VALIDEYNL
AQƏNIN YARADILMASINA VƏ MÖHKƏMLƏNDIRILMƏSINƏ
RƏHBƏRLIK
Valideynin məqsədyönlü pedaqoji hərəkətlərini ailə məiĢətinin
gündəlik obyektiv təsirləri ilə uzlaĢdıran
tərbiyə
formalarından biri ailə tərbiyəsidir. Ailə tərbiyəsi prosesində uĢaqların
fiziki sağlamlığının əsası qoyulur.
Onlarda təbiət,
cəmiyyət, ictimai münasibətlər haqqında təsəvvürlər yaranır və s.
Ailə tərbiyəsinin
ümumi vəzifəsi uĢağı mövcud ictimai Ģəraitdə həyata hazırlamaqdan, konkret vəzifəsi
isə ailə Ģəraitində
uĢağa onun normal surətdə formalaĢması üçün zəruri bilik, bacarıq və vərdiĢlər
aĢılamaqdan
ibarətdir.
Ailə tərbiyəsində
məqsəd uĢağın hərtərəfli (əqli, mənəvi, əxlaqi, fiziki) inkiĢafının təməlini
qoymaq, onu
əməyə, müstəqilliyə
alıĢdırmaqdır.
Ailəyə valideyn
rəhbərlik edir. Valideyn ailədə uĢağa onun anadan olduğu ilk gündən tərbiyəvi təsir
göstərir. Həmin
tərbiyəvi təsir uĢağın məqsədyönlü formalaĢması prosesini təĢkil edir. Bu
prosesdə valideynin
uĢağa göstərdiyi
ehtiram, hörmət, məhəbbət ata-ananın havadarlığını, qayğılarını da özündə birləĢdirir,
ailə
məhəbbətini möhkəmləndirir.
UĢağa valideyn məhəbbətini möhkəmləndirir. UĢağa valideyn məhəbbətini heç nə
əvəz edə bilməz.
Məhz buna görə də ölkəmizdə valideynin rolu dövlət əhəmiyyətli zəruri iĢ səviyyəsinə
qaldırılmıĢdır;
onun mənafeyi qanunvericiliklə mühafizə olunur və mənəvi normalarla tənzim
edilir.
Qabaqcıl məktəblər
ailələrlə canlı əlaqəyə xüsusi diqqət yetirirlər. Onlar valideynlərlə iĢi
qarĢılıqlı əlaqə
Ģəraitində və müəyyən
sistemlə aparırlar. Valideynlərin ümumməktəb iclaslarından və konfranslarından,
sinif
valideyn
iclaslarından, valideynlərlə fərdi və kollektiv söhbətlərdən istifadəyə xüsusi
diqqət yetirir, valideynlər
universiteti təĢkil
edirlər. Belə tədbirlərdə uĢaqlarda zəruri mədəni davranıĢ vərdiĢlərinin tərbiyə
edilməsi, təlim
əməyinə düzgün
münasibətin, kitaba marağın formalaĢdırılması kimi məsələlər müzakirə edilir.
Ümumtəhsil
məktəblərində
valideyn universitetləri təĢkil olunmuĢdur. Universitetlərdə pedaqoji biliklər
geniĢ təbliğ edilir.
Məktəblərdə
valideynlər üçün açıq qapı günləri keçirilir. Həmin məktəblərin direktorları,
pedaqoji kollektivləri,
valideyn komitələri
Ģagirdlərin təlim keyfiyyətini yüksəltmək məqsədi ilə ailə və məktəbin
qarĢılıqlı
münasibətlərini
yüksək ideya və mənəvi əsasda təĢkil edirlər.
Valideynlərlə
canlı əlaqə məktəblərin çoxcəhətli həyatını daha da zənginləĢdirir. Pedaqoji
kollektivlər hər
bir ailədə hökm
sürən mikromühiti yaxından öyrənib iĢdə nəzərə alırlar. Bunun təlim-tərbiyə
iĢinə böyük təsiri
vardır. Valideynlərin
müəllim əməyinə ehtiram münasibətləri, müəllimin tövsiyələrinə diqqət yetirmələri
həm
ailənin, həm də
məktəbin tərbiyə imkanlarını gücləndirir.
Məktəbin və ailənin
məqsədi birdir: Ģagirdləri bilikli, bacarıqlı, əməksevər gənc vətəndaĢlar kimi
yetiĢdirmək.
Ayrılıqda nə məktəb, nə də ailə həmin məqsədə nail ola bilər. Ona görə də hər
bir ailənin məktəblə
əməkdaĢlığı, məktəbin
də hər bir ailə ilə sıx əlaqəsi məktəb-ailə tərbiyəsini dərk edilən və düzgün
qoyulan
vəzifələrini müvəffəqiyyətlə
yerinə yetirmək üçün ən zəruri Ģərtdir.
Məlum olduğu
kimi, Ģagirdlərin valideynlərlə iĢi, əsasən, məktəbin pedaqoji kollektivi və
valideyn
komitəsi aparır.
Həmin iĢdə müvəffəqiyyət qazanılması məktəb direktorunun rəhbərlik bacarığından
da xeyli
asılıdır. Bu
baxımdan Ģagirdlərin valideynləri ilə məktəbin iĢinə direktorun rəhbərliyi məsələsinin
bəzi zəruri
cəhətlərinə
toxunmaq istəyirik.
I. ġagirdlərin
valideynləri ilə sinif rəhbərlərinin iĢinə direktorun rəhbərliyi.
ġagirdlərin
valideynləri ilə daim əlaqə saxlanması sinif rəhbərlərinin əsas iĢlərindən
biridir. Həmin əlaqə
Ģagirdlərin tərbiyəsində
məktəb və ailənin birliyini təmin etməyə imkan verir. Sinif rəhbərləri
valideynlərlə,
əsasən,
aĢağıdakı əlaqə formalarından istifadə edirlər:
1) tərbiyə məsələləri
ilə bağlı valideynlərin məktəbə çağırılması;
2) ailələrə
gedilməsi;
3) sinif
valideyn iclaslarının, valideyn konfranslarının, valideyn universitetlərinin təĢkil
olunması, ailə
tərbiyəsi üzrə təcrübə
mübadiləsi məqsədi ilə valideynlərlə görüĢlər keçirilməsi;
4) fəal
valideynlərin müxtəlif sinifdənxaric tədbirlərin keçirilməsinə (valideyn komitəsinin
iĢində iĢtirak
etməklə) cəlb
edilməsi;
5) «çətin»
Ģagirdlərin valideynləri ilə fərdi söhbətlərin keçirilməsi;
6) valideynlərin
iĢlədikləri müəssisələrin ailəyə və məktəbə yardım Ģuraları ilə canlı və
iĢgüzar əlaqə
yaradılması.
Bu formalardan
ustalıqla istifadə edən sinif rəhbərləri istər təlim-tərbiyənin, istərsə də
nizam-intizamın
yüksəldilməsində
yaxĢı nəticələr əldə edirlər.
Məktəb direktoru
sinif rəhbərlərinə əməli və nəzəri-metodik kömək etməyə borcludur. Direktor
bunu,
adətən, sədri
olduğu sinif rəhbərlərinin metodik birləĢmələri vasitəsilə həyata keçirir. O,
sinif rəhbərlərinin iĢinə
rəhbərlikdə müxtəlif
formalardan istifadə edir. Məsələn, sinif rəhbərlərinin metodbirləĢmə
iclaslarını təĢkil
etmək, onların
diqqətini valideynlərlə iĢə aid yeni pedaqoji və metodik ədəbiyyatın öyrənilməsinə
yönəltmək,
sinif rəhbərləri
ilə disputlar, yoldaĢlıq müsahibəsi, fərdi söhbətlər keçirmək və s. 97
Məktəb direktorunun
sinif rəhbərlərinin iĢinə, rəhbərliyinə aid müsbət təcrübələr çoxdur. Yevlax
rayonunun Xaldan
qəsəbə kompleks orta məktəbin təcrübəsini buna misal göstərmək olar. Həmin məktəbdə
sinif rəhbərlərinin
müntəzəm surətdə keçirilən metodbirləĢmə iclaslarında müzakirə üçün lazımi məsələlərin
seçilməsinə,
onların müzakirəsinə hazırlıq görülməsinə direktor xüsusi diqqət yetirir. O,
müzakirə olunacaq bu
və ya digər məsələyə
dair sinif rəhbərlərinə qabaqcadan müvafiq ədəbiyyat tövsiyə edir və onlara
baĢqa
məktəblərin
qabaqcıl sinif rəhbərlərinin təcrübəsindən istifadə etmək mümkünlüyü haqqında
da düĢünməyi
məsləhət bilir.
Belə olanda iclas da səmərəli keçir.
Məktəbdə Ģagirdlərin
valideynləri ilə nə kimi iĢlər aparıldığını öyrənmək üçün sinif rəhbərləri ilə
fərdi və
kollektiv söhbətlər
keçirilir. Həmin söhbətlərdə iĢtirak edən sinif rəhbərlərinin, xüsusən gənc
sinif rəhbərlərinin
fəaliyyəti ilə ətraflı
tanıĢlıq iĢdəki nöqsanların aradan qaldırılması üçün yollar aramağa Ģərait
yaradır.
Ümumiyyətlə, təcrübə
göstərir ki, fərdi və kollektiv iĢ formalarından istifadə direktora sinif rəhbərlərinin
Ģagirdlərin
valideynləri ilə iĢinə düzgün və konkret rəhbərlik etmək, bu sahədə müntəzəm nəzarəti
həyata
keçirmək, habelə
qabaqcıl təcrübəni öyrənmək və yaymaq imkanı verir.
II. Valideyn
komitəsinin iĢi və ona məktəb direktoru tərəfindən rəhbərlik.
Bu sahədə də məktəb
rəhbərinin qayğısı çoxdur. Çünki məktəbin valideyn komitəsinə ümumi rəhbərliyini
məktəb direktoru
həyata keçirir. Direktor valideyn komitəsinin tərkibinə öz uĢaqlarını nümunəvi
tərbiyələndirən,
məktəbə və valideynlərə kömək etməkdə faydalı fəaliyyəti geniĢləndirməyə qabil
olan qabaqcıl
istehsalatçı
valideynlərin seçilməsinə qayğı göstərilməlidir. Direktor yeni seçilən komitənin
üzvlərinə və onun
daimi
komissiyaları sədrlərinə əməli köməklik göstərib, onların fəaliyyətlərini
istiqamətləndirməlidir. O, komitə
üzvlərinə və
komissiya sədrlərinə valideynlərlə, ictimaiyyətlə, habelə Ģagirdlərlə aparılacaq
iĢlərin
muzmununun,
forma və üsullarının müəyyənləĢdirilməsində yaxından iĢtirak etməli, valideyn
komitəsinin illik
və ya yarımillik
iĢ planının yerinə yetirilməsinə nəzarət edib onların hesabatını dinləməli,
komitəyə və onun
daimi
komissiyalarının iĢinə təcrübəli müəllimləri cəlb etməlidir.
Təcrübəli məktəb
direktoru valideyn komitələrinə rəhbərlik iĢinə məsuliyyətlə yanaĢır, öz fikirlərini
onlara heç vaxt
zorla qəbul etdirmirlər. Əksinə, onlara müstəqillik verir, bütün məsələlərin
komitədə fəal və
iĢgüzar müzakirə
olunmasına səy göstərir, komitənin yaxĢı iĢini müdafiə edirlər. Bununla da
valideyn
komitəsinin fəaliyyətini
inkiĢaf etdirməyə nail olurlar.
III. Valideynlərin
pedaqoji maariflənməsi iĢinə rəhbərlik.
Ölkəmizdə ailə tərbiyəsi
mədəniyyəti arasıkəsilmədən yüksəlir. Bu da özünü, hər Ģeydən əvvəl, yeni
nəslin tərbiyəsində
göstərir. Ümumiyyətlə, valideynlər uĢaqların tərbiyəli, savadlı olmasını arzu
edir, namuslu
adam, əsl vətəndaĢ
kimi görmək istəyirlər. Lakin bəzi valideynlər lazımi pedaqoji biliklərə yiyələndiklərindən,
həyatda düzgün
yol tutmadıqlarından, sözü ilə iĢi düz gəlmədiyindən buna nail ola bilmir, ailə
tərbiyəsində
müəyyən
nöqsanlara yol verirlər. Buna görə də qabaqcıl məktəblərin direktorları
valideynlərin pedaqoji
maarifinə çox
böyük əhəmiyyət verirlər. Onlar bu məqsədlə məktəb lektoriyası (qiraətxanası) və
ya valideynlər
sırasından daimi
mühazirəçilər qrupu yaradır, təcrübəli rəhbərlər ayırırlar.
Məktəb
lektoriyasının və valideynlər universitetinin iĢ proqramları valideynlərə ümumməktəb
valideynlər
iclaslarında
bildirilir, bu zaman onların arzu və istəkləri də nəzərə alınır.
Direktorlar və məktəblərin
pedaqoji Ģuraları çalıĢırlar ki, valideynlər üçün oxunacaq mühazirələr yüksək
səviyyədə olsun,
lazımi pedaqoji hazırlığı olmayan valideynlər ailədə uĢaqların tərbiyə edilməsinin
üsulları ilə
və pedaqoji
biliklərlə silahlansın, bununla da məktəb və ailə tərəfindən uĢaqlara tərbiyəvi
təsirlərin vəhdəti
təmin edilsin,
valideynlər tərbiyə sənətinə yiyələnsinlər.
Valideynlərin
pedaqoji maarifinin məzmununu yaxĢılaĢdırmaq iĢində sinif rəhbərlərinin
metodbirləĢmələri
mühüm rol oynayır. Bu birləĢmələr vasitəsilə bütün sinif rəhbərlərinə tövsiyə
etmək olar ki,
valideyn
iclaslarında görkəmli pedaqoqlardan N. K. Krupskayanın, A. S. Makarenonun
pedaqoji irsindən geniĢ
istifadə etsin,
Ģagirdlərin ailə tərbiyəsinin təcrübələrini tərbiyə nəzəriyyəsi ilə əlaqələndirərək
valideynlərlə
müvafiq mövzular
üzrə söhbətlər keçirsinlər. Habelə həmin söhbətlər zamanı ailə tərbiyəsindəki
tipik səhvlərin
səbəblərini
araĢdırsın, onların aradan qaldırılması yollarını aydınlaĢdırsınlar.
IV. ġagirdlərin
valideynləri ilə direktorun əlbir iĢi.
Məktəbin
direktoru sinif rəhbərlərinin, valideyn komitəsinin, məktəb lektoriyasının,
valideynlər
universitetinin
təĢkilatçısı və rəhbəri rolunda da çıxıĢ edir. MəktəbyaĢlı uĢaqları məktəbə qəbul
edərkən onların
valideynləri ilə
söhbət aparır, ümumməktəb valideyn iclaslarını, konfranslarını təĢkil edir və
keçirir, onlarda,
habelə məktəb
lektoriyası və valideynlər universitetində mühazirələr oxuyur. Direktor tez-tez
Ģagirdlərin
valideynləri ilə
fərdi və kollektiv söhbətlər də edir, onların evlərinə gedir, bu kimi əlaqələri
geniĢləndirir.
ġagirdlərin
valideynləri ilə direktorun bilavasitə iĢi məktəbin ailə ilə düzgün qarĢılıqlı
münasibətinin
təĢkilinə zəmin
yaradır. Bunun Ģagirdlərin müvəffəqiyyətli təlim-tərbiyəsi üçün əhəmiyyəti
çoxdur.
V. Direktorun Ģəxsi
nümunəsi də bütün pedaqoji kollektivə, valideyn komitəsinə, valideyn fəallarına
müsbət təsir
göstərir, məktəbin valideynlərlə iĢini yaxĢı qurmağa kömək edir.
Direktorun rəhbərlik
etdiyi məktəb vahid tərbiyə cəbhəsini-məktəb-ailə-ictimaiyyət cəbhəsini
yaratmalıdır. Həmin
cəbhənin göstərdiyi tərbiyəvi təsirin gücü hədsiz dərəcədə böyükdür. Əgər bu
güc bacarıqla98
eyni bir məqsədə
yönəldilərsə, onda o, məktəb həyatındakı bütün mənfi halları axıradək aradan
qaldırmağa,
təlim-tərbiyə iĢinin səviyyəsini yüksəltməyə qadir
olar.
0 коммент.:
Отправить комментарий