15.12.2014


AZƏRBAYCAN DİLİ....

III . 

     Mətn:
     Nəriman  Süleymanov "Qar yağırdı"
     Göydən elə bil ağ-ağ, xirda -xirda ulduzlar, çiçəklər, ləçəklər tökülürdü. Dağlara, dərələrə yollara tökülürdülər.Çöllərə çəmənlərə, kollara tökülürdülər
     Bir qaratoyuq balası məəttəl qalmışdı buna.Heyrətlə gah sağına gah da soluna. Nə idi bu ağ-ağ, xirda-xirda ulduzlar?  Axı o hələ qar görməmişdi.Yağış düşmüşdü, amma qar görməmişdi.Qaratoyuğu maraq bürümüşdü. Budaqdan yellənib qar üstə düşdü
     Oyy! Bu ağ ulduzlar, bu ağ çiçəklər nə soyuqdu? Ayaqlarım üşüdü
     Amma xoşu gəldi qaratoyuğun
     Qar üstə atdandı-düşdü
     Hələ ayağı da sürüşdü
     Ay aman! Az qalmışdı yıxılsın. Tezcə qanadını oynadıb tarazladı özünü. Sonra <<pırr>> eləyib yenə havaya qalxdı. Bu koldan o kola, o koldan bu kola uçdu. Havada buz ulduzlara toxundu. Amma nə üşüdü, nə də ki dondu.
     Nəhayət, yorulub qanad saxladı. Gördü ağaclar, kollar lopa-lopa qar tutub. İstər o yana bax, istər bu yana bax.
     Hər yan ağappaq. Bəs hanı torpaq?
     Quşçuğaz darıxdı. Bir parça torpaq üçün darıxdı, o lap bir tikə torpaq üçün darıxdı. Qığıldayıb ucadan səsləndi:
    - Hardasan, torpaq?
   Qar ulduzları, qar çiçəkləri yağırdı ağ-ağ.
   Kim hay verəcəkdi?
   Amma səs gəldi.
-          Ha!... Ha!... Ha!..
 Qaratoyuq sevinib tez uçdu səsə. Amma nə qədər axtardısa, tapa bilmədi torpağı. Qar ulduzları, qar çiçəkləri, qar ləçəkləri yağırdı ağ-ağ. Tamam qar altında qalmışdı torpaq.
  Qanadını lopa-lopa, topa-topa qara çırpdı qaratoyuq.
  Qanadını kürək etdi qaratoyuq. Lakin torpağın üstünü aça bilmədi.
 Torpaq həsrəti daha da yandırdı qaratoyuğu.
Hardasan, torpaq?
 Səs gəldi:
-          Ha!... Ha!... Ha!..
Torpağın səsindən cürətləndi qaratoyuq, qanadlandı qaratoyuq. Bir qalın kolluğa çırpdı öznün. Kolların, budaqların, şax-şəvəlin altında, dalda bir yerdə bir tikə torpaq tapdı, nəhayət. Həsrət-həsrət dimdiyini ona sürtdü qaratoyuq. Torpağın otunu, çör-çöpünü qımıldatdı qaratoyuq. Gərdi qanadlarını torpağın üstə. Bir tikə torpağı elə bil qucaqladı, ürəyi ilə, bir tikə varlığı ilə qucaqladı! Qorumaq istədi quşçuğaz öz torpağını, öz vətənini!

Test:

  1. Mətndə hansı cümlə əsas fikirlə əlaqə yaradır?
A. Qaratoyuq balası məəttəl qalmışdı.
           B. Nə idi bu ağ-ağ, xırda-xırda ulduzlar.
           C. Axı hələ qar görməmişdi.
           D. Yağış görmüşdü.

     2.  Hansı cümlədə əşya təsvir edilir?
A. Göydən elə bil xırda-xırda ulduzlar, ləçəklər tökülürdü.
           B. Daşlara, dərələrə, yollara tökülürdü.
           C. Çöllərə, çəmənlərə, kollara tökülürdü.
           D. Bu qaratoyuq balasını maraq bürümüşdü.

     3.  Hansı cümlə əsas fikirlə əlaqələndirilib?
A. Yağış görmüşdü, amma qar görməmişdir.
           B. Qaratoyuğun ayaqları üşüyürdü.
           C. Amma qaratoyuğun bundan xoşu gəlirdi.
           D. Quşçuğaz bir parça torpaq üçün darıxırdı.

     4.  Cümlələrdə fakt, hiss hansı məqamlarla əlaqələndirilmişdir?
1. Qaratoyuq, yağış görmüşdü.
           2. Qaratoyuq məəttəl qalmışdı.
           3. Soyuqdan üşüyürdü, pırr edib havaya qalxdı.
           4. Qaratoyuq torpaq üçün darıxırdı.
           A 1 , 3
           B 1 , 4
           C 1 , 2
           D 3 , 4

     5.  Verilmiş cümlələrin hansında bədii təsvir vasitəsi hislərlə əlaqələnmişdir?
A. Buz ulduzlara toxundu  – epitet, toxunma.
           B. Budaqdan yellənib düşdü – epitet, dad.
           C. Qanadların oynadıb tarazladı özünü – epitet, qoxu.
           D. Yorulub qanad  saxladı – epitet, səs.

     6.  Hər yer ağappaq, bəs hanı torpaq, quşçuğaz darıxdı, bir parça torpaq üçün darıxdı, qucaqlayıb ucadan səsləndi, hardasan torpaq, kim hay verəcək. Bunlardan biri yazıçının düşüncəsidir
A. Bəs hanı torpaq.
            B. Quşçuğaz darıxdı.
            C. Kim hay verəcək.
            D. Hardasan torpaq.

     7.  Bunlardan biri təsviri mətnin nəticəsinin xüsusiyyətləri deyil
A. Əsas fikir yenidən vurğulanır.
           B. Təsvir edilən əşya hadisə və fikirlə tamamlanır.
           C. Təsvirlər yekunlaşaraq yazını başa çatdırır.
           D. Əsas fikrə zəmin yaradır.

     8.  Bu cümlələrin birində əsas fikir yenidən vurğulanıb
           A. Qorumaq istədi quşçuğaz öz torpağını, vətənini.
           B. Göydən xırda-xırda çiçəklər, ləçəklər tökülürdü.
           C. Tamam qar altında qalmışdı torpaq.
           D. Qar ulduzları, qar çiçəkləri, qar ləçəkləri yağırdı ağ-ağ.



15 комментариев:

  1. Анонимный5/15/2022 1:38 PM

    Xahis edirik bunun cavablarini neter yoxluyaq zehmet olmasa gonderinde

    ОтветитьУдалить
  2. Анонимный1/22/2023 8:33 PM

    Cavabları, zəhmət olmasa.

    ОтветитьУдалить
  3. Анонимный3/04/2023 10:27 AM

    Cavablarinida yazardizda

    ОтветитьУдалить
  4. Анонимный4/21/2024 9:40 PM

    Zehmet olmasa cavabin yazin

    ОтветитьУдалить
  5. Анонимный4/21/2024 9:59 PM

    1zehmet cavabin yazin

    ОтветитьУдалить

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.