Ümumtəhsil, peşə və orta ixtisas təhsili
müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair
T Ö V S İ Y Ə L Ə R
Bu Tövsiyələr
ümumtəhsil, peşə və orta ixtisas
məktəblərində işəgötürənlə işçi arasında əmək münasibətlərinin tənzimlənməsini,
həmçinin pedaqoji işçilərin hüquq və maraqlarının müdafiəsi məqsədi ilə
hazırlanmış, metodiki yardım və geniş istifadə üçün təklif edilir.
I Ümumi müddəalar
1.
İşəgötürənlə pedaqoji işçi arasında əmək müqaviləsinin bağlanması ilə əlaqədar
tövsiyələr müqavilə bağlanarkən praktiki
və metodik yardım məqsədi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsi (bundan
sonra AR ƏM), Azərbaycan Respublikasının Təhsil Qanunu və digər müvafiq
normativ hüquqi aktlar əsasında hazırlanmışdır.
Pedaqoji
işçilər üçün hazırlanmış əmək müqaviləsinin nümunəvi forması bu tövsiyələrə
əlavə olunur. (Bax: əlavələr)
2. Bu tövsiyələrdə
AR ƏM 3-cü maddəsinə uyğun olaraq aşağıdakı əsas anlayışlardan istifadə olunur:
İşəgötürən -
tam fəaliyyət qabiliyyətli olub, işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq,
ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi
və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı,
habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki
şəxs.
İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək
müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan
fiziki şəxs
3. Əmək
müqaviləsinin bağlanması işəgötürənlə işçinin əmək münasibətlərinin yaranmasını təsdiq edir. AR ƏM-nin 12-ci və
46-cı maddələrinə müvafiq olaraq
bağlanmış əmək müqaviləsinə əsasən
işəgötürən işçiyə əmək funksiyasına uyğun olaraq iş təklif etməyi
öhdəsinə götürür. Əmək qanunvericiliyinə,
kollektiv müqavilələrə, razılaşmalara və digər normativ aktların
tələblərinə uyğun olaraq işəgötürən
işçiyə iş şəraiti yaratmalıdır və vaxtında
tam miqdarda əmək haqqı
ödəməlidir. İşçi isə öz növbəsində əmək müqaviləsində qeyd olunmuş funksiyaları icra etməli, müəssisə daxili
nizam intizam qaydalarına riayət edilməlidir.
4. Əmək
müqaviləsi yazılı şəkildə bağlanır və iki nüsxədən az olmayaraq tərtib olunub
tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə digər
nüsxəsi isə işəgötürəndə saxlanılır.
5. Əmək
müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə,
tərəflərin razılığı ilə müəyyən edilir.
6. Müəllimlə
əmək müqaviləsi bağlanan zaman aşağıdakı
şərtlər mütləq qeyd olunur: təhsil müəssisi və ya onun struktur
bölməsində iş yeri, işə başlama tarixi, əmək funksiyaları; dərs yükünün həcmi,
əmək müqaviləsinin müddəti, əməyin
ödənmə şərti, iş və istirahət vaxtının müddəti, əməyin mühafizəsi, məcburi
sosial sığorta şərtləri, Əmək Məcəlləsi
və normativ-hüquqi aktlarla əmək fəaliyyətini tənzimləyən digər şərtlər;
Pedaqoji
işçinin dərs yükü onun əmək funksiyasının
tərkib hissəsidir və işçi tərəfindən mütləq yerinə yetirilməlidir. Dərs
yükünün həcmi və ondan irəli gələn şərtlər əmək müqaviləsinin əsas tələbləri
hesab edilir.
7. Əmək
müqaviləsində əlavə şərtlər də nəzərdə tutula bilər. Bu zaman
Azərbaycan Respublikasının qanunvericiliyi, kollektiv
müqavilələr və razılaşmalarla işçiyə
verilən və həmçinin aşağıda qeyd
olunan hüquqlar pozulmamalıdır.
- iş yerin
dəqiqləşməsi (struktur bölmənin müəyyənləşməsi və onun yerinin göstərilməsi);
- təhsil
prosesi ilə bağlı olan və əlavə əmək
haqqı tələb edən vəzifələr (sinif
rəhbərliyi, yazı işlərin yoxlanması, kabinet idarə olunması və s.);
-
ixtisasartırma kurslarından istifadə olunması;
- işçinin
əlavə sığortasının növləri və şərtləri;
- işçinin və
onun ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması;
8. AR ƏM 43-cü
maddəsinə müvafiq olaraq
əmək müqaviləsində aşağıdakılar qeyd olunmalıdır:
- işçinin
soyadı, adı, atasının adı və ünvanı;
- təhsil müəssisinin
Nizamnaməsi ilə müəyyənləşən
təşkilatı-hüquqi formasının
tam adı, işəgötürənin soyadı, adı, atasının adı;
- İşçinin
şəxsiyyətini müəyyən edən məlumatlar (şəxsiyyət
vəsiqəsi və ya
onu əvəz edən
sənəd);
- İşçinin iş
yeri, vəzifəsi (peşəsi);
- Əmək müqaviləsinin
müddəti;
- İşçinin
əmək funksiyası;
- İşçinin
əmək şəraitinin şərtləri - iş və
istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti,
əməyin mühafizəsi, sosial və digər sığorta olunması;
- Tərəflərin
əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;
- Tərəflərin
müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar;
- Əmək
müqaviləsinin bağlandığı tarix və yer.
- Tərəflər haqda
tam məlumat almaq məqsədi ilə əmək müqaviləsində işçinin yaşadığı ünvan
(qeydiyyat və faktiki yaşadığı yer), işəgötürənin dövlət qeydiyyatı ilə
müəyyənləşən yeri və digər məlumatlar
qeyd olunur.
9. Müəllimin
əmək funksiyalarının əsaslarından birini təhsil alanın öyrədilməsi və tərbiyəsi
ilə bağlı olan konkret işlər təşkil edir.
Müəllimin
əmək funksiyası, ixtisasının və işin xüsusiyyətlərinə görə dəqiqləşdirilərək
əmək müqaviləsində qeyd olunur. İşçinin peşəkarlıq səviyyəsi, onun ixtisası, təhsili, pedaqoji
iş stajı, attestasiya ilə müəyyənləşən ixtisas dərəcəsi ilə ölçülür.
10.
İşçinin işə başlama
tarixi əmək müqaviləsində qeyd olunmalıdır, yəni vəzifəsini
icra etdiyi dəqiq gün, ay, il
göstərilməlidir.
11. Qanunvericiliyin tələblərinə
əsasən müəyyən müddətə
bağlanılan əmək müqaviləsinin
səbəbləri və şərtləri göstərilməlidir.
AR
ƏM-nin 45-ci maddəsinin
4-cü bəndinə əsasən
əmək funksiyasının yerinə
yetirilməsi şərtlərinə görə
işin və ya
göstərilən xidmətlərin daimi
xarakterə malik olduğu
qabaqcadan bəlli olduğu
hallarda, əmək müqaviləsi müddəti
müəyyən edilmədən (müddətsiz)
bağlanmalıdır.
Müəllim boş
(vakant) vəzifəyə işə
qəbul olunarkən onunla işəgötürən
arasında müddətsiz əmək
müqaviləsi bağlanmalıdır.
AR ƏM-nin
51-ci maddəsinə uyğun olaraq əmək müqaviləsi İşçinin peşəkarlıq səviyyəsini,
müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə 3 aydan
artıq olmamaq şərti ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər.
12. Müəllim
vəzifəsinə qəbul zamanı onun qarşısına bir sıra əlavə tələblər də qoyulur. Bu
tələblər müəllimin təhsil senzi ilə
təhsil müəssisəsinin tipi və növü ilə müəyyənləşir. Təhsil senzi dedikdə
müəllimin dövlət sənədi ilə təsdiqlənən ixtisası və peşəkarlıq səviyyəsi
nəzərdə tutulur.
Müəllimin təhsili
(ixtisası) diplomla, yenidənhazırlanma və digər təhsil sənədləri ilə
müəyyənləşir.
AR Təhsil
qanununun 49-cu maddəsinə əsasən məhkəmənin qərarı ilə yaxud
hökumət tərəfindən təsdiq olunmuş siyahıda göstərilən tibbi səbəblərə görə
pedaqoji fəaliyyət göstərməsi qadağan
olan şəxslər pedaqoji işdə çalışa bilməzlər. Səhhəti ilə bağlı olan qadağalar AR ƏM 74-cü
maddəsinə və Tibbi Sosial Ekspert Komissiyasının rəyi əsasında həyata
keçirilir.
13. AR ƏM
46-cı maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsinə dəyişikliklər
və əlavələr daxil edilir. Həcmcə çox olduğuna görə həmin əlavə şərtlər və
dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda, ilkin əmək
müqaviləsi yenidən tərtib edilməli və ya ayrılıqda tərtib edilib
təsdiqlənməlidir.
14. Əgər
müəllimlə işəgötürən arasında müəyyən səbəblərə görə işə qəbul zamanı əmək
müqaviləsi bağlanmayıbsa, bu zaman
tərəflərin hüquqlarının qorunması məqsədi ilə müddətsiz əmək müqaviləsi
yazılı formada bağlanılır və işə qəbul olunan tarix qeyd olunur. Əmək
müqaviləsinin yazılı şəkildə tərtibatı tərəflərin bir-biri ilə münasibətlərini
rəsmiləşdirilir.
II İşəgötürənin və
işçinin hüquq və vəzifələri
15. Əmək
normalarını özündə əks etdirən normativ hüquqi aktlara, kollektiv müqaviləyə və
razılaşmalara əsasən əmək müqaviləsində işəgötürənin və İşçinin
hüquq və vəzifələri göstərilir.
Müəyyən
səbəblərdən əmək müqaviləsində qeyd edilməmiş hüquq və
vəzifələr işəgötürəni və
işçini bu şərtlərin
yerinə yetirilməsindən azad
etmir.
16. Tövsiyəyə
əlavə olunmuş nümunəvi əmək müqaviləsində işəgötürənin və
işçinin ən vacib hüquq və
vəzifələri qeyd olunmuşdur.
III Əməyin ödənilməsi və sosial zəmanət
17.
Əmək müqaviləsində işçinin əməyinin ödənilməsi
əsas şərtlərdən biridir.
Müəyyən
edilmiş dərs saatlarına görə əməyin ödənilməsi, həmçinin müəssisə
tərəfindən işçiyə verilən əlavələr, mükafatlar və
həvəsləndirici pul vəsaiti əmək müqaviləsində
göstərilməlidir.
Dövlət və
qeyri dövlət təhsil müəssisələrində işçilərin
əməyinin ödənilməsi, tarif dərəcəsinin
müəyyən edilməsi AR ƏM 156-cı
maddəsinə, kollektiv
müqavilələrə, razılaşmalara
və digər normativ-hüquqi aktlara
uyğun olaraq müəyyənləşdirilir.
18.
Aşağıda qeyd olunanlar
müəllimin əmək haqqının hesablanmasında nəzərə alınmalıdır:
-
Həftə ərzində müəyyən edilmiş faktiki dərs yükünün tədrisi.
-
Ödəniş dərəcəsindən irəli
gələn əmək haqqı.
-
Müəllimin əsas vəzifəsinə aid olmayan, lakin təhsil prosesi ilə
bağlı işlərin aparılması (sinif rəhbərliyi, yazı işlərinin
yoxlanması, kabinə müdirliyi,
dərnək rəhbərliyi və s.)
-
Kompensasiyalar və stimullaşdırıcı ödəmələr.
19.
Müəllimin ödəniş dərəcəsi onun təhsil səviyyəsi, pedaqoji iş stajı, keçirilmiş
attestasiyanın nəticəsi və digər şərtlər əsasında müəyyən edilir. Əməyin ödəniş
dərəcəsi əmək müqaviləsində
mütləq qeyd olunmalıdır.
20.
İşçiyə təyin edilmiş müxtəlif növ həvəsləndirici
mükafatların verilməsi əmək
müqaviləsində əks oluna bilər. Eyni
zamanda mütəmadi xarakterli ödəmələr, əlavələr, pul mükafatları birbaşa
əmək müqaviləsində qeyd olunmalıdır. Qeyd olunmuş şərtlərlə işçilər şəxsən
tanış olmalı və öz imzaları
ilə bunu təsdiq etməlidirlər.
21.
İşçinin əsas vəzifələrinə daxil olmayan
işlərə görə ödəmələrin həcmi və ödəmə qaydaları müəssisənin imkanları daxilində, bağlanmış kollektiv
müqavilə və təhsil müəssisəsinin
normativ aktlarına əsasən
müəyyənləşdirilir.
22.
Pedaqoji işçinin əmək haqqının həcmi onun iş stajının artması, əlavə təhsil
alması, ixtisas dərəcəsinin dəyişilməsi, fəxri və ya elmi ad alması və digər səbəblərdən dəyişə bilər.
23.
Müəyyən olunmuş normadan (həftədə 12 saat) aşağı və ya artıq işin aparılması,
müəllimin şəxsi razılığı ilə həyata keçirilə bilər. Bu zaman işçinin əmək haqqı
ona təyin olunmuş dərs yükünə proporsional olaraq ödənilir.
24.
Tədris ili ərzində məktəbin sinif komplektlərinin, qruplarının sayının azalması
nəticəsində ümumi dərs yükü dəyişə bilər . Bu halda işəgötürən işçini 2 ay qabaqcadan məlumatlandırmalı və bu 2 ay
müddətində müəllimin əmək haqqı dəyişməməlidir.
İki
ay müddəti bitəndən sonra müəllimin əmək haqqı ilin sonuna kimi aşağıdaki
qaydada ödənilməlidir:
-
Qalmış dərs yükü həftədə 12 saatdan az
deyilərsə əmək haqqı faktiki tədris yükünə görə müəyyən olunmuş dərəcə ilə
ödənilməlidir.
-
Qalmış dərs yükü həftədə 12 saatdan az
olarsa və müəllimə əlavə pedaqoji iş
vermək mümkün deyilsə, onun əmək
haqqı həftədə 12 saatla müəyyənləşmiş ödəniş dərəcəsi ilə verilməlidir.
-
Tədris müəssisənin imkanları daxilində, kollektiv müqaviləyə və razılaşmalara
əsasən tədris ilinin əvvəlində müəyyən
olunmuş həcmdə əmək haqqı ödənilə bilər.
25.
Azərbaycan Respublikası qanunvericiliyinə və yerli özünüidarəetmə orqanlarının
normativ hüquqi aktlarına əsasən müəllimlərin iş şəraitinin yaxşılaşdırılması
məqsədi ilə onlara güzəştlər, zəmanətlər və kompensasiyalar verilə bilər.
IV İş və istirahət vaxtı
26. Təhsil
müəssisələrində pedaqoji işçilərin dərs yükünün müəyyənləşdirilməsində aşağıdakı normativ hüquqi aktlar və müvafiq sənədlər
əsas götürülməlidir.
Azərbaycan Respublikasının
Əmək Məcəlləsi;
Azərbaycan
Respublikasının Təhsil Qanunu;
Azərbaycan
Respublikasının ümumtəhsil məktəbləri üçün nümunəvi Əsasnaməsi;
Təhsil müəssisələrində
çalışan pedaqoji işçilərin iş vaxtının və iş rejiminin təşkili ilə bağlı
normativ hüquqi sənədlər;
Təhsil
müəssisənin daxili intizam qaydaları;
27. AR ƏM-nin
93-cü maddəsinə əsasən pedaqoji işçilər üçün
həftədə 36 saatdan çox olmamaq şərti ilə iş vaxtı müəyyən edilmişdir.
Eyni zamanda nəzərə alınmalıdır ki, pedaqoji işçilərin iş vaxtının müddəti onun
vəzifəsi və ixtisasından asılı olaraq Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 2003-cü il 12 avqust tarixli qərarı ilə təsdiq edilmişdir. Ödəniş
dərəcəsinə uyğun olaraq ibtidai siniflərdə müəllimin dərs saatının norması 24,
yuxarı siniflərdə isə həftədə 12 saat təşkil edir. Digər pedaqoji işlər üçün
isə məktəbin təsdiq edilmiş iş planı və
cədvələ əsasən iş vaxtı müəyyən edilir.
28. Müəllimin
iş vaxtının norması astronomik saatla müəyyən edilir. Dərslərarası fasilələrdən
(tənəffüslərdən) asılı olmayaraq dərs saatı 45 dəqiqədən çox olmamalıdır.
29. Aşağıda
qeyd olunan sinifdənxaric, məktəbdənkənar və digər pedaqoji işlərin yerinə
yetirilməsi təhsil müəssisəsinin Əsasnaməsində, daxili əmək intizam
qaydalarında və pedaqoji işçilərə şamil olunmuş vəzifələrdə nəzərdə
tutulur:
- Pedaqoji
fəaliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən, valideyn
iclaslarının, məşğələlərin, tərbiyəvi əhəmiyyətli tədbirlərin təşkili, həmçinin
pedaqoji, metodiki məsləhətlərin aparılması;
- Şagirdlərin
təhsil və tərbiyəsini, onların fərdi qabiliyyətlərini, maraqlarını,
həvəslərini, həmçinin sinif rəhbəri tərəfindən şagirdin təhsilinə təsir edə
bilən amillərin öyrənilməsi;
- Təhsil
müəssisəsinin daxili intizam qaydalarına əsasən təşkil olunan qısamüddətli
növbətçilik zamanı, dərs və dərslərarası tənəffüslərdə nizam-intizam
qaydalarına riayət olunmasına nəzarət;
- Təhsil
müəssisələrində növbətçilik cədvəli tərtib olunan zaman müəllimin cədvəl üzrə
öz dərs saatlarının keçirilməsi nəzərə alınmalıdır. Növbətçi olan pedaqoji işçi
birinci dərsin başlanmasından 20 dəqiqə əvvəl və sonuncu dərs qurtardıqdan 20
dəqiqə sonra növbətçilik vəzifəsini
yerinə yetirməlidir. Lakin bu müəllim üçün qanunvericilikdə nəzərdə tutulmuş iş
vaxtının maksimal müddətini keçməməlidir;
30. Müəllimin
həftə ərzində pedaqoji prosesdən azad olduğu günlər təhsil müəssisəsinin dərs
cədvəlinə və iş rejiminə uyğun olaraq müəyyən edilir.
31. AR ƏM-nin
93-cü maddəsinə və AR Təhsil Nazirliyinin müvafiq təlimatına əsasən təhsil
müəssisənin növündən və tipindən asılı olmayaraq müəllimin iş həftəsi 36
saatdan çox ola bilməz, bu haqda heç bir əlavə güzəşt nəzərdə tutulmamışdır.
Bir neçə təhsil müəssisində işləyən müəllimin
dərs yükünün yuxarı norması təyin
edilməlidir. Bir neçə təhsil müəssisəsində işləyən müəllimin hüquqları və
vəzifələri AR ƏM-nın 58-ci maddəsi və AR
Təhsil Nazirliyinin 16 avqust 2002-ci il
tarixli, 46-18-4310/16 nömrəli təlimatı məktub ilə tənzimlənir. Əvəzçilik üzrə
iş vaxtının müddəti (dərs yükü) müəyyən edilmiş normanın yarısından çox
olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.
32.
Müəllimdən asılı olmayan səbəbdən, tam dərs yükü
(həftədə 12 saata qədər) ilə təmin olunmadıqda bu zaman təyin edilmiş
ödəniş dərəcəsi əsasında əmək haqqı tam şəkildə ödənilir. Belə halda müəllimə
əlavə pedaqoji iş təyin edilməlidir (dərnəklərin aparılması, müəllimlərin əvəz
edilməsi və yazı işlərinin yoxlanılması, evdə dərs keçən uşaqlarla fərdi
məşğələlərin keçirilməsi, sinif rəhbərliyi, sinifdənkənar məşğələlərin
keçirilməsi və digər pedaqoji işlər). Bu işlərin həcmi təhsil müəssisənin
rəhbəri tərəfindən müəyyən edilir.
33. Məktəbin
daxili intizam qaydalarına uyğun olaraq müəllimlər tətil müddətində ilin
əvvəlində təyin edilmiş iş müddəti çərçivəsində pedaqoji, metodiki, həmçinin
təşkilati işlərlə məşğul olmalıdırlar. Bu müddət üçün əmək haqqı əvvəlki
qaydada ödənilməlidir.
34. AR ƏM-nin
118-ci maddəsinə uyğun olaraq müəllimə hər il ödənişli məzuniyyət təyin
edilir.Bir qayda olaraq tədris ilinin sonunda işin gərginliyini və intensivliyini
nəzərə alaraq müəllimlərə 56 təqvim günü məzuniyyət verilir.
35. AR ƏM-nin
145-ci maddəsinə uyğun olaraq müəssisənin maddi imkanları çərçivəsində və
bağlanmış kollektiv müqavilənin şərtlərinə əsasən işçilərə əlavə ödənilən
məzuniyyət verilə bilər. Belə məzuniyyətlərin
şərtləri və qaydaları qüvvədə olan qanunvericiliklə, kollektiv
müqavilələrlə, təhsil müəssisələrinin daxili intizam qaydaları ilə tənzimlənir.
36. AR ƏM-nin
137-ci maddəsinə və bağlanmış kollektiv müqavilənin şərtlərinə əsasən işəgötürənlə işçinin razılığı əsasında məzuniyyət
hissələrə bölünə bilər. Bu zaman məzuniyyətin bölünmüş hissələrinin birinin
müddəti 2 təqvim həftəsindən (14 gün) az olmamalıdır. Əmək məzuniyyətində olan
işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək
məzuniyyətindən geriçağırma təhsil müəssisəsinin əmri ilə rəsmiləşdirilməlidir.
AR ƏM-nin 134-cü maddəsinin 3-cü bəndinə əsasən istifadə edilməmiş məzuniyyət
günləri işçinin təşəbbüsü ilə başqa vaxta keçirilə bilər.
37. AR ƏM-nin
135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək
məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş
illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada
və məbləğdə kompensasiya ödənilir.
V. Əmək müqaviləsinin yerinə yetirilməsində
tərəflərin məsuliyyəti
38.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq öz işində qanun
pozuntusuna yol verən və bununla zərər törədən işəgötürən (işçi) maddi və ya
intizam məsuliyyətinə cəlb edilə bilər.
39. Əmək
müqaviləsi ilə işçinin üzərinə qoyulmuş əmək funksiyalarının tələb olunan
səviyyədə və ya tam şəkildə yerinə yetirilməməsinə görə işçi intizam
məsuliyyətinə cəlb edilə bilər.
40. AR ƏM-nin
186-cı maddəsinə əsasən intizamın
pozulmasına görə aşağıda qeyd olunan intizam tənbehləri verilə bilər:
a) töhmət;
b) sonuncu
xəbərdarlıqla şiddətli töhmət;
c) kollektiv
müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının ¼ məbləğindən çox olmamaq şərti ilə cərimə;
ç) əmək
müqaviləsini AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.
İntizam
tənbehi verilərkən işçinin şəxsiyyəti, kollektivdə olan nüfuzu, peşəkarlıq
səviyyəsi və törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır.
41. AR ƏM-nin
191-ci maddəsinə və bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən tərəflər
törətdiyi zərərin həcminə görə maddi məsuliyyət daşıyırlar. Tərəflərin maddi
məsuliyyəti əmək müqaviləsində və ya ona
əlavələrdə qanunvericiliyə uyğun olaraq dəqiqləşdirilə bilər.
-
İşəgötürənin işçi qarşısında maddi məsuliyyət daşıması AR ƏM 195-197-ci maddələri, əmək və
kollektiv müqavilələrin şərtləri ilə tənzimlənir.
-
İşəgötürənin qanunsuz hərəkətləri nəticəsində işçiyə dəyən mənəvi zərər
tərəflərin razılığı ilə maddi formada və ya məhkəmənin qərarı ilə ödənilə
bilər.
- İşçinin
işəgötürənin qarşısında maddi məsuliyyəti, onun həddi, dəyən ziyanı müəyyən
edən qaydalar, ödənilmə şərtləri AR ƏM-nin 198-206-cı maddələri, əmək və
kollektiv müqavilədə göstərilən şərtlərlə tənzimlənir.
VI Əmək müqaviləsinin şərtlərində dəyişikliklərin,
əlavələrin edilməsi və ya ona xitam verilməsi
42. Əmək
müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Əmək
müqaviləsinin şərtlərinin dəyişdirilməsi və ya əlavələrin edilməsi yalnız
tərəflərin razılığı əsasında yazılı formada aparıla bilər.
43. Obyektiv
səbəblərə görə işçinin iş şəraiti dəyişdikdə tərəflərin razılığına əsasən əmək
müqaviləsində dəyişikliklər aparıla bilər. Nəzərdə tutulan dəyişikliklər və onun səbəbləri haqqında işəgötürən yazılı
şəkildə azı bir ay əvvəlcədən işçiyə məlumat verməlidir.
44.
İşəgötürənlə pedaqoji işçi arasında bağlanmış
əmək müqaviləsi yalnız əmək
qanunvericiliyi ilə nəzərdə tutulan hallarda ləğv edilə bilər.
45. AR ƏM-nin
62-ci maddəsinə əsasən pedaqoji işçi qeyri-pedaqoji hərəkətlərinə görə işəgotürən
tərəfindən mülkiyyətçinin və işçilərinin mənafeyini qorumaq, baş verə biləcək
əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını
təmin etmək məqsədilə işdən kənarlaşdırıla bilər. Bununla yanaşı aşağıda
göstərilən hallarda da pedaqoji işçi vəzifəsindən kənar edilə bilər:
- il ərzində
müəssisənin daxili intizam qaydalarını yenidən kobud şəkildə pozduqda;
-
təlim-tərbiyə prosesi zamanı şagirdlərə psixi, fiziki təsir göstərdikdə;
- işçi
alkoqollu içkilər, narkotik, toksik və
digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə
gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş
vəziyyətdə olduqda.
Mübahisələrin və fikir ayrılıqlarının həlli
46.
İşəgötürənin və işçilərin əmək hüquqlarının qorunması AR ƏM-nin 287-300-cü
maddəsinə əsasən tənzimlənir. Bundan əlavə işçinin əmək hüquqları həmkarlar
ittifaqı tərəfindən qorunur. Azərbaycan Respublikasının qanunvericiliyi və
digər normativ hüquqi aktlarla işçiyə verilən əmək hüquqlarının yerinə
yetirilməsinə dövlət orqanları tərəfindən nəzarət edilir. Bununla yanaşı işçi
öz hüquqlarını məhkəmə vasitəsilə müdafiə edə bilər.
47. Fərdi əmək mübahisələri,
işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin
şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ-hüquqi aktların
tətbiqi zamanı yaranan və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada, üsullarla
və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri
əsasında həll edilən fikir ayrılığıdır.
50. Yaranmış
əmək mübahisəsinə görə işçi(işəgötürən) hüquqlarının pozulduğunu aşkar etdikdə,
müvafiq həmkarlar ittifaqları komitəsinin nəzdində yaradılmış əmək
mübahisələrinə baxan orqana, onun qərarı ilə razı olmadığı halda isə məhkəməyə müraciət edə bilər. Əmək
mübahisələrinə baxan orqana müraciət müddəti AR ƏM-nin 296-cı maddəsi ilə
tənzimlənir.
Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən
Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək
müqaviləsini (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər
hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-vəzifəli
şəxslər şərti maliyyə vahidi məbləğinin üç min mislindən beş min mislinədək
miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi min mislindən
iyirmi beş min mislinədək miqdarda cərimə edilir.
Bu qanunun
53.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin
tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər şərti
maliyyə vahidi məbləğinin min beş yüz mislindən iki min mislinədək miqdarda
cərimə edilir.
Əlavə: İşəgötürənlə
müəllim arasında bağlanan nümunəvi əmək müqaviləsi.
Tövsiyələrə
Əlavə № 1.
Əmək müqaviləsinin
(kontraktın) nümunəvi forması
Əmək müqaviləsi
________________________
“___” ______________20___il
(müqavilənin bağlandığı
yer)
§ 1. Əmək
müqaviləsini (kontraktı) bağlayan tərəflər
haqqında məlumatlar
1.1. Bu əmək müqaviləsi
(kontraktı), (bundan sonra ismin müvafiq halında “Əmək müqaviləsi”) işəgötürənin
səlahiyyətlərini həyata keçirən
_________________________________________________________________,
(təhsil müəssisəsinin Nizamnaməsinə uyğun olaraq tam adı)
İşəgötürəni
______________________________________________________ ilə
(məsul şəxsin vəzifəsi; adı, soyadı, atasının adı)
İşçi
_______________________________________________________________
(adı, atasının adı və soyadı,)
__________________________________________________________________
(vətəndaşlığı,
şəxsiyyətini təsdiq edən sənəd, onun nömrəsi
_______________________________________________________________________________________________________
verildiyi tarix və onu verən orqanın adı)
_______________________________________________________________________________________________________
(təhsili, ixtisası, sənəti, peşəsi, bitirdiyi təhsil müəssisəsinin adı)
arasında “____” “__________” ______ il tarixində Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə (bundan
sonra “Əmək Məcəlləsi) müvafiq olaraq bağlanmışdır.
1.2. İşçi
________________________________________________________ (iş
yerinin və vəzifənin, peşənin adı)
_______________________
tədris etmək üçün müəllim vəzifəsinə qəbul olunur.
(tədris
olunan fənn(lərin) adını qeyd etmək)
1.3.
İşçiyə tutduğu vəzifəyə uyğun olaraq həftədə
____________________ (fənn üzrə dərs yükünü
saatla qeyd etmək) dərs yükü müəyyən edilir.
1.4.
Nəzərdə tutulan əsas işlərlə yanaşı, müəllim təhsil prosesi ilə bağlı aşağıda
qeyd olunan işləri də icra edir (lazım
olanın altından xətt çəkməli və ya əlavələr edilməlidir):
a.
Yazı işlərinin yoxlanılması;
b.
Sinif rəhbərliyi;
c.
Tədris otaqlarına rəhbərlik;
d.
_____________________
(əlavə vəzifələr)
1.5. Əmək
müqaviləsi aşağıda qeyd olunan iş yerləri üzrə bağlanılır (lazım olanı qeyd etmək):
-
əsas iş yeri üçün;
-
əlavə iş yeri (əvəzçilik qaydası ilə işlədiyi iş yeri) üçün.
1.6.
Əmək müqaviləsi bağlanır (lazım olanı
qeyd etmək):
-
müddətsiz;
-
müddətli.
_________________________________________________________________
(Müddətli əmək müqaviləsi bağlananda onun müddəti və səbəbi qeyd
olunmalıdır).
1.7.
Əmək müqaviləsi “___”___________20____ ildən qüvvəyə minir və müəllim vəzifələrini
“___”____________20____ ildən yerinə yetirir.
Müqaviləyə
xitam verilmə vaxtı: “___”_____________20__il (müddətli əmək müqaviləsi bağlananda)
1.8.
Sınaq müddəti (lazım olanı qeyd etmək):
Sınaq
müddəti ərzində tərəflərdən biri
digərini _______ gün əvvəl
xəbərdarlıq etməklə, əmək müqaviləsini birtərəfli qaydada poza bilər.
-______________________
(sınağın müddətini qeyd
etmək)
§ 2. İşçinin hüquq və
vəzifələri
2.9.
İşçinin hüquqları:
-
müstəqil olaraq təlim və tərbiyə metodlarını, kitabları, dərslikləri və dərs
vəsaitlərini, təhsil alanların qiymətləndirmə metodlarını seçmək və istifadə
etmək;
-
Təhsil alanların oxuduğu müddət ərzində nizam-intizama əməl etmək şərti ilə
şagirdlərə müvafiq tapşırıqlar vermək, tədris prosesini təşkil etmək, məşğələlər keçirmək;
-
təhsil müəssisəsinin Nizamnaməsi ilə müəyyən olunmuş qaydada məktəbin idarə
edilməsində iştirak etmək;
-
müstəqil və yaxud müvafiq həmkarlar ittifaqı komitəsinin, vəkilin və digər
nümayəndələrin vasitəsi ilə öz hüquq və maraqlarını müdafiə etmək;
-
işi ilə bağlı olan şikayət və sənədlərlə tanış olmaq, müvafiq izahatlar vermək,
qeyd olunan sənədlərin surətini almaq;
-
beş ildə bir dəfədən az olmayaraq öz ixtisasını artırmaq (və ya digər müddəti qeyd etmək);
-
müvafiq ixtisas dərəcəsini almaq üçün könüllü olaraq attestasiyadan keçmək;
-
Azərbaycan Respublikasının əmək qanunvericiliyi və təhsil müəssisəsinin
nizamnaməsi ilə ona verilən hüquqlardan
istifadə etmək.
2.10.
İşçinin vəzifələri:
-
əmək müqaviləsinə əsasən vəzifə funksiyası və müəssisənin daxili əmək intizamı
qaydaları ilə üzərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirmək, əmək
intizamına riayət etmək;
-
Dərs cədvəli məktəbin tədbirlər planı və şəxsi iş planına uyğun olaraq təhsil
müəssisəsində tətbiq olunan təhsil proqramını həyata keçirmək;
-
təhsil alanların hazırlığının dövlətin təhsil sahəsindəki standartlarına cavab
verməsini təmin etmək;
-
təhsil alanların davamiyyətinə nəzarət etmək, sinif jurnallarında tələb olunan
qeydləri aparmaq;
-
müəyyən olunmuş qaydada təhsil alanların yekun attestasiyasında iştirak etmək;
-
təhsil alanların qanuni hüquqlarına riayət etmək;
-
keyfiyyətli dərs keçmək üçün hazırlaşmaq və lazım olan sənədləşdirmə işlərini
aparmaq;
-
təhsil müəssisinin tədris proqramı və normativ aktları ilə nəzərdə tutulan
pedaqoji, metodiki şuralarda, valideyn iclaslarında, konsultasiyalarda,
tərbiyəvi, müalicəvi və digər tədbirlərdə iştirak etmək;
-
təhsil alanların valideynləri və ya qanuni nümayəndələri ilə mütəmadi əlaqə
saxlamaq, onlara metodiki və hüquqi yardım göstərmək;
-
təhsil müəssisəsinin daxili intizam qaydalarına uyğun olaraq dərslərin
əvvəlində və sonunda təşkil edilən (cədvələ əsasən) qısamüddətli növbətçilikdə
iştirak etmək;
-
təhsil prosesi zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına, istehsalat
sanitariyasına və yanğın əleyhinə qaydalara, təhsil alanların həyat və
sağlamlığının qorunmasına çalışmaq;
-
Azərbaycan Respublikasının əmək qanunvericiliyi, təhsil müəssisəsinin
nizamnaməsi və əmək müqaviləsində nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.
§ 3. İşəgötürənin hüquq və
vəzifələri
3.11.
İşəgötürənin hüquqları:
- təhsil müəssisəsinin Nizamnaməsi və əmək
müqaviləsində göstərilən vəzifə funksiyalarının yerinə yetirilməsini, əmək
intizamına riayət edilməsini işçidən tələb etmək;
-
pedaqoji işçinin fəaliyyətini koordinasiya etməklə onun işinə nəzarət etmək,
həmçinin müəllimi əvvəlcədən məlumatlandıraraq dərslərində iştirak etmək;
-
işçini əmək vəzifələrini yüksək səviyyədə yerinə yetirdiyi üçün həvəsləndirmək;
- əmək qanunvericiliyini və müəssisənin nizamnaməsinin
tələblərini pozduqda işçini məsuliyyətə cəlb etmək;
3.12.
İşəgötürənin vəzifələri:
-
əmək qanunvericiliyinə, təhsil müəssisəsinin nizamnaməsinə, kollektiv
müqavilənin, razılaşmaların və işçi ilə
bağlanmış əmək müqaviləsinin şərtlərinə riayət etmək;
-
vəzifə öhdəliklərini tələb olunan səviyyədə yerinə yetirmək məqsədi ilə işçiyə
müvafiq şərait yaratmaq;
-
əməyin mühafizəsi və sanitar-gigiyenik normaların tələbləri səviyyəsində işçiyə
təhlükəsiz iş şəraiti yaratmaq;
-
işçinin ixtisas dərəcəsini, peşəkarlıq səviyyəsini, işinin kəmiyyət və
keyfiyyətini nəzərə alaraq, heç bir diskriminasiyaya yol vermədən onu müəyyən
olunmuş mükafatlarla təltif etmək;
-
əmək qanunvericiliyi, kollektiv müqavilələr, razılaşmalar, təhsil müəssisəsinin
normativ aktları ilə nəzərdə tutulan iş və istirahət vaxtının normalarına
riayət etmək;
-
müəllimin pedaqoji stajı, ixtisas dərəcəsi, dərs yükünün həcmi dəyişdikdə və
digər hallarda onun əmək haqqının ödənilməsi şərtlərinə vaxtında müvafiq
dəyişikliklər etmək;
-
işəgötürənin təqsiri üzündən işçinin əmək haqqının, məzuniyyət pulu həmçinin
əmək müqaviləsinə xitam verildikdə ona çatan vəsait gecikdirildikdə AR ƏM-nin
172-ci maddəsində nəzərdə tutulan qaydada işçiyə kompensasiya ödəmək;
-
pedaqoji işçinin beş ildə bir dəfə (və ya
digər müddəti qeyd etmək) ixtisasartırma kurslarından istifadə etmək
hüququnu təmin etmək;
-
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işçi haqqında şəxsi
məlumatların qorunmasını təmin etmək;
-
işçi haqqında məlumatları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna
təqdim etmək;
-
Azərbaycan Respublikasının qanunvericiliyi və təhsil müəssisəsinin Nizamnaməsi
ilə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.
§ 4. Əməyin ödənilməsi və
sosial təminatlar
4.13.
İşçiyə əmək haqqının ödənilməsi sistemi qanunvericilik, kollektiv müqavilə,
razılaşmalar, təhsil müəssisəsinin normativ aktları ilə müəyyən edilmiş qaydada
tətbiq olunur.
4.14.
Ödəniş dərəcəsinə uyğun olaraq işçiyə əmək haqqı _______________ manat
məbləğində müəyyən olunur (əmək haqqının
ödəniş dərəcəsini, təhsil müəssisəsində mövcud olan əmək haqqının ödənilmə
sistemini, pedaqoji stajını, attestasiya zamanı əldə edilmiş ixtisas dərəcəsini
və digər halları qeyd etmək)
4.15.
İşçinin əmək haqqı dərəcəsi artırılır (dərəcənin
artırılmasının səbəbi və həcmini qeyd etmək):
_________________________________əsasən
artırılır __________%
_________________________________əsasən
artırılır __________%
_________________________________əsasən
artırılır __________%
4.16.
Təhsil müəssisəsinin kollektiv müqaviləsi və lokal normativ aktlar əsasında
işçiyə mükafat və digər ödəmələr təyin edilir ___________________________________________________
(mükafatın və digər ödəmələrin həcmi və
səbəbi qeyd edilir)
4.17.
İşçiyə verilən əmək haqqı təhsil müəssisəsinin kollektiv müqaviləsi, daxili
əmək intizam qaydaları və normativ aktlarla müəyyən edilmiş günlərdə
ödənilməlidir _________________________________________ (ayın dəqiq günü və ödəmə qaydasını qeyd etmək).
4.18.
İşçinin əmək haqqının ödəniş dərəcəsi keçirilən attestasiya nəticəsində
dəyişərsə, belə halda qərar qəbul edildiyi gündən əmək haqqının həcminin
dəyişdirilməsinə zəmanət verilir.
4.19. Əmək qanunvericiliyi ilə nəzərdə tutulan hallarda işçinin əmək
müqaviləsi pozulduğu zaman __________________________________________
(pozulmanın səbəblərini qeyd etmək)
AR ƏM-nin
77-ci maddəsinə uyğun olaraq işçiyə müvafiq təminatlar və ödəmələr
verilir.
4.20.
İşçiyə qanunvericilik, təhsil müəssisəsinin daxili normativ aktları ilə nəzərdə
tutulan güzəştlər, təminatlar və kompensasiyalar verilir.
§ 5. Əməyin mühafizəsi üzrə
5.21.
İşçinin sağlamlığının, əməyin mühafizəsinin təmin olunması üçün sanitariya və
gigiyena normalarına cavab verən iş yeri
və iş şəraiti yaradılır;
5.22.
İşçi ______________ xüsusi mühafizə vasitələri ilə təmin edilir;
5.23.
İşçi zərərli amillərdən sağlamlığının mühafizəsi üçün xüsusi ________ qida
məhsulları ilə təmin edilir;
5.24.
İşçi əməyin mühafizəsi normaları ilə __________ bir dəfədən az olmayaraq
təlimatlandırılır;
5.25.
İşçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına
və normalarına əməl etməyə borcludur;
5.26.
İşəgötürən istehsal qəzaları, peşə xəstəliyi nəticəsində işciyə və ya onun
himayəsində olan şəxslərə dəyən maddi ziyanı və digər xərcləri ödəyir;
5.27.
İşəgötürənin təqsiri üzündən əməyin mühafizəsi normaları və qaydaları
pozulduğuna görə işçi həlak olarsa, onun himayəsində olan şəxslər
qarşısında işəgötürən qanunvericilikdə
nəzərdə tutulan qaydada maddi məsuliyyət daşıyır.
§ 6. İş və istirahət vaxtı
6.28.
Qanunvericilik, təhsil müəssisəsinin Nizamnaməsi, daxili əmək intizamı
qaydalarında və digər normativ aktlarla nəzərdə tutulan müvafiq hallarda işçiyə
qısaldılmış iş vaxtı təyin edilir.
6.29.
İşçiyə aşağıda göstərilən iş vaxtı təyin olunur (lazım olanı qeyd etmək):
-
beş günlük iş həftəsi və iki istirahət günü ilə;
-
altı günlük iş həftəsi və bir istirahət günü ilə.
6.30.
Keçirilən dərslər (tədris məşğələləri), dərslərarası qısa fasilələr
(tənəffüslər), dərs cədvəli və iş planı ilə müəyyənləşən işlər, həmçinin təhsil
müəssisəsinin Nizamnaməsi, daxili əmək intizamı qaydaları və əmək müqaviləsində
təyin olunan vəzifə öhdəlikləri işçinin iş vaxtının tərkib hissəsini təşkil
edir.
6.31.
Tədris ilinin sonunda məzuniyyətə gedən müəllimə yeni tədris ili üçün dərs
yükünün həcmi müəyyən edilməlidir:
6.32.
Dərs yükünün həcmi siniflərdə aparılan dərslərin tədrisini varislik prinsipi
nəzərə alınmaqla müəyyən olunmalıdır;
6.33.
Dərs yükünün həcminin nəzərdə tutulan dərs saatı normasından çox və ya az
müəyyən edilməsi, işçinin yazılı razılığı ilə təyin edilir və əmək
müqaviləsinin vacib şərti hesab edilir.
6.34.
Dərs ili ərzində nəzərdə tutulan dərs yükünün həcmi işəgötürənin təşəbbüsü ilə
azaldıla bilməz. Tədris planı və proqramı ilə, həmçinin siniflərin (qrupların)
sayının azalması nəticəsində dərs yükünün azalması istisna hal kimi aparılır.
6.35.
Əsas və əlavə məzuniyyətlə üst-üstə düşməyən qış, yaz, yay, payız, tətilləri
işçinin iş vaxtı hesab olunur. Bu müddət ərzində işçi pedaqoji, metodiki, tətilə
qədər təhsil proqramı ilə nəzərdə tutulan təşkilatı işlərlə məşğul olur.
İşçinin konkret vəzifələri təhsil müəssisəsinin normativ aktları ilə müəyyən
edilir.
6.36. İşçinin istirahət və ya bayram günlərində işləməsi əmək
qanunvericiliyi ilə nəzərdə tutulan qaydada kompensasiya olunur.
6.37.
Müəllimə bir qayda olaraq ildə bir dəfə 56 təqvim günü həcmində ödənişli əmək
məzuniyyəti verilir.
Məzuniyyətin
hissələrə bölünməsi, qismən və ya tam şəkildə növbəti ilin məzuniyyətinə əlavə
olunması, həmçinin məzuniyyətdən geri çağırılması yalnız işçinin razılığı ilə
həyata keçirilə bilər.
§ 7. Birinin digərinə
vurduğu ziyana görə tərəflərin
qarşılıqlı maddi
məsuliyyəti
7.38.
Bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi,
istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa,
digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi
məsuliyyət daşıyır.
§ 8. Sosial müdafiə
məsələləri
8.39.
İşçinin məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş
qaydada hər ay _____________ - məbləğdə
sığorta haqqı ödənilir və işəgötürən tərəfindən o, _____________ məbləğdə əlavə
sığorta edilir.
8.40.
Mövcud qanunvericiliklə müəyyən edilmiş hallarda, şərtlərlə və qaydada işçinin
pensiya təminatı, sosial müdafiə olunması, güzəşt və imtiyazları təmin edilir.
8.41.
İşçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən
edilmiş qaydada və məbləğdə müavinət verilir.
§ 9. Mülkiyyət münasibətlərinin tənzimlənməsi
9.42. İşçi iş
vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsal
vasitələrinin - maşın, mexanizm, avadanlıq, cihaz və alətlərin, qurğu, habelə
işəgötürənin mülkiyyətində olan digər əmlakın qorunmasına cavabdehdir.
9.43. İşçinin
müəssisənin mülkiyyətində _____________ qədər payı var və işəgötürənlə
mülkiyyət münasibətləri həmin paya mütənasib olaraq, qanunvericiliklə müəyyən
edilmiş qaydada tənzimlənir.
9.44. İşçi
işəgötürənin kommersiya və istehsal sirrinin qorunmasına cavabdehdir və bu
sirri yaymağa görə qanunvericilikdə və bu əmək
müqaviləsində nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
§ 10. Əmək müqaviləsinə
dəyişiklik və əlavələrin edilməsi
Əmək müqaviləsinə xitam
verilməsi
10.45.
Qarşılıqlı razılıq əsasında bağlanmış əmək müqaviləsinə dəyişikliklər, əlavələr
edilə bilər. Dəyişiklik və əlavələr yazılı şəkildə tərtib olunaraq müqaviləyə
əlavə edilir.
10.46.
Tərəflərin razılığı ilə aşağıda göstərilən
hallarda əmək müqaviləsinə dəyişiklik və əlavələr edilə bilər:
- Azərbaycan
Respublikasının qanunvericiliyində, həmçinin təhsil müəssisəsinin normativ
aktlarında dəyişikliklər edildiyi zaman;
- əmək
müqaviləsi bağlamış tərəflərdən birinin və ya hər iki tərəfinin razılığı ilə;
- Azərbaycan
Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda;
10.47.
Əmək müqaviləsinə yalnız Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə
nəzərdə tutulan hallarda və qaydada xitam verilə bilər.
§ 11. Yekun müddəalar
11.48.
Əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə görə tərəflər arasında
yaranmış mübahisələr və fikir ayrılığı onların birgə razılığı ilə və bu mümkün olmadıqda isə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmək mübahisələri
üzrə komissiyada və yaxud məhkəmədə baxılır.
11.49.
Əmək müqaviləsində nəzərdə tutulmayan hallar Azərbaycan Respublikasının
qanunvericiliyi, normativ hüquqi aktlar və təhsil müəssisəsinin normativ
aktları ilə tənzimlənir.
11.50.
Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunur. Bir nüsxəsi
işəgötürəndə saxlanılır, digər nüsxəsi işçiyə təqdim olunur.
§ 12. Tərəflər haqqında
məlumatlar
İşəgötürən:
__________________________________________________________________ (təhsil müəssisəsinin tam adı)
Ünvanı
(indekslə)____________________________________________________
Telefon/faks________________________________________________________
İşçi:
__________________________________________________________________
(adı, soyadı, atasının adı)
Pasport:
seriyası_______№__________________
Verilib_____________________________________________________________
(kim tərəfindən və nə vaxt verilib)
Ünvan
(indekslə)____________________________________________________
Telefon:
______________________
İşəgötürən :
İşçi:
_____________________
_________________________
(Vəzifəsi)
(adı, soyadı, atasının adı)
_____________________
(adı, soyadı,
atasının adı)
_____________________
__________________________
(imza)
(imza)
_____________________
__________________________
(tarix: gün,
ay, il) (tarix:
gün, ay, il)
M.Y.
0 коммент.:
Отправить комментарий