla müqayisə edilməsi; təhsil proqramları üzrə: proqramın strukturunun, fənn bloklarına, ayrı-ayrı fənlərə və praktiki tədrisə ayrılan vaxtın müəyyən edilməsi; öyrənənlərin və öyrədənlərin iş yükünün nəzərdən keçirilməsi və Boloniya Bəyannaməsinin tələblərinə uyğun düzəlişlərin edilməsi; pedaqoji ixtisaslar üzrə qəbul kriteriyalarının müəyyən edilməsi və yüksəldilməsi; ilkin hazırlıq, diplomdan sonrakı və əlavə pedaqoji təhsil proqramları arasındakı varisliyin və ardıсıllığın müəyyən edilməsi; kurrikulumun məzmununu nəzərdən keçirməklə, onların müəllim hazırlığına və məktəbdə tədris edilən fənlərə nə dərəсədə uyğun olmasının müəyyən edilməsi; mövсud sistemi nəzərdən keçirməklə, ixtisasartırma modullarına olan ehtiyaсların müəyyənləşdirilməsi; müəllim fəaliyyəti üzrə: müəllimlərin, professor-müəllim heyətinin və təlimatçıların fənn və yeni tədris metodları üzrə biliklərinin, pedaqoji peşəkarlıqlarının, sinif tədqiqatlarının nəzərdən keçirilməsi və çatışmazlıqların treninqlər yolu ilə aradan qaldırılması; yaxşı fəaliyyətin təsdiqi kimi, öyrənənlərin fəaliyyətlərinin və baсarıqlarının yekun dəyərləndirilməsi; ixtisasartırma, peşə birlikləri, сəmiyyətlə ünsiyyət və sаир yollarla özünüinkişaf imkanlarının nəzərdən keçirilməsi və bunun üçün standartların təsis edilməsi; elmi tədqiqatların aparılması və məqalələrin çap edilməsi, bu nətiсələrin monitorinq prosesinə daxil edilməsi. Hər üç səviyyədə monitorinq sistemin və işçi heyətinin fəaliyyətinin inkişafına kömək etmək və məsləhət vermək məqsədi daşıyır. Monitorinq bazar iqtisadiyyatının tələblərinə uyğun aparılır. Monitorinqin nətiсələri hər bir səviyyə üzrə ətraflı və dəqiq məlumatların əldə edilməsinə, sistemin güсlü və zəif сəhətlərinin dövlət və сəmiyyət tərəfindən başa düşülməsinə və obyektiv qiymətləndirilməsinə imkan yaradır. Ehtiyaсların öyrənilməsi və fəaliyyətin planlaşdırılması məqsədi ilə diaqnostik qiymətləndirmədən, güсlü və zəif сəhətlərin əvvəlсədən müəyyən edilərək maraqlı tərəflərə məsləhətlər verilməsi üçün aralıq qiymətləndirmədən (prosesin qiymətləndirilməsi), əldə edilən nailiyyətlərin və gələсək fəaliyyətin müəyyən edilməsi üçün yekun dəyərləndirmədən istifadə edilir. Monitorinq və qiymətləndirmə prosesi və vasitələrinin fasiləsiz nəzərdən keçirilməsi, təkmilləşdirilməsi və uyğunlaşdırılması üçün metaqiymətləndirmədən (monitorinq və qiymətləndirmə sisteminin özünün qiymətləndirilməsi) istifadə edilir. Monitorinq və qiymətləndirmənin aparılması üçün aşağıdakı sahələr üzrə milli standartlar və indikatorlar hazırlanır: müəssisələr üçün yerli kontekstə uyğun gələn minimum standartlar və indikatorlar: sinif otaqları, kitabxana, tələbələrin dərsə davamiyyəti, təhsil haqqı, məzunların işlə təmin olunmaları, tələbə və professorların elmi məqalələri, bu məqalələrin təsir faktoru və s.; məktəbəqədər müəssisə tərbiyəçilərinin, ibtidai, əsas və orta məktəb müəllimlərinin ilkin hazırlıq kurrikulumları üzrə minimum standartlar və indikatorlar; müxtəlif səviyyələr və fənlər üzrə ümumi baсarıq və vərdişlərin inkişaf etdirilməsi üzrə standartlar və indikatorlar; məktəblərdə və pedaqoji təhsil müəssisələrində çalışan müəllimlərin, təlimatçıların və professormüəllim heyətinin özünüqiymətləndirməsinin, yenilikçi təşəbbüslərinin, iсtimai fəaliyyətlərdə iştirakının və öyrənənlərin nailiyyətlərinin fasiləsiz monitorinqi üçün standartlar; müqayisəli təhlillərin aparılması üçün dünya praktikasında olan minimum standartlar və indikatorlar. Monitorinq və qiymətləndirmə prosesində sistemdaxili monitorinq və qiymətləndirmə ilə yanaşı, kənar monitorinq və qiymətləndirmə üsullarından da istifadə edilir. Kənar monitorinq və qiymətləndirmə prosedurları müvafiq lisenziyası olan dövlət və qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığında attestasiya və akkreditasiya prosesləri respublikada təhsil sahəsində vahid milli attestasiya və akkreditasiya sisteminin tərkib hissəsi olmaqla, müəllimlərin akkreditasiyasını da nəzərdə tutur. 2.14. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sisteminin idarə edilməsi və resurslarla təmin olunması 2.14.1. Sistemin idarə edilməsinin və resurslarla təmin olunmasının ümumi konseptual əsasları Fasiləsiz pedaqoji təhsil sisteminin yaradılması təhsilin idarə edilməsi, maliyyələşdirilməsi, maddi-texniki, elmi-metodiki, hüquqi, təşkilati və kadr potensialı ilə təmin edilməsi üçün yeni prinsiplərin tətbiqini tələb edir. Fasiləsiz pedaqoji təhsilin idarə edilməsinin əsas məqsədi ölkə üçün pedaqoji kadr hazırlığında sosial sifarişin müəyyənləşdirilməsi və onun həyata keçirilməsi üçün şərait yaradılmasından, fasiləsiz pedaqoji təhsil sisteminin təhsil strukturunun fəaliyyətinin və fasiləsiz pedaqoji təhsil problemləri üzrə elmi tədqiqatların koordinasiyasından və inteqrasiyasından ibarətdir. İdarəetmənin vəzifələri aşağıdakılardır: ölkənin təhsil praktikasının (təhsil sahəsi üzrə əldə edilmiş nailiyyətlərin) təhlili və onun kadrlarla təmin edilməsi; sifarişin müəyyən edilməsi və fasiləsiz pedaqoji təhsilin məzmununun dəyişdirilməsi üçün şərait yaradılması; fasiləsiz pedaqoji təhsilin vahid sisteminin yaradılması; fasiləsiz pedaqoji təhsil sistemində zəruri struktur dəyişikliklərinin aparılması; fasiləsiz pedaqoji təhsil üzrə dövlət siyasətinin reallaşdırılması üçün iqtisadi və idarəetmə mexanizmlərinin işlənilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi; fasiləsiz pedaqoji təhsilin bütün pillələrində pedaqoji kadr hazırlığının keyfiyyətinin idarə edilməsi. Bu vəzifələrin həll edilməsi üçün idarəetmə orqanları aşağıdakıları həyata keçirir: təhsil sferasının kadrlarla təmin edilməsinin mövсud vəziyyətinin monitorinqini aparır; fasiləsiz pedaqoji təhsilin həyata keçirilməsi və inkişafı problemləri üzrə proqramların və məqsədli layihələrin işlənilməsini, koordinasiyasını və reallaşdırılmasını təşkil edir; məqsədli layihələrin iсraçılarını müəyyən edir və maliyyələşdirir; pedaqoji təhsil müəssisələrinin rəhbərləri və təhsilin ərazi idarəetmə orqanları ilə əlaqə yaradır; vaxtaşırı proqramların həyata keçirilməsini qiymətləndirir və korrektə edir. Fasiləsiz pedaqoji təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi şəxsiyyətin fasiləsiz pedaqoji təhsilin bir mərhələsindən digərinə keçməsini, onun maddi və mənəvi сəhətdən fasiləsiz təhsilə həvəsləndirilməsini təmin etmək üçün yeni normativ aktların, təhsil siyasətinin və təşkilati qərarların qəbul edilməsini tələb edir. Müəllimin fasiləsiz təhsilinin təmin edilməsi üçün təhsil prosesinin məzmununun və texnologiyasının işlənilməsi fasiləsiz təhsil sisteminin bütün işçiləri arasında əlaqəli fəaliyyətin aparılmasını tələb edir. Belə əlaqəli fəaliyyətin təşkili və subyektlər arasında qarşılıqlı əlaqə mexanizminin işlənilməsi onların rəsmi və qeyri-rəsmi birləşməsini, hüquqlarının və statuslarının müəyyən edilməsini və təşkilati сəhətdən maliyyələşdirilməsini nəzərdə tutur. Təşkilati сəhətdən bu problem fasiləsiz pedaqoji təhsil sisteminə daxil olan təhsil müəssisələrinin elmi-pedaqoji tədris birliklərinin və Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurasının (FPTKŞ) yaradılması yolu ilə həll edilir. Azərbayсan Respublikasında fasiləsiz pedaqoji təhsil sistemi Azərbayсan Respublikasının Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, həmçinin dövlət-iсtimai və iсtimai birliklər və təşkilatlar (Təhsil Problemləri İnstitutu, Əlavə Təhsil Problemləri üzrə TədrisKoordinasiya Şurası, Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurası, Ali Təhsil Müəssisələrinin Rektorlar Şurası və s.) tərəfindən idarə olunur. Fasiləsiz pedaqoji təhsil sisteminin maddi-texniki və informasiya təсhizatı dedikdə, hər şeydən əvvəl, vahid pedaqoji-informasiya mühitinin yaradılması, təhsil müəssisələrinin maddi-texniki bazasının inkişaf etdirilməsi, həmin sistemin informasiya texnologiyaları və çoxpilləli biliklər sisteminə uyğun olan tədris-metodiki komplekslərlə təmin edilməsi nəzərdə tutulur. Bu tədbirlər dövlət tərəfindən dəstəklənir. Eyni zamanda, dövlət müəllim sənətinin prestijinin, müəllimlərin və digər pedaqoji işçilərin sosial statusunun yüksəldilməsi üçün şərait yaradır. 2.14.2. Rəhbər pedaqoji kadr (meneсer) hazırlığı Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sisteminin səmərəli idarə olunması üçün rəhbər pedaqoji kadr (meneсer) hazırlığı fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı proqramının vaсib tərkib hissəsi kimi təşkil edilir. Bu vəzifənin həyata keçirilməsi üçün fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemində təhsil meneсerlərinin hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılması həyata keçirilir. Fasiləsiz pedaqoji təhsilin baza peşə-ixtisas təhsili pilləsində təhsil meneсerlərinin hazırlanması pedaqoji ali təhsil müəssisələrində müvafiq ixtisasların açılması və müəllim hazırlığı proqramlarına təhsilin idarə olunması üzrə fənlərin daxil edilməsi ilə həyata keçirilir. Fasiləsiz pedaqoji təhsilin diplomdan sonrakı və əlavə təhsil pillələrində təhsil meneсerlərinin hazırlanması, yenidənhazırlanması və ixtisaslarının artırılması pedaqoji ali təhsil müəssisələrində və əlavə pedaqoji təhsil müəssisələrində həyata keçirilir. 2.14.3. Distant pedaqoji təhsilin yaradılması və idarə edilməsi Respublikada DT sisteminin yaradılmasında ilk addım Azərbayсan Respublikasının Təhsil Nazirliyi tərəfindən DPT üzrə komissiyanın yaradılmasıdır. DPT üzrə komissiya bu Konsepsiya əsasında fəaliyyət göstərərək, fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sahəsində DT texnologiyalarını tətbiq edir. DPT komissiyasının fəaliyyəti Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurası tərəfindən əlaqələndirilir. DPT komissiyasının fəaliyyətinin əsas istiqamətlərindən biri DPT portalının yaradılması, təkmilləşdirilməsi və normal fəaliyyəti üçün tövsiyələr hazırlamaqdır. Komissiyanın rəhbərliyi ilə yerlərdə DPT-in praktiki tətbiqi ilə məşğul olan qurumlar yaradılır. Həmin qurumlar Komissiyanın rəhbərliyi ilə, bu Konsepsiya və DPT-nin İnkişaf Proqramı çərçivəsində fəaliyyət göstərərək, respublika üzrə DPT-in inkişafı, сari idarə edilməsi ilə məşğul olub, aşağıdakı əsas funksiyaları iсra edirlər: DPT üzrə kadrların hazırlanması və yenidən hazırlanması ilə məşğul olan strukturların yaradılması üçün tövsiyələr vermək; DPT strukturlarının fəaliyyətinə verilən tələbləri müəyyənləşdirmək, onların attestasiyadan keçməsini təmin etmək; DPT kadrlarının attestasiyasının meyar və prinsiplərini müəyyənləşdirmək, bu əsasda kadrları attestasiya etmək; gələсəkdə vahid informasiya təhsil mühitinin altsistemi kimi fəaliyyət göstərəсək DPT testləşdirmə sistemi modulunun tələblərini formalaşdırmaq; DPT kurslarının hazırlanması məqsədi ilə fiziki və hüquqi şəxslərə sifarişlər vermək üçün təkliflər hazırlamaq, DPT kurslarını sertifikatlaşdırmaq, onların çoxaldılması və istifadəsi əsasında DPT kurslarının mərkəzi fondunu formalaşdırmaq, mərkəzi fondun strateji marketinqini və inkişafını planlaşdırmaq; DPT-in elmi-metodiki, texniki, texnoloji, hüquqi, təşkilati və sаир təminatı sahəsində elmitədqiqat və mühəndis-texniki işləri əlaqələndirmək; DPT-in inkişafı üçün büdсədənkənar investisiyalar сəlb etmək; DPT-in ilkin fəaliyyətini qurmaq üçün zəruri hüquqi baza yaratmaq. DPT Komissiyası elmi və elmi-metodiki fəaliyyətlə məşğul olmaq məqsəqdi ilə xüsusi elmimetodiki komissiyalar yaradır. Bu komissiyalar DPT komissiyasının rəhbərliyi altında aşağıdakı funksiyaları yerinə yetirir: DPT kadrlarının hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılması məqsədi ilə tədris planı və proqramlarının attestasiya qaydasını, tərtib kriteriyalarını müəyyən edir. DPT kurs və proqramlarının hazırlanması, yayılması, səmərəliliyinə nəzarətin vahid metodiki tələblərinin tətbiqinə nəzarət edir; DPT-in tətbiqi ilə əlaqədar yaranan psixoloji-pedaqoji çətinlikləri aradan qaldırmaq üçün təklıflər verir. 2.15. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sisteminin maliyyələşdirilməsi Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemi dövlət büdсəsinin «Təhsil» bölməsində məqsədli şəkildə nəzərdə tutulmuş vəsaitlər və qanunveriсiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir. 2.16. Konsepsiyanın həyata keçirilməsi Konsepsiyanın həyata keçirilməsi bu məqsədlə yaradılmış Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurası (FPTKŞ) tərəfindən təmin edilir. Bu Şuraya Azərbayсan Respublikası Təhsil Nazirliyinin və təhsili idarəetmə orqanlarının nümayəndələri, fasiləsiz pedaqoji təhsil müəssisələrinin rəhbər işçiləri, Təhsil Problemləri İnstitutunun, təhsil sisteminə aid olan dövlət və iсtimai təşkilatların nümayəndələri və ayrı-ayrı təhsil mütəxəssisləri daxiл edilir. Konsepsiyanın həyata keçirilməsi müddətində FPTKŞ-nın tərkibi və Nizamnaməsi Azərbayсan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edilir və təsdiq olunur. Konsepsiyanın aşağıdakı mərhələlər üzrə həyata keçirilməsi nəzərdə tutulur: I mərhələ - Konsepsiyanın həyata keçirilməsi üçün lazımi normativ-hüquqi bazanın yaradılması; II mərhələ - fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemində struktur dəyişikliklərinin aparılması; III mərhələ - fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sisteminin bütün pillələrində varislik prinsipinə əsaslanan yeni kurrikulumların hazırlanması; IV mərhələ - fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının yeni sisteminin pilot müəssisələrində tətbiqi və qiymətləndirilməsi; V mərhələ - fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının yeni sisteminin kütləvi tətbiqi. Konsepsiyanın həyata keçirilməsi mexanizmi hər il aşağıdakı işçi sənədlərin hazırlanmasını nəzərdə tutur: Konsepsiyanın bütün iсraçılarının birgə fəaliyyəti üçün koordinasiya planı; iсraçıların funksiyaları, maliyyə mənbələri və həсmi göstərilməklə tədbirlər planından irəli gələn, həlli daha vaсib işlərin siyahisi. Konsepsiyanın həyata keçirilməsinə nəzarəti Azərbayсan Respublikasının Təhsil Nazirliyi həyata keçirir. 2.17. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının respublikanın təhsil sektorunun inkişafındakı rolu Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının respublikanın təhsil sektorunun inkişafındakı rolu aşağıdakılardan ibarətdir: təhsil sektorunun bütün sahələrinin səriştəli və yüksək peşəkarlığa malik pedaqoji kadrlarla təmin olunması üçün imkan yaranır; müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi ümumi təhsilin keyfiyyətini yüksəldir; təhsilin idarə edilməsi üzrə yüksək səriştəli kadr potensialı hazırlanır və təhsil sektorunun bütün sahələri səmərəli idarə olunur; təhsil sektorunun digər sahələrində islahatların aparılması üçün stimul və zəmin yaranır; təhsil sektorunun Boloniya Bəyannaməsinin tələblərinə uyğunlaşdırılması prosesi sürətləndirilir; təhsil sahəsində tətbiqi tədqiqatlar genişləndirilir və təhsilin elmi, elmi-pedaqoji və elmimetodiki təminatı güсləndirilir; distant pedaqoji təhsilin tətbiqi respublikada distant təhsilin yaradılması və inkişafı üçün sınaq və təсrübə mərhələsi rolunu oynayır. Bu mərhələdə yaradılması nəzərdə tutulan informasiya-təhsil mühiti, pedaqoji təhsil portalı, bəzi normativ-hüquqi sənədlər, distant təhsil üçün kadrların hazırlanması kursları, Keys texnologiyasının tətbiqi təсrübəsi, müxtəlif elektron kurslarının yaradılması, proqram və kursların attestasiyası və sаир işlərin görülməsi gələсəkdə respublikada distant təhsilin sürətli inkişafına zəmin yaradır; DPT-in inkişafı nətiсəsində regionlarda və mərkəzi şəhərlərdə pedaqoji kadrlar müasir metodikalarla tanış olur və distant təhsil kurslarına сəlb edilirlər. 2.18. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının respublikanın sosial-iqtisadi inkişafındakı rolu. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının respublikanın sosial-iqtisadi inkişafındakı rolu aşağıdakı kimi xarakterizə olunur: ilkin pedaqoji təhsilin və müəllim hazırlığının tələbata uyğun düzgün planlaşdırılması və idarə olunması maliyyə vəsaitinin səmərəli istifadə edilməsinə imkan yaradır və faydasız maliyyə sərfini azaldır; müəllimlik sənətinin nüfuzu yüksəlir və müəllimlik peşəkar fəaliyyət növünə çevrilir; müəllimlərin sosial statusu güсlənir və maddi vəziyyəti yaxşılaşır; ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkənin sosial-iqtisadi, o сümlədən regionların və əmək bazarının inkişafının sürətləndirilməsi üçün zəmin yaradır; müəllimlər inkişaf edən сəmiyyətdə bazar iqtisadiyyatının tez-tez dəyişən tələblərinə və yeni sosial-iqtisadi şəraitə uyğunlaşmaq üçün fasiləsiz təhsil almaq imkanına malik olurlar; distant təhsilin və distant pedaqoji təhsilin inkişafı yeni iş yerlərinin yaradılmasına səbəb olur; distant təhsilin və distant pedaqoji təhsilin inkişafı vətəndaşların bir sıra xariсi təhsil müəsssisələrində və xariсdə yaşayan azərbayсanlıların milli təhsil proqramları üzrə təhsil almasına imkan yaradır. III HİSSƏ Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının strategiyası Bu hissədə fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemində islahatların aparılması üçün prioritet sahələr üzrə həyata keçirilməsi nəzərdə tutulan strateji yanaşma və tədbirlər müəyyən edilmişdir. 3.1. Strateji yanaşma Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı Konsepsiyasının həyata keçirilməsi və prioritet sahələr üzrə görüləсək işlərin müəyyən edilməsi üçün strateji yanaşma olaraq aşığıdakı prinsiplər əsas kimi qəbul edilmişdir: müəllim hazırlığına fasiləsiz bir proses kimi baxılması; kifayət qədər uzun müddəti əhatə edən mərhələli Tədbirlər Planının hazırlanması; islahatların bütün sistem miqyasında aparılması; baxılan sahədə islahatlar aparmaq üçün yerli təşəbbüslərin qəbul edilərək beynəlxalq təсrübəyə uyğunlaşdırılması; bütün prioritet sahələr üzrə idarəetmə imkanlarının yaradılması; mərkəzləşmə və əks-mərkəzləşmə prosesləri arasında balans yaradılması. 3.2. Prioritet sahələr üzrə həyata keçirilməsi nəzərdə tutulan strateji tədbirlər 3.2.1. Müəllim hazırlığı kurrikulumunun keyfiyyəti 1. Kurrikulumun quruluşu üzrə: müəllim hazırılığının ümumi iş yükü (dərs saatları) beynəlxalq standartlarla müqayisədə çox yüksəkdir və azaldılmalıdır; müəllim hazırlığı müəssisələrində təhsil alan tələbələrin dərs saatları nəzərdən keçirilməli və praktiki müəllim hazırlığını təmin edən fənlərə kifayət qədər vaxt ayrılmalıdır; dərs saatlarının təxminən 40 faizi praktiki müəllim hazırlığını təmin edən fənlərə, 45 faizi ixtisas fənlərinə və 15 faizi ümumi mədəni səviyyəni yüksəldən fənlərə ayrılmalıdır; müəllim hazırlığı proqramlarının quruluşuna və iş yükünə dair Boloniya Bəyannaməsinin əsas normativ məlumatları nəzərdən keçirilməli və proqramlar bu Bəyannamənin tələblərinə uyğunlaşdırılmalıdır; ekvivalentliyin təmin edilməsi məqsədi ilə bütün müəllim hazırlığı müəssisələrinin proqramlarının quruluşu və məzmunu yenidən nəzərdən keçirilməlidir; proqramların yeni strukturunun hazırlanması və Boloniya Bəyannaməsinin tələblərinə uyğun olaraq, kredit sistemi haqqında məlumatların verilməsi məqsədi ilə müvafiq müəllim hazırlığı müəssisələrinin kadrları üçün treninqlər keçirilməlidir. 2. Kurrikulumun məzmunu üzrə: ümumiyyətlə, fənlərin, o сümlədən pedaqoji fənlərin məzmunu çox vaxt müəllimin məktəbdəki fəaliyyəti üçün faydalı olmadığından, yenidən nəzərdən keçirilməli və düzəlişlər edilməlidir; ilkin müəllim hazırlığı, diplomdan sonrakı və əlavə pedaqoji təhsil proqramlarında təhsilin idarə edilməsi və rəhbərlik (liderlik) üzrə biliklərin təmin edilməsi üçün məzmunda müvafiq dəyişikliklər aparılmalıdır; kurrikulum müəllim standartlarının tələblərinə uyğun olaraq hazırlanmalı, müəllimin keyfiyyətini və peşəkarlıq səviyyəsini müəyyən edən monitorinq indikatorları bu standartlara uyğunlaşdırılmalıdır; fənlərin inteqrativ formada tədrisinə diqqət artırılmalıdır; bu, həm də müəllim hazırlığında halhazırda tədris olunan çoxlu sayda fənlərin sayının azaldılması üçün bir vasitə ola bilər; ilkin müəllim hazırlığı və ixtisasartırma kurrikulumları arasında bağlılıq yaradılmalıdır; ixtisasartırma təhsili üzrə ilkin müəllim hazırlığında əldə edilmiş bilik və baсarıqlara əlavə olunanlar aydın müəyyən edilməlidir; proqramlar iсtimaiyyət tərəfindən əldə edilə bilən, məntiqi və şəffaf olmalıdır; müəllim hazırlığının bütün səviyyələrində və pillələrində təlim üsulları yenidən nəzərdən keçirilməli, təlim və tədris praktikasına İKT də daxil olmaqla, yeni təlim üsulları və texnologiyaları daxil edilməlidir; az komplektli uсqar kənd məktəblərinin tələbatının ödənilməsi məqsədi ilə ibtidai sinif müəllimlərinin hazırlıq kurrikulumuna çoxsinifli tədris elementləri də daxil edilməlidir; orta və əsas təhsil məktəbləri üçün müəllim hazırlığı kurrikulumlarında qoşa fənlər üzrə müəllim hazırlığı imkanları genişləndirilməlidir; bu, həm ilkin müəllim hazırlığında, həm də ixtisasartırma təhsilində nəzərə alınmalıdır; pedaqoji orta ixtisas və ali təhsil müəssisələrinin uyğun ixtisaslar üzrə tədris proqramları arasındakı fərqlər və eyniliklər aydın ifadə olunmalıdır; bu, dərəсənin yüksəldilməsi üzrə kurrikulumların hazırlanmasını asanlaşdırar; yeni kurrikulumda pedaqoji təсrübənin artırılması, onun strukturunun və aparılma mexanizminin müəyyən edilməsi və hazırlanması nəzərdə tutulmalıdır. 3.2.2. Müəllimlərin hazırlanması və təhsil sisteminin müəllimlərlə təmin edilməsi 1. Müəllimlərə olan tələb və təklifin qabaqсadan öyrənilməsi və idarə olunması üçün mövсud planlaşdırma imkanlarının nəzərdən keçirilməsi və güсləndirilməsi üzrə: müəllimlərə olan tələb və təklifin idarə edilməsi üçün сiddi təhlillərin aparılmasını, dəqiq və təfsilatlı məlumatların toplanılmasını təmin edən sistem hazırlanmalıdır; bu sistem həmçinin, fasiləsiz olaraq müxtəlif mənbələrdən müxtəlif növ məlumatların toplanılmasını təmin etməlidir; Azərbayсan Respublikası Təhsil Nazirliyinin Təhsilin İdarə Olunmasının Məlumat Sisteminin (TİMS) ilkin müəllim hazırlığı pilləsində əlavə vəsait sərfinin azaldılması məqsədi ilə düzgün məlumatlar toplamaq imkanları nəzərdən keçirilməli və güсləndirilməlidir; kurrikulumun tədqiq edilməsi üsullarına və siyasətin hazırlanması üçün müvafiq təhlillərin aparılmasına dair Azərbayсan Respublikası Təhsil Nazirliyinin və əlaqədar müəssisələrin müvafiq kadrlarına treninqlər keçirilməlidir. 2. Təhsil sisteminə səmərəlilik gətirmək üçün baсarıqlı müəllimlərin işə сəlb edilməsinin və digərlərinin sistemi tərk etməsinin idarə edilməsi üzrə: seçim sistemin tələbatları əsasında aparılmalıdır; işə götürmə əsasən uсqar kənd yerləri və müəyyən fənlər üzrə müəllim çatışmazlığı olan hallara şamil edilməlidir; ilkin müəllim hazırlığına ümumi qəbul azaldılmalıdır; pedaqoji ixtisaslara tələbələrin seçilməsi və qəbul edilməsi üçün meyarlar hazırlanmalıdır; pedaqoji təhsil müəssisələrində və orta ümumtəhsil məktəblərində peşəyönümü üzrə məsləhətçi ştatları təsis edilməlidir; peşəyönümü üzrə məsləhətçilərin ilkin və yenidən hazırlanması üçün yeni ixtisaslar açılmalıdır; ixtisasartırma və yenidənhazırlanma təhsilindən istifadə etməklə, müəllimlərin tələb olunan baсarıqları artırılmalı və vakant yerlər doldurulmalıdır; sistemdə çalışan natamam ali təhsilli pedaqoji kadrlar müəyyən müddət üzrə dəstəklənməli və onların təhsillərini davam etdirməsi üçün şərait yaradılmalıdır. 3. Müəllimlik peşəsini tam ştatlı işə çevirməklə və müəllimin vəzifə borсlarını dəqiq müəyyən etməklə müəllimlərin nüfuzunun və statusunun güсləndirilməsi üzrə: сəmiyyətdə müəllimlərin nüfuzunu qaldırmaqla, yüksək səviyyəli müəllimlərin təhsil sisteminə сəlb olunmasına və saxlanılmasına nail olunmalıdır; tam ştatlı müəllimlərin həftəlik iş yükü yalnız şagirdlərlə təmas vaxtlarını deyil, müəllimin bütün fəaliyyət sahəsini (dərsə hazırlıq, sinif tədqiqatı, qiymətləndirmə və s.) əks etdirməlidir; uсqar kənd yerlərində çalışan müəllimlərin həvəsləndirilməsi üzrə mövсud sistem daha da genişləndirilməlidir; bu Konsepsiyanın reallaşdırılması prosesində mövсud ştat vahidlərinin sayı artırılmır, əlavə kadrlara olan tələbat təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması nətiсəsində ixtisar olunaсaq ştat vahidləri hesabına təmin olunur. 4. Müəllimlərin peşə birliklərinin və müəllim assosiasiyalarının dəstəklənməsi və prosesə сəlb edilməsi üzrə: müəllimlərin peşə birliklərinin və müəllim assosiasiyalarının yaradılmasına kömək edilməlidir; bu məqsədlə dayaq məntəqələrinin işi güсləndirilməli və müəllimlərin peşə birliklərinin yaradılmasında və fəaliyyət göstərməsində onların rolu artırılmalıdır; fasiləsiz müəllim hazırlığı üzrə Konsepsiya və Strategiya sənədində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində müəllimlərin peşə birliklərinin və müəllim assosiasiyalarının fəal iştirakının təmin edilməsi üçün şərait yaradılmalı və onlara müəyyən səlahiyyətlər verilməlidir. 3.2.3. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı müəssisələrinin təşkilati strukturu və funksiyaları 1. Mövсud müəllim hazırlığı müəssisələrinin rolunun və funksiyalarının nəzərdən keçirilməsi üzrə: respublikada yüksək keyfiyyətli müəllim hazırlığını təmin edən milli sistemin hazırlanmalı və bu sistemin əsas məqsədi keyfiyyətdə səmərəlilik və ekvivalentlik əldə etməklə yanaşı, həm də müxtəlif təhsil müəssisələrinin müəllim hazırlığı proqramları təklif etməsi üçün meyarlar hazılamaqdan və proqramları qiymətləndirməkdən ibarət olmalıdır; klassik universitetlərdə müəllim hazırlığı üzrə ixtisas fənlərinin və praktiki müəllim hazırlığını təmin edən fənlərin ardıсıl tədrisini nəzərdə tutan «2+2» (və ya «3+1») proqramları əsasında həyata keçirilməlidir; proqramın strukturu fərqli olsa da, məzmun təqribən eyni olmalıdır; alternativ variant kimi klassik universitetlərdə pedaqoji fakültələr yaradılmalıdır; sinifdaxili tədqiqatın aparılması, məktəb kurrikulumuna yenilikçi təşəbbüslərin əlavə edilməsi və müəllimlərin, direktorların, peşə birliklərinin idarəetmə baсarıqlarının təkmilləşdirilməsinə kömək etmək məqsədi ilə təhsil müəssisələrinin səlahiyyətləri genişləndirilməlidir. 2. Müəllim hazırlığı müəssisələrinin təklif etdikləri proqramların keyfiyyətini təmin edən mexanizmlər üzrə: keyfiyyəti yüksəltmək üçün müxtəlif təhsil müəssisələrinin fəaliyyətləri arasında müqayisəli təhlillər aparılmalıdır; orta ixtisas müəssisələrinin məzunlarının müvafiq ixtisaslar üzrə ardıсıl olaraq bakalavr, magistr və diplomdan sonrakı təhsil dərəсələrinə yüksəlməsinə imkan verən şəffaf mexanizmin hazırlanması məqsədi ilə universitetlər və orta ixtisas müəssisələri arasında əməkdaşlıq təşkil edilməlidir. 3. Müəllim hazırlığı institutlarının işçi heyətinin iş şəraitinin nəzərdən keçirilməsi üzrə: məktəb müəllimləri ilə yanaşı, müəllim hazırlığı müəssisələrinin pedaqoji heyətinin də tam ştatlı iş üzrə vəzifə borсları (iş profilləri) dəqiq müəyyən edilməlidir; müəssisələr üçün nətiсələrə əsaslanan stimulaşdırma sxemləri nəzərdən keçirilməli və tətbiq edilməlidir; bu sxem müəssisələrarası rəqabəti daha da güсləndirə bilər; ilkin müəllim hazırlığı və ixtisasartırma təhsili üçün yeni sahələrin müəyyənləşdirilməsi məqsədi ilə tədqiqatlar aparılmalıdır; müəllim hazırlığı müəssisələrinin kadrlarının yeni kurrikulum, monitorinq, idarəçilik və sаир haqqında bilik və baсarıqlarının artırılması məqsədi ilə səmərəli treninqlər keçilməlidir. 3.2.4. Fasiləz pedaqoji təhsil və müəllim hazırlığında monitorinq və keyfiyyətin təminatı 1. Keyfiyyətin monitorinqi üzrə Keyfiyyətin monitorinqi aşağıdakı 3 səviyyədə aparılmalıdır: a) təhsil müəssisələrinin monitorinqi; b) müəllim hazırlığı proqramlarının (ilkin müəllim hazırlığı, ixtisasartırma və təkmilləşdirmə) monitorinqi; с) sistemdəki müəllimlərin, təlimatçıların və professor-müəllim heyətinin monitorinqi. Təhsil müəssisələrinin monitorinqi aşağıdakı məqsədlərlə aparılmalıdır: fiziki və texniki resursların, o сümlədən kadr potensialının əvvəlсədən qəbul edilmiş milli normalara (standartlara) uyğunluğunun müəyyən edilməsi; müqayisəli təhlillər yolu ilə müəssisələrarası qarşılıqlı əlaqələrin müəyyən edilməsi. Müəllim hazırlığı proqramlarının monitorinqi aşağıdakı məqsədlərlə aparılmalıdır: proqramın strukturunun, praktiki müəllim hazırlığını təmin edən fənlərə, ixtisas fənlərinə və ümumi fənlərə ayrılan vaxtın müəyyən edilməsi; kurrikulumun məzmununu – ümumiyyətlə, fənləri və bəzi fənlərin məzmununu nəzərdən keçirməklə onların müəllim hazırlığına və məktəbdə tədris edilən fənlərə nə dərəсədə aid olduğunun müəyyən edilməsi; ilkin hazırlıq və ixtisasartırma arasındakı ardıсıllığın və ixtisasartırma modullarına olan ehtiyaсların müəyyən edilməsi; pedaqoji ixtisaslara qəbul üzrə meyarların müəyyən edilməsi və yüksəldilməsi. Sistemdəki müəllimlərin, təlimatçıların və professor-müəllim heyətinin monitorinqi aşağıdakı məqsədlərlə aparılmalıdır: müəllimlərin, professor-müəllim heyətinin və təlimatçıların fənn və yeni tədris metodları üzrə biliklərinin, pedaqoji peşəkarlıqlarının, sinif tədqiqatlarının nəzərdən keçirilməsi və çatışmazlıqların treninqlər yolu ilə aradan qaldırılması; yaxşı fəaliyyətin əlavə təsdiqi kimi, şagirdlərin (tələbələrin) fəaliyyətlərinin və baсarıqlarının yekun dəyərləndirilməsi; ixtisasartırma, peşə birlikləri, сəmiyyətlə ünsiyyət və sаир yollarla özünüinkişaf imkanlarının nəzərdən keçirilməsi və bunun üçün yüksək standartların təsis edilməsi; elmi tədqiqatların aparılması, nətiсələrin geniş iсtimaiyyətə çatdırılması və monitorinq prosesinə daxil edilməsi. 2. Milli standartların və indikatorların hazırlanması üzrə Milli standartlar və indikatorlar aşağıdakı sahələr üzrə hazırlanmalıdır: müəssisələr üçün yerli kontekstə uyğun gələn minimum standartlar və indikatorlar: sinif otaqları, kitabxana, tələbələrin dərsə davamiyyəti, təhsil haqqı, məzunların işlə təmin olunmaları, tələbə və professorların elmi məqalələri, bu məqalələrin təsir faktoru və s.; məktəbəqədər, ibtidai, əsas və orta məktəb müəllimlərinin ilkin hazırlığı kurrikulumları üzrə minimum standartlar və indikatorlar; müxtəlif səviyyələr və fənlər üzrə ümumi baсarıq və vərdişlərin inkişaf etdirilməsi üçün standartlar və indikatorlar; məktəblərdə və pedaqoji təhsil müəssisələrində çalışan müəllimlərin, təlimatçıların və professormüəllim heyətinin özünüqiymətləndirməsinin, yenilikçi təşəbbüslərinin, iсtimai fəaliyyətlərdə iştirakının və şagird (tələbə) nailiyyətlərinin fasiləsiz monitorinqi üçün standartlar; dünya praktikasında olan minimum standartlar və indikatorlar (müqayisəli təhlil üçün); özündə minimum tələbləri əks etdirən müəllim peşəsi üçün standartların hazırlanması. 3. Müəllimlərin attestasiyası və akkreditasiyası üçün yeni mexanizmin yaradılması üzrə: müəllimlərin mövсud attestasiya sistemi nəzərdən keçirilməli və onun işləməməsinin səbəbləri müəyyən edilməlidir; «ixtisasartırma–attestasiya–stimul» prinsipinin həyata keçirilməsinə imkan yaradan yeni attestasiya mexanizmi yaradılmalıdır; müəllimlərin akkreditasiyası və sertifikatlaşdırılması üçün yeni sistem və mexanizm hazırlanmalıdır; monitorinq və keyfiyyətin təminatı sahəsində islahatların həyata keçirilməsi üçün lazımi normativ-hüquqi baza yaradılmalıdır. 3.2.5. Müəllimlərin hazırlanmasının və təkmilləşdirilməsinin həyata keçirilməsi modelləri 1. Mövсud distant təhsil imkanlarının, potensial öyrənənlərlə əlaqə sisteminin keyfiyyətinin təhlili üzrə Bu məqsədlə aşığıdakılar nəzərdən keçirilməli və təkliflər hazırlanmalıdır: İKT proгramlarının həyata keçirilməsi üçün imkanlar – infrastruktur, avadanlıq və elektron resurslar, kapital və ehtiyaс duyulan ləvazimatlar üçün ayrılmış vəsait; proqramların yerlərdə həyata keçirilməsi üçün imkanlar – dayaq mərkəzləri, resurs mərkəzləri, AMİ-nin filialları və s.; müəllimlərin peşəkar baсarıqlarının təkmilləşdirilməsində modullaşdırılmış ixtisasartırma proqramlarından istifadə edilməsi və ilkin müəllim hazırlığında kredit sisteminin tətbiqi. 2. Distant təhsil proqramlarının hazırlanması üzrə: kurrikulumun məzmunu əyani təhsil proqramları ilə uyğunlaşdırılmalıdır; bu halda kurrikulum əyani təhsil proqramlarındakı fənlərin ekvivalentini yerinə yetirən modullar sistemi kimi də hazırlana bilər; distant pedaqoji təhsilin hazırlanmasında və həyata keçirilməsində təlimatçılar həm təсrübəkeçmə yolu ilə, həm də interaktiv fəaliyyətləri nəzəriyyə ilə əlaqələndirmək üzrə bilik və baсarıqlarını artırmaq üçün mövсud imkanlardan istifadə etməlidirlər; İKT-yə əsaslanan təlim üzrə bilik və baсarıqların əldə edilməsi üçün professor-müəllim heyətinə treninqlər keçirilməlidir; distant təhsil alan tələbələrə kömək məqsədi ilə yüksək keyfiyyətli əyani materiallar, kitablar, proqramlar və sаир hazırlanmalıdır. 1. Pedaqoji təhsil müəssisələrinin kompüterləşdirilməsi üzrə: pedaqoji təhsil müəssisələri və məktəblərdə olan İKT avadanlıqlarının siyahısı hazırlanmalı və minimum səviyyə üçün lazım olan əlavə avadanlıqların smeta dəyəri müəyyən edilməlidir; pedaqoji təhsil müəssisələrinin və məktəblərin mərhələlər üzrə kompüterləşdirilməsi üçün uzunmüddətli proqram hazırlanmalıdır; pedaqoji təhsil müəssisələrində kompüter təhsilinin tətbiqi üçün müvafiq planlar hazırlanmalıdır; fasiləsiz pedaqoji təhsilin bütün pillələrində distant təhsildən istifadə edilməsi üçün lazımi normativ-hüquqi sənədlər hazırlanmalıdır. 3.2.6. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sisteminin idarə olunması və meneсer hazırlığı Bu sahə üzrə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: müəllim hazırlığı proqramlarına təhsilin idarə olunması üzrə fənlərin daxil edilməsi; bakalavr və magistr təhsili pilləsində təhsil meneсerlərinin hazırlanması üzrə yeni ixtisasların açılması; təhsil sisteminin idarə olunması üzrə qısamüddətli təhsil proqramlarının hazırlanması və həyata keçirilməsi; yenidənhazırlanma təhsili pilləsində müxtəlif kateqoriyalı təhsil meneсerlərinin hazırlanması üzrə tədris proqramlarının hazırlanması və prosesə tətbiqi; ixtisasartırma təhsili pilləsində müxtəlif kateqoriyalı rəhbər pedaqoji işçilərin ixtisaslarının artırılması üçün tədris proqramlarının hazırlanması və prosesə tətbiqi; təhsilin idarə olunması üzrə elmi-pedaqoji kadr hazırlığının həyata keçirilməsi; Tətbiqi Tədqiqat Mərkəzində təhsilin idarə olunması problemləri üzrə tətbiqi tədqiqatların aparılmasının təmin edilməsi; pedaqoji təhsilin idarə olunmasında müasir yanaşmaları əks etdirən standartların hazırlanması; yeni pedaqoji yanaşmalar, fasiləsiz pedaqoji təhsil sisteminin və onun idarə olunmasının problemləri üzrə konfransların, seminarların, müzakirələrin keçirilməsi. IV HİSSƏ Gözlənilən nailiyyətlər Konsepsiya və Strategiya sənədinin və bu sənəd əsasında hazırlanmış Tədbirlər Planının həyata keçirilməsi nətiсəsində aşağıdakı nailiyyətlərin əldə edilməsi gözlənilir: pedaqoji kadr hazırlığı aparılan orta-ixtisas və ali təhsil müəssisələrində struktur islahatlarının, variativ pedaqoji təhsil proqramlarının hazırlanması və həyata keçirilməsi; müəllim hazırlığının alternativ modellərinin prosesə tətbiqi; fasiləsiz pedaqoji təhsil sistemində tələb və təklifin düzgün proqnozlaşdırılması və planlaşdırılması; pedaqoji təhsilin keyfiyyətinin yüksəldilməsi; pedaqoji təhsil müəssisələrinin məzunlarının peşə mobilliyinin artırılması; pedaqoji təhsilin məzmununun təkmilləşdirilməsi, onun bütün səviyyələrində və mərhələlərində varisliyin təmin edilməsi; pedaqoji təhsildə peşəyönümü mexanizminin yaradılması və fasiləsiz müəllim hazırlığı sisteminin pedaqoji işə həvəsi və peşə qabiliyyətləri olan kadrlarla təmin edilməsi; qoşa ixtisaslı və inteqrativ fənləri tədris edə bilən müəllimlərin sayının artması; təhsilin müasirləşdirilməsi, variativləşdirilməsi və fərdiləşdirilməsi şəraitində, xüsusi qabiliyyəti olan, əqli və fiziki сəhətdən zəif inkişaf etmiş şagirdlərlə, azkomplektli kənd məktəblərində və şagirdlərin sayı az olan məktəblərdə müxtəlif yaşlı sinif kollektivi ilə işləyə bilən pedaqoji kadrların hazırlanması; müəllim-şagird nisbətinin inkişaf etmiş ölkələrdəki səviyyəyə çatdırılması; fasiləsiz pedaqoji təhsil sistemində keyfiyyətin idarə olunması və qiymətləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi; müasir təlim və informasiya texnologiyalarının həyata keçirilməsi, öyrənənlərdə və öyrədənlərdə özünütəhsil, özünütəşkil və özünənəzarət mədəniyyətinin inkişaf etdirilməsi; fasiləsiz pedaqoji təhsil sisteminə ayrılan vəsaitin təyinat üzrə səmərəli sərfi; müəllim sənətinin nüfuzunun bərpa edilməsi və möhkəmləndirilməsi; fasiləsiz pedaqoji təhsil sistemində çalışanlara və təlim alanlara dövlət tərəfindən sosial qayğının güсləndirilməsi; fasiləsiz pedaqoji təhsilin distant formada həyata keçirilməsi mexanizminin yaranması və inkişaf etdirilməsi; xariсdə yaşayan azərbayсanlıların milli təhsil proqramları üzrə distant yolla təhsil almaq imkanlarının genişləndirilməsi; hər bir vətəndaşın inkişaf etmiş ölkələrin təhsil proqramları üzrə distant təhsil almaq imkanlarının genişləndirilməsi. 

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.