08.12.2014

RƏHBƏRLIK   IŞINDƏ   FƏRDI    XÜSUSIYYƏTLƏRIN      NƏZƏRƏ ALINMASI

Pedaqoji kollektivə düzgün rəhbərlikdə onun hər bir üzvünün, hətta Ģagird kollektivləri üzvlərinin fərdi
xüsusiyyətlərini bilib nəzərə almaq çox mühüm əhəmiyyətə malikdir. Bunsuz nə müəllimlər, nə də Ģagirdlərə
obyektiv və konkret istiqamət vermək olar.      
Müəllimin fərdi xüsusiyyəti ən çox iĢ prosesində üzə çıxır. Əgər müəllim yaradıcıdırsa, ehkamçılıqdan,
Ģablonçuluqdan uzaqdırsa, bu xüsusiyyətinə görə onunla iĢləmək çox asandır. Hətta çox maraqlıdır. Çünki belə
müəllimləri yaĢadan bir amal varsa, o da iĢləmək, iĢləmək, özü də yaxĢı, səmərəli iĢləməkdir! Əgər məktəb
rəhbərlərinin özləri yaradıcıdırlarsa, bu cür müəllimlərlə çox mehriban və səmərəli əməkdaĢlıq edə bilərlər. Əks
təqdirdə pedaqoji kollektivdə yaradıcı mühiti təmin etmək çətin məsələdir.
Nəzərə almaq lazımdır ki, bir nəfərin nümunəsi daha dəqiq desək, bir yaradıcı müəllimin təsiri ilə bütöv
bir pedaqoji kollektivdə iĢgüzarlıq dönüĢü yaratmaq olar. Belə dönüĢü Ģagird kollektivində də yaratmaq
mümkündür. Bu, məktəb rəhbərlərindən psixologiya elminin sirlərinə dərindən yiyələnməklə bərabər, pedaqoji
ustalığa malik olmağı da tələb edir.
Formalizm və pedaqoji iĢ. Hazırda pedaqoji iĢdə, insan xarakterində formalizmlə mübarizə günün ən aktual
məsələlrindən birinə çevrilib. Formalizm formal münasibətlər məcmusu olub, ehkamçılıqla, cansıxıcı
rəsmiyyətçiliklə əkiz qardaĢdır. Formalizm əsl doqmatizmdir, bürokratçılıqdır, Ģablonçuluqdur, sadə desək, quruluqdur.
O, formanı, zahiri cəhətləri əsas götürüb məzmuna əhəmiyyət verməməkdir. Ən nəhayət, formalizm
mənəvi xəstəlikdir. Formalizm insanlara, ümumi iĢə ağır zərər vurur, inkiĢafa və tərəqqiyə, keyfiyyətə və
səmərəliliyə qənim kəsilir. Ona görə də, böyük qəlbə, geniĢ dünyagörüĢünə, dərin biliyə və yaradıcı təfəkkürə
malik olanlar, formalizm həmiĢə ən təhlükəli xəstəlik hesab etmiĢ, cəmiyyəti daim bu bəladan qorumağa
çalıĢmıĢlar.
Formalizm pedaqoji iĢdə kök salanda, təbii ki, Ģagirdlərə də sirayət edir, onun qarĢısı vaxtında
alınmadıqda artıb yayılaraq geniĢ ictimai bəlaya çevrilir.
Bəs necə olur ki, ümumən pedaqoji iĢdə formalizmə yol verilir? Bu sualın cavabı çox sadədir. Pedaqoji
iĢdə formalizm ən çox ondan irəli gəlir ki, müəllimlərin bəziləri nə qədər çalıĢsalar da təlim-tərbiyə prosesini
düzgün qura bilmirlər. Bir qismi bu sahədə baĢ çıxarsa da ona məsuliyyət hissi ilə yanaĢmır. Elə müəllimlərə də
rast gəlirik ki, pedaqoji iĢi müasir tələblər səviyyəsində qurmağa səy göstərməmələri bir yana, hətta az-çox
çalıĢmaq istəyənləri də öz təsirləri altına alır, ruhdan salırlar. Bizcə, bütün bu halların baĢ verməsində iki amil
daha təsirli rol oynayır. Bunlardan, birincisi, həmin müəllimlərin öz ixtisaslarını ürəkdən sevə bilməmələri,
ikincisi isə onların özlərində də uĢaq yaĢlarından formalizmin yaranıb inkiĢaf etməsidir.
Pedaqoji sahədə formalizmlə mübarizə üç istiqamətdə, özü də paralel və ardıcıl surətdə aparılsa, daha
səmərəli olar. Ġstiqamətlərdən birincisi Ģagirdlərin təbiətindəki formalizmlə mübarizə, ikincisi müəllimlərin xarakter
və fəaliyyətində rast gəlinən formalizmlə mübarizə, üçüncüsü isə pedaqoji rəhbərlik iĢindəki formalizmlə
mübarizədir.
Pedaqoji iĢdə Ģagirdlərlə nümunə vasitəsilə təsir göstərmək üçün geniĢ imkanlar vardır. Bu baxımdan
dərslərin yaratdığı imkan xüsusi qeyd edilməlidir. Məsələn, fizika və riyaziyyat elmləri sahəsindəki qanunların
kəĢfi, təbiətdəki, tarixdəki bir sıra dəyiĢmələr və hadisələr, bədii əbədiyyatdakı yeni insan obrazları, müasir
həyatımızdakı böyük irəlilyiĢlər mühafizəkarformalizmin puçluğuna tutarlı sübutlardır. Müəllimlər yeri gəldikcə
dərs prosesində belə canlı faktların mahiyyətini açmaqla Ģagirdlərdə formalizmə nifrət oyada bilərlər. Bunun
üçün onlar hərtərəfli biliyə, yaradıcı fəaliyyətə malik olmaq nümunəsi göstərməlidir. Belə nümunənin rolu
müəllim-Ģagird münasibətlərində və qarĢıya çıxan problemlərin həllində də nəzərə alınmalıdır. Bu vaxt Ģagirdlər
müəllimlərdən səmimilik, prinsipiallıq, təmkinlilik, ağıllı təkliflərlə hesablaĢmaq kimi gözəl keyfiyyətləri
görüb-götürməlidirlər.
Məktəbdə keçirilən bir sıra tədbirlər də formalizmə qarĢı mübarizədə mühüm əhəmiyyətə malikdir. Bunlardan
viktorinaları, diskussiyaları və s. göstərmək olar. Belə tədbirlər nəyin yaxĢı, nəyin pis olduğunu üzə
çıxarmaqda, görməkdə və qiymətləndirməkdə Ģagirdlərə elə gözəl Ģərait yaradır ki, onu heç nə ilə əvəz etmək
olmaz.
Bəs formalizm müəllimlərin xarakterində necə özünü göstərir? Belə müəllimlər, adətən, tənqidi sevmir,
özlərini yoldaĢlarından yüksək tutur, dediklərini zorla qəbul etdirməyə çalıĢırlar. Bunun üçün onlar çoxlu
«əsaslar» da gətirə bilirlər. YaddaĢlarının «möhkəmliyinə» məlumatlarının «dərinliyinə», istinad edirlər.
Müəllimlərin xarakterində kök salmıĢ formalizm onların fəaliyyətinə də güclü təsir göstərir. Belə ki, onlar
öz fəaliyyətlərində məzmuna yox, zahiri cəhətlərə, formaya daha çox üstünlük verirlər. ġagirdlərə biliyi tam və
mükəmməl çatdırmır, dərsin hər dəqiqəsindən səmərəli istifadə etmir, iĢi baĢdansovdu görürlər və s.
Ümumiyyətlə, müəllimlərin fəaliyyətində formalizm özünü ən çox təlim əməyinin düzgün qurulmamasında,
tərbiyə iĢinin səmərəli təĢkil olunmasında, dərsə verilən müasir tələblərə əməl edilməməsində, ən nəhayət,

Ģagirdlərin əməyinin nəticələrinin, o cümlədən biliyinin qiymətləndirilməsinə obyektiv yanaĢılmasında göstərir.

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.