15.12.2014

Adı və soyadı:
Sinif:
Tarix:
                                      
Təsviri mətnlərdə əsas ideyanın müəyyən edilməsi üçün KSQ vasitəsi.


Mətn:
Mədinə Gülgün. “Xəzərdə”

Bir körpə uşağam, beşiyim sular,
Saçlarım gümüşə batar Xəzərdə
Sinəmdə nə qədər şirin duyğular
Coşar,dalğalanar,artar Xəzərdə

Sular dalğalanar, sular qabarar,
Məni fikirlərim çəkər,aparar.
Hər kiçik damlada bir hekayət var
Nə qədər incilər yatar Xəzərdə.

Hərdən bir dağ kimi qalxar dalğalar,
Elə bil döyüşə çıxar dalğalar.
Ram olcaq, könlümə axar dalğalar,
Nəğməmə şirinlik qarar Xəzərdə.

Qırar cilovunu Xəzri də hərdən,
Qızılı qum yağar sulara dən-dən.
Ana dalğaların ətəklərindən,
Ləpələr uşaqtək tutar Xəzərdə.

Ləpələr nəğməli, ləpələr kövrək,
Nəğmələr qanadlı,nəğmələr kövrək.
İstəsəm az qala qanadlı quştək
Əllərim üfüqə çatar dənizdə




1.Altından xətt çəkilmiş söz bədii təsvir vasitələrinin hansı növüdür və hansı mənada işlənmişdir?
Sinəmdə nə qədər şirin duyğular,
Coşar,dalğalanar,artar Xəzərdə
A.Epitetdir,dalğalar Xəzərin sularında
B.Epitetdir,məkan mənasında
C.Epitetdir,arzular,dilək mənasındadır
D.Təşbehdir, fikir mənasındadır.

2.Şeirin hansı misrasında təsvir edilən meqamlar əlaqələnmişdir?
Bir körpə uşağam, beşiyim sular.
Saçlarım gümüşə batar Xəzərdə
Sinəmdə nə qədər şirin duyğular
Coşar,dalğalanar,artar Xəzərdə

A. III misrada, epitet - dad
B. I misrada, epitet - qorxu
C. IV misrada, epitet - toxunma
D. III misrada, təşbeh - görmə

3.Şeirin hansı misrasında fakt,təşbeh ve hiss əlaqələndirilmişdir?
A. Nə qədər incilər yatar Xəzərdə.
B. Nəğməmə şirinlik qatar Xəzərdə.
C. Ləpələr uşaqtək tutar Xəzərdə.
D. Əllərim üfüqə çatar dənizdə.

4.Misraların birində bədii təsvir vasitəsi işlənmişdir?
A. Nəğmələr kövrək
B. Sular qabarıq
C. Qızılı qum
D. Körpə uşağam

5.Şeirin 5-ci bəndinin hansı misrasında epitet işlənmişdir?
A. I misrasında
B. IIImisrasında
C. II misrasında
D. IV misrasında

6. Bənddə hansı hissin təsvirinə yol verilmişdir?
Ləpələr nəğməli,ləpələr kövrək,
Nəğmələr qanadlı,nəğmələr kövrək.
İstəsən, az qala qanadlı quştək,
Əllərim üfüqə çatar dəniz

A.    Dad
B.     Toxunma
C.     Qorxu
D.    Səs

7.Bəndin hansı misrasında epitet yoxdur?
  Sular dalğalanar, sular qabarar,
  Məni fikirlərim çəkər,aparar.
  Hər kiçik damlada bir hekayət var
  Nə qədər incilər yatar Xəzərdə.

A.    1 və 2-ci misrasında
B.     2 və 3-cü misrasında
C.     1 və 4-cü misrasında
D.    Heç birində

8. Şeirin hansı bəndində hisslə bağlı təsvir verilib?
A. 1, 3
B. 2, 3
C. 4, 5
D. 1, 5




7 комментариев:

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.