08.12.2014

MƏKTƏBDƏ  IDARƏETMƏ  QƏRARLARININ HAZIRLANMASI, QƏBULU VƏ YERINƏ
YETIRILMƏSININ   BƏZI  XÜSUSIYYƏTLƏRI

BaĢqa sosial obyektlərdə olduğu kimi ümumtəhsil məktəblərinin idarə edilməsində də qərarın
hazırlanması və qəbulu idarəetmənin ən vacib mərhələsi hesab edilir. Bütövlükdə idarəetmə fəaliyyətinin
müvəffəqiyyəti bu funksiyanın həyata keçirilməsi sahəsində görülən iĢlərin keyfiyyətindən asılı olur. Ona görə
də məktəb rəhbərləri idarəetmə qərarlarının hazırlanması, qəbulu və onun icrasına nəzarəti xüsusi diqqət
mərkəzində saxlamalıdırlar. Bunun üçün, hər Ģeydən əvvəl, məktəbdə edilən qərarların xarakterini nəzərə almaq
lazımdır. Bu baxımdan məktəbdə qəbul edilən qərarları üç qrupa ayırmaq olar:
1) Məktəb rəhbərinin – direktor və onun müavinlərinin təklif və göstəriĢlərini əks etdirən qərarlar.
Bir qayda olaraq, bunlar məktəb direktorunun əmr və sərəncamları Ģəklində formalaĢdırılır. Bəzən də
rəhbərliyin qərarı kollektiv üzvlərinə əmr və sərəncamla deyil, sadəcə olaraq «bildiriĢ» və ya «elan» Ģəklində
çatdırılır. Hətta bunların yazılı deyil, Ģifahi Ģəkildə elan edilməsi hallarına da yol verilir. Belə qərarlar bilavasitə
məktəb rəhbərləri tərəfindən hazırlanır və qəbul olunur. Bunların hazırlanmasında inzibatçılıq metodu üstünlük
təĢkil etsə də onların məzmununda qabaqcıl təcrübənin yekunları, kollektiv rəy, ictimai fikir öz əksini
tapmalıdır. Qərarı hazırlayanlar idarəetmədə inzibati təzyiq metodlarının tədricən aradan qaldırılması tələbini
əldə rəhbər tutmalı, maarif sistemində əmr hakimliyi deyil, məhz ağıl, Ģüur hakimliyinin təmin edilməsinə
üstünlük verilməlidir.
2) Kollegial orqanların qəbul etdiyi qərarlar. Məlumdur ki, təhsil sisteminin bütün səviyyələrində bir
sıra kollegial idarəetmə orqanları mövcuddur. Məktəbin ali orqanı hesab olunan pedaqoji Ģuradan tutmuĢ Ģagird
özünüidarəsinin sinif iclasınadək bütün kollegial orqanlar pedaqoji və Ģagird kollektivinin fəaliyyətinə istiqamət
verən müəyyən qərarlar qəbul edirlər. Ġstər səlahiyyətinə, istər əhatə dairəsinə, istər xarakterinə, istər təsir
qüvvəsinə, istər icraçılarına və istərsə də yerinə yetirilmə imkanlarına görə müxtəlif olan bu qərarlar məktəbin
idarə edilməsində mühüm rol oynayır. Belə qərarlar kollektiv zəkanın məhsulu olub müəyyən qrup adamlar
tərəfindən hazırlanır və geniĢ müzakirədən sonra qəbul olunur. Ġndiki Ģəraitdə hər bir adama öz vətəndaĢlıq
mövqeyini təzahür etdirmək, cəmiyyətin həyati əhəmiyyətli problemlərinin müzakirəsində və həllində real
iĢtirak etmək, idarəetmədə zəhmətkeĢlərin ən geniĢ kütlələrinin iĢtirakını təmin etmək baxımından belə
qərarların hazırlanması və qəbuluna tam ciddiyyətlə yanaĢılmalıdır.
3) Kollektiv fikir və ictimai rəyə əsaslanan əmrlər. Müdiriyyətin müəyyən kollegial orqanın (pedaqoji
Ģura, direktoryanı müĢavirə, istehsalat müĢavirəsi, metodbirləĢmələr, Ģagird özünüidarə orqanları) qərar və
tövsiyələri müxtəlif yoxlama komissiyalarının təklifləri əsasında verdiyi əmrlər buraya daxildir. Belə əmrlər
idarəetmədə kollegiallıq və təkbaĢçılığın vəhdətinin məhsulu kimi meydana çıxır. Bunların hazırlanması və
qəbulunda idarəetməni daha da demokratikləĢdirmək haqqında tələblər ön plana çəkilməlidir. Aparılan
müĢahidələr göstərir ki, son illərdə məktəbə rəhbərliyin demokratik əsaslarının qüvvətləndirilməsi sahəsində
xeyli iĢ görülsə də heç də əmək kollektivi üzvlərinin idarəetmədə tam fəallığı təmin edilmir. Ġdarəetmə
qərarlarının hazırlanması və qəbulunun ağırlığı məktəb rəhbərlərinin, xüsusilə məktəb direktorunun üzərinə
düĢür. Onların hazırladıqları qərarlar (qərar layihələri) isə heç də dövrün tələblərinə tam cavab verəcək
səviyyədə olmur. Çox vaxt eyni Ģəxslərin (direktor və ya onun müavininin) qələmindən çıxmıĢ, təxminən birbirini
təkrar edən, eyni üslubda hazırlanmıĢ qərarlar əməli xarakter daĢımayıb, iĢin yaxĢılaĢdırılması
istiqamətində praktik əhəmiyyət kəsb etmir. «Protokollara yazılmaq», «iĢ görüldüyünü nümayiĢ etdirmək»
xatirinə hazırlanmıĢ belə qərarların necə yerinə yetirildiyi də heç kimi maraqlandırmır, onların icrası üzərində
nəzarət həyata keçirilmir. MüĢahidə apardığımız 17 məktəbin 11-də iki tədris ilində pedaqoji Ģuranın qəbul etdiyi
qərarların heç birinin yerinə yetirilməsi vəziyyəti ilə maraqlanılmamıĢdır. Əslində Ģuranın qəbul etdiyi
qərarların icrası üzərində nəzarətə ehtiyac da qalmırdı. Çünki qəbul edilmiĢ qərarlar ümumi xarakterli söz
yığınından ibarət olub, məktəb iĢlərinin yaxĢılaĢdırılması üçün heç bir praktik əhəmiyyət kəsb etmirdi. Təhlil və
söhbətlərdən aydın oldu ki, həmin qərarların hazırlanması və qəbulunda müvafiq tələblər gözlənilməmiĢdir. Bu
baĢlıca olaraq ondan irəli gəlir ki, qərarların hazırlanmasında iĢtirak edənlər kifayət qədər səriĢtəli olmayıb,
qərarın hazırlanması, qəbulu və icrası üçün vacib olan bir çox məsələləri bilmirlər. Bu baxımdan optimal qərar
qəbul etmək üçün məktəb rəhbərlərinin, xüsusilə məktəb direktorunun, eləcə də qərarın hazırlanmasına cəlb
edilən digər iĢçilərin aĢağıdakılara diqqət yetirmələri vacibdir.
1) Hazırlanan məsələ üzrə məktəbin qarĢısında duran ümumi vəzifələr dərindən öyrənilməli və
aydınlaĢdırılmalıdır. Məsələn, pedaqoji Ģura, direktoryanı Ģura, direktoryanı müĢavirə, partiya iclası və ya istehsalat
müĢavirəsində «məktəb Ģagirdlərin əmək təlimi, tərbiyəsi və peĢəyönümü iĢinin vəziyyəti» müzakirə
ediləcəksə, həmin məsələ üzrə qərar layihəni hazırlayanlar, birinci növbədə, bu sahədə məktəbin qarĢısında
qoyulan ümumi vəzifələri dərindən öyrənməyə borcludurlar. Onlar hərtərəfli inkiĢaf etmiĢ Ģəxsiyyət
yetiĢdirmək, Ģagirdləri həyata hazırlamaq, onların ictimai-faydalı məhsuldar əməyə alıĢdırmaq sahəsində dövlət
siyasətini əldə rəhbər tutmalı, direktiv sənədlərin irəli sürdüyü vəzifələri həyata keçirməyin yollarını
aydınlaĢdırmalıdırlar. 74
2) Məktəbin iĢlədiyi Ģərait diqqət mərkəzində saxlanılmalıdır. Qərarın hazırlanmasında qarĢıda duran
ümumi vəzifələri bilmək ilkin Ģərtdirsə, həmin vəzifələrin yerinə yetirilməsi üzrə məktəbin konkret iĢ Ģəraitinə
bələd olmaq ikinci əsas Ģərtdir. Konkret Ģərait nəzərə alınmadan məktəb üçün real vəzifələr müəyyənləĢdirmək
olmaz. Uzun illərin təcrübəsi göstərir ki, məktəblərin hamısında eyni iĢ Ģəraiti təmin etmək mümkün
olmadığından qarĢıda duran ümumi vəzifələrin bütün məktəblərdə eyni səviyyədə həyata keçirilməsi də
mümkün olmur. Bu təbii haldır. Hər hansı yaxĢı seleksiya olunmuĢ toxum növünün müxtəlif xarakterli torpaqlarda
əkib, eyni Ģəkildə qulluq etməklə hər yerdə yüksək məhsuldarlıq əldə etmək mümkün olmadığı kimi, hər
hansı pedaqoji ideya da müxtəlif Ģəraitdə iĢləyən məktəblərdə lazımi səviyyədə inkiĢaf edə bilmir. Yüksək
məhsuldarlıq əldə etmək üçün torpağın keyfiyyətindən asılı olan qulluq Ģəraiti təmin etmək lazım olduğu kimi,
pedaqoji vəzifələrin layiqincə yerinə yetirməsi üçün də məktəbin iĢ Ģəraitinə uyğun tədbirlər müəyyənləĢdirmək
gərəkdir. Məktəblərimizdə bu cəhət nəzərə alınmadığından bu və ya digər perspektivli pedaqoji vəzifələr uzun
illər boyu həyata keçirilə bilmir. Ġndi nəinki məktəb iĢçisi, hətta məktəblə az əlaqəsi olan elə bir adam tapılmaz
ki, ümumtəhsil məktəbində əmək təliminin rolunu, onun uĢaq Ģəxsiyyətinin, vətəndaĢlıq və həyat mövqeyinin
formalaĢ-masında təsirini dərk etməsin. Hələ 37 il bundan əvvəl keçmiĢ SSRĠ məktəblərində politexnik təhsil
haqqında qərar qəbul edilmiĢdi. Keçən illər ərzində həmin qərarın həyata keçirilməsi istiqamətində xeyli iĢ
görülməsinə, məktəblilərin əmək fəaliyyətinə hazırlamağın məzmunu, forma və metodlarının ildən-ilə
təkmilləĢdirilməsi qayğısına qalınmasına, ayrı-ayrı illərdə bu istiqamətdə vacib qərarlar qəbul edilməsinə baxmayaraq,
əmək təliminin səviyyəsi heç də qarĢıya qoyulmuĢ ümumi vəzifələrin Ģəraitindən asılı olmayaraq, hər
yerdə eyni Ģəkildə həyata keçirilmə cəhdində görürük. Müvafiq Ģəraiti olan da, olmayan da əmək təlimi
proqramlarını eyni tərzdə həyata keçirməyə çalıĢır. Ġstər bu proqramlar, istərsə də metodik tövsiyələr son illərdə
dəfələrlə dəyiĢdirilməsinə, təkmilləĢdirilməsinə baxmayaraq, onlarda məktəblərdəki real vəziyyət heç vaxt
nəzərə alınmamıĢdır. Məsələn, müasir proqramlar ibtidai sinif Ģagirdlərinə metal üzrə iĢləmək vərdiĢləri
aĢılamağı nəzərdə tutur. Halbuki, kifayət qədər alət və avadanlıqlarla, xammalla təchiz edilmiĢ ibtidai siniflər
üzrə əmək təlimi kabinetləri olan məktəbləri barmaqla saymaq mümkündür. Buna baxmayaraq, məktəblilərin
hamısında proqramın bu tələbini ödəməyə cəhd göstərilir. Direktiv göstəriĢ təklif və məsləhətlərin, təlimatların
əsiri olub geniĢ yaradıcılıq, müstəqil fəaliyyət göstərmək imkanlarından məhrum olan məktəb rəhbərləri
məktəbin Ģəraitini nəzərə almadan qarĢıya qoyduğu həmin vəzifəni yerinə yetirmək qərarına gəlirlər. Bu isə ona
gətirib çıxarır ki, qəbul olunmuĢ qərar kağız üzərində qalır, həyata keçirilə bilmir.
Bütün bu deyilənləri nəzərə alaraq, qərarın hazırlanması və qəbulunda məktəbin Ģəraitini nəzərə almaq,
qarĢıya qoyulmuĢ ümumi vəzifələrin konkret Ģəraitdə həyata keçirilə bilməsi imkanlarını araĢdırmaq olduqca
vacibdir.
3)Qərarın hazırlanması və qəbulunda ənənələr nəzərə alınmalıdır. Hər hansı məktəbin inkiĢafında bir
neçə illər ərzində müəyyən ənənələr formalaĢır. Belə ənənələr təkcə məktəbin fəaliyyəti ilə bağlı olmayıb onun
yerləĢdiyi ərazinin, mühitin təsiri ilə də yaranıb formalaĢa bilir. Necə yaranması və formalaĢmasından asılı olmayaraq
məktəb ənənələri Ģagird və müəllim kollektivinin fəaliyyətində özünə möhkəm yer tutur və güclü təsir
qüvvəsinə malik olur. Ənənələrin ümumi iĢə müsbət təsir göstərən mütərəqqi növləri olduğu kimi, öz vaxtını
keçirmiĢ artıq inkiĢaf mexanizminə tədricən əngəl törədənləri də olur. ġübhəsiz ki, mütərəqqi rol oynayan
ənənələri inkiĢaf etdirmək, köhnəlmiĢləri isə aradan qaldırmaq lazım gəlir. Lakin hər hansı ənənəni birdən-birə,
istənilən vaxt aradan qaldırmaq mümkün deyildir. Ona görə də hər hansı qərar hazırlanarkən mövzu dairəsində
mövcud olan ənənələri nəzərdən keçirmək, onların hansına dayaq nöqtəsi kimi istinad etməyin, hansından isə
tədricən əl çəkməyin yollarını dəqiqləĢdirmək lazımdır. Məktəbi idarəetmə təcrübəsində ənənələri nəzərə almadan
qəbul edilmiĢ qərarların uğursuzluğuna tez-tez rast gəlmək olur. Bəzən təcrübəsiz yeni məktəb rəhbərləri
təzə təyin olunduqları məktəblərdə çoxdan formalaĢmıĢ, artıq inkiĢafa mane olmağa baĢlayan ənənələrə hücum
mövqeyində durur, onların birdən-birə ləğvinə çalıĢırlar. Onların bu mübarizəsi çox vaxt kəskin müqavimətə
rast gəlir və qəbul etdikləri qərarlar uğursuzluğa düçar olur. Məhz buna görə də qərar hazırlanarkən ənənələrin
nəzərə alınmasına böyük ehtiyac vardır.
4). Qərar hazırlayarkən məqsədə nail olmağın yollarını müəyyənləĢdirə bilmək vacib Ģərtdir. Bu o
deməkdir ki, müəyyən konkret mövzu üzrə vəzifəni dəqiqləĢdirərkən həmin vəzifələrin yerinə yetirilməsinin
imkan və yolları, bu sahədə planlaĢdırılmıĢ tədbirlərin həyata keçirilməsi metodları barədə düĢünülməlidir.
Bəzən qəbul edilmiĢ qərarlar ümumi vəzifələr baxımından bütün tələblərə tam cavab verir, lakin həyata
keçirilmə nöqteyi-nəzərindən konkretlik kəsb etmir. Ġcraçılar qərarın tələbindən doğan vəzifələrin yerinə
yetirilməsi yolları barədə təsəvvür belə əldə edə bilmirlər. Məsələn, məktəblərin birində direktoryanı
müĢavirənin məktəbdə yeni tədris fənni olan «Ġnformatika və EHT əsasları» kursunun öyrənilməsi vəziyyətinə
dair qərarını nəzərdən keçirərkən aydın oldu ki, qərarın məzmunu fənnin qarĢısında qoyulan vəzifələrə tam uyğ-
undur. Direktoryanı müĢavirə: 1. «Ġnformatika və EHT əsasları» kursunu proqramın tələbləri səviyyəsində
qurmağı», 2. «ġagirdlərə bu fənnə maraq oyatmağı və inkiĢaf etdirməyi», 3. «ġagirdlərə praktik vərdiĢlər
aĢılamağı» qərara almıĢ, lakin bunun üçün kimlərin hansı iĢləri, necə görəcəyini müəyyən-ləĢdirməmiĢdir.
Deməli, qərarın necə yerinə yetiriləcəyini müəyyənləĢdirmək nəzərə alınmamıĢdır. Halbuki həmin məktəbdə
nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi yollarını müəyyənləĢdirmək xüsusilə vacib idi. Çünki məktəbdə75
nəinki müvafiq kabinet, hətta az-çox lazım olan sadə elektron hesablama texnikası yox idi. Ona görə də qərarın
qarĢıya qoyduğu vəzifələri minimum səviyyədə belə yerinə yetirməyin yollarını müəyyənləĢdirmək lazım
gəlirdi. Əlbəttə, bu, heç də o demək deyildir ki, qərara real imkanları nəzərə almadan «məktəbdə informatika və
EHT əsasları kabineti yaratmaq», yaxud da «məktəb üçün EHT ilə təchiz edilmiĢ sinif yaratmaq» və sair kimi
maddələr əlavə edilsin. ġübhəsiz ki, belə hərəkət etmək qərarın hazırlanmasında məktəbin iĢ Ģəraitini nəzərə almamaq
demək olardı. Bəs belə vəziyyətdə qərarı hazırlayanlar necə hərəkət etməlidirlər? Bu suala cavab
vermək üçün hər bir konkret məktəbin imkanları öyrənilməlidir. Qərarda perspektiv vəzifələrlə yanaĢı, cari
vəzifələr də dəqiqləĢdirilməli, proqramın tələblərini minimum səviyyədə ödəmək üçün qonĢu məktəblərin və ya
digər tədris və elmi-tədqiqat müəssisələrinin imkanlarından istifadə etməyin yolları, müəllimlərin münasib elminəzəri
və pedaqoji metodik ədəbiyyatla təchiz edilməsi, onların ixtisasının artırılması məsələlərinin əks
etdirilməsinə diqqət yetirilməlidir.
5). Vəziyyəti vaxtında qiymətləndirməyi bacarmaq lazımdır. Qərar hazırlamaq perspektiv vəzifələri
cari vəzifələrlə əlaqələndirməyi, onları operativ tədbirlərlə tənzimləməyi tələb edir. Bunun üçün planlaĢdırılan
məsələlərin iĢin gediĢi prosesində nə zaman dəyiĢdirilməyə məruz qala biləcəyini əvvəlcədən proqnozlaĢdırmaq
və həmin vəziyyətdə qərarda edilə biləcək düzəliĢ və dəqiqləĢdirmələri nəzərdə tutmaq lazımdır. Bu isə məktəb
rəhbərlərindən kamil uzaqgörənlik və dəqiq operativlik tələb edir. Yadda saxlamaq lazımdır ki, hazırlanan və
qəbul edilən hər hansı qərar doğma olmayıb, dinamik xarakter daĢımalıdır. ĠnkiĢafın gediĢindən asılı olaraq
qərarda dəyiĢikliklər edilməsinin mümkünlüyü və vacibliyi məktəb rəhbərlərinin diqqətindən yayınmamalıdır.
MüĢahidə və tədqiqatlar sübut edir ki, qərarın hazırlanması və qəbulunda subyektiv amillər müəyyən rol
oynayır. Hər hansı qərarda subyektivizm elementlərini görmək olur. Bu, qərar hazırlayanlarda, xüsusilə məktəb
direktorunda əvvəlcədən yaranmıĢ doğru və yaxud da yanlıĢ təsəvvürlərlə bağlı olur. Rəhbərdə əvvəldən
yaranmıĢ təsəvvür qərarın hazırlanmasında onun obyektivliyinə mane olur. Bununla belə, elə obyektiv amillər
mövcuddur ki, məktəb rəhbərləri onlarla hesablaĢmalıdırlar. Bu amillər qərarın obyektivliyinin təmin edilməsinə
müsbət təsir göstərir. Onlar aĢağıdakılardan ibarətdir:
1. Direktiv informasiyaların aydınlaĢdırılması. Məktəb rəhbərlərinin idarəetmə fəaliyyətində
informasiyaların mühüm rol oynadığını sübut etməyə ehtiyac yoxdur. Bunların bir çoxundan idarəetmə
qərarlarının hazılanması və qəbulunda istifadə olunmalıdır. Bunların içərisində direktiv informasiyalar baĢlanğıc
rol oynayır. Belə ki, məktəb direktoru hazırladığı əmr, sərəncam və ya qərarı qəbul etməzdən əvvəl, həmin
sahəyə aid direktiv informasiyaları nəzərdən keçirməli, onları təhlil etməli və hansılara istinad ediləcəyini
müəyyənləĢdirməlidir. Məktəb direktoru üçün direktiv informasiyalar hökumət qərarlarında, Təhsil Nazirilyinin
əmr, sərəncam və kollegiya qərarlarında, nizamnamə, əsasnamə, təlimat və bir sıra normativ aktlarda, yerli
rəhbər icra hakimiyyəti və təhsil orqanlarının əmr, sərəncam, qərar və məktublarında öz əksini tapır. Bu informasiyalar
nəzərə alınmadan hazırlanmıĢ qərarlar obyektiv sayıla bilməz. Məsələn, «məktəbin yeni dərs ilinə
hazırlığı» üzrə qərar hazırlanarsa, məktəb üçün təhsil Ģöbəsi və icra hakimiyyətinin ayırdığı maliyyə vəsaiti
eləcə də təmir materialları haqqında informasiyalara istinad edilməsi zəruridir. Bunlarsız hazırlanmıĢ qərarın
obyektivliyinə Ģübhə etməmək olmaz.
2. Məsələnin hüquqi cəhətinin nəzərə alınması. Hazırlanan qərar hüquqi cəhətdən səlahiyyətli
olmalıdır. Bunu təmin etmək üçün ümumi hüquqi biliklərə sahib olmaqla yanaĢı, hazırlanan məsələ üzrə konkret
hüquq qaydalarını öyrənmək də vacibdir. Bunu nəzərə almadan qəbul edilmiĢ qərarın yerinə yetirilməsi
icraçıların hüquq qaydalarını pozmalarına, cinayət xarakterli hərəkətlərə yol vermələrinə aparıb çıxara bilər.
Məsələn, məktəb icbari təhsil fondunun xərclənməsi, məktəbyanı təcrübə sahəsinin mədaxil-məxaric smetasının
yerinə yetirilməsi haqqında hüquqi qaydaları öyrənmədən bu sahədə obyektiv qərar qəbul etmək olmaz.
3. Normativ informasiyaların təhlili və öyrənilməsi. Məktəbin fəaliyyətində normativ informasiyaların
özünə-məxsus yeri vardır. Bu cür informasiyalar həm təlim-tərbiyə prosesinə aid təlimatlarda, həm də bir sıra
normativ aktlarda öz əksini tapır. Həmin informasiyalar məktəb direktorunun hüquq və vəzifələrinin hüdudlarını
normalaĢdırmağa xidmət edir. Məktəb direktoru Ģagirdin sinifdən-sinfə keçirilməsi, sinifdə saxlanması,
məktəbdən xaric edilməsi və sair qaydaları məktəbin maliyyə vəsaitinin məsrəfi yollarını, məktəb
avadanlıqlarının siyahıdan silinmə normalarını və baĢqa bu kimi məsələləri öyrənib təhlil etmədən həmin
sahələr üzrə obyektiv qərar qəbul edə bilməz. Bəzən hüquqi baxımdan mümkün hesab edilən bir məsələ
normativləri aĢdıqda cinayətkarlığa aparıb çıxara bilir. Bu baxımdan qərar qəbul edərkən normativ
informasiyaların təhlilinə zəruri ehtiyac hiss olunur.
Məktəb rəhbərləri hər hansı məsələ üzrə qərar hazırlayarkən pedaqoji yenilikləri öyrənməyə borcludurlar.
Lakin onu da nəzərə almaq lazımdır ki, pedaqoji elmi nailiyyətləri öyrənmək heç də onu ehkam kimi qəbul
etmək mənasında baĢa düĢülməməlidir. Məlumdur ki, son illərdə pedaqoji tədqiqatların səthiliyindən, onların
məktəb iĢinin inkiĢafına zəif kömək etməsindən xeyli söhbət gedir, pedaqogika elminin ləng inkiĢafı haqlı
tənqid edilir. Doğrudan da, pedaqoji tədqiqatların nəticələri heç də həmiĢə yüksək səviyyədə olmur. Onların
içərisində sanballıları da, zəifləri də olur. Ona görə də elmi-pedaqoji yeniliklərə tənqidi və yaradıcı Ģəkildə
yanaĢılmalıdır. Məktəb rəhbərləri hər hansı məsələ üzrə qərar hazırlayarkən həmin sahədə mövcud olan hər cür
yenilikdən xəbərdar olmalıdır. Bunsuz qərarın obyektivliyini təmin etmək olmaz. 76
4. Qabaqcıl təcrübənin öyrənilməsi. Məktəb iĢinin elə bir sahəsi yoxdur ki, həmin sahədə müəyyən
təcrübə toplanmamıĢ olsun. Bir qayda olaraq, hər sahədə qabaqcıl təcrübə axtarılır. Həmin təcrübə həm məktəb
daxilində, həm rayon, Ģəhər, həm respublika, həm də dünya miqyasında ola bilər. Bunların əksəriyyəti pedaqoji
mətbuatda öz əksini tapır. Qərar hazırlayan məktəb rəhbərlərinin həmin təcrübələrə bələd olması, onları nəzərə
alması vacib sayılmalıdır. Bu, qərarın obyektivliyini təmin edən Ģərtlərdəndir.
5. Məktəbdaxili cari informasiyaların toplanması. Mövcud real vəziyyətə bələd olmadan obyektiv
qərar qəbul etməyi təsəvvürə belə gətirmək mümkün deyildir. Real vəziyyət isə məktəbdaxili informasiyalara
əsasən müəyyənləĢdirilə bilər. Bu informasiyalar həm sorğu yolu ilə tabelikdə olan iĢçilərdən, həm də yazılı hesabatlardan
toplana bilər. Hazırlanan qərarda direktiv, normativ və məktəbdaxili cari informasiyaların vəhdəti
təmin edilməlidir. Direktiv və normativ informasiyalar nə qədər əsaslı olsa da, belə cari informasiyalardan təcrid
edildikdə öz əhəmiyyətini itirir. Məktəb təcrübəsində cari informasiyalara istinad edilmədən qərar qəbul
edilməsi halları müĢahidə edilir. Əslində belə qərarlar icra üçün deyil, məsələnin müzakirə edildiyini bildirmək
xatirinə qəbul edilir. Məsələn, direktiv təhsil orqanları (Təhsil Nazirliyi) müxtəlif vaxtlarda bu və ya digər vacib
dövlət sənədinin yerlərdə-pedaqoji kollektivlərdə müzakirəsini məsləhət görür. Məsələnin mahiyyətini dərk
edən pedaqoji kollektivlərdə həmin məsələ ətrafında iĢgüzar müzakirə aparılmamıĢdan əvvəl, məktəbdəki
vəziyyət öyrənilir, cari informasiyalar toplanır və onlar direktiv informasiyalarla əlaqələndirilərək müvafiq qərar
layihəsi hazırlanır. Lakin məktəblərin bir çoxunda buna əməl edilmir, tələsikliyə yol verilir. Müzakirəsi tövsiyə
olunan sənədin məzmunu Ģərh edilərək «direktiv orqanın qərarının rəhbərlik və əməli fəaliyyət üçün əsas
götürülməsi», həmin sənəddən «irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etmək», «qərarın yerinə
yetirilməsinə nəzarəti təĢkil etmək» və sair kimi qərarlar qəbul edilir. Belə qərarlarda müzakirə olunan məsələ
dairəsində məktəbdəki vəziyyət təhlil edilmir. Əlbəttə, bu cür qərarları obyektiv hesab etmək olmaz.
6. Qərarın optimal nəticələrini qiymətləndirmə meyarla-rının müəyyənləĢdirilməsi. Görüləcək iĢin
nə ilə nəticələnəcəyini əvvəlcədən görmək o qədər də asan məsələ deyildir. Lakin onun optimal variantlarını qabaqcadan
proqnozlaĢdırmaq mümkündür. Qərarın hazırlanması və qəbulu bu baxımdan tamamlanmalıdır.
Qərarda müəyyən edilən tədbirin məqsədi əks etdirildiyi kimi, alına biləcək nəticələrin optimal variantını
qiymətləndirmək üçün meyarlar da müəyyənləĢdirilməlidir. BaĢqa sözlə desək, icraçı qərarı oxuyub öyrənərkən
nəyə nail olmaq üçün fəaliyyət göstərməli olduğunu təyin etməyi bacarmalıdır. Bu isə əvvəlcədən qərarın
reallığını və onun icrasının mümkünlüyünü təmin edir.
7. Bütün informasiyaların neqativ və pozitiv cəhətlərinin təhlili. Qərarın hazırlanmasında istifadə
edilən informasiyalar fəaliyyətin həm müsbət, həm də mənfi cəhətlərini əks etdirir. Bu informasiyaların təhlili
zamanı neqativ və pozitiv hallar araĢdırılmalı və bunlara münasibət bildirilməlidir. Həmin münasibətlərin
necəliyi informasiyaların təhlili keyfiyyətindən asılıdır. Təhlil nə qədər obyektiv olarsa, hazırlanan qərarın obyektivliyi
də bir o qədər yüksək olar. Məktəb təcrübəsində qərarın hazırlanması prosesində informasiyaların
dərin təhlil edilməməsi, faktlara münasibətin ifadə olunmaması, beləliklə də real vəziyyətin
qiymətləndirilməməsi halları az olmur. Belə qərarlarda nəyin pis, nəyin yaxĢı olduğu hiss etdirilmir, sadəcə olaraq
qarĢıya «yeni» vəzifələr qoyulur. Əlbəttə, belə «yeni vəzifələr» pisin aradan qaldırılması, yaxĢının daha da
təkmilləĢdirilməsi istiqamətində yerinə yetirilə bilməyəcəyindən real hesab edilə bilməz.
8. Qərar layihəsinin idarəetmə sisteminin rəhbər iĢçiləri ilə razılaĢdırılması. Məlumdur ki,
məktəbdaxili idarəetmə sistemində rəhbərlik funksiyalarını yerinə yetirən müəyyən kateqoriya iĢçilər vardır. Buraya
həm vəzifə sahibləri, həm də ictimai əsaslarla fəaliyyət göstərən rəhbər iĢçilər daxildir. Bunların hamısı bu
və ya digər münasibətlə qərarın hazırlanması, qəbulu və yerinə yetirilməsində bilavasitə iĢtirak edirlər. Bəzən
müəyyən məsələni müzakirə etməyi həm direktorluq, həm də həmkarlar təĢkilatı planlaĢdırır. Belə hallarda birbirini
təkrar edən və ya təkzib edən qərarlar qəbul etməmək üçün hazırlanmıĢ layihə razılaĢdırılmalıdır. Bu,
qərarın obyektivliyinə, onun icrasının reallığına təminat verə bilər. 77
ĠDARƏETMƏDƏ ĠNFORMASĠYALA





0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.