08.12.2014

IDARƏETMƏDƏ   INFORMASIYALARIN  MÖVQEYI  VƏ  ROLU

Hər hansı sosial sistemin idarə edilməsi informasiyalar dövriyyəsi prosesi ilə sıx surətdə əlaqədardır. Ġstər
cəmiyyətin, istərsə də bütün sosial sistemlərin idarə edilməsində informa-siyaların toplanması, saxlanması,
təhlili və onlardan səmərəli istifadə edilməsinin mühüm rolu vardır.
Ġnformasiya sosial idarəetmə prosesinin özəyini təĢkil edir, çünki, məhz o, vəziyyəti qiymətləndirmək,
idarəetmə qərarları qəbul etmək üçün zəmin yaradır. Hər hansı idarəetmə vəziyyəti səciyyələndirən müxtəlif
informasiyaların təhlilinə əsaslanan idarəedici komandalar verməklə obyektə və ya digər təsir göstərməyi
nəzərdə tutur. Ġnformasiyaların yoxluğu rəhbəri Ģüurlu və əsaslandırılmıĢ hərəkət etmək imkanından məhrum
edir. Ġnformasiya, imkanların həqiqətə çevrilmə mexanizminin açılması üçün insanın nəzəri və praktik
fəaliyyətinin istinad materialı rolunu oynayır. Akademik A. Ġ. Berqə görə «insan yalnız» xarici aləmdə
arasıkəsilməz informasiya ünsiyyəti Ģəraitində uzun müddət normal fikirləĢə bilər».
Bu informasiya nədir? Bu anlayıĢa nələr daxildir? Ġlk baxıĢda bu sualların cavabı çox asan görünür.
Əslində isə informasiya anlayıĢının hamı tərəfindən qəbul olunmuĢ vahid təsnifi yoxdur. Tədqiqatçılar bu
anlayıĢı müxtəlif mövqelərdən Ģərh etməyə çalıĢmıĢ, onun gibernetik, fəlsəfi və sair Ģərhini vermiĢlər. Lakin
ümumiĢlək mənada informasiya dedikdə öz məzmununda hər hansı əĢya, cəmiyyət və təbiətdə baĢ verən hadisə,
proseslər haqqında fakt və məlumatları əks etdirən bütün məlumatlar nəzərdə tutulur. Həmin məlumatlar bu və
ya digər idarəetmə sistemindən mövcud vəziyyəti və ya bu vəziyyətdəki dəyiĢikliyi əks etdirir. Əks olunan sistemin
vəziyyətindəki müxtəliflik informasiyaların rəngarəngliyinə səbəb olur. Bu mənada sistemin özünün
hərəkəti inofrmasiyaların dinamikliyini müəyyən edir.
Ġnsanın əldə etdiyi informasiya onun fəaliyyətini istiqamətləndirə bilən adi, emprik məlumatlardan da
ibarət ola bilər. Lakin idarəetmə funksiyalarının həyata keçirilməsinə xidmət edəcək informasiyalar isə mütləq
elmi xarakter daĢımalıdır. Belə informasiyaların xarakteri idarəetmə obyektinin spesifikasından, qarĢıya qoyulan
vəzifə və məqsəddən, eləcə də idarə edən subyektin səlahiyyətlilik və səriĢtəliliyindən asılıdır. Əgər söhbət
bütövlükdə cəmiyyətin idarə edilməsindən gedirsə, onda ictimai həyatın bütün sahələrini əhatə edən kompleks
informasiyalara (iqtisadi, sosial-siyasi, mənəvi, ailə-məiĢət) ehtiyac duyulur. Əgər obyekt cəmiyyət həyatının
hər hansı əlahiddə götürülmüĢ sahəsidirsə, onda informasiya, hər Ģeydən əvvəl, həmin sahədəki vəziyyəti əks
etdirməlidir. Məsələn, iqtisadi idarəetmə istehsal-iqtisadi informasiyalar tələb edirsə, sosial-siyasi idarəetmə sosial
informasiyalara əsaslanır.
Ġctimai həyatın hansı sahəsi olursa olsun, obyektdən asılı olmayaraq, idarəetmə insanların fəaliyyəti ilə
əlaqədardır. Bu baxımdan əməyin təĢkili, adamların fəaliyyətinin idarə olunması hər hansı idarə olunan sistemin
mühüm komponentini təĢkil edir. Ona görə də bütün idarəetmə sistemlərində sosial informasiyalardan istifadə
olunur. Cəmiyyətin idarə edilməsində istifadə olunan informasiyalar öz təbiətinə görə sosialdır. Ona görə ki,
onları formalaĢdıran və onlardan istifadə edən insan, idarəetmənin baĢ obyekti və subyekti, bir ictimai varlıq
kimi mahiyyətcə sosial olub, bu və ya digər cəmiyyətə, sinfə, millətə, sosial kollektivə məxsusdur. Odur ki, sosial
informasiya özündə sinfi, milli və digər münasibətlərin izlərini, sosial kollektivin təlabat, maraq və psixi
əlamətlərini daĢıyır. Ona görə də sosial informasiya daha mürəkkəb, ali, çoxcəhətli informasiya növü hesab olunur.
Onun köməyi ilə insanlar bir-birilə ünsiyyət saxlayır, fikir mübadiləsi edir. Cəmiyyətə məqsədyönlü təsir
göstərir, onun idarə edilməsini təmin edir.
Sosial informasiyanın ilk mənbəyi cəmiyyət, sonra isə ictimai həyatın ayrı-ayrı sahələridir. Lakin subyekt
idarəetmə üçün gərəkli informasiyaların hamısını cəmiyyətdən almır. Onların bir hissəsi subyektin Ģəxsi
təcrübəsi, adamlarla bilavasitə ünsiyyəti, ictimai həyatın müxtəlif sahələrinə bilavasitə müdaxiləsi sayəsində
əldə edilərsə, digər hissəsi, həcmcə daha çoxu, məzmunca daha dolğunu təlim-tərbiyə sistemi, təbliğat və kütləvi
informasiya vasitələri ilə əldə edilir.
Ġdarəetmə sistemində subyekt və obyekt arasında fasiləsiz əlaqə kanalları ilə daxil olan informasiyalar
obyektin vəziyyətindən daim xəbər tutur. Həmin informasiyalara istinad edərək iĢin gediĢində düzəliĢlər aparır,
əvvəl qəbul edilmiĢ qərarların təsbihinə nə dərəcədə ehtiyac olduğunu müəyyənləĢdirir, sonra isə qarĢıya
qoyulmuĢ vəzifə və məqsədlərə nail olmaq üçün yeni qərarlar qəbul edir.
AparılmıĢ tədqiqatlar, təcrübə və müĢahidələr göstərir ki, hər hansı sistemdə idarəetmənin səviyyəsi informasiya
mübadiləsinin təĢkilindən, informasiya axınından istifadənin vəziyyətindən xeyli dərəcədə asılı olur.
Ġdarəetmədə informasiyalarla iĢi yaxĢılaĢdırmaq üçün, birinci növbədə, informasiyaların təsnifatı
haqqında da təsəvvürə malik olmaq lazımdır. Mövcud ədəbiyyatda informasiyaların müxtəlif məntiqi əsasa görə
təsnifinə rast gəlinir. Mütəxəssislər ictimai həyatın müxtəlif sahələrinə görə iqtisadi, sosial siyasi və ideoloji informasiya
növlərini Ģərh edirlər. Subyektinə (informasiya verən təĢkilatlara) görə isə dövlət və ictimai
təĢkilatlardan daxil olan informasiyalar qeyd olunur. Daxil olma mənbələrinə görə informasiyalar iki qrupa
ayırılır:78
1. Daxili informasiyalar–buraya sistemin öz hüdudları daxilində onun komponentləri arasında dövr edən
informasiyalar daxildir. Bu qrupda subyektlə obyekt arasındakı informasiyalar mühüm əhəmiyyət kəsb edir.
Belə informasiyalar idarəetmə prosesində aparıcı rola malikdir. Düz əlaqə (subyektdən obyektə doğru) vasitəsilə
verilən informasiyalar düz və ya birbaĢa informasiyalar, əks əlaqə (obyektdən subyektə doğru) vasitəsilə əldə
edilən informasiyalar isə əks informasiyalar adlanır.
2. Xarici informasiyalar–buraya yuxarı və aĢağı təĢkilatlardan və eləcə də əlaqədar digər sistemlərdən
daxil olan informasiyalar aiddir.
DaĢıyıcılarına görə informasiyaları aĢağıdakı qruplara ayırmaq olar: Ģifahi, yazılı, çap edilmiĢ, radioteleinfor-masiyalar.

ġifahi informasiyalara Ģəxsi söhbətlər, konfrans, müĢavirə, Ģura, iclas, seminar və s. yığıncaqlarda əldə
edilən məlumatlar daxildir. Yazılı informasiyalar dedikdə hər cür yazılı və statistik hesabatlar, arayıĢlar, yoxlama
materialları və s. nəzərdə tutulur. Çap edilmiĢ informasiyalar qəzet və jurnal səhifələrində, müxtəlif biblioqrafik
ədəbiyyatda, kitab və əyani təbliğat materiallarında çap etdirilmiĢ yazılı məlumatları əhatə edir. Radiotele-informasiyalar
həm Ģifahi, həm yazılı, həm də vizual (görmə) məlumatları özündə cəmləĢdirən informasiyalardır.

Xarakterinə görə informasiyaları rəsmi və qeyri-pəsmi olmaqla iki yerə ayırırlar.
Rəsmi informasiyalara vəzifəli Ģəxslər tərəfindən verilən komanda və məlumatlar, qeyri-rəsmi informasiyalara
isə ayrı-ayrı Ģəxslər tərəfindən daxil olan təklif, tövsiyə və rəylər daxil edilir.
Ġstifadə müddəti və dövrünə görə Ģərti-daimi və dövri-dəyiĢkən informasiya növləri qeyd olunur.
Birincilərə rəsmi məlumat kitabları və normativ sənədlərdə əksini tapmıĢ məlumatlar aid edilir ki, bunlar
həcmcə böyük olub, uzun dövr üçün istifadə edilir. Ġkincilərə idarəetmənin keyfiyyətcə yaxĢılaĢdırılmasına
xidmət edən informasiyalar daxildir ki, bunlar bu və ya digər idarəetmə qərarının təshih edilməsi və ya qərar
qəbul edilməsi xatirinə əldə edilir və yalnız qısa dövr üçün lazım olur.
Əhatə dairəsinə görə informasiyaların universal və xüsusi (spesifik) növləri vardır. Universal informasiyalar
elə informasiyalardır ki, onlar istifadəçilərinə görə məhdudlaĢmır. Belə informasiyalar ictimai həyatın
bütün sahələrində istifadə edilir. Ġstər təsərrüfat, istər maarif, istər ticarət və s. sahələr, sistemlər üçün gərəkli
olan ümumi informasiyalar da mövcuddur. Bunlardan əlavə, hər bir sistem və ya yarım sistem üçün xarakterik
olan spesifik informasiyalar da vardır ki, onlar təkcə konkret sahə və ya sistemə xidmət edir. Bir sistemə məxsus
olan informasiyalar digər sistemlər üçün lazım olmur. Məsələn, xalq maarifinin idarə edilməsi üçün lazım olmur.
Məsələn, xalq maarifinin idarə edilməsi üçün elə informasiyalar lazım gəlir ki, onlar sənayenin idarə
edilməsində gərəksizdir. Eləcə də əksinə.
Hərəkət istiqamətinə görə informasiyları üfüqi və Ģaquli olmaqla iki yerə bölünürlür. Üfüqi informasiyalara
nazirliklə nazirlik, müəssisə ilə müəssisə və sair arasında dövr edən məlumatlar daxil edilir. ġaquli informasiyalar
bir sistem daxilində yuxarıdan aĢağı və əksinə cərəyan edən informasiyalardır.
Zamana görə indiki və proqnostik informasiyaların adı çəkilir. Bütün yuxarıda sadalananlar indiki, yəni
hazırda istifadə olunan informasiya növləri hesab olunur. Proqnostik informasiyalar, gələcəyi, həm də əsasən
uzaq gələcəyi planlaĢdırmaq üçün gərəkli informasiyalardır.
Göstərilən informasiya növləri bir-biri ilə sıx qarĢılıqlı əlaqədə olur. Bəzən bir informasiya növü digərini
əvəz edə bildiyi kimi, bir sıra hallarda hər hansı informasiya müxtəlif növlərə daxil edilə bilir. Məsələn, Ģifahi
informasiya yazılı informasiyanı əvəz edə bildiyi kimi, hər hansı bir informasiya həm Ģifahi, həm yazılı, həm
çap olunmuĢ, həm də radio-teleinformasiya növü ola bilər.
Ġnformasiyalarla iĢi yaxĢılaĢdırmağın mühüm Ģərtlərindən biri də onlara verilən tələblərin tam təmin
olunmasıdır. Həmin tələblər idarəetmənin obyektiv informasiya təminatına xidmət edib, hər bir idarəetmə sistemi
və konkret sahədə spesifik xüsusiyyətlərə malik ola bilir. Bununla belə, bütün idarəetmə sistemlərində
istifadə olunan informasiyalara verilən ümumi tələblər də mövcuddur ki, onları bilmək və idarəetmə prosesində
həmin tələblərin ödənilməsinə nail olmaq vacibdir. Onlar aĢağıdakılardır: tamlıq (kifayətlilik), dəqiqlik,
faydalılıq, münasiblik, təkmənalılıq, operativlik.
Tamlıq müəyyən idarəetmə mərhələsində vəziyyəti obyektiv qiymətləndirmək, idarəetmə qərarı
çıxarmaq üçün kifayət edən informasiya toplanmasında nəzərdə tutur. Bu hər hansı idarəetmə tapĢırığının yerinə
yetirilməsi üçün informasiyanın minimum həcmdə, lakin məsələnin həlli üçün qaneedici, kifayət qədər olmasını
tələb edir. Nəzərə almaq lazımdır ki, istər informasiyanın azlığı, istərsə də onun çoxluğu idarəetmənin
keyfiyyətini aĢağı sala bilər. Əgər rəhbər iĢçi bu və ya digər mürəkkəb və çətin məsələnin həllinə çalıĢırsa, o,
hər Ģeydən əvvəl, kifayət qədər dəqiq və mübahisə doğurmayan faktlar əldə etməlidir.
Ġdarəetməyə lazım olan informasiyaların həcmi və məzmunu müəyyən sistemin qarĢısında duran məqsəd
və vəzifələrdən, qəbul ediləcək qərarın miqyas və vacibliyindən tənzimlənəcək parametrin sayından asılıdır. Ən
adi hallarda rəhbər, müasir elmi nailiyyətlərə, öz təcrübə və intuisiyasına əsaslanaraq, yeri gəldikdə
mütəxəssislərin məsləhətlərinə istinad edib, toplanacaq informasiyalar üçün suallar tərtib edir ki, onlara79
veriləcək cavablar informasiyaların məzmunu və sayını müəyyən edir. ÇalıĢmaq lazımdır ki, toplanacaq informasiyalar
obyektin real vəziyyətini tam əks etdirə biləcək minimum səviyyədə olsun. Artıq informasiyalar iĢə
ancaq mane ola bilir. Təcrübə göstərir ki, bəzən bu və ya digər idarəetmə informasiya toplanılır. Belə idarəetmə
üsulu məqbul sayılmır. Məqsədə nail olmaq üçün daha az informasiya tələb edən idarəetmə sistemi səmərəli hesab
olunur. Əlbəttə, informasiyaların sayına olan tələbat heç də eyni vəziyyətdə qala bilməz. O, sistemin özünün
hərəkət və inkiĢafından, parametrlərin az və çoxluğundan, sistemə daxil olan obyektlərin sayından asılı azalır və
artır. Ona görə də idarəetmə tapĢırığının icrası lazım ola biləcək informasiyaların miqdarı haqqında ölçü vahidi
qəbul etmək mümkün deyil. Məsələn, hər hansı pedaqoji problem üzrə idarəetmə qərarı hazırlamaq üçün məktəb
rəhbərinə lazım olacaq informasiyaların miqdarı siniflərin sayından, həmin problemin əhatə etdiyi
istiqamətlərdən, problemlə bağlı olan icraçıların və eləcə də informasiya toplayanların (nəzarətçilərin) az-
çoxluğundan, onların səriĢtəliliyindən, problemin həlli ilə əlaqədar indiyədək görülmüĢ iĢlərin səviyyəsindən
asılı olaraq müxtəlif ola bilər. Ona görə də informasiyaların tamlığı dedikdə təkcə onların kəmiyyəti deyil,
keyfiyyəti, məna dolğunluğu da nəzərə alınmalıdır. Bir sıra hallarda rəhbər, informasiyaların sayını bilərəkdən
artırmaq zəruriyyəti qarĢısında qalır. Bu baĢlıca olaraq elə vəziyyətlərdə olur ki, toplanmıĢ məlumatlar bu və ya
digər məsələnin həlli üçün kifayət etmir və ya informasiyalarda yanlıĢlığa, səhvlərə yol verilir. Deməli,
informasiyaların tamlığı təmin edilmir. Bu mənada tamlıq informasiyaların mövcud vəziyyətinin hərtərəfli və
düzgün qiymətləndirə biləcək səviyyədə olmasını da tələb edir. Ġnformasiyaların hər hansı Ģəkildə təhrif
olunması və ya yalan informasiyalar verilməsi rəhbəri əsaslandırılmıĢ qərarlar qəbul edə bilməkdən məhrum
edir. Tək-tək icraçılar tərəfindən nöqsanları gizlətmək, nailiyyətləri ĢiĢirtmək, yalan məlumatlar vermək
təĢəbbüsləri idarəetmənin yanlıĢ istiqamət almasına səbəb olur. Odur ki, informasiyaların məna tamlığını təmin
etmək üçün onların doğruluğuna nail olmaq baĢlıca Ģərtdir.
Ġnformasiyaların tamlığı həm də onların vaxtında verilməsi ilə bağlıdır. Ġstifadəçiyə hər cür məlumatın
vaxtından əvvəl çatdırılması vacib vəzifələrdən biri sayılmalıdır. Gec təqdim edilən informasiya lüzumsuz sənəd
toplusundan baĢqa bir Ģey deyildir.
Tamlıq tələbinə görə informasiyalar istifadə üçün aydın, baĢa düĢülən səviyyədə olmalıdır. Onun
dəqiqləĢdirilməsinə ehtiyac qalmamalıdır.
Dəqiqlik tələbinə görə informasiya sistemin fəaliyyətini obyektiv əks etdirməli, faktların doğruluğu,
düzgünlüyü, inanılmıĢlığı təmin olunmalıdır. Məktəb təcrübəsindən bir sıra hesabatlara qeyri-dəqiq, təxmini
rəqəmlər daxil edilməsi hallarına təsadüf edilir. Bu daha çox statistik hesabatlarda özünü göstərir. Yadda saxlamaq
lazımdır ki, istər Ģagirdlərin, istər pedaqoji və tədris-yardımçı, istər təsərrüfat iĢçilərinin sayı, istərsə də
mövcud avadanlıq və vəsaitlərin miqdarı haqqında artıq yazılmıĢ hər bir rəqəm qeyri-dəqiq planlaĢdırmalara
Ģərait yarada bildiyi kimi, obyektin vəziyyəti haqqında yoxlanılmadan verilən hər hansı inanılmamıĢ fakt da
vəziyyətin yaxĢılaĢdırılmasına yönəldilən obyektiv qərar qəbul edilməsinə mane olur.
Faydalılıq tələb edir ki, informasiyalar axını içərisində faydasızı olmasın. Hər bir informasiya konkret
idarəetmə səviyyəsində hər hansı vəzifənin həyata keçirilməsi üçün faydalı olmalıdır.
Münasiblik informasiyanın konkret idarəetmə səviyyəsi çərçivəsində istifadə olunma imkanlarına uyğun
olmasını nəzərdə tutur. Bu tələbə görə informasiyalar elə olmalıdır ki, onların yenidən təshih olunmasına ehtiyac
qalmasın. Ola bilər ki, informasiya tamlıq, dəqiqlik və faydalılıq tələblərinə cavab versin, lakin konkret
idarəetmə mərhələsi üçün münasib olmasın. Deməli, o, informasiyalara verilən münasiblik tələbinə cavab
vermədiyi üçün məqbul sayılmır.
Təkmənalıq tələbinə görə hər bir informasiyanın yalnız bir Ģərhi olmalıdır. Əgər informasiya bir neçə variantda
müxtəlif mənalara yozula bilirsə, o, qiymətini itirmiĢ olur.
Operativlik hər bir idarəetmə mərhələsinə informasiyaların müəyyən olunmuĢ vaxtda çatdırılmasını və
köhnəlmədən istifadə olunmasını tələb edir ki, bu da idarətemə prosesinin sürətləndirilməsinə zəmin yaradır.
Bütün bu göstərilən tələblər sıx qarĢılıqlı əlaqədə olub, biri digərini tamamlayır. Yuxarıda deyildiyi kimi,
informsiyanın tamlılığını təmin etmək üçün onun həm dəqiqliyinə, həm faydalılığına, həm münasibliyinə, həm
təkmənalıq və operativliyinə diqqət yetirilməlidir. Dəqiq olmayan informasiyanın münasibliyini təmin etmək
mümkün olmadığı kimi, onun faydalılığından da söhbət açmaq olmaz.
Ġdarəetmənin səmərəliliyini yüksəltmək üçün lazımi informasiyaların əldə edilməsi hələ iĢin bir tərəfi, bir
qədər aydın desək, ilk mərhələsidir. Sonrakı mərhələ həmin informasiyalardan düzgün istifadəni təĢkil etməkdir.
ToplanmıĢ informasiyaların xarakterindən, forma və Ģəkillərindən asılı olaraq onların qruplaĢdırılması və təhlili
yolları müxtəlif və rəngarəngdir. Müasir dövrdə informasiyaların təhlilində yeni texnikanın-elektron hesablama
texnikasının insanın köməyinə gəldiyi bir vaxtda bu rəngarənglik daha da artmıĢdır. Son zamanlar statistik hesabat
xarakterli informasiyaların hesablanması və təhlilində kompüterlərdən istifadə edilməsi idarəetmə prosesini
xeyli yüngülləĢdirdiyindən, sənədli, elmi informasiyaların, arayıĢ və yoxlama materialları Ģəklində təqdim
edilən məlumatların dərin və hərtərəfli təhlili və ümumiləĢdirilməsi imkanları geniĢlənmiĢdir.
Ġnformasiyalardan istifadə yolları, idarə olunan sistemin quruluĢu və fəaliyyətindən asılı olaraq, spesifik80
xüsusiyyətlərə malik olur. Bu hər bir sosial sistemin informasiya prosesləri sisteminin öz xüsusiyyətləri ilə bağlı
olur. O cümlədən xalq maarifinin, məktəbin idarə edilməsində informasiyaların istər toplanması, istərsə də
təhlili metodikası özünəməxsus xüsusiyyət

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.