08.12.2014

PROSES  İŞTİRAKÇILARININ    FƏALİYYƏTİNİN  VƏ  TƏHSİL   ALANLARIN BİLİYİNİN   QİYMƏTLƏNDİRİLMƏSİ

Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesi iĢtirakçılarının (müəllimlərin, məktəb rəhbərliyinin,
sinif rəhbərlərinin, metodbirləĢmələrin) fəaliyyətinin qiymətləndirilməsi
Məktəbdə təlim-tərbiyə prosesinin yüksək göstəricilərlə həyata keçirilməsi, bilavasitə həmin prosesin
iĢtirakçılarının uğurlu fəaliyyətindən asılıdır. Ona görə də məktəbdə mütəmadi olaraq təlim-tərbiyə prosesi
iĢtirakçılarının (müəllimlərin, məktəb rəhbərliyinin, sinif rəhbərlərinin, metodbirləĢmələrin və s. ) fəaliyyətinin
qiymətləndirilməsi zərurəti yaranır. Məktəbdə təlim-tərbiyə prosesi iĢtirakçılarının fəaliyyətinin
qiymətləndirilməsi üçün, ilk növbədə qiymətləndirilən fəaliyyəti xarakterizə edən kəmiyyət və keyfiyyət
göstəriciləri (parametrləri), həmçinin onların çəki əmsalları müəyyən olunmalıdır. Aydındır ki, hər hansı
fəaliyyəti xarakterizə edən göstəricilərin sayı olduqca müxtəlif ola bilər. Ona görə də müəyyən fəaliyyət
qiymətləndirildikdə əsas məsələ göstəricilərin düzgün müəyyənləĢdirilməsidir. Bu məsələdə mürəkkəblik bir də
ondadır ki, göstəricilər müxtəlif ölçmə Ģkalalarında ölçülür və prosesin qiymətləndirilməsi üçün onların
ölçmələrinin vahid ölçmə Ģkalasına gətirilməsi zərurəti yaranır. Bu məqsədlə ümumtəhsil məktəblərində
pedaqoji prosesin əsas iĢtirakçılarının fəaliyyətinin hansı göstəricilərə (parametrlərə) görə və necə
qiymətləndirilməsini nəzərdən keçirək.
1. Müəllimin peĢəkarlıq səviyyəsinin və pedaqoji fəaliyyətinin qiymətləndirilməsi. Təhsilin
keyfiyyəti bilavasitə müəllimin yaradıcı potensialından, peĢəkarlıq səviyyəsindən, təlimin yeni pedaqoji
texnologiyalarının tədris prosesinə tətbiqindən, öz üzərində daim iĢləməsindən, çevik pedaqoji təfəkkürlü və
humanist yönümlü insan olmasından çox asılıdır. Məqsədi hərtərəfli inkiĢaf etmiĢ və humanist yönümlü
Ģəxsiyyət yetiĢdirməkdən ibarət olan müasir təhsil sistemi, müəllimdən hər bir Ģagirdə onun fərdi
xüsusiyyətlərini və inkiĢaf səviyyəsini nəzərə alaraq yanaĢmağı tələb edir. Bununla əlaqədar müəllimin
peĢəkarlıq səviyyəsinin və pedaqoji fəaliyyətinin öyrənilib qiymətləndirilməsi (pedaqoji diaqnostika) onun
iĢindəki çətinliklərin aĢkar edilməsinə, bu çətinliklərin araĢdırılaraq aradan qaldırılmasına xidmət edir. Pedaqoji
diaqnostika, həmçinin müəllimin bacarıq səviyyəsini, fəaliyyətinin müsbət cəhətlərini müəyyən etməyə, fərdi
xüsusiyyətləri fonunda onları inkiĢaf etdirməyə imkan verir. Məlumdur ki, müəllimin peĢəkarlıq səviyyəsinin və
pedaqoji fəaliyyətinin qiymətləndirilməsini təlim-tərbiyə prosesinin səmərəliliyinin əsas göstəriciləri olan biilk,
inkiĢaf və tərbiyə məqsədlərinin həyata keçirilməsi baxımından aparmaq lazımdır. Ona görə də müəllimin
peĢəkarlıq səviyyəsinin və pedaqoji fəaliyyətinin qiymətləndirilməsi üçün göstəricilər müəyyənləĢdirilərkən
onun Ģəxsi keyfiyyətləri, pedaqoji bacarıqları, dərs dediyi Ģagirdlərin nailiyyətləri və müasir təlim
texnologiyalarına yiyələnmə səviyyəsi, onları öz iĢində tətbiq etmə bacarığı nəzərə alınmalıdır
2. Məktəb rəhbərliyinin pedaqoji fəaliyyətinin qiymətləndirilməsi. Bilirik ki, məktəbin gündəlik idarə
olunmasını məktəb rəhbərliyi-direktor və onun müavinləri həyata keçirir. Məktəbin müasir tələblərə uyğun idarə
edilməsi mövcud təhsil qanunvericiliyi əsasında aĢağıdakı funksiyaların həyata keçirilməsini tələb edir:
 planlaĢdırma-məktəbin əsas inkiĢaf istiqamətlərini və onlara nail olmaq üçün təhsil komandasını
müəyyənləĢdirmək üçün qərarların qəbul edilməsi;
 təĢkiletmə-məktəbin qarĢısında qoyulan məqsədə çatmaq üçün planlaĢdırılmıĢ iĢlərin yerinə
yetirilməsinə dair mümkün iĢlək əməliyyatlar ardıcıllığının müəyyənləĢdirilməsi;
 rəhbərlik-məktəbdə əsas məqsədə çatmaq üçün planlaĢ-dırılan iĢlərin yerinə yetirilməsi zamanı real
vəziyyətə müvafiq effektiv qərarların qəbul edilməsi;
 monitorinq və qiymətləndirmə-məktəbin qarĢısında duran məqsədə çatmaq üçün təlim prosesinin
iĢtirakçıları tərəfindən yerinə yetirilən iĢlərin səviyyəsinin prosesə təsir edən göstəricilərə (indikatorlara,
parametrlərə) əsasən öyrənilməsi və müqayisə edilməsi.
Ona görə də məktəb rəhbərliyinin fəaliyyətinin qiymətləndirilməsi üçün göstəricilər müəyyənləĢdirilərkən
onun mövcud təhsil qanunvericiliyinə və müasir təlim texnologiyalarına yiyələnmə səviyyəsi, bunları öz iĢində
tətbiq etmə bacarığı Ģəxsi keyfiyyətləri, pedaqoji bacarıqları ilə yanaĢı, yuxarıda qeyd olunan idarəetmə
funksiyalarını necə həyata keçirdiyi nəzərə alınmalıdır
Məktəbdə təlim-tərbiyə prosesinin iĢtirakçılarının fəaliyyətinin qiymətləndirilməsi iĢinə təcrübəli
mütəxəssislərin, məktəb rəhbərliyi, qabaqcıl müəllimlər, Ģagirdlər və valideynlər ekspert kimi cəlb edilə bilər.
Bu zaman ekspertlər cədvəldəki hər bir göstəricini beĢballıq Ģkalada aĢağıdakıları nəzərə alaraq
 «5» – göstərici ən yüksək səviyyədədir;
 «4» – göstərici yaxĢı səviyyədədir;
 «3» – göstərici orta səviyyədədir;
 «2» – göstərici aĢağı səviyyədədir;
 «1» – göstərici ən aĢağı səviyyədədir;
qiymətləndirir. Göstəricilər qiymətləndirildikdən sonra ölçü Ģkalasının istənilən qiymətində təlim-tərbiyə
prosesinin iĢtirakçılarının fəaliyyətinin qiymətləndirilməsi üçün 6-cı paraqrafda təklif olunan (6. 3) düsturundan
istifadə etməklə qiymətləndirmə aparmaq lazımdır.
Yuxarıda qeyd edildiyi kimi, göstəricilər beĢballıq Ģkalada qiymətləndirilir və cədvəllərdən göründüyü
kimi göstəricilərin sayı hər fəaliyyət növü üçün müxtəlifdir. Deməli, hər bir göstəricinin qiyməti Q1, Q2, …. ,
QN- dəyiĢənlərinin 1, 2, 3, 4, 5 ədədlərindən biri ola bilər. Yekun qiymətin neçə ballıq Ģkalada alınması K-nın
seçilməsindən asılıdır. Xüsusi halda nəticəni 100 ballıq Ģkalada almaq üçün K=100 qəbul etmək kifayətdir. Hər
bir iĢtirakçının fəaliyyətinin təhlili əsasında cədvəlin «Göstəricinin qiyməti» sütununda hər göstəriciyə müvafiq
qiyməti yazıldıqdan sonra (6. 3) dusturunun köməyi ilə təlim-tərbiyə prosesinin iĢtirakçısının fəaliyyətinin
qiymətləndirilməsi üçün Q-yekun nisbi qiymət hesablanılır.
 əgər iĢtirakçının Q-yekun nisbi qiyməti 0≤Q≤50-Ģərtini ödəyirsə, onun fəaliyyəti «aĢağı» hesab
olunur;
əgər iĢtirakçının Q-yekun nisbi qiyməti 50<Q≤67-Ģərtini ödəyirsə, onun fəaliyyəti «orta» hesab olunur;
 əgər iĢtirakçının Q-yekun nisbi qiyməti 67<Q≤86-Ģərtini ödəyirsə, onun fəaliyyəti «yaxĢı» hesab
olunur;
 əgər iĢtirakçının Q-yekun nisbi qiyməti 86<Q≤100-Ģərtini ödəyirsə, onun fəaliyyəti «ən yüksək»
hesab olunur.
Yekunda qeyd edək ki, qiymətləndirmənin nəticələri əsasında rəhbərlik iĢtirakçının sonrakı fəaliyyəti
barədə müvafiq qərar qəbul etməli və onun gələcək fəaliyyətinin yaxĢılaĢdırılması üçün müvafiq tədbirlər
görməlidir.
Təhsil alanların (Ģagird, tələbə, stajor, aspirant və digərləri) biliyinin qiymətləndirilməsi.
Təhsil müəssisəsində təhsilin keyfiyyətinin müəyyənləĢdirilməsi və müvafiq əksəlaqənin təmin edilməsi
təhsil alanların (Ģagird, tələbə, stajor, aspirant və digərlərinin) bilik, bacarıq və qabiliyyətlərinin143
qiymətləndirilməsi və alınan nəticələrin təhlili ilə həyata keçirilir. Təhsil alanın biliyinin qiymətləndirilməsionun
bu biliklərə yiyələnmə tərzinin, müxtəlif məqsədlərlə onlardan istifadə etmək və nəticə çıxarmaq
üçün məlumatların (dəlillərin) toplanması prosesidir. Təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi bir
qayda olaraq, onların əldə etdikləri bilik, bacarıq və vərdiĢlərinin kəmiyyətcə qiymətləndirilməsinə əsaslanır.
BaĢqa sözlə, təhsil alanın biliyinin səviyyəsinə qruplaĢdırılmıĢ ölçmə Ģkalasında (beĢballıq, doqquzballıq,
yüzballıq və s. ) müəyyən qiymətin verilməsidir. Məlumdur ki, biliyin qiymətləndirilməsinin əsas formaları yazı
yoxlama iĢləri (və ya testlər) və Ģifahi cavablardır. Ġki qiymət növü mövcuddur: cari və yekun (rüblük,
yarımillik, illik) qiymət. Cari qiymət ayrı-ayrı mövzu və bölmələrin təhsil alanlar tərəfindən mənimsənilməsini
yoxlayır və əsasən müəllimin (öyrədənin) Ģəxsi mülahizəsinə görə aparılır. Məktəbdə və sinifdə təhsil alanların
biliyinin obyektiv qiymətləndirilməsi üçün pedaqogikada vahid yanaĢma mövcud olmasa da hazırda bunun üçün
ən çox aĢağıdakı üsullardan istifadə olunur:
1. Sözlə qiymətləndirmə-qiymətləndirmənin ən mühüm üsullarından biridir. Bu zaman müəllimin
psixoloji dayağını, təqdirini və tənbehini söz ifadə edir. Bu üsuldan əsasən ibtidai siniflərdə istifadə oluna bilər,
lakin qiymətləndirməyə bu yanaĢmanın tətbiqi orta məktəbdə də realdır və məqsədəuyğundur. Qiymətləndirmə
prosesinin ən yaxĢı göstəricisi sözlə qiymətləndirmənin üstün rolu və ədədlə qiymətləndirmənin əhəmiyyətdən
düĢməsi ola bilər.
2. Cəmləyici üsulla qiymətləndirmə – təcrübədə ən çox istifadə olunan üsullarından biridir. Bu zaman
yekun qiymət əksər hallarda cari qiymətlərin mexaniki ədədi ortasının tapılması və nəticənin tam qiymətə qədər
bilik almağa tələbatın formalaĢması üçün yarıĢ həvəsinin oyadılması kimi üsullardan da istifadə etmək olar.
Təlim prosesində qiymətin rolu o dərəcədə böyükdür ki, o, yeganə tədris üsuluna çevrilmək dərəcəsinə
çatmıĢdır. Halbuki qiymət ilk növbədə təhsil alan üçün özünüqiymətləndirmə və özünənəzarət vasitəsi kimi
çıxıĢ etməlidir. Özünüqiymətləndirmə vərdiĢləri yaratmaq üçün bütün sinif və müəllimin iĢtirakı ilə qiymətin
Ģagirdin özü tərəfindən qoyulmasını və eləcə də Ģagirdlərin bir-birinin iĢinə qiymət verməsini tətbiq etmək
lazımdır.
Yuxarıda qeyd olunmuĢdur ki, qiymətləndirmənin problemlərindən biri də obyektiv qiymətin təmin edilə
bilməsinin çətinliyidir. Obyektivliyin təmin edilməsinin yollarından biri qiymətləndirmə prosesində Ģəffaflıq,
aĢkarlıq prinsipinin aĢağıdakı kimi gözlənilməsidir.
 təhsil alanların müəllimin istifadə etdiyi qiymətləndirmə meyarları ilə tanıĢlığı;
 qiymətləndirmə prosesinin aĢkarlığı (bu halda müəllim qiymət verərkən onu əsaslandırmalıdır);
 qarĢılıqlı qiymətləndirmə və özünüqiymətləndirmə prosedurlarından istifadə edilməsi.
4. «Portfolio» sistemi ilə qiymətləndirmə – ibtidai siniflərdə ən səmərəli qiymətləndirmə mexanizmi
kimi istifadə edilə bilər. «Portfolio» sistemi hər bir Ģagirdin xüsusi dosyesi, Ģagirdə aid olan və aĢağıda adları
çəkilənlərlə birlikdə bütün məlumat və sənədlər nəzərə alınaraq həyata keçirilir:
 cari qiymətlər;
 Ģagirdin dərs fəaliyyəti, onun əhval-ruhiyyəsi, iĢ qabiliyyəti, yaĢıdları və yaĢlılarla münasibəti
üzərində gündəlik müĢahidələr;
 meydana çıxan problemlərin təsviri və onların təhlili;
 müəllimin bu Ģagirdə yanaĢmasında düzəliĢlər edilməsi haqqında, onun təliminin fərdiləĢdirilməsi
haqqında qeydləri;
 valideynlərin gəlib-getmələrinin qeydiyyatı, müəllimin onlarla müzakirə etdiyi mövzular, Ģagirdin
ailə Ģəraiti haqqında qeydləri;
 psixoloqun tədqiqatının nəticələri əsasında formalaĢmıĢ yekun rəyi.
Qiymətləndirmənin obyektivliyinin və səmərəliliyinin müəyyən edilməsi qiymətləndirmə prosesində çox
mühüm amildir. Məhz buna görə də təhsil alanların bilik, bacarıq və qabiliyyətlərinin qiymətləndirilməsi üçün
yeni etibarlı sistemin yaradılması hazırda öz aktuallığı ilə seçilir. Bu baxımdan, təhsil alanların biliyinin
kəmiyyətcə və keyfiyyətcə qiymətləndirilməsi sisteminin yaradılması çox mühüm əhəmiyyət kəsb edir. Bu
zaman qiymətləndirmənin nəticələri təlim-tərbiyə prosesinin təkmilləĢdirilməsini təmin edən mexanizm
olmalıdır. Bu isə təhsil alanların biliyinin həm kəmiyyətcə, həm də keyfiyyətcə qiymətləndirilməsinə imkan
verən sistemin yaradılmasını tələb edir. Qiymətləndirmə sisteminə qiymətləndirmənin formaları, üsulları
(onların çeviklik, uyğunluq, fərqləndirmə səviyyəsi və s. ) məqsədləri və ümumi meyarların məzmunu daxil
olmalıdır.
Keçən əsrin 80-ci illərinin pedaqoji ədəbiyyatında təhsil alanların biliyinin qiymətləndirilməsi
göstəricilərini iki qrupa bölmüĢlər:
 keyfiyyət göstəriciləri (biliyin həcmi, biliyin sistemliliyi, davamlılığı, hərəkətliliyi);
 təhsil alanın müstəqil inkiĢafı və yaradıcı aktivliyini xarakterizə edən göstəricilər (təhsil alanın
materialı təhliletmə və ümumiləĢdirmə, müstəqil mülahizə yürütmə, biliyini istifadə etmə, nəticə çıxarma
bacarıqları və s. )144
Müasir qiymətləndirmə prosesində nəinki əqli fəaliyyət, eyni zamanda keyfiyyət göstəriciləri, həmçinin
təhsil alanda formalaĢan bacarıq və vərdiĢlər, bilikləri mənimsəmə və istifadə səviyyəsi nəzərə alınmalıdır.
Keçən əsrin sonlarından baĢlayaraq respublikamızda təhsil alanların biliyinin obyektiv qiymətləndirilməsi
sisteminin yaradılması istiqamətində eksperimentlərə baĢlanmıĢdır. Bununla əlaqədar «Ümumtəhsil
məktəblərində Ģagirdin biliyinin doqquz balla qiymətləndirilməsi sistemi» üçün Əsasnamə hazırlanmıĢ və
ümumtəhsil məktəblərində eksperiment formasında tətbiq olunmağa baĢlanmıĢdır.
Daha sonra «Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti Əsasnamə»
hazırlanmıĢ və 1999-cu ilin sentyabr ayının 1-dən respublikamızın 10 ali məktəbində 10 ixtisas üzrə
eksperiment formasında tətbiq olunmağa baĢlanmıĢdır.
Çox ballı sistem tələbələrin bilik, bacarıq və vərdiĢlərinin qiymətləndirilməsinin mövcud sistemi
təkmilləĢdirmək, onun səmərəliliyini artırmaq məqsədi daĢımıĢdır. Tələbənin biliyinin kəmiyyətcə (100 ballı) və
keyfiyyətcə qiymətləndirilməsi məqsədi ilə hazırlanmıĢ çoxballı sistem, tələbəyə fərdi yanaĢmanı təmin etməklə
tədris prosesinin aĢağıdakı keyfiyyət göstəricilərini əhatə edir:
 mühazirə, seminar (məĢğələ), laboratoriya dərslərində və s. iĢtirakını;
 laborator və seminar məĢğələlərin nəticələrinə görə bilik səviyyəsini;
 əsas və əlavə ədəbiyyatlarla müstəqil iĢini;
 tədris üçün zəruri olan mətnlərin tərtibi, yoxlama iĢlərinin və sərbəst tapĢırıqların icrasını;
 kurs layihələri (iĢlərinin) və referatların yazılması, onların müdafiəsini.
Tələbənin bir semestr ərzində hər hansı fənn üzrə toplaya biləcəyi maksimum balın miqdarı 100-ə
bərabərdir. Bunun yarısı semestr ərzindəki yuxarıda sadalanan fəaliyyətə, digər yarısı isə yekun imtahanının
nəticələrinə görə toplanır.
«Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti Əsasnamə» tələblərinə
müvafiq olaraq hər hansı fənn üzrə tələbənin aldığı balların ümumi miqdarı aĢağıdakı keyfiyyət göstəricilərinə
görə müəyyənləĢir:
 10 bala qədər – seminar (məĢğələ) dərslərinin nəticələrinə;
 10 bala qədər – laboratoriya dərslərinin nəticələrinə;
 10 bala qədər – mühazirə, seminar (məĢğələ) və laboratoriya dərslərinə davamiyyətinə;145
 10 bala qədər-mühazirə, seminar (məĢğələ) və laboratoriya dərslərinin mətnlərinin tərtibatına;
 10 bala qədər-kurs iĢlərinin (layihələrinin) yazılması və müdafiəsinə;
 50 bala qədər yekun imtahanının nəticəsinə.
Yuxarıda qeydolunan qiymətləndirmə üsulları, bir qayda olaraq tədris müəssisəsində və sinif otaqlarında
müəllimlər tərəfindən həyata keçirilir. Heç kimə sirr deyildir ki, bu Ģəkildə qiymətləndirmə hər bir tədris
müəssisəsinin ənənələrinə, eləcə də müəllimin təcrübəsinə və mühakiməsinə uyğun aparıldığından, ölkə üzrə
təhsil alanların (Ģagirdlərin) biliyinin müqayisəsinə imkan vermir və onların nailiyyətləri, müvəffəqiyyətləri
haqqında, xüsusilə təhsilin ümumi keyfiyyəti barədə təhsilin idarəetmə qurumlarını, ictimaiyyəti etibarlı və
dəyərli informasiya ilə təmin etmək olmur. Məhz buna görə, ölkə səviyyəsində təhsil alanların biliyinin həm
keyfiyyətcə, həm də kəmiyyətcə qiymətləndirilməsinə imkan verən milli standartlara müvafiq qiymətləndirmə
sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir. Milli qiymətləndirmə sisteminə qiymətləndirməni aparan
qurum, qiymətləndirmənin formaları, üsulları (onların çeviklik, uyğunluq, fərqləndirmə səviyyəsi və s. ),
məqsədləri və ümumi meyarların məzmunu daxil olmalıdır. Analoji qurumlar inkiĢaf etmiĢ ölkələrdə keçən
əsrin 80-cı illərindən baĢlayaraq fəaliyyət göstərir və ümumtəhsilin müxtəlif mərhələlərində milli dövlətin təhsil
siyasətinin əsasını təĢkil edir. Məsələn, Böyük Britaniyada 7, 11, 14 yaĢlı uĢaqların, ABġ-da IV, VIII və XII sinif,
Fransada V, VI sinif, Hollandiyada V, VIII sinif, Rumıniyada IV sinif, Tailandda VI, IX və XII sinif
Ģagirdlərinin milli qiymətləndirilməsi müntəzəm olaraq aparılır. Onu da qeyd etmək lazımdır ki, 2000-ci ildə
Ġqtisadi ƏməkdaĢlıq və ĠnkiĢaf təĢkilatına daxil olan 28 və Rusiya Federasiyası, Braziliya, Latviya, LixtenĢteyn
dövlətləri-nin 15 yaĢlı Ģagirdlərinin 3 fənn üzrə (oxu, riyazi biliklər, təbiət fənləri) biliyinin qiymətləndirilməsi
üçün PĠSA-2000 (ġagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) qiymətləndirmə sistemi tətbiq
edilmiĢdir. Bu proqramın həyata keçirilməsində məqsəd Ģagirdlərin müvəffəqiyyət səviyyəsini digər dövlətlər,
həmçinin təhsil sistemləri ilə müqayisə etmək imkanı və ölkənin təhsil sisteminin təkmilləĢdirilməsi üçün qərar
verilməsi prosesinə dəstək göstərilməsi olmuĢdur. Azərbaycan təhsil sisteminin məqsədlərindən biri də analoji
beynəlxalq layihələrdə iĢtirak etmək olmalıdır.
Milli səviyyədə təhsil alanların biliyinin qiymətləndirilməsinin əsas mahiyyətini aĢağıdakı prinsiplər
təĢkil etməlidir:
 milli qiymətləndirmə təhsil müəssisəsi və onun müəllimləri tərəfindən deyil, baĢqa qurum tərəfindən
aparılmalıdır (məsələn, qiymətləndirmə ilə məĢğul olan qurumlar, Təhsil Nazirliyi, tədqiqat institutları və s. );
 milli qiymətləndirmə standartlaĢdırılmıĢ Ģəraitdə aparılmalıdır, yəni bütün təhsil alanlar eyni testləri
bir gündə və eyni vaxtda almalı, testlərin qiymətləndirilməsi üzrə Milli Mərkəzin yaradılması son dərəcə
zəruridir. Bu halda, məktəblərdə yekun qiymətləndirmə yuxarıda nəzərdən keçirilən milli səviyyədə
qiymətləndirməyə uyğun olmalı və təhsil standartlarının daim təkmilləĢdirilməsinə xidmət etməlidir.
Təhsil alanların Qiymətləndirilməsi üzrə Milli Mərkəzin funksiyalarına aĢağıdakıları daxil etmək olar:
 təhsilin ibtidai, əsas və orta pilləsinin son siniflərində müntəzəm olaraq 2-3 fəndən milli
qiymətləndirmənin təĢkil edilməsi, nəticələrin təhlili və orta ümumtəhsilin keyfiyyəti barədə təhsil idarəetmə
qurumlarının və ictimaiyyətin etibarlı və dəyərli informasiya ilə təmin edilməsi;
 təhsil alanların biliyinin qiymətləndirilməsinin forma və üsullarının hazırlanması;
 ümumtəhsilin Milli standartlarına müvafiq qiymətləndirmə meyarlarının (testlərin) hazırlanması;
 Ģagirdlərin biliyinin qiymətləndirilməsi üzrə beynəlxalq layihələrdə iĢtirakın təmin edilməsi.
Milli qiymətləndirmə nəticəsində əldə olunmuĢ məlumatların təhlili təhsilin keyfiyyəti ilə bağlı
aĢağıdakıları müəyyənləĢdirməyə imkan verməlidir:
 ayrı-ayrı təhsil müəssisələrinin reytinqini;
 məktəbin coğrafi yerləĢməsinin Ģagirdlərin təlim müvəffəqiyyətinin göstəricilərinə təsirini;
 Ģəhər və kənd məktəblərində təhsil alan Ģagirdlərin, qız və oğlanların təlim müvəffəqiyyətinin
göstəriciləri;
 Kurrikulumun tələblərinin təhsilin müxtəlif mərhələlərində həyata keçirilmə səviyyəsini və s.
Yekunda qeyd edək ki, milli qiymətləndirmə nəticəsində əldə olunmuĢ etibarlı məlumatların təhsilin
idarəetmə qurumlarına və ictimaiyyətə vaxtında çatdırılması təhsilin inkiĢafı ilə bağlı yeni qərarların qəbul
edilməsinə, müsbət ictimai fikrin formalaĢmasına və inkiĢafına zəmin yaradacaq

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.