07.12.2015

Biliklər və fəaliyyətlər


Üç cür biliklər vardır: deklarativ, prosedural, kontekstual
Deklarativ bilik – Müəyyən fənn üzrə məlumat xarakterli biliklərdir. Bunların sırasına artıq mövcud olan mühüm anlayışlar  və faktlar, terminologiya və təriflər,  hər hansı bilik sahəsini dərk etmək və problemləri həll etmək üçün vacib olan məlumatlar daxildir
Prosedural bilik prosesi ehtiva edir. Bu bilik hər hansı fənn üzrə mühüm vərdiş və proseslər kimi qəbul edilə bilər. Bu zaman uşağın fəaliyyəti və yara­dıcılığı öndə dayanır. Prosedural bilik hər hansı fənn və ya bilik sahəsində fəaliyyətin icrasına kömək edən prosedur qaydaları əhatə edən biliklərdir. Bunların sırasına tədqiqat, araşdırma və tətbiqetmə metod və texnikaları, alqoritmlər, xüsusi metodologiyalar daxildir.
Kontekstual / konseptual bilik – sadəcə prosedural və ya deklarativ biliyin əsasında qurulan biliyin yeni məzmununu təşkil edir. Konsep­tual bilik problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklərdir. Bunların sırasına müəyyən bilik sahəsində münasib faktları ümumiləş­dirən və əlaqələn­dirən şəxsin yaratdığı yeni konsepsiyalar, ümumiləş­dir­mələr, nəzəriyyələr, təsnifatlar, prinsiplər, modellər, strukturlar daxildir.
Məzmun standartının əsasında müxtəlif fəaliyyət növləri dayanır. İdraki (koqnitiv), emosional-affektiv (ünsiyyət) psixomotor  olmaqla onlar 3 cür qruplaşdırılır. Hər bir fəaliyyət növü özünə xac olan fellərlə ifadə olunur.



0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.