10.12.2014

Uşaq hüquqları haqqında Konvensiya

BMT-nin Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu il
 tarixində qəbul edilib
Preambula
Bu Konvensiyanın iştirakçısı olan dövlətlər:
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində bəyan edilmiş prinsiplərə uyğun olaraq, cə-
miyyətin bütün üzvlərinin ləyaqətinin, bərabər və ayrılmaz hüquqlarının tanınmasının Yer üzündə
azadlığın, ədalətin və sülhün təmin edilməsinin əsası hesab edərək,
Millətlər Birliyinə daxil olan xalqların Nizamnamədə insanın əsas hüquqlarına, insan şəxsiyyətinin
ləyaqətinə və dəyərinə inamlarını təsdiq etdiklərini və daha böyük azadlıq şəraitində sosial
tərəqqiyə və həyat şəraitinin yaxşılaşdırılmasına kömək göstərmək əzmində olduqlarını nəzərə alaraq,

İnsan hüquqlarının ümumi bəyannaməsində və insan hüquqları haqqında Beynəlxalq paktlarda
Birləşmiş Millətlər Təşkilatının irq, dərinin rəngi, cins, dil, din, siyasi və ya digər əqidələr, milli və
ya sosial mənşə, əmlak vəziyyəti, doğum şəraiti və ya başqa hallar kimi əlamətlərə heç bir fərq qoyulmadan
hər bir insanın həmin sənədlərdə göstərilən bütün hüquq və azadlıqlara malik olduğunu
bəyan etdiyini və bununla razılaşdığını təsdiq edərək,
İnsan hüquqlarının ümumi bəyannaməsində Birləşmiş Millətlər Təşkilatının uşaqların xüsusi
qayğıya və köməyə hüququ olduğunu bəyan etdiyini xatırladaraq,
cəmiyyətin əsas özəyi və ailənin bütün üzvlərinin, xüsusən uşaqların inkişafı və rifahı üçün
əsas təbii mühit kimi ailənin cəmiyyət çərçivəsində vəzifələrini tam həcmdə öz üzərinə götürə bilməsi
üçün onun müdafiə edilməsinin və dəstəklənməsinin zəruriliyinə əmin olaraq,
uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində, səadət, məhəbbət və
anlaşma şəraitində böyüməsinin vacibliyini təsdiq edərək,
uşağın cəmiyyətdə müstəqil həyata tam hazırlanmalı olduğunu və Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsində bəyan edilmiş ideallar ruhunda, xüsusən sülh, ləyaqət, dözümlük, azadlıq, bə-
rabərlik və həmrəylik ruhunda tərbiyələnməli olduğunu hesab edərək,
uşağın belə xüsusi müdafiə olunması zərurətinin 1924-cü il tarixli Cenevrə Uşaq hüquqları bə-
yannaməsində və 1959-cu il noyabrın 20-də Baş Məclis tərəfindən qəbul edilmiş Uşaq hüquqları bə-
yannaməsində nəzərdə tutulduğunu və İnsan hüquqları ümumi bəyannaməsində, Mülki və siyasi hü-
quqlar haqqında Beynəlxalq Paktda (xüsusən 23 və 24-cü maddələrdə), İqtisadi, sosial və mədəni
hüquqlar haqqında Beynəlxalq Paktda (xüsusən 10-cu maddədə), habelə uşaqların rifahı məsələləri
ilə məşğul olan ixtisaslaşdırılmış idarələrin və beynəlxalq təşkilatların nizamnamələrində və müvafiq
sənədlərində təsdiq edildiyini nəzərə alaraq,
Uşaq hüquqları bəyannaməsində göstərildiyi kimi, «fiziki və əqli cəhətdən yetkin olmadığına
görə uşağın istər doğulmazdan əvvəl, istərsə də doğulduqdan sonra xüsusi mühafizəyə və qayğıya, o
cümlədən lazımi hüquqi müdafiəyə ehtiyacı olduğunu» nəzərə alaraq,
Sosial və hüquqi prinsiplər haqqında Bəyannamənin uşaqların müdafiəsinə və rifahına, xü-
susən onlar milli və beynəlxalq səviyyələrdə tərbiyə olunmağa verilərkən və övladlığa götürülərkən
müdafiəsinə və rifahına dair müddəalarına, Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar
barəsində ədalət mühakiməsinin icrasına dair Minimal standart qaydalarına («Pekin qaydaları»)
və Fövqəladə hallarda və silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi
haqqında Bəyannamənin müddəalarına istinad edərək,
dünyanın bütün ölkələrində son dərəcə çətin şəraitdə yaşayan uşaqların olduğunu və belə uşaqların
xüsusi diqqətə möhtac olduğunu təsdiq edərək,uşağın müdafiəsi və ahəngdar inkişafı üçün hər bir xalqın ənənələrinin və mədəni dəyərlərinin
əhəmiyyətini lazımınca nəzərə alaraq,
hər bir ölkədə, xüsusən inkişaf etməkdə olan ölkələrdə uşaqların həyat şəraitini yaxşılaşdırmaq
üçün beynəlxalq əməkdaşlığın vacibliyini təsdiq edərək,
aşağıdakılar barədə razılığa gəldilər:

I Hissə
Maddə 1
Hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir şərtlə
ki, həmin uşaq barəsində tətbiq edilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmış olmasın.
Maddə 2
1. İştirakçı dövlətlər uşağın, onun valideynlərinin və ya qanuni qəyyumlarının irqindən, dərisinin
rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və ya digər əqidələrindən, milli, etnik və ya sosial
mənşəyindən, əmlak vəziyyətindən, səhhətindən və doğum şəraitindən və ya hər hansı başqa hallardan
asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermədən, onların yurisdiksiyası daxilində hər bir
uşaq üçün bu Konvensiyada nəzərdə tutulan bütün hüquqlara hörmət bəsləyir və onları təmin edirlər.
2. İştirakçı dövlətlər uşağın, onun valideynlərinin, qanuni qəyyumlarının və ya digər ailə üzvlərinin
statusu, fəaliyyəti, ifadə etdikləri baxışları və ya əqidələri əsasında uşağın ayrı-seçkiliyin və
ya cəzanın bütün formalarından müdafiə olunmasını təmin etmək üçün hər cür lazımi tədbirləri gö-
rürlər.
Maddə 3
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə
yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya
özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərə-
findən.
2. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün mə-
suliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri
olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini
və inzibati tədbirləri görürlər.
3. İştirakçı dövlətlər təmin edirlər ki, uşaqların qayğısına qalmaq və ya müdafiəsi üçün cavabdeh
olan idarələr, xidmətlər və orqanlar səlahiyyətli orqanların qoyduqları normalara, o cümlədən
təhlükəsizlik və səhiyyə, onların işçi heyətinin say tərkibi və yararlığı, habelə mötəbər nəzarət baxı-
mından cavab versinlər.
Maddə 4
İştirakçı dövlətlər bu Konvensiyada tanınan hüquqların həyata keçirilməsi üçün bütün lazımi
qanunvericilik tədbirlərini, inzibati və digər tədbirləri görürlər. İştirakçı dövlətlər iqtisadi, sosial və
mədəni hüquqlar barəsində belə tədbirləri malik olduqları ehtiyatların maksimum çərçivəsində və lazım
gəldikdə, beynəlxalq əməkdaşlıq çərçivəsində görürlər.
Maddə 5 İştirakçı dövlətlər valideynlərin və yerli adətdə nəzərdə tutulduğu kimi, müvafiq hallarda genişləndirilmiş
ailə və ya icma üzvlərinin, qəyyumların və ya qanuna görə uşaq üçün məsuliyyət daşı-
yan digər şəxslərin bu Konvensiyada tanınan hüquqların uşaqlar tərəfindən həyata keçirilməsində
onu lazımınca idarə etmək və ona rəhbərlik etmək və bunu uşağın inkişaf etməkdə olan qabiliyyətinə
müvafiq sürətdə yerinə yetirmək məsuliyyətinə, hüquqlarına və vəzifələrinə hörmət bəsləyirlər.

Maddə 6
1. İştirakçı dövlətlər təsdiq edirlər ki, hər bir uşağın yaşamaq üçün ayrılmaz hüququ vardır.
2. İştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün
olan dərəcədə təmin edirlər.
Maddə 7
1. Uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə
etmək hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı
görmək hüququna malikdir.
2. İştirakçı dövlətlər bu hüquqların öz milli qanunvericiliyinə uyğun həyata keçirilməsini və öz
öhdəliklərinin bu sahədə müvafiq beynəlxalq sənədlərə uyğun yerinə yetirilməsini, o cümlədən əks
təqdirdə uşağın vətəndaşlığa malik olmayacağı halda təmin edirlər.
Maddə 8
1. İştirakçı dövlətlər qeyri-qanuni müdaxiləyə yol vermədən, qanunda nəzərdə tutulduğu kimi,
uşağın öz fərdiliyini, o cümlədən vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququna hörmət
bəsləməyi öhdələrinə götürürlər.
2. Əgər uşaq öz fərdiliyinin ünsürlərinin bir qismindən və ya hamısından qanunsuz məhrum
edilirsə, iştirakçı dövlətlər onun fərdiliyinin ən tez zamanda bərpa edilməsi üçün ona lazımi köməyi
və müdafiəni təmin edirlər.
Maddə 9
1. İştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı
düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna
və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu
müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda,
məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər
bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda
zəruri ola bilər.
2. Bu maddənin 1-ci bəndinə uyğun hər cür araşdırma zamanı bütün əlaqədar tərəflərə araşdırmada
iştirak etməyə və öz nöqteyi-nəzərini şərh etmək imkanı verilir.
3. İştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı düşmüş uşağın hər iki
valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər,
amma bu münasibətlərin və əlaqələrin uşağın ən yaxşı mənafeyinə zidd olduğu hallar istisna təşkil
edir.
4. Belə ayrılıq iştirakçı dövlətin qəbul etdiyi hər hansı qərardan, məsələn, valideynlərdən birinin
və ya hər ikisinin və ya uşağın həbsə alınması, həbsxanada saxlanması, ölkədən çıxarılması,
deportasiyası və ya ölümü (o cümlədən həmin şəxsin dövlətin sərəncamında olduğu dövrdə hər hansı
səbəbdən baş vermiş ölümü) ilə əlaqədar qərardan irəli gəldikdə həmin iştirakçı dövlət ailənin qa-ib üzvünün/üzvlərinin olduğu yer barəsində valideynlərə, uşağa və ya, əgər lazım gələrsə, ailənin
başqa üzvünə onların xahişi ilə zəruri məlumat verir, bir şərtlə ki, bu məlumatın verilməsi uşağın rifahına
ziyan vurmasın. İştirakçı dövlətlər daha sonra təmin edirlər ki, özlüyündə bu cür xahişin
verilməsi müvafiq şəxs/şəxslər üçün xoşagəlməz nəticələrə gətirib çıxarmasın.
Maddə 10
1. İştirakçı dövlətlərin 9-cu maddənin 1-ci bəndi üzrə öhdəliyinə uyğun olaraq uşağın və ya
onun valideynlərinin ailənin birləşməsi məqsədilə iştirakçı dövlətə gəlmək və ya oradan getmək barədə
ərizələrinə iştirakçı dövlətlər tərəfindən müsbət, humanist və operativ baxılmalıdır. İştirakçı
dövlətlər daha sonra təmin edirlər ki, bu cür xahişin verilməsi ərizəçilər və onların ailə üzvləri üçün
xoşagəlməz nəticələrə gətirib çıxarmasın.
2. Valideynləri müxtəlif dövlətlərdə yaşayan uşağın, xüsusi hallar istisna olmaqla, hər iki valideynlə
müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququ vardır. Bu məqsədlə və
iştirakçı dövlətlərin 9-cu maddənin 2-ci bəndi üzrə öhdəliyinə uyğun olaraq iştirakçı dövlətlər uşa-
ğın və onun valideynlərinin istənilən ölkəni, o cümlədən öz ölkəsini tərk etmək və öz ölkəsinə qayıtmaq
hüququna hörmət bəsləyirlər. İstənilən ölkəni tərk etmək hüququ barəsində yalnız elə məhdudiyyətlər
qüvvədədir ki, onlar qanunla müəyyən edilmişdir və dövlət təhlükəsizliyinin, ictimai qaydanın
(ordre public), əhalinin sağlamlığının və ya mənəviyyatının və ya digər şəxslərin hüquq və
azadlıqlarının qorunması üçün zəruridir və bu Konvensiyada tanınan başqa hüquqlarla bir araya
sığır.
Maddə 11
1. İştirakçı dövlətlər uşağın qanunsuz aparılmasına və xaricdən qaytarılmamasına qarşı mübarizə
üçün tədbirlər görürlər.
2. Bu məqsədlə iştirakçı dövlətlər ikitərəfli və ya çoxtərəfli sazişlər bağlamağa və ya qüvvədə
olan sazişlərə qoşulmağa kömək edirlər.
Maddə 12
1. İştirakçı dövlətlər öz baxışlarını formalaşdırmağa qadir olan uşağı özünə aid bütün məsələ-
lər barəsində həmin baxışları sərbəst ifadə etmək hüququ ilə təmin edirlər, həm də uşağın baxışlarına
onun yaşına və yetkinliyinə uyğun lazımi diqqət yetirilir.
2. Bu məqsədlə uşağa ona toxunan hər hansı məhkəmə araşdırmasının və ya inzibati
araşdırmanın gedişində ya bilavasitə, ya da nümayəndə və ya müvafiq orqan vasitəsilə, milli qanunvericiliyin
prosessual normalarında nəzərdə tutulan qaydada dinlənilmək imkanı verilir.
Maddə 13
1. Uşağın öz fikrini sərbəst ifadə etmək hüququ vardır, bu hüquqa sərhədlərdən asılı
olmayaraq, hər cür informasiyanı və ideyaları şifahi, yazılı və ya çap edilmiş formada, incəsənət
əsərləri formasında və ya istədiyi digər vasitələrin köməyi ilə axtarmaq, almaq və ötürmək azadlığı
daxildir.
2. Bu hüququn həyata keçirilməsinə bəzi məhdudiyyətlər qoyula bilər, lakin həmin məhdudiyyətlər
yalnız qanunda nəzərdə tutulan və aşağıdakılar üçün zəruri məhdudiyyətlər ola bilər:
a) digər şəxslərin hüquqlarına və nüfuzuna hörmət üçün; və ya
b) dövlət təhlükəsizliyinin və ya ictimai qaydanın (ordre public) və ya əhalinin sağlamlığının
və ya mənəviyyatının qorunması üçün. Maddə 14
1. İştirakçı dövlətlər uşağın fikir, vicdan və din azadlığına hörmət bəsləyirlər.
2. İştirakçı dövlətlər valideynlərin və müvafiq hallarda qanuni qəyyumların uşağın hüququnun
həyata keçirilməsində uşağa onun inkişaf etməkdə olan qabiliyyəti ilə uzlaşan metodlarla rəhbərlik
etmək hüquqlarına və vəzifələrinə hörmət bəsləyirlər.
3. Öz dininə və ya məzhəbinə etiqad etmək azadlığına yalnız elə məhdudiyyətlər qoyula bilər
ki, onlar qanunla müəyyən edilmişdir və dövlət təhlükəsizliyinin, ictimai qaydanın, əhalinin mənə-
viyyatının və sağlamlığının qorunması və ya digər şəxslərin əsas hüquq və azadlıqlarının müdafiəsi
üçün zəruridir.
Maddə 15
1. İştirakı dövlətlər uşağın birləşmək azadlığını və dinc toplaşmaq azadlığını tanıyırlar.
2. Bu hüququn həyata keçirilməsi üçün qanuna uyğun tətbiq edilən və demokratik cəmiyyətdə
dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik, ictimai qayda (ordre public), əhalinin sağlamlığının
və ya mənəviyyatının qorunması və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri
olan məhdudiyyətlərdən başqa, hər hansı məhdudiyyət tətbiq edilə bilməz.
Maddə 16
1. Heç bir uşaq onun şəxsi həyat, ailə həyatı, mənzil toxunulmazlığı və ya yazışma sirri hüququnun
həyata keçirilməsinə özbaşına və ya qanunsuz müdaxilə və ya şərəf və nüfuzuna qanunsuz
qəsd obyekti ola bilməz.
2. Uşağın belə müdaxilədən və ya qəsddən qanunla müdafiə olunmaq hüququ vardır.
Maddə 17
İştirakçı dövlətlər kütləvi informasiya vasitələrinin vacib rolunu təsdiq edərək təmin edirlər ki,
uşaq müxtəlif milli və beynəlxalq mənbələrdən informasiya və materiallar, xüsusən uşağın sosial,
ruhi və əxlaqi rifahına, habelə sağlam fiziki və psixi inkişafına köməyə yönəldilmiş informasiya və
materialları ala bilsin. Bu məqsədlə iştirakçı dövlətlər:
a) kütləvi informasiya vasitələrini uşaq üçün sosial və mədəni baxımdan faydalı olan və 29-cu
maddənin ruhuna uyğun gələn informasiya və materiallar yaymağa həvəsləndirirlər;
b) müxtəlif mədəni, milli və beynəlxalq mənbələrdən alınan bu cür informasiya və materialların
hazırlanması, mübadiləsi və yayılması sahəsində beynəlxalq əməkdaşlığı həvəsləndirirlər;
c) uşaq ədəbiyyatının buraxılmasını və yayılmasını həvəsləndirirlər;
d) kütləvi informasiya vasitələrini azlıq təşkil edən hər hansı qrupa və ya yerli əhaliyə mənsub
uşağın dil tələbatına xüsusi diqqət yetirməyə həvəsləndirirlər;
e) 13-cü və 18-ci maddələrin müddəalarını nəzərə alaraq, uşağı onun rifahına ziyan vuran informasiya
və materiallardan qorumağın lazımi prinsiplərinin hazırlanmasını həvəsləndirirlər.
Maddə 18
1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət
daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər.
Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar
daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 2. Bu Konvensiyada şərh olunmuş hüquqlara təminat verilməsi və həyata keçirilməsinə yardım
göstərilməsi məqsədilə iştirakçı dövlətlər valideynlərə və qanuni qəyyumlara uşaqların tərbiyəsi ilə
bağlı vəzifələrini yerinə yetirməkdə lazımi kömək edir və uşaq tərbiyə müəssisələri şəbəkəsinin inkişafını
təmin edirlər.
3. İştirakçı dövlətlər bütün lazımi tədbirləri görürlər ki, valideynləri işləyən uşaqların onlara
baxmaq üçün nəzərdə tutulan xidmətlərdən və müəssisələrdən istifadə etmək hüququna malik olması
təmin edilsin.
Maddə 19
1. İştirakçı dövlətlər uşağı valideynlər, qanuni qəyyumlar və ya uşağa qayğı göstərən hər hansı
digər şəxs tərəfindən fiziki və ya psixoloji zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın və
ya etinasız münasibətin, kobud rəftarın və ya istismarın, o cümlədən seksual sui-istifadənin hər cür
formalarından müdafiə etmək məqsədilə bütün lazımi qanunvericilik, inzibati, sosial və maarifçilik
tədbirlərini görürlər.
2. Lazım gələrsə, bu cür müdafiə tədbirlərinə uşağa və onun qayğısına qalan şəxslərə zəruri
kömək göstərilməsi məqsədilə sosial proqramlar hazırlamaq üçün, habelə uşaqla yuxarıda sadalanmış
kobud rəftar hallarının qarşısının alınmasının və aşkara çıxarılmasının, bu hallar barəsində mə-
lumat verilməsinin, onların baxılmağa göndərilməsinin, təhqiq edilməsinin, uşağın müalicəsinin və
sonrakı tədbirlərin digər formalarını həyata keçirmək, habelə, lazım gələrsə, məhkəmə prosesinə
başlamaq üçün səmərəli prosedurlar daxil edilir.
Maddə 20
1. Öz ailə mühitindən müvəqqəti və ya daimi məhrum olan və ya özünün ən yaxşı mənafeyi
üçün belə mühitdə qala bilməyən uşaq dövlət tərəfindən xüsusi müdafiə edilmək və kömək almaq
hüququna malikdir.
2. İştirakçı dövlətlər öz milli qanunlarına uyğun olaraq belə uşağa qulluğun dəyişdirilməsini
təmin edirlər.
3. Bu cür qulluq uşağın tərbiyəyə, islam hüququna görə «kəfalət»ə verilməsindən, habelə övladlığa
götürülməsindən, lazım gəldikdə isə, uşaqlara qulluq üzrə müvafiq müəssisəyə qoyulmasından
ibarət ola bilər. Dəyişdirmənin variantlarına baxılarkən uşağın tərbiyəsində varisliyin arzu
olunması və onun etnik mənşəyi, dini və mədəni mənsubiyyəti və ana dili lazımi dərəcədə nəzərə
alınmalıdır.
Maddə 21
Övladlığa götürmə sistemini qəbul edən və/və ya onun mövcudluğuna icazə verən iştirakçı
dövlətlər uşağın ən yaxşı mənafeyinin ilk növbədə nəzərə alınmasını təmin edirlər və onlar:
a) təmin edirlər ki, uşağın övladlığa götürülməsinə ancaq səlahiyyətli orqanlar icazə versinlər.
Bu orqanlar tətbiq edilən qanuna və prosedurlara uyğun olaraq və işə aid bütün səhih məlumat əsasında
uşağın valideynlər, qohumlar və qanuni qəyyumlar barəsində statusuna görə övladlığa götürülməsinin
mümkünlüyünü və əgər tələb olunarsa, əlaqədar şəxslərin zəruri ola biləcək məsləhətləşmə
əsasında uşağı övladlığa götürməyə öz şüurlu razılığını verməsini müəyyən edirlər;
b) təsdiq edirlər ki, uşaq onun tərbiyə olunmasını və ya övladlığa götürülməsini təmin edə
biləcək ailəyə tərbiyə olunmağa və ya saxlanmağa verilə bilməzsə və uşağa doğulduğu ölkədə mü-
nasib qulluğun təmin edilməsi mümkün olmazsa, onun başqa ölkədə övladlığa götürülməsi uşağa
qulluğun alternativ üsulu hesab oluna bilər; c) təmin edirlər ki, uşaq başqa ölkədə övladlığa götürüldükdə ölkənin daxilində övladlığa gö-
türmə barəsində tətbiq edilən eyni təminat və normalar tətbiq olunsun;
d) başqa ölkədə övladlığa götürmə təqdirində uşağın yerbəyer edilməsi nəticəsində bununla
bağlı şəxslərin əsassız maliyyə mənfəəti götürməməsini təmin etmək məqsədilə bütün lazımi tədbirləri
görürlər;
e) zəruri hallarda ikitərəfli və çoxtərəfli razılaşmalar və ya sazişlər bağlanması yolu ilə bu
maddənin məqsədlərinə nail olmağa kömək edir və bunun əsasında uşağın başqa ölkədə yerbəyer
edilməsinin səlahiyyətli hakim dairələr və ya orqanlar tərəfindən həyata keçirilməsini təmin edirlər.
Maddə 22
1. İştirakçı dövlətlər qaçqın statusu almaq istəyən və ya tətbiq edilən beynəlxalq və ya daxili
hüquqa və qaydalara müvafiq surətdə qaçqın sayılan, valideynləri və ya hər hansı digər şəxs tərəfindən
istər müşayiət edilən, istərsə də müşayiət edilməyən uşağı bu Konvensiyada və həmin dövlətin
iştirak etdiyi insan hüquqlarına dair digər beynəlxalq sənədlərdə və ya humanitar sənədlərdə şərh
olunmuş tətbiq edilən hüquqlardan istifadə edilməsində lazımi müdafiə və humanitar yardımla təmin
etmək üçün zəruri tədbirləri görürlər.
2. Bu məqsədlə iştirakçı dövlətlər belə uşağın müdafiəsi və ona kömək göstərilməsi, hər hansı
qaçqın uşağın öz valideynlərini və ya digər ailə üzvlərini axtarıb tapması, öz ailəsinə qovuşmaqdan
ötrü lazımi məlumat alması üçün Birləşmiş Millətlər Təşkilatının və onunla əməkdaşlıq edən digər
səlahiyyəti hökumətlərarası təşkilatların və ya qeyri-hökumət təşkilatlarının bütün səylərinə zəruri
saydıqları hallarda kömək edirlər. Valideynləri və ya digər ailə üzvlərini tapmaq mümkün
olmadıqda belə uşaq, bu Konvensiyada nəzərdə tutulduğu kimi, hər hansı səbəbdən öz ailə mühitindən
daimi və ya müvəqqəti məhrum olmuş istənilən digər uşaqla eyni dərəcədə müdafiə edilir.
Maddə 23
1. İştirakçı dövlətlər təsdiq edirlər ki, əqli və ya fiziki çatışmazlığı olan uşaq onun ləyaqətini
təmin edən, özünə inamını artıran və cəmiyyət həyatında fəal iştirakını asanlaşdıran şəraitdə tam də-
yərli və ləyaqətli həyat sürməlidir.
2. İştirakçı dövlətlər çatışmazlığı olan uşağın ona xüsusi qayğı göstərilməsi hüququnu təsdiq
edir və belə hüquqa malik olan uşağa və onun qayğısına qalmaq üçün məsuliyyət daşıyanlara mövcud
ehtiyatlar daxilində xahiş edilmiş yardımın göstərilməsini, həm də uşağın vəziyyətinə və onun
valideynlərinin və ya uşağa qayğını təmin edən digər şəxslərin vəziyyətinə uyğun olan yardımın
göstərilməsini həvəsləndirir və təmin edirlər.
3. Çatışmazlığı olan uşağın xüsusi ehtiyaclarının təsdiqi kimi, bu maddənin 2-ci bəndinə
uyğun olaraq imkan daxilində ona yardım valideynlərin və ya uşağa qayğını təmin edən digər şəxslərin
maliyyə ehtiyatları nəzərə alınmaqla pulsuz verilir və çatışmazlığı olan uşağın təhsil, peşə hazırlığı,
tibbi xidmət, sağlamlığın bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərə-
li istifadə etməsini və istirahət vasitələrindən bəhrələnməsini elə təmin etmək məqsədi güdür ki,
bunlar uşağın sosial həyata imkan daxilində daha tam cəlb edilməsinə və uşağın mədəni və mənəvi
inkişafı da daxil olmaqla, şəxsiyyətinin püxtələşməsinə gətirib çıxarsın.
4. İştirakçı dövlətlər çatışmazlığı olan uşaqların profilaktik səhiyyəsi və tibbi, psixoloji və
funksional müalicəsi sahəsində müvafiq məlumat mübadiləsinə, o cümlədən reabilitasiya, ümumtəhsil
və peşə hazırlığı metodlarına dair məlumatın yayılmasına, habelə bu məlumatdan istifadə olunmasına
beynəlxalq əməkdaşlıq ruhunda kömək edirlər ki, iştirakçı dövlətlərə bu sahədə öz imkanlarını
yaxşılaşdırmağa, biliklərini zənginləşdirməyə və öz təcrübələrini artırmağa şərait yaratsınlar.
Bununla əlaqədar, inkişaf etməkdə olan ölkələrin tələbatına xüsusi diqqət yetirilməlidir. Maddə 24
1. İştirakçı dövlətlər uşağın ən mükəmməl səhiyyə sistemi xidmətlərindən və xəstəliklərin mü-
alicəsi və sağlamlığın bərpası vasitələrindən istifadə etmək hüququnu təsdiq edirlər. İştirakçı dövlətlər
təmin etməyə çalışırlar ki, heç bir uşaq səhiyyə sisteminin belə xidmətlərindən istifadə etmək hü-
ququndan məhrum olmasın.
2. İştirakçı dövlətlər həmin hüququn tam həyata keçirilməsinə çalışır və lazımi tədbirlər görürlər
ki:
a) körpələr və uşaqlar arasında ölüm hallarının səviyyəsi aşağı düşsün;
b) ilkin tibbi-sanitariya yardımının inkişafına birinci növbədə diqqət yetirmək şərtilə bütün
uşaqlara lazımi tibbi yardım göstərilməsi və onların sağlamlığının mühafizəsi təmin edilsin;
c) xəstəliklərə və doyunca yeməməyə qarşı mübarizə aparılsın, o cümlədən ilkin tibbi-sanitariya
yardımı çərçivəsində, digər vasitələrlə yanaşı, asanlıqla əldə olunan texnologiyanın tətbiq
edilməsi və kifayət qədər qidalı ərzaq və təmiz içməli su verilməsi yolu ilə, ətraf mühitin çirklənmə-
si təhlükəsi və riski nəzərə alınaraq mübarizə aparılsın;
d) analara doğuşqabağı və doğuşdan sonrakı dövrlərdə sağlamlığını qorumaq üçün lazımi xidmətlər
göstərilsin;
e) uşaqların sağlamlığı və qidalanması, əmizdirmənin üstünlükləri, gigiyena, uşağın yaşadığı
mühitin sanitariyası və bədbəxt hadisələrin qarşısının alınması barədə cəmiyyətin bütün təbəqələrinə,
xüsusən valideynlərə və uşaqlara məlumat verilməsi, habelə onların təhsil alması və belə biliklərdən
istifadə etməkdə dəstəklənməsi təmin edilsin;
f) profilaktik tibbi yardım və ailənin ölçüsünün planlaşdırılması sahəsində maarifçilik işi və
xidmətlər inkişaf etdirilsin.
3. İştirakçı dövlətlər uşaqların sağlamlığına mənfi təsir göstərən ənənəvi praktikanın aradan
qaldırılması məqsədilə hər cür səmərəli və lazımi tədbirləri görürlər.
4. İştirakçı dövlətlər bu maddədə təsdiq olunan hüququn tam həyata keçirilməsinə tədricən nail
olmaq məqsədilə beynəlxalq əməkdaşlığı həvəsləndirməyi və inkişaf etdirməyi öhdələrinə götü-
rürlər. Bununla əlaqədar, inkişaf etməkdə olan ölkələrin tələbatına xüsusi diqqət yetirilməlidir.
Maddə 25
İştirakçı dövlətlər uşağa qulluq, onun müdafiəsi və ya fiziki, yaxud psixi müalicəsi məqsədilə
səlahiyyətli orqanlar tərəfindən qəyyumluğa verilmiş uşağın keçdiyi müalicənin və onun üzərində
belə qəyyumluqla bağlı bütün digər şəraitin vaxtaşırı qiymətləndirilməsi barədə uşağın hüququnu
təsdiq edirlər.
Maddə 26
1. İştirakçı dövlətlər hər bir uşağın sosial sığorta da daxil olmaqla, sosial təminat
nemətlərindən istifadə etmək hüququnu tanıyır və özlərinin milli qanunvericiliyinə uyğun olaraq bu
hüququn tam həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirləri görürlər.
2. Zərurət olduqca bu nemətlər mövcud ehtiyatlar və uşağın imkanları və onun saxlanması
üçün məsuliyyət daşıyan şəxslərin imkanları, habelə uşaq tərəfindən və ya onun adından nemətlərin
əldə edilməsi ilə bağlı istənilən mülahizələr nəzərə alınmaqla verilir.
Maddə 27
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan
həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. 2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat
şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşı-
yırlar.
3. İştirakçı dövlətlər valideynlərə və uşaqları tərbiyə edən digər şəxslərə həmin hüququn həyata
keçirilməsində kömək göstərilməsi üçün özlərinin milli şəraitinə müvafiq surətdə və öz imkanları
daxilində lazımi tədbirlər görür və lazım gələrsə, xüsusən ərzaq, paltar və mənzil təminatına dair
proqramlara maddi yardım göstərir və onları dəstəkləyirlər.
4. İştirakçı dövlətlər istər iştirakçı dövlətin daxilində, istərsə də xaricdə valideynlər və ya uşaq
üçün maliyyə məsuliyyəti daşıyan digər şəxslər tərəfindən uşağın saxlanmasının bərpa olunmasını
təmin etmək üçün bütün lazımi tədbirləri görürlər. Məsələn, əgər uşaq üçün maliyyə məsuliyyəti da-
şıyan şəxs və uşaq müxtəlif dövlətlərdə yaşayırlarsa, iştirakçı dövlətlər beynəlxalq sazişlərə qoşulmağa
və ya bu cür sazişlər bağlanmasına, habelə digər müvafiq razılaşmalar əldə olunmasına kömək
edirlər.
Maddə 28
1. İştirakçı dövlətlər uşağın təhsil hüququnu tanıyır və bərabər imkanlar əsasında bu hüququn
həyata keçirilməsinə tədricən nail olmaq məqsədilə onlar:
a) pulsuz və icbari ibtidai təhsili tətbiq edirlər;
b) orta təhsilin istər ümumi, istərsə də peşə təhsili kimi müxtəlif formalarının inkişaf etdirilmə-
sini həvəsləndirir, bu təhsilin bütün uşaqlar üçün mümkün olmasını təmin edir və pulsuz təhsilin tətbiqi
və lazım gəldikdə maliyyə yardımı göstərilməsi kimi zəruri tədbirlər görürlər;
c) bütün lazımi vasitələrin köməyi ilə ali təhsilin hər kəsin bacarığı əsasında hamı üçün mümkün
olmasını təmin edirlər;
d) təhsil və peşə hazırlığı sahəsində informasiyanın və materialların bütün uşaqlar üçün
müyəssərliyini təmin edirlər;
e) məktəblərdə müntəzəm davamiyyətə kömək göstərilməsi və məktəbi tərk edən şagirdlərin
sayının azaldılması üçün tədbirlər görürlər.
2. İştirakçı dövlətlər uşağın insan ləyaqətinə hörməti əks etdirən metodların köməyi ilə və bu
Konvensiyaya müvafiq surətdə məktəb intizamının saxlanmasını təmin etmək üçün bütün lazımi
tədbirləri görürlər.
3. İştirakçı dövlətlər bütün dünyada cəhalətin və savadsızlığın ləğvinə kömək göstərilməsi və
elmi-texniki biliklərə və təlimin müasir metodlarına yiyələnməyin asanlaşdırılması məqsədilə təhsilə
aid məsələlərdə beynəlxalq əməkdaşlığı həvəsləndirir və inkişaf etdirirlər. Bununla əlaqədar, inkişaf
etməkdə olan ölkələrin tələbatına xüsusi diqqət yetirilməlidir.
Maddə 29
1. İştirakçı dövlətlər razılaşırlar ki, uşağın təhsili aşağıdakılara yönəldilməlidir:
a) uşağın şəxsiyyətinin, istedadının, əqli və fiziki qabiliyyətinin ən tam həcmdə inkişaf etdirilməsinə;

b) insan hüquqlarına və əsas azadlıqlara, habelə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində
bəyan olunmuş prinsiplərə hörmətin tərbiyə edilməsinə;
c) uşağın valideynlərinə, onun mədəni özgünlüyünə, dilinə və dəyərlərinə, uşağın yaşadığı
ölkənin və mənşəcə olduğu ölkənin milli dəyərlərinə, öz sivilizasiyasından fərqlənən sivilizasiyalara
hörmətin tərbiyə edilməsinə;
d) anlaşma, sülh, dözümlük, kişilərlə qadınların hüquq bərabərliyi və bütün xalqlar, etnik, milli
və dini qruplar arasında, habelə yerli əhali sırasından olan şəxslər arasında dostluq ruhunda uşağın
azad cəmiyyətdə şüurlu həyata hazırlanmasına; e) ətraf mühitə hörmətin tərbiyə edilməsinə.
2. Bu maddənin və ya 28-ci maddənin heç bir hissəsi ayrı-ayrı şəxslərin və orqanların təhsil
müəssisələri yaratmaq və onlara rəhbərlik etmək azadlığının məhdudlaşdırılması kimi yozulmur, bir
şərtlə ki, bu maddənin 1-ci bəndində şərh olunmuş prinsiplərə daim riayət edilsin və belə təhsil mü-
əssisələrində verilən təhsilin dövlət tərəfindən qoyula bilən minimum normalara uyğun gəlməsi
tələbi yerinə yetirilsin.
Maddə 30
Etnik, dini və ya dil azlıqlarının və ya yerli əhali sırasından olan şəxslərin yaşadıqları dövlətlərdə
belə azlıqlara və ya yerli əhaliyə mənsub olan uşaq öz qrupunun digər üzvləri ilə birlikdə öz
mədəniyyətindən bəhrələnmək, öz dininə etiqad etmək və onun ayinlərini yerinə yetirmək, habelə
ana dilindən istifadə etmək hüququndan məhrum edilə bilməz.
Maddə 31
1. İştirakçı dövlətlər uşağın istirahət və asudə vaxt hüququnu, yaşına uyğun oyunlarda və əyləncəli
tədbirlərdə iştirak etmək və sərbəst surətdə mədəni həyatda iştirak etmək və incəsənətlə məş-
ğul olmaq hüququnu tanıyırlar.
2. İştirakçı dövlətlər uşağın mədəni və yaradıcılıq həyatında hərtərəfli iştirak etmək hüququna
hörmət bəsləyir və rəvac verir, mədəni fəaliyyət və yaradıcılıq fəaliyyəti, asudə vaxt və istirahət
üçün müvafiq və bərabər imkanlar verilməsinə kömək göstərirlər.
Maddə 32
1. İştirakçı dövlətlər uşağın iqtisadi istismardan və sağlamlığı üçün təhlükə törədə bilən və ya
təhsil almasına mane ola bilən, yaxud sağlamlığına və fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafına
ziyan vura bilən hər hansı işi yerinə yetirməkdən müdafiə edilmək hüququnu tanıyırlar.
2. İştirakçı dövlətlər bu maddənin həyata keçirilməsini təmin etmək üçün qanunvericilik tədbirləri,
inzibati və sosial tədbirlər, habelə təhsil sahəsində tədbirlər görürlər. Bu məqsədlə digər beynəlxalq
sənədlərin müvafiq müddəalarını rəhbər tutaraq iştirakçı dövlətlər:
a) işə qəbul üçün minimum yaş həddini və ya minimum yaş hədlərini müəyyən edirlər;
b) iş gününün müddəti və əmək şəraiti haqqında zəruri tələbləri müəyyən edirlər;
c) bu maddənin səmərəli həyata keçirilməsini təmin etmək üçün müvafiq cəza növləri və ya
digər sanksiyalar nəzərdə tuturlar.
Maddə 33
İştirakçı dövlətlər müvafiq beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu kimi, uşaqları narkotik
vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakından qorumaq və belə maddələrin
qanunsuz istehsalında və ticarətində uşaqlardan istifadə edilməsinə yol verməmək üçün bütün lazımi
tədbirlər, o cümlədən qanunvericilik tədbirləri, inzibati və sosial tədbirlər, habelə təhsil sahəsində
tədbirlər görürlər.
Maddə 34
İştirakçı dövlətlər uşağı seksual istismarın və seksual yola çəkmənin bütün formalarından
müdafiə etməyi öhdələrinə götürürlər. Bu məqsədlə iştirakçı dövlətlər aşağıdakıların qarşısını almaq
üçün milli, ikitərəfli və çoxtərəfli səviyyələrdə bütün lazımi tədbirləri görürlər: a) uşağın hər hansı qanunsuz seksual fəaliyyətə sövq və ya məcbur edilməsi;
b) istismar məqsədilə uşaqlardan fahişəlikdə və ya digər qanunsuz seksual praktikada istifadə
edilməsi;
c) istismar məqsədilə uşaqlardan pornoqrafiyada və pornoqrafik materiallarda istifadə
edilməsi.
Maddə 35
İştirakçı dövlətlər uşaqların hər hansı məqsədlərlə və hər hansı formada oğurlanmasının,
uşaqlarla ticarətin və ya qaçaqmalçılığın qarşısını almaq üçün milli, ikitərəfli və çoxtərəfli səviyyə-
lərdə bütün lazımi tədbirləri görürlər.
Maddə 36
İştirakçı dövlətlər uşağı onun rifahının istənilən cəhətinə ziyan vuran istismarın bütün digər
formalarından müdafiə edirlər.
Maddə 37
İştirakçı dövlətlər təmin edirlər ki:
a) heç bir uşaq işgəncələrə və ya qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan digər rəftar və ya
cəza növlərinə məruz qalmasın. 18 yaşına çatmayan şəxslər tərəfindən törədilmiş cinayətlərə görə nə
ölüm cəzası, nə də azad edilmək imkanını nəzərdə tutmayan ömürlük həbs cəzası kəsilmir;
b) heç bir uşaq qanunsuz və ya özbaşına azadlıqdan məhrum edilməsin. Uşağın həbsə alınması,
tutulması və ya həbsxanaya salınması qanuna uyğun həyata keçirilir və yalnız son tədbir kimi və
mümkün qədər daha qısa olan müvafiq müddət ərzində tətbiq edilir;
c) azadlıqdan məhrum edilmiş hər bir uşaqla humanist rəftar edilsin və həmyaşıdları olan
şəxslərin tələbatı nəzərə alınmaqla, onun şəxsiyyətinin ayrılmaz ləyaqətinə hörmət bəslənsin. Məsə-
lən, azadlıqdan məhrum edilmiş hər bir uşaq, onun ən yaxşı mənafeyinə zidd deyilsə, yaşlılardan ayrı
saxlanılmalı və xüsusi hallar istisna olmaqla, yazışmaq və görüşmək yolu ilə öz ailəsi ilə əlaqə
saxlamaq hüququna malik olmalıdır;
d) azadlıqdan məhrum edilmiş hər bir uşaq ləngidilmədən hüquqi və digər müvafiq yardım almaq
hüququna, habelə azadlıqdan məhrum edilməsinin qanuniliyinə məhkəmə və ya digər səlahiyyətli,
müstəqil və qərəzsiz orqan qarşısında etiraz etmək hüququna və istənilən belə prosessual tədbir
barəsində onların təxirə salmadan qərar çıxarması hüququna malik olsun.
Maddə 38
1. İştirakçı dövlətlər silahlı münaqişələr zamanı onlara tətbiq edilən və uşaqlara aidiyyəti olan
beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi
öhdələrinə götürürlər.
2. İştirakçı dövlətlər 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etmə-
məsini təmin etmək üçün bütün mümkün tədbirləri görürlər.
3. İştirakçı dövlətlər 15 yaşına çatmayan hər hansı şəxsi öz silahlı qüvvələrində xidmətə çağırmaqdan
çəkinirlər. İştirakçı dövlətlər 15 yaşına çatmış, lakin 18 yaşı hələ tamam olmamış şəxslərin
orduya cəlb edilməsi zamanı daha yaşlı şəxslərə üstünlük verməyə çalışırlar.
4. Silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsi ilə bağlı beynəlxalq humanitar hüquq
üzrə öz öhdəliklərinə uyğun olaraq iştirakçı dövlətlər silahlı münaqişənin toxunduğu uşaqların mü-
dafiəsini və onlara baxılmasını təmin etmək üçün bütün mümkün tədbirləri görürlər. Maddə 39
İştirakçı dövlətlər hər hansı növ etinasızlığın, istismarın və ya sui-istifadənin, işgəncələrin və
ya hər hansı digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar, cəza növlərinin və ya silahlı
münaqişələrin qurbanı olmuş uşağın fiziki və psixoloji bərpasına və sosial reinteqrasiyasına kömək
etmək üçün bütün lazımi tədbirləri görürlər.
Maddə 40
1. İştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən
və ya təqsirli sayılan hər bir uşağın onunla elə bir rəftar hüququnu tanıyırlar ki, belə rəftar
uşaqda ləyaqət və mənlik hisslərinin inkişafına kömək edir, uşaqda insan hüquqlarına və başqaları-
nın əsas azadlıqlarına hörmət hissini möhkəmləndirir və bu zaman uşağın yaşını və onun reinteqrasiyasına
və cəmiyyətdə faydalı rol oynamasına kömək göstərilməsinin arzu edildiyini nəzərə alır.
2. Bu məqsədlə və beynəlxalq sənədlərin müvafiq müddəalarını nəzərə alaraq, iştirakçı dövlətlər
təmin edirlər ki:
a) edildiyi zaman milli və ya beynəlxalq hüquqla qadağan olunmamış hərəkətə və ya
hərəkətsizliyə görə heç bir uşaq cinayət qanunvericiliyi pozmuş hesab edilməsin, onu pozmaqda təqsirləndirilməsin
və təqsirli sayılmasın;
b) cinayət qanunvericiliyini pozmuş hesab edilən və ya onu pozmaqda təqsirləndirilən hər bir
uşaq ən azı aşağıdakı təminatlara malik olsun:
i) onun təqsiri qanuna əsasən sübuta yetirilməyincə təqsirsizlik prezumpsiyası;
ii) özünə qarşı irəli sürülən ittihamlar barədə ona dərhal və bilavasitə, zərurət olduqda isə, valideynləri
və ya qanuni qəyyumları vasitəsilə məlumat verilməsi və öz müdafiəsinə hazırlaşarkən və
müdafiəsini həyata keçirərkən hüquqi və digər lazımi yardım göstərilməsi;
iii) qanuna uyğun olaraq vəkilin və ya digər müvafiq şəxsin iştirakı ilə məsələyə ədalətlə baxı-
larkən səlahiyyətli, müstəqil və qərəzsiz orqan və ya məhkəmə orqanı tərəfindən həmin məsələyə
dair qərarın təxirə salınmadan və əgər uşağın ən yaxşı mənafeyinə zidd deyilsə, onun yaşı və ya valideynlərinin
və ya qanuni qəyyumlarının vəziyyəti də nəzərə alınmaqla çıxarılması;
iv) şahid ifadələri verməyə və ya təqsiri boynuna almağa məcbur edilməkdən azad olmaq; ittiham
şahidlərinin verdiyi ifadələri ya müstəqil surətdə, ya da digər şəxslərin köməyi ilə öyrənmək və
müdafiə şahidlərinin bərabər hüquqlu iştirakının və ifadələrinin öyrənilməsinin təmin edilməsi;
v) əgər hesab edilsə ki, uşaq cinayət qanunvericiliyini pozmuşdur, onda qanuna uyğun olaraq
müvafiq qərara və bununla əlaqədar görülmüş hər hansı tədbirlərə səlahiyyətli, müstəqil və qərəzsiz
yuxarı orqan və ya məhkəmə orqanı tərəfindən təkrar baxılması;
vi) əgər uşaq istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin
pulsuz köməyi;
vii) araşdırmanın bütün mərhələlərində uşağın şəxsi həyatına tam hörmət edilməsi.
3. İştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən
və ya təqsirli sayılan uşaqlara bilavasitə aidiyyəti olan qanunlar, prosedurlar, orqanlar və mü-
əssisələr yaradılmasına, o cümlədən aşağıdakılara kömək göstərməyə çalışırlar:
a) elə minimum yaş həddi müəyyən edilməsinə ki, bu həddən aşağı yaşda uşaqlar cinayət qanunvericiliyini
pozmağa qadir sayılmırlar;
b) zəruri və arzu olunan hallarda, belə uşaqlara, insan hüquqlarını və hüquqi təminatları tam
gözləmək şərti ilə, məhkəmə təhqiqatından istifadə etmədən rəftar edilməsi üçün tədbirlər gö-
rülməsinə.
4. Uşağa qulluq, qəyyumluğa və nəzarətə dair əsasnamə, məsləhət xidmətləri, sınaq müddəti
təyin edilməsi, tərbiyə verilməsi, təlim və peşə hazırlığı proqramları və müəssisələrdə uşağa qulluğu əvəz edən qulluğun digər formaları kimi müxtəlif tədbirlərin olması zəruridir. Bunlardan məqsəd
uşaqla elə rəftarı təmin etməkdir ki, onun rifahına, habelə vəziyyətinə və cinayətin xarakterinə uy-
ğun olsun.
Maddə 41
Bu Konvensiyada heç nə uşaq hüquqlarının həyata keçirilməsinə daha çox kömək edən və aşa-
ğıdakı sənədlərdə ola bilən hər hansı müddəalara toxunmur:
a) iştirakçı dövlətin qanununda; və ya
b) həmin dövlət barəsində qüvvədə olan beynəlxalq hüquq normalarında.
II Hissə
Maddə 42
İştirakçı dövlətlər lazımi və təsirli vasitələrdən istifadə edərək, Konvensiyanın prinsipləri və
müddəaları barədə istər yaşlılara, istərsə də uşaqlara geniş məlumat verməyi öhdələrinə götürürlər.
Maddə 43
1. Bu Konvensiyaya müvafiq surətdə qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsində iştirakçı
dövlətlər tərəfindən əldə olunmuş tərəqqini nəzərdən keçirmək məqsədilə Uşaq Hüquqları Komitəsi
təsis edilir. Komitə aşağıdakı funksiyaları yerinə yetirir.
2. Komitə yüksək mənəvi keyfiyyətləri olan və bu Konvensiyanın əhatə etdiyi sahədə səriştəsi
təsdiq edilmiş on ekspertdən ibarət olur. Komitənin üzvləri iştirakçı dövlətlər tərəfindən öz vətəndaşları
sırasından seçilir və şəxsən fəaliyyət göstərirlər, həm də ədalətli coğrafi bölgüyə, habelə əsas
hüquq sistemlərinə diqqət yetirilir.
3. Komitənin üzvləri iştirakçı dövlətlərin irəli sürdükləri şəxslərin siyahısından gizli səsvermə
yolu ilə seçilirlər. Hər iştirakçı dövlət öz vətəndaşları sırasından bir nəfərin namizədliyini irəli sürə
bilər.
4. Komitəyə ilk seçkilər bu Konvensiyanın qüvvəyə mindiyi gündən etibarən altı aydan gec olmayaraq,
sonralar isə iki ildə bir dəfə keçirilir. Hər seçkinin keçirilməsinə ən geci dörd ay qalmış
Birləşmiş Millətlər Təşkilatının Baş katibi iştirakçı dövlətlərə öz namizədlərini iki ay ərzində təqdim
etmək təklifi ilə məktub göndərir. Sonra Baş katib namizədlikləri bu qaydada irəli sürülmüş bütün
şəxslərin əlifba sırası ilə siyahısını, onların namizədliyini irəli sürmüş iştirakçı dövlətləri göstə-
rməklə tərtib edir və bu Konvensiyanın iştirakçısı olan dövlətlərə təqdim edir.
5. Seçkilər iştirakçı dövlətlərin Baş katibin Birləşmiş Millətlər Təşkilatının Mərkəzi idarələrində
çağırdığı müşavirələrində keçirilir. İştirakçı dövlətlərin üçdə iki hissəsinin yetərsay təşkil etdiyi
bu müşavirələrdə iştirakçı dövlətlərin səsvermədə olan və və iştirak edən nümayəndələrinin daha
çoxunun səsini və mütləq əksəriyyətinin səsini alan namizədlər Komitənin tərkibinə seçilmiş sayılırlar.

6. Komitənin üzvləri dörd il müddətinə seçilirlər. Namizədlikləri təkrar irəli sürüldükdə
onların yenidən seçilmək hüququ vardır. İlk seçkilərdə seçilən beş üzvün səlahiyyət müddəti iki illik
dövrün sonunda bitir; ilk seçkilərdən sonra dərhal bu beş üzvün adları Müşavirənin sədri püşkatma
vasitəsilə müəyyənləşdirir.
7. Komitənin hər hansı üzvü öldükdə və ya istefa verdikdə və ya Komitənin üzvü vəzifələrini
hər hansı başqa səbəbə görə daha yerinə yetirə bilmədikdə, Komitənin həmin üzvünü irəli sürmüş iş-
tirakçı dövlət qalan müddət üçün öz vətəndaşları sırasından, Komitənin bəyənməsi şərti ilə, başqa
ekspert təyin edir. 8. Komitə öz prosedur qaydalarını müəyyən edir.
9. Komitə öz vəzifəli şəxslərini iki il müddətinə seçir.
10. Komitənin sessiyaları, bir qayda olaraq, Birləşmiş Millətlər Təşkilatının Mərkəzi idarələ-
rində və ya Komitənin müəyyənləşdirdiyi hər hansı digər münasib yerdə keçirilir. Komitə öz sessiyalarını,
bir qayda olaraq, hər il keçirir. Komitənin sessiyasının davam etməsi müddəti bu Konvensiyanın
iştirakçısı olan dövlətlərin müşavirəsində, Baş Məclisin bəyənməsi şərti ilə, müəyyənləşdirilir
və zərurət olduqda ona yenidən baxılır.
11. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyaya uyğun olaraq Komitənin öz
funksiyalarını səmərəli həyata keçirməsi üçün lazımi heyət və maddi vəsait ayırır.
12. Bu Konvensiyaya uyğun təsis edilmiş Komitənin üzvləri Baş Məclis tərəfindən müəyyən
edilmiş qaydada və şərtlərlə Birləşmiş Millətlər Təşkilatının vəsaitindən Baş Məclisin təsdiq etdiyi
məbləğdə haqq alırlar.
Maddə 44
1. İştirakçı dövlətlər Konvensiyada tanınmış hüquqların təsbit olunması üçün gördükləri tədbirlər
haqqında və bu hüquqların həyata keçirilməsində əldə edilmiş tərəqqi haqqında Komitəyə
Birləşmiş Millətlər Təşkilatının Baş katibi vasitəsilə məruzələr təqdim etməyi öhdələrinə götürürlər:
a) Konvensiya müvafiq iştirakçı dövlət üçün qüvvəyə mindikdən sonra iki il ərzində;
b) bundan sonra hər beş ildən bir.
2. Bu maddəyə müvafiq surətdə təqdim olunan məruzələrdə bu Konvensiya üzrə öhdəliklərin
yerinə yetirilməsi dərəcəsinə təsir edən amillər və çətinliklər, əgər varsa, göstərilir. Komitənin hə-
min ölkədə Konvensiyanın qüvvəsini tam başa düşməsini təmin etmək üçün məruzələrdə kifayət qə-
dər informasiya da olur.
3. Komitəyə hərtərəfli ilkin məruzə təqdim etmiş iştirakçı dövlətin bu maddənin 1b bəndinə
uyğun təqdim etdiyi sonrakı məruzələrdə əvvəl verilmiş əsas informasiyanı təkrarlamasına ehtiyac
yoxdur.
4. Komitə iştirakçı dövlətlərdən bu Konvensiyanın həyata keçirilməsinə aid əlavə informasiya
istəyə bilər.
5. Komitənin fəaliyyəti haqqında məruzələr hər iki ildən bir İqtisadi və Sosial Şura vasitəsilə
Baş Məclisə təqdim olunur.
6. İştirakçı dövlətlər öz məruzələrinin öz ölkələrində geniş aşkarlığını təmin edirlər.
Maddə 45
Bu Konvensiyanın səmərəli həyata keçirilməsinə kömək göstərmək və Konvensiyanın əhatə
etdiyi sahədə beynəlxalq əməkdaşlığı həvəsləndirmək məqsədilə:
a) Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış idarələrinin, Uşaq Fondunun və digər orqanlarının
ixtiyarı var ki, bu Konvensiyanın onların səlahiyyət dairəsinə daxil olan müddəalarının
həyata keçirilməsi məsələlərinə baxılmasında təmsil edilsinlər. Komitə məqsədəuyğun saydığı halda
Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış idarələrinə, Uşaq Fonduna və digər səlahiyyətli orqanlara
təklif edə bilər ki, onların müvafiq səlahiyyət dairəsinə daxil olan sahələrdə Konvensiyanın
həyata keçirilməsi barədə ekspertlərin rəyini təqdim etsinlər. Komitə Birləşmiş Millətlər Təşkilatının
ixtisaslaşdırılmış idarəlinə, Uşaq Fonduna və digər orqanlarına təklif edə bilər ki, onların fəaliyyət
dairəsinə daxil olan sahələrdə Konvensiyanın həyata keçirilməsi haqqında məruzələr təqdim etsinlər;

b) İştirakçı dövlətlərin texniki məsləhət və ya yardım barədə xahiş edilən və ya buna tələbatı
göstərilən hər hansı məruzələrini, habelə həmin xahiş və ya göstərişlərlə əlaqədar Komitənin irad vətəklifləri varsa, bunları Komitə məqsədəuyğun saydığı halda Birləşmiş Millətlər Təşkilatının
ixtisaslaşdırılmış idarələrinə, Uşaq Fonduna və digər səlahiyyətli orqanlara göndərir;
c) Komitə Baş Məclisə tövsiyə edə bilər ki, uşaq hüquqlarına aid ayrı-ayrı məsələlər barədə
Baş Məclisin adından tədqiqatlar aparılmasını Baş katibə təklif etsin;
d) Komitə bu Konvensiyanın 44-cü və 45-ci maddələrinə müvafiq surətdə alınmış informasiya
əsasında ümumi xarakterli təklif və tövsiyələr irəli sürə bilər. Ümumi xarakterli bu təklif və tövsiyə-
lər marağı olan hər hansı iştirakçı dövlətə göndərilir və iştirakçı dövlətlərin iradları varsa, bunlarla
birlikdə Baş Məclisə bildirilir.
III Hissə
Maddə 46
Bu Konvensiya bütün dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır.
Maddə 47
Bu Konvensiya təsdiq edilməlidir. Təsdiqnamələr saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının
Baş katibinə təhvil verilir.
Maddə 48
Bu Konvensiya hər hansı dövlətin ona qoşulması üçün açıqdır. Qoşulma haqqında sənədlər
saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir.
Maddə 49
1. Bu Konvensiya iyirminci təsdiqnamənin və ya qoşulma sənədinin saxlanmaq üçün Birləş-
miş Millətlər Təşkilatının Baş katibinə təhvil verildiyi gündən sonra otuzuncu gün qüvvəyə minir.
2. İyirminci təsdiqnamə və ya qoşulma sənədi saxlanılmağa təhvil verildikdən sonra bu Konvensiyanı
təsdiq edən və ya ona qoşulan hər bir dövlət üçün bu Konvensiya onun öz təsdiqnaməsini
və ya qoşulma sənədini saxlanmağa təhvil verilməsindən sonra otuzuncu gün qüvvəyə minir.
Maddə 50
1. İstənilən iştirakçı dövlətin düzəliş təklif etmək və onu Birləşmiş Millətlər Təşkilatının Baş
katibinə təqdim etmək ixtiyarı vardır. Sonra Baş katib təklif olunmuş düzəlişi iştirakçı dövlətlərə
göndərərək onlardan həmin təkliflərə baxılıb səsvermə keçirilməsi məqsədilə iştirakçı dövlətlərin
konfransının çağırılmasına tərəfdar olub-olmadıqlarını bildirməyi xahiş edir. Əgər belə məlumatın
verildiyi gündən dörd ay ərzində iştirakçı dövlətlərin ən azı üçdə biri bu konfransın çağırılmasına tə-
rəfdar çıxarsa, onda Baş katib Birləşmiş Millətlər Təşkilatının himayəsi altında həmin konfransı
çağırır. Bu konfransda səsvermədə olan və iştirak edən iştirakçı dövlətlərin əksəriyyətinin qəbul
etdiyi hər hansı düzəliş Baş Məclisin təsdiqinə verilir.
2. Bu maddənin 1-ci bəndinə uyğun qəbul olunmuş düzəliş Birləşmiş Millətlər Təşkilatının
Baş Məclisi tərəfindən təsdiq edildikdən və iştirakçı dövlətlərin üçdə ikisindən ibarət əksəriyyəti
tərəfindən qəbul olunduqdan sonra qüvvəyə minir.
3. Düzəliş qüvvəyə mindikdə onu qəbul etmiş iştirakçı dövlətlər üçün məcburi olur, digər iştirakçı
dövlətlər üçün isə bu Konvensiyanın müddəaları və qəbul etdikləri bütün əvvəlki düzəlişlər
məcburi olaraq qalır. Maddə 51
1. Birləşmiş Millətlər Təşkilatının Baş katibi dövlətlərin təsdiqetmə və ya qoşulma anında irəli
sürdükləri qeyd-şərtlərin mətnini alır və bütün dövlətlərə göndərir.
2. Bu Konvensiyanın məqsəd və vəzifələri ilə bir araya sığmayan qeyd-şərtlərə yol verilmir.
3. Qeyd-şərtlər istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş katibinə müvafiq bildiriş
göndərmək yolu ilə geri götürülə bilər. Sonra Baş katib bu barədə bütün dövlətlərə məlumat verir.
Belə bildiriş Baş katib tərəfindən alındığı gündən qüvvəyə minir.
Maddə 52
Hər hansı iştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazılı bildiriş göndərmək
yolu ilə bu Konvensiyanı etibarsız elan edə bilər.
Etibarsız elanetmə Baş katibin bildirişi aldığı vaxtdan bir il keçdikdən sonra qüvvəyə minir.
Maddə 53
Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın depozitarisi təyin edilir.
Maddə 54
Bu Konvensiyanın ingilis, ərəb, ispan, çin, rus və fransız dillərində mətnləri eyni dərəcədə
autentik olan əsli saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir.
Bunun təsdiqi olaraq, özlərinin müvafiq hökumətləri tərəfindən lazımi qaydada vəkil edilmiş

aşağıda imza edən səlahiyyətli nümayəndələr bu Konvensiyanı imzaladılar.

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.