07.12.2014

 VALIDEYNLƏRLƏ  ƏLAQƏNIN  YARADILMASINA  MÖHKƏMLƏNDIRILMƏSINƏ RƏHBƏRLIK

Valideynin məqsədyönlü pedaqoji hərəkətlərini ailə məiĢətinin gündəlik obyektiv təsirləri ilə uzlaĢdıran
tərbiyə formalarından biri ailə tərbiyəsidir. Ailə tərbiyəsi prosesində uĢaqların fiziki sağlamlığının əsası qoyulur.
Onlarda təbiət, cəmiyyət, ictimai münasibətlər haqqında təsəvvürlər yaranır və s.
Ailə tərbiyəsinin ümumi vəzifəsi uĢağı mövcud ictimai Ģəraitdə həyata hazırlamaqdan, konkret vəzifəsi
isə ailə Ģəraitində uĢağa onun normal surətdə formalaĢması üçün zəruri bilik, bacarıq və vərdiĢlər aĢılamaqdan
ibarətdir.
Ailə tərbiyəsində məqsəd uĢağın hərtərəfli (əqli, mənəvi, əxlaqi, fiziki) inkiĢafının təməlini qoymaq, onu
əməyə, müstəqilliyə alıĢdırmaqdır.
Ailəyə valideyn rəhbərlik edir. Valideyn ailədə uĢağa onun anadan olduğu ilk gündən tərbiyəvi təsir
göstərir. Həmin tərbiyəvi təsir uĢağın məqsədyönlü formalaĢması prosesini təĢkil edir. Bu prosesdə valideynin
uĢağa göstərdiyi ehtiram, hörmət, məhəbbət ata-ananın havadarlığını, qayğılarını da özündə birləĢdirir, ailə
məhəbbətini möhkəmləndirir. UĢağa valideyn məhəbbətini möhkəmləndirir. UĢağa valideyn məhəbbətini heç nə
əvəz edə bilməz. Məhz buna görə də ölkəmizdə valideynin rolu dövlət əhəmiyyətli zəruri iĢ səviyyəsinə
qaldırılmıĢdır; onun mənafeyi qanunvericiliklə mühafizə olunur və mənəvi normalarla tənzim edilir.
Qabaqcıl məktəblər ailələrlə canlı əlaqəyə xüsusi diqqət yetirirlər. Onlar valideynlərlə iĢi qarĢılıqlı əlaqə
Ģəraitində və müəyyən sistemlə aparırlar. Valideynlərin ümumməktəb iclaslarından və konfranslarından, sinif
valideyn iclaslarından, valideynlərlə fərdi və kollektiv söhbətlərdən istifadəyə xüsusi diqqət yetirir, valideynlər
universiteti təĢkil edirlər. Belə tədbirlərdə uĢaqlarda zəruri mədəni davranıĢ vərdiĢlərinin tərbiyə edilməsi, təlim
əməyinə düzgün münasibətin, kitaba marağın formalaĢdırılması kimi məsələlər müzakirə edilir. Ümumtəhsil
məktəblərində valideyn universitetləri təĢkil olunmuĢdur. Universitetlərdə pedaqoji biliklər geniĢ təbliğ edilir.
Məktəblərdə valideynlər üçün açıq qapı günləri keçirilir. Həmin məktəblərin direktorları, pedaqoji kollektivləri,
valideyn komitələri Ģagirdlərin təlim keyfiyyətini yüksəltmək məqsədi ilə ailə və məktəbin qarĢılıqlı
münasibətlərini yüksək ideya və mənəvi əsasda təĢkil edirlər.
Valideynlərlə canlı əlaqə məktəblərin çoxcəhətli həyatını daha da zənginləĢdirir. Pedaqoji kollektivlər hər
bir ailədə hökm sürən mikromühiti yaxından öyrənib iĢdə nəzərə alırlar. Bunun təlim-tərbiyə iĢinə böyük təsiri
vardır. Valideynlərin müəllim əməyinə ehtiram münasibətləri, müəllimin tövsiyələrinə diqqət yetirmələri həm
ailənin, həm də məktəbin tərbiyə imkanlarını gücləndirir.
Məktəbin və ailənin məqsədi birdir: Ģagirdləri bilikli, bacarıqlı, əməksevər gənc vətəndaĢlar kimi
yetiĢdirmək. Ayrılıqda nə məktəb, nə də ailə həmin məqsədə nail ola bilər. Ona görə də hər bir ailənin məktəblə
əməkdaĢlığı, məktəbin də hər bir ailə ilə sıx əlaqəsi məktəb-ailə tərbiyəsini dərk edilən və düzgün qoyulan
vəzifələrini müvəffəqiyyətlə yerinə yetirmək üçün ən zəruri Ģərtdir.
Məlum olduğu kimi, Ģagirdlərin valideynlərlə iĢi, əsasən, məktəbin pedaqoji kollektivi və valideyn
komitəsi aparır. Həmin iĢdə müvəffəqiyyət qazanılması məktəb direktorunun rəhbərlik bacarığından da xeyli
asılıdır. Bu baxımdan Ģagirdlərin valideynləri ilə məktəbin iĢinə direktorun rəhbərliyi məsələsinin bəzi zəruri
cəhətlərinə toxunmaq istəyirik.
I. ġagirdlərin valideynləri ilə sinif rəhbərlərinin iĢinə direktorun rəhbərliyi.
ġagirdlərin valideynləri ilə daim əlaqə saxlanması sinif rəhbərlərinin əsas iĢlərindən biridir. Həmin əlaqə
Ģagirdlərin tərbiyəsində məktəb və ailənin birliyini təmin etməyə imkan verir. Sinif rəhbərləri valideynlərlə,
əsasən, aĢağıdakı əlaqə formalarından istifadə edirlər:
1) tərbiyə məsələləri ilə bağlı valideynlərin məktəbə çağırılması;
2) ailələrə gedilməsi;
3) sinif valideyn iclaslarının, valideyn konfranslarının, valideyn universitetlərinin təĢkil olunması, ailə
tərbiyəsi üzrə təcrübə mübadiləsi məqsədi ilə valideynlərlə görüĢlər keçirilməsi;
4) fəal valideynlərin müxtəlif sinifdənxaric tədbirlərin keçirilməsinə (valideyn komitəsinin iĢində iĢtirak
etməklə) cəlb edilməsi;
5) «çətin» Ģagirdlərin valideynləri ilə fərdi söhbətlərin keçirilməsi;
6) valideynlərin iĢlədikləri müəssisələrin ailəyə və məktəbə yardım Ģuraları ilə canlı və iĢgüzar əlaqə
yaradılması.
Bu formalardan ustalıqla istifadə edən sinif rəhbərləri istər təlim-tərbiyənin, istərsə də nizam-intizamın
yüksəldilməsində yaxĢı nəticələr əldə edirlər.
Məktəb direktoru sinif rəhbərlərinə əməli və nəzəri-metodik kömək etməyə borcludur. Direktor bunu,
adətən, sədri olduğu sinif rəhbərlərinin metodik birləĢmələri vasitəsilə həyata keçirir. O, sinif rəhbərlərinin iĢinə
rəhbərlikdə müxtəlif formalardan istifadə edir. Məsələn, sinif rəhbərlərinin metodbirləĢmə iclaslarını təĢkil
etmək, onların diqqətini valideynlərlə iĢə aid yeni pedaqoji və metodik ədəbiyyatın öyrənilməsinə yönəltmək,
sinif rəhbərləri ilə disputlar, yoldaĢlıq müsahibəsi, fərdi söhbətlər keçirmək və s. 97
Məktəb direktorunun sinif rəhbərlərinin iĢinə, rəhbərliyinə aid müsbət təcrübələr çoxdur. Yevlax
rayonunun Xaldan qəsəbə kompleks orta məktəbin təcrübəsini buna misal göstərmək olar. Həmin məktəbdə
sinif rəhbərlərinin müntəzəm surətdə keçirilən metodbirləĢmə iclaslarında müzakirə üçün lazımi məsələlərin
seçilməsinə, onların müzakirəsinə hazırlıq görülməsinə direktor xüsusi diqqət yetirir. O, müzakirə olunacaq bu
və ya digər məsələyə dair sinif rəhbərlərinə qabaqcadan müvafiq ədəbiyyat tövsiyə edir və onlara baĢqa
məktəblərin qabaqcıl sinif rəhbərlərinin təcrübəsindən istifadə etmək mümkünlüyü haqqında da düĢünməyi
məsləhət bilir. Belə olanda iclas da səmərəli keçir.
Məktəbdə Ģagirdlərin valideynləri ilə nə kimi iĢlər aparıldığını öyrənmək üçün sinif rəhbərləri ilə fərdi və
kollektiv söhbətlər keçirilir. Həmin söhbətlərdə iĢtirak edən sinif rəhbərlərinin, xüsusən gənc sinif rəhbərlərinin
fəaliyyəti ilə ətraflı tanıĢlıq iĢdəki nöqsanların aradan qaldırılması üçün yollar aramağa Ģərait yaradır.
Ümumiyyətlə, təcrübə göstərir ki, fərdi və kollektiv iĢ formalarından istifadə direktora sinif rəhbərlərinin
Ģagirdlərin valideynləri ilə iĢinə düzgün və konkret rəhbərlik etmək, bu sahədə müntəzəm nəzarəti həyata
keçirmək, habelə qabaqcıl təcrübəni öyrənmək və yaymaq imkanı verir.
II. Valideyn komitəsinin iĢi və ona məktəb direktoru tərəfindən rəhbərlik.
Bu sahədə də məktəb rəhbərinin qayğısı çoxdur. Çünki məktəbin valideyn komitəsinə ümumi rəhbərliyini
məktəb direktoru həyata keçirir. Direktor valideyn komitəsinin tərkibinə öz uĢaqlarını nümunəvi
tərbiyələndirən, məktəbə və valideynlərə kömək etməkdə faydalı fəaliyyəti geniĢləndirməyə qabil olan qabaqcıl
istehsalatçı valideynlərin seçilməsinə qayğı göstərilməlidir. Direktor yeni seçilən komitənin üzvlərinə və onun
daimi komissiyaları sədrlərinə əməli köməklik göstərib, onların fəaliyyətlərini istiqamətləndirməlidir. O, komitə
üzvlərinə və komissiya sədrlərinə valideynlərlə, ictimaiyyətlə, habelə Ģagirdlərlə aparılacaq iĢlərin
muzmununun, forma və üsullarının müəyyənləĢdirilməsində yaxından iĢtirak etməli, valideyn komitəsinin illik
və ya yarımillik iĢ planının yerinə yetirilməsinə nəzarət edib onların hesabatını dinləməli, komitəyə və onun
daimi komissiyalarının iĢinə təcrübəli müəllimləri cəlb etməlidir.
Təcrübəli məktəb direktoru valideyn komitələrinə rəhbərlik iĢinə məsuliyyətlə yanaĢır, öz fikirlərini
onlara heç vaxt zorla qəbul etdirmirlər. Əksinə, onlara müstəqillik verir, bütün məsələlərin komitədə fəal və
iĢgüzar müzakirə olunmasına səy göstərir, komitənin yaxĢı iĢini müdafiə edirlər. Bununla da valideyn
komitəsinin fəaliyyətini inkiĢaf etdirməyə nail olurlar.
III. Valideynlərin pedaqoji maariflənməsi iĢinə rəhbərlik.
Ölkəmizdə ailə tərbiyəsi mədəniyyəti arasıkəsilmədən yüksəlir. Bu da özünü, hər Ģeydən əvvəl, yeni
nəslin tərbiyəsində göstərir. Ümumiyyətlə, valideynlər uĢaqların tərbiyəli, savadlı olmasını arzu edir, namuslu
adam, əsl vətəndaĢ kimi görmək istəyirlər. Lakin bəzi valideynlər lazımi pedaqoji biliklərə yiyələndiklərindən,
həyatda düzgün yol tutmadıqlarından, sözü ilə iĢi düz gəlmədiyindən buna nail ola bilmir, ailə tərbiyəsində
müəyyən nöqsanlara yol verirlər. Buna görə də qabaqcıl məktəblərin direktorları valideynlərin pedaqoji
maarifinə çox böyük əhəmiyyət verirlər. Onlar bu məqsədlə məktəb lektoriyası (qiraətxanası) və ya valideynlər
sırasından daimi mühazirəçilər qrupu yaradır, təcrübəli rəhbərlər ayırırlar.
Məktəb lektoriyasının və valideynlər universitetinin iĢ proqramları valideynlərə ümumməktəb valideynlər
iclaslarında bildirilir, bu zaman onların arzu və istəkləri də nəzərə alınır.
Direktorlar və məktəblərin pedaqoji Ģuraları çalıĢırlar ki, valideynlər üçün oxunacaq mühazirələr yüksək
səviyyədə olsun, lazımi pedaqoji hazırlığı olmayan valideynlər ailədə uĢaqların tərbiyə edilməsinin üsulları ilə
və pedaqoji biliklərlə silahlansın, bununla da məktəb və ailə tərəfindən uĢaqlara tərbiyəvi təsirlərin vəhdəti
təmin edilsin, valideynlər tərbiyə sənətinə yiyələnsinlər.
Valideynlərin pedaqoji maarifinin məzmununu yaxĢılaĢdırmaq iĢində sinif rəhbərlərinin
metodbirləĢmələri mühüm rol oynayır. Bu birləĢmələr vasitəsilə bütün sinif rəhbərlərinə tövsiyə etmək olar ki,
valideyn iclaslarında görkəmli pedaqoqlardan N. K. Krupskayanın, A. S. Makarenonun pedaqoji irsindən geniĢ
istifadə etsin, Ģagirdlərin ailə tərbiyəsinin təcrübələrini tərbiyə nəzəriyyəsi ilə əlaqələndirərək valideynlərlə
müvafiq mövzular üzrə söhbətlər keçirsinlər. Habelə həmin söhbətlər zamanı ailə tərbiyəsindəki tipik səhvlərin
səbəblərini araĢdırsın, onların aradan qaldırılması yollarını aydınlaĢdırsınlar.
IV. ġagirdlərin valideynləri ilə direktorun əlbir iĢi.
Məktəbin direktoru sinif rəhbərlərinin, valideyn komitəsinin, məktəb lektoriyasının, valideynlər
universitetinin təĢkilatçısı və rəhbəri rolunda da çıxıĢ edir. MəktəbyaĢlı uĢaqları məktəbə qəbul edərkən onların
valideynləri ilə söhbət aparır, ümumməktəb valideyn iclaslarını, konfranslarını təĢkil edir və keçirir, onlarda,
habelə məktəb lektoriyası və valideynlər universitetində mühazirələr oxuyur. Direktor tez-tez Ģagirdlərin
valideynləri ilə fərdi və kollektiv söhbətlər də edir, onların evlərinə gedir, bu kimi əlaqələri geniĢləndirir.
ġagirdlərin valideynləri ilə direktorun bilavasitə iĢi məktəbin ailə ilə düzgün qarĢılıqlı münasibətinin
təĢkilinə zəmin yaradır. Bunun Ģagirdlərin müvəffəqiyyətli təlim-tərbiyəsi üçün əhəmiyyəti çoxdur.
V. Direktorun Ģəxsi nümunəsi də bütün pedaqoji kollektivə, valideyn komitəsinə, valideyn fəallarına
müsbət təsir göstərir, məktəbin valideynlərlə iĢini yaxĢı qurmağa kömək edir.
Direktorun rəhbərlik etdiyi məktəb vahid tərbiyə cəbhəsini-məktəb-ailə-ictimaiyyət cəbhəsini
yaratmalıdır. Həmin cəbhənin göstərdiyi tərbiyəvi təsirin gücü hədsiz dərəcədə böyükdür. Əgər bu güc bacarıqla98
eyni bir məqsədə yönəldilərsə, onda o, məktəb həyatındakı bütün mənfi halları axıradək aradan qaldırmağa,
təlim-tərbiyə iĢinin səviyyəsini yüksəltməyə qadir olar.

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.