V.
Mətn: “Qızıl beşik əfsanəsi”
Nurlu kəndində bir ailə vardı. Bunların
varı aşıb-daşsa da, övladları yox idi. Bir gün tale bu ailənin də üzünə güldü.
Zaman kişiyə xəbər verdilər ki, Allah səni övladla sevindirəcək. Kişi sevincindən
az qaldı qanad açıb uçsun. Dövlətinin bir qismini ayırdı. Oğlu olsa səxavətini göstərəcəyini bəyan elədi. Vaxt yetişdi.
Yaxşı ərini gözəl-göyçək bir oğlanla sevindirdi. Ancaq nə bir acın qarnı doydu,
nə də bir yetimin könlü alındı. Zaman kişi fikrini dəyişib ayırdığı pula qızıl
bir beşik düzəltdirdi. Yaxşı ərini əhdinə vəfa göstərməyə çağırdı, xeyri
olmadı. Zaman kişi dedi:
̶
Arvad, aman-zaman bir oğlum var. Mən onu qızıl beşikdə böyüdəcəyəm. Özü
də hökmən ovçu edəcəyəm. İndidən zağlı bir tüfəng alacağam. Gərək mənim oğlumun
gülləsinin səsi dərələri, təpələri, meşələri lərzəyə salsın. Gərək o qədər
maral vura ki, ev-eşiyi maral dərisinə bürüyəm.
Kişi dediklərini elədi. Amma camaat
arasında uşaqdan çox qızıl beşikdən və divardan asılmış zağlı tüfəngdən söhbət
gedirdi. Bu xəbər oğrulara da çatdı. Bir gecə oğrular fürsət tapıb qızıl beşiyi
uşaq da içərisində aradan çıxartdılar. Onlar özlərini sıx bir meşəyə saldılar.
Ancaq bir də gördülər ki, kimsə onları qarabaqara izləyir.Qorxuya düşdülər.
Gözdən yayınmaq üçün qızıl beşiyi bir daşın dalına qoyub qaçdılar. Dedilər:
̶
Burdan uzaqlaşaq, sonra gələrik.
Səhər açıldı. Zaman və Yaxşı qızıl beşiklə
uşağın oğurlandığını bilib, ah-fəğan elədilər. Onların şivəni bütün elə
yayıldı. Hamı uşağı və qızıl beşiyi axtarmağa başladı. Hetta qızıl beşiyi
qoyduqları yerdə tapmayıb oğrular da təəccüblə camaata qoşulmuşdular. Qızıl
beşik tapılmadı ki, tapılmadı.
Bu hadisədən üç-dörd il keçdi. Bir gün Nurlu
kəndinin ovçusu “Qalalı meşəyə” ova çıxmışdı. Onun gözünə bir maral göründü.
Marala bir neçə dəfə güllə atdısa da, güllə süzüb yan getdi.Maral nişangahdan
yayınmaq üçün yanındakı uşaqla qaçmağa başladı. Ovçu bu sirrə mat qaldı, ancaq
gözü qızıl beşiyə sataşanda işin nə yerdə olduğunu anladı. Dərhal yadına
üç-dörd il bundan əvvəl olmuş hadisə düşdü. Necə olsa uşağı tutmağa çalışdı.
Qorxusundan daha güllə atmadı ki, birdən marala dəyməz, uşağa dəyər. Ovçu haldan-dildən düşdü. Axırda uşağı tuta bildi.
Uşağın tutulduğunu görən maral da ovçuya təslim oldu. Ovçu qızıl beşiyi və
uşağı kəndə gətirdi. Maral da onlardan ayrılmadı.
Maralın hərəkəti Zaman kişini sarsıtmışdı. O,
arvadı Yaxşıya dedi:
̶
Zağlı tüfəngi quyla, oğlumuza ayrı sənət seçək. Bundan sonra o, maral
vura bilməz.
Deyirlər ki, ana maral ömrünün sonuna qədər
uşaq olan qapıdan getməmiş, uşaq da maraldan ayrılmamışdır.
Test:
1.Əsərdə hadisələrin ardıcıllığını
müəyyən edin.
1.
Övlad həsrəti, atasının sevinci, verdiyi vədə əməl etməməsi.
2.
Valideynlərin kədəri, ovçunun maral ovuna getməsi, üç-dörd il sonra.
3.
Atasının qızıl beşik, zağlı tüfəng almaq arzusu, oğruların uşağı oğurlaması,
valideynlərin kədəri.
4.
Atanın övladını tapması, ana maralın hərəkətinin atada peşmançılıq hissi
oyatması.
5.
3-4 ildən sonra ovçunun maral ovuna getməsi, ana maralın uşağı qovması, maralın
hərəkətinin Zaman kişidə peşmançılıq hissi oyatması.
A.
1, 3, 5 B. 1, 2, 4 C. 1, 3, 4 D. 2, 4, 5
2. Bu hadisələrin biri ardıcıllığı
pozur.
A.
Övlad həsrəti, ataya şad xəbərin verilməsi, əhdin pozulması.
B.
3-4 ildən sonra, ana maralın hərəkəti atada peşmançılıq hissi oyadır.
C.
Atanın oğlu üçün qızıl beşik, zağlı tüfəng alması, oğruların beşiyi oğurlaması,
valideynlərin kədəri.
D.
3-4 ildən sonra, ovçunun maral ovuna getməsi, ana maralın uşağı qoruması,
maralın hərəkətinin atada peşmançılıq hissi oyatması.
3. Hadisələrin girişində bu hadisə
baş verir.
A.
Nurlu kəndində xoş güzaran keçirən Zaman kişinin övlad həsrəti, Allahın onu
övladla sevindirməsi.
B.
Oğrular Zaman kişinin oğlunu oğurlayırlar.
C.
3-4 ildən sonra ovçunun maral ovuna getməsi və uşağı görməsi.
D.
Maralın hərəkəti Zaman kişini sarsıtdı.
4. Əsərin əsas hissəsində bu hadisə
baş vermir.
A.
Zaman kişinin övlad həsrətinə son qoyması, verdiyi vədi unutması.
B.
Oğluna qızıl beşik və zağlı tüfəng alması.
C.
Nurlu kəndində xoş güzaran keçirən Zaman kişinin övlad sevincini qarşılaması.
D.
Oğruların uşağı beşik qarışıq oğurlaması.
5.Əsərin nəticəsində bu hadisə baş
vermir.
A.
Ana maralın hərəkəti Zaman kişini sarsıtdı.
B.
Maralın hərəkətindən sonra oğluna başqa sənət seçəcəyinə söz verdi.
C.
Ana maral ömrünün sonuna qədər uşaqdan ayrılmadı.
D.
Ağalar, yoxsullar, qərib adamlar arzu edirdilər ki, Zaman kişinin oğlu olsun.
6. Bu hadisələrdən biri hadisələrin
ardıcıllığını pozur.
A.
Övlad həsrəti, şad xəbər, əhdin pozulması.
B.
Qızıl beşik, zağlı tüfəng.
C.
Oğrulara çatan xəbər.
D.
Maralın meşədə qalması.
7. Hadisələrin düzülməsi hansı cərgədə
düzgün verilmişdir.
A.
Övlad sevinci və atanın arzusu.
B.
Ovçunun maral ovuna getməsi, atanın kədəri.
C.
Oğruların uşağı oğurlaması, ana maralın hərəkəti.
D.Atanın
oğrunu tapması, oğruların uşağı oğurlaması.
8. Hadisələrin girişində bu hadisələr
baş vermir.
A.
Zaman kişinin oğlunun dünyaya gəlməsi.
B.
Verdiyi vədləri unutması.
C.
Oğluna qızıl beşik və zağlı tüfəng alması.
D.
Ana maralın hərəkəti onu düşündürürdü.
0 коммент.:
Отправить комментарий