05.12.2014

KIMYADAN SINIFDƏNKƏNAR IŞ ÜÇÜN
MARAQLI SUALLAR VƏ CAVABLARI
IX SINIF ÜÇÜN


V.M.Abbasov, A.M.Tağıyeva, G.Ə.Piriyeva

Bu suallar 9-cu sinifdə intellektual oyunlar təşkil etmək üçün istifadə oluna bilər. Bu oyunlar müəllimə imkan verir ki, şagirdlərin proqram materiallarını mənimsəmə dərəcələrini cəlbedici formada müəyyənləşdirsin, öyrətmənin motivasiyasını artırır, məktəblilərin dünya görüşünü genişləndirir.
Dərsdənkənar tədbirlərə hazırlaşarkən şagirdlər elmi-kütləvi ədəbiyyat ilə işləməyi öyrənirlər, bizi əhatə edən aləm, onda baş verən hadisələr haqqında maraqlı suallar seçirlər və onlara cavab axtarırlar. Əlavə ədəbiyyatın öyrənilməsi şagirdlərin lüğət ehtiyatının kimya terminləri ilə zənginləşməsinə kömək edir [1-3].
Komandada iş məktəblilərdə kommunikativ mədəniyyət, görülən işə görə kollektiv qarşısında məsuliyyət formalaşdırır, kollektivizm və sağlam rəqabət, qələbəyə can atmaq hissləri yaradır, əmək bölgüsü və qarşılıqlı kömək etmək bacarığını inkişaf etdirir. Bu oyunlar imkan verir ki, şagirdlər auditoriya qarşısında çıxış edə bilsinlər, bir-birinə qulaq asmağı bacarsınlar, yoldaşlarına hörmətlə yanaşsınlar.
Bu məqalədə bizim maraqlı saydığımız sualları və onların cavablarını veririk. Məqalə kimya müəllimləri üçün nəzərdə tutulmuşdur. Kimya müəllimləri oxşar sualları özləri də tərtib edə bilərlər. Lakin oyunlar təşkil olunmazdan bir neçə gün əvvəl müəllim şagirdlərə hansı əlavə ədəbiyyatları oxumaq lazım olduğunu söyləməlidir.
Qoyulan sualların əksəriyyəti həyatla əlaqəli olduğundan şagirdlər onların cavablarını maraqla axtarırlar və yaddaşlarında saxlayırlar. Sualların bir çoxu tarixi hadisələrlə əlaqədar olduğu üçün tarix fənni ilə inteqrasiya olunmuş kimya-tarix viktorinaları da təşkil etmək olar.
Biliyə yanğını müəllim alışdırır. Dərk etmə təəcübdən başlayır, fəaliyyətdən keçərək davam edir. Öyrənmək biliklərin sərbəst axtarışını stimullaşdıran üsullardan daima istifadə etmək deməkdir. Məktəbdə kimyanın tədrisinin çox illik təcrübəsi inandırır ki, o üsullar daha səmərəlidir ki, onlar şagirdlərin düşünmə qabiliyyətlərinin inkişafına, hər bir uşağın yaradıcı potensialının tam açılmasına kömək edir. Tədris-tərbiyə prosesində səmərəliliyin yüksəldilməsi məksədinə nail olmaqda məhz oyun-istirahətin, öyrənmənin, bütövlükdə mədəniyyətin əhəmiyyətli hissəsi olan oyun böyük rol oynaya bilər.
Yeniyetmə oyunda özünü sərbəst və rahat hiss edir, məmnuniyyətlə oyun qaydalarını qəbul edir, qələbəni və onun olmamasını təbii qəbul edir.
1.      Müxtlif maddələrin qarışığından ibarət olan substansiya necə adlanır?
¾     Qarışıq
2.      Kimyəvi reaksiyanın istilik effekti göstərilən kimyəvi reaksiya tənliyi necə adlanır?
¾ Termokimyəvi
3.      Maddənin həll olmasının temperaturdan asılılıq qrafiki necə adlanır?
¾ Həllolma əyrisi
4.      Hansı su közərmiş metalı daha tez soyudar: soyuq (200C) və ya qaynar (1000C)?
¾ Qaynar su közərmiş metalı daha tez soyudar. Belə ki, suyun buxar əmələ gətirməsinin xüsusi istiliyi xüsusi istilik tutumundan 1000 dəfə çoxdur və isti suyun apardığı istilik miqdarı soyuq suyun apardığı istilik miqdarından çoxdur.
5.      Nə üçün yayda açıq su hövzələrində suyun temperaturu həmişə ətraf mühitin temperaturundan aşağıdır?
¾ Açıq su hövzəsindən suyun buxarlanması mayenin daxili enerjisinin azalması ilə müşayət olunur; bu zaman həm maye, həm də onunla təmasda olan hava soyuyur.
6.      Əvvəllər adamlar yağış suyunu yığırdılar və içmək üçün təsərrüfat ehtiyatlarını ödəmək məqsədi ilə istifadə edirdilər. İndi yağış suyunu az istifadə edirlər və çalışırlar ki, yağışa düşməsinlər. Nə üçün?
¾ Yağış suyu avtonəqliyyatın tüstü qazları, sənaye müəssisələrinin tullantıları hesabına zərərli maddələrə malik ola bilər.
7.      Qarşınızda iki nömrələnmiş və içərilərində su olan stəkanlar var. Hansı stəkanda qaynanmış su olduğunu müəyyən edin.
¾ Qaynanmış su divarlarında qaz qabarcıqları olmayan stəkandadır. Əgər stəkana krandan soyuq su tökülərsə və isti yerə qoyularsa stəkanın divarlarında qaz qabarcıqları (oksigen, azot, karbon qazı) əmələ gəlir. Bu qazlar soyuq suda həll olmuş halda olur və qızdırıldıqda sudan ayrılır (qazların suda həll olması temperatur artdıqca azalır).
8. Bir stəkanda su, digərində spirt var. Hər iki stəkana yağ damızdırdılar. Nə üçün içərisində su olan stəkanda yağ səthdə üzür, spirt olan stəkanda isə yağ kürəciyi spirtin həcmində “asılı” qalır?
¾ Mayeyə tökülmüş yağ damcısına ağırlıq qüvvəsi və arximed qüvvəsi (suyun sıxlığından asılı olur) təsir edir. Su olan stəkanda ağırlıq qüvvəsi arximed qüvvəsindən azdır və yağ damcısı səthdə üzür. İçərisində spirt olan stəkanda ağırlıq qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir və yağ mayenin istənilən yerində tarazlıqda olur (üzür).
9.      Qarşınızda iki stəkan su var. Hansı stəkanda dəniz suyu, hansında içməli su olduğunu müəyyən edin. Suyun dadına baxmaq olmaz.
¾  Stəkana çiy yumurta salmaq lazımdır. İçməli suda yumurta batacaq, dəniz suyunda isə üzə çıxır. Bu, onunla əlaqədardır ki, duzlu suyun sıxlığı içməli suyun sıxlığından çoxdur, uyğun olaraq yumurtaya təsir edən arximed qüvvəsi duzlu suda daha böyükdür.
10. Bitkilər 70%-dən çox suya malikdirlər. Nə üçün onlar kifayət qədər soyuqda donmurlar?
¾ Məsələ ondadır ki, 0oC-də adi şəraitdə yalnız təmiz su donur, bitkilərdə isə mürəkkəb, o cümlədən kolloid məhlullar var ki, onların da donma temperaturları xeyli aşğıdır. Bundan başqa soyuğa dözmək üçün xüsusi tədbirlər görürlər: krioprotektorlar (şəkər, enerji tutumlu piylər) istehsal edir və toplayırlar. Bu maddələr oksidləşdikdə hiss olunacaq dərəcədə istilik ayrılır ki, bu da bitkiləri soyuqdan qoruyur.
11. Su molekulları ionlara parçalanırmı?
¾ Bəli, parçalanır. Su molekulları olduqca möhkəmdir, amma onların az bir hissəsi ionlara dissosiasiya edir. Adi temperaturda hər milyard su molekulundan 2-si dissosasiya edir.
12. Nə üçün dərin sulu göldə su mavi rəngli görünür, kran suyu isə rəngsizdir?
¾ Bizim bəzən ağ adlandırdığımız günəş işığında optik diapazonunun bütün dalğa uzunluqlarına (infraqırmızıdan ultrabənövşəyiyə  qədər) malik şüalar var. Suyun səthinə düşdükdə işığın bir hissəsi udulur və bütün istiqamətlərə səpələnir (su molekulları ilə toqquşaraq). Bu zaman spektrin qırmızı hissəsi daha tez udulur, mavi spektr isə hamısından ləng.
On beş-iyirmi metr dərinliyə çataraq spektrin qırmızı şüaları tamamilə udulur. Əsasən spektrin mavi hissəsinin şüaları səpələnir və udulmadan geri qayıdır. Məhz buna görə dərin və təmiz göldə su mavi rəngdə görünür. Stəkana krandan tökülmüş su ona görə rəngsiz görünür ki, onun dərinliyi hətta spektrin qırmızı hissəsinin olduqca az miqdarını da uda bilmir.
13. Nə üçün Elbrus zirvəsində su 820C-də qaynayır,
¾ Elbrus zirvəsində təzyiq atmosfer təzyiqindən azdır, odur ki, suyun qaynama temperaturu 1000C-dən aşağıdır.
14. Şüşə tikinti materiallarının geniş istifadəsi nə ilə əlaqədardır?
¾  Onların nisbətən ucuz olması, geniş yayılması, asan tapılması və xammalın ucuzluğu ilə əlaqədardır. Bundan başqa ərimiş şüşəni mexaniki üsulu ilə məmulata formalaşdırmaq asandır. Şüşə asanlıqla mexaniki işlənə bilir. Bu da şüşə məmulatlarının qiymətini aşağı salır.
15. Nə üçün istehsal üçün şıxtanın tərkibinə əhəng, əhəng daşı, təbaşir daxil edilir?
¾ Şüşənin suda həll olmaması üçün.
16. Şüşənin rənglənməsi necə həyata keçirilir?
¾ Rəngləmək üçün şüşəyə bəzi metalların oksidləri və ya müəyyən metalların kolloid hissəcikləri daxil edilir. Metal oksidləri ilə rənglədikdə şüşənin rəngi oksid-boyayıcının tərkibindən və miqdarından asılı olur. Məsələn, kobalt (II) oksid natrium-kalsium şüşədə qırmızı- bənövşəyi rəng verir. Manqan (II) oksid natrium-kalsium şüşədə qırmızı-bənövşəyi rəng, kalium-sink şüşədə mavi-bənövşəyi rəng verir. Kolloid vəziyyətdə də qızıl şüşəni qırmızı rəngə boyayır. Belə şüşə qızıl rubin adlanır. Kolloid vəziyyətdə gümüş şüşəni sarı rəngə boyayır. Selen yaxşı boyayıcıdır. Kolloid vəziyyətdə selen şüşəni çəhrayı rəngə boyayır., CdS. 3CdSe birləşməsi şəklində olduqda isə şüşəni qırmızı rəngə boyayır. Belə şüşə selen rubini adlanır. Aşağı keyfiyyətli butulka şüşəsi bir qayda olaraq onun tərkibində Fe2+ və Fe3+ ionlarının miqdarından asılı olaraq müxtəlif rənglərə malik olur.
17. Fotoxrom şüşə nədir? Onun tərkibi necədir?
¾ Fotoxrom şüşə şüalanmanın təsiri ilə öz rəngini dəyişir. Belə şüşələri güclü şüşələnmiş binaları günəşdən qorumaq, mənzilin daima işıqlanmasını təmin etmək üçün istifadə olunur. Belə şüşə həm də nəqliyyatda istifadə olunur. Fotoxrom şüşənin tərkibində bor oksid B2O3 olur, işığa həssas komponent mis (I) oksid iştirakı ilə gümüş xloriddir. Işıqlandırma zamanı atomar gümüş ayrılır ki, bu da şüşənin tutqunlaşmasına səbəb olur. Qaranlıqda reaksiya əks istiqamətdə gedir. Mis (I) oksid özünəməxsus katalizator rolunu oynayır.
18. Billur (xrustal) nə zaman kəşf olunub və onun tərkibi nədən ibarətdir?
¾ Billur XVII əsrdə İngiltərədə kəşf olunub.
Billur şüşə qurğuşun-kalium slikatlı şüşədir və tərkibində qurğuşun (II) oksid var. Çox vaxt qurğuşunun miqdarı əşyanın markası üzərində göstərilir. Qurğuşun nə qədər çox olursa, billurun keyfiyyəti bir o qədər yüksək olur. Billur yüksək şəffaflığa, parıltıya və böyük şıxlığa malik olur.
19. Kvars şüşə nədən alınır?
¾ Kvars şüşə təmiz kvars qamundan və ya tərkibində SiO2 olan dağ billurundan alınır. Kvars şüşəni hazırlamaq üçün olduqca yüksək temperatur tələb olunur (17000C-dən yuxarı).
20. Tripleks nədir?
¾ Tripleks təhlükəsiz şüşədir. O, aralarına şəffaf və şüşə ilə kley vasitəsilə şüşəyə yapışdırılan təbəqə qoyulmuş bir neçə adi şüşə lövhələrindən alınır. Bərk yapışdıqlarına görə zərbə zamanı əmələ gələn qırıntılar aralıq təbəqə tərəfindən saxlanılır və şüşə üzərində qırıntılar yox, çoxlu sayda radial və konsentrik çatlar əmələ gəlir. Bu şüşə qırıntıları ilə sərnişinlərin yaralanma təhlükəsini kəskin azaldır.
21. Alışdırmaq üçün ağac çubuqlardan istifadə etmək ideysaı kimin ağlına gəlmişdir?
¾ Əsas ideya – böyük istilik ayrılması ilə gedən kimyəvi reaksiyanı ağac çubuğun alışdırılması üçün istifadə ideyası 1805-ci ildə Fransada yaranmışdır. Parisli Jan Şansel nazik ağac çubuqcuqların başlığını (ucunu) şəkər, bertolle duru (KClO3) və kamed qarışığı ilə örtmüş, onları alışdırmaq üçün sulfat turşusuna salmışdır. Şəkərin turşu ilə qarşılıqlı təsiri zamanı alınan, bertolle duzu ayrılan oksigenin hesabına yanmanı gücləndirir. Belə kibritdən istifadə etmək üçün hər kəs yanında kiçik qabda qatı sulfat turşusu gəzdirməli idi ki, bu da təkcə narahatlıq yaratmırdı, həm də turşu ilə ehtiyyatsız davrandıqda kimyəvi yanıqlara səbəb olurdu. Odur ki, “turşu” üsulu geniş tətbiq tapmamışdır.
22. Kim kibriti najdak kağızına sürtməklə alışdırmağı tapmışdır?
¾ İngilis şəhərciyi Stok-ton-on-Tisdə yaşayan aptekçi Con Uolker 1827-ci ildə kibriti najdak kağızına sürtməklə alışdırmaq üsulunu tapmışdır. Onun satış üçün hazırladığı kibritlərin başı kalium xloratın, stibium (III) sulfidin və kamedin qarışığından ibarət idi.
3KClO3 + Sb2S3 = 3KCl + Sb2O3 + 3SO2
Reaksiya qaz halında kükürd dioksid alınması ilə müşayət olunur ki, o da xarakterik kəskin iyə malikdir. Bu kükürdlü kibritlər (stibium sulfidin bir hissəsi daha ucuz toz halında kükürd ilə əvəz olunmuşdur yandıqda da hiss olunur:
2KClO3 + 3S = 2KCl + 3SO2
23. Nə zaman ilk dəfə fosforlu kibritlər yaranmışdır?
¾ Fosforlu kibrit 1830-cu illərin əvvəllərində yaranmışdır. Tələbə kimyaçı Şarl Soria Fransada və kimyaçı Kamerer Almaniyada sürtünmə zamanı asan alışa bilən fosfora malik tərkib tapmışdır. Yanma zamanı fosfor oksidə çevrilir.
5KClO3 + 6P = 5KCl + 3P2O5
24. Tez alışmalarının qarşısını almaq üçün fosforlu kibritlərdən istifadə edərkən hansı ehtiyat tədbirləri görmək lazım idi?
¾ Kibritin yana bilən qarışığını ciddi olaraq havadan təcrid etmək lazım idi, əks halda fosfor asanlıqla alışırdı. Öz-özünə alışma olmaması üçün kibrit başlığını kamed və ya ona bənzər maddələrlə örtürdülər. Fosforlu kibritlər olduqca təhlükəli idi, onlar asanlıqla alışmaları ilə yanaşı həm də onların tərkibində güclü zəhərli ağ fosfor var idi. 1867-ci ildə İtaliya ershersoginyası Matilda təsadüfən kibriti ayaqlamış və nəticədə ani olaraq paltarı alova bürünmüş və o, yanıqdan dünyasını dəyişmişdir.
25. Kibrit fabrikinin işçiləri hansı peşə xəstəliyindən əziyyət çəkirdilər?
¾ Bu xəstəlik fosfor nekrozu adlanır- sümüklərin zədələnməsi.
26. Ağ fosforun hansı dozası insan üçün öldürücüdür?
¾ Ağ fosforun 0,05-0,15 qramı insan üçün öldürücü dozadır.
27. Kibrit istehsalında ağ fosfor hansı kimyəvi birləşmə ilə əvəz olunmuşdur?
¾ Ağ fosforun fosfor sulfid P4S3 ilə əvəz edildiyi tərkiblər bir qədər az təhlükəlidir. Tərkibində bertolle duzu KClO3, fosfor sulfid P4S3, toz halında şüşə olan və dəmir və sink əlavələrinə malik qarışıq nahamar səthə sürtüldükdə asanlıqla alışır. Kibrit hazırlayarkən kalium xlorat əvəzinə, əksər hallarda ona əlavə kimi həmçinin daha ucuz olan maddələr-kalium nitrat, kalium bixromat K2Cr2O7, sürmə Pb3O4, manqan dioksid MnO2 və qurğuşun dioksid PbO2, kamedin əvəzinə dekstrin və müxtəlif yapışqanlar istifadə olunurdu.
28. Qırmızı fosforu kim kəşf etmişdir və o, kibrit istehsalına necə təsir etmişdir?
¾ 1847-ci ildə avstriya kimyaçısı Şriter aktivliyi ağ fosfora nəzərən olduqca az olan qırmızı fosforu kəşf etmişdir.
Qırmızı fosforun yanma istiliyi ağ fosforun yanma istiliyindən bir qədər azdır, ama qırmızı fosfor ağ fosfora nəzərən ləng oksidləşir və yalnız ağ fosforun izləri səviyyəsində ağ fosfora malik olduqda havada özü-özünə alışır. Bundan başqa qırmızı fosfor zəhərli deyil. Təbii ki, kibrit istehsalında o, daha təhlükəli ağ fosfor istifadəsini sıxışdırıb çıxarmışdır.
29. İlk təhlükəsiz isveç kibritləri nə zaman yaranmışdır və onlar nədən ibarət idi?
¾ Təhlükəsiz kibritlər 1855-ci ildə isveç kimyaçısı Y.Lundstrom tərəfindən kəşf olunmuşdur. Bu kibritlərin başlıqları tamamilə fosfora malik deyildilər və bertolle duzunun və stibium sulfidin Sb2S3 elə proporsiyada qarışığından ibarət idilər ki, onlar nə hava ilə təmasda, nə də nahamar səthə sürtüldükdə özü-özünə alışmırdılar. Onların alışdırılması üçün sonralar geniş yayılmış prinsip istifadə olunmuşdu. Yanar qarışığın komponentlərini kibritin başlığı və qutunun səthində ayrılıqda yerləşdirmək.
Isveç kibritlərində qutunun yan səthinə qırmızı fosfora malik qarışıq çəkilirdi.
Çubuğun yaxşı yanması üçün qarışığın yanmasını inert əlavələr - oxra, xırda şüşələr və digər maddələr əlavə etməklə ləngidirlər. Çubuğun özünü kükürd, parafin və vosk ilə hopdururdular. Kibrit başlığına müxtəlif piqmentlər qatmaqla müxtəlif rənglər verirdilər. Təxminən eyni kibritləri biz indi istifadə edirik
30. Polad yonqarlara malik maddələr  qarışığını ayırmağa nədən başlayardınız?
¾ Poladv yonqarları maqnit ilə ayırmaqdan.
32. Dəmir, alüminium və natrium metallarından hansı dəyişgən valentlidir?
¾ Dəmir.
33. Gümüş əşyaların qaralması hansı hadısələrə aiddir?
¾ Kimyəvi hadisələrə.
34. Separatorlarda yağ südün qalan hissəsindən hansı üsul ilə ayrılır?
¾ Sentrifuqa üsulu ilə.
35. Daimi komponentlərindən biri azot olan təbii qarışığı göstərin?
¾ Hava.
36. Havanın tərkibindəki qazlardan hansı birinci kəşv olunub?
¾ Oksigen.
37. Tikinti materialı ola bilən təbii karbonatların adlarını deyin?
¾ Mərmər, əhəng daşı, təbaşir.
38. Təbaşirin, mərmərin, əhəng daşının əsasını hansı maddə təşkil edir?
¾ Kalsium karbonat.
39. Yer qabığında hansı metallar daha geniş yayılmışdır?
¾ Alüminium və dəmir.
40. Tərkibində 2%-dən çox karbon, silisiumun, manqanın, fosforun və kükürdün əlavələri olan dəmir ərintisi neçə adlanır?
¾ Çuqun.
41. Səhər yeməyi yeməyə oturmazdan əvvəl səhər tezdən hansı duzları istifadə edirsiniz?
¾ Diş pastasının tərkibinə daxil olan kalsium karbonat və ya kalsium fosfat, flüoridlər.
42. Hansı turşu bütün canlıların əsası olan elementə malikdir?
¾ Karbonat turşusu.
43. Hansı metal ən yüngül, hansı ən ağırdır?
¾ Ən yüngül metal litium, ən ağır metal osmiumdur.
44. Hansı maddə texnikada kaustik soda adlanır?
¾ Natrium qələvisi- natrium hidroksid.
45. Hansı süd içilmir? Bu maddə hansı sinifə aiddir?
¾ Əhəng südü – kalsium hidroksidin suda suspenziyası belə adlanır. Bu məddə əsaslar sinifinə aiddir.
46. Aşağıdakı qazlardan hansı təbii birləşmə deyil: metan, dəm qazı, karbon qazı?
¾ Dəm qazı.
47. Ağır maye metalı adlandırın ?
¾ Civə.
48. Ammoniak məhlulunun iki adını söyləyin?
¾ Naşatır spirti, ammoniakın hidratı.
49. Təcrübi yolla çay sodasını yuma sodasından necə fərgləndirmək olar?
¾ Çay sodası qızdırıldıqda karbon qazı ayrılmaqla parçalanır. Yuma sodası isə qızdırıldıqda parçalanmır.
50. Kalium şorası və potaşı təcrübi yolla necə fərgləndirmək olar?
¾ Xlorid turşusu potaş ilə qarşılıqlı təsirdə olduqda karbon qazı ayrılır.
51. Natrium sulfidə xlorid turşusu ilə təsir etdikdə hansı qaz ayrılır? Onun iyi necədir?
¾ Ayrılan qaz hidrogen sulfiddir. O, lax yumurta iyi verir.
52. Birinci dünya müharibəsində hansı qaz kimyəvi silah kimi istifadə olunmuşdur?
¾ Xlor.
53. Hansı maddə yanmasa da si ulə söndürülür? Söndürmə zamanı hansı maddə əmələ gəlir?
¾ Kalsium oksid – sönməmiş əhəng. Su ilə onu söndürdükdə kalsium hidroksid – sönmüş əhəng alınır.
54. Dəniz kələmi hansı elemetn ilə zəngindir və onun insan organizimində çatışmazlığı qalxanabənzər vəzin xəstəliyinə səbəb olur?
¾ Yod.
55. Hansı metal bakterisid xassəsinə malikdir?
¾ Gümüş.
56. Nitratlar xiyarın ən çox hansı hissəsində olur?
¾ Nitratlar xiyarın ən çox qabığında olur.
57. Yerdə kimyəvi təmiz dəmir rast gəlirmi? Əgər cavab müsbətdirsə onun mənşəyi nədir?
¾ Yerdə kimyəvi dəmir rast gəlir. Bu, metiorit mənşəlidir.
58. Sümük qırıldıqda sarğı qoymaq üçün tibbdə istifadə olunan kimyəvi maddənin adı nədir?
¾ Gips.
59. Veneranın atmosferinin əsasını hansı qaz təşkil edir və Yerdə meyvə şirəsi almaq üçün istifadə olunur?
¾ Karbon qazı.
60. Fransız aşbaz F.Apper XX əsrin əvvəlində öz peşəkar fəaliyyəti ilə əlaqədar olan hansı kəşvi etmişdir?
¾ O, qida məhsullarının konservləşdirilməsi üsulunu kəşv etmişdir.
61. Qızılın hansı xassəsi Arximedə kömək etdi ki, saray zərgərlərinin tacı düzəldərkən qızılın bir hissəsini gümüş ilə əvəz etmələrinin üstünü açsın?
¾ Qızıl ağır metallardan biri olub, yüksək sıxlıqlı maddədir. O, 19,3 dəfə sudan ağırdır. Arximed tacı çəkmiş, sonra onu suya salaraq sıxışdırılıb çıxarılmış suyun həcmini hesablamışdır. Tacın kütləsini həmin həcmə bölərək sıxlığın 19,3-dən az olan qiymətini almışdır. Bu, o demək idi ki, zərgərlər qırılan bir hissəsini başqa, daha yüngül metal ilə-gümüşlə əvəz etmişlər. Gümüşün sıxlığı sudan 10,5 dəfə çoxdur. Arximed biri qızıldan və  biri gümüşdən ibarət olan iki külçə hazırlamışdı. Sıxışdırılıb çıxarılan suların həcminə görə Arximed hesablamışdı ki, zərgərlər nə qədər qızılı gümüş ilə əvəz etmişlər.
62. Hansı elementi həyat və ölüm elementi adlandırmaq olar?
¾ Azot. Onu ona görə həyat elementi adlandırırlar ki, Yer üzündə həyatın daşıyıcısı olan zülalların tərkibinə daxildir. Ona görə azotu ölüm elementi adlandırırlar ki, o əksər partlayıcı maddələrin (ammoniak, trinitrotoluol və s.) tərkibinə daxildir.
63. Hansı turşunu həkimlər dezinfikasiya üçün, kimyaçılar isə şüşə hazırlamaq üçün istifadə edirlər?
¾ Borat turşusunu.
64. Yay vaxtı südü müəyyən müddətə qıcqırmadan necə qorumaq olar?
¾ İçərisində süd olan qab içərisində su olan ləyənə qoyulur və salfetka ilə elə sürtülür ki, salfetkanın ücları suya toxunsun. Buxarlanma prosesi endatermik prosesidir, olur ki, qabdakı süd soyuyacaqdır.
65. Hansı planet qırmızı planet adlanır və nə üçün?
¾ Mars planeti qırmızı planet adlanır. Çünki onun səthində dəmir oksidlərinə malik hissəciklər var.
66. Nə üçün Ölü dənizdə batmaq olmaz?
¾ Suda çoxlu duzlar həll olmuşdur və odur ki, bu dənizin suyu böyük sıxlığa malikdir. İnsan belə suyun səthində üzana bilir və batmır.
67. Nə üçün hidrogen ekoloji təmiz yanacaq adlandırılır?
¾ Onun yanması zamanı yalnız su əmələ gəlir.
68. Kimyəvi yolla mərməri toz halına necə salmaq olar?
¾ Mərmərə xlorid turşusu ilə təsir adilir və alınan qaz (karbon qazı) kalsium hidroksid məhlulundan buraxılır. Alınan çöküntü mərmər ilə eyni tərkibə malikdir.
69. Dəniz suyunun acı olmasının səbəbi nədir?
¾ Dəniz suyunda olan maqnezium duzları ona acılıq verir.
70. Qarşqa çaldıqda onun çaldığı yer ağrıyır, cünki dəriyə güclü qarışqa turşusu düşür. Ağrını kəsmək üçün nə etmək lazımdır?
¾ Qarışqa çaldığı yerə naşatır spirti sürtmək lazımdır. Naşatır spirti qələvidir və turşunu neytralaşdırır.
71. Hansı maddə qədimdə qızıl kimi qiymətlədirilirdi?
¾ Xörək duzu.
72. Əşyanın üzərində güzgü kimi təbəqə əmələ gətirən hansı metal poladın korroziyadan müdafiəsi üçün istifadə olunur?
¾ Nikel.
73. Üçan şarlar (dirijablla, stratastatlar) nə ilə doldurulur?
¾ Helium ilə.
74. Konserv bankaları nədən hazırlanır?
¾ Ağ jestdən.
75. Sizə məlum olan, havanın tərkibinə daxil olan, zəhərli olmayan , amma onların atmosferlərində insanlar və heyvanlqar ölən qazlar hansılardır?
¾ Azot, karbon qazı, təsirsiz qazlar.
76. Hidrogen metallik halda ola bilərmi?
¾ Metallik hidrogen alınmışdır, amma o, olduqca böyük təzyiq altında mövcüd olur.
77. Helium havası nədir? O, harda istifadə olunur?
¾ Azotun hamısı və ya çox hissəsi helium ilə əvəz olunmuş hava helium havası adlanır. Helium havası üç dəfə yüngüldür, odur ki, onunla nəfəs almaq adi hava ilə nəfəs almaqdan olduqca asandır. Onu nəfəs orgaanların xəstəlikləri zamanı istifadə edirlər. Helium azotdan fərgli olaraq praktiki olaraq qanda həll olmur. Odur ki, kesson xəstəliyinin səbəbi ola bilər. Ondan dalğıcların nəfəs alması üçün istifadə olunur.
78. Bataqlıqda belə hadisə müşahidə etmək olar: sakit dayanmış su hövzəsinin dibindən qaz qabaqcıqları çıxır və səssiz yox olur. Bu nədir?
¾ Bu dibdəki lilin altında altından çıxan metandır- bataqlıq qazı. O, bitki çöküntülərinin çürüməsi zamanı əmələ gəlir.
79. Hansı səbəbdən su alovu söndürür?
¾ Birinci, su yanan əşyaya hava oksigenin daxil olmasının qarşısını alır, ikincisi, odda buxarlanaraq çoxlu istilik udur, odur ki yanan əşyanın temperaturu o qədər aşağı düşür ki, onun yanması davam edə bilmir.
80. Mirvari nədən ibarətdir?
¾ Mirvari kalsium karbonatdan (86-90%), üzvi maddələrdən (6-12%) və sudan ibarətdir.
81. Hansı metal insan əlinin temperaturunda əriyir?
¾ Serium insan əlinin temperaturunda əriyir.
82. Baş beyinin hüceyrələrinin zəhərlənməsinə səbəb olan ağır metal hansıdır?
¾ Qurğuşun
83. Tibbdə qanaxmanın qarşısını almaq üçün istifadə olunan maddənin adını deyin və kimyəvi formulunu yazın
¾ Hidrogen peroksid H2O2.
84. Qızılı digər metallardan, məsələn, məsələn mis və gümüşdən necə ayırmaq olar?
¾ Mis və gümüş nitrat turşusunda həll olur, qızıl isə yox
85.Hansı “araqda” qızıl həll olur? Bu “araq”necə hazırlanır?
¾ Qızıl “çar arağında” həll olur. Ehtiyatla üç həcm qatı xlorid turşusu bir həcm qatı nitrat turşusunda həll edilməklə “çar arağı” hazırlanır.
86. Hansı suda xörək duzu yaxşı həll olur: soyuq və ya qaynar suda?
¾ Praktiki olaraq soyuq və qaynar suda natrium xloridin həll olması eynidir. Xörək duzunun suda həll olması praktiki olaraq temperaturdan asılı deyil.
87. Kalsium karbid necə alınır?
¾ Sönməmiş əhəngi (kalsium oksidi) kömür ilə birgə közərtməklə
88. Nə üçün barmaq soyuq dəmirə donub yapışır?
¾ Metal böyük istiikkeçirməyə malik olduğundan dəridə olan nəm barmaq soyuq metala toxunduqda donduğundn barmaq donaraq soyuq metala yapışır.
89. İndi həmin metal geniş istifadə olunur. Amma 1855-ci ildə Ümumdünya sərgisində zərgərlik əşyalrı üçün material kimi nümayiş etdirmişdilər və qızıldan bah qiymətləndirilirdi. Bu hansı metaldır?
¾ Alüminium.
90. Kömürün yanma məhsullarından buz almaq olarmı?
¾ Bəli. Kömürün yanma məhsullarından karbon dioksid ayrılır və xüsusi şəraitdə “quru buz”a çevrilir.
91. Hansı maddə bərkliyinə görə almaza yaxınlaşır?
¾ Borazon-bornitrid
92. məlumdur ki, kalium ionları canlı hüceyrənin daxilində, natrium ionları hüceyrələrarası fazada yerləşir. Nə üçün duzlu qida qəbul etdikdən sonra su içmək istəyinin səbəbini izah edin.
¾ Natrium ionları kalium ionlarına nəzərən daha tez hidratlaşır və natrium ionlarını qatılığı artdıqda su hüceyrədən hüceyrələrarası fazaya keçir. Hüceyrə həcmcə kiçilir, reflektor olaraq yanğı hissi yaranır.
93. Naşatır və Naşatır spirti nə ilə fərqlənir?
¾ Naşatır duzdur (Ammonium xlorid). Naşatır spirti qələvidir, ammoniakın suda məhluludur.
94. Hansı maddə yer səthinin 2/3 –ni örtür?
¾ Su.
95. Fotosintez prosesində əmələ gələn və nəfəsalmanı, yanmanı, çürüməni təmin edən qaz hansıdır?
¾ Oksigen.
96. Çay qumunun kimyəvi formulu necədir?
¾ SiO2.
97. Közərmiş dəmir parçasını hərəkət etdirmək üçün elektromaqnitdən istifadə etmək olmaz. Nə üçün?
¾ Cünki 800ºC-əqədər qızdırılmış dəmir tamamilə maqnitlənmir.
98. Atmosferin yuxarı təbəqələrində olan, yer səthinin bəzi səthlərində  ozonun az miqdarda olduğu fəza necə adlanır?
¾ Ozon dəliyi.
99. Hansı metal ionu olmadan xlorofill əmələ gələ bilməz?
¾ Maqnezium ionu olmadan.
100. Soyuq suda yanan metal hansıdır?
¾ Kalium.
101. Praktikada tökülmüş civəni məhv etmək üçün hansı qeyri-metal istifadə olunur?
¾ Kükürd.
102. Hansı alim və hansı ildə müəyyən etmişdir ki, atomun nüvəsinin yükü (şərtli vahidlərlə) ədədi qiymətcə elementin D.İ.Mendeleyevin elementlərinin dövri sistemində atom nömrəsinə malikdir?
¾ İngilis fiziki Q.Mozli 1914-cü ildə.


Qeyd edək ki, tərtib olunmuş sualların əksəriyyəti təbiət hadisələri, təbiət, canlı aləm ilə əlaqədar olduğundan şagirdlərin böyük marağına səbəb olur. Digər tərəfdən şagirdlər bilirlər ki, kimyanı dərindən öyrənmək onların xoşbəxt və daha təhlükəsiz, o cümlədən sağlam yaşaması üçün lazım olan ən vacib komponentlərdən biridir.
Müəllim bu sualların bir çoxu ilə əlaqədar təcrübələr qoyaraq cavabları praktiki olaraq əsaslandıra bilər. Bu halda yerli materiallardan istifadə daha cəlbedici və maraqlı olur. Verilən suallara cavabların tapılması şagirdlərin dünya görüşünün genişlənməsinə və zənginləşməsinə səbəb olur.



İstifadə  edilmiş  ədəbiyyat:



1.   М.А.Шаталов, Н.Е.Кузнецова. Химия достижение метапредметных результатов обучения. Решение интегрированных учебных проблем. Москва, Вентана-Граф, 2012,  256 с.
2.   И.В.Галыгина, Л.В.Галыгина, Н.П.Воскобойликова. Современные технологии преподавания химии. 8-11 классы. Москва, Вентана-Граф, 2009, 160 с.
3.   С.М.Курганский. Увлекательная химия. Москва, Русское слово, 2011, 248 с.









Занимательные вопросы по химии и ответы для внеклассной работы
для IX класса
В.М.Аббасов, А.М.Тагиева, Г.А.Пириева

АННОТАЦИЯ

Данная статья посвящена методике проведения обобщенного повторения тем, правилам наименования химических соединений, первичным понятиям общей химии и т.д.



An interesting question in chemistry and answers for extracurricular activites
IX classes
V.M. Abbasov, A.M. Tagiyeva, G.A. Pirieva

ANNOTATION

This article is dedicated to the methods of the generalized repetition of themes, of chemical names of compounds, initial concepts of general chemistry and etc.




Açar sözlər: kimyəvi reaksiya, kimyəvi tənlik, kimyəvi element, oksid, əsas, turşu, duz


Ключевые слова: химическая реакция, химическое уравнение, химический элемент, оксид, основа, кислота, соль.


Key words: chemical reaction, chemical equation, chemical element, oxide, bases, asid, salt.




0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.