Təhsil müəssisələrində çalışan işçilərə
Əlavə haqların ödənilməsinə dair Təlimat
Pedaqoji işçilərə gördüyü işlərin həcmi
və xarakteri əsas vəzifə ilə yanaşı əlavə vəzifələrin də yerinə yetirilməsi
zərurəti yaradır. Əlavə vəzifələrin yerinə yetirilməsi üçün əlavə ödənişlər
tətbiq olunur. Həmin ödənişlərin verilməsi və miqdarı aşağıdakı kimi
müəyyənləşdirilir.
І Sinif
rəhbərliyi, dəftər və yazı işlərinin
yoxlanması üçün əlavə haqların ödənilməsi
1.
Ümumtəhsil, texniki-peşə və orta ixtisas
məktəblərində sinif (qrup) rəhbərliyinə görə aşağıdakı kimi əlavə haqlar
ödənilir.
- І - ІV
siniflərdə bir müəllim stavkasının 15 faizi həcmində;
- V - XІ
(XІІ) siniflərdə bir müəllim stavkasının 20 faizi həcmində;
- Texniki
peşə, orta ixtisas məktəblərində bir müəllim stavkasının 15 faizi həcmində.
Sinifdə (qrupda) şagirdlərin sayı 10
nəfərdən az olduqda sinif (qrup) rəhbərliyi üçün müvafiq məbləğin 50 faizi
ödənilir.
Peşə məktəblərində və peşə liseylərində
peşə ilə yanaşı orta təhsil də verən qruplarda, əsas təhsil bazasından peşə
məktəbinə (liseyinə) daxil olan və 1-2 il müddətinə təhsil alan qruplarda sinif
rəhbərliyi verilir.
Bütün tipdən olan internat
məktəblərində, sanatoriya-peşə məktəblərinə sinif rəhbərliyi üçün əlavə haqq
ödənilmir.
Azkomplektli ibtidai siniflərdə dərslər iki
müəllim tərəfindən aparılmalıdırsa və ikinci müəllim xəstəliyə və digər
səbəblərə görə yoxdursa, sinif rəhbərliyi və dəftərlərin yoxlanılmasına görə
əlavə haqq şagirdlərin ümumi sayından asılı olaraq bir sinif (sinif komplekt)
üçün verilir.
2.
Müəllim yalnız bir sinifdə sinif rəhbərliyi apara
bilər. Məktəbdə müəllimlərin sayı kifayət qədər olmadıqda Təhsil Nazirliyinin
icazəsi ilə iki sinifdə sinif rəhbərliyi aparıla bilər.
Axşam
(növbəli) orta ümumtəhsil məktəblərinə iki növbəliklə əlaqədar və ya digər
səbəbə görə iki qrupa bölünüb müxtəlif vaxtlarda dərs keçirilirsə, sinif
rəhbərliyi üçün haqq bir sinif üçün ödənilir.
3.
Bütün
tipdən olan ümumtəhsil və internat məktəblərinin І - ІV sinif müəllimlərinə
dəftərlərin və
yazı işlərinin yoxlanılması
üçün bir müəllim
stavkasının 10 faizi miqdarında əlavə haqq ödənilir. Əlavə haqq dərs yükünün həcmindən asılı olmayaraq
əsas müəllimə verilir. Sinifdə (sinif komplektində)
şagirdlərin sayı 10 nəfərdən az olduqda yazı işlərinin yoxlanması üçün müvafiq
məbləğin 50 faizi ödənilir.
Evlərdə, xəstəxanada və
ya sanatoriyada І - V
sinif şagirdləri ilə fərdi və ya
qrup halında dərs aparan müəllimlərə
yazı işlərinin yoxlanılması üçün əlavə haqq ödənilmir.
Təlim qeyri-azərbaycan dilində aparılan І
- ІV siniflər azərbaycan dilini, təlim
azərbaycan dilində aparan І - ІV siniflərdə xarici
dili digər müəllim tədris edirsə, həmin müəllim şagirdlərin
sayı nəzərə alınmaqla yazı işlərinin
yoxlanması üçün ibtidai
siniflərdə nəzərdə tutulmuş ödənişə
uyğun olaraq dərs dediyi faktiki saatların miqdarına görə əlavə haqq ödənilir.
Ümumtəhsil
və internat məktəblərinin V - XІ
(XІІ) siniflərin (o cümlədən evdə, xəstəxanada, sanatoriyada
fərdi və ya qrup halında dərs aparanlar), texniki peşə, orta ixtisas məktəblərinin
ana dili və ədəbiyyat üzrə yazı işlərini yoxlanması üçün bir
müəllim stavkanın 15
faizi, riyaziyyat, xarici dil və stenoqrafiya üzrə 10 faizi miqdarında
əlavə haqq ödənilir.
Siniflərdə (qruplarda) şagirdlərin
sayı 10 nəfərdən
az olduğu halda yazı işlərinin yoxlanılması üçün müvafiq
məbləğin 50 faizi ödənilir. Bu
qayda həmçinin siniflər yarımqruplara bölündükdə də tətbiq edilir. Dərs
ili ərzində şagirdlərin sayı ilə əlaqədar
sinif rəhbərliyi və yazı
işlərinin yoxlanması üçün verilən əlavə haqq dəyişilmir.
Orta
ixtisas məktəblərində rəsmxət və
texniki mexanika üzrə yazı işlərinin yoxlanması üçün müəllim stavkasının 10
faizi miqdarında əlavə haqq ödənilir.
ІІ Fənn, bölmə və metodiki komissiyalara, şöbə,
tədris kabinetlərinə, tədris-təcrübə sahələrinə, tədris emalatxanalarına, bədən
tərbiyəsi üzrə sinifdən xaric işlərin aparılmasına rəhbərlik üçün əlavə
haqların ödənilməsi.
1.
Orta ixtisas məktəblərində müəllimlərə fənn, bölmə
və metodiki komissiyalarda rəhbərlik üçün bir müəllim stavkasının 15 faizi
miqdarında əlavə haqq ödənilir.
2.
Məktəb və internat məktəblərdə, peşə məktəbləri və
peşə liseylərində tədris kabinetinin müdirinə (peşəyönümü, informatika və hesablama
texnikası daxil olmaqla) stavka və ya vəzifə maaşının 10 faizi miqdarında əlavə
haqq ödənilir. Hesablama texnikasına xidmət üçün bu iş həvalə olunan şəxsə hər
bir işləyən kompüterə görə müəllim stavkasının 3 faizi həcmində əlavə haqq
ödənilir.
3.
Pedaqoji məktəblərdə tədris kabineti və ya
laboratoriya müdirliyinə görə bir stavkanın 15 faizi miqdarında əlavə haqq
ödənilir. Tədris kabineti və ya laboratoriya müdirliyinə görə əlavə haqq yalnız
tədris işlərini aparmaq üçün lazımi avadanlıq olduqda verilir.
4.
Tədris-təcrübə sahəsinə rəhbərlik üçün əsas
məktəblə bir müəllim stavkasının 10 faizi miqdarında, orta məktəblərdə isə
faizi miqdarında, internat məktəblərində və ciddi tərbiyə şəraitinə ehtiyacı
olan uşaqlar üçün xüsusi təyinatlı məktəblərdə 20 faizi miqdarında əlavə haqq
ödənilir. Əlavə haqq uşaqlar tərəfindən təsərrüfat işlərinin görüldüyü müddət
üçün ödənilir. İstixanaları və şitillikləri olan məktəblərdə həmin məbləğ il
ərzində ödənilir. İnternat məktəbdə aqronom ştat olduqda tədris-təcrübə sahəsi
üçün əlavə haqq verilmir. Xidmət əməyi üzrə (parça emalı, kulinariya işləri)
məşğələlərin aparıldığı tədris emalatxanalarının ustası vəzifəsini yerinə
yetirməsi üçün nəzərdə tutulan məbləğ verilir.
5.
İbtidai, əsas, orta məktəblərdə və internat
məktəblərdə bədən tərbiyəsi üzrə şagirdlərlə sinifdənkənar işlərin aparılması
həvalə olunan müəllimə siniflərin sayı 10-19-a qədər olduqda bir müəllim
stavkasının 20 faizi, 20-dən 29-a qədər olduqda 50 faizi, 30 və daha çox
olduqda isə 70 faizi miqdarında əlavə haqq ödənilir. Yetim və valideyn
himayəsindən kənarda qalmış uşaqlar üçün internat məktəblərində, məktəbyaşlı
uşaqlar üçün uşaq evlərində və qarışıq tipli uşaq evlərində şagirdlərlə
sinifdənkənar işlərin aparılması həvalə şəxsə siniflərin sayından asılı
olmayaraq bir stavkanın 50 faizi miqdarında əlavə haqq ödənilir.
III Məktəbə (sinfə). Məktəbyanı internata, bölməyə
(qrupa), filiala, məktəbin tədris məsləhət məntəqəsinə, məktəbdənkənar
müəssisələrin şöbələrinə rəhbərlik üçün əlavə haqların ödənilməsi
1.
İbtidai
məktəblərdə sinif komplektlərinin sayı 5-dən aşağı, şagirdlərin
sayı isə 100 nəfər qədər, natamam musiqi və rəssamlıq məktəblərində şagirdlərin
sayı 50 nəfər qədər olduqda direktor vəzifəsi nəzərdə tutulmur. Məktəbə
rəhbərlik üçün müəllimlərdən birinə aşağıdakı kimi əlavə haqq ödənilir.
-
İbtidai məktəblərdə şagirdlərin sayı 100 nəfərə
qədər olduqda bir müəllim stavkasının 20 faizi miqdarında əlavə haqq ödənilir.
-
7-8 illik uşaq musiqi, incəsənət və rəssamlıq
məktəblərində şagirdlərin sayı 50-yə qədər olduqda məktəbə rəhbərlik edən
müəllimə bir stavkanın 15 faizi miqdarında əlavə haqq ödənilir. Şagirdlərin
sayı 150-dən 200-ə qədər olduqda tədris hissə müdiri vəzifəsi həvalə edilmiş
müəllimə bir stavkanın 20 faizi miqdarında əlavə haqq ödənilir.
2.
Məktəbdənkənar müəssisələrin dərnək rəhbərlərinə
(eyni profil üzrə 10 dərnəkdən az olmadıqda) bölməyə rəhbərlik üçün bir
stavkanın 25 faizi miqdarında əlavə haqq ödənilir.
3.
Orta ixtisas məktəblərinin müəllimlərinə axşam,
qiyabi şöbələrə rəhbərlik üçün aşağıdakı kimi haqq ödənilir.
-
Şöbədə 100-dən 125-ə kimi tələbə olduqda stavkanın
10 faizi, 126-dan 150-yə qədər tələbə olduqda bir stavkanın 15 faizi
miqdarında;
-
şöbədə 151-dən 200-ə qədər tələbə olduqda bir
stavkanın 20 faizi miqdarında; İncəsənət və musiqi işçilərinin hazırlanması
üzrə şöbəyə rəhbərlik edən müəllimə tələbələrin sayı 50-dən 100-ə qədər olduqda
10 faizi miqdarında, tələblərin sayı 100-dən çox olduqda 15 faizi miqdarında
əlavə haqq ödənilməlidir.
ІV Pedaqoji işlə əlaqəsi olmayan peşə və vəzifələri
əvəz etməyə görə əlavə haqların ödənilməsi.
1.
Təhsil müəssisələrinin rəhbərlərinə həmkarlar
komitəsinin razılığı ilə az sayda işlərlə yerinə yetirilən işlərin həcmini
artırmaqla fəhlə, mühəndis-texniki işçilərə, digər mütəxəssislərə, qulluqçulara
və kiçik xidmət işçilərinə stavka və ya vəzifə maaşının 30 faizi qədəri
həcmində peşə və vəzifələri əvəz etməklə xidmət sahəsini genişləndirmək və
yerinə yetirilən işin həcmini artırmağa icazə verilir.
2.
Müəllim və digər işçilərə kargüzarlıq və mühasibat
uçotu işlərini yerinə yetirmək üçün aşağıdakı kimi əlavə haqq ödənilir;
-
Ümumtəhsil məktəblərində sinif komplektlərinin sayı
50-dən 10-a qədər olduqda stavka və ya vəzifə maaşının 10 faizi miqdarında;
-
Sinif komplektlərinin sayı 10-dan 13-ə qədər
olduqda stavkanın 15 faizi miqdarında;
-
Ümumtəhsil məktəbləri yanında internatlarda, orta
musiqi, incəsənət və rəssamlıq məktəblərində tərbiyə olunanların sayı 20-dən
75-ə qədər olduqda 3 faizi, 76-dan 120-ə qədər olduqda 5 faizi, 120-dən artıq
olduqda isə 8 faizi miqdarında əlavə haqq ödənilir.
3.
Şagirdlərin sayı 160-dan çox olan ümumtəhsil
məktəblərində kitabxanaçı vəzifəsi nəzərdə tutulmayan kitab fondu 1000-dən az
olmayan halda kitabxana işlərinin aparılması həvalə olunmuş müəllimə və ya
məktəb işçisinə stavka və ya vəzifə maaşının 10 faizi miqdarında əlavə haqq
ödənilir.
Məktəbin
kitabxana müdirinə və ya kitabxanaçısına kitabxana olmadıqda dərslik fondunun
aparılması həvalə olunmuş şəxsə aşağıdakı qaydada əlavə haqq ödənilir:
-
1000
nüsxəyə qədər dərslik
fonduna görə müvafiq işçinin stavkasının (vəzifə maaşının) 5 faizi miqdarında;
-
1000 nüsxədən artıq dərslik fonduna görə müvafiq işçinin
stavkasının (vəzifə maaşının) 10 faizi miqdarında.
4.
Xarici dili bilən və onu praktiki işdə tətbiq edən
işçilərin stavkaları (vəzifə maaşları)
aşağıdakı qaydada artırılır:
- Bir sıra fənlərin xarici dildə tədris
edildiyi məktəblərdə, internat məktəblərdə işləyən direktorlara, onların təlim-tərbiyə
işləri, tərbiyə üzrə (təşkilatçı)
və xarici dil üzrə müavinlərə,
müəllimlərə, tərbiyəçilərə, uşaq birliyi
rəhbərlərinə stavka 10 faizi miqdarında
əlavə haqq ödənilir.
- Məktəbdə
iki və daha
çox günüuzadılmış qrup olarsa
direktorun, tədris işləri üzrə direktor
müavininin vəzifə maaşı
stavkanın 5 faizi,
günüuzadılmış məktəblərdə isə 10
faizi miqdarında əlavə haqq ödənilir. Bu artım direktorun tədris işi
üzrə müavinlərindən yalnız birinə
günüuzadılmış qrupların işinə rəhbərlik edən müavinə verilir. Direktor müavinin həmin vəzifəni tam və ya yarım ştat
aparmasından asılı olmayaraq yuxarıda göstərilən əlavə haqq tam ödənilir.
ІV Əməkhaqqının stavkaları və vəzifə maaşlarına
əlavələrin və üstəliklərin ödənilməsi.
1.
Əməkhaqqı stavkaları (vəzifə maaşları) aşağıdakı
hallarda artırılır.
a)
“Xalq müəllimi” adı olanlara 25000 manat miqdarında
əlavə haqq müəyyən edilir;
b)
“Əməkdar müəllim” adı olanlara 15000 manat
miqdarında əlavə haqq ödənilir;
c)
“Əməkdar hakim”, “Əməkdar idman ustası”, “Əməkdar
məşqçi”, olanların rəhbər işdəki fəaliyyəti və pedaqoji fəaliyyəti peşəyə uyğun
gəlirsə 15000 manat miqdarında əlavə haqq müəyyən edilir;
ç) “Elmlər
doktoru” və “Elmlər namizədi” elmi dərəcəsi olanlara müvafiq olaraq 19000
və 9000 manat miqdarında əlavə haqq
ödənilir. Pedaqoji işçinin elmi və eyni
zamanda fəxri adı
olarsa, hər ikisi üçün
əlavə haqq ödənilir. Pedaqoji iş aparan direktor, direktor müavini, metodist və digər təhsil işçilərinin
vəzifə maaşları və pedaqoji iş üçün stavkaları a. b, c, ç bəndlərində
göstərildiyi kimi ödənilir.
2.
Ümumi tipli internatlarda, lisey, gimnaziyalarda,
müəllif məktəbində, körpələr evində (uşaq bağçası-körpələr evində körpə
qruplarda) işləyən pedaqoji işçilərinin əməkhaqqı stavka və vəzifə maaşlarının
15 faizi miqdarında artırılır.
3.
Xüsusi tipli internatlarda əqli və fiziki
inkişafında qüsurlu, ciddi tərbiyəyə ehtiyacı olan, uzun müddətli müalicəyə
ehtiyacı olan internat peşə sağlamlıq məktəbində) və məktəbəqədər
müəssisələrdə, uşaq evlərində, həddi-buluğa çatmayanlar üçün qəbul bölgü
məntəqələrində, xəstə uşaqlar üçün məktəblərdə (xəstə uşaqlarla fərdi, qrup
halında məşğul olan, ümumtəhsil məktəbləri nəzdində xüsusi təyinatlı sinif və
qruplarda işləyən pedaqoji işçilərin əməkhaqqı vəzifə maaşları və stavkalarının
50 faizi miqdarında artırılır. Təhsil müəssisələrində çalışan işçilərə əlavə
haqların ödənilməsinə dair 21 iyul 1994-cü ilə təsdiq edilmiş təlimat qüvvədən
düşmüş hesab edilir.
Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq
edilir.
0 коммент.:
Отправить комментарий