Etibarlılıq
Toplanılmış məlumatların keyfiyyətcə müvafiqliyinin və etibarlılığının təmin edilməsi (validlik və relevantlıq). Məlumatların keyfiyyəti qəbul edilmiş qərar və fəaliyyətlərin münasibliyinə təminat verir. Qiymətləndirmə məqsədləri real seçilir və ölçülə bilən xüsusiyyətlər qiymətləndirilir. Şagirdin nailiyyətləri ona yaradılmış imkan daxilində müəyyən sahədə yerinə yetirdiyi konkret tapşırığın səviyyəsinə görə qiymətləndirilir.
Qiymətləndirmənin relevantlığı
Nəzərdə tutulmuş məqsədlə qiymətləndirmə arasında uzlaşma təmin olunur. Qiymətləndirmə əvvəlcədən planlaşdırılır, onun xidmət edəcəyi məqsədlər müəyyənləşdirilir, şagird haqqında toplanılan zəruri məlumatların mahiyyəti, xüsusiyyətləri göstərilir, məlumatların toplanılması və təhlili üsulları seçilir, veriləcək qərarın mahiyyəti təsvir edilir.
Qiymətləndirmənin praktikliyi
Qiymətləndirmə prosesinin praktikliyi şəffaf şəkildə davamlı olaraq onun tətbiqi haqqında məlumat verir. Buraya:
qiymətləndirmənin düzgün təşkili,
qiymətləndirmə üzrə vaxtın müəyyən edilməsi,
qiymətləndirmə materiallarının hazırlanması,
testlərin şagirdlərin nailiyyətləri ilə uyğunluğu,
testlərdəki sualların şagirdlərə müsbət təsiri,
testləşmənin metod və formaları,
keyfiyyətin ölçü prosesi, ölçü metodları (scoring methods)
cavabların növləri aiddir.
Qiymətləndirməni dəyərləndirmə
Qiymətləndirmədə dəyərləndirmə müsbət və ya mənfi ola bilər. Bu qiymətləndirmədə əsas məqsəd şagird nailiyyətlərinin müasir kurikuluma və bəzi təimatlara uyğun qiymətləndirilməsidir.
Müsbət rəy və dəyərləndirmə şagirdləri daha çox çalışmağa həvəsləndirir, mənfi rəy və təkliflər isə şagirdin nələri düz və səhv etdiyini, bunları aradan qaldıracağı yolları təsvir edir.
Qiymətləndirmənin orijinallığı
Autentik qiymətləndirmə şagirdlərin qazandığı nailiyyətlərin real həyatla əlaqəsini yaratmaqdır. Bu qiymətləndirmə növü tənqidi təfəkkür bacarıqlarını inkişaf etdirir, test tapşırıqlarının nəticələri şagirdləri real həyat hadisələri ilə tanış edir və problemlərin həllində onlara kömək edir.
0 коммент.:
Отправить комментарий