09.12.2014

İdarəetmə prosedurası 
– qeyd olunmuş məqsədin əldə edilməsinə yönəldilmiş idarəetmə əməliyyatının və sənədlərin müəyyən qaydada qarşılıqlı əlaqədar kompleksidir.
İdarəetmə proseduralarının növləri, onların məzmunu və işçi kateqoriyaları üzrə nümunəvi əmək məsrəfləri Cədvəl 1-də verilmişdir.
İdarəetmə texnologiyasının layihələndirilməsi əməliyyatların və prosedurların ətraflı öyrənilməsinə və onların modelləşdirilməsi və təşkilati layihələndirilməsinə əsaslanır. Idarəetmə texnologiyası lazyihələndirilərkən mövcud sistemləri və prosedurları təhlil etmək, idarəetmə prosesinə real təsir göstərməyən əməliyyatları və prosedurları ləğv etmək, bəzilərini modelləşdirmək və bircinsli prosedurları birləşdirmək lazımdır.
İdarəetmənin müasir texniki vasitələrinin tətbiqi şəraitində proseduraların təşkilati layihələndirilməsi mühüm əhəmiyyət kəsb edir. Idarəetmə sistemində kompyuter texnikasının tətbiqi zamanı idarəetmə aparatında müvafiq prosedura və təşkilati dəyişikliklər aparmaq lazımdır.
İdarəetmə proseduralarının layihələndirilməsi müxtəlif bölmələrdə prosedurların yerinə yetirilməsinin vahidləşdirilməsi: yeni əməkdaşlar tərəfindən mövcud proseduraların daha tez mənimsənilməsi; işçilərin qarşılıqlı əvəz olunmasının təmin edilməsi; müqayisəli təhlilin aparılması; təcrübə mübadiləsi və proseduraların səmərələşdirilməsi üçün həyata keçirilir.
İdarəetmə qərarını qəbul edilməsi prosesində məqsəd, alternativ, kriteri, xərclər və modellər kimi anlayışlardan da istifadə olunur.

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.