08.12.2014

Yeni materialların verilməsində müəllim fəaliyyətinin öyrənilməsi

Yeni materialların öyrənilməsinə Ģagirdlərin istiqamətləndirilməsi və köhnə materialın təkrar etməklə
dərinləĢməsi əsas götürülür. ġagirdlərin diqqətini yeni materialın izahında fəal düĢünməyə yönəltmək,
müəllimin haqqında məlumat verəcəyi müəyyən hadisələri müqayisə etmək və bunlar arasındakı qarĢılıqlı
əlaqəni bərpa etmək, müəllimin Ģərhindəki əsas fikri aĢkar etməklə nəticə çıxarmaq məhz bu bölümə aiddir.
Müəllim izahatının planının tərtib olunması, hadisə və faktların qiymətləndirilməsi sahəsində Ģagirdlərin
tapĢırığı yerinə yetirməsi, yeni materialı izah edərkən istifadə etdiyi vəsait, yeni materialı izah edərkən ehtiyat
biliyin aktuallaĢdırılması, real vəziyyətin aĢkar olunmasına diqqət yetirmək xüsusən vacibdir.
Həmin hissədə aĢağıdakı tərəflər xüsusi yer tutmalıdır: seçilmiĢ materialların ideyalılığı və elmiliyi, onun
həyatla əlaqəsi, diyarĢünaslıq materiallarından istifadə, psixoloji yanaĢmanın səmərəli metodlarından istifadə
edilməsi, yeni materialın izahında psixoloji təsirin səmərəsi, dərsdə yeniliyin əhəmiyyəti, onun həyatla sıx
əlaqələndirilməsi, elmin yeni nailiyyətləri, materialın məzmununa diqqəti cəlb etməsi, Ģərh olunan mövzunun
forma və metodu, düĢündürücü dialoqun səmərəsi, fikir müxtəlifliyinin müqayisəsi, həyatı və elmi mübahisələr
və s.
Dərsdə müəllimin Ģagirdləri öyrətmə bacarığı, onların yaradıcı marağının inkiĢaf etdirilməsi, müəllimin
pedaqoji yeniliklərin yayılmasına səy göstərməsi, əyani və texniki vasitələrdən, inkiĢaf xarakterli kiçik paylama
materiallarından istifadə, təlim prosesində vətənpərvərlik və milli mənlik hissinin aĢılanması, fənnin aparıcı
ideyasının Ģagirdlərin nəzərinə çatdırılması Ģagirdlərlə sorğu zamanı müəllimin fəaliyyətinə müxtəlif tələblər
verilir. Məsələn, tarix dərslərində ölkənin yeniləĢməsi Ģəraitində tarixdəki nöqsanların öyrənilməsi və təhlil
olunması, əsl həqiqətlərin faktlar əsasında Ģagirdlərə çatdırılması, xüsusilə Azərbaycan tarixindəki ağ ləkələrin
təhlili, Azərbaycan Demokratik Respublikası haqqındakı məlumatların olduğu kimi Ģagirdlərə çatdırılması
Azərbaycanın tarixi xəritəsinin, tarixi Ģəxsiyyətlər haqqında Ģəkil və məlumatlara aid materiallardan istifadə
mühüm yer tutmalıdır.
Coğrafiya dərslərində yerli coğrafi Ģəraitin izahına diqqətin artırılması, Azərbaycanın coğrafiyasındakı
dəyiĢikliklərin düzgün izah olunması, indiki Ģəraitdə Azərbaycan haqqında geniĢ məlumat vermək, coğrafiya
kabinetində Azərbaycanın bütün dövrlərə aid xəritəsinin, məlumatların olmasının təĢkili, rayonun, Ģəhərin,
kəndin xəritəsinin tərtibi, yerli Ģəraitə uyğun coğrafiya meydançasının təĢkili və s. əsas Ģərtlərdən hesab edilir.
Təbiət, riyaziyyat dərslərində təbiətin dərk olunması, ekologiyanın qorunub saxlanması, yerli Ģəraitə
uyğun olaraq zərərli obyektlərin nəticələri haqqında məlumatların verilməsi, tədris prosesində qanun, qayda və
qanunauyğunluqların təhlil olunması, hüquqların qorunması, milli qürurun aĢılanmasına diqqətin yetirilməsi,
kabinetlərdə digər alimlərlə yanaĢı, Azərbaycanın görkəmli alimlərinin və portretlərinin və onlar haqqında
məlumatların olmasının təĢkili müəllim fəaliyyətində əsas yerlərdən birini tutur.
Öyrəniləcək materialın həyatla, cəmiyyətdəki ictimai dəyiĢikliklərlə əlaqələndirilməsi, Ģagirdlərin
dünyagörüĢünün formalaĢması sahəsində metodikanın təkmilləĢdirilməsi, təlim prosesində fənlərarası əlaqənin
həyata keçirilməsi Ģagirdlərin intellektual inkiĢafı, emosional və müstəqilliyi üçün Ģəraitin yaradılmasının

vacibliyi diqqət mərkəzində durmalıdır.

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.