08.12.2014

HEYDƏR   ƏLIYEV     AZƏRBAYCAN  TƏHSILI

Azərbaycanın ötən əsrin əvvəllərində ilk dəfə qazandığı dövlət müstəqilliyi yalnız XX əsrin axırlarında
bərpa etməsinə baxmayaraq, əslində bu tarixi hadisənin təməli Heydər Əliyevin 1969-cu ildə respublikanın
siyasi rəhbərliyinə gəlişi ilə qoyulmuşdur. Tarixi-xronoloji inkişaf baxımından həyat artıq sübut etmişdir ki,
Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyi dövrünü əhatə edən 1969-1982-ci illər ölkəmizin inkişafının
intibah dövrü olmuşdur. Əgər həmin dövrdə Azərbaycan istər sosial-iqtisadi, istərsə də ictimai-mədəni
sahələrdə dinamik və güclü inkişaf yolu keçməsəydi, demokratik idarəetmənin ilk rüşeymləri yaranmasaydı,
xalqımızda milli-mənəvi dəyərlərə qayıdışın əsası qoyulub inkişaf etdirilməsəydi bugünkü müstəqilliyimiz əsl
realldığa çevrilməzdi.
Bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi və peĢə ixtisası, eləcə də diplomdan sonrakı
təhsil müəssisələrinin geniĢ Ģəbəkəsi, güclü elmi-pedaqoji kadr korpusu vardır. Bütün bunlar öz mənbəyini
məhz elə keçən əsrin 70-ci illərindən Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və
məqsədyönlü siyasətdən almıĢ həyata keçirilən qlobal miqyaslı təhsil quruculuğu iĢi gələcək perspektiv
inkiĢafın güclü təməlini qoymuĢdur. Həmin dövr Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələrindən tutmuĢ
ali məktəblərədək bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkiĢaf pilləsinə qalxmıĢ, bu istiqamətdə
ardıcıl aparılan dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin
yüksəldilməsində müstəsna rol oynamıĢdır.
1969-1982-ci illərdə Azərbaycan təhsil sistemi və onun inkiĢaf xronologiyasını özündə əks etdirən bir sıra
statistik göstəricilərə nəzər salaq. Həmin dövrdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə,
orada tərbiyə alanların sayı isə müvafiq olaraq 110 mindən 147 minə çatmıĢdı.
1970-1980-ci illərdə Heydər Əliyevin uzaqgörən siyasəti ilə respublikada aparılan geniĢ miqyaslı məktəb
tikintisi növbəlilik üzrə göstəricinin yaxĢılaĢdırılmasına güclü təkan verdi. Belə ki, 1970-ci ildə Azərbaycanda
28300 Ģagird yeri olan 90 ümumtəhsil məktəb binası tikilmiĢdisə, 1975-ci ildə 2 dəfə yaxın çox, yəni 48200
nəfərlik 100 məktəb binası inĢa olunmuĢ, ümumiyyətlə isə həmin illərdə 849 ümumtəhsil məktəbi tikilib
istifadəyə verilmiĢdir. Nəticədə Ģagirdlərin II növbədə oxuma göstəricisi 1978-ci ildə 30, 8, 1980-ci ildə 28, 1,
nəhayət, 1985-ci ildə isə 24, 9 faizə enmiĢdi ki, bununla da ümumi Ģagirdlərin 75, 1 faizinin I növbədə təhsil
almasına real Ģərait yaradılmıĢdı.
Həmin illərdə məktəblərin tədris, texniki və elmi-metodiki vasitələrlə təminatı da əsaslı Ģəkildə yaxĢılaĢ-
mıĢdı. Təkcə bir fakt kifayətdir ki, 1978-ci ildə fizika və kimya kabinetləri ilə təminat 92, 2 faizə qədər
yüksəlmiĢ, məktəb kitabxanalarının təminatı 97, 9 faizə qalxmıĢdı.
1970-ci illərdə məktəb müəllimlərinin həvəsləndirilməsi sahəsində Heydər Əliyevin məqsədyönlü
fəaliyyəti keçmiĢ SSRĠ-nin orden və medallarına layiq görülmüĢ maarif iĢçilərinin sayının 8718 nəfərə, o
cümlədən də 3 nəfər müəllimin həmin dövrün ən yüksək adı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq
görülməsi ilə nəticələnmiĢ, 817 müəllim «Azərbaycan SSR-nin əməkdar müəllimi» adı almıĢ, müəllimlərimiz
SSRĠ və Respublika Ali Sovetlərinə deputat seçilmiĢlər. Bütün bunlar Heydər Əliyevin müəllim əməyinə,
müəllim Ģəxsiyyətinə olan sonsuz ehtiramının, təhsil iĢinə əsl rəhbər qayğısının, tamamilə haqlı olaraq, məntiqi
nəticəsi kimi qiymətləndirilir.
Azərbaycan təhsilinin mühüm tərkib hissəsi olan texniki peĢə təhsilinin zəngin tarixi olsa da, onun
inkiĢafının yüksəliĢ dövrü məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsinə təsadüf edir.
70-ci illərdə Azərbaycanın texniki peĢə təhsili özünün yeni yüksəliĢ dövrünə qədəm qoymuĢ, həmin illərdə
texniki peĢə məktəblərinin sayı 1965-ci illə müqayisədə 1. 7 dəfə, təhsil alanların sayı isə 2. 5 dəfə artmıĢdı. Bu
dövrdə Azərbaycanda gedən iqtisadi quruculuq prosesi, sənaye və kənd təsərrüfatının intensiv inkiĢafı yüksək
ixtisaslı fəhlə kadrlarının hazırlanması tələbatını ortaya qoydu və bu tələbat ilk növbədə texniki peĢə təhsili
Ģəbəkəsinin hərtərəfli inkiĢafı üçün real imkanlar açdı. Təkcə onu qeyd etmək kifayətdir ki, Heydər Əliyevin
hakimiyyətə gəliĢinin təkcə ilk iki ili ərzində 16 yeni texniki peĢə məktəbi açılmıĢ, 1971-75-ci illərdə 35 Ģəhər
və rayonda 54 yeni peĢə məktəbi fəaliyyətə baĢlamıĢdı.
1975-ci ildə Heydər Əliyevin təĢəbbüsü ilə «Orta kənd texniki peĢə məktəblərinin Ģəbəkəsini
geniĢləndirmək və onların iĢini yaxĢılaĢdırmaq tədbirləri haqqında» qərar qəbul edildi. Bundan sonra keçən 4
ildə kənd texniki peĢə məktəblərinin Ģəbəkəsi 3 dəfə artaraq onların sayı 44-ə çatdırıldı. 1976-1980-ci illərdə
texniki peĢə təhsili sisteminin iqtisadi və sosial inkiĢafı planı hazırlanıb təsdiq olundu. Məhz bu plana uyğun
olaraq peĢə təhsili müəssisələrində 235 peĢə və ixtisas üzrə 43 nazirlik və baĢ idarə üçün ixtisaslı fəhlə kadrları
hazırlanmıĢdı.
1970-80-ci illərdə orta ixtisas təhsili Ģəbəkəsinin də inkiĢaf etdirilməsi möhtərəm Heydər Əliyevin diqqət
mərkəzində saxlanılmıĢ, Azərbaycanda məhz elə həmin dövrdə 7 müxtəlif profilli yeni texnikum açılmıĢ, bu
tipdən olan təhsil müəssisələrinin maddi-texniki bazası xeyli gücləndirilmiĢdir. 125
Həmin illərdə Azərbaycanın ali məktəbləri də böyük inkiĢaf yoluna qədəm qoymuĢ, 6 ali məktəb keçmiĢ
Sovet Ġttifaqının yüksək ordenlərinə layiq görülmüĢ, 1980-ci ildə Heydər Əliyevin Ģəxsi təĢəbbüsü ilə
«Azərbaycan SSR əməkdar ali məktəb iĢçisi» adı təsis edilmiĢ, bütün bu tədbirlər tezliklə ali məktəb həyatında
mənəvi-psixoloji iqlimi kökündən dəyiĢdirmiĢ, ali təhsildə keyfiyyət dəyiĢikliklərinə gətirib çıxartmıĢdır.
70-ci illərdə və 80-ci illərin əvvəllərində ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində böyük iĢlər görülmüĢdür. Ölkə rəhbərimizin təĢəbbüsü və qayğısı ilə ali məktəblər
üçün çoxlu sayda tədris korpusları, yataqxana kompleksləri tikilmiĢdir.
Heydər Əliyevin 1970-80-ci illərdə Azərbaycanda ali təhsilin inkiĢafı yolundakı böyük xidmətlərindən
biri də yeni ali təhsil ocaqlarının yaradılması idi. Ümumiyyətlə, 1970-82-ci illərdə Azərbaycanda 5 yeni ali
məktəb yaradılmıĢ, çoxlu ixtisaslar, kafedralar, problem laboratoriyaları açılmıĢdır. Əgər 60-cı illərin sonunda
respublikada 12 ali məktəb, bunlarda 105 fakültə, 450 kafedra var idisə və burada 139 ixtisas üzrə kadr hazırlığı
aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləĢdirən 17 ali təhsil müəssisəsi fəaliyyət
göstərirdi. Bütün bu uğurlar da Heydər Əliyevin ali təhsilin inkiĢafına, respublikanın kadr potensialının
gücləndirilməsinə vətəndaĢ qayğısının nəticəsində mümkün olmuĢdu.
Möhtərəm Heydər Əliyevin Azərbaycan təhsilinin inkiĢafındakı müstəsna xidmətlərindən biri də 1970-
80-ci illərdə Ģəxsi təĢəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiĢ SSRĠ-nin 50-dən artıq böyük
Ģəhərinin 170-dən çox ən məĢhur ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin
80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq
azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və Ģərait
yaratmasıdır.
1969-70-ci dərs ilində respublikadan kənara cəmi 47 nəfər təhsil almağa göndərilmiĢdisə, 1975-ci ildə bu
rəqəm 14 dəfədən çox artaraq 700 nəfərə çatmıĢdır. 1975-ci ildən baĢlayaraq gənclərin respublikadan kənara
təhsil almağa göndərilməsi daha intensiv xarakter almıĢ və 1978-ci ildən etibarən respublikadan kənara hər il
800-900 tələbə göndərilməsinə nail olunmuĢdur.
Bu proses sonrakı illərdə də (1978-1982) intensiv xarakter almıĢ, 1978-ci illə müqayisədə 1982-ci ildə
tələbələrin sayı 11 faiz artmıĢ, ali məktəblərin sayı 151-dən 170-ə yüksəlmiĢ, ixtisasların sayı 244-dən 250-yə,
ən zəruri istiqamətlərin sayı isə 80-ə çatmıĢdır. Azərbaycandan kənarda təhsil alanların milli tərkibində
azərbaycanlıların yeri 1970-ci ilədə 40 faiz təĢkil edirdi. Ümummilli liderimizin apardığı uzaqgörən siyasət
nəticəsində 1976-cı ildə göndərilənlər içərisində azərbaycanlıların real çəkisi 85 faizə, 1977-ci ildə 92 faizə,
1980-ci illərin əvvəllərində isə 97, 6 faizə yüksəlmiĢdi.
Heydər Əliyevin 70-80-ci illərdə respublikadan kənarda, keçmiĢ SSRĠ-nin aparıcı ali məktəblərində milli
kadr hazırlığı sahəsində apardığı siyasətin mühüm istiqamətlərindən biri də hərbi milli kadrların yetiĢdirilməsi
yolundakı tarixi xidmətləridir. 70-80-ci illərin ən əhəmiyyətli hadisələrindən biri kimi indi müstəqillik dövründə
çox vacib olan respublikamızda ilk orta və ali hərbi təhsil sisteminin yaradılması ilə yanaĢı, o illərdə keçmiĢ
SSRĠ-nin ali hərbi məktəblərinə azərbaycanlı gənclərin sistemli Ģəkildə göndərilməsi faktı xüsusilə
diqqətəlayiqdir. Ölkə baĢçımızın birbaĢa rəhbərliyi və qayğısı ilə 1972-ci ildən etibarən hər il 300-400, 1970-ci
illərin sonu və 80-ci illərin əvvəllərindən isə Azərbaycandan kənara ildə 800-900 nəfər gənc keçmiĢ SSRĠ-nin
böyük təcrübəyə malik ali hərbi məktəblərinə təhsil almağa göndərilirdi. Bundan əlavə, 1970-ci illərdə Heydər
Əliyevin təĢəbbüsü ilə Bakıda CümĢüd Naxçıvanski adına hərbi məktəb yaradıldı və bu da Azərbaycanda hərbi
məktəblər Ģəbəkəsinin sonrakı inkiĢafında mühüm rol oynadı. Ġftixar hissi ilə qeyd edilməlidir ki, bu gün
müstəqil Azərbaycanın Milli Ordusuna rəhbərlik edən zabitlərin əksəriyyəti məhz Heydər Əliyevin xeyir-duası
ilə o illərdə təhsil almağa göndərilən məzunlardır.
Azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün ulu öndərimizin həmin illərdəki
uzaqgörən siyasəti, konkret fəaliyyəti, atdığı cəsarətli addımlar əslində iki tarixi missiyanın həyata keçirilməsi
idi. Birincisi, o dövrdə respublikamızda hazırlanması mümkün olmayan minlərlə gəncin yüksək ixtisasa
yiyələnməsi və bununla da Azərbaycan iqtisadiyyatı və sosial sferasının belə kadrlara olan real tələbatının
ödənilməsi ilə bağlı idisə, bu istiqamətdə ikinci, fikrimcə, ən strateji əhəmiyyətli missiya məhz həmin
gənclərdən bir hissəsinin əmək fəaliyyəti göstərmək üçün Rusiya, Belorus, Ukrayna, Baltikyanı ölkələrdə
qalması və bununla da həmin ölkələrdə gələcək Azərbaycan diasporunun formalaĢdırılması idi. Əslində, elə bu
uzaqgörən siyasət nəticəsində həmin dövrdən baĢlayaraq Azərbaycan və Azərbaycançılıq ölkə hüdudlarından
kənarda geniĢ Ģəkildə tanınmağa baĢlamıĢdır. Əgər adı çəkilən ölkələrdə bu gün fəaliyyət göstərən Azərbaycan
diasporunun sosial tərkibinə diqqət yetirilərsə, onda Azərbaycan rəhbəri Heydər Əliyevin həmin dövrdəki
məqsədyönlü siyasətinin nəticələrini açıq-aydın görmək heç də çətin deyil.
1998-ci ildə cənab prezident təhsil sahəsində Ġslahat Proqramının hazırlanması üçün özünün xüsusi
sərəncamı ilə Dövlət Komissiyasını yaratdı. BaĢqa sözlə, artıq təhsil sahəsində konkret strateji proqram üzrə
islahatların baĢlanması bəyan edildi. Dövlət komissiyası tərəfindən çox qısa bir müddətdə «Azərbaycan
Respublikasının təhsil sahəsində Ġslahat Proqramı» hazırlandı, ətraflı variantda həmin proqram 1999-cu ildə
ölkə baĢçımız tərəfindən imzalandı. Bununla da Azərbaycan təhsilinin gələcək inkiĢaf konsepsiyası
müəyyəqləĢdirildi, təhsilin ayrı-ayrı pillələri üzrə əməli fəaliyyətə baĢlanıldı. Faktiki olaraq, Azərbaycanda126
islahatlar prosesinə Dünya Bankının qoĢulması, digər beynəlxalq təĢkilatların islahat prosesində fəal iĢtirakı,
Azərbaycan təhsilinin dünya təhsil sisteminə sürətli inteqrasiyası, inkiĢaf etmiĢ ölkələrlə təhsil sahəsində
partnyorluq əlaqələrinin intensiv Ģəkildə geniĢləndirilməsi, əslində, Heydər Əliyev Ģəxsiyyətinin beynəlxalq
aləmdə böyük nüfuzu ilə əlaqədar idi. Məhz elə bunun nəticəsidir ki, bu gün dünyanın inkiĢaf etmiĢ 40-a yaxın
ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alır. Ġftixar hissi ilə qeyd edilməlidir
ki, cənab Heydər Əliyev respublikamızda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra xaricdə təhsillə bağlı
mütərəqqi ənənə bərpa edildi və hazırda gənclərimiz nəinki Rusiyada, həmçinin Amerika BirləĢmiĢ ġtatları,
Böyük Britaniya, Fransa, Yaponiya, eyni zamanda Türkiyə, Ġran, Çin, Çexiya, Slovakiya, Rumıniya, PolĢa və
Misirin ali məktəblərində də uğurla təhsil alırlar. Təqribən 50 xarici ölkədən Azərbaycanın müxtəlif ali
məktəblərində 2000-dən çox tələbə, magistr və aspirant elmi biliklərə yiyələnir. Azərbaycan təhsilinin dünya
təhsil sisteminə inteqrasiyası istiqamətində aparılmıĢ məqsədyönlü iĢlərin nəticəsində ölkəmiz ali təhsil
sənədlərinin tanınması haqqında 3 beynəlxalq əhəmiyyətli Konvensiyaya qoĢulmuĢ, təhsil sahəsində 15
beynəlxalq və qeyri-hökumət təĢkilatı ilə rəsmi əməkdaĢlıq əlaqələri qurulmuĢ, 14 ölkənin muvafiq təhsil
strukturları ilə Təhsil Nazirliyi arasında birbaĢa əlaqələr yaradılmıĢdır.
Dünya Bankının Beynəlxalq ĠnkiĢaf Assosiasiyasından alınan Öyrənmə və Ġnnovasiya krediti ilə 1999-cu
ilin sentyabrındın Azərbaycanda Təhsil Ġslahatı Proqramının həyata keçirilməsinə baĢlanmıĢdır. Kredit
müqaviləsini ölkə baĢçımızın xüsusi sərəncamına uyğun olaraq Beynəlxalq ĠnkiĢaf Assosiasiyası ilə Azərbaycan
hökuməti bağlamıĢ, nəticə etibarı ilə 5. 5. milyon ABġ dolları həcmli I kredit saziĢi müvəffəqiyyətlə
yekunlaĢdırılmıĢdır.
Növbəti 10 il üçün strateji fəaliyyətin əsas istiqamətləri müəllim hazırlığının müasir tələblər çərçivəsində
yenidən qurulması, ümumi təhsildə məzmunun təkmilləĢdirilməsi, yeni qiymətləndirmə mexanizmlərinə keçid,
əksmərkəzləĢmə prinsiplərinə uyğun demokratik əsaslarla ictimai-dövlət idarəetmə modellərinin tətbiqi dərslik
siyasətinin tam realizəsi, təhsil sistemində elmin, eləcə də elmi tədqiqatların inkiĢaf etdirilməsi, tədris
prosesində informasiya və kommunikasiya texnologiyalarından geniĢ formada istifadə, təminat problemlərinin
uğurlu həlli. Təhsilin maliyyələĢdirilməsində yeni iqtisadi mexanizmlərin hazırlanması, tədris müəssisələrinin
müasir kompüter texnologiyaları ilə təchizatı və proqramtəminatı, təhsilalmada hamı üçün bərabər Ģəraitin
yaradılması kimi aktual məsələləri əhatə edir. Beynəlxalq təcrübəyə əsaslanaraq müasir metodikaları, təlim
texnologiyalırını, mütərəqqi üsul və vasitələri, prosesin qiymətləndirilməsinin yeni metodlarını da özündə əks
etdirən Təhsil Proqramlarına keçidin təmin olunması, təhsilin məzmununda inteqrasiya modellərinə keçid,
humanistləĢdirmə prinsiplərinə əsaslanan «təhsilverən -təhsilalan» münasibətlərinin yeni – müasir modellərinin
inkiĢaf etdirilməsi, milli tərbiyə konsepsiyasının hazırlanması, fasiləsiz təhsil kontek-stində ixtisasartırma və
yenidənhazırlanma təhsilinə yeni mexanizmlərin gətirilməsi, peĢə ixtisas təhsilində mütəxəssis hazırlığının
əmək bazarının və bazar iqtisadiyyatının tələblərinə uyğun həyata keçirilməsi, təhsil sisteminin inkiĢafına
məqsədli investisiyaların cəlbi və sairə bu kimi strategiyalar Azərbaycan təhsilinin inkiĢaf perspektivləri kimi
müəyyənləĢdirilmiĢdir. Dünya təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədilə müxtəlif proqramlar,
layihələr üzərində iĢlərin müntəzəm olaraq aparılması da gələcək fəaliyyət planında öz əksini tapmıĢdır. Dünya
Bankı ilə qarĢılıqlı əməkdaĢlıq çərçivəsində 21 milyon ABġ dolları investisiya qoyuluĢu həcmində II Kredit
saziĢi imzalanaraq onun «4+3+3» modelinə uyğun həyata keçirilməsi nəzərdə tutulmuĢdur ki, bu da öz
növbəsində Azərbaycan təhsilinin yaxın gələcəkdə daha da intensiv inkiĢafı üçün son dərəcə vacib əhəmiyyətə
malikdir. Tamamilə haqlı olaraq bütün bunlar Heydər Əliyevin təhsil sistemində islahat strategiyası kimi
qiymətləndirilir.
Möhtərəm prezidentimizin Azərbaycan müəllimlərinin XI qurultayındakı məktəb tikintisi, təmiri və
təchizatına yardım göstərilməsi ilə bağlı çağırıĢına cəmiyyətdə böyük əks–səda verilmiĢdir. Bununla əlaqədar
olaraq məktəb tikintisi, eləcə də təmir və bərpa iĢlərinin görülməsi sahəsində iĢ adamlarının, beynəlxalq
təĢkilatların, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuĢ səfirliklərinin apardıqları iĢlər xüsusi qeyd
edilməlidir. Ölkə baĢçımızın bu çağırıĢı sanki respublikamızda yeni Hacı Zeynalabdin Tağıyevlərin əmələ
gəlməsilə nəticələndi. Artıq Azərbaycanda iĢ adamlarının məktəb binası tikməsi, tədris müəssisələrinin madditexniki
bazasının gücləndirilməsi istiqamətində gördükləri konkret iĢlər obyektiv reallıqlardandır. Son dövrlərdə
müxtəlif xarici təĢkilatlar tərəfindən respublikamızın 10 rayonunda 8936 yerlik 28 məktəb binası tikilmiĢ, 15
rayonda 29045 yerlik 7 məktəb binası əsaslı təmir olunmuĢ, tikinti-quraĢdırma iĢləri həyata keçirilmiĢdir.
Ümumiyyətlə isə, 1998-2002-ci illər ərzində respublikamızda 116 yeni məktəb inĢa edilmiĢ, tikintiyenidənqurma
iĢləri aparılmıĢdır. Yeri gəlmiĢkən qeyd olunmalıdır ki, yalnız son 1 il ərzində 100-dən artıq yeni
məktəb binası tikilmiĢ, 400-dən artıq tədris müəssisəsində əsaslı təmir iĢləri həyata keçirilmiĢdir. Bunlardan 30
məktəb binasının tikintisi üzrə sifariĢçi Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial ĠnkiĢaf Fondu, 7
məktəb binasının tikintisi üzrə sifariĢçi isə Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik olmuĢdur.
Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Yaponiya hökumətinin ayırdığı qrant çərçivəsində respublikanın ciddi
ehtiyacı olan zonalarında son 3 il ərzində 32 yeni məktəb binası tikilib istifadəyə verilmiĢdir.
Heydər Əliyevin respublikada siyasi hakimiyyətə qayıdıĢından sonra ölkənin təhsil sistemində yaranmıĢ
güclü inkiĢaf tendensiyları, yenilik və novatorçuluq, islahatlar istiqamətində məqsədyönlü fəaliyyət təkcə127
bunlarla bitmir. Təhsil sektoru üçün büdcə Ģəraitinin ardıcıl olaraq ilbəil artması, müəllimlərin sosial
müdafiəsinin gücləndirilməsi, bununla əlaqədar xüsusi fərmanların imzalanması, Türkiyədə dövlət hesabına
təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün 2, 4 milyard manat vəsaitin ayrılması,
tədris müəssisələri Ģəbəkəsinin təkmilləĢdirilməsi, 6 ali məktəbimizə muxtariyyət hüququ, bir çox institutlara isə
«universitet» statusunun verilməsi, təhsil tariximizdə ilk dəfə olaraq Azərbaycan Müəllimlər Ġnstitutu və onun
11 regional filiallarının yaradılması ilə pedaqoji kadr hazırlığında fasiləsizlik prinsipinin təmin olunması, 6 yeni
Akademiyanın, Azərbaycan Milli Konservatoriyasının, eləcə də Azərbaycan təyyarəçilik Məktəbinin təsis
edilməsi, 15 özəl ali məktəbin fəaliyyətinin rəsmi Ģəkildə qanuniləĢdirilməsi, təhsil sistemi, eləcə də təhsil
müəssisələrinin idarə olunması iĢinin müasir mexanizmlərlə qurulması. Qaçqın vətəndaĢlarımızın təhsilinə
xüsusi qayğının göstərilməsi, məktəblilərimizin dərsliklərlə təminatı məsələsində dövlət siyasətinin
müəyyənləĢdirilməsi və sair bu kimi fəaliyyət məhz elə möhtərəm cənab Heydər Əliyevin təhsil sisteminə
göstərdiyi atalıq qayğısı nəticəsində mümkün olmuĢdur.
Təkcə onu qeyd etmək kifayətdir ki, ölkə əhalisinin təxminən 20 faizini təĢkil edən ümumtəhsil məktəb
Ģagirdlərinin dərsliklərlə dövlət təminatına keçilməsi haqqında xüsusi qərar 1994-cü ildə məhz ölkə baĢçımızın
Ģəxsi təĢəbbüsü ilə qəbul edilmiĢdir. Həmin qərarın icrası nəticəsində son illərdə ibtidai siniflər üzrə hər iki
bölmə üçün 46 adda, I-XI siniflər üzrə isə 136 adda yeni milli dərsliklər hazırlanıb Ģagirdlərin istifadəsinə
verilmiĢdir, V-XI sinif dərsliklərinin çapına zəruri Ģəraitin yaradılması məqsədilə 2000-2001-ci illərdə
Respublika Hökuməti tərəfindən 7. 4 milyard manat faizsiz kredit ayrılmıĢdır ki, bu da öz növbəsində yeni
dərsliklərin çapı prosesinin tənzimlənməsi və onların vaxtında istifadəyə verilməsi üçün real Ģərait yaratmıĢdır.
Hazırda da bu iĢ intensiv Ģəkildə «Dərsliklərin hazırlanması, nəĢri və təminatı sahəsində Dövlət Proqramı»na
uyğun olaraq davam etdirilir.
Yeri gəlmiĢkən bir vacib məqama da diqqət yetirilməlidir. Heydər Əliyevin xüsusi sərəncamı ilə təsdiq
olunmuĢ «Yoxsulluğun azaldılması və iqtisadi inkiĢaf sahəsində Dövlət Proqramı»nda ümumtəhsil
məktəblərinin V-XI sinif dərsliklərinin də mərhələlərlə-tədricən pulsuz təminatına keçidi nəzərdə tutulmuĢ, artıq
bu iĢin real icrasına baĢlanmıĢdır. BaĢqa sözlə, məhz elə möhtərəm prezidentimizin bu tarixi qərarı gələcəkdə
çoxmilyonlu məktəbli ordusunun dərsliklərlə pulsuz təminatı üçün real Ģərait yaratmıĢdır.
Hər il ən yüksək bal toplayaraq ali məktəblərə daxil olmuĢ 25 nəfər gənc üçün xüsusi Prezident
təqaüdünün, eləcə də istedadlı gənclər üçün fəxri təqaüdlərin, prezident fərmanı ilə «Qızıl Kitab»ın təsis
olunması da ölkəmizdə istedadlı uĢaq və gənclərə göstərilən dövlət qayğısının daim gücləndirilməsi ilə
əlaqədardır.
Ümumi təhsildəki ən ciddi yeniliklərdən biri də yeni əlifbaya keçilməsi – latın qrafikalı əlifbanın
tətbiqinin əsl reallığa çevrilməsidir. Böyük fəxrlə qeyd edilməlidir ki, möhtərəm prezidentimizin «Bizim bu
günümüz, gələcəyimiz məhz latın əlifbası ilə bağlıdır» tarixi çağırıĢı və bununla əlaqədar xüsusi fərmanı təhsil
sistemində bu məsələnin tamlıqla həlli ilə nəticələnmiĢdir.
Milli ənənələrə sadiq, ümumbəĢəri dəyərlərə söykənən, xalqına, Vətənə, dövlət və dövlətçiliyə bağlı
vətənpərvər vətəndaĢların tərbiyə edilməsində, Ģübhəsiz ki, orta məktəblərdə tədris olunan Azərbaycan dili,
ədəbiyyat, Azərbaycan coğrafiyası fənlərinin imkanları daha böyükdür. Əslində bu fənlər üzrə keçilən dərslər
elə əsl mənada vətəndaĢlıq dərsləridir. Möhtərəm prezidentimiz cənab Heydər Əliyev təhsil iĢçiləri və gənclərlə
çoxsaylı görüĢlərində doğma ana dilinin, Azərbaycan ədəbiyyatının, tarix və coğrafiyanın dərindən
öyrənilməsinin vacibliyini dəfələrlə qeyd etmiĢ, bütün bunlarla əlaqədar qarĢıya çox ciddi vəzifələr qoymuĢdur.
Dövlət baĢçımızın «Dövlət dilinin tətbiqi iĢinin təkmilləĢdirilməsi haqqında» fərmanı isə ana dilinin təbliği,
öyrənilməsi, tətbiqi sahəsində misilsiz əhəmiyyətə malik tarixi bir sənəd kimi gənclərimizin vətənpərvərlik
tərbiyəsində, milli Ģüurun formalaĢmasında, heç Ģübhəsiz ki, müstəsna rol nynamıĢ, bir sözlə, Azərbaycan
təhsilində millilik, azərbaycançılıq ruhunun ön plana çəkilməsi Heydər Əliyev siyasətinin strateji kursunu təĢkil
etmiĢdir.
Bütün bunlar bir daha əmin olmağa və gələcəyə tam nikbinliklə baxmağa əsas verir ki, müasir
Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəĢəri dəyərlərə, beynəlxalq
təcrübəyə əsaslanaraq ümummilli liderimiz Heydər Əliyevin müəyyənləĢdirdiyi və möhtərəm cənab prezident
Ġlham Əliyevin uğurla davam etdirdiyi strateji kursla inkiĢaf edəcək, təhsil islahatlarının memarı və qurucusu

olan ulu öndərimiz Heydər Əliyevin müdrik tövsiyələri bu yolda bizim üçün daimi sönməz məĢəl olacaqdır.

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.