15.12.2014

Adı və soyadı:
Sinif:
Tarix:

IV.Obrazların müəyyən edilməsi və qarşılaşdırılması üçün KSQ vasitəsi


Mətn:
Gülzar İbrahimova. “Evin kişisi”
   Hər tərəf ağappaq qar idi.Qar yağır, hey yağırdı. Nağıllardakı kimi.Yalın ayaqla qarın üstündə teriyirdik. Yox, bu yuxu deyildi.Biz,doğrudan da, qarın üstü ilə ayaqyalın gedirdik.Bəzən isə yüyürürdük. Anamla mən, körpə bacım da anamın qucağındaydı.Şaxta onun yanaqlarını qızartmış, o lap gözəlləşmişdi.Amma elə ürəkdən ağlayırdı ki, onun heç vaxt belə ağlayan görməmişdim.Anam isə elə hey “can” deyirdi – gah bacıma,gah da mənə.
   Qar yalın ayağımın altında xırçıldadıqca, ayaqlarımın altını yandırırdı.Heç qar da adamı yandırar? Amma mənim ayağımı yandırırdı.
   Mən lap balaca olanda qarda oynayanda əllərim donardı.Tez qaçıb əllərimi sobada qızdırardım. Ya da anam onları nəfəsilə qızdırardı. Amma indi yandırırdı ayaqlarımı qar.Anama dedim.Anam başındakı yaylığını götürüb iki yerə böldü.Yaylığının hər parçasını bir ayağıma bağladı.Qan dayanmırdı.Anam da ayaqyalındı.Amma onun ayaqlarından qan gəlmirdi.O mənə dedi:
 -Bax, heç mənim ayaqlarımdan qan gəlmir.
 O, ayağını qaldırıb mənə göstərəndə gördük ki, onun da ayaqlarının altı qanayır. Dedi:
 -Mənim ayağım ağrımır. Az qalıb, bir az da getsək, çatacağıq.
 Mən dözürdüm. Atam ermənilərlə döyüşdə qəhrəman kimi öləndən sonra anam həmişə deyirdi ki, mən evin kişisiyəm.Mən doğrudan da, böyümüşdüm. Altı yaşım tamam olmuşdu. Bir az da böyüsəm, mətəbə gedəcəyəm, bir az da böyüsəm, anam qoymasa da, gizlincə gedəcəyəm atamın əsgər dostlarının yanına.Mənə də avtomat verəcəklər, erməniləri qıracağam, gedə-gedə fikirləşirdim.
  Bunaları yadıma salıb dözürdüm.Amma ayaqlarım elə yanırdı.Bacım anamın qucağında olmasaydı, mən anamın qucağında gedərdim, ayaqlarımın bir az ağrısı azalardı. Bir azdan bacımın səsi kəsildi. Anam ağlaya-ağlaya torpağı qazıb onu qarın altında basdırdı. Mən soruşanda ağlaya-ağlaya dedi:
-Bacını burda gizlədək ki, ermənilər onu görməsin.Bir də Xoxalıya qayıdanda götürərik.
-Düz deyirsən, ana, möhkəm gizlət, qoy ermənilər onu tapmasınlar, - dedim.
   Sonralar, lap sonralar başa düşdüm ki, bacım ölmüşdü.Anam belə deyirdi ki, mən ağlamayım. Çünki bacımı cox istəyirdim.
   Bacımı gizlədəndən sonra anam məni qucağına aldı. Sonra ayaqlarım daha heç vaxt ağrımadı. Bakıda, xəstəxanada ayaqlarımı dizə qədər kəsəndə də, sonralar da ağlamadım. Çünki mən evin kişisiydim.

     Test:
1.     “Mən də böyüyəndə əsgər gedəcəyəm” – bunlardan biri oğlanın düşüncəsidir:
A.     Atasının əsgər dostlarının yanına getmək və erməniləri qırmaq arzusu
B.      Əlinə avtomat almaq arzusu
C.      Atasında xəbər tutmaq
D.     Orduda xidmət etmək arzusu
2.     Qarın üstü ilə ayaqyalın gedirdilər. Niyə?
A.     İmkansızlıqdan
B.      Qar ayağını yandırdığı üçün.
C.      Ermənilərin hücumuna məruz qalmışdılar.
D.     Evləri yanmışdı.
3.     “Düz deyirsən, ana, möhkəm gizlət, qoy ermənilər onu tapmasınlar” deməkdə oğlanın niyyəti nə idi?
A.     Ermənilərin onu görməsi
B.      Bacısını çox istəyirdi.
C.      Xocalıya qayıtmaq ümidi.
D.     Bacısını çox istəmirdi.
4.     Yurdundan qaçarkən oğlanın keçirdiyi hislərdən biri yanlışdır.
A.     Qəzəb.
B.      Dözüm.
C.      Ümid.
D.     Qorxu.
5.     “Bacını burda gizlədək ki, ermənilər onu görməsinlər” deməklə ana nəyi nəzərdə tuturdu?
A.     Bacısının öldüyünü ona demək istəmirdi.
B.      Oğlunda gələcəyə ümid yaratmaq istəyi.
C.      Oğlunu aldatmaq istəyi.
D.     Uşaq aparmağın çəin olduğunu demək istəmirdi.
6.     Qar onun ayağını yandırırdı.
A.     Qar isti idi.
B.      Şüşə kimi isti buz onun ayağını kəsmişdi.
C.      Qarın altında qalan sınmış şüşə qırıntıları ayağını kəsmişdi.
D.     Donmuş ayaqlarını şaxta kəsmişdi.
7.     Şaxta onun yanaqlarını qızartmışdı. Bunlardan bri doğru deyil.
A.     Ayaqqabısı cırılmışdı.
B.      Ayaqyalın idi.
C.      Şaxta onu gözəlləşdirmişdi.
D.     Onun üzünü qızartmışdı.
8.     Övladlarını qucağında aparan ana hansı hisləri keçirirdi?
A.     Qorxu
B.      Ümid
C.      Qəzəb
D.     Təlaş





0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.